Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-25/2022 05.05.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızınn katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, X1, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10 və Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs6 hüquqi varisi X6nun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Hacalı oğlunun iştirakı ilə, 14.03.1988-ci ildə Gəncə şəhərində doğulmuş,Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Gəncə şəhəri, Kəpəz rayonu Zərdabi küçəsi ev 2 -də qeydiyyatda olmaqla, Kəpəz rayonu Z.Hacıyev küçəsi ev 11-də yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2,177.2.3 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olaraq təkrarən özgə əmlakını gizli yolla talayıb oğurluq etmiş və soyuq silahı qanunsuz olaraq əldə edib üzərində daşıyaraq gəzdirmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla ələ keçimək məqsədilə 19 noyabr 2019-cu il tarixdə saat 15-30 dəqiqədə Gəncə şəhəri, Kəpəz rayonu, Ü.Hacıbəyov küçəsində yerləşən “Köhnə avtomobil bazarı” ərazisində nəqliyyat vasitələrinin ehtiyat hissələri və aksessuarlarının alqı-satqısı ilə məşğul olan Zərərçəkmiş şəxs1 ticarət köşkünün qarşısına gəlib köşkün qarşısında açıq sahədə olan masanın üzərindəki Zərərçəkmiş şəxs1 məxsus olan 600 manat dəyərində “Samsung Galaxy S8” mobil telefon aparatını və həmin telefon aparatı üzərində olan 5 manat dəyərində mobil nömrəni gizli yolla talayaraq zərər çəkmiş şəxsə 605 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla ələ keçimək məqsədilə 24 sentyabr 2020-ci il tarixdə saat 02 radələrində Gəncə şəhəri, Kəpəz rayonu, DOS-84 yaşayış massivində yerləşən 6 saylı binanın 24 saylı mənzilində yaşayan Zərərçəkmiş şəxs2 yaşadığı mənzilin saxlanc yeri hesab edilən dəhlizinə, binanın giriş qapsının açıq olmasından yararlanıb qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs2 məxsus 380 manat dəyərində ölçülü “Naviqator Star” markalı 26-lıq velosipedi gizli yolla talayaraq zərər çəkmiş şəxsə 380 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə 23 dekabr 2020-ci il tarixdə saat 02 radələrində Gəncə şəhəri, Kəpəz rayonu, Natəvan qəsəbəsi, Gəncə-İmamzadə avtomobil yolunun sağ hissəsində yerləşən X2 məxsus olan “Gədəbəy” yeməkxanasına, yeməkxananın yola tərəf olan kiçik qapısının kilidini sındırıb qanunsuz olaraq daxil olaraq yeməkxananın zal hissəsində divara bərkidilmiş vəziyyətdə olan Qabil Əlinağıyevə məxsus 1100 manat dəyərində 01 ədəd 140 sm diametrli “Samsung” markalı televizoru gizli yolla talayıb zərər çəkmiş şəxsə 1100 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə 30 dekabr 2020-ci il tarixdə saat 02 radələrində ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs6 yaşadığı binanın qarşı tərəfinə gəlib Zərərçəkmiş şəxs6 binanın qarşısında saxladığı sonuncuya məxsus VAZ-2121 minik markalı, ** ED *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin 650 manat dəyərində hər iki yan güzgülərini gizli yolla talayaraq zərər çəkmiş şəxsə 650 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə 07 yanvar 2021-ci il tarixdə saat 01 radələrində ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs3 yaşadığı binanın qarşı tərəfinə gəlib binanın qarşısında saxladığı sonuncuya məxsus VAZ-21074 minik markalı, ** EC *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin qapısını özü ilə gətirdiyi soyuq silah hesab edilən zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağı ilə açıb avtomobilin salon hissəsindən 250 manat dəyərində “Pioneer” markalı maqnitofonu gizli yolla talayaraq zərər çəkmiş şəxsə 250 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə 07 yanvar 2021-ci il tarixdə saat 01-30 radələrində ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs4 yaşadığı binanın qarşı tərəfinə gəlib binanın qarşısında saxladığı sonuncuya məxsus VAZ-21074 minik markalı, ** EC *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin qapısını özü ilə gətirdiyi soyuq silah hesab edilən zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağı ilə açıb avtomobilin salon hissəsindən 250 manat dəyərində “Pioneer” markalı, “7150” modelli maqnitofonu gizli yolla talayaraq zərər çəkmiş şəxsə 250 (iki yüz əlli) manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə 07 yanvar 2021-ci il tarixdə saat 02 radələrində Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayon, bina 3, mənzil 26-da yaşayan Zərərçəkmiş şəxs10 yaşadığı binanın qarşı tərəfinə gəlib binanın qarşısında Zərərçəkmiş şəxs10 saxladığı sonuncuya məxsus VAZ-21061 minik markalı, ** CZ *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin qapısını özü ilə gətirdiyi soyuq silah hesab edilən zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağı ilə açıb avtomobilin salon hissəsindən 260 manat dəyərində “Pioneer” markalı maqnitofonu gizli yolla talayaraq zərər çəkmiş şəxsə 260 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə 11 yanvar 2021-ci il tarixdə saat 01 radələrində Gəncə şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, bina 58, mənzil 59-da yaşayan Zərərçəkmiş şəxs8 yaşadığı binanın qarşı tərəfinə gəlib binanın qarşısında Zərərçəkmiş şəxs8 saxladığı sonuncuya məxsus VAZ-21074 minik markalı, ** BG *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin qapısını özü ilə gətirdiyi soyuq silah hesab edilən zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağı ilə açıb avtomobilin salon hissəsindən 150 manat dəyərində «Pioneer» markalı maqnitofonu gizli yolla talayaraq zərər çəkmiş şəxsə 150 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə 11 yanvar 2021-ci il tarixdə saat 14 radələrində Gəncə şəhəri, Nizami rayonu, Ozan küçəsi, “Səviskar” qəbiristanlığının qarşısında, Zərərçəkmiş şəxs9 saxladığı sonuncuya məxsus VAZ-21061 minik markalı, ** BR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin qapısını özü ilə gətirdiyi soyuq silah hesab edilən zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağı ilə açıb avtomobilin salon hissəsindən 250 manat dəyərində “Pioneer” markalı maqnitofonu gizli yolla talayaraq zərər çəkmiş şəxsə 250 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə 12 yanvar 2021-ci il tarixdə saat 01 radələrində Gəncə şəhəri, Nizami rayonu, Muxtar Hacıyev küçəsi, bina 17, mənzil 49-da yaşayan Zərərçəkmiş şəxs11 yaşadığı binanın qarşı tərəfinə gəlib binanın qarşısında Zərərçəkmiş şəxs11 saxladığı sonuncuya məxsus VAZ-21154 minik markalı, ** DC *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin qapısını özü ilə gətirdiyi soyuq silah hesab edilən zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağı ilə açıb avtomobilin salon hissəsindən 200 manat dəyərində “Pioneer” markalı maqnitofonu gizli yolla talayaraq zərər çəkmiş şəxsə 200 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə 14 yanvar 2021-ci il tarixdə saat 07 radələrində Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, 2-ci döngə, ev 17-də yaşayan Zərərçəkmiş şəxs7 yaşadığı evin qarşı tərəfinə gəlib evin qarşısında Zərərçəkmiş şəxs7 saxladığı sonuncuya məxsus VAZ-21074 minik markalı, ** EH *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin qapısını özü ilə gətirdiyi soyuq silah hesab edilən zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağı ilə açıb avtomobilin salon hissəsindən 300 manat dəyərində “Pioneer” markalı maqnitofonu gizli yolla talayaraq zərər çəkmiş şəxsə 300 manat dəyərində ziyan vurmala oğurluq etmişdir. Həmçinin o, istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən 01 ədəd soyuq silah hesab edilən zavod üsulu ilə hazırlanmış kəsici-deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağını qanunsuz əldə edib üzərində daşıyaraq saxlamış, 15 yanvar 2021-ci il tarixdə saat 15 radələrində Gəncə şəhər Nizami RPİ-nin əməkdaşlarının keçirilmiş olduqları əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri Nizami rayonu, H.Əliyev prospekti, 475 ünvanında yerləşən Gəncə şəhər Nizami RPİ-nin inzibati binasına gətirilib üzərinə baxış keçirilən zaman əynindəki şalvarın arxa bel hissəsində kəmərə bərkidilmiş vəziyyətdə olan 01 ədəd soyuq silah hesab edilən zavod üsulu ilə hazırlanmış kəsici-deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağı aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu CM-nin 177.2.2,17.2.3 və 228.4-cü maddələri ilə tam təqsirli bilərək ifadəsində bildirdi ki, o, 22 dekabr 2020-ci il tarixdə axşam saatlarında tanışları Bəxtiyara və Ceyhunla görüşmüşdür. O, sonunculara demişdir ki, evdə narazılıq olub, həyat yoldaşı ilə uşağı küçədə qalıb, kirayə pulu tapa bilmir. O, Ceyhungilə təklif etmişdir ki, Gəncə şəhəri, Kəpəz rayonu, Natəvan qəsəbəsində yerləşən Gədəbəy yeməkxanasına oğurluğa getsinlər, oğurladığı əşyaları satıb kirayə pulunu düzəltsin. O, Gədəbəy yeməkxanasına oğurluğa girəcəyini Ceyhunla Bəxtiyara deyəndə Ceyhun və Bəxtiyar onunla getməmişlər, oğurluq etməkdən imtina etmişlər, o, əvvəllər həmin şəxslərlə oğurluq etməmişdir. Onlar bir az söhbət etmişlər, Ceyhun və Bəxtiyar evlərinə getmişlər. O, özü təkcə gecə saat 02 radələrində Gədəbəy yeməkxanasının yanına gəlmiş, yeməkxananın küçəyə tərəf baxan qapısını əlindəki bıçaqla sındırmış, həmin qapıdan yeməkxanaya daxil olmuşdur. O, içəri daxil olanda baxmışdır ki, yeməkxananın zal hissəsində sol tərəf divara asılı vəziyyətdə iri ölçülü ekranı olan Samsung markalı televizor vardır. O, fikirləşmişdir ki, tez televizoru götürüb çıxsın, satsa kirayə pulunu ödəyəcəkdir. O, həmin televizoru tez divardan söküb çölə çıxmış, kirayədə yaşadığı evə aparmışdır. O, bir müddət televizor üçün müştəri tapa bildməmiş, müştəri tapmaq üçün Bəxtiyar və Ceyhuna da demiş, sonuncular isə elə bir müştəri olmadığını bildirmişlər. Bir müddətdən sonra Kəpəz polisi onun oğurluq etməyini bilib onun yaşadığı ünvana polislər gəlmiş, o, da etdiyi oğurluğu etiraf etmiş, oradan oğurladığı televizoru və bundan əlavə Gəncə şəhər ərazisindən etdiyi maqnitofon oğurluqlarını da etiraf etmiş, evdə qalan iki ədəd maqnitofonun da oğurluq olmasını polislərə bildirmiş, onu maqnitofonlar və televizorla birlikdə Kəpəz rayon Polis İdarəsinə gətirmişlər. O, polisdə şəhər ərazisindən bir neçə avtomobillərdən oğurluq etməyini də etiraf etmişdir. Belə ki, o, 06 yanvar 2021-ci il tarixdən 07 yanvar 2021-ci il tarixinə keçən gecə saat 02 radələrində Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayonda, binanın nömrəsini bilmədiyi, lakin belə tanıdığı binanın qarşısında safari rəngdə VAZ-2106 markalı avtomobilə yaxınlaşmış, avtomobilin qapısını açmaq üçün əvvəlcədən özü ilə götürdüyü bıçaqdan istifadə edərək avtomobilin qapısını bıçaqla açmış, avtomobildən “Pioneer” markalı avtomobili söküb çıxartmaqla oğurlamışdır. Ondan sonra o, 07 yanvar 2021-ci il tarixdə günorta saatlarında Ş.İ.Xətai prospekti ilə Şahsevənlər prospektinin kəsişməsi tərəf küçədə baxmışdır ki, ağ rəngli VAZ-2105 markalı, nömrə nişanı yadında qalmayan avtomobil dayanmışdır, o, həmin o tərəf bu tərəfə baxmış, görmüşdür ki, heç kəs yoxdur, həmin avtomobilin qapısını açıb avtomobildən “Pioneer” markalı maqnitofonu oğurlamışdır. Bundan sonra o, 10 yanvar 2021-ci il tarixdən 11 yanvar 2021-ci il tarixinə keçən gecə saat 01 radələrində Heydər Əliyev prospektində nömrəsini bilmədiyi, lakin belə tanıdığı binanın qarşısında dayanmış qırmızı rəngli, nömrə nişanını bilmədiyi VAZ-2107 markalı avtomobilə yaxınlaşıb qapısını bıçaqla açaraq avtomobildə olan “Pioneer” markalı maqnitofonu oğurlamış, bundan sonra mən 11 yanvar 2021-ci il tarixdə günorta saatlarında Səbiskar qəbiristanlığının yanından keçəndə görmüşdür ki, boz rəngli VAZ- 2106 markalı, dövlət qeydiyyat nömrə nişanı yadında qalmayan bir avtomobil dayanmışdır, ətrafa baxıb görmüşdür ki, heç kəs yoxdur, o, yavaşca avtomobilə yaxınlaşıb eyni üsulla özündə olan bıçaqla avtomobilin qapısını açıb avtomobildən yenə də “Pioneer” markalı avtomobili oğurlamışdır. Daha sonra yadında qalan oğurluqlarından biri də 11 yanvar 2021-ci il tarixdən 12 yanvar 2021-ci il tarixinə keçən gecə təminən saat 01 radələrində Gəncə şəhəri, Muxtar Hacıyev küçəsində VAZ-21150 markalı, nömrə nişanı yadında qalmayan boz rəngli avtomobilin qapısını bıçaqla açıb avtomobildən 01 ədəd “Pioneer” markalı maqnitofonu oğurlamışdır. Bir də sonuncu dəfə yadında qalan oğurluqlarından biri də 13 yanvar 2021-ci il tarixdən 14 yanvar 2021-ci il tarixinə keçən gecə Gəncə şəhəri, Nizami küçəsindən ağ rəngli VAZ-2107 markalı avtomobilin qapısını bıçaqla açıb avtomobildən “Pioneer” markalı maqnitofonu oğurlamış, 15 yanvar 2021-ci il tarixində polislər onu Gəncə şəhərində M.Hacıyev küçəsi tərəfdə saxlayıb Nizami rayon Polis idarəsinə gətirmişlər, Nizami polisində üzərinə baxış keçirilərkən oğurluqlar zamanı istifadə etdiyi bir ədəd həmin bıçağı aşkar etmişlər. O, həmin bıçaqla avtomobillərin qapısını açmaq üçün istifadə etdiyimi bildirmiş, bıçağı təqdim etmiş, bıçağa baxış keçirilib götürülmüşdür, bu barədə protokol tərtib edilmiş, onun iştirakı ilə qablaşdırılıb möhürlənmişdir, o da imza etməklə protokolu və zərfin üzərini təsdiqləmişdir. O, qeyd etdiyi oğurluqlar nəticəsində əldə etdikləri maqnitofonların bir qismini, tanımadığı yolla gedərkən təklif etdiyi şəxslərə ucuz qiymətlərə satmış, qalan 02 ədəd maqnitofonu da, “Gədəbəy” yeməkxanasından oğurladığı “Samsung” markalı televizorla birlikdə Kəpəz polisinə təqdim etmişdir. O, sadaladığı oğurluqlardan başqa Kəpəz rayon ərazisindən də Nizami rayon ərazisindən də bir neçə ay bundan əvvəl də oğurluqlar etmiş, etdiyi oğurluqları, yəni avtomobildən etdiyi oğurluqları da tək etmişdir. O, digər oğurluqlarını tam xatırlamamış, amma istintaq vaxtı ona oğurluğun tarixi, avtomobilin rəngi və markası deyildikdən sonra həmin oğurluqlar da yadına salmışdır. O, Kəpəz rayonu, 3-cü və 4-cü mikrorayon ərazisindən də iki ağ rəngli VAZ-2107 markalı, nömrə nişanlarını bilmədiyi avtomobillərdən də maqnitofonları oğurlayıb tanımadığı şəxslərə satmışdır. O, sonuncu oğurlun hadisəsini 14 yanvar 2021-ci il tarixə keçən gecə saat 07 radələrində, Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, 2-ci döngədəki VAZ-2107 markalı avtomobildən maqnitofon oğurlamış, sonra ayrı bir oğurluq hadisəsi törətməmişdir. Gəncə şəhəri, Kəpəz rayonu, Ü.Hacıbəyov küçəsində yerləşən “Köhnə avtomobil bazarı”nda avtomobil üçün avadanlıqlar satan Qorxmaz adlı şəxsi uzun müddətdir ki, tanıyır, heç bir ədavəti, düşmənçiliyi olmamışdır. 2019-cu ilin noyabr ayının ortalarında, dəqiq tarixini xatırlamadığı vaxtda, günorta saatlarında vaxt keçirmək üçün maşın bazarında olarkən və avtomobil üçün hansısa əşya almaq üçün gedərkən baxmışdır ki, mağazanın qarşısındakı masanın üzərində mobil telefon vardır. Qorxmazın başı da mağazada müştəriləri yola salmağa qarışmışdır. O, masanın üzərindəki mobil telefonu gizli olaraq götürüb cibinə qoymuş və oradan uzaqlaşmışdır. Bundan sonra o, telefonu söndürərək nömrəni sındırıb tullamış, telefonu satıb pul əldə etmək istəmişdir. O, ertəsi günü maşın bazarına gedərkən Qorxmazın polisə şikayət etməsini bilmiş, fikirləşmişdir ki, telefonu istifadə etsə və ya kiməsə də satsa polis tərəfindən tutulacaq, buna görə də o, Qorxmazın mobil telefonunun yadında qalmayan yerdə sındırıb tullamışdır. O, saxlanıldığı istintaq təcridxanasında olarkən həmin etdiyi cinayəti könüllü olaraq etiraf etmək qərarına gəlmiş və bu barədə ərizə yazmışdır. Onun könüllü etiraf edirək ərizədə göstərdiyi 2-ci cinayət əməli isə velosiped oğurluğu olmuşdur. Belə ki, 2020-ci ilin sentyabr ayında, dəqiq tarixini xatırlamadığı vaxtda gecə saat 02 radələrində oğurluq etmək üçün Gəncə şəhəri, Kəpəz rayonu, DOS-84 adlanan yaşayış yerinə getmiş, orada dəqiq nömrəsini bilmədiyi, amma belə tanıdığı çoxmərtəbəli binanın giriş qapısına baxanda görmüşdür ki, ümumi giriş qapısı açıqdır. O, binanın dəhlizlərinə, eyvanlarına baxa-baxa 5-ci mərtəbəyə kimi qalxmışdır. O, 5-ci mərtəbəyə qalxanda görmüşdür ki, mənzilin eyvanında qara rəngli markasını yadında saxlamadığı 16 diametr ölçülü velosiped vardır. O, həmin velosipedi götürüb sürə-sürə yaşadığı evə gəlmiş, bir neçə gündən sonra həmin velosipedi təsadüfən tanış olduğu, adını yadından çıxardığı bir şəxsə 85 manata satmış, o, pulu da özünün şəxsi ehtiyacları üçün xərcləmişdir. O, cinayətləri tək etmiş, bu işlərdə ona heç kəs heç bir köməklik etməmişdir, bu cinayətləri törətməyi barədə də ərizə verərkən heç bir təsirə və ya təzyiqə məruz qalmamışdır. Həmçinin bildirmişdir ki, o, Nizami rayonu ərazisindən etdiyi maqnitofon oğurluqlarından başqa 2 maqnitofon da Kəpəz rayon ərazisindən 07 yanvar 2021-ci il tarixə keçən gecə saat 01 radələrində birinci dəfə 3-cü mikrorayondan, 2-ci dəfə isə 4-cü mikrayondan binanın qarşısında dayanmış Vaz-2107 markalı maqnitofnlardan qapını açmaqla salondan oğurlamış, həmin gecə tanımadığı taksi ilə o, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsinə 2-ci mikrorayona gedib oradan bir maqnitofon, ondan sonra isə Şahsevənlər küçəsi ilə Ş.İ.Xətai prospektinin kəsişməsindəki fərdi yaşayış evinin qarşısında dayanmış vəziyyətdə olan avtomoildən isə bir maqnitofon oğurlayıb evə gəlmiş, orada oğurladığı maqnitofonların dəqiq markasını və modelini bimir, amma o, oğurladığı maqnitofnlardan biri evdən götürülən maqnitofonlardan biri olmalıdır. O, həmçinin həmin oğurluqları da tək etmiş, oğurluqlar barədə də heç kəsə bildirməmişdir. O, maqnitofonlardan birini yadında qalmayan qiymətə tanımadığı yoldan keçən şəxsə satmış, biri evdə olmuş, Kəpəz polisi onu gətirəndə polisə gətirmişdir. Bundan əlavə o, 2020-ci ilin dekabr ayında dəqiq günü yadında qalmayan vaxtda Gəncə şəhəri, Kəpəz rayonu, H.Əliyev prospekti 3 saylı binanın qarşısında dayanan ağ rəngli Niva markalı, nömrə nişanını unutduğu avtomobilin də yan güzgülərini oğurlayıb evə aparıb orada gizlətmiş, satmaq istəmiş, sata bilməmiş, ehtiyat etmişdir ki, birdən tutular. O, tutulandan sonra yoldaşı Aytaca zəng vurmuşdur ki, aparıb o güzgüləri istintaqa təqdim etsin, sahib güzgüləri götürüb ondan şikayətini geri götürsün. Sonda o, törətdiyi əməllərdən peşmanlıq çəkdiyini və bir daha belə əməllərə yol verməyəcəyini bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 16 noyabr 2019-cu il tarixdə Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən “Köhnə avtomobil bazı” deyilən bazarda işlətdiyi avtomobil ehtiyat hissələri mağazasının qarşısında masanın üzərinə qoyduğu təxminən 5 ay əvvəl aldığı “Samsung S8” markalı, 870 manat dəyərində mobil telefon naməlum şəxs tərəfindən başı qarışdığı üçün gizli yolla oğurlanmışdır. Buna görə də o, ilkin olaraq Kəpəz rayon Pİ-nə, sonra isə DİN-nin 102 Xidmətinə müraciət etmişdir. Bundan başqa ona məxsus hər hansı bir digər əşya oğurlanmamışdır. Ona məxsus olan həmin telefon 16 noyabr 2019-cu il tarixdə saat 15 radələrində oğurlanmış, o, əvvəl telefonun dəyrini 600 manat, sonra 500 manat kimi qiymətləndirmiş, lakin sonradan həmin oğurlanmış telefonunun dəyərinin 600 manat olmasını bilmiş, içərisində mobil nömrə də 5 manat olduğu üçün ümumilikdə ona 605 manat dəyərində ziyan vurulmuşdur. Sonradan onun telefonunu oğurlayan şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Sonda o, dəymiş ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi olmadığını bildirərək sonuncuya yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, özünə məxsus olan Vaz-21074 minik markalı, ** EC *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili özü idarə edir. O, həmişə olduğu kimi 06 yanvar 2021-ci il tarixdə özünə məxsus həmin avtomobili yaşadığı binanın qarşısında saxlayıb qapılarını bağlayaraq evə gəlmişdir.O, ertəsi günü, 07.01.2021-ci il tarixdə günorta saatlarında evdən çıxmış, avtomobillə şəhərə getmək istəyərkən baxmışdır ki, avtomobilin qapısı açıqdır. O, avtomobilin salon hissəsinə baxanda görmüşdür ki, həmin hadisədən təxminən iki il bundan əvvəl 250 manata aldığı “Pioneer” markalı, “7150” modelli maqnitofonu oğurlanmışdır. O, bir daha avtomobilinin salon hissəsini yoxlamış, başqa bir əşya oğurlanmadığını görmüşdür. O, bunu dəqiqləşdirəndən sonra, əvvəl DİNnin 102 Xidmətinə, sonra isə Kəpəz rayon Pİ-nə gedərək ərizə və izahat vermiş, onun iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, bu barədə protokol tərtib edilmiş, o, da baxış protokolunun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Sonra ona məlum olmuşdur ki, onun avtomobilindən oğurluğu Məcid adlı bir şəxs etmiş, Məcidin ifadəsi yerində yoxlanılan zaman o, kənardan baxıb görmüşdür ki, Məcid onun avtomobilinə necə yaxınlaşmasını, qapını necə açıb maqnitofonu oğurlamasını hamısını göstərmişdir. Hadisə nəticəsində onun 250 manat dəyərimdə “Pioneer” markalı, “7150” modelli maqnitofonu oğurlanmışdır, qapının kilidini dəyişməsinə də usta haqqı ilə birlikdə 15 manat xərci çıxmış, ona görə də baş vermiş oğurluq hadisəsi nəticəsində ona 265 manat dəyərində maddi ziyan vurulmuşdur. Sonda o, Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın ödənildiyini, sonuncuya qarşı heç bir şikayəti və tələbi olmadığını bildirərək yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur, evlərinin yaxınlığında “Gədəbəy” yeməkxanasını işlədir, həmin yeməkxana ona məxsusdur, yeməkxananı özü işlədir, son vaxtlar pandemiya ilə əlaqədar elə bir müştəriləriləri olmur. Yeməkxanın yola tərəf, yəni Gəncə-İmamzadə avtomobil yoluna tərəf iki giriş qapısı vardır, bir qapı böyük ölçülüdür, əsas giriş qapısıdır, həmin qapıdan yeməkxananın zal hissəsinə girirlər, digər bir qapı kiçik ölçülüdür, plastik qapıdır, yeməkxananın kupe-otaq hissəsinə açılır, müştərilərin çoxusu əsas qapıdan daxil olub çıxırlar. O, özü hər səhər yeməkxananı açır, axşam da özü yeməkxananı bağlayır. Həmin vaxt pandemiya dövrü olduğu üçün yeməkxananı işlətməmiş, amma özü arxa tərəfdən, yəni ev tərəfdən içəri girib yeməkxanaya girib baxmışdır. 23 dekabr 2020-ci il tarixdə səhər saat 09 radələrində o, yeməkxanaya girəndə baxmışdır ki, yeməkxananın zal hissəsində yuxarı divara vurulmuş vəziyyətdə olan 1100 manata bir neçə ay bundan əvvəl aldığı ekranı 140 sm ölçülü “Samsung” markalı televizor oğurlanmışdır. O, yeməkxananın digər otaqlarına da baxıb görmüşdür ki, yeməkxanadan başqa bir əşya oğurlanmamış, yeməkxanaya da küçə tərəfdən kupe-otaq olan yerə açılan kiçik ölçülü plastik qapını sındırıb daxil olublar. O, qapıya baxanda görmüşdür ki, həqiqətən də qapının cəftəsi sındırılmışdır, oradan yeməkxanaya daxil olunubdur. O, həmin gün axşama kimi bir az gözləmiş, yeməkxanada da özü dəqiq yoxlanış aparıb görmüşdür ki, oğurlanan cəmi bir ədəd televizordur, bundan sonra polisə şikayət etmiş, sonra onun iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Ona məxsus olan yeməkxananın görüntü kamerası yoxdur, hadisənin dəqiq hansı vaxtda, hansı saatda baş verməsini deyə bilməz, bir onu bilir ki, gecə saatlarında yeməkxanaya daxil olub oğurluq edilmişdir, gündüz o, yeməkxanada olanda, televizor yerində olmuşdur. Sonda o, dəymiş ziyanın ödənilmədiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu və sonuncuya ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində ifadə vermiş X6 ifadəsində göstərmişdir ki, onun oğlu Zərərçəkmiş şəxs6 24.07.2021-ci il tarixdə vəfat etmişdir. 2020-ci ilin dekabr ayında oğluna məxsus Niva markalı avtomobilin yan güzgüləri oğurlanmışdır. Oğlu Ələsgər həmin vaxt polisə müraciət etmiş, bundan sonra oğurluq edənin Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. İstintaq zamanı oğurlanmış güzgülər geri qaytarılmışdır. Sonda o, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi olmadığını bildirərək yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, Vaz-21074 minik markalı, ** EH *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. 13 yanvar 2021-ci il tarixdə axşam saatlarında saat 22 radələrində o, evə gələndə avtomobilini həmişəki kimi yaşadığı evin qarşısında saxlamış, açarla avtomobilin qapısını bağlayıb evə getmişdir. O, 14 yanvar 2021-ci il tarixdə saat 07 radələrində evdən çıxıb çörək almağa getmiş, həmin vaxt maqnitofon yerində olmuş, oğurlanmamışdır. O, evə gəlib yemək yemiş, saat 08-30 radələrində işə getmək üçün evdən çıxanda avtomobilə yaxınlaşanda görmüşdür ki, sol qabaq qapısı açılmış, kilidi sındırılmışdır. O, tez qapını açıb avtomobilə baxanda görmüşdür ki, həmin hadisədən təxminən bir il əvvəl 300 manata aldığı “Pioneer” markalı, “8450” modelli maqnitofon oğurlanmışdır. O, bunu görmüş, bir daha avtomobilinin salon hissəsini yoxlamış, başqa bir əşya oğurlanmamışdır. O, bunu dəqiqləşdirəndən sonra, Nizami RPİ-nə gedərək ərizə və izahat vermiş, onun iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, bu barədə protokol tərtib edilmiş, o da baxış protokolunun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Sonra ona məlum olmuşdur ki, onun avtomobilindən oğurluğu Məcid adlı bir şəxs etmiş, Məcidin ifadəsi yerində yoxlanılan zaman kənardan baxıb görmüşdür ki, Məcid onun avtomobilinə necə yaxınlaşmasını, qapını necə açıb maqnitofonu oğurlamasını göstərmişdir. Hadisə nəticəsində onun 300 manat dəyərimdə “Pioneer” markalı maqnitofonu oğurlanmış, qapının kilidini dəyişməsinə də usta haqqı ilə birlikdə 15 manat xərci çıxmışdır. Ona görə də baş vermiş oğurluq hadisəsi nəticəsində ona 315 manat dəyərində maddi ziyan vurulmuşdur. Həmin günün axşamı onu Nizami polisindən çağırmışlar ki, oğru tutulubdur, o, sonra Kəpəz polisində 02 ədəd maqnitofona baxanda öz maqnitafonunu tanımışdır. Sonda o, Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın ödənildiyini, sonuncuya qarşı heç bir şikayəti və tələbi olmadığını bildirərək ən yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur, boş vaxtlarımda da özünə məxsus olan 2020-ci ilin iyul ayında baş etibarnamə əsasında aldığı VAZ-21074 minik markalı, ** BG *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə taksilik edib ailəsinə çörək pulu qazanır. Həmişə olduğu kimi o, 10 yanvar 2021-ci il tarixdə də saat 23 radələrində yaşadığı binanın qarşısına gəlib avtomobilini binanın qarşısında saxlamış, qapılarını bağlayıb yaşadığı mənzilə çıxmışdır. Ertəsi günü, yəni 11 yanvar 2021-ci il tarixdə səhər saatlarında avtomobilinin yanına gələrkən baxmışdır ki, sol qabaq qapının kilidi nə iləsə də açılmış, avtomobilindən “Pioneer” markalı maqnitofonu oğurlanmış, başqa bir əşya oğurlanmamışdır. O, əvvəl elə fikirləşmişdir ki, yəqin yaxında qalan şəxslərdən kimsə də götürmüş, bir neçə saat o, barədə fikirləşmiş, götür-qoy eləmiş, sonra həmin günü axşam saatlarında avtomobilindən oğurluq olması barədə DİN-nin 102 Xidmətinə məlumat vermiş, sonra isə Kəpəz rayon Pİ-nə gedərək ərizə və izahat vermiş, onun iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, bu barədə protokol tərtib edilmiş, o da baxış protokolunun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Sonra ona məlum olmuşdur ki, onun avtomobilindən oğurluğu Məcid adlı bir şəxs etmişdir, Məcidin ifadəsi yerində yoxlanılan zaman o, kənardan baxıb görmüşdür ki, Məcid onun avtomobilinə necə yaxınlaşmasını, qapını necə açıb maqnitofonu oğurlamasını hamısını göstərmişdir. Hadisə nəticəsində onun 150 manat dəyərində “Pioneer” markalı, modelini dəqiq bilmədiyi maqnitofonu oğurlanmış, qapının kilidinin düzəlməsinə də təxminən 10 manata yaxın xərci çıxmış, ümumilikdə baş vermiş oğurluq hadisəsi nəticəsində ona 160 manat dəyərində maddi ziyan vurlumuşdur. Sonda o, Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın ödənildiyini, sonuncuya qarşı heç bir şikayəti və tələbi olmadığını bildirərək ən yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, avtomobil təmiri ilə məşğul olub ailəsini dolandırır. Vaz-21060 minik markalı, ** BR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ona məxsusdur. 11 yanvar 2021-ci il tarixdə saat 14 radələrində o, özünə məxsus olan həmin avtomobili ilə Gəncə şəhəri Ozan küçəsində yerləşən “Səviskar” qəbiristanlığıa getmiş, avtomobili qəbiristanlığın sol yan tərəfində Ozan küçəsində saxlayıb qapılarını kilidləyib yaxınlarını ziyarət etmək üçün qəbiristanlığa getmişdir. Təxminən yarım saatdan sonra qayıdıb avtomobilə minəndə görmüşdür ki, avtomobilin sol qabaq qapısının kiçik pəncərəsini sındırıb qapını açmaqla avtomobilindən dəyəri 250 manat olan “Pionerr” markalı, ağ ekran 7150 modelli maqnitofon oğurlanmışdır. O, bir daha avtomobilinin salon hissəsini yoxlamış, başqa bir əşya oğurlanmamışdır. O, bunu dəqiqləşdirəndən sonra elə həmin gün avtomobilindən oğurluq olması barədə DİN-nin 102 Xidmətinə məlumat vermiş, sonra isə Nizami RPİ-nə gedərək ərizə və izahat vermiş, onun iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, bu barədə protokol tərtib edilmiş, o, da baxış protokolunun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Sonra ona məlum olmuşdur ki, onun avtomobilindən oğurluğu Məcid adlı bir şəxs etmiş, Məcidin ifadəsi yerində yoxlanılan zaman o, kənardan baxıb görmüşdür ki, sonuncu onun avtomobilinə necə yaxınlaşmasını, qapını necə açıb maqnitofonu oğurlamasını göstərmişdir. Hadisə nəticəsində onun 250 manat dəyərimdə maqnitofonu oğurlanmış, qapının kiçik pəncərəsini də özü təmir etmiş, ona görə də baş vermiş oğurluq hadisəsi nəticəsində ona 250 manat dəyərində maddi ziyan vurulmuşdur. Sonda o, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi olmadığını bildirərək ən yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur, fəhləlik edib çörək pulu qazanır. Vaz-21061 minik markalı, ** CZ *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ona məxsusdur. 07 yanvar 2021-ci il tarixə keçən gecə saat 01 radələrində o, işdən evə qayıtmış, həmişəki kimi avtomobilini yaşadığı Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayon, 3 saylı binanın qarşısında saxlamış, qapıları bağlayıb yoxladıqdan sonra evə getmişdir. O, həmin gün səhər saat 10 radələrində işə getmək üçün avtomobilə yaxınlaşıb qapıları açanda görmüşdür ki, sürücü tərəf qapı açıqdır. O, qapını açıb avtomobilə baxanda görmüşdür ki, həmin hadisədən 2 ay əvvəl 260 manata aldığı “Pioneer” markalı, modelini bilmədiyi maqnitofon oğurlanmışdır. O, bunu görüb bir daha avtomobilinin salon hissəsini yoxlamış, başqa bir əşya oğurlanmamışdır. O, bunu dəqiqləşdirəndən sonra, eyni zamanda bir az şəxsi işində başı qarışdığı üçün dərhal yox, həmin gün axşam saatlarında DİN-nin 102 Xidmətinə məlumat vermiş, sonra isə Nizami RPB-nə gedərək ərizə və izahat vermiş, onun iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, bu barədə protokol tərtib edilmiş, o, da baxış protokolunun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Sonra ona məlum olmuşdur ki, onun avtomobilindən oğurluğu Məcid adlı bir şəxs etmiş, Məcidin ifadəsi yerində yoxlanılan zaman o, kənardan baxıb görmüşdür ki, Məcid onun avtomobilinə necə yaxınlaşmasını, qapını necə açıb maqnitofonu oğurlamasını göstərmişdir. Hadisə nəticəsində onun 260 manat dəyərində “Pioneer” markalı, 9350 modelli maqnitofonu oğurlanmış, qapının kilidini özləri düzəltmiş, əlavə bir xərci çıxmamış, ona görə də baş vermiş oğurluq hadisəsi nəticəsində 260 manat dəyərində maddi ziyan vurulmuşdur. Sonda o, ziyanın ödənilmədiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirərək cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. Vaz-21154 minik markalı, ** DG *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ona məxsusdur. 11 yanvar 2021-ci il tarixdə axşam saatlarında həmişəki kimi avtomobilini yaşadığı Gəncə şəhəri, Nizami rayonu, M.Hacıyev küçəsi, 17 saylı binanın qarşısında saxlamış, qapıları bağlayıb evə getmişdir. Ertəsi günü, yəni 12 yanvar 2021-ci il tarixdə səhər saat 08 radələrində o, avtomobilə yaxınlaşanda görmüşdür ki, sol qabaq qapısı yarım açıq vəziyyətdədir. O, tez qapını açıb avtomobilə baxanda görmüşdür ki, həmin hadisədən 3 il əvvəl oğulu Zaur Əmiraslanovun tanışından 200 manata aldığı “Pioneer” markalı, modelini dəqiq bilmədiyi maqnitofon oğurlanmışdır. O, bir daha avtomobilinin salon hissəsini yoxlamış, başqa bir əşya oğurlanmamışdır. O, bunu dəqiqləşdirəndən sonra, dərhal DİN-nin 102 Xidmətinə məlumat vermiş, sonra isə Nizami RPİ-nə gedərək ərizə və izahat vermiş, onun iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, bu barədə protokol tərtib edilmiş, o, da baxış protokolunun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Sonra ona məlum olmuşdur ki, onun avtomobilindən oğurluğu Məcid adlı bir şəxs etmiş, Məcidin ifadəsi yerində yoxlanılan zaman o, kənardan baxıb görmüşdür ki, Məcid onun avtomobilinə necə yaxınlaşmasını, qapını necə açıb maqnitofonu oğurlamasını göstərmişdir. Hadisə nəticəsində onun 200 manat dəyərində maqnitofonu oğurlanmış, qapının kilidini dəyişməsinə də usta haqqı ilə birlikdə 15 manat xərci çıxmışdır. Ona görə də baş vermiş oğurluq hadisəsi nəticəsində ona 215 manat dəyərində maddi ziyan vurulmuşdur. Sonda o, dəymiş ziyanın 100 manatının ödənildiyini, qalan ziyanın ödənilmədiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirərək qanuna uyğun şəkildə cəza verilməsini xahiş etmişdir. İbtidai istitnaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş, məhkəmədə təqsirləndirilən şəxsin razılığı ilə ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, 20 ilə yaxındır ki, Azərbaycan Respublikasında yaşayır, Türkmənistan Respublikasında anadan olmuşdur. Əri Şahid1 hərbçidir, 2017-ci ilin fevral ayından əri Tural Gəncə şəhərində xidmət etdiyi üçün dövlət tərəfindən xidməti müqavilə əsasında verilmiş Gəncə şəhəri, Kəpəz rayonu, DOS-84 yaşyaış sahəsinin 6 saylı binanın 24-cü mənzilində yaşayırlar. 24 sentyabr 2020-ci il tarixdə oğlu Murada bir il əvvəl 430 manata aldıqları velosiped oğurlanmışdır. Murad bir il idi ki, həmin velosipedi sürdüyünə görə onlar velosipedin dəyərini 380 manat kimi qiymətləndirmişlər, o cür ərizə və izahat vermişlər. Onların yaşadıqları bina yeni tikilidir, binanın giriş qapısı seyf qapıdır, şifrə ilə açılıbbağlanır. 23 sentyabr 2020-ci il tarixdə axşam saatlarında oğlu Murad velosipedi binanın dəhlizinə qoymuş, digər sakinlər də dəhlizə əşya qoyurlar. Həmin dəhlizdən sakinlər saxlanc yeri kimi istifadə edirlər, eyni zamanda onlar da həmin yerdən saxlanc yeri kimi istifadə edirlər. 24 sentyabr 2020-ci il tarixdə onlara məlum olmuşdur ki, velosiped naməlum şəxs və şəxslər tərəfində oğurlanmışdır. Zərərçəkmiş şəxs2 məhkəməyə teleqram göndərərək zərərin ödənilmədiyini bildirərək zərərin ödənilməsinin onun iştirakı olmadan təmin edilməsini xahiş etmişdir. İbtidai istitnaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş, məhkəmədə təqsirləndirilən şəxsin razılığı ilə ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhəri 19 saylı orta məktəbdə xadimə işləyir. 2019-cu ilin yanvar ayında o, Vaz-2107 markalı, ** EC *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil almış, sürücülük hüququ olmadığı üçün həmin avtomobili idarə etmək üçün oğlu Şahid5 vermişdir. Onlar həmin avtomobili qarajları olmadıqları üçün yaşadıqları binanın qarşısında saxlayırlar. 06 yanvar 2021-ci il tarixdə də avtomobili binanın qarşısında saxlayıb yatmışlar. O, tezdən durub işə getmiş, oğlu Cəfərin də istirahət günü olmuş, evdə olmuşdur. Bir neçə saatdan sonra oğlu Cəfər ona zəng vurub bildirmişdir ki, ona məxsus olan avtomobilin salon hissəsindən “Pioneer” markalı, modelini bilmədiyi maqnitofonu, qapının kilidini sındırıb açaraq oğurlamışlar. Həmin maqnitofonu Cəfər özü 250 manata almışdır. O, gəlib görmüşdür ki, həqiqətən də avtomobilin sağ qabaq qapısının kilidi sındırılmışdır. Cəfər o, gələnə kimi özü DİN-nin 102 Xidmətinə məlumat vermiş, eyni zamanda Cəfər özü Kəpəz RPİ-nə gedərək ərizə və izahat vermişdir. Sonra Cəfər özü qapının kilidini alıb ustaya təmir etdirmiş, 15 manat xərcləri çıxmışdır. Bir müddət oğru tapılmamış, sonra demişlər ki, onların avtomobilindən oğurluq edən şəxs tutulmuşdur. O, sonradan eşitmişdir ki, oğurluq edən Məcid adlı şəxsdir, onlardan başqa bir neçə avtomobillərdən də oğurluq etmişdir. Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə göndərərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığını bildirmiş, sonuncuya yüngül cəza verilməsini və məhkmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İbtidai istitnaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə təqsirləndirilən şəxsin razılığı ilə ifadəsi elan olunmuş Şahid5 Zərərçəkmiş şəxs3 ilə eyni məzmunlu ifadə vermişdir. İbtidai istitnaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə təqsirləndirilən şəxsin razılığı ilə ifadəsi elan olunmuş Şahid5 Zərərçəkmiş şəxs2 ilə eyni məzmunlu ifadə vermişdir. İbtidai istitnaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə təqsirləndirilən şəxsin razılığı ilə ifadəsi elan olunmuş Şahid2 ifadəsində göstərmişdir ki, o, valideynləri ilə birlikdə yaşayır, 2019-cu ildə oğurluq cinayətinə görə Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri il təqsirli bilinib 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hazırda cəzasını çəkir, ayağında qolbağı var, yaşadığı yerdi tərk edə bilmir. Gəncə şəhər sakini Təqsirləndirilən şəxs təxminən bir ildən artıqdır ki, tanıyır, ondan əvvəl tanımamışdır, Məcidlə salam-kalamı yaranmış, münasibətləri normal olmuşdur. 2020-ci ilin dekabr ayının 22-də axşam saatlarında tanışı Bəxtiyar onlara gəlmiş, söhbət edərkən Məcid ona zəng vurub demişdir ki, onunla işi var. O, da Məcidə demişdir ki, evdədir, heç hara çıxa bilmir, nə sözü varsa gəlib evdə desin. Bir neçə dəqiqədən sonra Məcid təkcə onlara gəlmiş, o, Məcidi Bəxtiyarla tanış etmişdir. Məcid ona demişdir ki, nənəsinin evindən çıxmaq istəyir, şəhərdən kiraəyəyə ev tutmaq istəyir, amma pulu yoxdur. O, elə bilmişdir ki, Məcid ondan borc pul istəyir, o, Məcidə demişdir ki, pulu yoxdur. Məcid ona demişdir ki, Gədəbəy yeməkxanasından oğurluq etmək istəyir, ona köməklik etsinlər. O, Məcidə demişdir ki, ayağında qandalı var, o, gedə bilməz. Bəxtiyar da bildirmişdir ki, oğurluğa tövbəlidir, gedə bilməz. Onlar Məcidə bildirmişlər ki, oğurluq etməsin, oğurluq yaxşı iş deyil, o, hələ demişdir ki, ayağımda qandalı var, heç hara çıxa bilmir. Məcid də demişdir ki, nənəsi evindən çıxır, kirayəyə ev tapmaq lazımdır, pula ehtiyacı vardır. Məcid görmüşdür ki, onlar getmirlər, çıxıb getmişdir. Bəxtiyar da bir neçə dəqiqə onlarda oturub çıxıb evlərinə getmişdir. Onun ertəsi günü ona Məcid zəng vurub demişdir ki, Gədəbəy kafesindən bir ədəd televizor oğurlayıbdır, heç olmasa o televizorun satılmasına bir müştəri tapsınlar. O da bildirmişdir ki, onluq deyil, onu zibilə salmasın. O, Məcidin dediyini Bəxtiyarla telefonda danışanda söz arası demiş, Bəxtiyar da demişdir ki, onluqda deyil. Bir neçə gündən sonra eşitmişdir ki, Məcid tutulubdur, Məcidin əlavə bir neçə oğurluq da etməsini eşitmişdir. Məcid Gəbəbəy yeməkxanasına oğurluq etməyə girməmişdən əvvəl onun və Bəxtiyarın yanlarına gəlməsini Kəpəz polisində bildirmişdir,ondan da soruşmuşlar, o da Kəpəz polisində bildiyi kimi, necə olmuşdur, elə də danışmışdır. X10 yeməkxanasından oğurluq etməyinə heç bir köməkliyi olmamışdır, Məcidin əməllərinin ona heç bir aidiyyatı yoxdur. O, özü də məhkumluq həyatı yaşamış, Məcidin barəsində polisə məlumat verməmiş, amma bilmişdir ki, nə vaxtsa da polislər Məcidin oğuruluğunu biləcəklər. Məcidlə çörək kəsmiş, Məcid yetim uşaqdır, həm yazığı gəlmiş, həm də onun məlumat verməyi düz çıxmazdı. Məcidin oğurluq hadisəsi törətməsini, yəni, Gədəbəy yeməkxanasına girib oğurluq etməsini o və Bəxtiyar bilmişlər, ayrı kimsə də bilməmişdir. Məcid o oğurluq hadisəsini tək etmişdir, Məcidin yanında ayrı kimsə də olmamış, Məcidə həmin oğurluq hadisəsi etməsinə heç kəs köməklik etməmişdir. O, Kəpəz polisinə çağırılanda orada polislər demişlər ki, Məcid bir neçə ədəd də maşın maqnitofonları oğurlamışdır. Amma onun o oğurluqlardan məlumatı olmamış, o barədə sonradan polisdə Cinayət-Axtarış şöbəsinin rəisi Şahin müəllimdən eşitmişdir, Məcidin ayrı bir oğurluq hadisəsini bilmir, o haqda heç nə deyə bilməz. Cinayət işinin materiallarına əlavə edilmiş: - 16.11.2019-cu il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan məlum olur ki, 16 noyabr 2019-cu il tarixdə Gəncə şəhər Kəpəz rayon Pİ-nin TB-nin sabiq təhqiqatçısı, polis baş leytenantı Ceyhun Musayev tərəfindən Gəncə şəhəri, Kəpəz rayonu, Ü.Hacıbəyov küçəsində yerləşən “Köhnə avtomobil bazarı” adlanan yerdə Zərərçəkmiş şəxs1 işlətdiyi avtomobil ehtiyat hissələri mağazasına və onun qarşısındakı masaya baxış keçirilmiş, baxış keçirilən yerin açıq sahə olması məlum olmuşdur, hadisə yerindən bir ədəd “Samsung S8” markalı mobil telefonun oğurlanmasını bildirilmişdir. Hadisə yerinə baxış keçirilməsi barədə protokol tərtib olunmuş, hadisə yerinin mobil telefonla fotoşəkilləri çəkilmiş və hadisə yerindən iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir əşya götürülməmişdir. - 24.09.2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan məlum olur ki, 24 sentyabr 2020-ci il tarixdə Gəncə şəhər Kəpəz rayon Pİ-nin təhqiqatçısı. Polis baş leytenantı Nicat Məmmədov tərəfindən ünvan 7 ünvanında yerləşən mənzilin dəhliz hissələrinə və binaya baxış keçirilmiş, baxış keçirmə zamanı müəyyən edilmişdir ki, oğurluq baş verən yer mənzilin qarşı tərəfində binanın dəhliz hissəsidir, həmin hissədə heç bir müşahidə kameraları yoxdur, baxış zamanı bildirilmişdir ki, 24.09.2020-ci il tarixə keçən gecə binaın dəhlizindən 16-lıq, “Naviqator Star” markalı velosied oğurlanmışdır. Hadisə yerinə baxış keçirilməsi barədə protokol tərtib olunmuş, hadisə yerinin mobil telefonla fotoşəkilləri çəkilmiş və hadisə yerindən iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir əşya götürülməmişdir. - 23.12.2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan məlum olur ki, 23 dekabr 2020-ci il tarixdə tərəfimdən Gəncə şəhəri, Kəpəz rayonu, Natəvan qəsəbəsində yerləşən “Gədəbəy” yeməkxanasına baxış keçirilmiş, baxış keçirmə zamanı müəyyən edilmişdir ki, hadisə yeri Gəncə-İmamzadə avtomobil yolunun sağ tərəfində yerləşir, yeməkxanaya yola tərəf olan kiçik qapıdan qapını sındırmaqla daxil olunub yeməkxananın zal hissəsində divara bərkidilmiş vəziyyətdə olan bir ədəd “Samsung” markalı televizor oğurlanmışdır, yeməkxanadan başqva birə şya oğurlanmamışdır. Hadisə yerinə baxış keçirilməsi barədə protokol tərtib olunmuş, hadisə yerindən yeməkxanaya daxil olunmuş qapının üzərindən 02 ədəd əl-barmaq izləri götürülmüş, hadisə yerindən hadisə yerindən iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir əşya götürülməmiş, hadisə yerinin “Samsung” markalı mobil telefonla bir neçə grünüşdən fotoşəkli çəkilərək protokola əlavə edilmişdir. - 30.12.2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan məlum olur ki, 30 dekabr 2020-ci il tarixdə Gəncə şəhər Kəpəz rayon Pİ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı Nicat Məmmədov tərəfindən Gəncə şəhəri, Kəpəz rayonu, H.Əliyev prospekti 3 saylı binanın qarşısında olan VAZ-2121 minik markalı, ** ED *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirilmiş, baxış keçirmə zamanı müəyyən edilmişdir ki, avtomobilin hər iki yan güzgüləri oğurlanmışdır, avtomobildən başqa bir əşya oğurlanmamışdır. Hadisə yerinə baxış keçirilməsi barədə protokol tərtib olunmuş, hadisə yerinin mobil telefonla fotoşəkilləri çəkilmiş və hadisə yerindən iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir əşya götürülməmişdir. - 07.01.2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan məlum olur ki, 07 yanvar 2021-ci il tarixdə Gəncə şəhər Kəpəz rayon Pİ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı Elçin Mansırov tərəfindən Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayon, 6 syalı binanın qarşısında olan VAZ-21074 minik markalı, ** EC *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirilmiş, baxış keçirmə zamanı müəyyən edilmişdir ki, avtomobilin salonundan bir ədəd “Pioneer” markalı maqnitofon oğurlanmışdır, avtomobildən başqa bir əşya oğurlanmamışdır. Hadisə yerinə baxış keçirilməsi barədə protokol tərtib olunmuş, hadisə yerinin mobil telefonla fotoşəkilləri çəkilmiş və hadisə yerindən 05 ədəd əl-barmaq izləri götürülmüş, iş üçün əhəmiyyət kəsb edəcək başqa hər hansı bir əşya götürülməmişdir. - 07.01.2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan məlum olur ki, 07 yanvar 2021-ci il tarixdə Gəncə şəhər Kəpəz rayon Pİ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı Elçin Mansırov tərəfindən Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayon, 16 syalı binanın qarşısında olan VAZ-21074 minik markalı, ** EC *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirilmiş, baxış keçirmə zamanı müəyyən edilmişdir ki, avtomobilin salonundan bir ədəd “Pioneer” markalı maqnitofon oğurlanmışdır, avtomobildən başqa bir əşya oğurlanmamışdır. Hadisə yerinə baxış keçirilməsi barədə protokol tərtib olunmuş, hadisə yerinin mobil telefonla fotoşəkilləri çəkilmiş və hadisə yerindən 05 ədəd əl-barmaq izləri götürülmüş, iş üçün əhəmiyyət kəsb edəcək başqa hər hansı bir əşya götürülməmişdir. - 11.01.2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan məlum olur ki, 11 yanvar 2021-ci il tarixdə Gəncə şəhər Nizami rayon Pİ-nin TB-nin təhqiqatçısı, polis mayoru Elçin Cahangirov tərəfindən Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 58 ünvanında yerləşən binanın qarşısındakı VAZ-21074 minik markalı, ** BG *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirilmiş, baxış keçirmə zamanı müəyyən edilmişdir ki, avtomobilinin salonundan bir ədəd Pioneer markalı maqnitofon oğurlanmışdır, avtomobildən başqa bir əşya oğurlanmamışdır. Hadisə yerinə baxış keçirilməsi barədə protokol tərtib olunmuş, hadisə yerinin mobil telefonla fotoşəkilləri çəkilmiş və hadisə yerindən iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir əşya götürülməmişdir. - 11.01.2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan məlum olur ki, 11 yanvar 2021-ci il tarixdə Gəncə şəhər Nizami rayon Pİ-nin TB-nin təhqiqatçısı, polis mayoru Elçin Cahangirov tərəfindən Gəncə şəhəri, Nizami rayonu, Səviskar qəbiristanlığın alt hissəsində yerləşən Ozan küçəsində dayanmış vəziyyətdə olan VAZ- 21060 minik markalı, ** BR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirilmiş, baxış keçirmə zamanı müəyyən edilmişdir ki, avtomobilinin salonundan bir ədəd Pioneer markalı maqnitofon oğurlanmışdır, avtomobildən başqa bir əşya oğurlanmamışdır. Hadisə yerinə baxış keçirilməsi barədə protokol tərtib olunmuş, hadisə yerinin mobil telefonla fotoşəkilləri çəkilmiş və hadisə yerindən 03 ədəd əl-barmaq izləri götürülmüş, hadisə yerindən iş üçün əhəmiyyət kəsb edəcək başqa hər hansı bir əşya götürülməmişdir. - 11.01.2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan məlum olur ki, 11 yanvar 2021-ci il tarixdə Gəncə şəhər Nizami rayon Pİ-nin TB-nin sabiq təhqiqatçısı, polis kapitanı İbrahim Hüseynov tərəfindən Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayon, 3 saylı binanın qarşısında olan VAZ-21061 minik markalı, ** CZ *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirilmiş, baxış keçirmə zamanı müəyyən edilmişdir ki, avtomobilinin salonundan bir ədəd Pioneer markalı maqnitofon oğurlanmışdır, avtomobildən başqa bir əşya oğurlanmamışdır. Hadisə yerinə baxış keçirilməsi barədə protokol tərtib olunmuş, hadisə yerinin mobil telefonla fotoşəkilləri çəkilmiş və hadisə yerindən iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir əşya götürülməmişdir. - 12.01.2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan məlum olur ki, 12 yanvar 2021-ci il tarixdə Gəncə şəhər Nizami rayon Pİ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Azər İsmayılov tərəfindən Gəncə şəhəri, Nizami rayonu, M.Hacıyev küçəsi, 17 saylı binanın qarşısında dayanmış vəziyyətdə olan VAZ-21150 minik markalı, ** DG *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirilmiş, baxış keçirmə zamanı müəyyən edilmişdir ki, avtomobilinin salonundan bir ədəd Pioneer markalı maqnitofon oğurlanmışdır, avtomobildən başqa bir əşya oğurlanmamışdır. Hadisə yerinə baxış keçirilməsi barədə protokol tərtib olunmuş, hadisə yerinin mobil telefonla fotoşəkilləri çəkilmiş və hadisə yerindən iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir əşya götürülməmişdir. - 14.01.2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan məlum olur ki, 14 yanvar 2021-ci il tarixdə Gəncə şəhər Nizami rayon Pİ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Ceyhun Musayev tərəfindən Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, 2ci döngə, 17 saylı evin qarşısında dayanmış vəziyyətdə olan VAZ-21074 minik markalı, ** EH *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirilmiş, baxış keçirmə zamanı müəyyən edilmişdir ki, avtomobilinin salonundan bir ədəd Pioneer markalı maqnitofon oğurlanmışdır, avtomobildən başqa bir əşya oğurlanmamışdır. Hadisə yerinə baxış keçirilməsi barədə protokol tərtib olunmuş, hadisə yerinin mobil telefonla fotoşəkilləri çəkilmiş və hadisə yerindən iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir əşya götürülməmişdir. - 15.01.2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan məlum olur ki, 15 yanvar 2021-ci il tarixdə Gəncə şəhər Nizami rayon Pİ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Ceyhun Musayev tərəfindən Gəncə şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 475 ünvanında yerləşən Nizami rayon Polis İdarəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış keçirmə zamanı Təqsirləndirilən şəxs üzərindən, əynindəki şalvarın arxa kəmər altı hissəsindən bir ədəd uzunluğu 24,5 sm uzunluğunda bıçaq aşkar edilərək götürülmüşdür. - 17.01.2021-ci il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd Pioneer markalı avtomobil maqnitofonlarına və 01 ədəd “Samsung” markalı televizora 17 yanvar 2021-ci il tarixdə Gəncə şəhər Kəpəz rayon Pİ-nin inzibati binasında baxış keçirilmiş, baxış keçirmə zamanı Təqsirləndirilən şəxs 02 ədəd maqnitofonları oğurlamasını, eyni zamanda bir ədəd “Samsung” markalı televizoru da “Gədəbəy” yeməkxanasından oğurladığını bildirmiş, baxış keçirmədə iştirak edən Gədəbəy yeməkxanasının sahibi X5 da televizora baxaraq televizorun ona məxsus olmasını, oğurlanmış televizor olduğunu bildirmiş, götürmə və baxış keçirilməsi haqqında protokol tərtib olunmuş, fotoşəkillər çəkilmiş, təqdim edilən əşyalar götürülmüşür. - 06.02.2021-ci il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, Şahid4 təqdim etdiyi 02 ədəd avtomobilin yan güzgülərinə 06 fevral 2021-ci il tarixdə Gəncə Şəhər Baş Polis İdarəsinin inzibati binasında xidməti otaqda baxış keçirilmiş, baxış keçirmə zamanı Şahid4 təqdim etdiyi 02 ədəd avtomobilin yan güzgülərinin həyat yoldaşı Təqsirləndirilən şəxs ona zəng vuraraq evdən gətirib istintaqa təqdim etməsini bildirdiyi üçün gətirməsini bildirmiş, baxış keçirmədə iştirak edən Vaz-2121 markalı, ** ED *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs6 da təqdim edilən 02 ədəd yan güzgülərə baxaraq yan güzgülərin ona məxsus avtomobilin yan güzgüləri olmasını, oğurlanmış güzgülər olduğunu bildirmiş, götürmə və baxış keçirilməsi haqqında protokol tərtib olunmuş, fotoşəkillər çəkilmiş, təqdim edilən əşya götürülmüşdür. - 10.02.2021-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, istintaq zamanı baxış keçirilərək götürülmüş 02 ədəd “Pioneer” markalı maqnitofonlar tanınma üçün iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 təqdim edilmiş, Zərərçəkmiş şəxs7 hər iki maqnitofona baxaraq maqnitofnunu markasına, modelinə, formasına və zahiri əlamətlərinə görə tanıyaraq “Pioneer” markalı, 8450 modelli maqnitofonun 14 yanvar 2021-ci il tarixdə ona məxsus Vaz-21074 minik markalı, ** EH *** dövlət qeydiyyat nömrə nişanlı avtomobildən oğurlanmış maqnitofon olmasını bildirmişdir. - 27.02.2021-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, istintaq zamanı baxış keçirilərək götürülmüş 02 ədəd “Pioneer” markalı maqnitofonlardan qalan 01 ədəd “Pioneer” markalı maqnitofon vahid nüsxə formasında tanınma üçün iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 təqdim edilmiş, Zərərçəkmiş şəxs4 maqnitofona baxaraq markasına, modelinə, formasına və zahiri əlamətlərinə görə tanıyaraq “Pioneer” markalı, 7150 modelli maqnitofonun 07 yanvar 2021-ci il tarixdə ona məxsus Vaz-21074 minik markalı, ** EC *** dövlət qeydiyyat nömrə nişanlı avtomobildən oğurlanmış maqnitofon olmasını bildirmişdir. - 27.12.2019-cu il tarixli, 30290 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının ekpert rəyindən görünür ki, “Samsung-Galaxy 8” markalı mobil telefon aparatının işlənmiş vəziyyətdə, 16 noyabr 2019-cu il tarixə, istismar olunmasını, təyinatı üzrə istifadəyə yararlığını və hadisə vaxtı üstündən satış üçün telefonun komplektləşdirilməsinə daxil edilən aksessuarların olmamasını və köhnəlməsini nəzərə alaraq, respublakadaxili orta bazar pərakəndə satış qiyməti təxminən 609 manat müəyyən olunur. - 26.01.2021-ci il tarixli, 16/50 nömrəli məhkəmə-soyuq silah ekspertizasının ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır və soyuq silah hesab edilir. - 09.04.2021-ci il tarixli, 9/2128 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının ekspert rəyindən görünür ki, ekspertiza təyin haqqında qərarda göstərilən 7 adda malların orta istismar müddəti və ümumi dəyəri nəzəri qaydada təxminən 1190 manat müəyyən edilir. Qərarda göstərilən 1 ədəd “Pioneer” markalı avtomobil maqnitofonu haqqında kifayət qədər məlumat olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. Qiymətləndirmə aparılan malların dəyəri aşağıdaki kimi olmuşdur: bir ədəd “Naviqator Star” markalı, 26-lıq velosiped 2020-ci ilin sentyabr ayına dəyəri 140 manat; bir ədəd 140 sm diametrli, “Samsung” markalı televizor 2020-ci ilin dekabr ayına dəyəri 500 manat; bir ədəd “Pioneer” markalı 7150 ağ ekranlı avtomobil maqnitofonun 2021-ci ilin yanvar ayına dəyəri 180 manat; bir ədəd “Pioner 7150” markalı, avtomobil maqnitofonunun 2021-ci ilin yanvar ayına dəyəri 180 manat; bir ədəd “Pioneer 8450” markalı avtomobil maqnitofonun 2021-ci ilin yanvar ayına dəyəri 160 manat; bir ədəd “Lada Niva” markalı avtomobilin hər iki yan güzgüləriinin 2020-ci ilin dekabr ayına dəyəri 30 manat olmuşdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsindən verilmiş 29.01.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 20.02.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2 1, 177.2.2, 185.2.1 və 185.2.2-ci maddələri ilə təqsirli bilinib 2500 manat cərimə cəzasına məhkum edilmiş, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 05.09.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsi ilə təqsirli bilinib 06 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması və 2500 manat cərimə cəzalarına məhkum edilmişdir. 05.06.2019-cu il tarixdə azadlığın məhdudaşdırılması cəzasının müddəti başa çatdığıı üçün şöbənin qeydiyyatından çıxarılmışdır. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 05.11.2019-cu mil tarixli qərarı ilə tyəin edilmiş 2500 manat cərimə cəzası 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, 05.11.2019-cu il tarixdə cəzasının sonu ilə buraxılmışdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə olan cinayət işi 09.12.2020-ci il tarixdə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. - Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 16.12.2021-ci il tarixli, 1(044)- 68/2021-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 16.12.2021-ci il tarixdən hesablanması qərara alınmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə və yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-ci maddəsinə əsasən Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla - üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 228.4-ci maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 228.4-cü maddələrində göstərilən cinayət əməllərini törətməkdə təqsirlidir və əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin əməllərini etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı qismən ödəməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 228.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Bundan başqa məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə ittiham olunduğu cinayət əməllərini barəsində çıxarılmış Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 1(044)-68/2021 saylı, 16.12.2021-ci il tarixli hökmü qanuni qüvvəyə minməmişdən əvvəl törətdiyinə görə, həmin hökmlə təyin edilmiş azadlıqdan mərumetmə cəzası hazırki iş üzrə təyin ediləcək cəza ilə qismən toplanılmaqla, təqsirləndirilən şəxsə qəti cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli 16.12.2021-ci il tarixdən hesablanmalıdır. Çünki Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Gəncə şəhər Nizami Rayon Məhkməsinin 18.01.2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində 16.01.2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut olan, soyuq silah heab edilən 01 ədəd ov bıçağı xüsusi müsadirə edilməli və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sərəncamına verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.5-ci maddəsinin tələbinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Qanunun həmin tələbi baxımından məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan 02 ədəd “Pioneer” markalı avtomobil maqnitofonlarının, 01 ədəd “Samsung” markalı televizorun və 02 ədəd “Niva” markalı avtomobilin yan güzgülərinin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 131,50 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs məhkəmədə 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, həmin müdafiəçinin işlədiyi vəkil bürosunun hesabına 150 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təyin olunmuş 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təyin olunmuş 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 1(044)-68/2021 saylı, 16.12.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 02 il müddətinə azadlıqan məhrumetmə cəzası hazırkı hökmlə təyin olunmuş 02 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılsın və ona qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 16.01.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan, soyuq silah heab edilən 01 ədəd ov bıçağı xüsusi müsadirə edilsin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sərəncamına verilsin. İş üzrə maddi sübut olan 02 ədəd “Pioneer” markalı avtomobil maqnitofonlarının, 01 ədəd “Samsung” markalı televizorun və 02 ədəd “Niva” markalı avtomobilin yan güzgülərinin sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 131,50 (yüz otuz bir manat əlli qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 150 (yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №1(044)-25/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-25/2022
05.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver