Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(044)-233/2021 22.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Yediyarova Zeynəb Fərman qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1 Elbrus oğlunun, Təqsirləndirilən şəxs və müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxxx 1966-cı ildə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 bina 137 A, giriş M, mənzil 781 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs vəzifəli şəxs kimi "xxxx" MMC-nin direktoru olmaqla həmin cəmiyyətdən 16500,00 manat məbləğində pulun alınaraq Zərərçəkmiş şəxs1 Elbrus oğluna və Zərərçəkmiş şəxs2 ödənilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 27.01.2017-ci il tarixli 2(105)-156/2017 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində 19.02.2020-ci ildə inzibati xəta haqqında protokol əsasında Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 17.09.2020-ci il tarixli, 3(044)-117/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 1200,00 manat məbləğində inzibati qaydada cərimə edilməsinə, habelə 11.11.2020-ci, 14.12.2020-ci və 10.01.2021-ci il tarixlərdə xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 13.04.2020-ci il tarixədək 13289,00 manat məbləğində borcu ödəməyərək zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Elbrus oğluna və Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında bildirdi ki, məhkəmə qətnaməsi üzrə ödənilməli olan pul məbləğini tam şəkildə zərərçəkmiş şəxslərə ödəmişdir. Hazırda zərərçəkmiş şəxslərlə barışmışdır və onların hər hansı şikayət və tələbləri yoxdur. Ona görə də, onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 Elbrus oğlu ifadəsində bildirdi ki, onun atası Zərərçəkmiş şəxs2 Siyəzən şəhəri, H.Əliyev prospektində tikinti materialları mağazası vardır və o, 2012-ci ildən hazıradək həmin mağazada nəzarətçi vəzifəsində işləyir. Təxminən 2011-ci ilin sonlarında Hüseyn və İlqar adlı şəxslər mağazaya gələrək ona "xxxx" MMC-də işlədiklərini, rayon ərazisində yeni tikilən “Sokar” yanacaqdoldurma məntəqəsinin tikintisini apardıqlarını, bu tikintidə istifadə olunacaq materialları onların dükanından alacaqlarını bildirmişlər və bundan sonra onlara xeyli mal-material verilmiş, onlar bu malların pulunu tezliklə qaytaracaqlarını bildirsələr də 21500.00 manat borcu qaytarmamışlar. Onlar bu məsələ ilə bağlı Siyəzən rayon Polis şöbəsinə müraciət etmişlər və Siyəzən rayon Polis şöbəsində cinayət işinin başlanması rədd edilməsi barədə qərar qəbul edilmişdir. "xxxx" MMC borcu qaytarmadığı üçün onlar məhkəməyə müraciət etmişlər və məhkəmə qətnaməsi ilə 27520.00 manatı Zere Bekirdən tutularaq onlara ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Zere Bekir və onlar apellyasiya şikayəti vermişlər və Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi ilə 16500.00 manatın "xxxx" MMC-dən tutulması barədə yeni qətnamə qəbul edilmiş və həmin qətnamədən "xxxx" MMC və onlar kassasiya şikayəti vermişlər, Ali Məhkəmə Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır. Hazırda qanuni qüvvəyə minmiş qətnamə üzrə alınmalı olan 16500 manat məbləğdə pul Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Təqsirləndirilən şəxsdən hər hansı şikayət və tələbi yoxdur. Onun barəsində olan cinayət işinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirdi ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-156/17 saylı 25.07.2017-ci il tarixli icra sənədinə əsasən, borclu "xxxx" MMC-dən 16500 manat məbləğində pul tutularaq tələbkar Zərərçəkmiş şəxs1 Elbrus oğluna və Zərərçəkmiş şəxs2 ödənilməlidir. İcra sənədi 31.08.2017-ci il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək məhkəməyə və tərəflərə məlumat verilmişdir. Borclu "xxxx" MMC-yə 31.08.2017-ci il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilsə də, borclu tələbi könüllü icra müddətində yerinə yetirməmişdir. Məhkəmənin qərarının icrası ilə bağlı "xxxx" MMC-nin rəhbəri Təqsirləndirilən şəxs barəsində 09.08.2018-ci il axtarış qərarı qəbul edilərək Naxçıvan şəhər Polis İdarəsinə göndərilmiş, Naxçıvan şəhər Polis İdarəsi tərəfindən açılmış axtarış nəticəsində 21.05.2019-cu il tarixdə borclu "xxxx" MMC-nin rəhbəri Təqsirləndirilən şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinə gətirilmişdir. Borclu "xxxx" MMC-yə 19.11.2019-cu il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilsə də, borclu tələbi könüllü icra müddətində yerinə yetirməmişdir. Borclu təşkilatın rəbərinin yerini müəyyən etmək mümkün olmadığı üçün onun barəsində 17.12.2019-cu il tarixdə axtarış qərarı qəbul edilmişdir. Axtarış qərarına əsasən Təqsirləndirilən şəxs tapılaraq, Gəncə şəhəri üzrə İcra İdarəsinə gətirilmiş borclu məhkəmə qərarının icrasından qərəzli olaraq boyun qaçırtmışdır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 3(044)-117/2020 saylı 17.09.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 1200 manat məbləğində inzibati cərimə edilmişdir. İnzibatı qərardan sonra borclu Natal İnşaat” MMC-nin rəhbəri Təqsirləndirilən şəxs məsuliyyəti elan olunmaqla yeni müddət verilmiş və cinayət məsuliyyətinə cəlb olunması barədə xəbərdarlıq edilmiş, həmin müddət ərzində Təqsirləndirilən şəxs heç bir nəticə çıxartmamış, icra sənədi üzrə borcunu ödəməkdən yayınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Məhkəmədə tədqiq edilmiş və işdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 27.01.2017-ci il tarixli 2(105)-156/2017 saylı qətnaməsindən görünür ki, "xxxx" MMC-dən 16500 manat məbləğində pulun tutularaq iddiaçılar Zərərçəkmiş şəxs1 Elbrus oğluna və Zərərçəkmiş şəxs2 verilməsi qət edilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 16500 (on altı min beş yüz) manat məbləğdə pul tam ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs ilə barışmışdır və onun barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan Zərərçəkmiş şəxs1 Elbrus oğlunun ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 16500 (on altı min beş yüz) manat məbləğdə pul tam ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs ilə barışmışdır və onun barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, barəsində olan cinayət işi üzrə zərərçəkmiş şəxslərlə barışmış, Yasəfə və Elbrusa olan 16500 (on altı min beş yüz) manat məbləğdə borc pulu tam şəkildə ödəmişdir. Zərərçəkmiş şəxslərin hər hansı şikayət və tələbi yoxdur. Onun barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri-digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs vəzifəli şəxs kimi "xxxx" MMC-nin direktoru olmaqla həmin cəmiyyətdən 16500,00 manat məbləğində pulun alınaraq Zərərçəkmiş şəxs1 Elbrus oğluna və Zərərçəkmiş şəxs2 ödənilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 27.01.2017-ci il tarixli 2(105)-156/2017 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etməmiş, bu əsas görə barəsində tərtib edilmiş 19.02.2020-ci ildə inzibati xəta haqqında protokol əsasında Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli, 3(044)-117/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 1200,00 manat məbləğində inzibati qaydada cərimə edilmiş, habelə ona 11.11.2020-ci, 14.12.2020-ci və 10.01.2021-ci il tarixlərdə xəbərdarlıq edilmişdir. Buna baxmayaraq qətnaməni icra etməkdən yayınmış və qətnamə üzrə ödənilməmiş 13289 manat borcu qalmışdır. Məhkəmə belə nəticəyə gəlir ki, istintaq orqanı Təqsirləndirilən şəxs əməlini düzgün qiymətləndirmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin hərəkətləri ona istinad edilmiş maddənin dispozisiyasındakı əlamətlərlə üst-üstə düşdüyündən istintaq orqanı onu həmin maddə ilə təqsirli bilməkdə haqlı olmuşdur. Bununla yanaşı məhkəmə göstərir ki, tərəflər arasındakı münasibətlər dəyişmişdir. Yəni təqsirləndirilən şəxs dəymiş ziyanı tamamilə ödəmiş və zərərçəkmiş şəxslərlə barışmışdır. Belə ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Elbrus oğlu və Zərərçəkmiş şəxs2 tərəfindən yazılmış ərizələrdə, təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş ziyan ödənilmiş və onların təqsirləndirilən şəxsdən hər hansı tələb və şikayətlərinin olmadığını, bu əsasla təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası CM-in 306-cı maddəsinin qeyd hissəsinə əsasən bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Təqsirləndirilən şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 27.01.2017-ci il tarixli 2(105)-156/2017 saylı qətnaməsini tam icra edərək qətnamə üzrə alınmalı olan pul məbləğini zərərçəkmiş şəxslərə ödəmiş və zərərçəkmiş şəxslərlə barışmışdir. Belə olan halda məhkəmə Təqsirləndirilən şəxs ifadəsini və zərəçəkmiş şəxslərin ərizələrini tədqiq edib, cinayət işinin materiallarını araşdırıb hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə onun barəsində cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.2-ci maddəsinin qeydində göstərilənlərə əsasən Cinayət Qanunu məhkəmə qərarının icrası halında təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsini nəzərdə tutmaqla təqsirkarın əməlində cinayət tərkibinin olmasını da aradan qaldırır. Bu isə cinayət təqibinə bəraətverici əsasla xitam verilməsi anlamına gəlir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CMin 306.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs, həmin Məcəllənin 306-cı maddəsinin qeydinə əsasən cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza xərci və müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs, həmin Məcəllənin 306-cı maddəsinin qeydinə əsasən əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddətbaşa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №1(044)-233/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(044)-233/2021
22.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver