Məhkəmə qərarları › İş №1(044)-228/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(044)-228/2021

17.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(044)-228/2021 17.08.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayev Əli Nazim oğlunun katibliyi ilə, xüsusi ittihamçı X3, barəsində şikayət verilmiş şəxslər X1 və X2 iştirakları ilə Məhkəmənin hazırlıq iclasında X1 və X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə ittiham olunmasına dair cinayət işində irəli sürülmüş xüsusi ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr apararaq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəmənin icraatına X1 və X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Cinayət işinin məhkəmə aidiyyəti yoxlanılarkən müəyyən edilmişdir ki, X1 və X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə elan edilmiş xüsusi ittihama əsasən törədilməsi ehtimal edilən əməl Gəncə şəhərinin Kəpəz rayonunun inzibati ərazisində törədilmişdir. Belə ki, X1 və X4 xüsusi ittiham elan edilmişdir ona görə ki, X.Cəbrayılova Gəncə şəhər Prokurorluğuna ərizə ilə müraciət edərək X3 onu hədələməsi barədə cinayət işinin başlanmasını tələb etmişdir. Eyni zamanda G.Abbasov da ona qoşularaq eyni məzmunda ərizə ilə müraciət etmişdir. Onların ərizəsi əsasında Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinin təhqiqat bölməsində və Gəncə şəhər Prokurorluğunda araşdırmalar aparılmış və Gəncə şəhər Prokurorluğunda cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarından göründüyü kimi, təqsirləndirilən şəxsə elan edilmiş ittihama əsasən X1 və X2 cinayət əməli Gəncə şəhər Kəpəz rayon Polis İdarəsində və Gəncə şəhər Prokuroluğunda baş vermişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Gəncə şəhər Kəpəz rayon Polis İdarəsi və Gəncə şəhər Prokuroluğu Gəncə şəhərinin Kəpəz rayonunun inzibati ərazisinə aiddir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 67.4-cü maddəsinə əsasən hər bir rayon (şəhər) məhkəməsinə yalnız onun yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər aiddir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin fəaliyyət dairəsinə aid olan birinci instansiya məhkəməsində baxılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 75.1-ci maddəsinə əsasən cinayət işinin məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 299.3 və 299.3.1-ci maddələrinin tələblərinə görə məhkəmə hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin ona aid olubolmaması məsələsinə baxır. X1 və X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə elan edilmiş ittihama əsasən cinayət əməlinin başa çatdığı Gəncə şəhər Kəpəz rayon Polis İdarəsi və Gəncə şəhər Prokuroluğu ərazi yurisdiksiyasına görə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinə aid olduğundan, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 67.4-cü, 74.1-ci və 75.1-ci maddələrinə əsasən cinayət işi ərazi aidiyyəti üzrə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsinin tələbinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 300.1 və 300.1.4-cü maddəsinə əsasən cinayət işinin ərazi aidiyyəti üzrə göndərilməsi hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biridir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 67.4, 74.1, 75.1, 299.3, 299.3.1, 300.1 və 300.1.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 və X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi ərazi aidiyyəti üzrə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinə göndərilsin. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar