Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-220/2021 13.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri X6, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X11 iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Basarkeçər rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, himayəsində 2 azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs “Covid-19” virusu ilə bağlı test analizi verməklə 04.04.2021-ci il tarixdən testin nəticəsinin pozitiv, yəni yeni növ virusu yaymaq təhlükəsi olmasını bilə-bilə xüsusi karantin reyminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda 10.04.2021-ci il tarixdə saat 17 radələrində yaşadığı ünvan 2 ünvanında yerləşən yaşayış evini qanunsuz olaraq tərk edib Gəncə şəhəri, Nizami rayonu, N.Nərimanov küçəsi ilə Nizami Gəncəvi prospektinin kəsişməsi istiqamətinə gedən və oradan yenidən yaşadığı ev istiqamətinə gələn zaman, həmçinin 15.04.2021-ci il tarixdə saat 14 radələrində yaşadığı ünvan 2 ünvanında yerləşən yaşayış evini qanunsuz olaraq tərk edib Gəncə şəhəri, Nizami rayonu, N.Nərimanov küçəsi ilə Nizami Gəncəvi prospektinin kəsişməsi istiqamətinə gedən və oradan yenidən yaşadığı ev istiqamətinə gələn zaman və 17.04.2021-ci il tarixdə saat 17 radələrindən 18.04.2021-ci il tarixədək olan müddətdə yaşadığı ünvan 2 ünvanında yerləşən yaşayış evini qanunsuz olaraq tərk edib Gəncə şəhəri, Nizami rayonu, Məhrəsə Bağı, Ozan küçəsi, Şahsevənlər küçəsi, Ş.İ.Xətai rospekti, Gəncə şəhərinin Bakı şəhəri istiqaməti çıxışına, “Qızıl Gül” şadlıq sarayı yaxınılğına, Gəncə şəhəri Kəpəz mehmanxanası və şəhərinə digər yerlərinə gedən və oradan yaşadığı ünvan 4 ünvan istiqamətinə gələn zaman epidemiya əleyhinə, eləcə də karantin reyimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaratmış, 10.04.2021-ci il tarixdə saat 18 radələrində sərtləşdirilmiş karantin reymi ilə bağlı virusa yoluxmuş xəstələrin nəzarət qaydasında yoxlanılması zamanı Gəncə şəhər Nizami rayon Pİ-nin əməkdaşları tərəfindən Gəncə şəhəri, Nizami rayonu, N.Nərimanov küçəsində müəyyən edilərək saxlanılmışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, O, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur, toylarda müğənnilik edib ailəsinə çörək pulu qazanır. 2021-ci ilin aprel ayının ilk günlərində özündə bir az narahatçılıq hiss etmiş, bir az da qrip kimi olmuş, bir az da yüksək hərarət halları olduğu üçün “Covid-19” pandemiyasına yoluxmağına şübhə olduğuna görə 03 aprel 2021-ci il tarixdə o, özü Təcili Tibbi yardım xəstəxanasının yaşadıqları evin yaxınlığındakı məntəqəsinə getmiş, orada burunundan yaxma götürülməklə analiz vermiş, o, analizi verəndən sonra təxminən 2-3 gün sonra, dəqiq tarixini xatırlmadığı vaxtda istifadə etdiyi 055279-00-70 mobil nömrəmə mesai gəlmiş, həmin mesayda o, “Covid-19” virusuna yoluxduğunu bilmiş, həmçinin həmin mesajda 14 gün müddətinə yaşadığı evi tərk etməməsi barədə bildiriş də gəlmişdir. Orada yaşadıqları evi həmin müddət ərzində tərk edərsə, cinayət işi qaldırılacağı bildirmişdir. Bundan sonra ona 2-3 dəfə Poliklinikadan, yəni, Gülüstan qəsəbəsində yerləşən şəhər 3 saylı Poliklinikadan ona adını unutduğu qadın həkimi zəng vurmuş, onun stasionar şəraitdə müalicəyə ehtiyacı olmadığını demiş, ona ümumi hamının xəstələnəndə istifadə etdikləri müəyyən sistem qoymuşlar, özü müəyyən dərmanlar alıb içmiş, həkim onunla bir neçə dəfə əlaqə saxlayıb vəziyyətini öyrənmiş, həmçinin ev şəraitində qapalı vəziyyətdə müalicə almağını, yaşadığı evi tərk etməməsini demişdir. O da 10.04.2021-ci il tarixinə kimi evi tərk etməmiş, sonra aptekə getmək lazım olduğuna görə, həmçinin evdə körpə uşağa süd-yemək lazım olduğu üçün saatl 7 radələrində özünə məxsus olan Kia Sorento markalı, ** VS *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə yaşadığı prospektin aşağı hissəsinə köhə Yevlax avtovağzalı istiqamətinə düşmüş, yadında qalmayan aptekdən dərman almış, həmçinin də marketlərin birindən uşağa yemək-süd almış, o, N.Nərimanov küçəsi ilə yaşadığı evə gələndə Gəncə şəhər Nizami rayon Polis İdarəsinin CAŞ-nin 3 nəfər əməkdaşları onların evin yaxınlığında, təxminən 50-100 metrlik məsafəsində onu gözləmiş, onu saxlatdıqları üçün avtomobili saxlayıb yerə düşmüş, həmin polis əməkdaşları ağ rəngli izolyasiya olunmuş formada ona yaxınlaşıb özlərini təqdim etmişlər, o da polislərə dərman almaq üçün, eyni zamanda körpə uşağa yemək almaq üçün məcburiyyət qarşısında düşmüş, onu sorğu-sual edib bir daha evi tərk etməməsini ona bildirmiş, evə yola salmışlar, ona yaşadığı evi tərk etməməsi digər şəxsləri də yoluxdura biləcəyini deyib xəbərdarlıq etmişlər. O da polis əməkdaşlarına bir daha yaşadığı evi tərək etsməyəcəyinə söz vermişdir. O, yaşadığı evə gəlmiş, bundan sonra yenə də uşağa yemək lazım olduğu üçün, həmçinin dərmanlar lazım olduğu üçün 15.04.2021-ci il tarixdə günorta saatlarında əvvəlki yerə, yəni, Gəncə şəhəri, keçmiş Yevlax avtovağzalı istiqamətinə marketə və aptekə getmiş, sonra o, elə bilmişdir ki, 17.04.2021-ci il tarixdə karantin müddəti başa çatır, 03.04.2021-ci il tarixdə analiz verdiyi gündən hesablamışdır, ona görə də 17.04.2021-ci il tarixdə axşam saatlarında evdən çıxıb Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsinə, Məhrəsə Bağı istiqamətinə, şəhərin digər yerlərinə çıxıb evin tələbatı üçün lazım olan su, yemək və digər əyşaları alıb evə gəlmişdir. Həmçinin bildirmişdir ki, o, yoluxandan sonra evdə ailə üzvlərini yatdığı otaqdan çıxartmış, ona ayrıca qabda yemək gəlmiş, su qabının da ayrı olmuşdur. O, ayrı heç kəsi yoluxdurmamış, o şəraitdə 14 gün evdə qalıb sağalmış, onun virusa yoluxmağı yüngül simptomla keçmiş, elə bir ağırlığı olmamışdır. O, telefonunda mesaj və artıq yazıları saxlamır, o, həmin mesajı silmiş, hazırda telefonunun yaddaşında durmur, əslində telefon format olunmuş, bütün yaddaşı silinmiş, ona görə də həmin mesaları təqdim edə bilməmişdir. Sonda təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətdiyini, əməlindən peşman olduğunu, himayəsində 2 azyaşlı uşağı olduğunu nəzərə alaraq barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 2021-ci ilin mart ayından Gəncə şəhər Nizami rayon Polis İdarəsinin Cinayət-Axtarış şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Nazirlər Kabineti tərəfindən elan edilmiş şərtləşdirilmiş karantinlə əlaqədar olaraq “Covid-19” virusuna yoluxmuş və ev şəraitində müalicə alaraq karantində olan şəxslərin telefonun yerdəyişmə məlumatları Gəncə şəhər Nizami rayon Pİ-də nəzarətdə saxlanılır. 2021-ci ilin aprel ayında “Covid-19” virusuna yoluxanların sayı yenidən çoxaldığı üçün polis daim vətəndaşlarla profloktiki söhbətlər aparıb qoyulmuş qaydalara əməl olunmasını izah edilir. Həmçinin “COVİD-19” virusuna yoluxmuş və yaşadığı evi tərk edən şəxsləri müəyyən edib həmin şəxsləri evlərinə qayıtmasını və karantın müddətində evlərini tərk etməmələri bildirilirmişdir. 10 aprel 2021ci 11 tarixdə rəhbərlik tərəfindən verilən təlimata əsasən o, Nizami rayon Pİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və CAŞ-ın kiçik əməliyyat müvəkkili, polis kiçik serjantı Şahid3 ilə birlikdə Gəncə şəhəri, Nizami rayonu, N.Nərimanov küçəsində xidmət təşkil edən zaman həmin gün saat 18 radələrində Covid-19 virusuna yoluxmuş Təqsirləndirilən şəxs, yaşadığı ünvan 5 ünvanını tərk edib özünə məxsus olan Kia Sorento markalı, ** VS *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə şəhər ərazisinə çıxdığı məlumatı idarədən daxil olmuş, onlar həmin şəxsi Gəncə şəhəri, N.Nərimanov küçəsində olarkən saxlamış, onlar Təqsirləndirilən şəxs yaxınlaşıb nəyə görə “Covid19” virusuna yoluxduğu halda yaşadığı evi tərk etməsinin səbəbinin soruşmuş, Təqsirləndirilən şəxs onlara evlərində ailə üzvləri xəstə olduğu üçün aptekə dərman almağa getdiyini bildirmiş, eyni zamanda evdə körpə uşaq olduğu üçün ana südü verilə bilmədiyindən uşaq yeməyi almaq üçün marketə getməsindən ötrü yaşadığı evi tərk demişdir. Onlar həmin şəxsi saxlayıb profilaktiki söhbətlər aparıb yaşadığı evə qayıtmasını, bir daha yaşadığı evi xəstə olduğu müddətdə, qapalı ev şəraitində müalicə aldığı dövrdə tərk etməməsini tövsiyə edib yaşadığı evə qaytarmış, Vüqarda çıxıb yaşadığı evə getmiş, onlar həmin şəxsə bir daha yaşadığı evi tərk etməsin, yaşadığı evi tərk edib harasa getməsi digər vətəndaşların sağlamlıqları üçün real təhlükələr yaratdığını bildirmişlər. Bundan sonra onlar xidmətlərini davam etdirmişlər. Sonradan həmin şəxsin yaşadığı evi tərk etmələri barədə, yerdəyişmə olunmaları barədə hər hansı bir məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs yaşadığı evi tərk edib küçə ilə aptekə və marketə getdiyini bildirmiş, yaşadığı evdən təxminən 50- 100 metr aralı məsafədə olmuş, onlar Vüqarla küçədə rastlaşmış, yanında heç kəs olmamış, Təqsirləndirilən şəxs “Covid19” virusuna yoluxmasını bildirmiş, bu barədə məlumatı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 2019-cu ilin may andan DİO-da və tutduğu Gəncə şəhər Nizami rayon Polis İdarəsinin Cinayət-Axtarış şöbəsinin kiçik əməliyyat müvəkkili vəzifəsində işləyir. 10 aprel 2021-ci il tarixdə rəhbərlik tərəfindən verilən təlimata əsasən o, Nizamı rayon Pİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və CAŞ-nın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ilə birlikdə Gəncə şəhəri, Nizami rayonu, N.Nərimanov küçəsində xidmət təşkil edən zaman həmin gün saat 18 radələrində Covid-19 virusuna yoluxmuş Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanını tərk edib özünə məxsus olan Kia Sorento markalı, ** VS *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə şəhər ərazisinə çıxdığı məlumatı idarədən daxil olmuşdur. Onlar həmin şəxsi Gəncə şəhəri, N.Nərimanov küçəsində olarkən saxlamış, Təqsirləndirilən şəxs yaxınlaşıb nəyə görə “Covid19” virusuna yoluxduğu halda yaşadığı evi tərk etməsinin səbəbinin soruşmuş, sonuncu onlara evlərində ailə üzvləri xəstə olduğu üçün aptekə dərman almağa getdiyini, eyni zamanda evdə körpə uşaq olduğu üçün ana südü verilə bilmədiyindən uşaq yeməyi almaq üçün marketə getməsi üçün yaşadığı evi tərk etdiyini demişdir. Onlar həmin şəxsi saxlayıb proflaktiki söhbətlər aparıb yaşadığı evə qayıtmasını, bir daha yaşadığı evi xəstə olduğu müddətdə, qapalı ev şəraitində müalicə aldığı dövrdə tərk etməməsini tövsiyə edib Vüqarı yaşadığı evə qaytarmışlar, sonuncu da çıxıb yaşadığı evə getmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunmuş Şahid2 da ifadəsində eyni xüsusatları göstərərək şahidlər Şahid1 və Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Gigiyena və Epidemioloji Mərkəzindən verilmiş 13.04.2021-ci il tarixli, 905 saylı məktubdan görünür ki, COVİD-19 Milli Məlumat Bazasında ünvan 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs “COVİD-19” infeksiyasına görə müayinəsinin nəticəsinin 04.04.2021ci il tarixdə pozitiv olduğu qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş 17.06.2021-ci il tarixli “Baxış keçirilməsi və götürülmə haqqında” protokoldan görünür ki, Gəncə ŞBPİ İTİ-nin müstəntiqi X7 tərəfindən Gəncə şəhər 3 nömrəli şəhər poliklinikasının sahə həkimi X5, hal şahidləri X2 və X8 iştirakı ilə ********* nömrəli cinayət işinin icrası ilə əlaqədar sənədlərə baxış keçirilmişdir. Baxış zamanı sahə həkimi Sevda Babayeva bildirmişdir ki, xəstə Təqsirləndirilən şəxs adına 04.04.2021-ci il tarixdə ambulator tibbi kitabça açılmışdır. Həmin tibbi kitabçaya baxış keçirilən zaman məlum oldu ki, kitabçanın 1-ci səhifəsində xəstənin adı Təqsirləndirilən şəxs, təvəllüdü, ünvanı qeyd edilmiş, Tibbi kartanın sonrakı vərəqlərində Təqsirləndirilən şəxs 04.04.2021-ci il tarixdə “Covid-19” virusuna yoluxması barədə məlumatın daxil olması, ona zəng olunub 14 gün müddətində ev şəraitində qalması, yaşadığı evi tərk etməməsi, sonrakı vərəqlərində xəstə ilə əlaqə saxlanılıb ona tövsiyyə və dava-dərmanlar barədə məlumatların verilməsi, xəstənin hərarəti, vəziyyəti barədə müəyyən qeydlərin aparıldığı, 18.04.2021-ci il tarixdə xəstəliyin sağalması barədə məlumat verilmişdir. Baxış keçirilən zaman xəstə Təqsirləndirilən şəxs adına tərtib edilmiş Tibbi kartının 05 vərəqdən ibarət səhifəsinin surəti çıxarılaraq cinayət işinə əlavə edilməsi üçün götürülmüşdür. İş materiallarına əlavə edilmiş 05.07.2021-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan və CD diskə əlavə edilmiş məlumatlardan məlum olur ki, diskdə 3 ədəd qovluq var, 1-ci qovluqda 9-436m_B-S yerdəyişmə (hamısı abunə) sözləri, 2-ci qovluqda 9-436m_SMS statistika (qarşı abunə) sözləri, 3-cü qovluqda isə 9-436m_ Zəng statistika (hamısı abunə) sözləri yazılmışdır. Həmin qovluqlara baxış keçirilən zaman 055279-00-70 mobil nömrəsi olan Təqsirləndirilən şəxs, 10.04.2021-ci il tarixdə yaşadığı evi tərk edərək Gəncə şəhəri, Avtovağzal Yolu ilə Ə.Ü.Gəncəvi küçəsi istiqamətinə gəlmiş, oradan isə yaşadığı ünvan 7 ünvanına geri qayıtmışdır. Bundan əlavə baxış keçirmə zamanı məlum oldu ki, istifadəsində ***-***-**-** mobil nömrəsi olan Təqsirləndirilən şəxs, 15.04.2021-ci il tarixdə saat 13-55 dəqiqədə yaşadığı evi tərk edərək Gəncə şəhəri, Avtovağzal Yolu ilə Ə.Ü.Gəncəvi küçəsi istiqamətinə gəlmiş, oradan isə yaşadığı ünvan 7 ünvanına geri qayıtmışdır. Bundan əlavə diskə baxış keçirmə zamanı məlum oldu ki, istifadəsində ***-***-**-** mobil nömrəsi olan Təqsirləndirilən şəxs, 17.04.2021-ci il tarixdə saat 17 radələrindən yenidən yaşadığı evi tərk edərək Gəncə şəhəri ərazisində Gəncə şəhəri, Məhrasə Bağı, Ozan küçəsi, Şahsevənlər küçəsi, Ş.İ.Xətai rospekti, Gəncə şəhərinin Bakı şəhəri istiqaməti çıxışına, “Qızıl Gül” şadlıq sarayı yaxınılğına, Gəncə şəhəri Kəpəz mehmanxanası və şəhərinə digər yerlərinə gəlmiş və yaşadığı ünvan 4 ünvanına geri qayıtmışdır. Təqsirləndirilən şəxs yerdəyişməsi ilə bağlı 1-ci qovluqda olan məlumatlar bir qədər kiçildilməklə 54 vərəqədən ibarət A-4 kağız lormatı üzərinə printer vasitəsi ilə çıxarılmış və iş üçün əhmiyyət kəsb etdiyi üçün cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş 10.04.2021-ci il tarixli “video görüntüyə baxış keçirilməsi haqqında” protokoldan və DVD diskə qeyd edilmiş videogörüntüdən məlum olur ki, 10.04.2021-ci il tarixdə 17:55 radələrində Gəncə şəhəri N.Nərimanov porspekti ev 211-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Gəncə şəhəri N.Nərimanov porspekti ev 211-in yaxınlığında koronavirus əleyhinə olan xüsusi geyim formasında olan polis əməkdaşı ona aktiv koronavirus xəstəsi olduğu halda və ona yaşadığı yeri tərk etməməsi xəbərdarlığı olunduğu halda karantin reyimi qaydalarını pozaraq yaşadığı yeri tərk etməsi və Gəncə şəhəri N.Nərimanov porspekti ev 211-in yaxınlığına gəlməsini bildirmişdir. İş materiallarında olan “koronavirusinfo.az” internet səhifəsindən “Covid-19” virusu haqqında məlumatların və həmin virusa qarşı profilaktiki tədbirlərin X4 və Azərbaycan Respublikasının İcbari Tibbi Siğorta üzrə Dövlət Agentliyi tərəfindən sistemləşdirilmiş Tibb işçiləri üçün müvəqqəti rəhbərlikdən aydın olur ki, mövcud sübutlar “Covid-19” virusunun insanlar arasında yaxın təmas və hava-damcı yolu ilə ötürüldüyünü göstərir. Xəstəylə təmasda olan və ya xəstəyə qulluq edənlər arasında yoluxma riski ən yüksəkdir. “COVİD- 19” virusu təsdiqlənmiş xəstələrə 14 gün ev izolyasiyası tədbiq edilir. Müvafiq xəstəliyin inkubasiya dövrü 14 günədək ola bilər. Xəstə monitorinq müddətini evdə keçirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi vardır. Təqsirləndirilən şəxsin cinayət əməlini təqsirli olaraq törətməsi özünün etirafedici ifadəsi və şahidlərin ifadələri ilə yanaşı iş materiallarındakı istintaq və digər prosessual hərəkətlərin protokolları, videogörüntülər və sənədlərlə tam şəkildə öz təsdiqini tapmışdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 28.05.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Gəncə şəhəri Nizami rayonu Evlər üçlüyü tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Xəlilov X1 Şahnaz Rövşən qızı ilə 29.04.2021-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 20.05.2016-cı il təvəllüdlü X9 və 01.12.2020-ci il təvəllüdlü X10 adlı 2 azyaşlı uşağı vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; - 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; - 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, himayəsində 2 azyaşlı uşağı olmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olmasına və onun ailəsinin həyat şəraitinə təsirini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin olunacağı təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən müdafiəçi X11 məhkum Təqsirləndirilən şəxs məhkəmədə 6 saat dövlət hesabına göstərdiyi hüquqi yardıma görə işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosuna, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərilmiş hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 36 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut – 1 ədəd DVD və 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinib 2500 (iki min beş yüz) manat cərimə cəzasına məhkum edilsin. Cəzanın icrası Gəncə şəhər Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X11 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab №AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 36 (otuz altı) manat məbləğində pul ödənilsin. İş üzrə maddi sübut – 1 ədəd DVD və 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №1(044)-220/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-220/2021
13.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver