Məhkəmə qərarları › İş №1(044)-22/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-22/2022

13.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-22/2022 13.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin məsləhətçisi (məhkəmə iclas katibi) Yediyarova Zeynəb Fərman qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, 18 iyun 1999-cu il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs oğluna (bundan sonra - Z.Təqsirləndirilən şəxs) ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, 2020-ci ilin fevral ayının ortalarından həmin ilin mart ayının ortalarınadək olan müddətdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Təzə Məhəllələr yaşayış massivində yaşayan 08.06.2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs ilə aralarında yaş fərqi iki ildən artıq olmaqla ilk olaraq 2020-ci ilin fevral ayının ortalarında, dəqiq tarixi məlum olmayan vaxtda ilk olaraq özünün qeydiyyatda olduğu ünvan 2 ünvanında, sonra isə Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu şəhəri, Təzə Məhəllələr yaşayış massivində kirayədə qaldıqları evdə Zərərçəkmiş şəxs 16 yaşına çatmadığı müddətdə sonuncunun razılığı əsasında onunla təbii və qeyri - təbii yolla cinsi əlaqədə olmaqla 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olmuş və seksual xarakterli digər hərəkətlər etmişdir. Bununla da, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 152.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində bildirdi ki, o, Zərərçəkmiş şəxs 2020-ci ilin fevral ayından tanıyır, həmin vaxt Günay Gəncə şəhərinə gəlmiş, Gunayın razılığı ilə ailə qurmaq məqsədilə cinsi əlaqədə olmuşlar, sonra Günayla birlikdə Günayın yaşadığı Bakı şəhərindəki evə getmişlər. Bakı şəhərində onların toy şənlikləri olmuş, sonra Günayla aralarında narazlıq olduğu üçün o, Bakı şəhərindən Gəncə şəhərinə gəlmişdir. Bundan sonra Günay və Aygün ondan şikyaət etmişlər ki, guya o, Günayı Gəncə şəhərində zorlamışdır, amma o, Günayı zorlamamış, Günayla öz razılığı əsasında cinsi əlaqədə olmuşdur. Onlar bir müddət də Gəncə şəhəri Gülüstan qəsəbəsində kirayədə qalmışlar. O, Günayla xoş niyyətlə, ailə qurmaq məqsədilə tanış olub cinsi əlaqədə olmuş, Günayın 16 yaşı tamam olanadək Gəncə və Bakı şəhərlərində bir yerdə qalmışlar, sonra Günayın 16 yaşı tamam olandan sonra Şirvan şəhərinə gelib kirayədə qalmışlar. Onlar oğurluq etmələrinə görə Şirvan şəhərində onların barəsində cinayət işi başlanmışdır. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs iştirakı olmadan işə baxılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Ələsgər qızı ifadəsində göstərdi ki, Asiman onun nəvəsidir, nəvələrinə uşaqlıqdan demək olar ki, o, baxmışdır. 2020-ci ilin fevral ayında, dəqiq tarixini xatırlmadığı vaxtda qızı Rübabədən eşitmişdir ki, Asiman evə bir qız gətirmiş, həmin qız adının Günay olmasını, Bakı şəhərində yaşamasını, Bakı şəhərindən Gəncə şəhərinə paltar satmaq üçün gəlməsini və Bakı şəhərinə qayıdıb gedəcəyini demişdir. Rübabə isə Günaydan narahat olmuş, Günaydan xoşu gəlmədiyi üçün Günayı evdən qovmuşdur. Bundan sonra Asiman Günayla birgə ata nənəsi Rənagilə getmiş, həmin günün səhəri Günayın nənəsi, xalası və dayısı onlara gələrək onlardan 3000 manat pul istəmişlər, əks halda Asimanı polisə verəcəklərini demişlər. Onlar da həmin pulu verməyə imkanılarının olmadığını dedikdə Günayın nənəsi Pərvanə Günayı və Asimanı da götürüb getmişlər. Bakı şəhərinə getdikdən sonra Asimanı öz evlərində saxlamış, Asimanla Günaya Bakı şəhərində Badü-Kübə restoranında toy etmişlər, hətta onların toy şəkilləri və toy diskləri də vardır. Asimanla günay bir müddət Bakı şəhərində qaldıqdan sonra Gəncə şəhərinə gəlmişlər, Günayın nənəsi kirayə ev taparaq birgə qalmışlar, Gəncə şəhərinə gələndə Asiman o şəxslərin necə insan olmalarını görüb Günaydan əl çəkmiş, Günay Asimanla Bakı şhərinə gedəndən sonra gecə saat 02 radələrində Asiman çıxıb Gəncə şəhərinə gəlmiş, Günay və qohumları Asiman zorla orada saxlamaq istəmişlər, Asiman çıxıb Gəncə şəhərinə gələndən sonra Günaygil Asimandan DİN-nin 102 Xidmətinə şikayət etmişlər. Asiman bundan sonra onların yaşadığı evdə qalmışdır, Günayın yanına getməmişdir. Asiman Günayı zorlamamış, Günayın dediyi şər və böhtandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, o, ünvan 4 ünvanında anası Şahid2, övladları Təqsirləndirilən şəxs, X3 və X8 ilə birlikdə yaşayır, onun uşaqlarına uşaqlıqdan anası Məleykə baxmışdır. 2020-ci ilin fevral ayında, Asiman evə bir nəfər qız gətirmiş, həmin qızn kim olmasını soruşmuş, sonradan adının Günay olmasını, Bakı şəhərindən Gəncə şəhərinə paltar satmaq üçün gəlməsini , bir müddət evdə oturub Bakıya qayıdacağını demişdir. O, Günayın hərəkətlərindən və özünü aparmağından belə başa düşmüş ki, yaxşı qıza oxşamır. Bundan sonra Asiman Günayla birgə ata nənəsi Rənagilə getmiş, həmin günün səhəri Günayın nənəsi, xalası və dayısı onların yaşadıqları evə gələrək onlardan 3000 manat pul istəmişlər ki, Günayı da götürüb getsinlər, verməsələr Asimanı polisə verəcəklərini demişlər. Həmin günün gecəsi Günayın nənəsi Pərvanə Günayı və Asimanı da götürüb getmişlər Bakı şəhərinə, Asimanı öz evlərində saxlamışlar, Asimanla Günaya Bakı şəhərində Badü-Kübə restoranında toy etmişlər, hətta onların toy şəkilləri və toy diskləri də vardır. Toydan sonra X18 şəhərinə qayıtmaq lazım olduğunu demiş, Asiman, Günay və Günayın dayısı Elşadla qayıdıb Gəncə şəhərinə gəlmişlər. Gəncə şəhərinə gələndən sonra Asiman onların necə insan olduğunu başa düşüb onlardan canını qurtarmaq istədikdə Günay və dayısı DİN-nin 102 Xidmətinə Asimandan şikayət etmişlər. Bundan sonra Asiman bir müddət Günayla birgə Günayın nənəsinin kirayə tutduğu evdə birlikdə yaşamağa davam etmişlər. Günay Gəncədə qala bilməyəcəyini deyib Bakı şəhərinə getmiş, bundan sonra yenidən Gəncəyə gəlib Asimanla birgə Bakı şəhərinə qayıtmışdır. Hətta Bakıya qayıtdıqdan sonra da zorla Asimanı evlərində saxlamışlar. Sonda Asiman gecə saat 02 radələrində ordan çıxıb Gəncəyə qayıtmışdır. İstintaqda verilmiş və məhkəmə iclasında tədqiq edilmiş edilmiş zərərçəkmiş – Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, o, anası Aygünlə birlikdə yaşayır, uşaq olarkən atası Coşqun anası Aygündən boşanıbdır, anasının ondan başqa uşağı yoxdur, atası başqa bir qadınla evlənib ayrıca yaşayır. O, 6 yaşından anası Aygünlə birlikdə Bakı şəhərində Sabunçu qəsəbəsində Yeni Məhələllər yaşyaış massivində kirayədə qalır, onun ana nənəsi Pərvanə özü Gəncə şəhərində yaşayırdı, hazırda Ağstafa rayonunun Köçəsgər kəndinə getmişdir. O, anası Aygünlə birlikdə, elə olub təkcə Gəncə şəhərinə nənəsi Pərvanəgilə gəlmişdir. Gəncə şəhər sakini Təqsirləndirilən şəxs təxminən üç ay bundan əvvəl tanımış, ondan əvvəl tanımamış, hər hansı bir münasibətləri olmamışdır. Təxminən iki ay bundan əvvəl o, Gəncə şəhərinə öz donunu satmağa gəlmiş, o donu istəmədiyi üçün satmaq qərarına gəlmiş, bunun üçün nənəsi Pərvanəgilə gəlmiş, Gəncə şəhəri Mərkəzi Univermağın yanında özünün geyinilmiş donunu satmaq istəyərkən bir də baxmışdır ki, əvvəl tanımadığı və görmədiyi bir oğlan, yəni, Asiman ona yaxınlaşıb demişdir ki, onu tanıyırmı? O, da Asimana tanımadığını bildirmiş, sonra Asiman ona demişdir ki, Kamalın dostudur. Kamal da Gəncə şəhərindən Bakı şəhərinə gəlmişdir, Kamalla tanışlığı olmuşdur, Asiman da onu Watshapp sosial şəbəkəsində Kamalla danışanda görüntülü olduğu üçün görmüşdür, Asiman da onun şəklini, özünü görüntülü danışanda görüb yadında saxlamış, ondan tanımışdır. Sonra o, heç nə deməmiş, Asiman ona demişdir ki, Gəncə şəhərinə nəyə gəlmisən? O, da Asimana don satmağa, nənəsinin yanına gəldiyini bildirmişdir. Asiman da ona təklif etmişdir ki, Bakı şəhərinə indi qayıtma, gedək onlara, onlarda bir az dursun, axşam olsun, gecə avtobusla gedərsə səhəri çatacaq, ona rahat olsun, indi getsə, gecə çatacaq, ona rahat olmayacaq. Asiman onun yanında bir nəfər qadın xeylağı ilə danışıb demişdir ki, xalasıdır, xalası kimi bildirdiyi qadına demişdir ki, bir nəfər tanış qız var, onu da evlərinə qonaq gətirir, o, da Asimanın danışdığı qadın xəylağının səsini eşitmiş, çünki Asiman səsini gücləndiriciyə qoymuşdur. Daha o qadın da gələcəyini bildirdiyi üçün, həm də Asiman özünü ona təmiz şəxs kimi, ona kömək edəcəyi, yəni, ona canı yanan şəxs kimi göstərdiyi üçün o, Asimana inanmışdır. Bundan sonra Asiman onu özünün yaşadığı Gəncə şəhəri Şəddadilər küçəsinə öz evlərinə aparmış, Asimangilin evlərində Asimanın təxminən 10 yaşlı balaca bacısı olmuş, ayrı kimsə olmamışdır. Təxminən 20-25 dəqiqədən sonra Asimanın böyük bacısı Səma evə gəlmiş, ona xoş gəldin etmiş, sonra o Asimanla nə danışdıqlarını bilməmiş, Asiman ona demişdir ki, onu qaçırıb gətiribdir, anasıgil gələndə anasıgilə o cür desin. O, da Asimana demişdir ki, Asiman onu o adla gətirməmişdir, o, çıxıb getmək istəmişdir. Bu dəfə Asiman onun qolundan tutub demişdir ki, narahat olmasın, heç hara getməsin, özü onu aparıb yola salacaqdır. O, əlində telefon çölə çıxıb anasına zəng vurmaq istəyəndə Asiman əlindən onun mobil telefonunu alıb onun sifətinə bir şillə vurmuşdur. Onlar bu cür danışandan 10-15 dəqiqə sonra Asimanın anası Rubabə və atası Ziyad evə gəlmişlər, Asimandan onu qaçırmasını soruşmuşlar. Asiman da yalandan guya onu öz razılığı ilə qaçırmasını deyəndə o, narazılıq edərək səs-küy salmış, o, Asimanın bu hərəkətinə görə DİN-nin 102 Xidmətinə məlumat vermək istəmiş bu vaxt Asimanın anası Rubabə onun üstünə gəlib onu söyürək ona bir şillə vurmuş, Asimana da demişdir ki, əgər bu qızı öz razılığı ilə gətirməyibsə tez qızı götürüb aparsın, yola salsın, başları ağrıyacaqdır. Asiman da evlərinə və ona söz vermişdir ki, onu aparıb avtobusla Bakı şəhərinə yola salacaqdır. O, və Asiman evdən çıxıb piyada mərkəz tərəfə gedəndə Asiman ona demişdir ki, saat hələ 20 radələridir, onu həmin vaxtda Bakı şəhərinə yola salsa, gecə saat 02-03 radələrində çatacaq, ona uyğun vaxt deyil. Onu yenə də inandırmışdır ki, dostugilə getsinlər, oradan onu dostu ilə yola salacaqdır. O, yenə də Asimana inanıb, həm də qaranlıq olduğu üçün Asimanla birlikdə evlərindən bir neçə küçə aralı bir evə getmişlər, orada heç kəs olmamış, Asiman həmin evə evin arxa tərəfindən aralıq yolla keçib qapını açmış, o, da Asimana inanıb içəri girmişdir. Həmin evdə ayrı heç kim olmamış, o, Asimana demişdir ki, bəs dostungil hanı? Asiman da ona demişdir ki, evdə heç kəs yoxdur, onuu da qaçırıbdır. O, bir az Asimana əsəbiləşmiş, Asiman ona demişdir ki, heç yerə gedə bilməzsən. O, da qorxusundan qaranlıqda heç yerə gedə bilməyəcəyini görüb bir az sakitləşmiş, fikirləşmişdir ki, imkan edib gedər. Bu vaxt Asiman onun üstünə gəlib ona bir şillə vurmuş, üstünə düyməli açılıb-yığılan bıçaq çıxartmışdır ki, nə desə, o, bunu etməlidir. Asiman demişdir ki, artıq onu qaçırıb, indi onunla mütləq cinsi əlaqədə olmalıdır ki, anasıgilə buna razılıq versinlər, Asiman iş-işdən keçməyini desin. O, da Asimandan qorxub səsini çıxartmamışdır. Asiman onu bir otağa aparıb onu qucaqlamış, həmin vaxt o, don geyinmişdir, Asiman onu çarpayının üstünə yıxıb ilk olaraq onunla təbii yolla cinsi əlaqədə olmaq istəmiş, o, buna imkan verməmiş, Asiman onunla arxa tərəfdən əlaqədə olanda o, istəmişdir ki, buna imkan verməyə, lakin Asiman əli ilə onun arxasından tutub özünə tərəf çəkmiş, cinsiyyət orqanının çıxarıb onun anus dəliyinə soxmuş, onunla arxa tərəfdən əlaqədə olmuş, sonra ani bir vəziyyətdə cinsiyyət orqanını arxadan çıxarıb qabaq tərəfə salmış, onunla qabaq tərəfdən cinsi əlaqədə olmuş, onu altında tutub saxlamış, otaq qaranlıq olduğu üçün ondan qan gəlib-gəlmədiyini bilməmişdir. O, Asimana nə qədər müqavimət göstərsə də Asiman ona imkan verməmiş, onun Asimana gücü çatmamış, onu zorlamış, onunla razılığı olmadan təbii və qeyri təbii yolla cinsi əlaqədə olmuşdur. O, bir az ağlamış, gecə yarı olduğu üçün heç hara gedə bilməmiş, ertəsi günü də Asiman öz evləri ilə danışıb bildirmişdir ki, onun üzünü açmışdır, onunla əlaqədə olmuşdur, onu öz evlərinə aparmış, Asiman, anası, bacısı onu qılıqlamışlar ki, heç kəsə deməsin, şikayət etməsin. Asiman onu anasının evinə aparıb 5 gün orada saxlamış, sonra atası Ziyadgilə aparmışdır. Asimanın atası ilə anası ayrı qalmışdır. Asiman ona demişdir ki, onu alacaq, onunla ailə quracaqdır. Ona görə də o, da anası ilə, nənəsi ilə danışıb məsləhətləşmişlər ki, ilk əvvəl şikayət etməsinlər. Anası Aygün ona Bakı şəhərinə gəlmələrini demişdir. O, və Asiman Bakı şəhərinə getmişlər, bir neçə gün orada qalmışlar, anası hətta kiçik bir ziyafət də vermiş, məsləhətləşib bilmişlər ki, artıq iş-işdən keçmişdir. Onlar təxminən bir aya yaxın bir yerdə yaşamışlar, o, artıq bədbəxt olduğuna görə taleyi ilə razılaşmış, amma görmüşdür ki, Asimanın fikri onu saxlamaq, ailə kimi onunla birgə yaşamaq deyil, ona görə də Asimandan Nizami rayon Pİ-nə şikayət etmişdir. İstintaqda verilmiş və məhkəmə iclasında tədqiq edilmiş zərərçəkmiş şəxsin qanunu nümayəndəsi – Qanuni nümayəndə ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs onun nəvəsidir, onun qızı Aygünün qızıdır. Günayın atası anası ilə uşaqlıq vaxtından ayrılmış, Günay anası Aygünlə Bakı şəhəri, Sabunçu rayonu ərazisində yaşayırlar, arabir onun yanına gedib-gəlirlər. O, da əvvəl Gəncə şəhərində oğlu Ülvi ilə birlikdə yaşamış, sonradan Ağstafa rayonunun Köçəsgər kəndinə evlərinə gedib orada yaşamağa başlamışdır. 2020-ci ilin fevral ayının əvvəllərində Günay Gəncə şəhərinə onun yanına bir neçə paltarını satmağa gəlmiş, həmin vaxt ona demişdir ki, axşam çıxıb Bakı şəhərinə gedəcəkdir. O, axşam tərəfi Günaya zəng edəndə Günaya zəng çatmamış, o, bundan narahat olmuş, ertəsi günü ona məlum olmuşdur ki, Günay Bakı şəhərinə getməmiş, Gəncə şəhərində əvvəl tanımadığı, sonradan adını Asiman kimi bildiyi bir oğlan Günayı başqa bir evə apararaq Günayla zorla cinsi əlaqədə olmuş, Günayın üstünə bıçaq çıxararaq hədə-qorxu gəlmiş, əvvəl Günayı öz evlərinə apararaq Günayı qaçırdığını bildirmişdir. Sonra Asimanın valideynləri onlara yalvarmışlar ki, şikayətçi olmasınlar, Günayı saxlayacaqlar, onlar da şikayət etməmişlər, Günayla Asiman Bakı şəhərinə Aygüngilə getmişlər, orada kiçik bir toy mərasimi etmişlər, Asiman bir müddət Günayla birgə qalsa da sonra çıxıb Gəncə şəhərinə gəlmiş, Günayı saxlamamış, bu səbəbdən də onlar Asimandan şikayət etmişlər. Asiman Bakı şəhərindən gələndə Günayı döyüb telefonunu, paltarını, qızıllarını da əlindən almış, Günay paltarının, telefonunun və qızıllarının dalınca Gəncə şəhərinə gələndə Asimanın anası Günayı döymüş, Günay da əsəbiləşərək esens dərmanı içmişdir, onların işinə prokurorluqda baxılır. İstintaqda verilmiş və məhkəmə iclasında tədqiq edilmiş Şahid1d qızının ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs onun qızıdır. O, Günayın atası ayrılmış, Günay onunla birlikdə Bakı şəhəri, Sabunçu rayonu ərazisində yaşayırlar. 2020-ci ilin fevral ayının əvvəllərində Günay Gəncə şəhərinə nənəsi Pərvanənin yanına bir neçə paltarını satmağa gəlmiş və nənəsinə demişdir ki, axşam çıxıb Bakı şəhərinə gedəcəkdir. Onun anası, Günayın nənəsi Pərvanə axşam tərəfi Günaya zəng edəndə Günaya zəng çatmamış, nənəsi bundan narahat olmuş, ertəsi günü nənəsi Pərvanəyə və ona məlum olmuşdur ki, Günay Bakı şəhərinə getməmiş, Gəncə şəhərində əvvəl tanımadığı, sonradan adını Asiman kimi bildiyi bir oğlan Günayı başqa bir evə apararaq Günayla zorla cinsi əlaqədə olmuş, Günayın üstünə bıçaq çıxararaq hədə-qorxu gəlmiş, əvvəl Günayı öz evlərinə apararaq Günayı qaçırdığını bildirmişdir. Sonra Asimanın valideynləri onlara yalvarmışlar ki, şikayətçi olmasınlar, Günayı saxlayacaqlar, onlar da şikayət etməmişlər. X15 Bakı şəhərinə onun yaşadığı evə gəlmişlər, orada kiçik bir toy mərasimi etmişlər, Asiman bir müddət Günayla birgə qalsa da sonra çıxıb Gəncə şəhərinə gəlmiş, Günayı saxlamamış, bu səbəbdən də onlar Asimandan şikayət etmişlər. Asiman Bakı şəhərindən gələndə Günayı döyüb telefonunu, paltarını, qızıllarını da əlindən almış, Günay paltarının, telefonunun və qızıllarının dalınca Gəncə şəhərinə gələndə Asimanın anası Günayı döymüş, Günay da əsəbiləşərək esens dərmanı içmişdir, onların işinə prokurorluqda baxılır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 13.03.2020-ci il tarixli 400 saylı məhkəmə tibbi ekspertiza rəyindən görünür ki, 2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs qızlıq pərdəsi elastikdir, tamlığı hal-hazırda pozulmamışdır, qızlıq pərdəsinin tamlığı pozulmadan təbii yolla cinsi əlaqədə olması mümkündür. Zərərçəkmiş şəxs anus dəliyi nahiyyəsində müəyyən edilmiş anal dəlik sfiktorunun boşalması, şuavari büküşlərin hamarlaşması anal dəlik vasitəsi ilə mütəmadi qeyri-təbii yolla cinsi əlaqəni təsdiq edən əlamətlərdəndir. Zərərçəkmiş şəxs anal dəlik nahiyəsində aşkar edilmiş sıyrıq – bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, gərginləşmiş kişi cinsiyyət üzvünün təsiri nəticəsində əmələ gələ bilər, əmələ gəlmə müddəti müayinə olunan vaxta nəzərən 1- 3 gündür və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməmə müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 16.03.2010-cu il tarixdə Ağstafa rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə Şahid1 birgə nikahlarından 08 iyun 2004-cü il tarixdə Zərərçəkmiş şəxs anadan olmuşdur. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X5” Publik Hüquqi şəxsi canlı şəxsin ekspertizasının 20.04.2020-ci il tarixli 190 saylı rəyindən görünür ki, 2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibb ekspertizasına əsaslanaraq, ilkin məlumatı nəzərə alaraq və qərarda qoyulmuş suallara uyğun olaraq Zərərçəkmiş şəxs bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmiş, Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamış, qızlıəq pərdəsinin anomatik quruluşu, tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan verməsi, Zərərçəkmiş şəxs arxa keçəcəyində aşkar edilmiş əlamətlər onunla qeyri-təbii yolla arxa keçəcək dəliyi vasitəsi ilə cinsi əlaqədə olmağa dəlalət edildiyi müəyyən edilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan 19.06.2020-ci il tarixli əşyanın götürülməsi haqqında qərardan və protokoldan görünür ki, Şahid2 Ələsgər qızı tərəfindən təqdim edilmiş fotoşəkillər və bir ədəd DVD disk könüllü olaraq təqdim edilmiş, götürülməsi barədə protokol tərtib olunmuşdur. Məhkəmədə tədqiq edilmiş və işdə olan 19.06.2020-ci il tarixli tutulmuş şəxsin azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Baş Polis İdarəsinin MSY-dən azad edilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan 19.06.2020-ci il tarixli qətimkan tədbiri seçmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İİ-nin 11.05.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin 08.05.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.2.3, 133.2.3, 133.2.4, 133.2.6, 62, 221.2.1, 180.2.1, 180.2.2, 180.2.4, 62, 182.2.1, 182.2.2, 182.2.3, 62, 332.2.1, 332.2.2, 332.2.3, 62, 66.3 maddələri ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, qaradağ Rayon Məhkəməsinin 28.01.2020-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 28.10.2020-ci il tarixdə Evlər Üçlüyü tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs İ.Məmmədov küçəsi, 156 saylı evdə yaşayır və ailə tərkibi – atası X6, anası Şahid3, qardaşı X7, bacısı Səfərova Səma Ziyad qızı, qardaşı X8, bacısı X1 ibarətdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 28.10.2020-ci il tarixdə Evlər Üçlüyü tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri, İ.Məmmədov küçəsi, 156 saylı evdə anadan olmuş, 22 saylı orta məktəbi natamam bitirmiş, hərbi xidmətdə qulluq etmiş, yaşadığı ərazidə böyüklər və kiçiklər arasında özünə yaxşı hörmət qazanmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 06.04.2021-ci il tarixli 1244 saylı arayışdan görünür ki, 18.06.1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs Gəncə şəhər Rsixonevroloji Dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 06.04.2021-ci il tarixli 1761 saylı arayışdan görünür ki, 18.06.1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Məhkəmədə tədqiq edilmiş və işdə olan Şirvan Şəhər Məhkəməsinin 15.09.2021-ci il tarixli 1(032)-168/2021 saylı hökmün surətindən görünür ki, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilərək 01 (bir) il sınaq müddəti müəyyən edilməklə ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzası şərti hesab edilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan Şirvan Şəhər Məhkəməsinin 19.11.2021-ci il tarixli 1(032)-78/2021 saylı hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-nin 177.2.1-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 221.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.2 maddəsinə əsasən təyin edilmiş cəzaları toplamaq yolu ilə 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs barəsində Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 28.01.2020-ci il tarixli qərarı ilə təyin olunmuş cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilmiş, Bakı Hərbi Məhkəməsinin 08 may 2019-cu il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş qalan 07 (yeddi) ay 08 (səkkiz) gün hissəsi CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin olunmuş cəzaya qismən birləşdirilməklə ona qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17.06.2021-ci il tarixdən 19.06.2021-ci il tarixə kimi həbsdə saxlanması nəzərə alınaraq cəzasından 02 (iki) gün çıxmaqla üzərində qəti olaraq 04 (dörd) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 18.08.2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvəsində saxlanılması hökm edilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 152.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikasının CM-in 152.1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının CM-in 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi CM-in 152.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının CM-in 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının CM-in 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. Azərbaycan Respublikasının CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətmiş, cəzasını çəkib qurtarmadan yenidən qəsdən cinayət törətmişdir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikasının CM-in 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Ona görə də məhkəmə, CM-nin 59.2-ci maddəsinə əsasən yaşayış yerindən müsbət səciyyələndirilməsini və törətdiyi cinayət əməlini səmimi etiraf etməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzanı yüngülləşdirən hallar CM-in 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəza təyin edilən zaman nəzərə alınmalıdır. Məhkəmə, CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənləri nəzərə alıb məhkəmə Təqsirləndirilən şəxs cinayətlərinin residivinin olması nəzərə alınmaqla təqsirli bilindiyi CM-in 152.1-ci maddəsinin sanksiyası həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Şirvan Şəhər Məhkəməsinin 19.11.2021-ci il tarixli 1(032)-78/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs CM-in 177.2.1 və 221.3-cü maddələri ilə təqsirli bilinib, 04 (dörd) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 18.08.2020-ci il tarixdən hesablanmışdır. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs hazırda baxılan cinayət əməlini, barəsində olan Şirvan Şəhər Məhkəməsinin 19.11.2021-ci il tarixli 1(032)-78/2021 saylı hökmü çıxarılmazdan əvvəl törətmişdir. Azərbaycan Respublikasının CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikasının CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikasının CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikasının CM-in 69.3-cü maddəsinə əsasən, hökm qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, iltizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, CM-in 66.5-ci maddəsinə əsasən Şirvan Şəhər Məhkəməsinin 19.11.2021-ci il tarixli 1(032)-78/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 04 (dörd) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə ona təyin olunacaq cəza ilə qismən toplanmalıdır. Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən, ona azadlıqdan məhrum etmə növündə təyin olunacaq cəzanı, CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 18.08.2020-ci il tarixdən hesablanmalıdır. Həmçinin Təqsirləndirilən şəxs həbsdə olması nəzərə alınmalı və barəsində qətimkan tədbiri seçilməməlidir. İş üzrə mülki iddia yoxdur, CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353-cü və 356-cı maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Şirvan Şəhər Məhkəməsinin 19.11.2021-ci il tarixli 1(032)-78/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs oğluna təyin edilmiş 04 (dörd) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və onun üzərində qəti olaraq 04 (dörd) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs oğlu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs oğluna təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 18.08.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlunun həbsdə olması nəzərə alınsın. Hökmdən elan olunduğu andan, məhkum Təqsirləndirilən şəxs oğluna isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar