Məhkəmə qərarları › İş №1(044)-250/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-250/2021

04.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-250/2021 04.11.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Kazımov Rasim Sarı oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Əliyev Nicat Şirzad oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1970-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan və barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM-in) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs (bundan sonra - Təqsirləndirilən şəxs) satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməklə saxlamışdır. Belə ki, o, məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, 22 iyun 2021-ci il tarixdə saat 16 radələrində Gəncə şəhər Nizami RPİ-in CAŞ-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri, Nizami küçəsində yerləşən “köhnə Şəmkir avtovağzalı” adlanan ərazinin yaxınlığında saxlanılıb Gəncə şəhər Nizami RPİ-nə gətirilmiş və şəxsi axtarış zamanı onun üzərindən ayrı-ayrılıqda təmiz çəkiləri 0,104 qram və 0,156 qram, ümumi təmiz çəkisi 0,260 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etiraf ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, maddi sübut, ekspertiza rəyi, işdə olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs özünü ona CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda tam təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, o, Gəncə şəhəri, Şahsevənlər küçəsi, 1-ci döngə, ev 29 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir, mütəmadi olmasa da tutulana qədər ara-sıra narkotik vasitə olan heroin istifadə etmişdir. 22.06.2021-ci il tarixdə saat 16:00-da Gəncə şəhəri Nizami küçəsində yerləşən “köhnə Şəmkir avtovağzalının” yaxınlığında dayanan zaman mülki geyimdə iki nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirərək onu şübhəli şəxs kimi Nizami RPİ-nə gətirmişlər. Polis idarəsinə gəldikdən sonra o Müdafiəçi ilə təmin olunmuşdur. Sonra o, saat 17:10-dan saat 17:40dək olan müddət ərzində müdafiəçisi Müdafiəçilə konfidensial ünsiyyət saxlamışdır. Daha sonra polis idarəsinin inzibati otağında video çəkiliş ilə müdafiəçisi Müdafiəçi və digər iki polis əməkdaşlarının iştirakı ilə üzərinə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah olunmuş, sonra onun əynində olan qara rəngli xətlər olan şalvarın sağ yan cibindən 1 ədəd ağ rəngli kağız parçasına bükülmüş bir ədəd bükümün içərisindən iki ədəd sifaret falqasına bükülmüş kütlələr aşkar olunmuşdur. Onun üzərindən aşkar olunan iki ədəd tünd göy rəngli siqaret falqasında olan bükümlərin içərisindəki kütlə narkotik vasitə olan heroinin özünə məxsus olduğunu bildirmişdir. Onun üzərindən aşkar olunaraq götürülən bir ədəd ağ rəngli kağız parçasınının içərisində olan iki ədəd göy rəngli siqaret falqasına bükülmüş iki ədəd büküm elektron tərəzidə çəkilmiş, bükümlərdən birinin siqaret falqası ilə birlikdə ümumi çəkisi 0.23 digər bükümün çəkisi isə sigaret falqası ilə birlikdə ümumi çəkisi 0.15 qram gəlmişdir. Baxış zamanı həmin kütlələrin (bükümlərin) özünə məxsus olduğunu və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bunda sonra həmin kütlə zərfdə qablaşdırılmış və üzəri möhürlənərək onun və baxışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Həmin narkotik vasitə olan heroin bükümünü təxminən bir ay əvvəl, yəni 2021-ci ilin may ayında Bakı şəhərində olarkən yerdən tapmış, həmin narkotik vasitə olan heroini özü istifadə etmək üçün götürüb saxlamışdır. Əldə edib saxladığı narkotik vasitə olan heroindan heç kəsə satmamış, əvəzli, yaxud əvəzsiz olaraq verməmiş, belə bir məqsədi də, olmamışdır. O, həmin heroini özü istifadə etmək üçün saxlamışdır. Onun narkotik vasitə olan heroin əldə etməsindən, saxlamağından və istifadə etməyindən heç kəsin, o cümlədən ailə üzvlərinin də, xəbərləri olmamışdır. O, həmin narkotik vasitəni heç kəsin xəbəri olmadan üzərində saxlamışdır. Hazırda törətdiyi cinayət əməlindən peşmandır və məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Nizami RPİ-in CAŞ-in baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 2010-cu ildən X4 xidmət edir, hazırda isə Nizami RPİ-in CAŞ-in baş əməliyyat müvəkkili vəzifəsində xidməti edir. 22.06.2021-ci il tarixdə saat 16 radələrində ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmişdir. Daha sonra həmin məlumat əsasında Nizami RPİ-in CAŞ-in kiçik inspektoru, polis serjantı Şahid2 ilə birlikdə saat 16:00 radələrində Gəncə şəhəri Nizami küçəsində yerləşən Köhnə Yevlax avtovağzalı adlanan əraziyə getmiş və Təqsirləndirilən şəxs orada olduğunu görüb ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək ona qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlamaqda şübhəli olduğunu bildirərək Nizami RPİ-nə dəvət etmişlər. Nizami RPİ-də Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra həmdə müdafiəçi dəvət etmək hüququ da izah edilmiş və vəkil Müdafiəçi onun müdafiəçisi kimi iştirakı təmin edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli xətlər olan şalvarın sağ yan cibindən ağ rəngli kağız parçasına bükülmüş bir ədəd bükülünün içərisindən iki ədəd tünd göy rəngli siqaret falqasına bükülmüş iki büküm aşkar olunmuşdur. Həmin iki ədəd bükümlər açılmış və içərilərində tünd qəhvəyi rəngli, toz vəziyyətdə ilk baxışdan narkotik vasitə heroinə oxşar kütlələr aşkar edilmişdır. Həmin iki ədəd kütlə elektron tərəzidə çəkildi, narkotik vasitəyə oxşar kütlənin birinin sigaret falqası ilə birlikdə çəkisi, 0.23 qram, digərinin isə siqaret falqası ilə birlikdə çəkisi 0.15 qram olmaqla qablaşdırıldı və üzəri Azərbaycan Respublikasının DİN-in 110 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs bükülünün içərisində olan kütlə narkotik vasitə olan heroindir, ondan heroini haradan tapdığı soruşulduğu zaman o, təxminən 1 ay bundan əvvəl Bakı şəhərindən tapdığını və özü qəbul etmək üçün saxladığını bildirmişdir. Məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş Nizami RPİ-in CAŞ-in kiçik inspektoru polis serjantı Şahid2 Şahid1 ifadəsində göstərilənləri bir daha təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə tədqiq edilmiş və cinayət işində olan 22 iyun 2021-ci il tarixli “şəxsi axtarış haqqında” protokol və həmin protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, video çəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman onun əynində olan qara rəngli xətlər olan şalvarın sağ cibindən ağ rəngli kağız parçasına bükülmüş bir ədəd bükümün içərisindən iki ədəd tünd göy rəngli siqaret falqasına bükülmüş iki büküm aşkar olunmuş, həmin iki ədəd kütlə elektron tərəzidə çəkilmiş, narkotik vasitəyə oxşar kütlənin birinin siqaret falqası ilə birlikdə çəkisi, 0.23 qram, digərinin isə siqaret falqası ilə birlikdə çəkisi 0.15 qram olmaqla qablaşdırılmış, üzəri Azərbaycan Respublikasının DİN-in 110 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə tədqiq edilmiş və cinayət işində olan məhkəmə-kimyəvi ekspertizasının 23 iyun 2021-ci il tarixli 16/599 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “2 ədəd siqaret falqasına bükülmüş narkotik vasitə bənzər kütlə..” sözlər olan və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd kağız bükümün içərisində olan 2 (iki) ədəd göy rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,104 qram 0,156 qram, ümumi təmiz çəkisi 0,260 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Məhkəmədə tədqiq edilmiş və cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının 18 avqust 2021-ci il tarixli 987 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir və Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, eləcə də narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş və cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər rayonlararası ruhi-əsəb dispanserinin 25.06.2021-ci il tarixli 2092 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs ruhi-əsəb dispanserində qeydiyyatda durmur. Məhkəmədə tədqiq edilmiş və cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər rayonlararası narkoloji dispanserinin 16.07.2021-ci il tarixli 2805 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Opioidlərdən asılılıq diaqnozu ilə narkoloji-dispanserdə qeydiyyatda durur. Məhkəmədə tədqiq edilmiş və cinayət işində olan 18.08.2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş ekspertizadan qaytarılmış qalıq çəkisi 0,220 qram olan heroin iş üzrə mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-də ayrılmış xüsusi yerdə məsul saxlanca verilmiş və təqsirləndirilən şəxsin üzərinə baxış keçirilən zaman çəkilmiş 1 (bir) ədəd DVD disk isə cinayət işinə əlavə olunmuşdur. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyənləşdirilmişdir. Beləliklə məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, 22 iyun 2021ci il tarixdə saat 16 radələrində Gəncə şəhər Nizami RPİ-in CAŞ-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri, Nizami küçəsində yerləşən “köhnə Şəmkir avtovağzalı” adlanan ərazinin yaxınlığında saxlanılıb Gəncə şəhər Nizami RPİ-nə gətirilmiş və şəxsi axtarış zamanı onun üzərindən ayrı-ayrılıqda təmiz çəkiləri 0,104 qram və 0,156 qram, ümumi təmiz çəkisi 0,260 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1. maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-nin 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə isə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil,həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlüləlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 28.06.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Goranboy Rayon Xalq Məhkəməsinin 15.07.1998-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin (köhnə redaksiya) 208.1, 189-1.2 və 38-ci maddələri ilə təqsirli bilinib 02 il islah işləri cəzası təyin edilmiş, Moskva şəhər İzmayılov Rayon Məhkəməsinin 15.02.2013-cü il tarixli hökmü ilə Rusiya Federasiyasının CM-in 228.2-ci maddəsilə 05 il azadlıqldan məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 15.08.2021-ci il tarixli 31/106 nömrəli məktubundan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Təqsirləndirilən şəxs barəsində hər hansı cinayət işi və material olmamışdır. Məhkəmədə tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müəyinə olunan şəxs üzrə məlumatından görünür ki, Təqsirləndirilən şəxs oğlu X5 İ qrup əlildir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını və himayəsində 1-ci qrup əlil olan uşağının olmasını təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar yoxdur və cəzasını yüngülləşdirən hallar CM-in 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəza təyin edilən zaman nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 22 iyun 2021-ci il tarixli “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 24 iyun 2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, MSY-dən azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs 22 iyun 2021-ci il tarixdən 24 iyun 2021-ci il tarixədək şübhəli şəxs qismində həbsdə olmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə isə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzanı yüngülləşdirən halları olmasını həmçinin cəzanı ağırlaşdırılan halların olmamasını nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə onu cəmiyyətdən tam təcrid etmədən yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. CM-in 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Gəncə şəhəri, Şahsevənlər küçəsi, 1-ci döngə, ev 29 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi Narkoloji Dispanserdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan təqsirləndirilən şəxsin üzərindən aşkar edilib götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış cəmi çəkisi-0,220 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə-heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin iş üzrə maddi sübut kimi tanınmış 1(bir) ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilərək saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilməlidir. Təqsirləndirilən şəxs müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından onun hüquqlarının müdafiəsi məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına təyin olunmuş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinin tələblərinə görə belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsi hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarına 03 may 2018-ci il tarixli, 202 nömrəli qərarla etdiyi dəyişikliyə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün altı manat məbləğində haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 10 (on) iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil X3 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 60 (altmış) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur, CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə Azərbaycan Respublikasının CPM-nin 197-198, 344-349, 351-353-cü və 356-cı maddələrini rəhbər tutub, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 22 iyun 2021-ci il tarixdən 24 iyun 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Gəncə şəhəri, Şahsevənlər küçəsi, 1-ci döngə, ev 29 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və yaşayış yeri üzrə ərazi Narkoloji Dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs üzərinə epidemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X2 tövsiyələrinə və Nazirlər Kabineti yanında operativ qərargahın qərarlarına əməl edilməsi vəzifəsi qoyulsun. Cinayət işi üzrə maddi sübut olan və Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş qalıq çəkisi 0,220 qram təşkil edən narkotik vasitə-heroin məhv edilsin, həmçinin iş üzrə maddi sübut kimi tanınmış və təqsirləndirilən şəxsin üzərinə baxış zamanı çəkilmiş 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilərək saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsi hesabından vəkil X3 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 60 (altmış) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Rasim Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar