Məhkəmə qərarları › İş №1(044)-24/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-24/2022

27.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-24/2022 27.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun, sədrliyi, məhkəmənin məsləhətçisi Yediyarova Zeynəb Fərman qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və nümayəndəsi - vəkil X7, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1984-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, himayəsində iki azyaşlı uşağı olan, Gəncə şəhəri 30 saylı tam orta məktəbin dərnək rəhbəri vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Pişnamazzadə küçəsi, ev 24-də ünvanda qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2 və 127.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, keçmiş əri Şahid4 ilə birgə nikahlarından olan azyaşlı uşaqları X4 və X2 onlardan hansının himayəsinə verilməsi ilə bağlı 24 sentyabr 2020-ci il tarixdə, saat 12 radələrində Gəncə şəhəri, Atatürk prospekti 252 ünvanında yerləşən Gəncə Apellyasiya Məhkəməsində keçirilmiş prosesdən sonra məhkəmənin binasının yanında keçmiş əri Şahid4 anası Zərərçəkmiş şəxs eyni tarixdə Gəncə Apellyasiya Məhkəməsinin onun himayəsinə verdiyi azyaşlı uşaqlarını dərhal tələb edərək sonuncudan cavab almadığına görə heç bir əsaslı səbəb olmadan özü üçün aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs nalayiq söyüşlərlə söyüb təhqir etməklə arxa nahiyəsindən bir dəfə təpiklə, həmin vaxt Zərərçəkmiş şəxs geri çevrildikdə isə bir dəfə ağız nahiyəsinə əlində olan “Xiomi Redmi 7” markalı mobil telefonla zərbə vurmuş və ardınca sağ əlinin barmaqlarını Zərərçəkmiş şəxs sağ əl barmaqları arasına keçirib barmaqlarını buraraq sonuncuya sağlamlığın uzun müddətə pozulmasına səbəb olmaqla sağlamlığa az ağır zərər vurmaya aid edilən sağ əlin İİİ barmağının qopma xarakterli yerdəyişən sınığı xəsarəti yetirib xuliqanlıq niyyəti ilə aşkar surətdə köməksiz vəziyyətdə olan zərərçəkmiş şəxsin sağlamlığına qəsdən az ağır zərər vurmuş, bundan sonra həmin mobil telefonla Zərərçəkmiş şəxs qarın nahiyəsinə ardıcıl zərbələr vuraraq sonuncuya sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən qarın nahiyəsinin qançırları xəsarətləri yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.2 və 127.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, o, keçmiş əri Şahid4 ilə 2001-ci ildə ailə həyatı qurmuş, həmin nikahdan Nurçin, Murad, Qəzənfər və Aynur adlı övladları anadan olmuşdur. Keçmiş əri İlham, onun qardaşı Nadirin ticarət obyektində uzun müddət çalışmış və Nadirin verdiyi pulla ailəsini saxlamışdır. Lakin Nadir son zamanlar İlhamın əmək haqqını az verdiyi üçün İlham buna narazılıq etmiş və Nadirlə bağlı keçmiş ailəsində mübahisələr yaranmışdır. 2013-cü ildən İlhamla arasında ər-arvad münasibətləri faktiki olaraq pozulmağa başlamışdır. İlham teztez onunla mübahisə etmiş, normal yaşamağa qoymamışdır. Mübahisələrin sonunda Şahid4 onu xəyanət etməklə bağlı şər atıb ittiham etmiş, 2016-cı ilin dekabr ayında onu aldadıb atası Fazilin evinə aparmışdır. Övladlarının hamısı atası İlhamla qalmışlar. Zərərçəkmiş şəxs, İlhamın anasıdır Zərərçəkmiş şəxs ilə özünün münasibətləri həmişə soyuq olmuşdur. Sonradan Susanna, İlhamı öyrətməyə, onunla mübahisə yaratmasına sövq etməyə başlamışdır. O, 2016-cı ildə İlhamın böhtanı və təkidi ilə atasının evinə getmiş, 2017-ci ilədək Susanna həmişə onu aldatmışdır ki, ailəsini bərpa edəcək, onu İlhamla barışdıracaq, lakin vədinə əməl etməmişdir. 2018-ci ildə o, rəsmi qaydada İlhamla boşanmış və işə baxılarkən uşaqlarının hamısı İlhamın himayəsinə verilmişdir. Bundan sonra iki azyaşlı uşaqlarını İlhamdan alınaraq ona verilməsi qərara alınmışdır. İcra məmurları tərəfindən iki azyaşlı övladları alınaraq ona verilmişdir. 2019-cu ildə Gəncə Apellyasiya Məhkəməsi Kəpəz Rayon Məhkəməsinin qətnaməsini qüvvədə saxlayaraq uşaqları İlhamın himayəsinə verilmişdir. O, həmin qərardaddan Ali Məhkəməyə şikayət vermiş və Ali Məhkəmə 2019-cu ildə Gəncə Apellyasiya Məhkəməsinin qərarını ləğv edərək və iddianı qismən təmin edərək işin yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərmişdir. Gəncə Apellyasiya Məhkəməsi 24.09.2020-ci il tarixdə, saat 12:00-da baxış təyin edilmiş və o, qardaşı Nadir, atası Fazil, anası Mənzər və bacısı Günay da qeyd edilən məhkəmədə iştirak etmək üçün Fazilin idarə etdiyi avtomobil ilə Gəncə Apellyasiya Məhkəməsinə getmişlər. Onlar məhkəməyə çatdıqda artıq İlham, Murad, Nurçin və İlhamın anası X11 Məhkəməsinin inzibati binasında olmuşlar. Həmin vaxt o, Günay və Mənzər, İlhamgilə heç bir reaksiya vermədən məhkəmənin gözləmə zalına keçmişdir. Nadir və Fazil isə məhkəmənin yanında, yəni bayırda dayanıb gözləmişlər. Məhkəmə prosesi başladıqda hamı məhkəmə iclas zalına daxil olmuş, lakin hakim yalnız onun və İlhamın məhkəmə iclas zalında qala biləcəyini bildirmiş, qalanları çölə çıxartmışdır. İşə baxan məhkəmə tərkibi Aynur və Qəzənfərin onun himayəsinə verilməsi barədə qərar qəbul etmişdir. Bundan sonra o, və İlham məhkəmə iclas zalından çıxıb gözləmə zalına keçmişlər. Məhkəmənin gözləmə zalında əyləşən Günay ondan işin nəticəsini soruşduqda o, “nətər olmalı idi ki, udduq” deyə cavab vermişdir. Həmin vaxt oğlu Murad, qızı Nurçin, Susanna və anası Mənzər, eləcə də Günay məhkəmənin gözləmə zalında əyləşmişlər. O, bacısı Günayın sualına qeyd edilən formada cavab verdikdə Murad məhkəmənin inzibati binasından çıxa-çıxa onun ünvanına ucadan nalayiq söyüşlər söyməyə başlamışdır. O, isə Murada “ay Murad, ay Nurçin, mən sizi çox istiyirəm, sizdən ötrü ölürəm, onsuz da nə vaxtsa yanıma gələcəksiz” deyə cavab vermişdir. Murad, Nurçin və Susanna məhkəmədən çıxarkən o, Günay və Mənzər də onların ardınca məhkəmədən çıxmışlar. Məhkəmənin inzibati binasının kənarında Murad, Nurçin və Susanan Atatürk prospekti istiqamətində onlardan irəlidə gedərkən Murad yenə onun ünvanına söyüşlər söymüş və o, yenə Murada yuxarıda qeyd edilən formada cavab verdikdə Murad geri çevrilib ona hücum edib əli ilə onu vurmağa çalışmış, lakin atası İlham buna mane olmuşdur. Bu vaxt Murad ondan əl çəkib geridə dayanmış qardaşı Nadir və atası Fazilin üzərinə hücum etmişdir. O, isə həmin vaxt geridə olanlara reaksiya vermədən özündən irəlidə gedən qızı Nurçinə tərəf gedib ona olan ürək sözlərini, istəyini bildirməyə başlamışdır. Həmin vaxt Susanna, Nurçinə yaxın olduğu üçün Nurçinlə olan söhbətinə müdaxilə etmək məqsədi ilə onun hicabını geri tərəfdən əli ilə açmış və yerə atmışdır. O, hicabını götürüb başını örtmək istədikdə Susanna hər iki əli ilə onun əllərini tutub bir əlinin iç hissəsi ilə onun sinə nahiyəsinə bir neçə dəfə zərbə vurmuşdur. O, əlini Susannanın əllərindən aralamaq istədikdə sonuncuya gücü çatmamış, həmin vaxt bacısı Günay kömək məqsədi ilə gəlib onu Susannanın əlindən almışdır. Bu vaxt o, geri çevrildikdə oğlu Muradın və keçmiş əri İlhamın, Nadir və Fazil ilə əlbəyaxa olduqlarını görmüşdür. Murad və İlham hər ikisi Nadir və Fazili əl zərbələri ilə döymüşlər. Həmin vaxt hadisə yerinə çoxsaylı tanımadığı kənar şəxslər və polis əməkdaşları gəlmiş, dava-dalaşa müdaxilə edib son qoymuşlar. Hadisə yerinə gələn polis əməkdaşları Fazil və Nadiri oğlu Muradın və keçmiş əri İlhamın əlindən ala bilməmişlər. Bundan sonra onlar Gəncə şəhər Nizami RPİyə gedib ərizə vermişlər. Məhkəmədən onun barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Şahid4 onun oğludur. Təqsirləndirilən şəxs isə keçmiş gəlini olmuşdur. Oğlu İlham və keçmiş gəlini Sevinc 2001-ci ildə ailə həyatı quraraq rəsmi nikaha daxil olmuşlar. Onların nikahlarından Nurçin, Murad, Qəzənfər və Aynur adlı övladları vardır. Sonradan oğlu İlham və keçmiş gəlini Sevinc birlikdə yola gedə bilmədikləri üçün aralarında tez-tez münaqişələr baş verdiyindən, 2018-ci ilin oktyabr ayında oğlu İlham və gəlini Sevinc boşanmış və onun dörd nəvəsi oğlu İlhamın himayəsinə verilmiş, həmin vaxtdan keçmiş gəlini Sevinc, Sevincin qardaşı Nadir, bacısı Günay, anası Mənzər və atası Fazil tez-tez onun yaşadığı ünvana gəlib onları təhqir etmiş, narahatlıqlarına səbəb olmuş, münaqişə yaratmışlar. Həmin münaqişələrlə bağlı Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsində bir neçə dəfə araşdırma aparılmışdır. Nəvələrinin hamısı anası Sevinclə deyil, oğlu İlhamla yaşamağı seçdikləri üçün bu, Sevinci narahat etmiş, ona görə də Kəpəz Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsi nəvələrinin dördünü də oğlu İlhamın himayəsində saxlamaqla məhkəmənin qətnaməsini dəyişdirmədən qüvvədə saxlamışdır. Bununla kifayətlənməyən keçmiş gəlini Sevinc tərəfindən Gəncə Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verilmişdir. Ali Məhkəmə isə həmin şikayəti qismən təmin edərək işi Gəncə Apellyasiya Məhkəməsinə geri qaytarmış, həmin iş üzrə Gəncə Apellyasiya Məhkəməsində məhkəmə iclasının keçirilməsi 24.09.2020-ci il tarixə, saat 12:00-a təyin edilmişdir. Bunun üçün o, oğlu İlham, nəvələri Murad və Nurçin ilə birlikdə oğlu İlhamın idarə etdiyi “Daewoo” markalı avtomobil ilə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasına getmişlər. Onlar məhkəmə iclasının təyin olunan vaxtından bir qədər tez getdikləri üçün oraya çatdıqdan bir neçə dəqiqədən sonra Sevinc, qardaşı Nadir, atası Fazil, bacısı Günay və anası X12 Məhkəməsinin inzibati binasına gəlmişlər. Onlar hamısı gözləmə zalında olarkən Sevinc dodağının altında sakitcə deyinmiş, ünvanlarına artıqəksik danışmışdır. Onlar isə Sevincə heç bir reaksiya vermədən məhkəmə prosesinin başlamasını gözləmişlər. Bir qədər sonra məhkəmə prosesi başlamış və məhkəmə iclas zalına yalnız oğlu İlham və keçmiş gəlini Sevinc buraxıldığı üçün o, və nəvələri məhkəmənin inzibati binasının daxilində gözləmə zalında əyləşib prosesin yekunlaşmasını gözləmişlər. Həmin vaxt əks tərəf, yəni Nadir, Fazil, Günay və Mənzər məhkəmənin inzibati binasından çıxıb binanın həyətində gözləmişlər. Məhkəmə prosesi bir neçə dəqiqədən sonra yekunlaşmış, oğlu İlham və keçmiş gəlini Sevinc iclas zalından çıxaraq məhkəmənin gözləmə zalına gəlmişər. Həmin vaxt İlham ona yaxınlaşaraq kiçik nəvələrinin, yəni Aynur və Qəzənfərin anası Sevincin himayəsinə verilməsi xəbərini vermişdir. Elə həmin vaxt isə Sevinc gözləmə zalından çıxaraq çöldə dayanan bacısı, qardaşı və valideynlərinə uca səslə “nətər olmalıydı? Biz udduq, belə də olmalıydı” deyə bildirmişdir. Yaşı ilə əlaqədar olaraq səhhətində, yəni yeriməyində müəyyən çətinliklər olduğu üçün hər iki nəvəsi onun qollarına girərək pilləkənləri çıxmağına və yeriməyinə köməklik göstərmişlər. Oğlu İlham isə Murad və Nurçinə yeriməkdə ona köməklik göstərmələrini tapşıraraq özü məhkəmənin inzibati binasının sol tərəfində, yəni Muzeyin qarşısında saxladığı avtomobilini onun yanına sürüb gətirməyə getmişdir. Onlar məhkəmənin gözləmə zalından çölə çıxdıqda Sevinc onu görüb qışqıraraq “ay millət gör bunların xəsisliyinə bax, uşaqları məktəbə də yazdırmırlar” deyərək, böhtan xarakterli sözlər işlətməklə süni mübahisə yaratmağa çalışmış və onlardan dərhal məhkəmənin himayəsinə verdiyi azyaşlı nəvələrini vermələrini istəmişdir. Həmin vaxt Sevincin bacısı Günay da Sevincə qoşularaq uca səslə qışqırmaqla onu və oğlu İlhamı “erməni” milləti adlandıraraq ünvanlarına nalayiq ifadələr işlətmiş və uşaqları dərhal onlara vermələrini tələb etmişdir. Bununla da hər iki bacı, yəni Sevinc və Günay insanların sıx olduğu, ictimai dövlət binası olan məhkəmənin kənarında xuliqanlıq hərəkətlərini başlatmışlar. O, və nəvələri isə Sevincə, eləcə də Günaya heç bir reaksiya vermədən İlhamın getdiyi istiqamətlə getmişlər. Həmin vaxt onun arxa nahiyəsindən kimsə qəfildən təpik zərbəsi vurmuş, nəvələri qollarından yapışdığı üçün o, yerə yıxılmamışdır. Zərbə vaxtı tez geri çevrildikdə isə onu təpiklə vuranın keçmiş gəlini Sevinc olmasını görmüşdür. Həmin vaxt onun arxa tərəfində Sevinc olmuş, qalanları, yəni bacısı Günay, qardaşı Nadir və valideynləri isə Sevincdən bir neçə metr geridə olmuşlar. O, təpik zərbəsi dəydikdə tez geri çevrilərkən Sevinclə üz-üzə gəlmiş və Sevinc həmin vaxt əlində olan qara rəngli, geniş ekranı olan mobil telefonla onun ağız nahiyəsinə qəfildən bir dəfə zərbə vurmuşdur. Həmin vaxt nəvəsi Nurçin qorxusundan ağlamağa başlamışdır. Digər nəvəsi Murad isə dava-dalaş baş verməməsi üçün onu hadisə yerindən uzaqlaşdırmağa çalışırmışdır. Sevincin mobil telefonla onun ağız nahiyəsinə bir dəfə zərbə vurmasının ardınca bacısı Günay ona yaxınlaşıb sağ əli ilə onun sol əlinin İİ barmağını möhkəm sıxaraq burmuş və əzmiş, ona möhkəm fiziki ağrı vermişdir. Həmin vaxt Nadir və Fazil hücum edib Muradı döyməyə başlamış, Fazil ilə Nadir yumruq və təpik zərbələri ilə Murada zərbələr vurmuşlar. O, özü birtəhər Günayın əlindən sol əlini xilas etdikdən sonra Günay, Nurçinin saçından tutub başını aşağı əymiş və yumruq zərbələri ilə Nurçinin təpəsinə, eləcə də sağ çiyninə zərbələr endirmişdir. Həmin vaxt Murad bacısının döyülməsini gördükdə xalası Günaya yaxınlaşıb sonuncunu itələməklə Nurçindən aralamışdır. Günay, Nurçini döyərkən Sevinc özünün sağ əlinin barmaqlarını onun sağ əlinin barmaqları arasına keçirərək barmaqlarını geriyə sıxmış və barmaqlarını burmuşdur. Həmin vaxt o, barmaqlarında güclü ağrı və barmağının qırıldığını hiss etmişdir. Sevinc onun sağ əlinin barmağını qırmaqla kifayətlənməyib əlində olan mobil telefonla qırılan əlinin üzərinə və qarın nahiyəsinə zərbələr endirmişdir. O, isə həmin vaxt əli ilə Sevincin baş örtüyünü açıb “utanmırsanmı bu yaylıqdan, mən sənə nə etmişdim, bu yaylıq sənə qənim olsun” deyə bildirmişdir. Həmin vaxt oğlu İlham səs-küyü eşidərək geri, yəni onların yanına qayıtmış və dava-dalaşı sakitləşdirməyə başlamış, orada olan polis əməkdaşları da hadisəyə müdaxilə edərək onları ayırmağa çalışmışlar. Bundan sonra isə dava-dalaş başa çatmış və onlar hadisə yerinə gələn polis avtomobili ilə Gəncə şəhər Nizami rayon Polis İdarəsinə gedərək orada şikayətlərini bildirmişlər. Təqsirləndirilən şəxsin barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, Gəncə şəhəri, D.Qorqud küçəsi, bina 19, mənzil 14-də ailə üzvləri ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Azərbaycan Dövlət Aqrar Universitetinin 2-ci kurs tələbəsidir. Şahid4 atası, Təqsirləndirilən şəxs isə anasıdır. Atası İlham və anası Sevinc 2001-ci ildə ailə həyatı quraraq rəsmi nikaha daxil olmuşlar. O, bacıları Nurçin və Aynur, qardaşı Qəzənfər valideynlərinin birgə nikahından dünyaya gəlmişlər. Sonradan valideynləri yola gedə bilmədikləri üçün, aralarında tez-tez münaqişələr baş verirmiş. Hətta Sevinc onu və bacısı Nurçini əsassız yerə döyüb təhqir edirmiş. Sevinc, İlhama xəyanət etdiyi üçün, eləcə də digər səbəblərdən 2018-ci ilin oktyabr ayında İlhamla Gəncə şəhər Kəpəz Rayon Məhkəməsində rəsmi qaydada boşanmışlar. Həmin vaxt Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin qərarı ilə o, və bacıları, eləcə də qardaşı Qəzənfər, İlhamın himayəsinə verilmişdir. Həmin vaxtdan anası Sevinc, Sevincin qardaşı Nadir, bacısı Günay, anası Mənzər, atası Fazil tez-tez onların yaşadığı ünvana gəlib onu, bacısını, nənəsini və atası İlhamı təhqir etmişdir, narahatığına səbəb olmuş, münaqişə yaradırmışlar. Həmin münaqişələrlə bağlı Gəncə şəhər Kəpəz rayon Polis İdarəsində bir neçə dəfə araşdırma aparılmışdır. O, və qardaş-bacıları anası Sevinclə deyil, atası İlhamla yaşamağı seçdiyi üçün bu, Sevinci narahat etməyə başlamış, ona görə də Sevincin Kəpəz Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməsinə gətirib çıxarmışdır. Onun anası Sevinc tərəfindən Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin müvafiq qətnaməsindən 2019-cu ildə apellyasiya şikayəti verilmişdir. Gəncə Apelyasiya Məhkəməsi isə bacısı Aynuru və qardaşı Qəzənfəri ataları İlhamın himayəsində saxlamaqla məhkəmənin qətnaməsini dəyişdirmədən qüvvəsində saxlamışdır. Bununla kifayətlənməyən X13 Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti vermişdir. Ali Məhkəmə isə həmin şikayəti qismən təmin edərək işi Gəncə Apellyasiya Məhkəməsinə geri qaytarmışdır. Həmin işə Gəncə Apellyasiya Məhkəməsində baxılması 24.09.2020-ci il tarixdə, saat 12:00-a təyin edilmişdir. Bunun üçün nənəsi Susanna, atası İlham, bacısı Nurçin və o, İlhamın idarə etdiyi “Daewoo” markalı avtomobil ilə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasına getmişlər. Təyin olunan vaxtdan bir qədər tez getdikləri üçün oraya çatdıqda əks tərəf, yəni anası Sevinc, eləcə də Sevincin ailə üzvləri hələ gəlməmişlər. Bir neçə dəqiqədən sonra isə anası Sevinc, dayısı Nadir, babası Fazil, xalası Günay və nənəsi X12 Məhkəməsinin inzibati binasına gəlmişlər. Onlar hamısı gözləmə zalında olarkən Sevinc dodağının altında sakitcə deyinir, onların ünvanına artıqəksik danışmışlar. Onlar isə Sevincə heç bir reaksiya vermədən məhkəmə prosesinin başlamasını gözləmişlər. Bir qədər sonra məhkəmə prosesi başlamış və məhkəmə iclas zalına yalnız atası İlham ilə anası Sevinc buraxıldığı üçün o, nənəsi Susanna və bacısı Nurçin məhkəmənin inzibati binasının daxilində gözləmə zalında əyləşib prosesin yekunlaşmasını gözləmişlər. Həmin vaxt əks tərəf, yəni Nadir, Fazil, Günay və Mənzər məhkəmənin inzibati binasından çıxıb binanın həyətində gözləmişlər. Onlar qəsdən özləri məhkəmənin inzibati binasında qalıb gözləmişlər ki, Sevincin ailə üzvləri ilə qarşılaşmasınlar. Ona görə ki, Sevincin ailə üzvlərinin onları təhqir etməsinin, əsassız mübahisə yaratmasının bir neçə dəfə şahidi olduqlarından eyni halın təkrarlanmamasını istəmişlər. Məhkəmə prosesi bir neçə dəqiqədən sonra yekunlaşmış, atası İlham və anası Sevinc iclas zalından çıxaraq məhkəmənin gözləmə zalına gəlmişlər. Həmin vaxt İlham onlara yaxınlaşaraq bacısı Aynur və qardaşı Qəzənfərin, Sevincin himayəsinə verilməsi xəbərini vermişdir. Elə həmin vaxt isə Sevinc gözləmə zalından çıxaraq çöldə dayanan bacısı, qardaşı və valideynlərinə uca səslə “nətər olmalıydı? Biz udduq, belə də olmalıydı, qələbə bizimdir” deyə bildirmişdir. O, atası İlham, nənəsi Susanna və bacısı Nurçin isə həmin vaxt məhkəmənin gözləmə zalından çölə çıxmışlar. Nənəsi Susannanın yaşı ilə əlaqədar olaraq səhhətində, yəni yeriməsində müəyyən çətinliklər olduğu üçün o, və bacısı Nurçin, Susannanın qollarına girərək pilləkənləri çıxmasına və yeriməsinə köməklik göstərmişlər. Atası İlham isə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasının sol tərəfində, yəni Muzeyin qarşısında saxladığı avtomobilini onların olduğu yerə sürüb gətirməyə getmişdir. Onlar məhkəmənin gözləmə zalından çölə çıxdıqda Sevinc onları görüb qışqıraraq “ay millət gör bunların xəsisliyinə bax, uşaqları məktəbə də yazdırmırlar”, eləcə də nənəsi Susannanın ünvanına “erməni” deyərək böhtan xarakterli sözlər işlətməklə uşaqları, yəni bacısı Aynuru və qardaşı Qəzənfəri dərhal vermələrini tələb edərək süni mübahisə yaratmağa başlamışdır. Həmin vaxt Sevincin bacısı Günay da mübahisəyə qoşularaq uca səslə qışqırmaqla İlhamı və Susannanı erməni milləti adlandıraraq ünvanlarına nalayiq ifadələr işlətmiş və uşaqları dərhal tələb etmişdir. Bununla da hər iki bacı, yəni Sevinc və Günay insanların sıx olduğu, ictimai dövlət binası olan məhkəmənin kənarında xuliqanlıq hərəkətlərini başlatmışlar. O, Susanna və Nurçin isə Sevincgilə heç bir reaksiya vemədən İlhamın getdiyi istiqamətdə getməyə başlamışlar. Nənəsi Susanna yeriməkdə çətinlik çəkdiyi üçün bacısı Nurçin ilə birlikdə Susannanın qollarına girib yeriməkdə köməklik göstərmişlər. Həmin vaxt kimsə Susannanın arxa nahiyəsindən qəfildən təpik zərbəsi vurmuşdur. Onlar Susannanın qollarından yapışdığı üçün nənəsi Susannanı yerə yıxılmağa qoymamışlar. Zərbə əsnasında o, tez geri çevrildikdə nənəsini təpiklə vuranın Sevinc olduğunu görmüşdür. Həmin vaxt nənəsinin düz arxa tərəfində Sevinc olmuşdur. Qalanları, yəni bacısı Günay, qardaşı Nadir və valideynləri isə Sevincdən bir neçə metr geridə idilər. Bundan başqa, təpik zərbəsindən dərhal sonra o, tez geri çevrilərkən Sevinclə üz-üzə gəlmişdir. Həmin vaxt Sevinc əlində olan qara rəngli, geniş ekranı olan mobil telefonla Susannanın ağız nahiyəsinə qəfildən bir dəfə zərbə vurmuşdur. Həmin vaxt Nurçin qorxudan ağlamağa başlamış, o, isə qışqırıb Sevincgili uzaqlaşdırmağa, Susannanı və Nurçini oradan dartıb aparmaqla qorumağa başlamışdır. Sevincin mobil telefonla Susannanın ağız nahiyəsinə bir dəfə zərbə vurmasının ardınca Günay, Susannaya yaxınlaşıb sağ əli ilə sonuncunun sol əlinin barmaqlarını möhkəm sıxaraq burmuş və əzmişdir. Həmin vaxtı dayısı Nadir və babası Fazil ona hücum edərək yumruq və təpik zərbələri ilə baş, boyun və ayaq hissələrinə zərbələr vurmuşlar. O, əli ilə dayısını və babasını itələməklə onları özündən aralamış və özünü müdafiə etmişdir. Həmin vaxt Fazil onu döyərkən özünü müdafiə etmək üçün Fazili əli ilə itələmiş və Fazil yerə yıxılmışdır. Dayısı Nadiri isə sifət nahiyəsindən əlinin içi ilə itələyib özündən uzaqlaşdırmışdır. Həmin vaxt o, Günayın bir əli ilə Nurçinin saçından aşağı dartıb digər əli ilə isə sonuncunun bədəninə zərbələr vurduğunu görmüş və tez qaçıb Günayın bədən və sifət nahiyəsindən əlinin içi ilə itələyib bacısını Günayın əlindən almışdır. Həmin vaxt Günay kənara çəkilmişdir.Bu vaxt Sevinc, Susannanı döyməyə, əl barmaqlarını burmağa başlamışdır. Bundan sonra Sevinc, Susannanın sağ əlinin üzərinə və qarın nahiyəsinə zərbələr endirmişdir. Susanna isə həmin əsnada əli ilə Sevincin baş örtüyünü açıb “utanmırsanmı bu yaylıqdan, mən sənə nə etmişdim, bu yaylıq sənə qənim olsun” deyə qışqırmışdır. Bu vaxt İlham səs-küyü eşidərək geri, yəni onların olduğu yerə qayıtmış və dava-dalaşı sakitləşdirməyə başlamışdır. Həmin vaxt oraya gələn polis əməkdaşları da hadisəyə müdaxilə edərək ayırmağa çalışırmışar. Bundan sonra isə davadalaş başa çatmış və o, atası, nənəsi və bacısı ilə birlikdə sonradan hadisə yerinə gələn polis avtomobili ilə Gəncə şəhər Nizami rayon Polis İdarəsinə gedərək orada şikayətlərini bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirdi ki, hadisə vaxtı Günay, Susannaya yaxınlaşıb sağ əli ilə sonuncunun sol əlinin barmaqlarını möhkəm sıxdıqda Susanna ağrıdan qışqırmağa başlamışdır. O, və qardaşı Muradın köməkliyi ilə Susanna, Günayın əlindən sol əlini xilas etdikdən sonra Nadir və Fazil hücum edib Muradı döyməyə başlamışlar. Günay isə onun saçından tutub başını aşağı əymiş və yumruq zərbələri ilə təpə, eləcə də sağ çiyin nahiyələrinə zərbələr vurmuşdur. Həmin vaxt Murad, Günayın sifət nahiyəsindən itələyib onu Günayın əlindən almışdır. Həmin vaxt ansı Sevinc nənəsi Susannanı döyməyə, əl barmaqlarını burmağa başlamışdır. Bundan sonra isə Sevinc, Susannanın sağ əlinin üzərinə və qarın nahiyəsinə telefonla zərbələr vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs keçmiş həyat yoldaşıdır. Sevinc ilə 2001-ci ildə ailə həyatı quraraq rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan Murad, Nurçin Aynur və Qəzənfər adlı övladları var. Sonradan Sevinclə aralarında tez-tez münaqişələr baş vermiş, yola gedə bilməmişlər. Onlar birgə yaşadıqları dövrdə Sevinc oğlu Muradı və qızı Nurçini əsassız yerə döyüb təhqir etmişdir. Sevincin ona xəyanət etməsi isə övladları Murad və Nurçin bilir, lakin ondan gizlətmişlər. Sonradan övladları bunu ona bildirmiş və o özü sonradan xəyanətə əmin olmuşdur. Ona görə də 2018-ci ilin oktyabr ayında Gəncə şəhər Kəpəz Rayon Məhkəməsində Sevinclə rəsmi qaydada boşanmışdır. Həmin vaxt Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin qətnaməsi ilə övladlarının dördü də onun himayəsinə verilmiş və həmin vaxtdan Sevinc, qardaşı Nadir, bacısı Günay, anası Mənzər, atası Fazil tez-tez onun yaşadığı ünvana gəlib onları təhqir etmiş, narahatlıqlarına səbəb olmuş, münaqişə yaratmışlar. Həmin münaqişələrlə bağlı Gəncə şəhər Kəpəz rayon Polis İdarəsində bir neçə dəfə araşdırma aparılmışdır. Övladlarının hamısı anaları Sevinclə deyil, onunla yaşamağı seçdikləri üçün, habelə Sevincə nifrət hissi bəslədikləri üçün bu, Sevinci narahat etmiş, ona görə də Sevincin Kəpəz Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməsinə gətirib çıxarmışdır. Onun keçmiş həyat yoldaşı Sevinc Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin müvafiq qətnaməsindən 2019-cu ildə apellyasiya şikayəti vermiş, lakin Gəncə Apellyasiya Məhkəməsi övladlarının dördünü də onun himayəsində saxlamaqla məhkəmə qətnaməsi dəyişdirmədən qüvvədə saxlanılmışdır. Bununla kifayətlənməyən X13 Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti vermişdir. Ali Məhkəmə isə həmin şikayəti qismən təmin edərək işi Gəncə Apellyasiya Məhkəməsinə geri qaytarmış və Gəncə Apellyasiya Məhkəməsində işin baxılması 24.09.2020-ci il tarixə, saat 12:00-a təyin edilmişdir. Bunun üçün o, anası Susanna, qızı Nurçin və oğlu Murad birlikdə onun idarə etdiyi “Daewo” markalı avtomobil ilə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasına getmişlər. Onlar təyin olunan vaxtdan bir qədər tez getdikləri üçün oraya çatdıqda əks tərəf, yəni Sevinc və Sevincin ailə üzvləri hələ gəlməmişlər. Bir neçə dəqiqədən sonra Sevinc, qardaşı Nadir, atası Fazil, bacısı Günay və anası X12 Məhkəməsinin inzibati binasına gəlmişər. Onlar gözləmə zalında olarkən Sevinc dodağının altında sakitcə deyinmiş, onların ünvanına artıq-əksik danışmışlar. Onlar isə Sevincə heç bir reaksiya vermədən məhkəmə prosesinin başlamasını gözləmişlər. Bir qədər sonra məhkəmə prosesi başlamış və məhkəmə iclas zalına yalnız o, və keçmiş həyat yoldaşı Sevinc buraxıldığı üçün Susanna, Murad və Nurçin məhkəmənin inzibati binasının daxilində gözləmə zalında əyləşib prosesin yekunlaşmasını gözləmişlər. O, qarşı tərəfin böhtan atmaq, şərləmək, əsassız münahisə yaratmaq, onları təhqir etmək iqtidarında olduqlarını bildiyi üçün əvvəlcədən anasına və övladlarına qarşı tərəfdən, yəni Sevincgildən uzaq dayanmalarını, nə desələr reaksiya verməmələrini tapşırmışdır. O, və Sevinc məhkəmə iclas zalına daxil olduqdan bir neçə dəqiqə sonra məhkəmə qərar qəbul etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 24.09.2020-cü il tarixli qərarı ilə oğlu Qəzənfər və qızı Aynur anaları Sevincin himayəsinə verilmişdir. Bundan sonra o, məhkəmə iclas zalından çıxıb məhkəmənin inzibati binasının daxilində olan gözləmə zalına qayıtmış və anasına bu xəbəri verərkən Sevinc artıq məhkəmə inzibati binasından çölə çıxmışdır. O, və anası, eləcə də uşaqları isə onun ardınca binadan çölə çıxmışlar. Elə həmin vaxt Sevinc gözləmə zalından çıxaraq çöldə dayanan bacısı, qardaşı və valideynlərinə uca səslə “nətər olmalıydı? Biz udduq, belə də olmalıydı, qələbə bizimdir” deyə bildirmişdir. Anası Susannanın yaşı ilə əlaqədar olaraq səhhətində, yəni yeriməyində müəyyən çətinliklər olduğu üçün oğlu Murad və qızı Nurçin, Susannanın qollarına girərək pilləkənləri çıxmağına və yeriməyinə köməklik göstərirmişər. O, özü isə övladlarına Susannanın yeriməsində köməklik göstərmələrini tapşıraraq Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasının sol tərəfində, yəni Muzeyin qarşısında saxladığı avtomobili onların yanına sürüb gətirməyə getmişdir. Avtomobilinə çatıb qapısını açdıqda məhkəmənin inzibati binası tərəfdən səs-küy, qışqırıq səsləri gəldiyini eşidib yolun qarşı tərəfindən insanlar həmin yerə tərəf qaçışdığını görmüş və məhkəmənin qarşısında keçmiş həyat yoldaşı Sevincgil Susanna və onun övladları ilə dava-dalaşa başladıqlarını anlamışdır. Buna görə də tez həmin yerə qayıtmışdır. Məhkəmənin yanına çatdıqda övladlarının və anasının, eləcə də əks tərəfin bir-biri ilə dartışdığını, ətrafdan insanların onları əhatəyə aldığını, nalayiq söyüşlər işlədildiyini görmüşdür. Söyüşləri isə əks tərəf işlətmişdir. Bu vaxt o, qışqıraraq dava-dalaşı sakitləşdirməyə, onları ayırmağa çalışmışdır. Həmin vaxt oraya polis əməkdaşları da gəlib hadisəyə müdaxilə etmişlər. Bundan sonra isə dava-dalaş başa çatmış və onlar oraya gələn polis avtomobili ilə Gəncə şəhər Nizami rayon Polis İdarəsinə gedərək orada şikayətimizi bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, o, uzun illərdir ki, Rusiya (Sovet) Ali Məktəb məzunlarının Azərbaycan Assosiasiyasının İctimai Birliyinin sədri vəzifəsində çalışır. Şahid4 uzun illərdir ki, onun dostudur. Dostu Şahid4 keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs da tanıyır. İlham və Sevinc yola gedə bilmədikləri üçün 2018-ci ildə məhkəmə qaydasında boşanmışlar. O, İlham və Sevincin övladlarının kimin himayəsində saxlanılması ilə bağlı məhkəmə prosesinə o, da İlhamla birlikdə getmişdir. Məhkəmə Təqsirləndirilən şəxs xeyrinə qərar qəbul etmiş, məhkəmə iclası yekunlaşmış və hakimlər kollegiyası iclas zalından çıxmışlar. O, və İlham isə iclas zalında qalıb Günay və Sevincin onlardan əvvəl çıxıb getmələrini gözləmişlər ki, qarşılaşmasınlar. Onlar bir neçə dəqiqə gözləsələr də Sevincgil məhkəmənin iclas zalından çıxmamışlar. Buna görə onlar məcbur olub Sevincgildən əvvəl iclas zalından çıxmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs heç bir səbəb olmadan uca səslə onun ünvanına nalayiq söyüşlər söyərək onu təhqir etmişdir. O, isə Sevincə heç bir reaksiya verməmiş və İlhamla birlikdə oradan çıxıb getmişdir. O, 24.09.2020-ci il tarixə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasının yanında baş vermiş dava-dalaş zamanı orada olmamış və hadisənin şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirdi ki, o, 24.09.2020-ci il tarixdə, saat 12 radələrində ekipaj yoldaşı, polis nəfəri Şahid7 ilə PPXTnin 4682 çağırışlı xidməti avtomobili ilə 1 saylı marşrut xətti üzrə hərəkət edərkən Gəncə Apellyasiya Məhkəməsinin kənarında, yəni sol giriş qapının qarşısında tanımadığı şəxslərin qarşılıqlı şəkildə dartışaraq mübahisə etdiklərini və səs-küy yaratdıqlarını, hadisə yerinə kənardan insanların toplaşdığını görüb avtomobili dayandırmışlar. Həmin vaxt onlar hadisə yerinə yaxınlaşıb orada olan şəxsləri nizam-intizama dəvət etməklə ictimai qaydanın pozulmasının qarşısını almışlar. Bundan sonra orada mübahisə iştirakçılarını xidməti avtomobilə əyləşdirmiş və Nizami RPİ-yə aparmışlar. İştirakçılardan bir qismi isə öz avtomobilləri ilə polisə gələcəklərini bildirmişər. Bundan sonra o, Nizami RPİ-də rəisin adına raportla müraciət edərək hadisə barədə məlumat vermişdir. Hadisə yerinə gəldikdən sonra özləri ilə birlikdə xidməti avtomobildə polisin binasına apardıqları və adının Susanna olduğunu sonradan bildiyi yaşlı qadın avtomobildə əl barmağının sındığını onlara bildirib sızıldamışdır. Orada olan şəxslərin xəsarətləri olsa belə o, buna diqqət etməmişdir. O, hadisə yerinə çatdıqda tanımadığı şəxslərin bir-biriləri ilə çəkişdiyini, dartışdığını, birbirilərinə nalayiq sözlər işlətdiyini, ətrafda olan digər şəxslərin onları aralamağa çalışdığını görmüş, lakin, konkret olaraq kiminsə kiməsə zərbə vurmasının şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, 24.09.2020-ci il tarixdə, saat 12 radələrində ekipaj yoldaşı, polis nəfəri Şahid6 ilə PPXT-nin 4682 çağırışlı xidməti avtomobili ilə 1 saylı marşrut xətti üzrə hərəkət edərkən Gəncə Apellyasiya Məhkəməsinin kənarında, yəni sol giriş qapının qarşısında tanımadığı şəxslərin qarşılıqlı şəkildə dartışaraq mübahisə etdiklərini və səs-küy yaratdıqlarını, hadisə yerinə kənardan insanların toplaşdığını görüb avtomobili dayandıraraq hadisə yerinə yaxınlaşıb orada olan şəxsləri nizam-intizama dəvət etməklə ictimai qaydanın pozulmasının qarşısını almışlar. Bundan sonra orada mübahisə iştirakçılarını xidməti avtomobilə əyləşdirmişlər və Nizami RPİ-yə aparmışlar. İştirakçılardan bir qismi isə öz avtomobilləri ilə polisə gələcəklərini bildirmişər. Bundan sonra o, Nizami RPİ-də rəisin adına raportla müraciət edərək hadisə barədə məlumat vermişdir. Hadisə yerinə gəldikdən sonra özləri ilə birlikdə xidməti avtomobildə polisin binasına apardıqları və adının Susanna olduğunu sonradan bildiyi yaşlı qadın avtomobildə əl barmağının sındığını onlara bildirib sızıldamışdır. Orada olan şəxslərin xəsarətləri olsa belə o, buna diqqət etməmişdir. O, hadisə yerinə çatdıqda tanımadığı şəxslərin bir-biriləri ilə çəkişdiyini, dartışdığını, birbirilərinə nalayiq sözlər işlətdiyini, ətrafda olan digər şəxslərin onları aralamağa çalışdığını görmüş, lakin, konkret olaraq kiminsə kiməsə zərbə vurmasının şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində bildirdi ki, hadisə vaxtı Murad, Nadirin sifət nahiyəsinə, Fazilin isə təpə və boyun nahiyələrinə yumruq zərbələri vurmuşdur. Həmin vaxt Fazil onun üstünə yıxılmış və o, Fazili tutub saxlamışdır. O, aralamaq məqsədi ilə araya girdikdə Murad onun da çənə nahiyəsinə iki dəfə yumruq zərbəsi vurmuş və onun saçını yolmuşdur. Hadisə vaxtı həmçinin Murad onun əlində olan 2000 manat dəyərində mobil telefonunu əlindən alıb yerə çırpmış və onun mobil telefonu yararsız hala düşdüyü üçün yeni mobil telefon almışdır. O, özü heç kimi vurmamış, heç kimə xəsarət yetirməmişdir. Bacısı Sevinc, nə də o, özü hadisə vaxtı mobil telefondan istifadə etməmişlər, Zərərçəkmiş şəxs nəinki mobil telefonla, ümumiyyətlə heç bir xəsarət yetirməmişlər. Hadisə vaxtı qardaşı Nadir və atası Fazil, Murada qarşı fiziki zor tədbiq etməmiş, Muradı döyməmiş və xəsarət yetirməmişlər. Həmin vaxt Susanna əlləri ilə Sevincin sinə nahiyəsinə əli ilə zərbələr vurmuşdur. O, buna mane olmuş və həmin vaxt geri çevrildikdə Muradın və İlhamın hər ikisinin Nadiri və Fazili əl zərbələri ilə döydüklərini görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 Şahid8 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində bildirdi ki, özəl şirkətə rəhbərlik edir. Təqsirləndirilən şəxs və Şahid8 bacılarıdır. Şahid4 isə Sevincin keçmiş əridir. Sevincin keçmiş əri İlham uzun illər onun rəhbəri olduğu şirkətdə çalışmış və onun verdiyi maaşla ailəsini saxlamışdır. Şirkətində maliyyə böhranı yaşandığı üçün son zamanlar İlhamın əmək haqqını az verməli olmuş, İlham isə buna narazılıq etməyə və Sevinclə bununla bağlı mübahisələr etməyə başlamışdır. 2013-cü ildən İlham və Sevincin arasında olan ər-arvad münasibətləri faktiki olaraq pozulmağa başlamışdır. Sevinc özü bu barədə onlara danışmışdır. İlham tez-tez Sevinclə mübahisə etmişdir, Sevinci normal yaşamağa qoymamışdır. Mübahisələrin səbəbi isə onun əmək haqqını az verməsi olmuşdur. Mübahisələrin sonunda Şahid4, Sevinci xəyanətdə ittiham edərək, 2016-cı ilin dekabr ayında atası Fazilin evinə göndərmişdir. Övladları isə ataları İlhamla qalmışlar. Zərərçəkmiş şəxs, Sevincin keçmiş əri İlhamın anasıdır və Susanna Sevincgildən ayrı yaşamışdır. 24.09.2020-ci il tarixdə o, bacıları Sevinc və Günay, atası Fazil və anası Mənzər məhkəmədə iştirak etmək üçün Gəncə Apellyasiya Məhkəməsinə getmişlər. Bir neçə dəqiqə sonra məhkəmənin qapısından Sevinc, arxasınca isə Zərərçəkmiş şəxs çıxmış və həmin vaxt sonuncu Sevincin hicabını əli ilə açıb saçını yolmuşdur. Onların ardınca Günay, Mənzər və Sevincin övladları, eləcə də İlham məhkəmədən çölə çıxmışlar. O, isə atası Fazil ilə kənarda dayanıb olanları izləmişlər. Zərərçəkmiş şəxs, Sevincin hicabını açıb saçını yolarkən Günay araya girib onları ayırmış, Şahid2 isə anası Sevincə hücum edib döymək istəmişdir. Həmin vaxt İlham onları dartıb aparmağa çalışırmış. Bu vaxt Murad xalası Günayın çənə nahiyəsinə bir dəfə zərbə vurmuşdur. Bundan sonra o, və atası Fazil ayağa qalxıb aralamaq məqsədi ilə onlara yaxınlaşdıqda Murad ucadan onların ünvanına nalayiq söyüşlər söyərək, yumruq zərbəsi ilə onun sifət nahiyəsinə bir dəfə vurmuş, atası Fazil aralamaq üçün araya girdikdə isə Murad yumruq zərbəsi ilə Fazilin baş və sifət nahiyələrinə zərbələr vurmuş, Günay isə onları aralamışdır. Hadisə vaxt hadisə yerinə kənar tanımadığı şəxslər və polis əməkdaşları gəlmiş, Muradı sakitləşdirməyə çalışmışlar. Lakin Murad polislərin gözü qarşısında onu yumruq zərbəsi ilə vurmuşdur. Hadisə yerində polis əməkdaşları birtəhər dava-dalaşı sakitləşdirərək Muradı zərərsizləşdirib hadisəyə son qoymuşlar. Bundan sonra polislər Muradı, Nurçini, İlhamı və Susannanı polisin xidməti avtomobili ilə Gəncə şəhər Nizami RPİ-yə aparmış, ondan isə öz avtomobili ilə Nizami RPİ-yə getməyi xahiş etmişlər. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 24.09.2020-ci il tarixli protokoldan görünür ki, X1 Səlmanov və Şahid2 Gəncə Apelyasiya Məhkəməsinin inzibati binasının qarşısında 24.09.2020-ci il tarixdə saat 12 radələrində mübahisə və münaqişələrinin olduğu yeri göstərmişlər. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” Publik Hüquqi şəxsin Gəncə şəhər şöbəsinin 24.09.2020-ci il tarixli 1467 saylı rəyindən görünür ki, 1943-cü il təvəllüdlü X3 bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sağ əlin İİİ barmağının qəlpəli sınığı, sol əlin İİ barmağının və qarın nahiyyəsinin qançırları-bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 29.09.2020-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcələrinə görə: a) sağ əlin İİİ barmağının qəlpəli sınığı-sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ Ağır zərər vurmaya; b) sol əlin İİ barmağının və qarın nahiyyəsinin qançırları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” Publik Hüquqi şəxsin Gəncə şəhər şöbəsinin 07.12.2020-ci il tarixli T 336/2020 saylı rəyindən görünür ki, 1943cü il təvəllüdlü X3 almış olduğu xəsarətlər – sağ əlin İİ barmağının və qarın nahiyəsinin qançırları – bərk küt əşyanın (əşyaların) təsirindən qərrın təsviri hissəsində göstərilən şəraitdə və tarixdə, yəni 24.09.2020-ci ildə dava-dalaş zamanı törənə bilərdilər və dərəcəsinə görə sağ əlin İİİ barmağının qopma xarakterli sınığı sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir, sol əlin İİ barmağının və qarın nahiyyəsinin qançırları isə istər ayrılıqda, istərsə də ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlər olduqlarından dərəcələri təyin edilməmişdir. Zərərçəkmiş şəxs xəsarətlərinin xarakteri onların özü tərəfindən yetirilmələri inkar edir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan əşyaya baxış keçirilməsi haqqında 16.10.200-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə 1 ədəd mobil telefona baxış keçirilmiş, baxış zamanı “Xiomi Redmi 7” markalı, qara rəngli, geniş ekranı olan smartfon tipli telefon işlək vəziyyətdədir, heç bir zədə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs başqa telefonunun olmadığını, həmin telefonun özündə qalmasını xahiş etmiş, işin sonunadək özündə saxlayacağını bildirmiş, bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış 29.10.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Kəpəz Raon Məhkəməsinin 31.01.2020-ci il tarixli 3(043)-115/2020 saylı qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, həmin maddənin saksiyası çərçivəsində 300 manat cərimə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə Apelyasiya Məhkəməsinin 24.09.2020-ci il tarixli 2(104)-2179/2020 saylı qətnaməsinin surətindən görünür ki, Gəncə şəhəri Kəpəz Raon Məhkəməsinin 09.10.2018-ci il tarixli 2(043) - 2102/2018 saylı qətnaməsi “Təqsirləndirilən şəxs ilkin iddia tələbinin 2015-ci il təvəllüdlü X16 və X2 onun yanında qalmasının müəyyən edilməsinin rədd edilməsi” hissəsində ləğv edilmiş, həmin hissə üzrə yeni qətnamə çıxarılmaqla ilkin iddia tələbi həmin hissədə təmin edilməmiş, 2015-ci il təvəllüdlü X16 və X9 ataları Şahid4 alınaraq anaları - ilkin iddiaçı Təqsirləndirilən şəxs himayəsinə verilməsi qət edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan09.08.2021-ci il tarixli 2(102)-3292/2021 saylı qərarın surətindən görünür ki, Gəncə Apelyasiya Məhkəməsinin 24.09.2020-ci il tarixli 2(104)-2179/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanması qərara alınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 20.10.2020-ci il tarixli 783 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 20.10.2020-ci il tarixli 601 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 22.02.2021-ci il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və bu barədə iltizam alınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs işlədiyi Gəncə şəhəri, Veysəlov adına 30 saylı tam orta məktəbin rəhbərliyi tərəfindən müsbət səciyyələndirilmişdir. Beləliklə, məhkəmə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması, özünün etiraf ifadəsi ilə yanaşı şahid ifadələri və digər məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 127.2.2 və 127.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.2 və 127.2.3-cü maddələri ilə təqsirli bilinməli və bu maddənin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, təqsirləndirilən şəxs əməlini etiraf etməsə də, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi işdə olan sübutlarla və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 127.2.2 və 127.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxsnna Azərbaycan Respublikası CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-in 127.2.2 və 127.2.3-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman Azərbaycan Respublikası CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.4 və 59.2-ci maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, ailədə yeganə qazang gətirən şəxs olmasını, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 127.2.2 və 127.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 4 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini və iş yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs məxsus olan “Xiomi Redmi 7” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılması nəzarə alınmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 344- 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2 və 127.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Gəncə şəhəri, Pişnamazzadə küçəsi, ev 24 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini və iş yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs məxsus olan “Xiomi Redmi 7” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılması nəzarə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar