Məhkəmə qərarları › İş №1(044)-230/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-230/2021

27.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-230/2021 27.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Yediyarova Zeynəb Fərman qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, 1-ci Qarabağ müharibə iştirakçısı 1-ci qrup müharibə əlili, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayon, ev 21, mənzil 49da yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin, 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etməməli, hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, həmin tələblərə əməl etməyərək, 27.01.2021-ci il tarixdə saat 18:19 radələrində Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayon, ev 21, mənzil 49-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs özünə məxsus “Opel Astra” minik markalı, ** LY *** dövlət nömrə nişanlı avtomobili idarə edərkən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan Gəncə şəhəri, Nizami prospekti ilə üzü Yeni Gəncənin dairəsi ilə kəsişmə istiqamətində Gəncə şəhər H.Əliyev parkının yaxınlığında hərəkətdə olarkən yolu sürücünün hərəkət istiqamətinin sağ tərəfindən sol tərəfinə doğru sakit adi addımlarla yeriyərək keçən piyada 1954-cü il təvəllüdlü Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vurması nəticəsində Zərərçəkmiş şəxs sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 263-1.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, anası ilə birlikdə yuxarıda göstərilən ünvanda yaşayır. O, 1-ci Qarabağ müharibəsində iştirak etmiş, 1-ci qrup müharibə əlilidir. Onun sürücülük vəsiqəsi yoxdur. “Opel Astra” minik markalı ** LY *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili təxminən 5 ay bundan əvvəl Bakı şəhərindən kredit vasitəsilə almışdır. Onun sürücülük vəsiqəsi olmadığına görə həmin avtomobili tanışı X5 adına baş etibarnamə əsasında almışdır. O, ilkin ödəniş olaraq 5200 manat ödəmiş, ayda 418 manat ödəmək şərti ilə 24 ay müddətinə kreditlə avtomobili almış, həmin avtomobili idarə etmək üçün etibarnaməsi yoxdur. 27.01.2021-ci il tarixdə saat 18 radələrində idarə etdiyi avtomobil ilə Gəncə şəhəri 2705 dairə istiqamətdə hərəktdə olan zaman N.Gəncəvi prospektinə daxil olmuş, o, idarə etdiyi avtomobil ilə N.Gəncəvi prospekti ilə Yeni Gəncə dairəsi istiqamətində 2-ci hərəkət zolağı ilə hərəkətdə olarkən ani bir vaxtda yaşlı bir kişinin yolu qaçaraq keçdiyini görmüş, həmin piyadanı görən kimi sükanı sola tərəf çəkmiş və əyləci sıxmış, lakin məsafə yaxın olduğuna görə hadisənin qarşısını ala bilməmiş, idarə etdiyi avtomobilin qabaq alın şüşəsinin sağ tərəf piyadaçıya dəymiş, zərbə nəticəsində piyadaçı avtomoblin alın şəşəsinə dəyib ordan da yerə yıxılmış, o, tez avtomobili saxlayıb avtomobildən düşüb, piyadaya tərəf gedib yerdən qaldırarkən gücü çatmamış, yol ilə keçən tanımadığı şəxslər köməklik edib piyadaçını öz avtomobilinə qoyub Gəncə şəhər 3 nömrəli TTYX-na aparmış, xəstəxanada həkimlər həmin şəxsə ilk tibbi yardıb göstərmişlər. Polis əməkdaşları onun sərxoşluğu yoxlanılması üçün Gəncə şəhər Narkoloji dispanserə aparmışlar, onun sərxoşluğunu yoxlanılmış o, ayıq vəziyyətdə olması müəyyən olmuş, sonra isə polis əməkdaşları ilə hadisə yerinə gəlmişdir. Əməlindən peşmandır. O, zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, 27.01.2021-ci il tarixdə saat 18 radələrində yaşadığı evdən çıxıb Gəncə şəhəri, Yeni Gəncə dairəsinin yaxınlığında yerləşən “Ucuzluq” mağazasına getmiş, orada olan işlərini həll etdikdən sonra o, “Ucuzluq” mağazasından çıxıb yaşadığı evə Məhsəti qəsəbəsinə piyada getmək istəmiş, buna görə də Gəncə şəhəri, Yeni Gəncə dairəsinin üzü Şəmkir şossesi istiqamətində yolun sol tərəfi ilə N.Gəncəvi prospekti ilə Asfalt Beton küçəsinin kəsişməsində olan svetofora doğru getmiş, svetofora çatmağa bir az qalmış qırmızı işıq yandığını görüb piyada keçidindən bir az aralıdan yolu keçmək qərarına gəlmiş, o, yolu keçərkən asfalt beton küçəsindən Nizami prospektinə doğru avtomobillər hərəkət etməyə başlamış, bu vaxt sola dönməkdə olan avtopmobillər ona yol vermişlər. Yolu üzü Şəmkir şossesi istiqamətində gedən zaman sol hissədən sağ hissəyə keçmək istəyən zaman “Opel” markalı dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı avtomobil onu avtomobilin ön sol hissəsi ilə vuraraq kənara tullamış, bu vaxt o, zərbənin təsirindən heç nə xatırlamamış, bundan sonra ayılan zaman Gəncə şəhər 3 nömrəli xəstəxanada olduğunu, xəstəxanada həkimlərin ona tibbi yardım göstərdiyini görmüşdür. Lakin xəstəxanada çox qala bilməmiş, həmin gün xəstəxanadan çıxıb qızının evinə gəlmiş, xəstəxanada olan zaman onu avtomobil vurduğunu öyrənmiş, qızının evində olarkən sağ ayağımda kəskin ağrılar olduğuna və qan kəsmədiyinə görə yenidən Gəncə şəhər Abbas Səhhət adına xəstəxanaya getmişdir. O, 28.01.2021-ci il tarixdə xəstəxanada olarkən bədən nahiyyələrini rentgen etdirmiş, sol ayağının diz nahiyəsindən aşağı hissəsindən qırıq xəsarəti, sol qabırğasında çat, burun nahiyəsində qırıq xəsarəti olduğunu, sağ gözünə pərdə gəldiyini demişlər. O, 5 gün Abbas Səhhət adına xəstəxanada qalmış, sonra isə xəstəxanadan çıxıb qızının evində müalicə almağa davam etmiş, sonradan onu avtomobil ilə vuran şəxs Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Sürücü onun yolu keçməyini gözləməmiş, nəticədə qeyd edilən hadisə baş vermişdir. O, svetoforun piyadalar üçün yaşıl işığında normal yerişlə keçmiş, avtomobil yolunun üzü Gəncə şəhəri istiqamətində olan hərəkət hissəsində yolu yarısına çatanda avtomobil onu vuraraq xəsarət yetirmiş, onu avtomobil vurduqdan sonra zərbənin təsirindən kənara düşmüş və yadına heç nə gəlməmiş, lakin sonradan həmin şəxs ona kömək etdiyini, hadisə yerini tərk etmədiyini öyrənmişdir. O, hazırda təqsirləndirilən şəxslə barışmış və ona dəyən zıyanı hər ay 50 (əlli) manat olmaqla ödəməsinə razıdır. Onun təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxsə cəza verilməməməsini xahiş etdi. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 27.01.2021-ci il tarixli yol nəqliyyat hadisəsinin baş verdiyi yerə baxış keçirilməsinə dair protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs 27.01.2021-ci il tarixdə olan yol nəqliyyat hadisəsinin baş verdiyi yeri göstərir və baxış keçirilməsi barədə fotoşkillər çəkilmiş və protokola əlavə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 27.01.2021-ci il tarixli, 151/2021 saylı “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur . Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası Qarabağ Əlillərinə qayğı İctimai Birliyi tərəfindən verilmiş 0198 saylı vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Müstəqilliyi uğrunda gedən döyüşlərdə iştirak etmiş və yaralanmışdır, 1-ci qrup əlildir, müharibə veteranıdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Azərbaycan Qarabağ Müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyi tərəfindən verilmiş Ə 007265 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 1-ci qrup müharibə əlilidir, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nüəyyən edilmiş imtiyazlardan istifadə etmək hüququna malikdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 15.09.2020-ci il tarixli ƏN-V 356442 saylı etibarnamənin surətindən görünür ki, X6 tərəfindən “Opel Astra” markalı 99LY250 dövlət qeydiyyat nişanlı avtomobilinə dair X7 2 il müddətinə etibarnamə verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28.01.2021-ci il tarixli 128 saylı məhkəmə tibbi ekspertizası rəyindən görünür ki, 1954-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən olunmuş xəsarətlər – burun sümüklərinin yerinidəyişmiş sınığı, sol İV qabırğanın sınığı, sağ qamış sümüyünün oynaqdaxili qapalı sınığı, sağ göz nühiyəsinin hematoması, sağ ayağın İ barmağının yarası, alın, burun, alt çənə, hər iki diz oynağı nahiyyəsinin sıyrıqları – bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 27.01.2021-ci il tarixə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir, xəsarətləri yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlməsi istisna edilmir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 29.03.2021-ci il tarixli, 8/452 nömrəli rəyindən görünür ki, «Opel Astra» markalı, ** LY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətləlrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 75-cı maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Piyadanın hərəkətlərinin tədqiqi yol-nəqliyyat hadisələriekspertizası sahəsində xüsusi texniki bilik tələb etmədiyindən yol-nəqliyyat hadisələri ekspertinin səlahiyyətinə aid edilir (ekspertiza xərci 100 manat). Beləliklə, 27.01.2021-ci il tarixdə saat 18:19 radələrində Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayon, ev 21, mənzil 49-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs özünə məxsus “Opel Astra” minik markalı, ** LY *** dövlət nömrə nişanlı avtomobili idarə edərkən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan Gəncə şəhəri, Nizami prospekti ilə üzü Yeni Gəncənin dairəsi ilə kəsişmə istiqamətində Gəncə şəhər H.Əliyev parkının yaxınlığında hərəkətdə olarkən yolu sürücünün hərəkət istiqamətinin sağ tərəfindən sol tərəfinə doğru sakit adi addımlarla yeriyərək keçən piyada 1954-cü il təvəllüdlü Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vurması nəticəsində Zərərçəkmiş şəxs sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 07.06.2021-ci il tarixdə DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 27.06.2018-ci il tarixli Qərarı ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilmiş və o, məsuliyyətdən azad edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Gəncə şəhər Rayonlararası Ruhi- Əsəb Dispanser tərəfindən verilmiş 21.06.2021-ci il tarixli, 2587saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserlərdə qeydiyyatda yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Gəncə şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 21.06.2021-ci il tarixli, 2821 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserlərdə qeydiyyatda yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin Gəncə RQİTBşöbəsi tərəfindən verilmiş 03.06.2021-ci il tarixli məktubda Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi verilməmiş və o, sürücülük hüququndan məhrum edilm əmişdir. “Opel Astra” markalı, ** LY *** dövlət qeydiyyat n işanlı avtomobil Sumqayıt şəhəri, məh 45, ev 5/81, mənzil 29-da qeydiyyatda olan X2 adına qeyd edilmişdir və həmin avtomobilə dair Təqsirləndirilən şəxs adına etibarnamə qeydə alınmamışdır. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-in 263-1.1-cimaddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 263-1.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur və o qeyd olunan maddədə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlüləlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrində göstərilmişdir ki, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi,cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardandır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, subay olmasını, əməlindən səmimi peşman olmasını, ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxslə barışmasını, Azərbaycan Respublikasının Müstəqilliyi uğrunda gedən döyüşlərdə iştirak etməsini, 1-ci qrup əlil və müharibə veteranı olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran halların olmamasını qeyd edir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 263-1.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənləri nəzərə alıb məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263- 1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə onun cəzasını yüngülləşdirən hallarla yanaşı, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışaraq dəymiş ziyanı tamamilə ödəməsini, Azərbaycan Respublikasının Müstəqilliyi uğrunda gedən döyüşlərdə iştirak etməsini, 1-ci qrup əlil və müharibə veteranı olmasını nəzərə alaraq, barəsində CM-in 70ci maddəsinə əsasən sınaq müddəti təyin edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunmasını mümkün sayır, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərara gəlir. Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsinə müvafiq olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə CM-in 70-ci maddəsinə müvafiq olaraq, Təqsirləndirilən şəxs barəsində şərti məhkum etmə təyin edərkən, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (törədilmiş cinayətin az ağır cinayət olmasını), məhkumun şəxsiyyətini, habelə onun cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, nəzərə alır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alıb, ona törətdiyi cinayətə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilərək barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsini tətbiq edərək onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunmasını mümkün hesab edir. Azərbaycan Respublikası CM-in 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmə Azərbaycan Respublikası CM-in 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulmasını məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD diski cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq X4 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. İşi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 344- 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələri tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun qeydiyyatda olduğu və yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəsinə mindiyi gündən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesabına keçirilsin. Hökmdən elan olunduğu andan, 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən:Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar