Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-23/2020 04.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Kazımov Rasim Sarı oğlunun sədrliyi, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin məhkəmə iclas katibi Əliyev Nicat Şirzad oğlunun katibliyi ilə, Dövlət İttihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələrində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs və onun müdafəçisi Müdafiəçi2 iştirakları ilə, xx.xx.1987-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, “xxxxxxx” MMC-də avtobus sürücüsü işləyən, məhkum olunmamış, ünvan 1 mənzil 14-də qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM-in) 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs (bundan sonra – Təqsirləndirilən şəxs) xx.xx.2018-ci il tarixdə saat 17 radələrində ünvan 2 ünvanında olan Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasının birinci mərtəbəsində yerləşən, Gəncə şəhəri Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin baş müstəntiqi X2 xidməti otağında izahatı alınan zaman Zərərçəkmiş şəxs ona arvadı X4 ilə telefon əlaqələrinin olduğunu bildirərkən heç bir əsaslı səbəb olmadan cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməsi, Gəncə şəhər Baş Polis İdarəsinin iş rejiminin pozulması ilə müşayiət olunan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, qərəzli hərəkətlər etməklə Zərərçəkmiş şəxs sifət nahiyəsinə yumruqla vuraraq ona sol almacıq nahiyəsinin sıyrığı kimi sağlamlığına zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək zor tətbiq edib xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxstörətmiş olduğu cinayət əməli özünün etiraf ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadəsi, həmçinin işdə olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki,Zərərçəkmiş şəxs əvvəldən tanıyır, münasibəti yaxşı olmuşdur. Afiqin qaynı Orxan adlı şəxslə də münasibəti var və onunla da Afiqin vasitəsi ilə tanış olmuşdur. Təxminən 2018-ci ilin iyul ayının 9-10-da saat təxminən 02-03 radələrində dostu Təvəkkül zəng edərək tanışı Zərərçəkmiş şəxs arvadı Vüsalə Əliyevanın əri Afiqlə dalaşdığını və evdən çıxdığını bildirmişdir. Təvəkkül Afiqi və Vüsalənin qardaşı Orxanı tanıdığı üçün arada başqa narazılıq yaranmaması səbəbindən ondan həmin yerə gəlib Vüsaləni qardaşının evinə aparmasını demiş, ona görə də Orxana zəng edib bu barədə məlumat vermiş, Orxan isə uzaqda olduğunu о çatana kimi gedib bacısı Vüsaləni götürməsini demiş, ona görə də idarə etdiyi “Hyundai County avtobus” markalı, 20-ТА-057 dövlət nömrə nişanlı avtomobillə Gəncə şəhəri Dəmiryol vağzalının yaxınlığında olan ünvana getmiş və həmin vaxt orada Təvəkkül ilə Vüsalənin küçədə dayandığını görüb Vüsaləni avtobusa əyləşdirib qardaşı Orxanın evinə aparmışdır. Vüsaləni evlərinə düşürəndən sonra isə yaşadığı evə getmişdir. Sonradan həmin hadisə ilə bağlı Vüsalə polisə şikayət etdiyi üçün Gəncə şəhər Baş Polis İdarəsində araşdırma getdiyini bilmiş, həmin işlə bağlı xx.xx.2018-ci il tarixdə Gəncə şəhər Baş Polis İdarəsinə izahat vermək üçün müstəntiq Ələkbər Əsgərovun xidməti otağına getmiş, həmin vaxt Zərərçəkmiş şəxs da otaqda olmuş, otağa daxil olub içəridə stulda əyləşmiş və həmin vaxt dəhlizdə gözləyən tanışı Şahid2 qapını açaraq içəri gəlmək istəməyini demiş, müstəntiq Ələkbər Əsgərov isə ayağa qalxaraq içəri gəlmək istəyən Orxana bayırda gözləməsini demiş və qapını örtmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs onun həyat yoldaşı Vüsalə Əliyevanın onun mobil telefonuna zəng etdiyini və Vüsaləni avtomobilə əyləşdirərək başqa yerlərə aparmağını demiş, Afiqin barəsində bu cür yalan danışmasına əsəbləşərək qəfildən ayağa qalxıb Afiqin üzünə iki dəfə yumruq zərbəsi vurmuş, bu zaman aralarında dava-dalaş düşmüş, dərhal otaqda olan müstəntiq Ələkbər Əsgərov yaxınlaşıb aralamağa çalışmış, həmin vaxt yaranan səs küyə inzibati binanın dəhlizindən bir neçə tanımadığı polis əməkdaşları otağa daxil olmuş və Afiqi otaqdan çıxartmış, onu kənara çəkmişdir. Bundan sonra Afiq getmiş və izahatını verib oradan çıxıb getmişdir. Hazırda əməlindən peşman olmaqla, məhkəmədən ailədə yeganə qazanc gətirən şəxs olmaqla tək ailə başçısı olmasını, himayəsində iki azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxslə barışmasını nəzərə alıb ona yüngül cəza təyin edilməsini xahiş edir. İstintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və ifadəsi məhkəmədə elan edilməklə tədqiq edilmiş Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs 2018-ci ilin avqust ayından tanıyır. Vüsalı qonşusu Təvəkkülün vasitəsi ilə tanımış, bir neçə dəfə bir yerdə oturub yemək yemiş, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixə keçən gecə saat təxminən 00:30 radələrində yaşadığı evə getmiş və arvadı X1 yemək verməsini istəmiş, arvadı Əliyeva Vüsalə isə onsuzda yeyib gəldiyini demiş, daha sonra su gətirib “zəhərin olsun” deyərək suyu vermiş, suyu həyat yoldaşı Vüsalənin üzünə tökmüşdür. Bundan sonra aralarında mübahisə yaranmış və anası gəlib Vüsaləni evin ikinci mərtəbəsinə yataq otağına aparmış, Vüsalə isə yatacağını deyib otağa girərək qapını bağlamış, təxminən 20 dəqiqə sonra səs eşitmiş və otağın qapısı bağlı olduğu üçün qapını sındırıb içəri girmiş və Vüsalənin otaqda olmamasını pəncərənin açıq olmasını görmüş və pəncərədən qaçıb getdiyini bilmişdir. Ertəsi gün isə həyat yoldaşı Vüsalə Əliyeva barəsində Gəncə şəhər Kəpəz RPİ-nə şikayət ərizəsi vermiş, həyat yoldaşının gecə evdən çıxıb hara getməsi ilə maraqlanan zaman Vüsalənin evdən çıxıb Təqsirləndirilən şəxs ilə qaçıb getdiyini bilmişdir. Bundan sonra Kəpəz RPİ-də toplanmış material Gəncə şəhər BPİ-in İstintaq və Təhqiqat İdarəsinə göndərilmiş, xx.xx.2018-ci il tarixdə Gəncə şəhər Baş Polis İdarəsində baş müstəntiq Ələkbər Əsgərovun xidməti otağında izahat verən zaman Təqsirləndirilən şəxs da içəri gəlmiş və stulda əyləşmişdir. Həmin vaxt müstəntiq Ələkbər Əsgərov hər ikisini dindirmiş və Vüsala hər şeyin necə olmasını demiş, Vüsal isə razılaşmayaraq öz bildiyi kimi danışmış, həmin vaxt həyat yoldaşı Vüsalə Əliyevanın qardaşı Şahid2 otağa gələrək danışıqlarda iştirak etmək istədiyini demiş, müstəntiq Ələkbər Əsgərov isə ayağa qalxaraq qapı tərəfə getmiş və Orxana bayırda gözləməsini demişdir. Bu zaman ani bir anda Təqsirləndirilən şəxs ayağa qalxaraq üzərimə gəlmiş və sol gözünün alt hissəsinə 2 dəfə yumruq zərbəsi vurmuşdur. Dərhal otaqda olan müstəntiq Ələkbər Əsgərov onları aralamağa və sakitləşdirməyə çalışmış, bu zaman inzibati binanın dəhlizində bir neçə tanımadığı polis əməkdaşları otağa daxil olmuş və onu otaqdan çıxarmışdır. Həmin vaxt Vüsal otaqda qalmış, bundan sonra o, çıxıb evinə getmişdir. Həmin hadisə təxminən 15-20 dəqiqə davam etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun yeznəsidir. Təqsirləndirilən şəxs isə tanışıdır. Təxminən 2018-ci ilin iyul ayında bacısı X4 ilə əri Zərərçəkmiş şəxs arasında mübahisə baş vermiş, həmin hadisə ilə bağlı xx.xx.2018-ci il tarixdə dostu Təqsirləndirilən şəxs ilə birlikdə Gəncə şəhər Baş Polis İdarəsinə getmiş və Baş Polis İdarəsinin inzibati binasının dəhlizində gözləmiş, Təqsirləndirilən şəxs isə izahat vermək üçün müstəntiq Ələkbər Əsgərovun xidməti otağına girmiş, həmin vaxt Zərərçəkmiş şəxs da otaqda olduğunu görmüş, təxminən 5 dəqiqə sonra otağın qapısını açıb içəri girmək istəmiş, danışıqlarda iştirak etmək istədiyini demiş, müstəntiq Ələkbər Əsgərov bayıra çıxmasını bildirmiş, əvvəlcə çıxmaq istəməmiş həmin vaxt müstəntiq ayağa qalxıb yaxınlaşmış və ehtiyac olmadığını bayırda gözləməsini demiş, ona görə də otaqdan çıxmış, otaqdan çıxan vaxt otağın içərisindən səs-küy eşidildi. Dərhal başqa otaqdan bir neçə polis əməkdaşları da həmin otağa getmiş və Zərərçəkmiş şəxs otaqdan bayıra çıxardılmış, bundan sonra o, Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasını tərk etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərmişdir ki, 2013-cü ildən DİO-da, 2017-ci ildən isə Gəncə şəhər BPİ-nin Təchizat Qrupunun silah üzrə inspektoru vəzifəsində işləyir. xx.xx.2018-ci il tarixdə Gəncə şəhər BPİ-nin növbətçi hissəsində məsul növbətçini əvəz etmiş, həmin vaxt X8 da növbətçi köməkçisi olmuşdur. xx.xx.2018-ci il tarixdə saat təxminən 17:00 radələrində növbətçi hissədə xidmətdə olan vaxt Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasının 1-ci mərtəbəsində müstəntiqlər olan otaqdan səs-küy eşitmiş, sonradan dəqiq olaraq müstəntiq Ələkbər Əsgərovun xidməti otağından səs gəlməsini eşidib İdarənin dəhlizinə çıxmış, həmin vaxt növbətçi köməkçisi Fərid Əmirov həmin otağa getmiş, bu zaman növbətçi hissəni boş qoymamaq üçün dəhlizdə gözləmiş, həmin vaxt otağın içərisində adlarını sonradan bildiyi Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs mübahisə etməsini bilmiş, Zərərçəkmiş şəxs həmin otaqdan bayıra çıxardılmışdır. Zərərçəkmiş şəxs növbətçi hissənin qabağından çıxıb gedən zaman sol gözünün alt hissəsinin qızardığını da görmüşdür. Bundan sonra isə yenidən xidməti işinə davam etmişdir. Həmin dava təxminən 5 dəqiqə davam etmiş, dəhlizdə xatırlamadığı bir neçə vətəndaş və polis əməkdaşları da yığılmış, polis nəfərləri vətəndaşlar Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs sakitləşdirmiş, dava zamanı isə həmin müddət ərzində Gəncə şəhər Baş Polis İdarəsinin iş rejimi pozulmuşdur. Həmin hadisə təxminən 15-20 dəqiqə davam etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş X8 ifadəsində göstərmişdir ki, 2009ci ildən DİO-da, 2014-cü ildən isə Gəncə şəhər BPİ-nin NHİX-nin növbətçi polis nəfəri vəzifəsində işləyir, xx.xx.2018-ci il tarixdə saat təxminən 17:00 radələrində növbətçi hissədə xidmətdə olan vaxt Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasının 1-ci mərtəbəsində müstəntiqlər olan otaqdan səs-küy eşitmiş, müstəntiq Ələkbər Əsgərovun xidməti otağından səs gəlməsini eşidib həmin otağa daxil olmuş, həmin vaxt otağın içərisində adlarını sonradan bildiyi Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs mübahisə etdiyini və müstəntiqin onların arasına girərək həmin şəxsləri sakitləşdirməyə çalışdığını görmüş, həmin vaxt otaqda olan şəxsləri intizama dəvət edərək Zərərçəkmiş şəxs otaqdan bayıra çıxartmış, bu zaman Zərərçəkmiş şəxs sol gözünün alt hissəsinin qızardığını görmüş, sonra isə yenidən xidməti işinə qayıdıb işə davam etmişdir. Həmin hadisə təxminən 15-20 dəqiqə davam etmiş və həmin hadisə zamanı Baş Polis İdarəsinin iş rejimi pozulmuşdur. Məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş Şahid1 oxşar ifadə verərək X5 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan məhkəmə-tibbi ekspertin xx.xx.2018-ci il tarixli 1036 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlərsol almacıq nahiyyəsinin sıyrığı-bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2018-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx xxxxxx 2018-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittihamın elan olunması haqqında qərardan görünür ki, xx xxxxxx 2018ci il tarixdə həmin cinayəti törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilsə də istintaqdan yayındığı üçün ona ittiham elan etmək mümkün olmamışdır. Ona görə də Təqsirləndirilən şəxs barəsində xx.xx.2018-ci il tarixdə axtarış elan edilmiş və həmin tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsi ilə dayandırılmışdır. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2019-cu il tarixli cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında qərardan görünür ki, xx.xx.2019-cu il tarixdə Kəpəz RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılaraq Gəncə şəhər BPİ-nin MSY-nə təhvil verilmişdir. Bununla da Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin icraatının təzələnməsi və istintaqın davam etdirilməsi qərara alınmışdır. Məhkəmədə tədqiq edilmiş və cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər X3 Dispanserindən və X6 təqdim olunmuş xx.xx.2019-cu il tarixli 4010 saylı və xx.xx.2019-cu il tarixli 4542 saylı arayışlardan görünür ki, Təqsirləndirilən şəxs həmin Dispanserlərdə qeydiyyatda durmur. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2019-cu il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə elan edilmiş ittihamın öz qüvvəsində saxlanılması, Zərərçəkmiş şəxs əməlində CM-nin 221.1-ci maddəsinin tərkibi olmadığından onun barəsində cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Beləliklə məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri-digərini tamamlayan sübutlar əsasında müəyyən oldu ki,xx.xx.2018-ci il tarixdə saat 17 radələrində ünvan 2 ünvanında olan Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasının birinci mərtəbəsində yerləşən, Gəncə şəhəri Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin baş müstəntiqi X2 xidməti otağında izahatı alınan zaman Zərərçəkmiş şəxs ona arvadı X4 ilə telefon əlaqələrinin olduğunu bildirərkən heç bir əsaslı səbəb olmadan cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməsi, Gəncə şəhər Baş Polis İdarəsinin iş rejiminin pozulması ilə müşayiət olunan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, qərəzli hərəkətlər etməklə Zərərçəkmiş şəxs sifət nahiyəsinə yumruqla vuraraq ona sol almacıq nahiyəsinin sıyrığı kimi sağlamlığına zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək zor tətbiq edib xuliqanlıq etmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsiri tam sübuta yetirilmiş və onun həmin hərəkəti istintaq orqanı tərəfindən CM-in 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Buna görə də Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. CM-in 221.1-ci maddəsinin sanksiyasında min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. CM-in 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab edilən, CM-in 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). CM-in 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlüləlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Azərbaycan Respubikasının DİN-nin BƏSİİ-nin xx.xx.2019-cu il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan CMS – “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemi vasitəsi ilə verilmiş sorğu əsasında aşkar olunmuş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il tarixdə anadan olmuş Ayişə və xx.xx.2013-cü il tarixdə anadan olmuş Fidan adlı iki azyaşlı uşağı var. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli teleqrammdan görünür ki, ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İşi ilə əlaqədar məhkəməyə gələ bilmədiyindən onun iştirakı olmadan qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan CMS – “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemi vasitəsi ilə verilmiş sorğu əsasında aşkar olunmuş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs “xxxxxxx” MMC-də avtobus sürücüsü işləməklə aylıq maaşı 250(iki yüz əlli) manat təşkil edir. CM-in 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən Cinayət Məcəlləsinin 59.1.1-59.1.14cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, himayəsində iki azyaşlı uşağının olmasını və törətdiyi cinayət əməlini səmimi etiraf etməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur və cəzasını yüngülləşdirən hallar CM-in 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəza təyin edilən zaman nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 221.1-ci maddəsinin sanksiyası həddində islah işləri cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan xx.xx.2019-cu il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, xx.xx.2019-cu il tarixdə Kəpəz RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin tarixdə Gəncə şəhər ərazisində saxlanılmış və Gəncə şəhər Kəpəz RPİ-nə aparılıb xx.xx.2019-cu ildə Gəncə şəhər Baş Polis İdarəsinin MSY-nə təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan xx.xx.2019-cu il tarixli “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2019-cu il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və saxlandığı Gəncə şəhər Baş Polis İdarəsinin MSY-dən azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs 1 (bir) gün həbsdə olmuşdur. CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırki cinayət işi ilə bağlı 1 (bir) gün həbsdə olması, həbsdə saxlamanın bir günü islah işləri cəzasının üç günü müddətinə bərabər hesablanıb ona təyin ediləcək islah işləri cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 45.1-ci maddəsinə əsasən islah işləri növündə cəzanın icrası müddəti məhkumun işlədiyi və onun qazancından tutulmalar aparıldığı aylar və günlərlə hesablanır. Ona görə də Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı müddətdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsbarəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə cinayət əməli törətmiş şəxsin hüquqlarının müdafiəsinə 7 (yeddi) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 7 (yeddi) saat hüquqi yardıma görə Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 42 (qırx iki) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə ekspertiza xərci, mülki iddia və maddi sübut yoxdur. CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respubikasının Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, aylıq qazancından dövlət nəfinə 10 (on ) faiz məbləğində pul tutulmaqla, 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı 1 (bir) gün müddət, həbsdə saxlamanın bir günü islah işləri cəzasının üç gününə bərabər tutulmaqla, ona təyin edilmiş islah işləri cəzasından çıxılaraq, üzərində qəti olaraq aylıq qazancından dövlət nəfinə 10 (on) faiz məbləğində pul tutulmaqla, 5 (beş) ay 27 (iyirmi yeddi) gün müddətə islah işləri cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasının çəkilmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə” iltizam qətimkan tədbiri dəyişdirilmədənqüvvəsindəsaxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 7 (yeddi) saat hüquqi yardıma görə Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 42(qırx iki) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlı̇k edən Rasim Kazımov.
Məhkəmə qərarları › İş №1(044)-23/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-23/2020
04.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver