Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-222/2021 17.11.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun, sədrliyi, məhkəmənin məsləhətçisi Yediyarova Zeynəb Fərman qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 2002-ci il tarixdə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Daşkəsən rayonu, Tapan kəndində qeydiyyatda olan, Gəncə şəhəri, Bayan küçəsi, ev 63B ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan tarixdə və mənbədən odlu silah olan 1 ədəd “Naqan” sistemli revolveri qanunsuz olaraq əldə edib üzərində saxlayaraq gəzdirmiş və Gəncə şəhər Nizami RPB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində 14.05.2021-ci il tarixdə, saat 19 radələrində Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsində yerləşən “Milli” marketin qarşısında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Nizami RPB-nin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılarkən əynində olan tünd boz rəngli cins şalvarın bel nahiyəsində kəmərin altına keçirilmiş vəziyyətdə 1 ədəd sellofan torbanın içərisindən Rusiya dövlətində Tula imperator silah zavodunda istehsal olunmuş, 7.62 mm kalibrli, yivli, texniki cəhətdən saz və atəş üçün yararlı, hissə və mexanizmləri heç bir kustar üsulla əlavə dəyişikliyə məruz qalmamış odlu silah olan 1 ədəd 5541 №-li “Naqan” sistemli revolver aşkar edilərək götürülmüşdür. Bununla da, o, Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, o, 2021-ci ilin may ayının əvvəllərində, yəni 10-11 gün əvvəl Gəncə şəhəri, Şahsevənlər küçəsində yerləşən X5 yaxınlığında olan dərəyə getdikdə məişət tullantılarının olduğu həmin dərədə sellofan torbanın içərisində nə isə olduğunu görüb həmin sellofanı götürmüş və içərisində 1 ədəd tapança olduğunu aşkar etmişdir. Həmin tapanca dəmir materialdan, qundağı isə taxtadan olan tapançanın həqiqi silah olduğunu anlayıb sellofan torbada özü ilə götürüb yaşadığı evə aparmışdır. Evin həyətində tapançaya ətraflı şəkildə baxıb birqədər əlində saxladıqdan sonra elə həmin gün tapançanı yaşadığı küçədə olan dəmir borunun içinə qoyub gizlətmişdir. Lakin təxminən 10 gün sonra, yəni 14.05.2021-ci il tarixdə, saat 19 radələrində həmin tapançanı gizlətdiyi yerdən sellofan torba ilə birlikdə götürüb tullamaq məqsədi ilə belinə, yəni kəmərinin altında gizlətmiş və Gəncə şəhəri, Təbriz küçəsi ilə “Xan arxı” deyilən ərazidə piyada getməyə başlamışdır. Məqsədi silahın heç kimin əlinə keçməməsi üçün “Xan arxı” deyilən arxa tullamaq olmuşdur. Həmin küçədə yerləşən “Milli” marketin yaxınlığında olarkən iki nəfər mülki geyimli polis əməkdaşı onu saxlayıb özlərini təqdim edərək onu avtomobilə əyləşdirib Gəncə şəhər Nizami RPBnin binasına aparmışlar. Orada dövlət hesabına onu müdafiəçi ilə təmin etmişlər.Müdafiəçi gəldikdən sonra onun hüquq və vəzifələri izah edilmiş və videoçəkilişlə üzərində axtarış aparılmışdır. Axtarış zamanı belində, yəni kəmərin altında gizlətdiyi sellofan torbadakı həmin tapança aşkar edilərək götürülmüş və qablaşdırılaraq möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, 14.05.2021-ci il tarixdə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə etməsi və üzərində gəzdirməsi barədə Gəncə şəhər Nizami RPB-yə daxil olmuş əməliyyat məlumatının icrası ilə tərəfindən eyni tarixdə “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərar qəbul edilmiş və həmin qərar əsasında həmin Bölmənin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar. Belə ki, Təqsirləndirilən şəxs 14.05.2021-ci il tarixdə, saat 19 radələrində Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsində yerləşən “Milli” adlanan mağazanın yaxınlığında tərəflərindən saxlanılmışdır. O, və əməliyyat müvəkkili Şahid2 həmin vaxt Təqsirləndirilən şəxs özlərini təqdim edərək xidməti vəsiqələrini nümayiş etdirmiş və Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə etməkdə və gəzdirməkdə şübhəli olması üçün saxlanıldığını izah edərək təxirəsalınmaz şəkildə sonuncunu özləri ilə xidməti avtomobilə əyləşdirib Gəncə şəhər Nizami RPB-nin inzibati binasına gətirmişlər. Orada şəxsin gətirilməsi ilə bağlı raport yazıb Təqsirləndirilən şəxs təhqiqatçıya təhvil vermişlər. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən qərar və protokol əsasında şübhəli şəxs qismində tutulmuş, həmçinin hüquqlarının müdafiəsi ilə bağlı müdafiəçi dəvət edilmişdir. Bundan sonra onların da iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə axtarış başlanılmışdır. Axtarışdan əvvəl şübhəli şəxsə hüquq və vəzifələri izah edilərək yazılı bildiriş təqdim olunmuşdur. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın bel hissəsindən göy rəngli sellofan torbanın içərisində olan üzərində seriya nömrələri silinmiş, taxta qundaqlı, əsas hissəsi isə metaldan olan markası bilinməyən revolver tipli odlu silaha bənzər 1 ədəd tapança aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verdi. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması, özünün etiraf ifadəsi ilə yanaşı şahid ifadələri və digər məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinməli və bu maddənin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Təyin ediləcək cəzanın həddi ilə bağlı isə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə iclasında elan edilmiş və işdə olan “şəxsi axtarış keçirilməsi haqqında” 14.05.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə müdafiəçisi X2 iştirakı ilə hüquq və vəziləri izah edilməklə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli cins şalvarın sağ arxa tərəfindən yəni bel nahiyəsindən göy rəngli sellofanın içərisindən 1 ədəd üzərində olan seriya nömrələri silinmiş, qundağı taxtadan, qundağın arxa hissəsi və əsas gövdə hissəsi metaldan ibarət olan, markası bilinməyən, revolver tipli silaha bənzər silah aşkar edilərək götürülmüş və götürülmə zamanı videoçəkiliş olunaraq diskə köçürülməklə materiala əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş və işdə olan Azərbaycan Respublikası DİN-nin KTİ-nin “Məhkəmə-ballistik ekspertizasının 15.05.2021-ci il tarixli, 21/314R saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd 5541nömrəli silah, Rusiya dövlətində Tula imperator silah zavodunda istehsal olunmuş 7.62 mm kalibrli “Naqan” sistemli revilverdir, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmləri heç bir kustar üsulla əlavə dəyişikliklərə məruz qalmamışdır. Təqdim edilmiş silahdan eksperimental qaydada atılmış güllə və giliz nümunələri DİN-nin KTİ-də yerləşən “güllə-giliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisəli tədqiqat aparılmışdır. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. 1 saylı fotocədvəl əlavə olunmuşdur. Məhkəmə iclasında elan edilmiş və işdə olan 19.05.2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində baxış keçirilməsi zamanı onun əynində olan qırmızı, boz və qara rənglərdən təşkil olunmuş qısaqol yay köynəyinin altından, şalvarın bel hissəsindən sellofan torbanın içərisində olmaqla 1 ədəd revolver tipli, qundağı taxtadan,qalan hissəsi isə dəmir materialdan olan odlu silaha bənzər tapança aşkar olunur. İlkin dindirmə zamanı Təqsirləndirilən şəxs həmin tapançanın odlu silah olmasını, Humanitar Kollecin yaxınlığında təxminən 10 gün əvvəl yerdən tapdığını və tullamağa aparılarkən polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmiş, daha sonra həmin tapança zərfin içərisinə qoyularaq qablaşdırılmış və zərfin üzərində qeydlər aparılaraq möhürlənmişdir. Sonda zərfin möhürlənməsi imzalarla təsdiq edilir. Odur ki, bu barədə protokol tərtib edilmişdir. Məhkəmə iclasında elan edilmiş və işdə olan Gəncə şəhər Psixonevroloji Dispanser tərətidən verilmiş 19.05.2021-ci il tarixli 1613 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında elan edilmiş və işdə olan Gəncə şəhər Narkoloji Dispanser tərətidən verilmiş 24.05.2021-ci il tarixli 2144 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Narkoloji Dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında elan edilmiş və işdə olan Evlər üçlüyü tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri, Bayan küçəsi, 63B saylı evdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmədə elan edilmiş və işdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin 18.05.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə mövcud sübutları qiymətləndirib, iş materiallarını təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə tam təqsirli olduğu təqsirləndirilən şəxsin özünün etiraf edici ifadəsi ilə yanaşı, həm də şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları, maddi sübut və cinayət işinin digər obyektiv halları ilə məhkəmə istintaqında tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 228.1 maddəsi ilə tövsif edilmişdir və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsinin sanksiyasında qeyd olunan iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsin törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı, həmçinin ağırlaşdıran halın olmaması, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənləri nəzərə alıb məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 228.1-ci maddəsinin sanksiyası həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 14.05.2021-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 16.05.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri BPİ-nin X3 dərhal azad edilməsi və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 14.05.2021-ci il tarixdən 16.05.2021-ci il tarixədək, 3 (üç) gün müddətində şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikasının CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə isə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs 14.05.2021-ci il tarixdən 16.05.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 3 (üç) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin olunacaq cəzanı, Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin ediləcəyini nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinin tələblərinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsində xüsusi saxlanc yerində saxlanılan 01 ədəd zavod üsulu ilə Rusiya dövlətində Tula imperator silah zavodunda istehsal olunmuş, 7.62 mm kalibrli, yivli, odlu silah olan 5541 saylı “Naqan” sistemi revolver Dövlət nəfinə əvəzsiz olaraq müsadirə edilməli və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silahsursat anbarına təhvil verilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14.05.2021-ci il tarixdən 16.05.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 3 (üç) gün müddət, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 17 noyabr 2021-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan, 01 ədəd zavod üsulu ilə Rusiya dövlətində Tula imperator silah zavodunda istehsal olunmuş, 7.62 mm kalibrli, yivli, odlu silah olan 5541 saylı “Naqan” sistemi revolver Dövlət nəfinə əvəzsiz olaraq müsadirə edilsin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah-sursat anbarına təhvil verilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №1(044)-222/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-222/2021
17.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver