Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-256/2021 12.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi Həsənov Ayxan Rasim oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1987-ci ildə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Zülfi Hacıyev küçəsi, 1-ci döngə, ev 20də qeydiyyatda olan, ünvan 1-də yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: Təqsirləndirilən şəxs 04.09.2021-ci il tarixdə səhər saat 10 radələrində yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin içərisində keçmiş qaynanası Zərərçəkmiş şəxs ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı Təqsirləndirilən şəxs keçmiş qaynanası Zərərçəkmiş şəxs əlində olan mobil telefonu zərbə ilə ataraq baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə beyin travması, alın nahiyyəsinin əzilmiş yaraları, hər iki gözaltı nahiyyələrinin qançırları kimi xəsarətləri yetirməklə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadəsi, ekspertiza rəyi, həmçinin iş materiallarında olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ikinci Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda iştirak etmiş və müharibə iştirakçısı olmuşdur. Həmçinin onun qardaşı X4 da ikinci Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda iştirak edərək şəhid olmuşdur. Zərərçəkmiş şəxs onun keçmiş qaynanası, Şahid1 isə onun keçmiş həyat yoldaşıdır. O, Kəmalə ilə 2012-ci il tarixdə ailə həyatı qurmuş, bu evlilikdən iki övladları olmuşdur. Onlar evləndikdən bir müddət sonra münasibətləri korlandığı üçün yola gedə bilməmişlər və Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin qətnaməsi əsasında rəsmi olaraq boşanmışlar. O, Kəmalə ilə rəsmi olaraq boşandıqdan sonra Şahid2 ilə rəsmi olaraq ailə həyatı qurmuşdur. Şahid2lə ailə həyatı qurduqdan sonra ünvan 1 ünvanında yaşamağa başlamışdır. 04.09.2021-ci il tarixdə səhər saat 09:00 radələrində yaşadığı evin həyətyanı sahəsində olan sanitar qovşağından çıxan zaman keçmiş həyat yoldaşı Kəmalə və keçmiş qaynanası Rəfiqəni evin ön giriş qapısının qarşısında görmüşdür. Bundan sonra qaynanası Nazilə yuxudan oyanaraq onlara xoş gəlmisiniz deyib evə dəvət etmişdir. Onlar evə daxil olub evin qonaq otağında oturub qaynanası Nazilə ilə söhbət etmişlər. Daha sonra keçmiş qaynanası yoldaşı Günel haqqında həqiqətə uyğun olmayan sözlər deyərək həyat yoldaşı Güneli vurmaq istəmiş, lakin ona imkan verməmişdir. Daha sonra həyat yoldaşı Günel evin mətbəxinə keçmiş, o da evin həyətyanı sahəsinə çıxmışdır. O, evin həyətyanı sahəsində divanda oturub çay içib, siqaret çəkmiş, həmin vaxt keçmiş qaynanası Rəfiqə rəhmətlik atası və şəhid olmuş qardaşı haqqında nalayiq sözlər deyərək onları təhqir etmişdir. Qaynanası Rəfiqənin şəhid olmuş qardaşı haqqında nalayiq sözlər deməsinə əsəbləşmiş, oturduğu yerdən durub evin qonaq otağına daxil olmuş, otağa girən kimi keçmiş qaynanası Rəfiqəni vurmaq istəmiş, lakin qaynanası Nazilə və keçmiş həyat yoldaşı Kəmalə onun qarşısını kəsmişlər. Keçmiş qaynanası Rəfiqə ona vurvur deyərək, təkrar şəhid olmuş qardaşı haqqında nalayiq sözlər deyib təhqir etmişdir. Daha sonra keçmiş qaynansı Rəfiqənin şəhid olmuş qardaşını təkrar- təkrar təhqir etməsinə çox əsəbləşmiş, əlində olan “katel” markalı mobil telefonu zərbə ilə onun baş nahiyəsinə atmışdır. O, mobil telefonu onun baş nahiyəsinə zərbə ilə atdıqdan sonra onun başından qan axmağa başlamışdır. Bundan sonra evdən çıxıb getmişdir. Hazırda törətdiyi əməlindən peşmandır. Barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şahid1 onun qızı, Təqsirləndirilən şəxs isə onun keçmiş kürəkənidir. Qızı Kəmalə keçmiş kürəkəni Kazımla təxminən 1 ilə yaxın müddətdir ki, ayrılmışdır. Keçmiş kürəkəni Kazım qızı Kəmalə ilə boşandıqları üçün müəyyən olunmuş alimenti ödəyir. Keçmiş kürəkəni Kazım qızı Kəmalənin adına kreditlə mobil telefon almış, lakin kredit ödənişini ödəməmişdir. X8 mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq mobil telefonun kreditini ödəməsini və ya kredit ödənişini ödəmirsə, mobil telefonu geri qaytarmasını demişdir. Keçmiş kürəkəni Kazım mobil telefon vasitəsi ilə qızına “gəl telefonu evdən götür” demişdir. Kəmalə mobil telefonu götürmək məqsədi ilə Kazımın yaşadığı evə gedən zaman o da ona “tək getmə, mən də səninlə ora gedecəm” demişdir. 04.09.2021-ci il tarixində səhər saat 10:00 radələrində qızı Kəmalə ilə birlikdə keçmiş kürəkəni Kazımın yaşadığı ünvan 1 ünvanına getmişlər. Həmin vaxt keçmiş kürəkəninin qaynanası Nazilə evin həyətyanı sahəsinə çıxıb onları qarşılayaraq evə dəvət etmişdir. Onlar evə daxil olaraq evin qonaq otağında Nazilə ilə söhbət etmişlər. Bir müddət sonra keçmiş kürəkəni Kazım evə gəlmişdir. Həmin vaxt Kazımın həyat yoldaşı Günel ona mobil telefonu götürməyə gəldiklərini deyib, mobil telefonun içərisində olan özünə məxsus fotoşəkilləri başqa mobil telefona köçürüb mobil telefonu onlara verməsini demişdir. Həmin vaxt o, “ hələ bir buna bax axmaq kopayoğlu” deyib keçmiş kürəkəni Kazımı təhqir etmiş, onun bu sözünü eşidən keçmiş kürəkəni Kazım evin içərisnə girərək anidən mobil telefonu onun başına vurmuşdur. Daha sonra görmədiyi hər hansı bir əşya ilə bir neçə dəfə baş və sifət nahiyəsinə vuraraq ona xəsarət yetirmişdir. Həmin vaxt keçmiş kürəkəninin onu vurması nəticəsində özünü itirmiş, qan sifətinə axmağa başalamışdır. Özünə gəldikdən sonra, Daxili İşlər Nazirliyinin “102” xdimətinə zəng edərək keçmiş kürəkəninin ona xəsarət yetirməsi barədə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun anası, Təqsirləndirilən şəxs isə onun keçmiş həyat yoldaşıdır. O, keçmiş həyat yoldaşı ilə təxminən 1 il müddətdir ki, rəsmi olaraq ayrılmışdır. Onlar rəsmi olaraq boşandıqları üçün keçmiş həyat yoldaşı Kazım müəyyən olunmuş alimenti ödəyir. Həmçinin keçmiş həyat yoldaşı Kazım onun adına kreditlə mobil telefon almış, lakin kredit ödənişini ödəməmişdir. Kazımla mobil telefon vasitəsi ilə əlaqə saxlamış, mobil telefonun kreditini ödəməsini və ya kredit ödənişini ödəmirsə, mobil telefonu geri qaytarmasını xahiş etmişdir. Keçmiş həyat yoldaşı Kazım mobil telefon vasitəsi ilə ona “gəl telefonu evdən götür” demişdir. O, mobil telefonu götürmək məqsədi ilə Kazımın yaşadığı evə gedən zaman anası Rəfiqə də onunla birlikdə getmişdir. 04.09.2021-ci il tarixində səhər saat 10:00 radələrində anası Rəfiqə ilə birlikdə keçmiş həyat yoldaşı Kazımın yaşadığı ünvan 1 ünvanına getmişlər. Həmin vaxt keçmiş həyat yoldaşı Kazımın qaynanası Nazilə evin həyətyanı sahəsinə çıxıb onları qarşılayaraq evə dəvət etmişdir. Onlar evə daxil olaraq evin qonaq otağında Nazilə ilə söhbət etmişlər. Bir müddət sonra Kazım evə gəlmişdir. Həmin vaxt Kazımın həyat yoldaşı Günel Kazıma mobil telefonu götürməyə gəldiklərini deyib, mobil telefonun içərisində olan özünə məxsus fotoşəkilləri başqa mobil telefona köçürüb mobil telefonu onlara verməsini demişdir. Həmin vaxt anası Rəfiqə Kazıma “hələ bir buna bax axmaq kopayoğlu” demişdir. Anası Rəfiqənin bu sözlərini eşidən Kazım evin içərisinə girərək anidən mobil telefonu anasının başına vurmuşdur. Daha sonra Kazım əlində olan hər hansı bir əşya ilə bir neçə dəfə anasının baş və sifət nahiyəsinə vuraraq ona xəsarət yetirmişdir. Həmin vaxt Kazımın anasının vurması nəticəsində anasının sifətində qan axmağa başlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun kürəkəni, Şahid2 onun qızıdır. Zərərçəkmiş şəxs və Şahid1 tanımır, onlarla heç bir münasibəti olmamışdır. 04.09.2021-ci il tarixdə səhər saat 09:00 radələrində yaşadığı evdə yatan zaman qızı Günel yataq otağına gələrək evin giriş qapısının qarşısında iki nəfər tanımadığı qadın olduğunu, onu çağırdıqlarını demişdir. Bundan sonra yerindən qalxıb evin giriş qapısının qarşısına çıxmış, evin giriş qapısının qarşısında iki nəfər tanımadığı qadın uca səslə qışqırıb nalayiq ifadələr işlətdiklərini görmüşdür. Həmin vaxt onlara evin giriş qapısının qarşsında səs-küy salıb qışqırmamalarını deyib evə dəvət etmişdir. Bundan sonra onlar evin qonaq otağına keçib oturmuşlar. Daha sonra Rəfiqə adlı qadın evdə oturan kimi kürəkəni Kazım barəsində nalayiq ifadələr işlətmiş, Kazımın gəlməsini tələb etmişdir. Belə ki, Rafiqə adlı qadın dayanmadan Kazımın rəhmətə getmiş atasına və şəhid qardaşına nalayiq sözlər deyib təhqir etmişdir. Kürəkəni Kazım Rəfiqə adlı qadının onun şəhid qardaşına qarşı nalayiq sözlər deyib təhqir etməsinə əsəbləşərək evə girib onu vurmaq istəmiş, lakin o və Kazımın keçmiş həyat yoldaşı Kəmalə onun qarşısını kəsərək Rəfiqəni vurmasına imkan verməmişlər. Bundan sonra Rəfiqə kürəkəni Kazımın şəhid qardaşına nəlayiq sözlər deyib təhqir etmiş, “vurmasan kişi deyilsən” demişdir. Həmin vaxt kürəkəni Kazım əsəbləşərək əlində olan mobil telefonu zərbə ilə Rəfiqəyə tərəf atmış, mobil telefon Rəfiqənin alın nahiyəsinə zərbə ilə dəydiyi üçün onun başından qan axmağa başlamışdır. Bundan sonra kürəkəni Kazım evdən çıxıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşı, X5 onun anasıdır. O, Zərərçəkmiş şəxs və Şahid1 tanımır, onlarla heç bir münasibəti olmamışdır. 04.09.2021-ci il tarixdə səhər saat 09:00 radələrində yaşadığı evdə oturan zaman evin çöl qapısının döyülməsini eşitmiş, tanımadığı iki nəfər qadının onun anasını səslədiklərini görmüşdür. Onlardan kim olduqlarını soruşmuş, onlar Naziləgilin evi olub-olmamsını soruşmuşlar. O, Nazilənin evi olduğunu demiş, həmin vaxt “sən Nazilənin qızısan? Bizə elə sən lazımsan” demişlər. Bundan sonra evə girmiş, evdə yatan anasını yuxudan oyatmışdır. Anası Nazilə yuxudan oyanmış, evin giriş qapısını çıxmış, onlara evin giriş qapısının qarşısında səsküy salıb qışqırmamalarını deyib evə dəvət etmişdir. Bundan sonra onlar evin qonaq otağına keçib oturmuşlar. Həmin vaxt Rəfiqə adlı qadın evdə oturan kimi həyat yoldaşı Kazım barəsində nalayiq ifadələr işlədərək “Kazım gəlsin” demişdir. Daha sonra Rafiqə adlı qadın dayanmadan Kazımın rəhmətə getmiş atasına və şəhid qardaşına nalayiq sözlər deyib təhqir etmişdir. Həyat yoldaşı Kazım Rəfiqə adlı qadının onun şəhid qardaşına qarşı nalayiq sözlər deyib təhqir etməsinə əsəbləşərək evə girib onu vurmaq istəmiş, lakin anası Nazilə və Kazımın keçmiş həyat yoldaşı Kəmalə onun qarşısını kəsərək Rəfiqəni vurmasına imkan verməmişlər. Bundan sonra Rəfiqə həyat yoldaşı Kazımın şəhid qardaşına nalayiq sözlər deyib təhqir edərək “vurmasan kişi deyilsən” demişdir. Bundan sonra həyat yoldaşı Kazım əsəbləşərək əlində olan mobil telefonu zərbə ilə Rəfiqəyə tərəf atmış, mobil telefon Rəfiqənin alın nahiyəsinə zərbə ilə dəydiyi üçün onun başından qan axmağa başlamışdır. Daha sonra həya yoldaşı Kazım evdən çıxıb getmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 07.09.2021-ci il tarixli, 1529 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər –baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə beyin travması, alın nahiyəsinin əzilmiş yaraları, hər iki gözaltı nahiyələrinin qançırları- bərk küt əşyanın təsirindən törənməyə xarakterikdir, müayinə olunanın dediyi vaxtda və şəraitdə əmələ gəlməyə uyğundur, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 05.09.2021-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə ünvan 1 ünvanında baş vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 05 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən keçmiş qaynansı Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bir ədəd “Katel” markalı mobil telefon iş üzrə maddi sübut hesab edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan qəbzdən görünür ki, bir ədəd “Katel” markalı mobil telefon saxlanılması üçün sahibi Təqsirləndirilən şəxs təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xaraketirza olunur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, Təqsirləndirilən şəxs qardaşı X4 ikinci Qarabağ uğrunda gedən döyüşlərdə vəfat etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ikinci Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 20 sentyabr 2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221-ci maddəsinin tərkibi olmadığından barəsində həmin maddə ilə cinayət təqibi başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri-digərini tamamlayan sübutlar əsasında aydın olmuşdur ki, Təqsirləndirilən şəxs 04.09.2021-ci il tarixdə səhər saat 10 radələrində yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin içərisində keçmiş qaynanası Zərərçəkmiş şəxs ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı Təqsirləndirilən şəxs keçmiş qaynanası Zərərçəkmiş şəxs əlində olan mobil telefonu zərbə ilə ataraq baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə beyin travması, alın nahiyyəsinin əzilmiş yaraları, hər iki gözaltı nahiyyələrinin qançırları kimi xəsarətləri yetirməklə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə təqsiri tam sübuta yetirilmiş və onun həmin hərəkəti təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək barəsində cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ikinci Qarabağ müharibəsi iştirakçısı olmasını, əməlindən səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə onu da qeyd edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur və cəzanı yüngülləşdirən hallar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəza təyin edilən zaman nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən cinayət törətməsini), cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alıb hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə törətdiyi cinayətə görə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 49.2-ci maddəsinə əsasən islah işlərinə məhkum olmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 45.1-ci maddəsinə əsasən islah işləri növündə cəzanın icrası müddəti məhkumun işlədiyi və onun qazancından tutulmalar aparıldığı aylar və günlərlə hesablanır. Ona görə də cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış bir ədəd “Katel” markalı mobil telefonun qanuni sahibi Təqsirləndirilən şəxs təhvil veriməsi nəzərə alınmalıdır. Məhkəmə araşdırması zamanı cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən 6 (altı) iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 36 (otuz altı) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353-cü və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respubikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, aylıq qazancından dövlət nəfinə 10 (on) faiz məbləğində pul tutulmaqla, 3 (üç) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasının çəkilmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökmün icrası cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. İş üzrə maddi sübut olan bir ədəd “Katel” markalı mobil telefonun sahibi Təqsirləndirilən şəxs təhvil veriməsi nəzərə alınsın. Cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 36 (otuz altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №1(044)-256/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-256/2021
12.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver