Məhkəmə qərarları › İş №1(044)-24/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-24/2021

11.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-24/2021 11.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi Novruzov Maarif Vidadi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxx 1987-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, fərdi fəaliyyətlə məşğul olan, məhkum olunmamış, Gəncə şəhəri, N.Nərimanov küçəsi, ev 28, mənzil 6-da qeydiyyatda olan, ünvan 1 mənzil 11-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 10:11-də Gəncə şəhəri, Atatürk prospektində yerləşən Təhsil İdarəsinin qarşısında Gəncə şəhər sakini Şahid3 20 manat pul müqabilində şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,163 qram olan narkotik vasitə heroini satın alaraq satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, həmin tarixdə saat 10:25-də Gəncə şəhər Nizami rayon Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Gəncə şəhəri, Atatürk prospektində yerləşən Təhsil İdarəsinin yaxınlığında saxlanılaraq Gəncə şəhər Nizami rayon Polis Bölməsinə gətirilmiş və üzərinə baxış keçirilən zaman əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən şəffaf rəngli sellofana, daha sonra isə gümüşü rəngli siqaret falqasına bükülmüş vəziyyətdə bir ədəd bükümdə, şəxsi istehlak miqdarından artıq, yəni təmiz çəkisi 0,163 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyi, iş materiallarında olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, evlidir və himayəsində bir uşağı var. O, avtomobil yuma sexlərində işləməklə çörəkpulu qazanıb ailəsini dolandır. İndiyə qədər məhkum olunmamışdır. Təxminən iki il qabaq o, maraq üçün bir neçə dəfə narkotik vasitə olan heroindən iynə vurmaq yolu ilə istifadə etmişdir. Daha sonra isə tərgidə bilmədiyi üçün mütəmadi olaraq istifadə etməyə başlamışdır. Narkotik vasitəni isə o, Gəncə şəhər sakini olan Vüqar adlı tanışından pul müqabilində alırdı. Onlar əvvəllər Gəncə şəhəri, Sevinc qəsəbəsində yaşadıqları vaxt Vüqarla qonşu olmuşlar. Aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Hal-hazırda isə Vüqar “Komsomol” deyilən ərazidə, “Billur” zavodun yataqxanasında ailəsi ilə birlikdə yaşayır və özünə məxsus “VAZ-2107” markalı, **-XL-*** dövlət nömrə nişanlı avtomobili, istifadəsində isə ***-*******, ***-*******, ***-******* və digər yadında qalmayan nömrələr vardır. Onun istifadəsində isə ***-******* saylı mobil telefon nömrəsi olmuşdur ki, o, Vüqarla həmin telefon nömrəsi ilə zəng edərək əlaqə saxlayırmış. Təxminən bir ay qabaq isə onun telefonu sındığı üçün həmin nömrəni istifadə etmək üçün anasına vermişdir. Vüqarla isə bacanağı Arzuya məxsus hal-hazırda xatırlamadığı mobil telefon nömrəsi ilə əlaqə saxlamağa başlamışdır. Vüqar istifadəsində olan mobil telefon nömrələrini tez-tez dəyişdiyi üçün həmin nömrələrini yadda saxlaya bilməmiş və Vüqarın nömrələrini əvvəlcə öz telefonunun, daha sonra isə bacanağı Arzunun telefonunun yaddaşına yazmışdır. Arzuya isə yalandan Vüqarın iş yoldaşı olduğunu bildirmişdir. O, sonradan eşitmişdir ki, Vüqar narkotik vasitə istifadə etməklə və satmaqla məşğul olur. Buna görə narkotik vasitə almaq istədiyini Vüqara demiş və Vüqar da ona narkotik vasitə sata biləcəyini bildirmişdir. Vüqardan o, “kakos” adlanan narkotik vasitənin bir dəfə istifadə etmək üçün nəzərdə tutulan hissəsini 20 manata alırmış. Vüqardan o, narkotik vasitəni bir çox hallarda Gəncə şəhəri, Nizami rayonunun ərazisində yerləşən “Təhsil İdarəsi” kimi tanıdığı yerin qarşısında, bəzən isə yaşadığı evin yaxınlığında alırmış. Sonuncu dəfə xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 10 radələrində bacanağı Arzunun istifadəsində olan xatırlamadığı mobil nömrədən Vüqarın istifadəsində olan ***-******* saylı nömrəsinə zəng edərək ona narkotik vasitə lazım olduğunu bildirmişdir. Vüqar yenə ona Təhsil İdarəsinin yanına gəlməsini demiş və buna görə o, Arzunun telefonunu da özü ilə götürərək təxminən 15-20 dəqiqəyə Gəncə şəhəri, Atatürk prospektində yerləşən Təhsil İdarəsinin qarşısına getmişdir. Ora çatarkən əvvəllər Vüqarın yanında gördüyü “Malış” ləqəbli Zaur adlı şəxslə təsadüfən rastlaşmışdır. Zaurla salamlaşdıqdan sonra söhbət zamanı Zaur da Vüqardan narkotik vasitə almaq üçün Vüqarın ondan da ora gəlməsini istədiyini ona bildirmiş və birlikdə Vüqarı gözləməyə başlamışlar. Həmin vaxt o, yenə Vüqara zəng etmiş və X3rşısına keçmələrini istədiyindən onlar birlikdə yolun digər tərəfinə, Təhsil İdarəsinin qarşısına keçmişlər. Təxminən 10 dəqiqə Zaurla birlikdə orada gözlədikdən sonra Vüqar özünə məxsus “VAZ-2107” markalı, **-XL-*** dövlət nömrə nişanlı avtomobillə təhsil idarəsinin qarşısına gəlmiş və maşından düşmüşdür. O və Zaur Vüqarın yanına getmiş və əvvəlcə Zaur Vüqara yaxınlaşaraq pul vermiş, Vüqar isə Zaura narkotik vasitə vermişdir. Daha sonra isə o, 20 manat pulu Vüqara vermiş və Vüqar da həmin pulun müqabilində gümüşü rəngli siqaret falqasına, ağ rəngli sellofan bükümünə bükülmüş narkotik bükümünü ona vermişdir. Həmin vaxt Vüqarın maşınında qabaqda anası oturmuşdur. O, həmin narkotiki Vüqardan alaraq əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan çöl cibinə qoymuş və istifadə etmək üçün evlərinə getməyə başlamışdır. Zaur da Vüqardan narkotik vasitəni aldıqdan sonra aralanıb harasa getməyə başlamışdır. O, oradan bir qədər aralandıqdan sonra bir neçə nəfər şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirib narkotik vasitə əldə etməkdə və gəzdirməkdə şübhəli şəxs kimi onu Gəncə şəhər Nizami rayon Polis Bölməsinə gətirmişlər. Gəncə şəhər Nizami rayon Polis Bölməsində isə müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilərkən üzərindən Vüqardan aldığı narkotik vasitə aşkar edilərək götürülmüşdür. Həmin vaxt o, törətdiyi əməli könüllü olaraq etiraf etmiş və narkotik vasitəni Vüqardan aldığını bildirmişdir. O, Vüqardan indiyə qədər təxminən 5-6 dəfə narkotik vasitə almışdır. Əldə etdiyi narkotik vasitə olan heroindən heç kəsə satmamış, əvəzli, yaxud əvəzsiz olaraq verməmiş, belə bir məqsədi də olmamışdır. Heroini o, özü istifadə etmişdir. Onun narkotik vasitə olan heroini əldə etməsindən, saxlamasından və istifadə etməsindən heç kəsin, o cümlədən ailə üzvlərinin də xəbəri olmamışdır. Törətdiyi əməlindən peşmançılıq keçirməsini və himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, ev təmiri ilə, bəzən isə taksi fəaliyyəti ilə məşğul olur. Onun qara rəngli, “Vaz-21074” markalı, **-XL-*** dövlət nömrə nişanlı avtomobil vardır. ***- ******* saylı mobil telefon nömrəsindən istifadə edir. O, özü artıq uzun müddətdir ki, vərəm xəstəliyindən əziyyət çəkir və ağrılarını azaltmaq üçün bəzən narkotik vasitə olan heroindən istifadə edir. Narkotik vasitəni isə o, Gəncə şəhər sakini olan, qonşuluğunda yaşayan Gündüz Haqverdiyevdən alırmış. Həmin ərəfədə Gündüzdən 5 dəfə istifadə etmək üçün, ayrı-ayrı bükümlərdə, hər bükümü 20 manata olmaqla, ümumilikdə 100 manata narkotik vasitə almışdır. O, həmin bükümləri özündə saxlamaqla ağrıları olduqda istifadə edirmiş. Həmin bükümlərdən 4 ədədini istifadə etmiş, 1 ədədi isə onda qalmışdır. xx.xx.2020-ci il tarixdə səhər saatlarında öz avtomobili ilə evdən çıxaraq ət almaq üçün Gəncə şəhərində yerləşən “Grand Qafqaz” təzə bazarına gedirmiş. Evdən çıxmamışdan qabaq isə Ruslan yadında qalmayan nömrəsindən onun istifadəsində olan ***-******* saylı nömrəyə zəng edərək ağrılarının olduğunu bildirib ona narkotik vasitə tapmasını istəmişdir. O, bilirdi ki, Ruslan da narkotik vasitədən istifadə edir. Ruslan ona yalvardığı üçün Ruslanın sözünü yerə salmamış və özündə yalnız 1 ədəd büküm qaldığını və həmin bükümü də 20 manata özü üçün aldığını, 20 manat verərsə həmin bükümü Ruslana verə biləcəyini bildirmişdir. Ruslan da onunla razılaşmış və Təhsil İdarəsinin yanında görüşməsini xahiş etmişdir. Bazara gedərkən də anası maşında olmuş və anası da onunla bazara gedirmiş. Təhsil İdarəsinin qarşısına gələrək orada Ruslanla görüşmüş və 20 manat pulu Ruslandan alıb üzərində olan və Gündüzdən 20 manata aldığı bir büküm narkotik vasitəni Ruslana vermişdir. Daha sonra isə öz işləri ilə məşğul olmağa başlamışdır. Ondan sonra o, Ruslanı görməmişdir. Narkotik vasitə aldığı Gündüz Haqverdiyev həbs olunmuşdur və həbsxanada da ölmüşdür. O, həmin narkotik vasitəni Gündüzdən 20 manata alaraq, 20 manata Ruslana satmaqda heç bir təmənnası və qazancı olmamışdır. O, həmin vaxt yalnız Ruslanın xahişini yerinə yetirmişdir. Məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş X5 ifadəsində göstərmişdir ki, fəhləliklə məşğul olaraq ailəsini dolandırır. İstifadəsində ***-******* saylı və ***-******* saylı mobil telefon nömrələri var. Təqsirləndirilən şəxs onun bacanağıdır və aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Ruslan avtomobil yuma sexində işləməklə çörəkpulu qazanır. Ruslanın istifadəsində ***-******* saylı mobil telefon nömrəsi olmuşdur, lakin Ruslan polis tərəfindən saxlanılmamışdan təxminən bir ay qabaq telefonu sındığı üçün onun istifadəsində olan telefondan istifadə etməyə başlamışdır. Ruslan onun telefonundan istifadə etməyə başladıqdan sonra öz tanışlarının nömrəsini onun telefonunun yaddaşına yazmışdır və həmin şəxslər ona zəng edərkən onları Ruslanla əlaqələndirirmiş. Bəzən isə Ruslan onun telefonunu qısa müddətli götürərək işlərini görürmüş və yenidən ona qaytarırmış. Lakin Ruslanın dostları ilə dəqiq olaraq hansı münasibətinin olduğunu o, bilmirdi və bununla maraqlanmırdı. Ruslanın onun telefonunun yaddaşına yazdığı nömrələr arasında isə tanışı Vüqara məxsus iki nömrə var idi. Həmin nömrələr ***-******* saylı və ***-******* saylı nömrələr idi. Ruslanın tanışı olan Vüqarı Gəncə şəhər sakini kimi tanıyırdı, lakin Vüqarla bir o qədər yaxın münasibəti, hər hansı bir ədavət və düşmənçiliyi olmamışdır. xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında Ruslan yenə yanına gələrək ona bir saatlıq telefonunun lazım olduğunu bildirib telefonu ondan götürüb harasa getmişdir. Lakin onun hara və nə üçün getdiyini, kiminlə görüşəcəyini o, bilməmişdir. Həmin günü isə polis əməkdaşları Ruslanın yaşadığı evə məlumat verərək onun narkotik vasitə gəzdirdiyi və istifadə etdiyi üçün həbs edildiyini bildirmişlər. Təqsirləndirilən şəxs nartkotik vasitə istifadə etməsindən və həmin narkotik vasitəni kimdən almasından heç bir məlumatı olmamışdır. O, bu barədə yalnız polis tərəfindən məlumat verildikdən sonra bilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni Şahid3 alması ilə bağlı onun ümumiyyətlə heç bir məlumatı olmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, Gəncə şəhər Nizami rayon Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdə bölməyə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs barəsində narkotik vasitələri qanunsuz olaraq saxlaması və istifadə etməsi ilə bağlı məlumat daxil olmuşdur. Həmin məlumat rəhbərliyə məruzə edildikdən sonra Ruslanın cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat tədbirləri keçirilməsi barədə qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə saat təxminən 10:25 radələrində bölmənin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Gəncə şəhəri ərazisində əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar. Təqsirləndirilən şəxs Gəncə şəhəri, Atatürk prospektində yerləşən Təhsil İdarəsinin yaxınlığında saxlamışlar və özlərini təqdim etdikdən sonra Ruslana narkotik vasitələri qanunsuz olaraq saxlamaqda və istifadə etməkdə şübhəli olduğunu bildirərək onlarla birlikdə Gəncə şəhər Nizami Rayon Polis Bölməsinə gəlməsini xahiş etmişlər. Ruslan əvvəlcə özünü bir qədər şübhəli aparsa da, sonradan onlarla birlikdə polis bölməsinə gəlməyə razılıq vermişdir. Gəncə şəhər Nizami Rayon Polis Bölməsində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılması ilə bağlı hüquq və vəzifələrini izah etdikdən sonra müdafiəçi dəvət etmək hüququ da izah edilmişdir. Müdafiəçi1 adlı vəkilin onun müdafiəçisi kimi iştirakı təmin edilmişdir. Polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə, həmçinin videoçəkiliş aparılmaqla üzərində narkotik vasitə və ya cinayət xarakterli hər hansı bir əşya vardırsa təqdim etməsini Təqsirləndirilən şəxs bildirmişlər. Təqsirləndirilən şəxs əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana, daha sonra isə gümüşü rəngli siqaret falqasına bükülmüş bükümü onlara təqdim etmiş və bükümün içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Həmçinin sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni polis tərəfindən saxlanılmamışdan az öncə Təhsil İdarəsinin qarşısında Vüqar adlı tanışından 20 manata özü istifadə etmək məqsədi ilə aldığını bildirmişdir. Həmin bükülü yuxarıda göstərilən şəxslərin iştirakı ilə açılmış və içərisindən sarımtıl rəngli, spesifik iyə malik, ilk görünüşdən narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə də baxış keçirilmiş, lakin onun üzərindən başqa heç bir cinayət xarakterli əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə yuxarıda göstərilən şəxslərin iştirakı ilə tərəzidə çəkilmiş və kütlənin çəkisinin 0,4 qram olduğu müəyyən edilmişdir. Həmin kütlə müvafiq qaydada qablaşdırılaraq protokol tərtib edilmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İbtidai istintaq zamanı şahid qismində ifadə vermiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid5 ifadəsindən görünür ki, Şahid3 onun oğludur. Vüqar bəzən ev təmiri, bəzən isə taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırır. Vüqara məxsus qara rəngli avtomobili vardır ki, xx.xx.2020-ci il tarixdə onunla birlikdə bazarlıq etmək üçün Gəncə şəhərində yerləşən “Grand Qafqaz” təzə bazarına gedirmiş. Gəncə şəhəri, Atatürk prospektində yerləşən Təhsil İdarəsinin yanında Vüqar avtomobili saxlamışdır. O, Vüqardan nə üçün avtomobili saxladığını soruşanda Vüqar hansısa tanışına fləşkart verəcəyini deyib maşınındakı maqnitafonun üzərindən fləşkartı götürüb maşından düşmüşdür. Həmin vaxt ona iki nəfər tanımadığı şəxs yaxınlaşmışdır. Lakin o, onların nə etdiklərinə fikir verməmişdir. Bir neçə saniyədən sonra Vüqar yenidən maşına əyləşərək bazara getmişlər və işlərini görüb geri qayıtmışlar. Səhəri günü isə polis əməkdaşları ona xəbər verərək Vüqarın narkotik vasitə ilə məşğul olduğuna görə tutulduğunu bildirmişlər. Vüqarın narkotik vasitələrin qəbulu və dövriyyəsi ilə məşğul olması, həmçinin xx.xx.2020-ci il tarixdə Təhsil idarəsinin yaxınlığında Təqsirləndirilən şəxs 20 manat pul müqabilində narkotik vasitə olan heroin satması barədə onun heç bir məlumatı olmamışdır. İbtidai istintaq zamanı şahid qismində ifadə vermiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid6 ifadəsindən görünür ki, o, fəhləliklə məşğul olur. İstifadəsində ***- ******* saylı mobil telefon nömrəsi var, lakin həmin nömrə qohumlarından kiminsə adınadır. Şahid3 Gəncə şəhər sakini kimi tanıyır, onunla münasibətləri həmişə yaxşı olmuşdur. Təqsirləndirilən şəxs da Gəncə şəhər sakini kimi tanıyır, onunla da heç bir ədavət və düşmənçiliyi olmamışdır. Onun “Priora” markalı avtomobili vardır. Həmin avtomobildə oxutmaq üçün içərisində musiqi olan yaddaş kartı var idi. Həmin yaddaş kartını təxminən 2019-cu ilin oktyabr ayında müvəqqəti istifadə etmək üçün Vüqara vermişdir. Vüqarın da özünə məxsus “VAZ-2107” markalı avtomobili var idi. O, bir neçə dəfə yaddaş kartını Vüqardan geri istəmiş, lakin vaxt edərək onunla görüşüb kartı ondan götürə bilməmişdi. 2020-ci ilin yanvar ayının 14-də o, səhər saatlarında öz istifadəsində olan mobil telefon nömrəsindən Vüqarın istifadəsində olan ***-******* saylı mobil telefon nömrəsinə zəng edərək yaddaş kartını ondan istəmişdir. Həmin vaxt Vüqar ona Təhsil İdarəsinin yanına gəlməsini demişdir. Saat təxminən 10 radələrində o, piyada Təhsil İdarəsinin yanına getmişdir. Çünki 2019-cu ilin dekabr ayında o, avtomobilini satmışdır. Təhsil İdarəsinin qarşısında təsadüfən Ruslanı görmüş və Ruslanla salamlaşmışdır. Ruslan ondan kimi gözlədiyini soruşduqda o, Ruslana Vüqarla işinin olduğunu bildirib Vüqarı gözlədiyini demişdir. Ruslan da Vüqarla görüşəcəyini bildirmişdir. Bir qədər Təhsil İdarəsinin qarşısında gözlədikdən sonra Vüqar idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yanlarına gəlmişdir. O, Vüqara yaxınlaşaraq görüşmüş və yaddaş kartını Vüqardan alaraq getmişdir. X8 nə işinin olduğunu bilməmiş, həmçinin bu barədə də maraqlanmamışdır. Bir neçə gündan sonra isə eşitmişdir ki, Ruslan və Vüqarı polis əməkdaşları saxlamışlar. Təqsirləndirilən şəxs və Şahid3 nartkotik vasitə ilə məşğul olmaları ilə bağlı onun heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 30 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs” sözləri olan kağız paketdəki 1 (bir) ədəd gümüşü rəngli kağız bükümdə, təmiz çəkisi-0,163 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 219 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 89 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində xəsarət müəyyən edilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs Şahid3 ilə üzləşdirilmiş, Təqsirləndirilən şəxs ifadəsində göstərilənləri Şahid3 üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Video görüntüyə baxış keçirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli, qış gödəkçəsinin sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana, daha sonra isə gümüşü rəngli siqaret falqasına bükülmüş bükümü çıxararaq təqdim edir. Həmin bükülü video görüntüdə göstərilən şəxslərin iştirakı ilə açılır və içərisində sarımtıl rəngli, spesifik iyə malik, ilk görünüşdən narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs bükümün içərisində narkotik vasitə olan heroin olduğunu, az öncə Təhsil İdarəsinin qarşısında Vüqar adlı tanışından 20 manata özü istifadə etmək məqsədi ilə aldığını bildirir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə tərəzidə çəkilir və kütlənin çəkisinin 0,4 qram olduğu müəyyən edilir. Həmin kütlə müvafiq qaydada qablaşdırılaraq protokol tərtib edilir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Video görüntüyə baxış keçirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri, Atatürk prospektində yerləşən Təhsil İdarəsinin qarşısında Təqsirləndirilən şəxs və Zaur adlı şəxs Şahid3lə görüşərkən onların hərəkətləri Gəncə şəhər təhlükəsiz şəhər kamerası vasitəsilə qeydə alınmışdır və həmin video görüntüyə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə, saat 10:09-da Təqsirləndirilən şəxs və Zaur adlı şəxs Gəncə şəhəri, Atatürk prospektində yerləşən Təhsil İdarəsinin qarşısında dayanıb kimisə gözləməyə başlayırlar. Təqsirləndirilən şəxs əynində qara rəngli qış gödəkçəsi, qara rəngli şalvar, Zaur adlı şəxsin əynində isə göy rəngli cins şalvar, göy rəngli balonka vardır. Saat 10:10-da Şahid3 özünə məxsus olan qara rəngli, “Vaz-21074” markalı, **-XL-*** dövlət nömrə nişanlı avtomobillə gələrək Təhsil İdarəsinin qarşısında dayanıb avtomobildən düşür. Həmin vaxt onun əynində qara rəngli qış gödəkçəsi və qara rəngli şalvar vardır. Avtomobilin qabaq oturacağında isə hansısa sərnişinin olduğu görünür. Şahid3 avtomobildən düşərkən Zaur adlı şəxs qabaqda, Təqsirləndirilən şəxs isə arxada ona yaxınlaşırlar. Saat 10:11-də əvvəlcə Zaur adlı şəxs Vüqara sağ əlini uzadaraq onunla görüşlər, daha sonra isə Vüqar yenə sağ əli ilə Zaura kiçik bir əşyanı verir və Zaur həmin əşyanı qəbul edərək əlini cibinə salıb Ruslanı və ya Vüqarı gözləmədən oradan uzaqlaşmağa başlayır. X9 aldığı əşyanın nə olduğu bilinmir. Zaur adlı şəxs oradan uzaqlaşarkən isə Ruslan Vüqara yaxınlaşaraq sağ əli ilə Vüqarla görüşür və yenidən sağ əlini Vüqara uzadır, Vüqar sağ əli ilə Ruslanın sağ əlində olan hənsısa əşyanı götürür və eyni zamanda Ruslanın əlinə hansısa əşyanı qoyur. Bundan sonra onlar bir-birilərindən aralanaraq ayrı-ayrı istiqamətlərə gedirlər. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “mobil telefona baxış keçirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə istifadəsində olmuş mobil telefona baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, həmin mobil telefon “DİGMA” markalı olmaqla qara rəngdədir və üzərində ***-******* saylı və ***-******* saylı mobil telefon nömrələri vardır. Təqsirləndirilən şəxs istifadəsində olan ***-******* saylı mobil telefon nömrəsindən Vüqar adlı şəxsin istifadəsində olan ***-******* saylı nömrəyə xx.xx.2020-ci il tarixdə, saat 09:23də zəng olunaraq 31 saniyə, saat 09:27-də zəng olunaraq 1 dəqiqə, saat 10:07-də zəng olunaraq 11 saniyə danışıq aparılmışdır. Bundan əlavə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonun yaddaşına “Vüqar.nar” adlı şəxsə məxsus olan ***-******* saylı nömrə, “Vüqar.təzə” adlı şəxsə məxsus olan ***-******* saylı nömrə daxil edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “baxış keçirilməsi haqqında” xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, həmin diskdə Şahid3 istifadəsində olmuş ***-******* saylı mobil nömrəyə daxil olan və çıxan sms və zənglər, Şahid3 istifadəsində olmuş ***-******* saylı mobil nömrəyə daxil olan və çıxan zənglər, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-******* saylı mobil nömrəyə daxil olan smslər, daxil olan və çıxan zənglər, Arzu Puşqaryovun istifadəsində olmuş ***-******* saylı nömrəyə daxil olan smslər öz əksini tapmışdır. Belə ki, Şahid3 sonuncu dəfə istifadəsində olmuş ***-******* saylı mobil nömrə Şahid5 adınadır və həmin nömrəyə daxil olan və çıxan smslərdə cinayət işi üzrə əhəmiyyət kəsb edən hər hansı bir məlumat yoxdur. Həmin nömrəyə xx.xx.2019-cu il tarixdən xx.xx.2020ci il tarixədək müxtəlif nömrələrdən və müxtəlif vaxtlarda zəng edilmişdir ki, həmin nömrələr arasında Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-******* saylı mobil telefon nömrəsi yoxdur. Lakin həmin nömrə ilə Arzu Puşqaryovun istifadəsində olmuş ***-******* saylı mobil telefon nömrəsi arasında 2019-cu ilin 7-ci, 8-ci və 12-ci ayları ərzində cəmi 9 dəfə zəng olmuşdur. Şahid3 sonuncu dəfə istifadəsində olmuş ***-******* saylı mobil nömrə Şahid3 adınadır, həmin nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-******* saylı mobil telefon nömrəsi arasında 2019-cu ilin 10-cu və 11-ci ayları ərzində cəmi 9 dəfə zəng olmuşdur. Həmin nömrə ilə Arzu Puşqaryovun istifadəsində olmuş ***-******* saylı mobil telefon nömrəsi arasında 2019-cu ilin 10-cu, 12-ci və 2020-ci ilin 1-ci ayları ərzində 61 dəfə zəng olmuşdur. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-******* saylı mobil nömrə Təqsirləndirilən şəxs adınadır və həmin nömrəyə daxil olan smslərdə cinayət işi üzrə əhəmiyyət kəsb edən hər hansı bir məlumat yoxdur. Arzu Puşqaryovun istifadəsində olmuş ***-******* saylı mobil nömrə Arzu Puşqaryovun adınadır. Həmin nömrə ilə Şahid3 istifadəsində olmuş ***-******* saylı mobil telefon nömrəsi arasında 2019-cu ilin 12-ci və 2020-ci ilin 1-ci ayları ərzində 66 dəfə zəng olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Psixovnevroloji Dispanseri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 1317 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş «Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında» xx xxx 2020-ci il tarixli qərardan görünür ki, məhkəməkimyəvi ekspertizasına təqdim edilmiş 0,163 qram narkotik vasitə heroinin tədqiqata sərf edildikdən sonra qalıq qalmış 0,158 qram olan heroin iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinə məsul saxlanca verilmişdir, bundan başqa xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri, Atatürk prospektində yerləşən Təhsil İdarəsinin qarşısında Təqsirləndirilən şəxs və Şahid6 Şahid3lə görüşərkən onların hərəkətlərini əks etdirən 1 ədəd disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir, həmçinin xx.xx.2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Gəncə şəhər Nizami Rayon Polis Bölməsində Təqsirləndirilən şəxs üzərinə baxış zamanı istifadə edilmiş video çəkilişin əks olunduğu 1 ədəd disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir, eyni zamanda “xxxx” MMC-dən daxil olmuş cavab məktubuna əlavə edilmiş 1 ədəd disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir, bundan başqa xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxslə Şahid3 üzləşdirilərkən istifadə edilmiş video çəkilişin 1 ədəd diski iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, məhkəmə baxışında tədqiq edilmiş sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində daşıyaraq saxlama cinayətini törətməkdə təqsirliliyi tam sübuta yetirildiyindən onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən “heroin” narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli qərarının 4-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, əməlin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarı). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına görə deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlüləlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 xx.xx.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakteriza olunur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağı var. Məhkəmə, Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakteriza olunması, himayəsində bir nəfər azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzasını yüngülləşdirən hallar Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəza təyin edilən zaman nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq onun cəzasını yüngülləşdirən hallarla yanaşı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət törətməsini), təqsirkarın şəxsiyyətini, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə isə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və saxlanması üçün Gəncə şəhər Baş Polis İdarəsinin X6 təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli “polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərar”dan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi haqqında qərar”dan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Baş Polis İdarəsinin X2 azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 03 gün müddətində şübhəli şəxs qismində Gəncə şəhər Baş Polis İdarəsinin X4 saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır.http://www.e-qanun.gov.az/alpidata/code/data/0/c_c_11.htm Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 (üç) gün müddətində şübhəli şəxs qismində tutulmasını nəzərə alaraq həmin müddətin ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmasını məqsədə müvafiq hesab edir. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 mənzil 11 ünvanında yerləşən evini axşam saat 23-dən səhər saat 07-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalıdır. Həmçinin məhkəmə iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 219 nömrəli rəyini nəzərə alıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinin tələbinə əsasən şəxsin cinayət törədərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinin tələbinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarında saxlanma müddəti ərzində işdə saxlanmalı və ya maraqlı təşkilat və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara təhvil verilməlidir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 132.1.7-ci maddəsinin tələbinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülüb qablaşdırılmış təmiz qalıq çəkisi 0,158 qram olan heroin məhv edilməli, bundan başqa cinayət işinin materiallrına əlavə edilmiş xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri, Atatürk prospektində yerləşən Təhsil İdarəsinin qarşısında Təqsirləndirilən şəxs və Şahid6 Şahid3lə görüşərkən onların hərəkətlərini əks etdirən 1 ədəd disk, həmçinin xx.xx.2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Gəncə şəhər Nizami Rayon Polis Bölməsində Təqsirləndirilən şəxs üzərinə baxış zamanı istifadə edilmiş video çəkilişin əks olunduğu 1 ədəd disk, bundan əlavə xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxslə Şahid3 üzləşdirilərkən istifadə edilmiş video çəkilişin 1 ədəd diski, eyni zamanda “xxxx” MMC-dən daxil olmuş cavab məktubuna əlavə edilmiş 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 30,40 (otuz manat qırx qəpik) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan məbləğ məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən 20 (iyirmi) iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək, yəni 03 (üç) gün şübhəli şəxs qismində tutulduğu müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla 06 gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 mənzil 11 yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunub götürülərək qablaşdırılmış təmiz qalıq çəkisi 0,158 qram olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bundan başqa cinayət işinin materiallrına əlavə edilmiş xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri, Atatürk prospektində yerləşən Təhsil İdarəsinin qarşısında Təqsirləndirilən şəxs və Şahid6 Şahid3lə görüşərkən onların hərəkətlərini əks etdirən 1 ədəd disk, həmçinin xx.xx.2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Gəncə şəhər Nizami Rayon Polis Bölməsində Təqsirləndirilən şəxs üzərinə baxış zamanı istifadə edilmiş video çəkilişin əks olunduğu 1 ədəd disk, bundan əlavə xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxslə Şahid3 üzləşdirilərkən istifadə edilmiş video çəkilişin 1 ədəd diski, eyni zamanda “xxxx” MMC-dən daxil olmuş cavab məktubuna əlavə edilmiş 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 30,40 (otuz manat qırx qəpik) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar