Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-243/2021 29.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə rayon (şəhər) instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi X1, təqsirləndirilən şəxs Baxışova Hökümə Elmixan qızının iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində 3 azyaşlı uşağı olan, orta təhsilli, Gəncə şəhəri MKTİB-də xadiməçi işləyən, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Atatürk prospekti 197, ev 11B-də qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM-in) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Baxışova Hökümə Elmixan qızı (bundan sonra-Təqsirləndirilən şəxs), 19.03.2021ci il tarixdə, saat 18 radələrində ünvan 1 ünvanda yerləşən yaşadığı evdə qonşusu Zərərçəkmiş şəxs ilə azyaşlı uşaqlarının mübahisə etmələri səbəbindən aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə və münaqişə zamanı əli ilə sonuncunun sifət və kürək nahiyələrindən vuraraq ona alt çənənin və sol kürək nahiyyəsinin sıyrıqları ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən və üst dodağın selikli qişasının əzilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bununla da Baxışova Hökümə Elmixan qızı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilənəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs Baxışova Hökümə Elmixan qızı ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, o, Gəncə şəhəri, Atatürk prospekti 197, ev 11b-də ailə üzvləri ilə birlikdə yaşayır və Gəncə şəhəri MKTİB-də xadiməçi olaraq işləyir. 19.03.2021-ci il tarixdə 17 radələrində qonşudan ona bildirmişlər ki, az yaşlı oğlu uşaqlarla dalaşır və o, həmin vaxt evdən çıxıb 18 saylı tam orta məktəbin arxa tərəfinə gedərək uşaqların dalaşmasına imkan verməmişdir. Bundan sonra az yaşlı oğlunu evə gətirərək, Nəhayətin oğlu Hikmətəliyə evə get deyib, anasına zəng edib bu barədə məlumat verəcəyini bildirmişdir. Sonra evə gəlib evdən mobil telefon vasitəsi ilə Nəhayətə zəng edib uşaqların dalaşmasını deyib, oğlunun onun oğlu ilə bir daha dalaşası olsa oğlunu vuracağını bildirmiş, həmin vaxt Nəhayət mobil telefonu onun üzünə bağlamışdır. O, təkrar Nəhayətə zəng edib, üzünə hansı səbəbdən telefonu söndürməsini soruşmuş, həmin vaxt həyat yoldaşı Xəyal ona kim olursa olsun oğlunu kim vurub deyərək nəlayiq söz işlətmişdir. Bu zaman mobil telefonda olan Nəhayət Xəyalın nalayiq sözlər deməsini eşidib onun evinə gələcəyini bildirmiş və Nəhayət oğlu Hikmətəli ilə birlikdə onun yaşadığı evə gələrək evin qapısını döymüş, o, giriş qapsını açan zaman Hikmətəli nalayiq sözlər işlədib, həyat yoldaşı Xəyalın harada olmasını soruşmuş və o kimdi anasına söyüş söyür demişdir. Həmin vaxt Xəyal qonaq otağından evin giriş qapısına çıxmış, Xəyal qapıya çıxan kimi Hikmətəli Xəyalın üstünə hücum edərək təpiklə Xəyalın sol ayağına vurmuş, həmin vaxt Nəhayətdə evə girərək Xəyalın üstünə hücum etmək istəyən zaman onun qarşısını kəsmişdir. Həmin vaxt onunla Nəhayət arasında evin mətbəxində mübahisə yaranmışdır. Mübahisə zamanı o, Nəhayəti itələmək istəsə də, Nəhayət onu itələdiyi üçün yerə yıxılmışdır. Bundan sonra Nəhayət üstünə çıxaraq sağ əlindən sıxaraq ona xəsarət yetirmişdir. Həmin vaxt ayağa durmaq üçün Nəhayətin baş nahiyyəsinə əl ataraq onu özündən uzaqlaşdırmaq istəmiş, ola bilərki dırnaqları ilə Nəhayətin dodaq nahiyyəsini cırmışdır. O, ayağa qalxan kimi görmüşdür ki, qonşular Xəyalı qonaq otağına keçirmişlər, evin çöl qapısını bağlayaraq onların çölə çıxmasına imkan verməmişdir ki, polis gələnə kimi evdə olsunlar. Həmin vaxt onlar evin mətbəxinin bir küncündə durmuşlar, bundan sonra aralarında sözlü mübahisə davam etmiş, bir-birlərinə qarşı nalayiq sözlər deyərək bir birilərini təhqir etmişlər. Nəhayətlə aralarında mübahisə baş verən zaman Nəhayət az yaşlı uşağına pay verilmiş qızıl qolbağını əzik-əzik etmişdir. Münaqişə 10-15 dəqiqə davam etmişdir. Bundan sonra DİN-nin 102 xdimətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermiş və Nizami RPİ-nin əməkdaşları ora gələrək onları Nizami RPİ-nə dəvət etmişlər. Əməlindən peşmandır. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, ünvan 2 ünvanda iki azyaşlı oğlan övladları ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs və sonuncunun əri Şahid4 onlarla qonşuluqda yaşayırlar. Onlarla münasibətləri normal olmuş, heç bir düşmənilik və ədavətləri olmamışdır. 19.03.2021-ci il tarixdə yaşadığı evin yaxınlığında yerləşən “Əminə” marketdən yaşadığı evə qayıdan zaman Hökümə ona zəng edib telefonda uca səslə qışqıra-qışqıra danışıb oğlu Hikmətəlinin onun oğlu Kənanla dalaşdıqlarını demişdir. O, həmin vaxt Höküməyə uşaqların dalaşıb barışacaqlarını və onları danlamaq lazım olduğunu demişdir. Bundan sonra Hökümə telefonu söndürmüş, daha sonra Hökümə yenidən zəng etmiş, telefonu açıb cavab vermək istədikdə əri Xəyalın onun ünvanına nalayiq ifadələrlə söyüşlər söydüyünü eşitmiş və telefonu söndürmüşdür. O, yaşadığı evin qarşısına çatıb mağazadan aldığı ərzaq məhsullarını evlərinin qarşısında yerləşən oturacağın üzərinə qoyub oğlu Hikmətəlinin futbol oynadığı yerə tərəf getmişdir. Oraya getdikdə oğlu Hikmətəlinin qolundan Hökümənin tutub evlərinə tərəf apardığını görmüşdür. Ora çatan anda onlar Hökümənin yaşadığı evə girmişlər. Hökümənin yaşadığı evə daxil olmaq istədikdə o, tez evin qapısını örtmüşdür. Qapını döyüb açmasını xahiş etmiş, Hökümə evin qapısını açan kimi onun həmin vaxt əynində olan xalatın yaxasından tutub içəriyə tərəf dartmışdır. O, içəriyə tərəf keçdikdən sonra evin qapısını içəridən bağlamışlar. Evin dəhlizində Hökümə onu nalayiq ifadələrlə söyüb təhqir etmiş, başında olan hicabı çəkib çıxarmaq istədikdə onu itələmişdir. Bu zaman Hökümə arxası üstə yerə yıxılmış, o, da Hökümənin üzərinə yıxılmış, yerdə yıxıldığı zaman Hökümə üz nahiyyəsinə zərbələr vuraraq ona xəsarətlər yetirmişdir. Aralarında baş vermiş dava-dalaş təxminən yarım saat müddətində baş verib davam etmişdir. Həmin vaxt Xəyalın anası Şəqilə də oraya gəlmiş, onu nalayiq söyüşlərlə təhqir etmişdir. Bundan sonra onların bu hərəkətləri barədə DİN-in 102 xidmətinə müraciət etmişdir. Sonra polis əməkdaşlarının dəvəti əsasında Nizami rayon Polis İdarəsinə gedib orada ərizə və izahat vermişdir. Baş vermiş dava-dalaş zamanı onu konkret olaraq dodaq nahiyyəsindən Təqsirləndirilən şəxs vuraraq xəsarətlər yetirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs iştirakı ilə şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Gəncə şəhəri, Atatürk prospekti 197, ev 13, mənzil 60-da ailə üzvləri ilə birlikdə yaşayır və 18 saylı tam orta məktəbin 8-ci sinif şagirdidir. Zərərçəkmiş şəxs Allaverdi qızı anası, Təqsirləndirilən şəxs Elmxan qızı və sonuncunun həyat yoldaşı Şahid4 isə qonşularıdır. 19.03.2021-ci il tarixdə saat 17 radələrində balaca qardaşı ilə Hökümənin oğlu arasında mübahisə olmuşdur. Onlar uşaqlarla birlikdə 18 saylı tam orta məktəbin arxasına getmək istəyən zaman qonşuları Hökümə qarşılarını kəsərək ora getmələrinə imkan verməmişdir. Hökümə ona onların evinə getməyini deyib, anasının da ora gələcəyini bildirmişdir. Hökümə ilə birlikdə onların evinin qarşısında çatan zaman, Hökümə onun anasının gəlməsini görüb, koftasından tutub onu evlərinə salmışdır. Arxalarınca anası Nahəyət ora gələrək onu evə girməyinə maneçilik törətmək istəsə də Hökümə anasının koftasından tutub onları evə daxil edərək evin çöl qapısını bağlamışdır. Həmin vaxt evin dəhlizində anası Nəhayətlə Hökümə arasında dava dalaş yaranmışdır. Həmin vaxt anası Nahəyət Höküməni yerə yıxaraq onun qolarından tutmuş, Hökümə ucа səslə səs-küy salaraq onu və anasını evin küncünə sıxaraq onlara nalayiq sözlər deyib təhqir etmiş və evin qapısını açaraq digər qonşuların evə gəlməsinə şərait yaratmışdır. Bundan sonra Hökümə evin dəhlizində onlara qarşı nalayiq sözlər deyərək təhqir etməyə davam etmişdir. Bundan sonra polis əməkdaşları ora gələrək onları Nizami RPİ-nə dəvət etmişlər. Dava-dalaş 10-15 dəqiqə davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, o, Gəncə şəhəri, Atatürk prospekti 197, ev 1, mənzil 83-də yaşayır. Gəncə şəhər Mənzil Kommunal Təmizlik İdarəsində süpürgəçi işləyir. Şahid4 onun oğlu Təqsirləndirilən şəxs isə gəlnidir. Nəhayəti Mayılovanı da tanıyır, sonuncu onlarla qonşu binada yaşayır, sonuncu ilə heç bir münasibəti, düşmənçilik və ədavəti yoxdur. 19 mart 2021-ci il tarixdə, axşam saat 18 radələrində yaşadığı evə gələrkən oğlu Xəyalın evindən səs-küy gəlməsini eşidib oraya getmiş və evə daxil olan zaman evdə Nəhayətlə Hökümənin bir-birləri ilə mübahisə edib bir-birini söyüb təhqir etdiklərini görmüş, həmin vaxt o, Nəhayətin işlətdiyi xoşagəlməz sözləri eşidib sonuncuya öz iradını bildirmiş, həmin vaxt Nəhayət və onun oğlu Hikmətəli onu vurmaq istəsələr də orada olan şəxslər onların dalaşmağına imkan verməmişlər. Həmin vaxt polis əməkdaşları da oraya gəlmiş, mübahisə 10-15 dəqiqə davam etmiş, xatırlamadığı bir neçə nəfər qonşular orada olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 şahid qimində dindirilmiş Şahid3 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirdi ki, Gəncə şəhəri, Atatürk prospekti 197, ev 11b-də ailə üzvləri ilə birlikdə yaşayır. Özü rəsmi olaraq Gəncə şəhəri MKTİB-də işləyir. Təqsirləndirilən şəxs Elmxan qızı onun həyat yoldaşı, Zərərçəkmiş şəxs qonşu binada yaşayan tanış, X4 isə Nəhayətin oğludur. 19 mart 2021-ci il tarixdə, saat 17:30 radələrində o, işdən evə gələn vaxt həyat yoldaşı evə gələrək uşaqların arasında dava-dalaş olmasını, az yaşlı oğlunun döyülməsini bildirmişdir. Bundan sonra həyat yoldaşı Hökümə mobil telefon vasitəsi ilə Nəhayətə zəng edib hadisənin hansı səbəbdən baş verdiyini soruşanda o, övladlarına qarşı hər hansı bir hərəkət edən şəxsin ünvanına nalayiq sözlər işlətmişdir. Zərərçəkmiş şəxs da nalayiq sözlər işlətməsini eşitmişdir. Təxminən 5-6 dəqiqə sonra evin giriş qapısı döyülmüş, həyat yoldaşı Hökümə evin çöl qapısını açan zaman Nəhayət və sonuncunun oğlu Hikmətəli nalayiq ifadələr işlədərək Hökümədən onun harada olmağını soruşmuşdur. Həmin vaxt mübahisə baş verməməsi üçün o, Nəhayətgilin qarşısına çıxmamışdır ki, aralarında dava-dalaş baş verməsin. Lakin Hökümə ilə Nəhayət arasında mübahisə baş verdiyi üçün əlbayaxa olub dalaşmışlar. Bundan sonra yaranmış səs-küyə görə qonşular onların mənzilinə gəlib daxil olmuşlar. Hökümə evin çöl qapsını bağlayıb polis gələnə kimi Nəhayətgili çölə buraxmamışdır. Həmin vaxt Nəhayətlə Hökümə arasında sözlə mübahisə davam etmiş, bir-birlərinə qarşı nalayiq sözlər demişlər. Həmin dava-dalaş onların yaşadığı evin içərisində baş vermiş, həmin vaxt orada o, həyat yoldaşı Hökümə, Nəhayət, sonuncunun oğlu Hikmətəli olmuş, daha sonra səs-küyə qonşular gəlmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirdi ki, Gəncə şəhəri, Atatürk prospekti 197, ev 1, mənzil 3a-da ailə üzvlərimlə birlikdə yaşayır. Özü rəsmi olaraq Gəncə şəhər MKTBİ-də süpürgəçi işləyir. Şahid4 və Təqsirləndirilən şəxs qonşularıdır. Zərərçəkmiş şəxs və onun oğlu Hikmətəli də qonşularıdır, onlarla heç bir düşmənçiliyi və yaxud da ədavəti olmamışdır. 19.03.2021-ci il tarixdə saat təxminən 18 radələrində yaşadığı evdə olan zaman azyaşlı oğlu evə gələrək bildirmişdir ki, qonşuluqda yaşayan Höküməgilin evində dava-dalaş var. Bunu eşidib dərhal Höküməgilin yaşadığı evə getmişdir. Onların evlərinə daxil olan zaman evin dəhlizində Nəhayətlə Hökümənin dalaşdıqlarını görmüşdür. Həmin vaxt o, Nəhayəti Hökümənin üstündən çəkmiş, səs-küyə digər qonşular evə daxil olmuşlar. Qonşuların müdaxiləsindən sonra hərə öz evinə getmişdir. Dava-dalaş zamanı kimin kimi konkert olaraq vurmasını görməmişdir. Onlar arasında olan mübahisə də 10-15 dəqiqə davam etmiş və səsə-küyə qonşular yığılmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Məhkəmə-Tibbi Ekspertiza və X11-Təcrübi Tədris” Birliyinin Gəncə şəhər şöbəsinin 01.04.2021-ci il tarixli, 271 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, 1971-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – üst dodağın selikli qişasının əzilmiş yarası, alt çənənin və sol kürək nahiyəsinin sıyrıqları – bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 19.03.2021-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən – üst dodağın selikli qişasının əzilmiş yarası dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa zərər vurmaya, alt çənənin və sol kürək nahiyəsinin sıyrıqları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 10.03.2021-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Təqsirləndirilən şəxs məxsus ünvan 3 ünvanında baş vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Rayonlararası Ruhi Əsəb Dispanseri tərəfindən verilmiş 29.07.2021-ci il tarixli, 2916 saylı arayışdan görünür ki, Baxışova X3 Dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 15.07.2021-ci il tarixli 280 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 4ünvanda - Şahid4, X10, X7, X2 ibarət ailə üzvləri ilə birlikdə yaşayır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət səciyyələndirilir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan seriya AZE 10274085 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 08.12.2007-ci il tarixdə anadan olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan seriya AZE ********* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 14.02.2011-ci il tarixdə anadan olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan seriya AZE 18174758 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 12.03.2018-ci il tarixdə anadan olmuşdur. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri-digərini tamamlayan sübutlar əsasında aydın olmuşdur ki, Təqsirləndirilən şəxs, 19.03.2021-ci il tarixdə, saat 18 radələrində ünvan 1 ünvanda yerləşən yaşadığı evdə qonşusu Zərərçəkmiş şəxs ilə azyaşlı uşaqlarının mübahisə etmələri səbəbindən aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə və münaqişə zamanı əli ilə sonuncunun sifət və kürək nahiyələrindən vuraraq ona alt çənənin və sol kürək nahiyyəsinin sıyrıqları ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən və üst dodağın selikli qişasının əzilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə təqsiri tam sübuta yetirilmiş və onun həmin hərəkəti təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Buna görə də o, həmin maddə ilə cinayət məsuliyyəti daşıyıb cəzalanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 19.07.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 02.08.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş 06.08.2021-ci il tarixli 440 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl, həmin əməli töədərkən və hazırkı ekspertiza zamanı qarışıq dissosiativ pozuntu XBT 10 F44.7 xəstəliyi keçirmişdir və keçirir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, tibbi sənədlər, anamnestik məlumatlar və hazırkı ekspertiza imkan verir. Təqsirləndirilən şəxs qarışıq dissosiativ pozuntu XBT 10 F44.7 xəstəliyi keçirməsinə baxmayaraq o, hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur. Yəni anlaqlı olmuşdur. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşaqlarının olmasını, eləcə də Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə onu da qeyd edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur və cəzanı yüngülləşdirən hallar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəza təyin edilən zaman nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən cinayət törətməsini), cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alıb hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə törətdiyi cinayətə görə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 49.2-ci maddəsinə əsasən islah işlərinə məhkum olmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 45.1-ci maddəsinə əsasən islah işləri növündə cəzanın icrası müddəti məhkumun işlədiyi və onun qazancından tutulmalar aparıldığı aylar və günlərlə hesablanır. Ona görə də cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı gündən hesablanmalıdır. İş üzrə sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353-cü və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respubikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, aylıq qazancından dövlət nəfinə 10 (on) faiz məbləğində pul tutulmaqla, 3 (üç) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasının çəkilmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökmün icrası cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. İş üzrə sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №1(044)-243/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-243/2021
29.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver