Məhkəmə qərarları › İş №1(044)-218/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-218/2021

18.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-218/2021 18.08.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Yediyarova Zeynəb Fərman qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri X6, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 11.04.2002-ci il tarixdə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Ağstafa şəhəri, S.Vurğun küçəsi, ev 31-də qeydiyyatda olan və Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, Asfaltzavod ərazisində yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq talamaq niyyəti ilə 22 mart 2021-ci il tarixdə saat 03:40 radələrində əvvəllər yaşadığı Gəncə şəhəri “SOS” uşaq kəndinin balansında olan ünvan 1 ünvanında yerləşən Gənclər evinin hasarından aşıb qanunsuz olaraq həyətə oradan da giriş qapısının kilidli olmamasından istifadə edib həmin evin yataq otağına daxil olaraq, oradan Gəncə şəhəri ““SOS””uşaq kəndinin balansında olan Gənclər Evinin himayəsində yaşayan Zərərçəkmiş şəxs məxsus 1 ədəd 400 manat dəyərində “Redmi Note 9” markalı mobil telefonu gizli olaraq talayıb zərərçəkmiş şəxsə 400 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs Аzərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində tək yaşayır. O, Ağstafa rayonunda atası X7 və anası X5 ilə birlikdə yaşamış, 2006-ci ildə anası X5 uzun sürən xərçəng xəstəliyindən sonra vəfat etmiş, daha sonra 2008-ci ilə kimi atası X7 ilə Ağstafa rayonunda birlikdə yaşamış, 2008-ci ildə atası ikinci ailəsi ilə yaşamağa qərar verəndən sonra onu Gəncə şəhərində yerləşən “SOS”uşaq kəndinin himayəsinə vermiş və 2017-ci ildən ünvan 2 ünvanda yerləşən Gəncə “SOS” uşaq kəndinin ərazisində olan Gənclər evində qalmışdır. 2020-ci ilin iyun ayından 18 yaşı tamam olduğuna görə oradan öz istəyi ilə müstəqil həyata çıxmış və hal-hazırda Gəncə şəhərində müxtəlif ünvanlarda kirayədə yaşayaraq müxtəlif yerlərdə fəhləlik edib gündəlik pulunu qazanıb dolanır. “SOS” uşaq kəndinin ərazisində yerləşən Gənclər evindən ayrılsa da, oradakı uşaqları tanımış və əksəriyyəti ilə əlaqəsi olmuşdur. 22.03.2021-ci il tarixdə pula ehtiyacı olduğuna görə əvvəllər yaşadığı ünvan 5 ünvanda yerləşən Gənclər evinə gedərək oğurluq etməyə qərar vermişdir. O, əvvəllər orada yaşadığına görə Zərərçəkmiş şəxs tanımış, bilmiş ki, İbrahim həmişə yatarkən telefonunu qaldığı otaqdakı pəncərənin qarşısına qoyur. 22.03.2021-ci il tarixdə saat 03:40-radələrində ünvan 5 ünvanda yerləşən Gənclər evinin hasarını aşaraq içəri daxil olmuş və Gənclər evinin giriş qapısının kilidli olmamasından istifadə edərək ikinci mərtəbəyə qalxmış, qalxan zaman Zərərçəkmiş şəxs otağına daxil olmuş və Zərərçəkmiş şəxs və otaq yoldaşlarının hamısının yatdığını görmüş, ilk öncə pəncərənin qabağına baxmış, lakin telefonu görməmiş, sonradan görmüşdür ki, İbrahimin mobil telefonu onun yastığının altındadır. O, gizli yolla həmin mobil telefonu götürmüş, daha sonra İbrahimin dolabını açmış və oradan həmin telefonun qutusunu da götürərək gəldiyi yolla geri qayıtmışdır. O, mobil telefonu oğurladıqdan sonra həmin mobil telefonun “X15 9” markalı mobil telefon olduğunu görmüş, daha sonra həmin mobil telefonun qutusunu biraz gedəndən sonra atmış, həmin mobil telefonu 22.03.2021-ci il tarixdə saat 10-radələrində aparıb Gəncə şəhəri köhnə “Yevlax avtovağzalı” adlanan yerdə telefon mağazasında şəxsiyyət vəsiqəsi ilə 200 (iki yüz) manat pul müqabilində satmışdır. O, əldə etdiyi pulu şəxsi ehtiyacları üçün necə gəldi xərcləyib qurtarmışdır. Əməlindən peşman olduğunu bildirərək, ona yüngün cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, o, 2009-cu ildə valideynləri onu və bacısını Gəncə şəhər “SOS” uşaq kəndinin himayəsinə vermişlər. 2018-ci ildə 15 yaşı tamam olduğuna görə onu ünvan 6 ünvanında yerləşən Gənclər evinin himayəsinə vermişlər və bugünə qədər də orada yaşayır. Gənclər Evinin rəhbərliyi tərəfindən hər gün onlara nəzarət edilir və növbə ilə Gənclər evinin müəllimləri növbətçi qaldıqlarını bildirmişdir. 22.03.2021-ci il tarixdə 01:30-radələrinə kimi ona məxsus “Redmi Note 9” markalı mobil telefonu ilə futbol matçına baxandan sonra telefonunu yastığın altına qoyaraq yatmış, həmin günü səhər saat 09-radələrində yuxudan ayılanda görmüşdür ki, ona məxus olan “Redmi Note 9” markalı mobil telefonu gecə yatarkən qoyduğu yerdə yoxdur. Bundan sonra otaq yoldaşlarından telefonunun onlarda olubolmamasını soruşmuş, lakin onlar bildirmişlər ki, telefonu onlar götürməmişlər. Sonra otaqdakı şkafa baxanda telefonun qutusunun da olmadığını müəyyən etmişdir. Bundan sonra ona məlum olmuşdur ki, ona məxsus olan “Redmi Note 9” markalı mobil telefonu oğurlanmışdır. O, bu barədə növbətçi müəllim Taleh Rəcəbliyə məlumat vermişdir. Taleh müəllim Gənclər evində yaşayan digər uşaqlardan onun telefonunun onlar tərəfindən götürülməsini soruşmuş, lakin uşaqlar telefonun onlarda olmadığını demişdir. Bundan sonra Taleh müəllim baş vermiş hadisə barədə Gəncə şəhəri “SOS” uşaq kəndinin Gənclər Evi layihəsinin lideri X4 məlumat vermişdir. Ələsgər müəllim bir neçə dəqiqə sonra Gənclər evinə gəlmiş və baş vermiş hadisə barədə Azərbaycan Respublikaının DİN-in 102 xidməti zəng mərkəzinə məlumat vermiş və polis əməkdaşları gəlib hadisə yerini müayinə etmişlər. Hazırda təqsirləndirilən şəxsdən hər hansı şikayəti yoxdur. Ona dəymiş maddi ziyan tam olaraq ödənilmişdir. Odur ki, təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, 2021-ci ilin fevral ayından “SOS” uşaq kəndləri X1 şəhər X11 layihəsidə Lider vəzifəsində işləyir. Gəncə şəhər Nizami rayonu, Mikayıl Müşfiq küçəsində yerləşən “SOS” uşaq kəndinə məxsus Gənclər evində hər gün uşaqlara nəzarət və digər qayğıları üçün saat 09-dan axşam saat 18:00-dək orada olur. Lakin ümumi üç nəfər müəllim iki gündən bir 24 saat müddətində Gənclər evində uşaqlara nəzarət üçün qrafikə uyğun növbətçi qalırlar. Həmin qrafiki o, tərtib edir. 21.03.2021-ci il tarixdə saat 09-da Gəncə şəhəri “SOS” uşaq kəndinin məsləhətçisi X8 qrafikə uyğun olaraq növbətçiliyi qəbul etmiş, 22.03.2021-ci il tarixdə saat 09-da Gənclər evinin digər məslətçisi Taleh Rəcəbliyə növbətçiliyi təhvil vermiş, həmin günü, yəni 22.03.2021-ci il tarixdə saat 11-radələrində Gənclər evində məsləhətçi müəllim işləyən Taleh Rəcəbli ona zəng edərək, Gənclər evinin himayəsində yaşayan Zərərçəkmiş şəxs məxsus “Redmi Note 9” markalı telefonunun itməsi barədə məlumat vermiş, həmin günü bayram günü olduğu üçün o, Gənclər evində olmamışdır. Daha sonra o, baş vermiş hadisə ilə bağlı Gənclər evinə qayıtmış, ilk öncə o, Gənclər evində yaşayan uşaqlarla söhbət etmiş və Zərərçəkmiş şəxs məxsus telefonun kimin götürməsini uşaqlardan soruşmuş, uşaqlar isə telefonu götürmədiklərini demişlər. Bundan sonra Gənclər evinin lideri olduğuna görə baş vermiş hadisə ilə bağlı Azərbaycan Respublikasının DİN-in 102xidməti zəng mərkəzinə məlumat vermişdir. İstintaqda verilmiş və məhkəmə iclasında tədqiq edilmiş şahid – Şahid1 ifadəsindən görünür ki, o, Эянъя шящяри, ünvan 7 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. O, 2019cu ildən ünvan 8 ünvanda yerləşən “Bakcell” telefon alqı-satqısı mağazasında satıcı işləyir, həmçinin həmin mağazada ikinci əl telefonları vətəndaşlardan şəxsiyyət vəsiqəsi ilə almışdır. 22.03.2021-ci il tarixdə saat 10-11 radələrində özünü Samir kimi təqdim edən bir nəfər şəxs “Redmi Note 9” markalı mobil telefonu satmaq istədiyini bildirmiş, o, həmin şəxsdən şəxsiyyət vəsiqəsini istəmiş, lakin Samir adlı şəxs şəxsiyyət vəsiqəsinin üstündə olmadığını ona bildirmiş, sonra o, Samirə şəxsiyyət vəsiqəsini gətirərsən, telefonun saz vəziyyətdə olmasını və kreditdə olub-olmamasını yoxlayandan sonra ala iləcəyini söyləmişdir. Sonra özünü Samir kimi təqdim edən şəxs getmiş və təxminən 30-40 dəqiqə sonra şəxsiyyət vəsiqəsini götürərək geri qayıtmış, o, Samirin şəxsiyyət vəsiqəsinə baxandan sonra onun Təqsirləndirilən şəxs olduğunu bilmiş, telefonun saz vəziyyətdə olduğunu yoxlayandan sonra Təqsirləndirilən şəxs “Redmi Note 9” markalı mobil telefonu 200 manat pul müqabilində ala biləcəyimi bildirmişdir. Daha sonra bu barədə mağazanın müdiri Məmmədov Dəyanətə bildirərək razılıq alandan sonra Təqsirləndirilən şəxs “Redmi Note 9” markalı mobil telefonu 200 manat pul müqabilində almışdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan məhkəmə əmtəəşünaslıq ekspertizasının 17 iyun 2021-ci il tarixli 9/4045 №-li rəyindən görünür ki, Respublika ərazisində yerləşən ticarət şəbəkələrində, internet saytlarında ( w-t/az, maxi.az), eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd “ X15 9” markalı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması və istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin mart ayına orta bazar qiyməti təxminən 300,0 manat müəyyən edilir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum ediməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Gəncə şəhər Ruhi-Əsəb Dispanserindən və Gəncə şəhər Narkoloji Dispanserindən alınmış 18.05.2021-ci il tarixli, 2451saylı və 18.06.2021-ci il tarixli, 2024 saylı arayışlardan məlum olur ki, Təqsirləndirilən şəxs həmin dispanserlərdə qeydiyyatda yoxdur. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.3-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur və o qeyd olunan maddədə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə görə cəza “SOS”ial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlüləlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrində göstərilmişdir ki, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardandır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını, ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxslə barışmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran halların olmamasını qeyd edir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.3 maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənləri nəzərə alıb məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə onun cəzasını yüngülləşdirən hallarla yanaşı, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışaraq dəymiş ziyanı tamamilə ödəməsini nəzərə alaraq, barəsində CM-in 70-ci maddəsinə əsasən sınaq müddəti təyin edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Belə ki, məhkəmə təqsirləndirilən şəxslərin cəza çəkmədən islah olunmasını mümkün sayır, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərara gəlir. Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsinə müvafiq olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə CM-in 70-ci maddəsinə müvafiq olaraq, Təqsirləndirilən şəxs barəsində şərti məhkum etmə təyin edərkən, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (törədilmiş cinayətin az ağır cinayət olmasını), məhkumun şəxsiyyətini, habelə onun cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, nəzərə alır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alıb, ona törətdiyi cinayətə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilərək barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsini tətbiq edərək onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunmasını mümkün hesab edir. Azərbaycan Respublikası CM-in 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmə Azərbaycan Respublikası CM-in 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulmasını məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə qeyd edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd “X15 9” markalı mobil telefonun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq X3 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. İşi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 344- 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələri tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun qeydiyyatda olduğu və yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd “X15 9” markalı mobil telefon Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 50 manat Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesabına keçirilsin. Hökmdən elan olunduğu andan, 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar