Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-238/2021 04.11.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məhkəmə iclas katibi Rüstəmov Turan Aydın oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx.xx.1986-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 yetkinlik yaşına çatmayan uşaqları olan, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində daşıyaraq saxlamışdır. Belə ki, o, istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən 01 ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi şəxsi istehlak miqdarından artıq miqdarda 0,429 qram çəkidə narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış və Gəncə şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, 13 mart 2021-ci il tarixdə saat 20-30 dəqiqədə Gəncə şəhəri, Kəpəz rayonu, Ü.Hacıbəyov küçəsində yerləşən Gəncə şəhər Su sistemləri idarəsinin yaxınlığında müəyyən edilib ünvan 2 ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsinə gətirilib üzərində şəxsi axtarış keçirilərkən əynindəki yaşıl rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,429 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyi, iş materiallarında olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. 2020-ci il tarixdə o, narkotik vasitədən istifadə etdiyi üçün üzərində aşkar edilmiş narkotik vasitəyə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində olan cinayət işi baxılması üçün Gəncə şəhəri Nizami rayon Məhkəməsinə göndərilmiş, məhkəmədə işə baxılaraq ona qəti olaraq 01 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, həmin hökmdən protest verildiyinə görə iş Gəncə Apellyasiya məhkəməsinə göndərilmiş və Gəncə Apelyasiya Məhkəməsinin qərarı ilə o, Azərbaycan Respubliikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə qəti olaraq 11 ay 27 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. O, Bakı şəhərində yerləşən Narkoloji Dispanserdə 2020-ci ilin dekabr ayında 21 gün müalicədə olmuşdur. 13.03.2021-ci il tarixdə saat 20:30 radələrində o, Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində Su İdarəsinin yaxınlığında olarkən bir neçə mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edib, onu Gəncə şəhər BPİ-nə dəvət etmişlər. O, polis əməkdaşlarının təklifi ilə razılaşıb Gəncə şəhər BPİ-nə getmiş, Polis idarəsində ona narkotik vasitənin üzərində gəzdirdiyi barədə şübhəli olduğunu demişlər. Sonra onun hüquqlarının müdafiəsi üçün dövlət hesabına vəkillə təmin etmişlər, vəkil Müdafiəçi ona təqdim edilmiş, vəkilə heç bir etirazının olmadığını bildirmişdir. Sonra onun üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onun əynində olan yaşıl rəngli şalvarın sağ yan cibindən ağ rəngli sellofana bükülmüş 1 ədəd bükülü aşkar edilərək götürülmüşdür. Baxış zamanı müdafiəçinin iştirakı ilə polis əməkdaşları tərəfindən bükülü açılmış, bükülünün içərisində qəhvəyi rəngdə, kəskin iyili, narkotik maddə olan heroinə oxşar kütlə aşkar edilmişdir. Sorğu zamanı o, həmin bükülüdə olan heroini 07 mart 2021-ci il tarixdə Bakı şəhərində olarkən Nəsimi bazarının yanında tanımadığı bir nəfər şəxsdən 20 manata aldığını bildirmiş və özü istifadə etmək üçün üzərində saxlamışdır. O, həmin narkotik vasitədən 2 dəfə falqa vasitəsilə çəkmə yolu ilə istifadə etmiş, üzərindən aşkar edilən narkotik vasitənin qalanını da özü istifadə etmək üçün üzərində gəzdirimiş, baxış zamanı ondan aşkar edilmiş 1 ədəd bükülüdə olan narkotik vasitə heroin müdafiəçinin və digər iştirakçıların iştirakı ilə aptek tərəzisində çəkilmiş və çəkisi 0,48 qram olmuşdur. Həmin bükülü əvvəlki vəziyyətinə gətirilib qablaşdırılmış, DİN-in 91 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar və onun tərəfindən imzalanmış, bu barədə protokol tərtib olunmuş, o və iştirakçılar qablaşdırmanın üzərinə və protokola imza etmişlər. Törətdiyi əməlindən peşmançılıq keçirməsini və himayəsində iki azyaşlı uşaqlarının olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, o,1999-cu ildən X4 xidmət edir. 13 mart 2021-ci il tarixdə Gəncə şəhəri, ünvan 4 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə daşıyaraq saxlaması barədə daxil olmuş əməliyyat məlumatı rəhbərliyə məruzə edildikdən sonra ondan, bölmənin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs onlar tərəfindən əməliyyat müşahidəsinə götürülərək Gəncə şəhəri, Kəpəz rayonu, Ü.Hacıbəyov küçəsi, Su idarəsinin yaxınlığında müəyyən edilmişdir. Özlərini Elnura təqdim etdikdən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi üçün Elnuru Gəncə şəhər Baş Polis İdarəsinə gətirmiş, bu barədə rəhbərliyə raportla məruzə etmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi üçün Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat idarəsinin Təhqiqat şöbəsinə təqdim edilmiş, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra hüquq və vəzifələri izah edilmişdir. Elnur, dövlət hesabına Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi adlı vəkillə təmin edilmiş, onların, vəkilin iştirakı ilə video kameradan istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirməyə başlamışlar. Şəxsi axtarış keçirməmişdən əvvəl Elnura üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə və qanunla dövriyyəsi qadağan olunmuş əşya vardırsa təqdim edilməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki olan yaşıl rəngli şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli şəffaf rəngli polietilen kəsiyinə bükülü vəziyyətdə olan kütləni çıxarıb həmin kütlənin narkotik vasitə olan heroin olduğunu, tutulmamışdan 5-6 gün əvvəl Bakı şəhəri, Nəsimi bazarının yanında tanımadığı şəxsdən 20 manata aldığını bildirmiş, bundan sonra onlar tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, başqa bir narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qanunla qadağan olunmuş digər bir əşya aşkar edilməmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə aptek tərəzisində çəkilmiş və çəkisi kağız bükümlə birlikdə 0,48 qram olmuşdur. Həmin kütlə onların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri hər bir iştirakçı tərəfindən imzalanmış, DİN-nin 91 saylı möhürü ilə möhürlənib götürülmüşdür. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Elnur və ailəsi onunla birlikdə yaşayırlar. Elnur uşaqlıq dövründən xəstəlik keçirmiş, buna görə də hərbi xidmətə getməmişdir. Elnur 2007ci ildə ailə həyatı qurmuş və onun iki azyaşlı uşaqları var. Elnurun bir neçə ildir ki, arabir narkotik vasitədən istifadə etməsini eşitmişdir. 2020-ci ildə də narkotik vasitə saxlamasına görə cinayət işi olmuş, həmin işdən sonra Elnura Gəncə şəhəri Nizami rayon Məhkəməsində azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, sonra həmin hökmdən apelyasiya protesti verilmiş və Apelyasiya Məhkəməsinin qərarı ilə Elnur azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 13 mart 2021-ci il tarixdə o, evdə olmuş, sonradan Elnuru Baş Polis idarəsinə apardıqlarını, üzərindən narkotik vasitə olan heroin aşkar edildiyini eşitmiş, Elnurun tutulması barədə ona məlumat verilmiş, iki gündən sonra Elnur evə buraxılmışdır. Elnurla söhbət zamanı Elnur ona üzərindən az miqdarda narkotik vasitə olan heroin aşkar edildiyini demişdir. Elnurun yuxu yatmamasında problemi olduğu üçün Elnuru o, Bakı şəhərində bir az müalicə etdirmiş, əsəbiləri pozulduğu üçün mobil telefondan da istifadə etməmiş, həm də özü Elnuru narkotik vasitə istifadə etməsin deyə bir növ təcrid etmişdir. Oğlunun əvvəllər kimdənsə də narkotik vasitə və psixotrop maddə almasını eşitməmiş, oğlu Elnurun da kiməsə də narkotik vasitə satmasını eşitməmiş, elə bir hal olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “şəxsi axtarış və götürmə haqqında” 13 mart 2021-ci il tarixli protokoldan görünür ki, video çəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zamanı əynindəki yaşıl rəngli şalvarın sağ yan cibindən şəffaf rəngli politetilen kəsiyi bükümündə 0,48 qram çəkidə maddə “heroinə”ə oxşar kütlə aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “video diskə baxış keçirilməsi” haqqında 15 mart 2021-ci il tarixli protokoldan görünür ki, həmin video çəkiliş 09 dəqiqə, 51 saniyə müddətində çəkilmiş, şəxsi axtarış keçirilməmişdən əvvəl təhqiqatçı Niyaməddin Məmmədov bildirir ki, həmin gün saat 20-30 dəqiqədə Təqsirləndirilən şəxs Gəncə şəhəri, Kəpəz rayonu, Ü.Hacıbəyov küçəsində yerləşən Su idarəsinin yaxınlığında müəyyən edilib Gəncə şəhər Baş Polis İdarəsinə gətirilmiş, şübhəli şəxs qismində tutularaq Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət hesabına müdafiəçi kimi dəvət olunmuş, Təqsirləndirilən şəxs oğluna şübhəli şəxs kimi Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən ona üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs yaşıl rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli polietilən kəsiyi bükümündə narkotik vasitə olan heroinə bənzər maddəni təqdim edib «kokos» olmasını bildirir, sorğu-sual nəticəsində həmin maddənin ona məxsus olmasını, narkotik vasitədən istifadə etməsini, hazırda müalicə almasını bildirir. Onun üzərindən aşkar edilmiş maddə polietilen kəsiyi bükümü ilə birlikdə aptek tərəzsində çəkilir, ümumi çəkisi 0,49 qram olur, bundan sonra həmin kütlə zərfə qoyularaq qablaşdırılır, iştirakçılar tərəfindən imzalanır, DİN-nin 91 saylı möhürü ilə möhürlənir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 14 mart 2021-ci il tarixli, 16/238 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs oğlunun üzərindən aşkar edilmiş kütlə.» sözlər və imzalar olan kağız paketdəki 1 (bir) ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi – 0,429 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 18 iyun 2021-ci il tarixli, 727 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Psixo-nevroloji Dispanseri tərəfindən verilmiş 01.05.2021-ci il tarixli, 198/2009 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs 16.07.2020-ci il tarixdən dispanserə müraciət etmiş, Gəncə rayonlarası Psixonevroloji dispanserdə «Kəllə beyin travmasının qalıq əlamətləri ensefalopatiya nəticəsində üzvü şəxsiyyət pozuntusu» diaqnozu qoyulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserinin 11.06.2021-ci il tarixli, 301 saylı rəyindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür, onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 01.05.2021-ci il tarixli, 2533 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər rayonlararası Narkoloji Dispanserdə 05.04.2020-ci il tarixdən «Opioidlərdən asılılıq» diaqnozu ilə dispanser qeydiyyatındadır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 19.03.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 27.04.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 03 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilərək, həmin cəza Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 02 il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 05.02.2021-ci il tarixli, 1(044)-29/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona 01 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə Apelyasiya Məhkəməsinin 14.06.2021-ci il tarixli, 1(104)-212/2021 saylı qərarından görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 05.02.2021-ci il tarixli, 1(044)-29/2021 saylı hökmü cəza hissəsində dəyişdirilərək Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 3 gün cəzasından çıxılaraq üzərində qəti olaraq 11 ay 27 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasının əvvəli 14 iyun 2021-ci il tarixdən hesablanmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alnmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” 13.03.2021-ci il tarixli protokoldan görünür ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs 13 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında 15 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Gəncə şəhər Baş Polis İdarəsinin X2 azad olunmuş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş «Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında» 22 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əynindəki yaşıl rəngli şalvarın sağ yan cibindən aşkar olunub götürülmüş təmiz çəkisi 0,429 qram çəkidə narkotik vasitə olan heroin iş üzrə mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və heroinin ekspertizadan qaytarılmış qalığı, yəni 0,379 qram narkotik vasitə olan heroin Gəncə şəhər Baş Polis İdarəsində məsul saxlanca verilmiş, bundan başqa 1 (bir) ədəd DVD disk iş üzrə sübut növü kimi tanınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 07.04.2021-ci il tarixli çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs evlidir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan AZE №12015657 seriyalı və AZE № 10667223 seriyalı şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşaqları var. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Milli Onkologiya Mərkəzinin Uşaq cərrahiyyə Şöbəsinin “Xəstəlik tarixindən çıxarış”dan görünür ki, Təqsirləndirilən şəxs qızı X7 osteoxondroma, sümüklərin xoşxassəli yenitörəməsi xəstəliyindən əziyyət çəkir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xasiyyətləndirilmiş, yaşadığı ərazidə onunla bağlı heç bir münaqişə olmamış, onun barəsində heç bir şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs ailə başçısıdır, anası onun himayəsindədir. Məhkəmə iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, məhkəmə baxışında tədqiq edilmiş sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində daşıyaraq saxlama cinayətini törətməkdə təqsirliliyi tam sübuta yetirildiyindən onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən “heroin” narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 4-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, əməlin Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 27.04.2012-ci il tarixli hökmü ilə olan məhkumluğu ilə bağlı qeyd edir ki, onun həmin məhkumluğu Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsinin tələblərinə əsasən ödənilmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs hazırda baxılan cinayət əməlini, barəsində olan Gəncə Apelyasiya Məhkəməsinin 14.06.2021-ci il tarixli, 1(104)-212/2021 saylı qərarı qanuni qüvvəyə minməmişdən əvvəl törətmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza cinayətlərin məcmusu üzrə təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Gəncə Apelyasiya Məhkəməsinin 14.06.2021-ci il tarixli, 1(104)-212/2021 saylı qərarına əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəza hazırki hökmlə ona təyin olunacaq cəza ilə qismən toplanmalı, cəzasının əvvəli Gəncə Apelyasiya Məhkəməsinin 14.06.2021-ci il tarixli, 1(104)-212/2021 saylı qərarı ilə müəyyən edilmiş 14 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarı). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına görə deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlüləlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Məhkəmə, Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını və onlardan birinin onkoloji xəstəlikdən əziyyət çəkməsini, onun törətdiyi cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakteriza olunması onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, eyni zamanda həm sosial ədalətin bərpası, həm də onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə isə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 13.03.2021-ci il tarixdən 15 mart 2021-ci il tarixədək, yəni 03 gün müddətində şübhəli şəxs qismində Gəncə şəhər Baş Polis İdarəsinin X5 saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 (üç) gün müddətində şübhəli şəxs qismində tutulmasını nəzərə alaraq həmin müddətin ona təyin olunacaq azadlıqdan məhrumetmə cəzasından çıxılmasını məqsədə müvafiq hesab edir. Beləliklə də, məhkəmə şərh olunanlara əsasən və qeyd edilən qanunvericilik aktı normalarını rəhbər tutaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, hazırki hökmlə təyin ediləcək cəza Gəncə Apelyasiya Məhkəməsinin 14.06.2021-ci il tarixli, 1(104)-212/2021 saylı qərarı ilə təyin edilmiş 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanmaqla cəza təyin edildikdən sonra, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 03 (üç) gün şübhəli şəxs qismində tutulduğu müddətin bir günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanmaqla 03 gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, ona qəti cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli Gəncə Apelyasiya Məhkəməsinin 14.06.2021-ci il tarixli, 1(104)-212/2021 saylı qərarı ilə müəyyən edilmiş 14 iyun 2021-ci il tarixdən hesablanmalı və ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli və hökm qanuni qüvvəyə minənədək onun həbsdə olması nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə-narkoloji ekspertizasının 18 iyun 2021-ci il tarixli, 727 nömrəli rəyi nəzərə alınaraq Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış çəkisi 0,379 qram narkotik vasitə heroin məhv edilməli, eləcə də cinayət işinin materiallarına əlavə edilmiş 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respubikasının Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən iş üzrə məhkəmə-kimyəvi ekspertizasının keçirilməsinə xərclənmiş 32.40 (otuz iki manat 40 qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmə istintaqı zamanı Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən 10 iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 60 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Gəncə Apelyasiya Məhkəməsinin 14.06.2021-ci il tarixli, 1(104)- 212/2021 saylı qərarı ilə təyin edilmiş 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 01 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 mart 2021-ci il tarixdən 15 mart 2021-ci il tarixədək, yəni 03 (üç) gün şübhəli şəxs qismində tutulduğu müddətin bir günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanmaqla 03 gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 5 (beş) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 14 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin və hökm qanuni qüvvəyə minənədək onun həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatlarından sonra qalıq qalmış çəkisi 0,379 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, eləcə də 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci olan 32.40 (otuz iki manat 40 qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 60 (altmış) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №1(044)-238/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-238/2021
04.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver