Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-241/2021 10.11.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin məsləhətçisi (məhkəmə iclas katibi) Yediyarova Rəna Təvəkkül qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Təvəkgül qızının və onun müdafiəçisi, vəkil X1 iştirakları ilə, xx.xx.1965-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, məhkumluğu olmayan, X5 həkim – müəllimə vəzifəsində işləyən, ünvan 1 ünvanda qeydiyyatda olan, Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, döngə 9, ev 12 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Təvəkgül qızı, qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını vahid niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə görə görə birbaşa yolla özü vasitəsi ilə maddi nemətin rüşvət qismində verilməsinə qeyrisini təhrik etmişdir. O, X10 üzrə 10.08.2000-ci il tarixli 25-şh saylı əmrinə əsasən X5 həkim-müəllimə vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə, əlilliklə bağlı pensiya təyin edilməsində köməklik göstərilməsi ilə bağlı 2017-ci ilin mart ayında özünə müraciət etmiş, tələbəsi olmuş Şahid2 anası Şahid1 özünün guya geniş əlaqələrə malik olduğunu və həmin əlaqələrindən istifadə edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən tanışları vasitəsi ilə ona əlilliklə bağlı ayda 1200 (min iki yüz) manat pensiya təyin etdirə biləcəyini Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, döngə 9, ev 12 ünvanında görüşləri zamanı ona yalandan vəd edib, həmin məsələnin müsbət həlli üçün özünün əlaqələri vasitəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə, yəni sonuncunun barəsində əlilliklə bağlı pensiya təyin edilməsinə görə özü vasitəsi ilə birbaşa yolla maddi nemət olan 10000 (on min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirib, sonuncu ilə razılaşmaqla sövdələşərək, həmin adla 27.03.2017-ci il tarixdə 8000 (səkkiz min) manat, 04.04.2017-ci il tarixdə isə 2000 (iki min) manat olmaqla, cəmi 10000 (on min) manat məbləğində pul vəsaitini Şahid1 sonuncunun yaşadığı Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, döngə 9, ev 12 ünvanında yerləşən mənzilində alıb şəxsi ehtiyaclarına sərf etməklə, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə sonuncuya məxsus 10000 (on min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətlərə görə birbaşa yolla özü vasitəsi ilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verməyə sonuncunu təhrik etmişdir. Beləliklə Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs, özünü ona Azərbaycan Respublikasının CM-nin 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, 2017-ci ilin mart ayında tələbəsi olmuş Şəmkir rayonunun Əliyaqublu kəndində yaşayan Şahid2 və anası Şahid1 ilə uzun müddətdir tanışdırlar. 2017-ci ilin mart ayının əvvəllərində onlar ünvan 3 ünvanında yaşadığı evə qonaq gəlmişlər. Görüş zamanı aralarında edilən söhbət zamanı Şahid1 pensiya almaq istədiyini bildirdiyi üçün o, Şahid1 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən tanışının vasitəsi ilə ona pensiya alması üçün yaşı düşmədiyindən əlilliklə bağlı ayda 1200 (min iki yüz) manat pensiya təyin etdirə biləcəyini təklif etmiş, təxminən 4-5 gün sonra o, Şahid1 ilə telefon əlaqəsi saxlayaraq yaşadığı evə dəvət etmiş və ona tanışı ilə danışdığı və əlilliklə bağlı aylıq 1200 (min iki yüz) manat pensiyanın təyin olunmasının mümkün olduğunu və bu işin müqabilində 10000 manat pul verməli olduğunu bildirmişdir. Şahid1 inandırdığı üçün sonuncu onunla razılaşıb həmin məbləğdə pulu düzəldib ona verəcəyini bildirmişdir. 27.03.2017-ci il tarixdə Şahid1 qızı ilə yaşadığı evə gələrək 8000 (səkkiz min) manat məbləğində pulu, 04.04.2017-ci il tarixdə isə eyni qayda ilə 2000 (iki min) manat məbləğində pulu ona vermişdir. O, qısa müddətdə pensiyanın təyin etdirəcəyinə dair vəd vermişdir. Həmin ərəfələrdə pula ehtiyacı olduğu üçün Şahid1 aldığı pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bi müddət keçdikdən sonra Şahid1 ona zəng edərək pensiyanın nə vaxta təyin ediləcəyini soruşduqda, o, sonuncuya müxtəlif bəhanələr gətirərək pulu qaytarması üçün vaxt qazanmağa çalışmışdır. O, Müşkünaz Quliyevaya pensiya təyin olunması ilə bağlı hər hansı bir şəxsə və ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarına müraciətlər etməmişdir. Şahid1 pensiyanın təyin olunmadığını görüb ondan pulu geri qaytarmağını tələb etdiyi vaxt o, 2021-ci ilin fevral ayında pulun qaytarılması ilə bağlı vaxt istəməyi üçün Şahid1 yaşadığı evə getmişdir. Orada Şahid1 ilə aparılan söhbətlər zamanı qızı Şahid2 görüşlərini və danışıqlarını qeydiyyata almışdır. Aralarında aparılan danışıqlar zamanı şikayətlər etməməsi üçün müxtəlif bəhanələr gətirərək, maaş kartını verməyi təklif etmişdir ki, hər ay həmin məbləği götürərək ondan aldığı pulu geri ödəsin. Lakin Şahid1 onunla razılaşmadığı üçün onun barəsində şikayət etmişdir. O, şikayət etməməsi ilə bağlı onunla görüşərək pulun özü tərəfindən istifadə olunduğunu və Şahid1 olan borc pulu əmək haqqı kartını ona verərək razılığa gəlmiş və sonuncu hər ay kartından onun razılığı ilə 620 manat pulu götürdüyü üçün, Şahid1 təxminən 2480 manat məbləğində pul ödəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, o, uzun müddət tanıdığı, X5 həkim-müəllimə işləyən Təqsirləndirilən şəxs pensiya almaq istədiyi üçün müraciət etmiş, Təqsirləndirilən şəxs ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifəli şəxsləri vasitəsi ilə 10000 (on min) manat pulun müqabilində aylıq 1200 manat pensiya təyin etdirəcəyinə dair verdiyi üçün ona inanıb iki dəfəyə yəni, 27.03.2017ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, döngə 9, ev 12 ünvanına qızı Gülnarə Qurbanova ilə gedərək, 8000 (səkkiz min) manat pulu, 04.04.2017-ci il tarixdə isə həmin ünvana gedərək, 2000 (iki min) manat pulu Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs ona 1-2 aya pensiyanın təyin olunacağını desə də 4 ilə yaxın müddət keçməsinə baxmayaraq, ona pensiya təyin olunmamış, sonuncu müxtəlif bəhanələr gətirdiyi üçün ona verdiyi pulu geri qaytarmasını tələb etmiş, artıq müxtəlif bəhanələlə vaxt uzatmağa çalışdığı üçün könüllü olaraq Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsinin “Qaynar” xətt əlaqə mərkəzinə müraciət etmiş və etdiyi şikayətdən sonra Təqsirləndirilən şəxs verdiyi məbləğdən sonuncu tərəfindən ona 2480 (iki min dörd yüz səksən) manat pul ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Məhərrəm qızı ifadəsində bildirdi ki, o, təxminən 10 ildən artıq müddətdir ki, ailəvi tanıdığı Təqsirləndirilən şəxs ilə münasibətləri yaxşı olmuşdur. Təqsirləndirilən şəxs ona X5 dərs demişdir. 2017-ci ilin mart ayında anası Şahid1 ilə Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, döngə 9, ev 12 ünvanında yaşadığı Təqsirləndirilən şəxs evinə qonaq getmişdir. Aralarında olan söhbət zamanı anası pensiya almaq istədiyini bildirmiş, Təqsirləndirilən şəxs ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən tanışının vasitəsi ilə pensiya yaşı düşmədiyindən əlilliklə bağlı ayda 1200 manat pensiya təyin etdirə biləcəyini təklif etmişdir. Təxminən 4-5 gün sonra Rəna onun anası ilə telefon əlaqəsi saxlayaraq onu yaşadığı evə dəvət etdiyi üçün onunla görüşmüşdür. Görüş zamanı Təqsirləndirilən şəxs tanışı ilə danışdığını və əlilliklə bağlı aylıq 1200 manat pensiyanın təyin olunması müqabilində 10000 (on min) manat pul verməli olduğunu bildirmişdir. Anası Təqsirləndirilən şəxs inanaraq bu işin həll edilməsinə razılaşmış, həmin məbləği də düzəldib verəcəyinə razılıq vermişdir. 27.03.2017-ci il tarixdə anası həmin məbləğin 8000 (səkkiz min) manatını borc alaraq onunla birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə gedərək əvvəlcə 8000 (səkkiz min) manat, 04.04.2017-ci il tarixdə isə eyni qayda ilə 2000 manat məbləğində pulu ona vermişdir. Rəna onun anasına qısa müddətdə pensiyanın təyin etdirəcəyinə dair vədlər vermişdir. Sonra anasına pensiya təyin olunmadığını görüb onunla görüşməklə zəngləşmiş, lakin o, hər dəfə müxtəlif bəhanələr gətirməyə başladığı üçün anası şikayət etmişdir. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri-digərini tamamlayan sübutlar əsasında müəyyən oldu ki, Təqsirləndirilən şəxs X5 həkim-müəllimə vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə, əlilliklə bağlı pensiya təyin edilməsində köməklik göstərilməsi ilə bağlı 2017-ci ilin mart ayında özünə müraciət etmiş, tələbəsi olmuş Şahid2 anası Şahid1 özünün guya geniş əlaqələrə malik olduğunu və həmin əlaqələrindən istifadə edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən tanışları vasitəsi ilə ola əlilliklə bağlı ayda 1200 (min iki yüz) manat pensiya təyin etdirə biləcəyini Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, döngə 9, ev 12 ünvanında görüşləri zamanı ona yalandan vəd edib, həmin məsələnin müsbət həlli üçün özünün əlaqələri vasitəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə, yəni sonuncunun barəsində əlilliklə bağlı pensiya təyin edilməsinə görə özü vasitəsi ilə birbaşa yolla maddi nemət olan 10000 (on min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirib, sonuncu ilə razılaşmaqla sövdələşərək, həmin adla 27.03.2017-ci il tarixdə 8000 (səkkiz min) manat, 04.04.2017-ci il tarixdə isə 2000 (iki min) manat olmaqla, cəmi 10000 (on min) manat məbləğində pul vəsaitini Şahid1 sonuncunun yaşadığı Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, döngə 9, ev 12 ünvanında yerləşən mənzilində alıb şəxsi ehtiyaclarına sərf etməklə, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə sonuncuya məxsus 10000 (on min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduqluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətlərə görə birbaşa yolla özü vasitəsi ilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verməyə sonuncunu təhrik etmişdir. Məhkəmə iclasında elan edilmiş və işdə olan 17.04.2021-ci il tarixdə DVD diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, Şahid2 Məhərrəm qızı tərəfindən video kamera vasitəsi ilə qeydə alınmış Təqsirləndirilən şəxs Təvəkkül qızının video çəkiliş görüntülərinıin əks olunduğu 2 ədəd DVD diskə baxış keçirilmiş və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında elan edilmiş və işdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış 19.03.2021-cı il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 17.02.2016-cı il tarixli 1(044)-16/2016 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib, 3000 manat miqdarında cərimə cəsasına məhkum olunmuşdur. Məhkəmə iclasında elan edilmiş və işdə olan Gəncə şəhər Probasiya Şöbəsinin 16.06.2021-ci il tarixli 987/21 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 17.02.2016-cı il tarixli 1(044)-16/2016 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib, 3000 manat miqdarında cərimə cəsasına məhkum edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” AR 06.05.2016-cı il tarixli qanunu tətbiq edilmiş və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 7(044)111/2016 saylı 10.11.2016-cı il tarixli qərarı ilə CM-nin 178.2.4-cü maddəsinin 178.1-ci maddəsinə tövsif edilmiş və o, CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib, 700 manat cərimə cəzasına məhkum edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 7(044)-45/2017 saylı 10.11.2017-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs “28 may –Respublika günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Qərarının 1.8-ci bəndinə əsasən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 7(044)111/2016 saylı 10.11.2016-cı il tarixli qərarı ilə təyin edilmiş 700 manat cərimə cəzasından azad edilmişdir. Məhkəmə iclasında elan edilmiş və işdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Təvəkkül qızı yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə iclasında elan edilmiş və işdə olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs səkkiz ildir ünvan 4 ünvanda yerləşən evdə ailəsi ilə birlikdə qeydiyyatsız yaşayır və ailə tərkibi 1994-cü il təvəllüdlü X3 və 1995-ci il təvəllüdlü X2 ibarətdir. Məhkəmə iclasında elan edilmiş və işdə olan X6 01.08.2021-ci il tarixli 1-3/321 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs həqiqətən 25-şh saylı əmrlə 10.08.2000-ci il tarixində X5 həkim-müəllim vəzifəsinə işə qəbul edilmiş və hal-hazırda kollecdə həkimmüəllim vəzifəsində çalığır. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs bu cinayəti törətməkdə təqsiri tam sübuta yetirilmiş və onun həmin hərəkəti istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Buna görə də o, həmin maddələr ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikasının CM-nin 178.2.3, 178.2.4 maddələrinin (31.05.2017-ci il tarixli redaksiyada) sanksiyasında üç min manatdan beş min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının CM-nin 32.4-cü maddəsinə əsasən ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır. Azərbaycan Respublikasının CM-nin 312.1-ci maddəsinin (31.05.2017-ci il tarixli redaksiyada) sanksiyasında min manatdan iki min manatadək miqdarda cərimə və ya üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının CM-in 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi Azərbaycan Respublikası CM-in 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. Məhkəmə iclasında elan edilmiş və işdə olan 06.08.2021-ci il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq onun cəzasını yüngülləşdirən halla yanaşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Göründüyü kimi qüvvədə olan cinayət qanunvericiliyi qanunla nəzərdə tutulan hallar mövcud olduqda cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinə imkan verir. Həmçinin cinayət qanunvericiliyinə nəzər salsaq görərik ki, qanun işin müstəsna halları anlayışını dəqiq müəyyən etmir. Ona görə də belə halların mövcudluğu məhkəmə tərəfindən müəyyən edilməli, onlar konkretləşdirilməli və müstəsna hal kimi qiymətləndiriılməsinin səbəbləri hökümdə əsaslandırılmalıdır. Bu halları müəyyən edərkən məhkəmə həm cəzanı yüngülləşdirən ayrı-ayrı halları, həm də bu cür halların məcmusunu, yəni cinayətin mötivi və məqsədini, təqsirkarın cinayətin törədilməsində rolunu, cinayətin törədilməsi zamanı və ondan sonrakı davranışını, təqsirkarın şəxsiyyətini xarakterizə edən Məhkəmə Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarekterizə edilməsini, törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzanı yüngülləşdirən hallar CM-in 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəza təyin edilən zaman nəzərə alınmalıdır. Məhkəmədə, təqsirləndirilən şəxsin əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alıb məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələrinin (31.05.2017-ci il tarixli redaksiyada) sanksiyası həddə cərimə cəzası növündə cəzanın təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD-RW formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur, Azərbaycan Respublikasının CM-nin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 346-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: İbrahimova Rəna Təvəkgül qızı Azərbaycan Respublikasının CM-nin 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələrində (31.05.2017-ci il tarixli redaksiyada) nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4-cü maddələri (31.05.2017-ci il tarixli redaksiyada) ilə 3000 (üç min) manat cərimə cəzasına və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4, 312.1-ci (31.05.2017-ci il tarixli redaksiyada) maddələri ilə 1500 (min beş yüz) manat cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən az ciddi cəza daha ciddi cəza ilə birləşdirilməklə, Təqsirləndirilən şəxs qəti olaraq 4000 (dörd min) manat cərimə cəzası təyin edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası təqsirləndirilən şəxs İbrahimova Rəna Təvəkgül qızının yaşayış yeri üzrə icra qrumuna tapşırılsın. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD-RW formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №1(044)-241/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-241/2021
10.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver