Məhkəmə qərarları › İş №1(044)-224/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-224/2021

02.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-224/2021 02.11.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayev Əli Nazim oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon-şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1980-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu ödənilmiş, Gəncə şəhəri, N.Nərimanov prospekti, döngə 1, ev 1, mənzil 4-də qeydiyyatda olmaqla Gəncə şəhəri, Məshəti qəsəbəsində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan istehlak miqdarından artıq yəni, təmiz çəkisi 430 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana əldə edib daşıyaraq üzərində saxlamış, 01 may 2021-ci il tarixdə Gəncə şəhər Nizami RPB-yə daxil olmuş məlumat əsasında həmin bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində o, həmin gün saat 18 radələrində Gəncə şəhəri, 28 may küçəsində saxlanılaraq Gəncə şəhər Nizami RPB-yə gətirilmiş həmin bölmədə onun üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı əlində olan 2 ədəd iç-içə keçirilmiş polietilen torbada təmiz çəkisi 430 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyi, iş materiallarında olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən 5 ildir ki, nəşə kimi tanıdığı narkotik vasitə marixuanadan çəkməklə istifadə edir. Təxminən 6-7 ay əvvəl o, şəxsi işi ilə əlaqədar Samux rayonunun ərazisində keçən Kür çayının sahilində olarkən orada torpaq sahəsinin içərisində bir ədəd sellofan torba olduğunu görmüş, həmin torba diqqətini cəlb etdiyi üçün yaxınlaşıb içərisinə baxanda torbanın içərisində nəşə kimi tanıdığı narkotik vasitə marixuana olduğunu müəyyən etmişdir. O, dərhal ətrafda heç kəsin olmadığını, onu heç kəsin görmədiyinə əmin olduqdan sonra həmin narkotik vasitəni götürərək yaşadığı evə gətirib gizlədərək bu barədə heç kəsə bir söz demədən gündəlik çəkməklə istifadə etmişdir. Yaşadığı evdə həmin narkotik vasitəni saxlamaqda çətinlik çəkdiyi üçün qərar vermişdir ki, aparıb başqa yerdə gizlətsin və lazım olduqca götürüb istifadə etsin. O, narkotik vasitəni Yeni Gəncə qəsəbəsində yerləşən parkda olan kolluqlardan birinin dibində gizlətməyi qərar vermişdir. Bu məqsədlə 01 may 2021-ci il tarixdə, saat 17 radələrində sellofan torbada olan narkotik vasitə marixuananı götürüb yaşadığı evdən çıxaraq piyada Gəncə şəhəri, 28 may küçəsi boyunca hərəkət edərkən bir neçə nəfər mülki geyimli şəxslərin ona yaxınlaşdıqlarını görmüşdür. Həmin şəxslər xidməti vəsiqələrini ona nümayiş etdirib Gəncə şəhər Nizami RPB-nin əməkdaşları olduqlarını bildirmişlər. Sonra polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu Gəncə şəhər Nizami RPB-yə dəvət etmişlər. O, da bu barədə polis əməkdaşlarına heç bir etiraz etməmiş və polis əməkdaşları xidməti avtomobilləri ilə onu Gəncə şəhər Nizami RPB-nin inzibati binasına aparmışlar. Bölmənin inzibati binasında xidməti iş otağında hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmağından ötrü ona müdafiəçilərin siyahısı təqdim edilmiş və həmin müdafiəçilərdən kimi istəyirsə seçə bilməsi, əgər seçməkdə tərəddüd edirsə növbətçi vəkilin yardımından istifadə edə bilməsi izah olunmuşdur. O, təqdim olunmuş vəkillərin siyahısından Müdafiəçi hüquqlarının dövlət hesabına müdafiə olunması üçün seçmiş və bu barədə ərizə ilə müraciət etmişdir. Müdafiəçi dəvət olunaraq ona təqdim edilmişdir. Bundan sonra protokol və digər sənədlər tərtib olunmuş, o, həmin sənədləri düzgün tərtib edildiyinə görə imzalamışdır. Müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı o, əlindəki içərisində narkotik vasitə marixuana olan sellofan torbanı təqdim etmişdir. Bundan sonra həmin sellofan torbaya baxış keçirilmiş və torbanın içərisində kəskin iyli, narkotik vasitə marixuana olması müəyyən edilmişdir. Sonra həmin marixuana sellofan torba ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 461 qram olması müəyyən edilmişdir. Bundan sonra 01 ədəd zərfin üzərinə müvafiq qeydlər aparılmış, qeydlər uca səslə oxunduqdan sonra iştirakçılar və onun tərəfindən imzalanmışdır. Aşkar edilmiş narkotik vasitə marixuana zərfin içərisinə qoyulduqdan sonra ağızı bağlanmış, möhürlənərək götürülmüşdür. Bununla da üzərinə şəxsi axtarış və götürmə başa çatdırılmışdır. Daha sonra ona ekspertin rəyi elan edilmiş və o, öyrənmişdir ki, üzərindən aşkar edilmiş 2 ədəd iç-içə keçirilmiş polletilen torbada təmiz çəkisi 430 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marıxuanadır. O, üzərindən aşkar edilmiş təmiz çəkisi 430 qram olan narkotik vasitə qurudulmuş marixuananı təxminən 6-7 ay əvvəl Samux rayonunun ərazisindən keçən Kür çayının sahilindən tapmış, həmin narkotik vasitəni özü istifadə etmək məqsədilə saxlamışdır. O, əldə edib üzərində saxladığı narkotik vasitə olan qurudulmuş marixuanadan heç kəsə satmamış, əvəzli, yaxud əvəzsiz olaraq verməmiş, belə bir məqsədi də olmamışdır. O, həmin narkotik vasitəni özü istifadə etmək üçün saxlamışdır. Onun narkotik vasitə olan qurudulmuş marixuana əldə etməsindən, daşımasından, saxlamasından və istifadə etməsindən heç kəsin, o cümlədən ailə üzvlərinin də xəbərləri olmamışdır. O, mobil telefon istifadə etmir. Onu heç kəs narkotik vasitə olan qurudulmuş marixuana istehlak etməyə təhrik etməmişdir. Onun özünün narkotikə marağı yarandığı üçün istifadə etmişdir. Eyni zamanda o, da heç kəsi narkotik vasitə istifadə etməyə təhrik etməmişdir. Onun üzərindən aşkar edilmiş narkotik vasitələri əldə etməkdə və daha sonrasında heç kəs ona köməklik etməmiş, heç kəsin xəbəri olmamış, bütün bunların hamısını onun özü tək etmişdir. O, narkotik vasitəni əldə etdiyi yeri dəqiq xatırlamadığı üçün göstərə bilməmişdir. Onun barəsində əməliyyat-axtarış tədbirləri, təhqiqat və rəsmiləşdirmə aparılarkən ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilməmiş, bu barədə onun hər hansı bir şikayəti və tələbi yoxdur. Göstərilənlərə əsasən məhkəmədən ona aşağı həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Gəncə şəhər Nizami Rayon Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncu ilə hər hansı bir münasibəti olmamışdır. 01 may 2021-ci il tarixdə Gəncə şəhəri N.Nərimanov prospekti döngə 1, ev 1, mənzil 4-də qeydiyyatda olmaqla Gəncə şəhəri Məhsəti qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi, mütəmadi olaraq narkotik vasitələr əldə edib üzərində gəzdirməsi, saxlaması barədə daxil olmuş əməliyyat məlumatı barədə o, raportla rəhbərliyə məlumat verdikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul etmişdir. Bundan sonra Bölmənin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 18:00-da Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi 28 may küçəsində müəyyən edib əməliyyat müşahidəsinə götürmüşlər, daha sonra Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər, qanunsuz olaraq narkotik vasitə əldə edib üstündə saxlamaqda şübhəli olduğunu bildirib üzərinə baxış keçirtmək məqsədi ilə Təqsirləndirilən şəxs Nizami Rayon Polis Bölməsinin inzibati binasına aparmışlar. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi məqsədilə müvafiq sənədləşmə aparılması Nizami Rayon Polis İdarəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis leytenantı X1 tapşırılmışdır. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməzdən əvvəl hüquqlarını müdafiə etmək məqsədilə müdafiəçi qismində Müdafiəçi adlı müdafiəçi Polis İdarəsinə dəvət olunub Təqsirləndirilən şəxs təqdim edilmişdir. Təqsirləndirilən şəxs hüquq vəzifələri izah olunduqdan sonra sonuncu hüquq vəzifələrinin aydın izah edildiyini və hüquqlarının müdafiə olunması məqsədilə təqdim olunmuş Nadim adlı vəkilə etirazı olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş vasitəsilə müdafiəçinin iştirakı ilə aparılan şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet varsa təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əlindəki şəffaf rəngli sellofan torbanı təqdim edib həmin torbanın içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torbanın içərisinə baxış keçirilən zaman orada həqiqətən də tünd yaşıl rəngli, spesifik qoxuya malik ilk baxışdan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlənin olması müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torbanın içərisindən aşkar edilən kütlənin narkotik vasitə olan marixuana olduğunu, özünə məxsus olduğunu, təxminən 2020-ci ilin yay aylarında Kür çayının sahilindən topladığını bildimişdir. Həmin kütlə müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə tərəzi vasitəsilə çəkilərək çəkisi 461 qram müəyyən olunmuş, zərfə qoyularaq qablaşdırılmış, həmin zərf DİN-in 110 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmış və tərkibinin müəyyən olunması məqsədilə ekspertizaya göndərilmişdir. Təqsirləndirilən şəxs üzərindən 461 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuanadan başqa saxlanılması qanunla qadağan olunmuş digər hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 da Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Pois İdarəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı Nicad Hüseynov tərəfindən tərtib edilmiş 01 may 2021-ci il tarixli şəxsi axtarış haqqında protokoldan görünür ki, video çəkiliş vasitəsilə vətəndaş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində olan şəffaf rəngli sellofanın içərisində tünd yaşıl rəngli spesifik qoxuya malik ilk baxışdan narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olan şəffaf rəngli sellofan aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 02 may 2021-ci il tarixli, 16/415 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddi sübut..” yazılar və imzalar olan kağız paketdəki, 2 (iki) ədəd iç-içə keçirilmiş polietilen torbada təmiz çəkisi 430 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının 08.06.2021-ci il tarixli, 293 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş kəllə-beyin travmasının az ifadəli qalıq əlamətləri, davranış pozuntuları ilə XTB 10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F07.2 xəstəliyi keçirməsinə baxmayaraq xəstəlik nevrotik səviyyədə və az ifadəli olduğundan o, hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR (Min 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini rəhbərlik etmək iqtidarındadır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 09.06.2021-ci il tarixli, 687 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannaboidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 01.05.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 may 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və saxlanması üçün Gəncə şəhər Baş Polis İdarəsinin X3 təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 03 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 03 may 2021-ci ildə Gəncə şəhər Baş Polis İdarəsinin X2 azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş tələbnamədən və hökmün surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Moskva şəhəri, Kuzmin Rayon Məhkəməsinin 23 avqust 2012-ci il tarixli hökmü ilə 01 il azadlıqdan məhrum etmə cazasına məhkum olunmuş, 28 iyun 2013-cü ildə cəzasının sonu ilə azad edilmişdir. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 07.02.2020-ci il tarixli qərarı ilə 26.09.2019-ciu il tarixli hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası 01 ay 28 gün müddətə azadlıqdan məhrum etmə ilə əvəz edilmiş və 07.02.2020-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, məhkəmə baxışında tədqiq edilmiş sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq kustar üsulla hazırlanmış narkotik vasitə olan 430 qram qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamaqla cinayət əməli törətmiş, onun bu cinayət əməlini törətməkdə təqsirliliyi tam sübuta yetirildiyindən onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar daxil olmaqla aşağı hədləri 500 qram müəyyən edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarı). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına görə deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlüləlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirləndirilən şəxsin əməlindən peşman olmasını, ailənin yeganə qazanc gətirən şəxs olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni narkotik vasitənin külli miqdar daxil olmaqla aşağı həddə yaxın olmasını,təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, eyni zamanda həm sosial ədalətin bərpası, həm də onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6 maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, Təqsirləndirilən şəxs 01 may 2021-ci ildən 03 may 2021-ci ilədək tutulduğu 3 gün nəzərə alınaraq ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclas zalında həbs edilməli, o ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi Narkoloji Dispanserində qeydiyyata alınmalı və narkomaniyadan məcburi müalicəyə cəlb edilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 430 qram olan ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitə olan marixuana məhv edilməli, eləcə də Təqsirləndirilən şəxs oğlunun üzərinə baxış keçirilməsi zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 1 ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Bundan başqa, Azərbaycan Respubikasının Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən iş üzrə məhkəmə-bioloji ekspertizasının keçirilməsinə xərclənmiş 32,40(otuz iki manat qırx qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs oğlundan tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxs Müdafiəçi göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından göstərilmiş 10 saat hüquqi yardıma görə 60(altmış) manat pul Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 03 (üç) gün, azadlıqdan məhrum etmə cəzasına bir günə bir gün hesablanmaqla üzərində qəti olaraq 06 (altı) ay, 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vemə” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınaraq, narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 430 qram olan ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi zamanı çəkilmiş video görüntüləri özündə əks etdirən 1 ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Məhkəmə-bioloji ekspertizasının keçirilməsinə xərclənmiş 32,40(otuz iki manat qırx qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 60 (altmış) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar