Məhkəmə qərarları › İş №1(044)-226/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(044)-226/2021

23.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(044)-226/2021 23.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru ədliyyə müşaviri X7, Zərərçəkmiş şəxs, müdafiəçilər Gəncə şəhər Hüquq Məsləhəxanasının vəkili X1 və X4, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, H.Əliyev küçəsi, ev 15 qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM-in) 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 08.02.2021-ci il tarixdə, saat 21 radələrində sürücülük hüququ olmaqla idarə etdiyi özünə məxsus “VAZ 21120” minik markalı, O711EE78 qeydiyyat nömrə nişanlı avtomobil ilə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, həmin Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə əsasən, yaşayış məntəqəsi daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etməli olduğu halda diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarəetməsindən ayıraraq yol şəraitini nəzərə almadan hərəkətin təhlükəsizliyini təmin edə bilməyəcəyi 130-140 km/saat sürətlə idarə edərək həmin tələblərə əməl etməyib Gəncə şəhəri, Nizami rayonu, Şahsevənlər küçəsi ilə X11 istiqamətində hərəkətdə olarkən yolun döngəli hissəsində idarə etdiyi avtomobilin sürətini azaltmayaraq avtomobilin dayanıqlı hərəkətini və hərəkətin təhlükəsizliyini təmin etməyən hərəkətlər etməklə idarəetməni itirib yolun sağ kənarında olan ağaca çırpılmış və cinayətkarcasına özünəgüvənmə formasında ehtiyatsızlıq nəticəsində “VAZ 21120” minik markalı, O711EE78 qeydiyyat nömrə nişanlı avtomobilin qabaq sərnişin oturacağında əyləşmiş Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmaqla sağlamlığına ağır zərərvurmaya aid edilən dalağın cırılması, daxili qanitirmə ilə müşayiət olunan qarın nahiyəsinin travması, baş beyin silkələnməsi xəsarətləri yetirməklə yol nəqliyyat hadisəsi törətmişdir. Bununla da o, Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində bildirdi ki, o, idarə etdiyi “VAZ 21120” markalı, O711EE78 qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhəri ərazisində taksi fəaliyyət ilə məşğul olur. Həmin avtomobil özünə məxsusdur, belə ki, avtomobili Rusiya Federasiyasında pul müqabilində satın alıb Azərbaycan Respublikasına gətirmişdir. 08.02.2021-ci il tarixdə, saat 21 radələrində tanışı Zərərçəkmiş şəxs ilə Gəncə şəhəri, Nizami prospektində yerləşən H.Əliyev adına istirahət parkının qarşısından idarə etdiyi “VAZ 21120” markalı, O711EE78 qeydiyyat nömrə nişanlı avtomobillə şəhərin mərkəzi istiqamətində hərəkətdə olan vaxt onunla eyni hərəkət istiqamətində “VAZ 211723” markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olmuş o, və “VAZ 21723” markalı avtomobilin sürücüsü hərəkət sürətlərini bir qədər artırıb-azaltmaqla yarışmağa başlamışlar. Gəncə şəhəri, Nizami prospekti ilə həmin prospektin 28 May küçəsi ilə kəsişməsindəki yolayrıcına işıqforun yaşıl işığında daxil olub yolayrıcını saatda təxminən 80-90 km sürətlə keçərək həmin hərəkət sürəti ilə Şahsevənlər küçəsinə, yəni həmin küçədə olan Humanitar Kollec istiqamətində hərəkətlərini davam etdirmişlər. Həmin küçədə bir qədər hərəkət etdikdə qarşısına sol tərəfə döngə çıxmış, o, həmin döngəyə saatda təxminən 80-90 km sürətlə daxil olmuş və elə həmin an yolun döngəli olmasına, həmçinin hərəkət sürətinin çox olmasına görə idarəetməni itirib sağ tərəfdə səkinin üzərində olan ağaca çırpılmışdır. Həmin vaxt zərbədən özündən getmiş və bir qədər sonra oraya toplaşan insanlar köməklik edib onu avtomobildən çıxarmışlar. Bundan sonra oraya TTY avtomobili gəlmiş və avtomobilində əyləşmiş sərnişin Zərərçəkmiş şəxs xəstəxanaya aparmışlar. Onu isə orada olan PPX avtomobili ilə xəstəxanaya aparmışlar. Həmin hadisədə onun özü və Əkbər xəsarət almışlar. Hazırda əməlindən peşmandır. O, zərərçəkmişlə barışmışdır. Odur ki, məhkəmədən barəsində olan cinayət işinə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, o, Təqsirləndirilən şəxslə tanışlıq, dostluq münasibətləri olmuşdur. 08.02.2021-ci il tarixdə, saat 21 radələrində Orxanla görüşüb mobil telefon almaq üçün Orxanın idarə etdiyi “VAZ 21120” markalı, 0711EE78 rus dövlət qeydiyyat nişanlı avtomobil ilə şəhərin mərkəzinə getmişlər. Şəhərin mərkəzində rastlarına qara rəngli “priora” markalı avtomobil çıxmış, həmin avtomobil digər avtomobillərin arasından manevr edərək sürətlə hərəkətdə olmuş, Orxan da “priora” markalı avtomobili görüb həmin avtomobilə qoşularaq şəhərin mərkəzindən Nizami prospekti ilə Yeni Gəncə qəsəbəsi istiqamətində avtomobili sürətlə idarə etməyə başlamışdır Onlar Gəncə şəhəri, Nizami prospektində yerləşən H.Əliyev parkının qarşısına çatdıqda oradan geriyə dönüş edib şəhərin mərkəzi istiqamətində hərəkətlərini davam etdirmişlər, həmin vaxt o, Orxanın idarə etdiyi avtomobildə qabaq sərnişin oturacağında əyləşmişdir. “Priora” markalı avtomobil isə yenə həmin qaydada avtomobili sürətlə idarə edirmiş, Təqsirləndirilən şəxs avtomobili “priora” markalı avtomobilin arxasınca sürətlə idarə etmiş, onlar Nizami prospekti ilə 28 May küçəsinin kəsişməsindəki yolayrıcına çataçatda işıqforun yaşıl işığı yandığından Orxan və “priora” markalı avtomobilin sürücüsü hərəkəti dayandırmadan gəldikləri sürətlə yolayrıcını keçmişlər. Bundan sonra isə onlar “Ramada Plaza” otelin yanından Şahsevənlər küçəsinə, yəni sağa dönmüşlər. Həmin vaxt Orxan avtomobili sürətlə idarə etmişdir. Orxan Vəliyev sürətlə “priora” markalı avtomobilin sağ tərəfindən keçib döngəyə daxil olmuş, həmin vaxt o, sürət çox olduğuna görə avtomobilin sürətini azaltması və digər avtomobillə yarışmağı dayandırması üçün Orxana qışqırmış, lakin həmin vaxt Orxanın idarə etdiyi və onun da içərisində olduğu avtomobil yüksək sürətlə döngəyə daxil olduğuna görə Orxan idarəetməni itirmiş və avtomobil yolun sağ tərəfində olan ağaca çırpılmışdır. Həmin vaxt o və Orxan xəsarət almışlar. Onun vəziyyəti pis olduğundan orada olan şəxslər onu avtomobildən çıxarıb təcili tibbi yardım avtomobili ilə xəstəxanaya yola salmışlar. O, Təqsirləndirilən şəxs ilə barışmışdır, hazırda münasibətləri normaldır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 məhkəmə iclasında bildirdi ki, Zərərçəkmiş şəxs onun oğludur və oğlu Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxslə xeyli müddətdir tanışdılar, aralarında heç bir ədavət və düşmənçilikləri olmamışdır. Əksinə, oğlu ilə Orxan arasında dostluq münasibətləri olmuşdur. 08.02.2021-ci il tarixdə, saat 21 radələrində Orxanla görüşüb mobil telefon almaq üçün Orxanın idarə etdiyi “VAZ 21120” markalı, 0711EE78 rus dövlət qeydiyyat nişanlı avtomobil ilə şəhərin mərkəzinə getmişlər. Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21120” markalı avtomobili ilə “Ramada Plaza” otelin yanından Şahsevənlər küçəsi ilə hərəkətdə olan zaman, sağa tərəfə dönmə zamanı idarə idarəetməni itirmiş və avtomobil yolun sağ tərəfində olan ağaca çırpılmışdır. Həmin vaxt onların hər ikisi, onun oğlu Əkbər və Orxan xəsarət almışlar.. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Elsəvər oğlu ifadəsində göstərdi ki, o, 08.02.2021-ci il tarixdə, saat 21 radələrində özünə məxsus “VAZ 21723” markalı, qara rəngli, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, Nizami prospektində yerləşən H.Əliyev adına istirahət parkının qarşısından şəhərin mərkəzi istiqamətində hərəkət edərkən, həmin vaxt Nizami prospekti ilə 28 May küçəsinin kəsişməsindəki yolayrıcını keçib düzünə yəni “Ramada Plaza” otel istiqamətində hərəkətini davam etdirmiş və oradan sağ yola dönüb Şahsevənlər küçəsinə daxil olmuşdur. Həmin vaxt idarə etdiyi avtomobilin arxa sağ tərəfindən “VAZ 21120” markalı, rus qeydiyyat nişanlı avtomobil sürətlə ötmə əməliyyatı edib döngəyə daxil olmuş və sürəti çox olduğundan döngədə yolun sağ kənarındakı ağaca çırpılaraq sürüşüb bir qədər irəli gedərək yolun sol kənarında dayanmışdır. O, dərhal avtomobili dayandırıb həmin avtomobilə yaxınlaşmış və içərisində olan şəxsləri köməklik edərək avtomobildən çıxartmışdır. Həmin vaxt oraya kənardan insanlar da köməyə gəlmişlər. Onlar hadisə yerinə TTY avtomobili çağırmış, yaralı sərnişini xəstəxanaya yola salmışlar. Sürücü isə PPX avtomobili ilə xəstəxanaya getmişdir. Bundan sonra o, avtomobilini sürüb oradan uzaqlaşmışdır. Hadisə vaxtı Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21102” markalı, rus qeydiyyat nişanlı avtomobillə ötüşməmiş, sadəcə öz yolu ilə gedərkən həmin avtomobil sürətini artırıb sağ tərəfdən ötmə əməliyyatı edərək sonradan idarəetməni itirib ağaca çırpılmışdır. Həmin avtomobilə heç bir maneə yox imiş, heç bir avtomobil kənar təsir etməmiş və toxunmamışdır. Sadəcə olaraq həmin avtomobilin sürəti yüksək olduğundan idarəetməni itirib ağaca çırpılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, o, X8 2006-cı ildən, tutduğu vəzifədə isə 2011-cı ildən xidmət edir, polis baş serjantı xüsusi rütbəsindədir. 08.02.2021-ci il tarixdə, saat 21 radələrində şəhər ərazində 3-cü marşrut xətti ilə xidmətdə olarkən Gəncə şəhər Baş Polis İdarəsinin X5 şəhəri, Nizami rayonu, Şahsevənlər küçəsində, Humanitar Kollecin bərabərliyində yol nəqliyyat hadisəsi olması barədə aldığı məlumat əsasında ekipaj yoldaşı, polis nəfəri Sübhan Misirli ilə birgə xidməti avtomobillə qeyd edilən yerə getmişlər. Oraya çatdıqda yolun hərəkət istiqamətində sol kənarda “VAZ 21120” markalı, gümüşü rəngli, rus dövlət qeydiyyat nişanlı avtomobilin qəzalı vəziyyətdə dayanmış olduğunu müəyyən etmişlər. Həmin avtomobilin içərisində iki nəfər yaralı vəziyyətdə şəxs olmuşdur. Onlar dərhal həmin şəxslərə köməklik göstərib hadisə yerinə təcili tibbi yardım avtomobili çağırmış və yaralıları xəstəxanaya yola salmışlar. Bundan sonra orada hadisə yerinə baxışda iştirak etmiş, yol hərəkətini təşkil edərək hərəkəti nizamlamış və qəzalı avtomobilin sürücüsünün sərxoşluğun müayinəsindən keçirilməsini təmin etmişdir. Hadisə yerinə baxış zamanı məlum olmuşdur ki, hadisə vaxtı “VAZ 21120” markalı avtomobil bir qədər geridə yolun sağ kənarında olan ağaca çırpılıb sürüşərək həmin yerdə dayanmış, avtomobildə bir sürücü, bir nəfər də sərnişin olmuş və onların hər ikisinin hadisə nəticəsində xəsarət almışlar. O, özü hadisənin necə baş verdiyini görməmiş, hadisə yerinə sonradan getmiş və ora çatanda artıq hadisə baş veribmiş. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 03.04.2013-cü il tarixdə verilmiş AB 782732 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs müvafiq nəqliyyat vasitəsini idarə etmək üçün BC dərəcəli sürücülük vəsiqəsi vardır və həmin sürücülük vəsiqəsi 03.04.2023-cü il tarixədək etibarlıdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 08.02.2021-ci il tarixli protokoldan görünür ki, yol nəqliyyat hadisəsinin baş verdiyi yerə baxış keçirilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 08.02.2021-ci il tarixli, 216/2021 saylı “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur . Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 29.06.2021-ci il tarixli, 8/1284 nömrəli rəyindən görünür ki, «VAZ-21120» markalı, 0711EE78 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətləlrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs «VAZ-21120» markalı avtobili yaşayış məntəqəsindəı 60 kv.m saatdan artıq sürətlə hərəkət etdirdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur (ekspert xərci 100 manat). Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 X13 Gəncə şəhər şöbəsi məhkəmə tibbi ekspertizasının 12.02.2021-ci il tarixli, 204 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs oğlunun bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ qamış və incik sümüklərinin qapalı yerdəyişmiş sınıqları, alın nahiyəsinin və sol qulaq seyvanının ön səthinin sıyrıqları-bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 08.02.2021-ci il tarixə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az ağır zərər vurmaya aid edilir. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri-digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 08.02.2021-ci il tarixdə, saat 21 radələrində sürücülük hüququ olmaqla idarə etdiyi özünə məxsus “VAZ 21120” minik markalı, O711EE78 qeydiyyat nömrə nişanlı avtomobil ilə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, həmin Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə əsasən, yaşayış məntəqəsi daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etməli olduğu halda diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarəetməsindən ayıraraq yol şəraitini nəzərə almadan hərəkətin təhlükəsizliyini təmin edə bilməyəcəyi 130- 140 km/saat sürətlə idarə edərək həmin tələblərə əməl etməyib Gəncə şəhəri, Nizami rayonu, Şahsevənlər küçəsi ilə X11 istiqamətində hərəkətdə olarkən yolun döngəli hissəsində idarə etdiyi avtomobilin sürətini azaltmayaraq avtomobilin dayanıqlı hərəkətini və hərəkətin təhlükəsizliyini təmin etməyən hərəkətlər etməklə idarəetməni itirib yolun sağ kənarında olan ağaca çırpılmış və cinayətkarcasına özünəgüvənmə formasında ehtiyatsızlıq nəticəsində “VAZ 21120” minik markalı, O711EE78 qeydiyyat nömrə nişanlı avtomobilin qabaq sərnişin oturacağında əyləşmiş Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmaqla sağlamlığına ağır zərərvurmaya aid edilən dalağın cırılması, daxili qanitirmə ilə müşayiət olunan qarın nahiyəsinin travması, baş beyin silkələnməsi xəsarətləri yetirməklə yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-in 263.1-1 maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini dinləyib, cinayət işinin materiallarını araşdırıb hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə onun barəsində cinayət təqibinə xitam verilməlidir. Belə ki, CM-in 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən həmin Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Məhkəmə iclasında elan edilmiş və işdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış 12.05.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işə əlavə edilmiş Zərərçəkmiş şəxs notarial qaydada yazılmış ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, hazırda münasibətləri normaldır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, ərizəsinin nəzərə alınmasını və icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işə əlavə edilmiş təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs notarial qaydada yazılmış ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmışdır, hazırda münasibətləri normaldır, odur ki, barəsində olan cinayət işinə xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Beləliklə, məhkəmədə işə baxılarkən aydın olmuşdur ki, Təqsirləndirilən şəxs iş üzrə zərərçəkmiş şəxslə barışıq əldə etmiş və hazırda münasibətləri normaldır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, CM-in 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs həmin Məcəllənin 263cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və hadisə zamanı qeydə alınmış 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilərək saxlanılmalıdır. İş üzrə ekspertiza xərci olan 100 (yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, AZ34 CTRE********************. X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 ABZ013601**********3944; S.W.İ.F.T.Bik: CTREAZ22 saylı hesabına keçirilməlidir. İş üzrə maddi sübut, mülki iddia və müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 37.4, 43.1.2, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs həmin Məcəllənin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və hadisə zamanı qeydə alınmış 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilərək saxlanılsın. İş üzrə ekspertiza xərci olan 100 (yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, AZ34 CTRE********************. X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 ABZ013601**********3944; S.W.İ.F.T.Bik: CTREAZ22 saylı hesabına keçirilməlidir. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar