Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-217/2021 29.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri X9, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs oğlunun iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Xankəndi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində 3 azyaşlı uşağı olan, işsiz, əvvəllər məhkum olunmamış, Qarabağ Müharibəsi veteranı, Xocalı şəhər, Kərgicahan qəsəbəsində pasport qeydiyyatında olan, X14 Kollecinin yataqxanasında yaşayn, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,337 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək şəffaf rəngli polietilen kəsiyində əynində olan göy rəngli cins şalvarın sağ yan cibində daşıyaraq saxlamış, 17 aprel 2021-ci il tarixdə saat 14 radələrində Gəncə şəhəri, Təbriz küçəsində yerləşən 16 saylı orta məktəbin yaxınlığında olan zaman Gəncə şəhər BPİ-nin Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı orada saxlanılaraq ünvan 1 ünvanda yerləşən Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən təmiz çəkisi 0,337 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində bildirdi ki, o, Tərtər-Ağdərə istiqamətində gedən döyüş əməliyyatlarında N saylı hərbi hissənin tərkibində könüllü əsgər kimi iştirak etmişdir. Hadisədən təxminən 5-6 gün əvvəl Gəncə şəhəri, Dəmiryol Vağzalı adlanan ərazidə piyada gəzən zaman yerdə bükülü görmüş, həmin bükülüyə baxan zaman bükülünün narkotik vasitə olan heroin olduğunu bilmiş, bundan sonra özü istifadə etmək üçün bükülünü cibinə qoydmuş, bir neçə dəfə də onun üzərindən hissə-hissə istifadə etmişdir. 17.04.2021-ci il tarixdə saat təxminən 14 radələrində o, Gəncə şəhəri, Mahrasa Bağında yerləşən 16 nömrəli tam orta məktəbin yaxınlığında olan zaman üç nəfər mülkü geyimdə ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edib onun onlarla birlikdə Gəncə şəhər BPİ-nə getməsini təklif etmişdilər. O, da etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Gəncə şəhər BPİ-nə getmiş və orada inzibati otaqların birində onun hüquqularını müdafiə etmək üçün müdafiəçi ilə təmin olunmuş, bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş hər-hansı bir əşya varsa təqdim edilməsini təklif edilmiş, o, da əynində olan göy rəngli şalvarın sağ yan cibində ağ rəngli siqaret selofanına bükülmüş narkotik vasitə olan “heroinə” oxşar kütləni təqdim etmiş, həmin bükülüdəki narkotik vasitə olan “heroinə” oxşar kütlə müdafiəçinin və iştirakçıların iştirakı ilə aptek tərəzisində çəkildikdə, ümumi çəkisi 0,4 qram olmuşdur. Bundan sonra iştirakçıların iştirakı ilə aptek tərəzisində narkotik vasitə “heroin” çəkilmiş, ümumi çəkisi 0,4 qram olmuş sonra zərfə qoyularaq möhürlənmişdir. Bu barədə protokol tərtib edilərək video çəkilmiş, protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. O, Qarabağ Müharibəsi veteranı, Əməlindən peşmandır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, 17.04.2021-ci il tarixdə Gəncə şəhər, BPİ-nin CAİ-nə əməliyyat məlumatı daxil olmuşdur ki, xx.xx.1986-cı il təvəllüdlü, Gəncə şəhəri, C.Rəfibəyli küçəsi ev 55A-da yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulunda və üzərində gəzdirməkdə şübhəlidir. Bunula əlaqədar olaraq onlar Gəncə şəhər, BPİ-nin CAİ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2, həmin idarənin kiçik inspektoru polis baş serjantı Şahid3 Təqsirləndirilən şəxs müəyyən etmək üçün əməliyyat tədbirləri keçirmək qərarına gəlmişlər. 17.04.2021-ci il tarixdə saat 14 radələrində CAİ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 və həmin idarənin kiçik inspektoru polis baş serjantı Şahid3 ilə birlikdə Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsində xidmətdə olarkən Mahrasa Bağı 16 nömrəli tam orta məktəbin yaxınlığında Təqsirləndirilən şəxs müəyyən edib onu Gəncə şəhər BPİ-nə gətirmişlər. Gəncə şəhər BPİ-də Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib narkotik vasitələrin qəbulunda və üzərində gəzdirməsində şübhəli olduğunu bidirmişlər. Gəncə şəhər Baş Polis İdarəsində müdafiəçi dəvət edib müdafiəçisi X3 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirməyə başlamışlar. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı bir narkotik vasitə və ya psixotrop maddənin olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs müdafiəçisi X3 və onların iştirakları ilə üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ cibindən 1 (bir) ədəd ağ rəngli siqaretin kiçik ölçülü sellofanda 1 ədəd şəffaf rəngli polietilen kəsiyi bükümü çıxarıb təqdim etmiş, sonra isə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş şəffaf rəngli polietlen kəsiyində olan büküm müdafiəçinin və iştirakçıların iştirakı ilə açılmış, içərisində qəhvəyi rəngli ilk görünüşdən narkotik vasitə olan “heroinə” oxşar kütlə aşkar edilmiş, sorğu zamanı Təqsirləndirilən şəxs onun üzərindən aşkar edilmiş şəffaf rəngli polietlilen kəsiyi bükümdə olan “heroinə” oxşar kütləni təxminən 5-6 gün əvvəl Gəncə şəhəri, Dəmiryol Vağzalından tapıb özü istifadə etmək üçün üzərində saxlamışdır. Sonra şübhəli şəxs Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan heroinə oxşar kütlədən heç kimə satmadığını və heç kimə istifadə etmək üçün vermədiyini bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə əvvəlki vəziyyətinə qaytarılaraq iştirakçıların iştirakı ilə aptek tərəzisində çəkilmiş, həmin kütlənin ümumi çəkisi 0,4 qram olmuş, həmin kütlə zərfə qoyularaq qablaşdırılmış, onlar zərfin üzərinə imza eetmiş, zərf DİN-nin 91 saylı möhürü ilə möhürlənmiş, bu barədə protokol tərtib edilərək, protokolun doğruluğunu imzalarla təstiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzsmunlu ifadə verdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirdi ki, o, 1-ci Qarabağ müharibəsində iştirak etmiş, müharibə veteranıdır. Təqsirləndirilən şəxs onun oğludur, Təqsirləndirilən şəxs rəsmi olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs 2-ci Qarabağ müharibəsində iştirak etmiş, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə onunla eyni ünvanda yaşayırlar. Təqsirləndirilən şəxs 3 övladı vardır. 01.02.2007-ci il təvəllüdlü X6, 28.10.2008-ci il təvəllüdlü X4 və 12.09.2012-ci il təvəllüdlü X5r. Təqsirləndirilən şəxs əvvəllər psixotrop maddə və ya narkotik vasitədən istifadə etməsini, narkotikə qoşulmasını eşitməmiş, heç bir hiss də etməmişdir. Təqsirləndirilən şəxs 1-ci Qarabağ müharibəsində iştirak edib gəldikdən sonra özünü, narahat hiss etmişdir, evdən şəhərə gedib evə gec gəlmişdir. 17 aprel 2021-ci il tarixdə günorta saatlarında o, yaşadığı evdə olarkən Gəncə şəhər, BPİ-dən ona zəng edib bildirmişdilər ki, oğlu Təqsirləndirilən şəxs narkotik vasitəni üzərində saxladığına görə polis əməkdaşları İsmayılı saxlayıb Gəncə şəhər, BPİ-nə apramışdılar. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd siqaret sellofanda ümumi çəkisi 0,4 qram narkotik vasitə heroin aşkar edilib götürüldüyünü bildirmişdilər. O, əvvəllər oğlu Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etməsini bilməmiş, görməmiş, hiss belə etməmişdir. Təqsirləndirilən şəxs kiməsə də narkotik vasitə satmasını, almasını da eşitməmiş, elə bir hal olmamışdır. O, İsmayılla bir mənzildə yaşayır, əgər elə bir hal olsaydı bilərdi, hiss edərdi. Oğlu Təqsirləndirilən şəxsla yaxın münasibətdə olan elə bir dostu olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 17.04.2021-ci il tarixli “baxış və götürmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən içərisində ağ rəngli siqaret sellofanına bükülmüş təmiz çəkisi 0.4 qram narkotik maddə olan heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 17.04.2021-ci il tarixli, 16/359 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş və ekspertizaya təqdim edilmiş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə oxşar kütlə...” sözlər və imzalar olan kağız paketdəki, bir ədəd şəffaf rəngli polietilen kəsiyi bükümünddə, təmiz çəkisi - 0,337 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir. (təmiz çəkisi – 0,337 qram, tədqiqata sərf edildi – 0,05 qram, qaliq 0,287 qram). Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 20.05.2020-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserinin 24.05.2021-ci il tarixli, 2145 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 22.05.2021-ci il tarixli 1694 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Psixonevroloji Dispanserində qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 05.07.2021-ci il tarixli 786 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan19.05.2021-ci il tarixli 272 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Xocalı rayonu Kərkicahan qəsəbəsinin sakinidir və məcburi köçkün himi hal-hazırda Gəncə şəhəri, C.Rəfibəyli küçəsi 55a X14 Kollecinin yataqxanasında yaşayır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət səciyyələndirilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 25.08.2006-cü il tarixdə Xocalı rayon İH Kərkicahan qısıbə nümayəndəliyi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə Salahova (İsmayılova) Gülnar Elbəyin qızının nikahları 25 avqust 2006-cı il tarixdə 07 saylı akt ilə bağlanmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan seriya AZE 12017853 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 28.10.2008-ci il tarixdə Salahova Fatimə İsmayıl qızı anadan olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan seriya AZE 12017980 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 12.09.2012-ci il tarixdə Salahlı Cəlil İsmayıl qızı anadan olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan seriya AZE 12017839 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 01.02.2007-ci il tarixdə X6 anadan olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan AO ******* saylı hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs Tərtər-Ağdərə istiqamətində gedən döyüş əməliyyatlarında N saylı hərbi hissənin tərkibində könüllü əsgər kimi iştirak etmişdir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, heroin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla hər birinin ayrı-ayrılıqda yuxarı həddi 0,15 qramdan 02 qramadək müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.4 və 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək, əməlindən səmimi peşman olmasını, himayəsində 3 azyaşlı uşağının olmasını, 2-ci Qarabağ Müharibəsində könüllü əsgər kimi iştirak etməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman Azərbaycan Respublikası CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, ailədə yeganə qazang gətirən şəxs olmasını, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Gəncə şəhəri, C.Rəfibəyli küçəsində yerləşən X14 Kollecinin yataqxanasını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 17.04.2021-ci il tarixli şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 17.04.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və saxlanma yerinə təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 19.04.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltiizam” qətimkan tədbiri seçilərək o, saxlandığı Gəncə şəhəri BPİ-nin MSY-dən azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 17.04.2021-ci il tarixdən 19.04.2021-ci il tarixədək, 3 (üç) gün müddətində şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı 17.04.2021-ci il tarixdən 19.04.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 3 (üç) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb edilməli və yaşayış yeri üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,287 qram təşkil edən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin iş üzrə sübut kimi tanınmış bir ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 197-ci maddəsinin tələblərinə əsasən iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 344- 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17.04.2021-ci il tarixdən 19.04.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 3 (üç) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, 6 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Gəncə şəhəri, Nizami rayonu, C.Rəfibəyli küçəsində yerləşən X14 Kollecinin yataqxanasını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb edilsin və yaşayış yeri üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,287 qram təşkil edən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin iş üzrə sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №1(044)-217/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-217/2021
29.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver