Məhkəmə qərarları › İş №1(044)-22/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(044)-22/2020

22.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(044)-22/2020 22.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rasim Sarı oğlunun sədrliyi, məsləhətçi(məhkəmənin iclas katibi) Əliyev Nicat Şirzad oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs hüquqi varisi X3, müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsmülki iddiaçı Zərərçəkmiş şəxs nümayəndəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilməsinə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, o, 2015-ci ilin yanvar ayının əvvəlində günü istintaqa dəqiq məlum olmayan tarixdə ünvan 1 nömrəli ünvanda yerləşən “Sinema Buck” adlanan otelə gəlib tanışı Zərərçəkmiş şəxs Çin Xalq Respublikasından gətirdiyi malın rüsumunu ödəmək və digər mal alaraq ona əlavə pul verəcəyi, ona görə də Mercedes Benz markalı, **-TN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilini və Ateka yük markalı avtomobilini satıb pul əldə edəcəyi adı ilə inandırıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə sonuncunun 48.000 ABŞ dolları dəyərində 37.651 manat 20 qəpik məbləğində Mercedes Benz markalı, **-TN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilini və Ateka yük markalı avtomobilini, xeyli miqdarda əmlakını ələ keçirdib dələduzluq etmişdir. Məhkəmənin əvvəlki iclaslarında təqsirləndirilən şəxs-mülki cavabdeh qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, uzun illərdir ki, fərdi qaydada biznes fəaliyyəti ilə məşğul olsa da sonradan müflis olduğu üçün heç bir yerdə işləmir. 2010-cu ildə dostu Rasim adlı şəxsin vasitəsilə Zərərçəkmiş şəxs ilə tanış olmuş və həmin vaxtdan sonuncu ilə birlikdə işləməyə başlamışdır. 2011-ci ilin əvvəllərində, dəqiq tarixini xatırlamadığı vaxtda Oqtay onun qardaşı Elsevərlə birlikdə Çin Xalq Respublikasına gedib şərikli qeyri-ərzaq malları, mebel dəstləri, parça materialları alıb gətirmişdir. Həmin şəxslər gətirdikləri malı satdıqdan sonra onun qardaşı Elsevər Oqtaydan xahiş etmişdir ki, ona da biznes fəaliyyəti ilə məşğul olmaq üçün bir az pul versin. Bundan sonra qazanca şərik olmaq şərtilə Oqtay ona da biznes fəaliyyəti ilə məşğul olmaq üçün pul vermiş və onlar bir yerdə işləməyə başlamışlar. 2015-ci ilin yanvar ayında Oqtay özündə olan iki avtomobili mebel dəstləri ilə dəyişmək olub-olmadığını ondan soruşanda o, maraqlanıb cavab verəcəyinə söz vermişdir. O, da Bakı şəhərində divan-kreslo sexini işlədən İmran adlı şəxslə danışmışdır. Bundan sonra İmran 25000 (iyirmi beş min) ABŞ dolları məbləğində divan-kreslonu Oqtaya verməklə sonuncuya məxsus «Ateka» markalı avtomobili götürmüşdür. O, həmin mebel dəstlərini mağazaya yığıb Oqtaya təxminən 20.000 (iyirmi min) ABŞ dolları vermişdir. Həmin divan dəstlərindən 5-6 dəsti hələ də hazırda onun işlətdiyi mağazada durur. Bundan başqa Oqtaya məxsus Mercedes markalı avtomobili də Goran qəsəbəsində «Xan çinar» mebel salonunda Vaqif adlı şəxslə 23.000 (iyirmi üç min) ABŞ dolları məbləğində yataq dəsti ilə dəyişmişlər. O, həmin yataq dəstinin bir dəstini satıb 2000 (iki min) ABŞ dollarını Oqtayın özünə vermiş, 5 yataq dəstini isə Oqtayın özü aparıb satmış, 4 yataq dəsti də hələ də hazırda onun işlətdiyi mağazadadır və istədiyi vaxt gedib götürə biləcəyini Oqtayın özü ilə əvvəlcədən razılaşıblar. Bundan sonra manatın devalvasiyası ilə bağlı onlar külli miqdarda ziyan etmişlər, qardaşı Elsevər müflisləşmiş, o və Elsevər bankın kreditini ödəyə bilmədikləri üçün Oqtay onlardan narazı qalmışdır. Onlar pulu ödəyə bilmədikləri üçün bank da Oqtayı və onları məhkəməyə vermiş, hazırda işləri məhkəmədədir. Sonradan ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs onun və qardaşı Elsevərin barəsində Gəncə şəhər Baş Polis İdarəsinə şikayət ərizəsi yazmış və onlar da ərizə əsasında Polis İdarəsinə gəlib izahat vermişlər. O, Zərərçəkmiş şəxs aldığı puldan əsas pulun 25.000 (iyirmi beş min) ABŞ dollarını verməmiş, lakin üç ilə kimi hər ay həmin pula görə Oqtaya ayda 1000 (min) ABŞ dolları olmaqla sələm vermişdir. Zərərçəkmiş şəxs bank məsələsini düzgün yazsa da avtomobillərə görə düz izahat verməmişdir. Belə ki, onun həmin avtomobillərə qarışacağı, xeyri olmamışdır. O, Oqtaya vəd verməmişdir ki, əvvəlki pulunu qaytarmaq üçün ona pul və ya avtomobil versin. O, Oqtayın avtomobillərini sonuncunun özünün xahişinə əsasən baha qiymətə versin deyə mebellə dəyişib Oqtayın özünə nəğd 20.000 (iyirmi min) ABŞ dolları pul vermiş, Oqtaya 10.000 (on min) manatlıq mebel götürmüş, Oqtayın təxminən 13.000 (on üç min) manatlıq da mebeli onun icarəyə götürdüyü mağazalardadır. Hazırda həmin mebellərlə birlikdə onun Oqtaya ümumilikdə 38.000 (otuz səkkiz min) borcu var. O, gedib mebellərini götürməyi Oqtaya tapşırmış və 25.000 (iyirmi beş min) pulunu da şərikli aldıqları malları satıb verəcəyini söz vermişdir. O, sonuncu dəfə bankdan götürülən pulla gedib mal alıb gətirmiş, lakin devalivasiyaların baş verməsinə görə o, həmin malları sata bilməmiş və mallarda mağazada qalmışdır. Belə ki Oktay istəyirsə gedib həmin malları da yığıb apara bilər. Təxminən onun Oktaydan götürdüyü pul dəyərində mebel avadanlıqları mağazada satışdadır. Məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hal-hazırda təqaüdçüdür və heç bir yerdə işləmir. Gəncə şəhər sakinləri X5 və Təqsirləndirilən şəxs qardaşlarını təxminən 30 ildən çoxdur ki tanıyır, həmin şəxslərlə qohumluğu yoxdur, bir şəhərin sakinləri kimi əvvəllər normal münasibətləri olmuşdur. 2010-cu ildə o, Bakı şəhərində yerləşən yaşayış evini 200.000 ABŞ dollarına satdığı üçün əlində bir qədər pul olmuşdur. Söhbət zamanı o, bu barədə dostu X4 demiş və həmin pula hər hansı bir obyekt almağı yaxud da hər hansı bir biznes fəaliyyəti ilə məşğul olmağı təklif edəndə Rasim ümumi tanıdıqları Elsevər və Elşad qardaşlarının işgüzar, mebel alqı-satıqısı ilə məşğul olduqlarını ona bildirmişdir. Hətta Elsevər və Elşad qardaşları ilə birgə işləsə pul qazana biləcəyini Rasim ona bildirmişdir. Bu münvalla o, Rasimlə birlikdə Elsevər və Elşad qardaşları ilə görüşüb söhbət edən vaxt Elsəvər və Elşad ona təklif etmişlər ki, onun pulu ilə gedib Çin Xalq Respublikasından gətirdikləri mebel avadanlıqlarını Bakı şəhərində yerləşən özlərinin istifadəsində olan mebel mağazalarında satsınlar və əldə etdikləri qazancdan da ona pul verəcəklər. Elsvər və Elşad qardaşları söhbət zamanı hər kantenerdə 15.000 ABŞ dolları qazanc olduğunu, hər kantenrin isə 20.000 ABŞ dollarına gəlib çıxdığını ona bildirmişlər. Elsəvər və Elşad qardaşları qazancın yarı hissəsini ona verəcəklərini bildirmişlər. Bu formada şirin vədlərlə onu inandırmışlar və o, həmin şəxslərə ilkin olaraq 2010-cu ilin oktyabr ayında 42.000 ABŞ dolları məbləğində nəğd pul vermişdir. Elsəvər və Elşad qardaşlarına qeyd edilən məbləğdə pulu verdikdən sonra bilmişdir ki, həmin şəxslər həqiqətən də iki kantener Çin Xalq Respublikasından mal gətirmişlər. Bundan sonra o, Elsəvər və Elşad qardaşlarının həqiqətən də iş bacardıqlarını görmüşdür. Bundan sonra o, bu minvalla Elsəvər və Elşad qardaşları ilə birlikdə işləməyə başlamış, dəfələrlə biznes qurub qazanc əldə etmək məqsədilə Elsəvər və Elşad qardaşlarına müxtəlif məbləğlərlə pul vermişdir. 2015-ci ilin yanvar ayının əvvəllərində isə Elşad onun yanına gəlib mal gətirmək istədiyini, lakin pulu çatmadığını söyləyib gömrük rüsumu və digər malları almaq adı ilə ondan pul istəmişdir. O, pulu olmadığını Elşada bildirsə də, təcili pul lazım olduğu üçün o, özünə məxsus Mercedes Benz markalı, **-TN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilini və Ateka yük markalı, nömrə nişanını unutduğu avtomobilini etibarnamə əsasında Elşada vermiş, sonuncu da hər iki avtomobilə 48000 (qırx səkkiz min) ABŞ dolları pul hesablayıb avtomobilləri aparmışdır. Elşad ona vəd vermişdir ki, ona əvvəlki 25000 (iyirmi beş min) ABŞ dolları pulunu da qaytaracaqdır. Elşad da qardaşı Elsevər kimi etmiş, yəni 9000 (doqquz min) nəqd pul qaytarmış, 10000 (on min) manatlıq da mebel vermiş və qalan pulları qaytarmamışdır. Elsəvər və Elşad qardaşları krediti ödəyə bilmədikləri üçün onun yanına gəlib yenidən ona yalvarmışlar ki, bankdan yenidən pul götürüb əvvəlki borcu bağlamaqla vəziyyətdən çıxa bilərlər. O, da Elsəvər və Elşad qardaşlarının şirin dillərinə aldanıb həmin şəxslərin təklifləri ilə razılaşmış, yenidən banka gedib xx.xx.2015-ci il tarixdə 282000 (iki yüz səksən iki min) ABŞ dolları kredit götürüb Elsəvər və Elşad qardaşlarına vermişdir. Həmin şəxslər də bir az ödəniş etmişlər, onun pulunu verməyib bizneslərlərini genişləndirdikdən sonra pulunu verəcəklərini bildirmişlər. Lakin Elsəvər və Elşad qardaşları ona heç bir pul verməmişlər, hətta bankdan onun adına götürdükləri krediti də ödəməmişlər, özlərinə Bakı şəhərindən icarəyə mağazalar götürüb hazırda mebel alqı-satqısı ilə məşğul olub özlərinə pul qazanırlar, ona isə yalandan vədlər verməklə pulunu vermirlər və bankı da ödəmirlər. Bank da onu Nizami rayon məhkəməsinə vermişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 Tofiq qızı ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun əridir. Təqsirləndirilən şəxs və X6 qardaşlarını əvvələr tanımamışdır. 2010-cu ildə onlar Bakı şəhərindəki evlərini satmışlar. Onlar evi satdıqdan sonra əri onun adına «Ateka» markalı yük avtomobili almışdır ki, həmin avtomobili icarəyə verib gəlir əldə etsin. Həmin ərəfələrdə Elşad və Elsəvər qardaşları onun ərini aldadıb gəlir əldə edəcəyini vəd edərək ərinin pulunu ələ keçirmiş və sonra geri qaytarmamışlar. Sonuncu dəfə Elşad onun əri Oqtayı aldadıb onun adına almış olduğu, lakin əri Oqtaya məxsus «Ateka» markalı avtomobili və oğlu Elçinin adına olan, lakin əri Oqtaya məxsus Mercedes minik markalı avtomobili ələ keçirtmişdir. Belə ki, Elşad onun əri Oqtaya vəd vermişdir ki, həmin avtomobilləri satıb avtomobillərin pulundan əlavə artıq gəlir verəcəkdir. Lakin buna baxmayaraq bügünə qədər Elşad nə avtomobillərin pulunu, nədə ki əvvəlki ələ keçirdiyi pulları vermir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun atasıdır. Təqsirləndirilən şəxs və X6 qardaşlarını o, əvvələr tanımamışdır. 2010-cu ildə Bakı şəhərində yerləşən yaşadıqları evi satmışlar. Onlar evi satdıqdan sonra atası onun adına Mercedes markalı, **-TN-*** nömrə nişanlı avtomobil almışdır. Həmin avtomobili atası onun adına alsa da avtomobil atasının özündə olmuşdur. Həmin ərəfələrdə Elşad və Elsəvər qardaşları atasını aldadıb gəlir əldə edəcəyini vəd verib atasının pulunu ələ keçirtmişlər. Həmin şəxslər atasının pulunu ələ keçirsələr də pulu geri qaytarmamışlar. Sonuncu dəfə Elşad atası Oqtayı aldadıb onun adına alınmış, lakin atası Oqtaya məxsus həmin Mercedes markalı avtomobili və anası Natellanın adına olan, lakin atası Oqtaya məxsus «Ateka» yük markalı avtomobili ələ keçirtmişdir. Belə ki, Elşad atası Oqtaya vəd vermişdir ki, həmin avtomobilləri satıb avtomobillərin pulundan əlavə artıq gəlir verəcəkdir. Lakin buna baxmayaraq bügünə qədər Elşad nə avtomobillərin pulunu, nə də ki əvvəlki ələ keçirtdiyi pulları qaytarmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid X7 ifadəsində göstərmişdir ki, Gəncə şəhər sakini Zərərçəkmiş şəxs onun tələbə yoldaşıdır, Elşad Elsevər qardaşlarını isə 10 ilə yaxındır ki, tanıyır, heç biri ilə qohumluq və ya ədavəti yoxdur. O, Elşad Elsevər qardaşları ilə mebel alqı-satqısı ilə məşğul olmuşdur. Elşad ilə Oktayın aralarında olan münsibətlərdən xəbəri olmuşdur.Belə ki, onlar şərikli mebel alqı-satqısı ilə məşğul olmuşlar. Okaty ona bildirdmişdir ki, özünə məxsus olan 2 (iki) ədəd avtomobili satmaq üçün Elşada vermiş, lakin Elşad həmin avtomobilləri satsada onun pulunu verməmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid X11 ifadəsində göstərmişdir ki, Gəncə şəhər sakinləri Zərərçəkmiş şəxs, Elşad və Elsevər qardaşlarını tanıyır, heç biri ilə qohumluq münasibəti və ədavəti olmamışdır. O, Təqsirləndirilən şəxs 1 avtomobil mebel dəsti almış, lakin sonra Elşadla onun arasında narazılıqlar olduğundan o, Elşadın ona göndərmiş olduğu 1 avtomobil mebel dəstini aldıqdan 2 (iki) gün sonra Elşadın özünə qaytarmışdır. Aralarında yaranmış narazılığın səbəbi isə həmin mebel dəstlərinin içində olan divan dəstinin qiymətinin baha olması olmuşdur. Elşad isə həmin mebel dəstlərini satması üçün ona vermişdir. Onun Elşadla narazılığı olduğundan o, həmin mebel dəstlərini geri yəni Elşadın özünə onun göndərdiyi adını xatırlamadığı şəxsin avtomobili ilə geri qaytarmışdır.Həmin mebellərin geri qayıtmasından isə Oktay Xasiyevin də məlumatı olmuşdur.Çünki həmin ərəfədə Oktay da ona zəng edib mebellərin aqibəti ilə maraqlanmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid X1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs mağazasında satıcı işləmişdir. X15 vasitəçiliyi ilə tanımışdır. İşlədiyi müddətdə Elşad ona zəng edərək bildirmiş ki, Oktay gələcək ona müəyyən məbləğdə pul verisin. Həmçinin Oktay müəllim özü üçün Elşada məxsus mağazadan müəyyən mebel dəst olan mallar almış, lakin konkret olaraq nə aldığını xatırlamır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid X2 ifadəsində göstərmişdir ki, Gəncə şəhər sakinləri Zərərçəkmiş şəxs, Elşad və Elsevər qardaşlarını tanıyır, heç biri ilə qohumluq münasibətləri və ədavəti olmamışdır. Zərərçəkmiş şəxs Oktay Xasiyevi tanımır. Elşadla o, uzun müddət birgə iş (biznes) görmüşlər. Elşad ona demişdir ki, Mercedes- Benz Ateka markalı avtomobili vardır, istəsə mebel dəstləri ilə dəyişə bilər. O, da Elşada cavab olaraq bildirmişdir ki, “baxarıq”. O, Elşadla Bakı şəhərində Günəşli qəsəbəsində avtomobilə baxış keçirmiş və həmin avtomobili almaq barədə razılığa gəlmişdir. Həmin avtomobili 25000 manata nəğd şəkildə satışı barədə razılığa gəldikdən sonra, həmin məbləğin pulunu o, mebel dəsti ilə əvəzləşdirməklə 1 il ərzində tam şəkildə Elşada vermişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid X6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. Oktay Xasiyevi tanıyır, onunla qohumluq münasibəti və ədavəti olmamışdır. X17 Xasiyev arasında ticarət münasibətləri olmuş və qardaşının zərəçəkmiş şəxsə məxsus Mercedes-Benz Ateka markalı avtomobili mebel dəstləri ilə dəyişdirməsini eşitmişdir. Həmin avtomobilin satış qiyməti 25000 manat olmuş, qardaşı Elşad isə Mercedes-Benz Ateka markalı avtomobili İmran İsgəndərov adlı şəxsə verib əvəzində mebel dəstləri alımışdır. (yəni avtomobili mebel dəstləri ilə barter etmişdir). Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Bakı şəhər Sabunçu rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, AZ-İİ № 086824 seriyalı “Ölüm haqqında” şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə “Ağciyər-ürək çatışmazlığı” xəstəliyindən ölmüşdür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 106-1.1-ci maddəsinə əsasən ölmüş təqsirləndirilən şəxs-mülki cavabdehin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri təqsirləndirilən şəxs- mülki cavabdehin hüquqi varisi hesab olunur. Məhkəmə təqsirləndirilən şəxs-mülki cavabdehin ölməsi barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 106-1-ci maddəsinin tələblərinə əsasən ölmüş təqsirləndirilən şəxs-mülki cavabdehin hüquqi varisi qismində onun hüquq və vəzifələrinin cinayət işi üzrə icraat zamanı həyata keçirilməsi üçün onun oğlu gəlmiş və həmin bildirişdə Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 106-1-ci maddəsinin tələblərinə əsasən izah edilmişdir ki, ölmüş təqsirləndirilən şəxs-mülki cavabdehin yaxın qohumlarından hər hansı biri onun hüquqi varisi qismində tanınmasını istəyirsə, bu barədə məhkəməyə müraciət edə bilər. Təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs oğlu X8 xx xxxxxxxx 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edərək məhkəməyə ərizə ilə müraciət edib onun ölmüş atası Təqsirləndirilən şəxs hüquqi varisi qismində tanınmasını xahiş etmişdir. Məhkəmə həmin ərizəni nəzərə alaraq və cinayət prosesi tərəflərinin fikirlərini dinləyib X3 ölmüş təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs hüquqi varisi qismində tanıyaraq işə buraxmışdır. Təqsirləndirilən şəxs-mülki cavabdehin hüquqi varisi X8 cinayət işinin materialları ilə tanış olduqdan sonra xx.xx.2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi iştirakı ilə məhkəməyə verdiyi ifadəsidə göstərmişdir ki, atası mərhum Təqsirləndirilən şəxsla zərərçəkmiş Oktay Xasiyev arasında biznes əlaqələrinin olmasını bilsədə, lakin həmin ticarətdən konkret olaraq kimin kimə nə qədər verəcəyi, alacağı barədə bilməmişdir. Odur ki, ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs- mülki cavabdeh Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Beləliklə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün məhkəmənin əvvəlki iclaslarında verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, cinayət işi üzrə zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna olmaqla) barəsində olan cinayət işinə xitam verilməlidir. Həmin Məcəllənin 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə həmin Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən həmin Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Məhkəmə cinayət prosesi tərəflərinin ölmüş təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə dair fikirlərini dinləyib, hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən ölmüş təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməli, həmçinin Təqsirləndirilən şəxs öldüyündən onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən ləğv edilməlidir. Bunda başqa iş üzrə zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs dəymiş zərərlə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının CPM-nin 39.1.5, 43.3-1 və 156cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs öldüyündən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən onun təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs dəymiş zərərlə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rasim Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar