Məhkəmə qərarları › İş №1(044)-23/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-23/2022

12.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-23/2022 12.01.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun, sədrliyi, məhkəmənin məsləhətçisi Yediyarova Zeynəb Fərman qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X6 iştirakları ilə, 20 avqust 1992-ci il tarixdə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, işsiz, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, Tərtər Rayon Məhkəməsinin 14.10.2019-cu il tarixli, 4(061) - 35/2019 saylı qərarı ilə Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasının 3-cü rejim korpusunun 63 saylı kamerasında həbsdə saxlanılarkən “X2 İntizam Qaydaları” ilə qadağan olunmuş əşya-daxilində “Sim” danışıq kartı olan bir ədəd “Nokia” markalı, “Mini Phone” modelli, ”**********52382-**********52390” imei kodlu mobil telefonu istintaqa məlum olmayan mənbəədən əldə edib özündə saxlamış, gəzdirmiş, daşımış və 19.01.2020-ci il tarixdə saat 10:15 radələrində təcridxananın əməkdaşları tərəfindən 3-cü rejim korpusunun gəzinti otağında üzərinə axtarış-baxış tədbirləri keçirilən zaman əynindəki qara rəngli şalvarının sağ cibindən gizlədilmiş həmin qadağan olunmuş əşya aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-in 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, o, üzərindən aşkar edilərək götürülmüş, daxilində danışıq kartı olan bir ədəd “Nokia” markalı, mobil telefon aparatının özünə məxsus olduğunu, həmin mobil telefon aparatını daxilində danışıq kartı ilə birlikdə 13.01.2020-ci il tarixdə Gəncə Apelyasiya Məhkəməsində olarkən orada olan təqsirləndirilən şəxslərin və məhkumların müvəqqəti saxlama yerindən tapmış və yoğun bağırsağında gizlədərək istifadə etməkdən ötrü təcridxanaya keçirmiş, danışıq kartının hesabında pul olmadığına görə istifadə edə bilməmişdir. 19.01.2020-ci il tarixdə təxminən saat 10:15 radələrində əvvəllər həbsdə saxlanıldığı 2 saylı istintaq təcridxanasının əməkdaşları tərəfindən 3-cü rejim korpusunda yerləşən gəzinti otağında üzərinə axtarış-baxış tədbirləri keçirilən zaman əynində olan qara rəngli şalvarının sağ yancibindən gizlədilmiş vəziyyətdə aşkar olunaraq götürülmüşdür. Əməlindən peşman olduğunu bildirərək, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs təcridxanada həbsdə saxlanılan kimi tanıdığını, 19.01.2020-ci il tarixdə, saat 10:15 radələrində daxil olmuş əməliyyat məlumatına əsasən hal şahidlərinin iştirakı ilə 3-cü rejim korpusunun 63 saylı kamerasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs üzərinə 3-cü rejim korpusunda yerləşən gəzinti otağında axtarış-baxış tədbirləri keçirilən zaman əynindəki qara rəngli şalvarının sağ cibindən “X2 İntizam Qaydaları” ilə qadağan olunmuş əşya-daxilində “Sim” danışıq kartı olan bir ədəd “Nokia” markalı, mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Qadağan edilmiş əşyanın aşkar olunması faktı ilə əlaqədar hal şahidlərinin və Təqsirləndirilən şəxs iştirakı ilə protokol tərtib edilrək daxilində danışıq kartı olan mobil telefon aparatı qablaşdırılaraq protokola əlavə olunduğunu, protokola bütün iştirakçılar tanış olduqdan sonra doğruluğunu imzaları ilə təsdiqləmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Kamandar oğlu, Şahid3, Şahid4 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək ibtidai istintaq zamanı vermiş olduqları ifadəni təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirdi ki, 19.01.2020-ci il tarixdə, saat 10:15 radələrində işlədiyi təcridxananın əməkdaşları tərəfindən 3-cü rejim korpusunun 60 saylı kamerasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs üzərinə 3-cü rejim korpusunda yerləşən gəzinti otağında axtarışbaxış tədbirləri keçirilən zaman hal şahidi qismində iştirak etmək üçün dəvət olunmuş, baxış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ cibindən məhkumlar üçün istifadəsi və saxlanılması qadağan olunmuş əşya-daxilində “Sim” danışıq kartı olan bir ədəd “Nokia” markalı, mobil telefon aparatı aşkar edilərək götürüldüyünü görmüş, bundan sonra təcridxananın əməkdaşları tərəfindən onun və digər hal şahidinin iştirakları ilə protokol tərtib edilmiş, həmin əşyalar qablaşdırılaraq zərfə qoyulmuş və möhürlənmişdir. İstintaqda verilmiş və məhkəmə iclasında tədqiq edilmiş edilmiş Şahid5 ifadəsindən görünür ki, 19.01.2020-ci il tarixdə, saat 10:15 radələrində işlədiyi təcridxananın əməkdaşları tərəfindən 3-cü rejim korpusunun 60 saylı kamerasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs üzərinə 3-cü rejim korpusunda yerləşən gəzinti otağında axtarışbaxış tədbirləri keçirilən zaman hal şahidi qismində iştirak etmək üçün dəvət olunduğunu, baxış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ cibindən məhkumlar üçün istifadəsi və saxlanılması qadağan olunmuş əşya-daxilində “Sim” danışıq kartı olan bir ədəd “Nokia” markalı, mobil telefon aparatı aşkar edilərək götürüldüyünü görmüş, bundan sonra təcridxananın əməkdaşları tərəfindən onun və digər hal şahidinin iştirakları ilə protokol tərtib edilmiş, həmin əşyalar qablaşdırılaraq zərfə qoyulmuş və möhürlənmişdir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İİ-nin 24.02.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Rayon Məhkəməsinin 29.11.2019-cu il tarixli hökmü ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Məhkəmə Ekspertizası Mərkəzinin 10.02.2020-ci il tarixli 2262 saylı rəyindən görünür ki, təqdim olunmuş bir ədəd “Nokia” markalı, “Mini Phone” modelli, ”**********52382-**********52390” imei kodlu mobil telefon aparatı olmaqla, hal-hazırda işlək vəziyyətdə olmuş, istifadə üçün yararlıdır (mobil telefonun proqram təminatında olan imei kodla arxa tərəfindəki markalanma göstəricisində olan imei kod fərqlidir.) Təqdim edilmiş “Nokia” markalı, “Mini Phone” modelli mobil telefonun “Soobşeniya” bölməsində 11 ədəd (xidməti və abonent nömrəsindən) “SMS” mesajlar müəyyən olunmuş, lakin Ekspertiza Məırkəzində olan mobiul telefonların və smartfon cihazların tədqiqatı üçün nəzərdə tutulmuş çox funksional “Cellebrite” firmasının “UFED TOUCH 2” markalı qurğunun proqram təminatının metodlar bazasında tədqiq olunan mobil telefonun modelinin olmaması səbəbindən qey olunan məlumatları köçürərək istintaq orqanına təqdim etmək mümkün olmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 317-2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsinin sanksiyasında altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 01.12.2021-ci il tarixli 1(044)-169/2021 saylı qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmiş və barəsində axtarış elan olunmaqla “həbs” qətimkan qətimkan tədbiri seçilmişdır. 11.12.2021-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Hazırda Təqsirləndirilən şəxs 11.12.2021-ci il tarixdə tutularaq 2 saylı istintaq təcridxanasına təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 2 saylı istintaq təcridxanasının 15.12.2021-ci il tarixli 17/39-6500 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 01.12.2021-ci il tarixli qərarına əsasən həbs edilərək, 14.12.2021-ci il tarixdən məhkəmənin hesabına müəssisəyə daxil olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 06.12.2018-ci il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, SadıqlıXasaybəy Elbaris oğlu ilə X1 nikahları 06.12.2006-cı il tarixdə bağlanmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 27.03.2019-cu il tarixdə verilmiş AA2688235 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Sadıqlı İbrahim Xasaybəy oğlu 27 mart 2019-cu il tarixdə anadan olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olanarayışın surətindən görünür ki, SadıqlıXasaybəy Elbaris oğlu Qaradağ rayon mƏhkəməsinin 18.12.2020-ci il tarixli qərarı ilə ona təyin edilmiş cəzanın çəkilməmiş hissəsinin çəkməsindən vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib sübut növü kimi qəbul edir. Beləliklə, məhkəmə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması, özünün etiraf ifadəsi ilə yanaşı şahid ifadələri və digər məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinməli və bu maddənin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Təyin ediləcək cəzanın həddi ilə bağlı isə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai - təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkum islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsini qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1 - 59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.4 və 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək, əməlindən səmimi peşman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəza təyini məsələsini müzakirə edib, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, o, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin olunan cəzanın növünü və həddini müəyyən edərkən, cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutaraq, təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alır və ona təqsirləndirildiyi Azərbaycan Repsublikası CM-nin 317-2.1-ci maddəsinin sanksiyalarında nəzərdə tutulan qanunla müəyyən edilmiş və kifayət edən həddə azadlıqdan məhrumetmə növündə cəza təyin olunmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbiri seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət (CPM-nin 158.2.1-ci maddəsi); ev dustaqlığında saxlanıldığı müddət (CPM-nin 158.2.2-ci maddəsi) daxildir. Göründüyü kimi, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 01.12.2021-ci il tarixli 1(044)-169/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmiş və barəsində axtarış elan olunmaqla “həbs” qətimkan qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs 11.12.2021-ci il tarixdə tutularaq 2 saylı istintaq təcridxanasına təhvil verilmişdir. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə əsasən cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti CPM-nin 159-cu maddəsində nəzərdə tutulmuş həmin müddətlərin uzadılması halları istisna olmaqla, yuxarıda göstərilən müddətlərdən artıq ola bilməz. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlama saxlanılma müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının başlanğıcı 11.12.2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə olunmuş – daxilində danışıq kartı olan 1 ədəd “Nokia” markalı, “Phone” modelli, “**********52382- **********52390” imei kodlu mobil telefon cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 59.94 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X3 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 11 dekabr 2021-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə olunmuş – daxilində danışıq kartı olan 1 ədəd “Nokia” markalı, “Phone” modelli, “**********52382- **********52390” imei kodlu mobil telefon cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 59.94 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X3 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar