Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(044)-235/2021 28.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Həsənov Ayxan Rasim oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət İttihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin inzibati binasında, məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə ittiham elan olunmuşdur. İttiham aktına əsasən Təqsirləndirilən şəxs Gəncə şəhəri sakini Zərərçəkmiş şəxs Məhəmmədəli oğluna məxsus və özünün kassir işlədiyi Gəncə şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 44A ünvanında yerləşən “MAXİ” marketdə 2020-ci ilin dekabr ayının 1də kassa 5-dən 48.20 manat, dekabr ayının 4-də kassa 1-dən 113.06, dekabr ayının 12-də kassa 3-dən 84.02 manat, dekabr ayının 13-də kassa 4-dən 279.73 manat, dekabr ayının 17-də kassa 2-dən 119.53 manat, dekabr ayının 19-da kassa 4-dən 114.57 manat, dekabr ayının 20-də kassa 5-dən 138.40 manat, dekabr ayının 22-də kassa 1-dən 155.15 manat, dekabr ayının 23-də kassa 2-dən 132.55 manat, dekabr ayının 24-də kassa 2-dən 88.20 manat, dekabr ayının 25-də kassa 4-dən 192.14 manat, dekabr ayının 26-da kassa 2-dən 137.78 manat, dekabr ayının 29-da kassa 4-dən 162.73 manat, 2021-ci ilin yanvar ayının 3-də kassa 1-dən 55.70 manat, yanvar ayının 5-də kassa 3-dən 133,84 manat, yanvar ayının 6-da kassa 4-dən 218.50 manat, yanvar ayının 9-da kassa 1-dən 189.87 manat, yanvar ayının 10-da kassa 2-dən 184,21 manat, yanvar ayının 11-də kassa 2-dən 164,25 manat, yanvar ayının 12-də kassa 4-dən 101.24 manat, yanvar ayının 13-də kassa 5-dən 186.82 manat, yanvar ayının 16-da kassa 2-dən 398.25 manat, yanvar ayının 17-də kassa 3-dən 256.34 manat, yanvar ayının 18-də kassa 4-dən 448.31 manat, yanvar ayının 19-da kassa 1-dən 321.09 manat, yanvar ayının 21-də kassa 1-dən 156.19 manat, yanvar ayının 22-də kassa 2-dən 306.16 manat, yanvar ayının 23-də kassa 3-dən 401.08 manat, yanvar ayının 24-də kassa 4-dən 208.40 manat, yanvar ayının 25-də kassa 1-dən 278.35 manat, yanvar ayının 27-də kassa 1-dən 282.28 manat, yanvar ayının 28-də kassa 2-dən 306.03 manat, yanvar ayının 29-da kassa 3-dən 202.58 manat, yanvar ayının 30-da kassa 4-dən 339.21 manat, 2021-ci ilin fevral ayının 2-də kassa 4-dən 351.91 manat, fevral ayının 3-də kassa 5-dən 429.99 manat, fevral ayının 4-də kassa 1-dən 413.60 manat, fevral ayının 5də kassa 2-dən 162.75 manat, fevral ayının 8-də kassa 4-dən 399.02 manat, fevral ayının 9-da kassa 3-dən 289.89 manat, fevral ayının 14-də kassa 1-dən 149.30 manat, fevral ayının 15-də kassa 2-dən 113.43 manat, fevral ayının 16-da kassa 3-dən 306.24 manat, fevral ayının 17-də kassa 4-dən 113.52 manat, fevral ayının 18-də kassa 2-dən 188.58 manat, fevral ayının 20-də kassa 1-dən 186.28 manat, fevral ayının 21-də kassa 2-dən 231.73 manat, fevral ayının 22-də kassa 2-dən 42.32 manat, fevral ayının 23-də kassa 4dən 305.23 manat, fevral ayının 24-də kassa 2-dən 186.80 manat, fevral ayının 26-da kassa 1-dən 366.36 manat, 2021-ci ilin mart ayının 1-də kassa 1-dən 321.01 manat, mart ayının 2-də kassa 4-dən 154.74 manat, mart ayının 4-də kassa 2-dən 374.94 manat, mart ayının 5-də kassa 3-dən 247.92 manat, mart ayının 6-da kassa 5-dən 260.24 manat, mart ayının 7-də kassa 1-dən 226.21 manat,mart ayının 9-da kassa 1-dən 525.25 manat, mart ayının 10-da kassa 2-dən 219.04 manat, mart ayının 11-də kassa 4-dən 304.91 manat gizlincə götürüb hissə-hissə, ümumilikdə sonuncunun xeyli miqdar təşkil edən 13775,97 (on üç min yeddi yüz yetmiş beş manat 97 qəpik) manat məbləğində nəğd pulunu vahid niyətlə qanunsuz olaraq, gizli yolla talamaqla oğurluq etmişdir. Cinayət işinin məhkəmə hazırlıq iclasında Dövlət ittihamçısı vəsatət verərək cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Dövlət ittihamçısı tərəfindən verilmiş vəsatət onunla əsaslandırılmışdır ki, cinayət işinin materialları məhkəmənin hazırlıq iclasınadək öyrənilərkən müəyyən edilmişdir ki, həmin cinayət işi 22.03.2021-ci il tarixdə Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində açılmışdır. 16.08.2021-ci il tarixdə cinayət işi üzrə ittiham aktı Gəncə şəhər prokuroru əvəzi Rəsul Həsənov tərəfindən təsdiq edilərək baxılması üçün Gəncə şəhər, Nizami rayon Məhkəməsinə göndərilmişdir. Hesab edir ki, aşağıda göstərilənlərə əsasən cinayət işinə baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır: Təqsirləndirilən şəxs onunla 18.11.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən “Kassir” vəzifəsinə müddətsiz işə qəbul olunmuşdur. Təqsirləndirilən şəxs verilmiş ittihamdan görünür ki, o, kassir işlədiyi Gəncə şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 44A ünvanında yerləşən “MAXİ” marketdə 2020-ci ilin dekabr ayının 1-dən 2021-ci ilin mart ayının 11-dək kassadan xeyli miqdarda, yəni 13775,97 manat pul talamışdır. Şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda törədildikdə mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talaması Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11.05.2015-ci il tarixli qərarına əsasən, ...mənimsəmə və ya israf etmə zamanı əmlak təqsirkara etibar olunur və yalnız bundan sonra təqsirkarda əmlakın ələ keçirilməsi və ya israf edilməsi niyyəti yaranır, bu niyyətinə nail olmaq üçün də o, müvafiq hərəkətləri edir. Təqsirləndirilən şəxs qismində dindirilərkən özünü xeyli miqdarda oğurluq etməkdə təqsirli bilərək göstərmişdir ki, kassir işlədiyi dövrdə özü bir neçə dəfə müştərinin malını kompyuterə vurmaqla, müştəri ona pulu verib aralandıqdan sonra kompyuteri söndürüb-yandırmaqla həmin malın qəbzini kompyuterdən silib və bununla da, müştəridən aldığı pulu özünə götürmüş və axşam kassanı təhvil verərkən də götürdüyü pul üzə çıxmamışdır. Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları zərərçəkmiş şəxs qismində Zərərçəkmiş şəxs Məhəmmədəli oğlu, şahid qismində dindirilmiş Şahid3 və digər şahidlər ifadələrində təsdiq etmişlər. Beləliklə də, istintaq orqanı tərəfindən toplanılmış sübutlardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talamışdır. Odur ki, istintaq orqanı tərəfindən verilmiş ittiham qeyrimüəyyən hesab edilməlidir. Azərbaycan Respublikası CPM-nin 91.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ən mühüm hüquqlarından biri nədə təqsirləndiyini bilməkdən (ittihamın məzmunu- verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi) ibarətdir. Həmin Məcəllənin 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması(bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) yol verildiyindən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin, müdafiə hüququnun pozulmasına (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) yol verildiyindən baxılmasına xitam verilməsini və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və müdafiəçisi ayrı-ayrılıqda çıxış edərək verilmiş vəsatətin dəlilləri ilə razı olduqlarını bildirərək vəsatətin təmin edilməsini xahiş etmişlər. Məhkəmənin hazırlıq iclasında Zərərçəkmiş şəxs Məhəmmədəli oğlunun məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirib, ittiham tərəfinin vermiş olduğu vəsatətdə qeyd olunan dəlilləri nəzərə alaraq hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən ibtidai araşdırma zamanı Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 303.3.1 və 303.3.6-cı maddələrində nəzərdə tutulan kobud qanun pozuntularına yol verildiyi müəyyən edildiyindən cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, işin hallarından və Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan görünür ki, o, onunla 18.11.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən “Kassir” vəzifəsinə müddətsiz işə qəbul olunmuşdur. O, kassir vəzifəsində işlədiyi Gəncə şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, 44A ünvanında yerləşən “MAXİ” marketdə 2020-ci ilin dekabr ayının 1-dən 2021-ci ilin mart ayının 11-dək kassadan xeyli miqdarda, yəni 13775,97 manat pul talamışdır. Həmin əməllərə görə ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə ittiham elan edilmişdir. Halbuki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya görə məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 179-cu maddəsində isə mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgənin əmlakını talamaya görə məsuliyyət nəzərdə tutulmuşdur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11.05.2015-ci il tarixli qərarında da izah edilmişdir ki, mənimsəmə və ya israf etmə zamanı əmlak təqsirkara etibar olunur və yalnız bundan sonra təqsirkarda əmlakın ələ keçirilməsi və ya israf edilməsi niyyəti yaranır, bu niyyətinə nail olmaq üçün də o, müvafiq hərəkətləri edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən göstərmişdir ki, kassir işlədiyi dövrdə özü bir neçə dəfə müştərinin malını kompyuterə vurmaqla, müştəri ona pulu verib aralandıqdan sonra kompyuteri söndürüb-yandırmaqla həmin malın qəbzini kompyuterdən silib və bununla da, müştəridən aldığı pulu özünə götürmüş və axşam kassanı təhvil verərkən götürdüyü pul üzə çıxmamışdır. Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları zərərçəkmiş şəxs qismində Zərərçəkmiş şəxs Məhəmmədəli oğlu, şahid qismində dindirilmiş Şahid3 və digər şahidlər ifadələrində təsdiq etmişlər. Beləliklə də, ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs tərəfidən talanmış əmlak onunla 18.11.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən “Kassir” vəzifəsində işlədiyi müddət ərzində ona etibar edilmişdir. Yuxarıdakılardan göründüyü kimi, cinayət işi üzrə ittiham aktı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 289-cu maddəsinin tələblərinə uyğun deyil və məhkəməyədək icraat zamanı yol verilmiş qanun pozuntuları ümumilikdə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 289.3.1-ci maddəsinə əsasən, ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar göstərilməlidir; 289.4-cu maddəsinə əsasən, ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir; 289.5-ci maddəsinə əsasən, ittiham aktı cinayət işi üzrə toplanmış materialları və cinayət işinin vərəqlərinə istinadı əks etdirməlidir. 223.3.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti göstərilməlidir; 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır; 303.2-ci mad dəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir; 303.3.1-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulduqda (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün); 303.3.6-ci maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmamasından ibarət kobud pozuntulara yol verildikdə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır; 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai (araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Göründüyü kimi, hazırkı cinayət işi üzrə ittiham aktı Cinayət-Prosessual Məcəlləsinin 289-cu maddəsinin tələblərinə uyğun olmamaqla, kobud pozuntulara yol verilmişdir. Eyni zamanda cinayət qanununun müvafiq maddəsi üzrə ittihamın mahiyyətinin nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməməsinə və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedent üzrə belə olan halda müdafiə hüququnun pozulmasına səbəb olur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 91.5.1-ci maddəsinə əsasən, “nədə təqsirləndirildiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi)” təqsirləndirilən şəxsin hüququdur. Odur ki, cinayət-prosessual qanunvericiliyin qeyd olunan tələblərinə əməl edilməməsi təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmuşdur. Məhkəmə dövlət ittihamçısının vəsatətində qeyd etdiyi dəlillərlə razılaşır və hesab edir ki, vəsatət təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılmasına xitam verilərək, iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, habelə cinayət işi üzrə Cinayət-Prosessual Məcəlləsinin yuxarıda qeyd olunan tələblərinin kobud surətdə pozulmasına yol vermiş Gəncə şəhər Baş polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis mayoru X3 barəsində ayrıca xüsusi qərar çıxarılmalıdır. Bununla yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 306.1-ci maddəsinin müddəaları baxımından cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul etmiş məhkəmə, təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsində saxlanılması, dəyişdirilməsi, uzadılması və ya ləğv edilməsi ilə bağlı məsələyə münasibət bildirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 306.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin aşağıdakılara dair qərar çıxarır: 306.1.1. təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı; 306.1.2. qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı; 306.1.3. təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi. Təqsirləndirilən şəxs cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə, məhkəmə baxışının normal gedişinə mane olmaq, məhkəmə çağırışlarına üzrlü səbəb olmadan gəlməmək və cəmiyyət üçün təhlükə yaratmaq ehtimalları müəyyən olunmadığından, habelə təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid olunmasına dair hallar mövcud olmadığından və buna dair sübutlar ittiham tərəfindən məhkəməyə təqdim edilmədiyindən, məhkəmə hesab edir ki, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qismində qətimkan tədbirinin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 173.2-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı hallar istisna olmaqla, qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarından apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1.5, 303, 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Vəsatət təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işinin baxılmasına xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №1(044)-235/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(044)-235/2021
28.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver