Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-257/2021 09.12.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi Rüstəmov Turan Aydın oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət İttihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Hilol qızının, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1977-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Gəncə şəhəri, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək barədə” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 13.02.2020-ci il tarixdən başlayaraq 23.06.2004-cü il təvəllüdlü X9 və 18.03.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 150,00 manat olmaqla, cəmi 300,00 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs Hilol qızına ödənilməsinə dair Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 18.03.2020-ci il tarixli 2(044)-836/2020 №-li qətnaməsi üzrə verilmiş icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 08.10.2020-ci il tarixli 3(044)-529/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 08 gün müddətinə inzibati həbs olunmasına və icra sənədindəki tələbi icra etməsi üçün ona 10.12.2020-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 09.02.2021-ci il tarixədək şəxsi maraqları niyyətilə, cəmi 3600,00 manat aliment borcunu tələbkar Zərərçəkmiş şəxs Hilol qızına ödəməməklə məhkəmənin məlum qətnaməsini qərəzli olaraq icra etməmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, işdə olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verərkən əvvəlcə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bildiyini göstərsə də, o, ifadə verərkən bildirmişdir ki, Zərərçəkmiş şəxs Hilol qızı ilə 1999-cu ildə ailə qurmuş, birgə nikahdan 3 uşaqları vardır. O, 2019-cu ildə Rusiya Federasiyasında olarkən məhkum edilmiş və orada cəzasını çəkib qurtardıqdan sonra həmin ildə Azərbaycana qayıtmışdır. Onlar Yazgüllə birlikdə əvvəl normal yaşamışlar, fəhləlik edərək ailəsinə və uşaqlarına baxmışdır. Lakin sonradan münasibətləri pisləşmiş, bir evdə yaşasalar da, Yazgül alimentin alınması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş və Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 18.03.2020-ci il tarixli qətnaməsi ilə 13.02.2020-ci il tarixdən başlanılmaqla, ondan Elşən Süleymanovun və Elşad Süleymanovun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 150 manat, cəmi isə 300 manat alimentin alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qət eldilmişdir. O, əvvəlcə Yazgül ilə alimentin alınmasından imtina edilməsi üçün razılaşmış, lakin Yazgül bunu etməmişdir. İcra vərəqəsi üzrə aliment ödənilmədiyi üçün icra məmuru tərəfindən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 08.10.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 8 gün müddətinə inzibati qaydada həbs edilmiş, məhkəmədə alimenti ödəməyəcəyini bildirmişdir. Həmin vaxtdan heç bir aliment ödəməmişdir. Ona məlumdur ki, barəsində cinayət təqibinin başlanması üçün təqdimat verilən 09.02.2021-ci il tarixədək aliment borcu 3600,00 manat təşkil edir. O, ancaq hər ay 100-150 manat ödəniş edə bilərdi, lakin bunu etməmiş, çünki Zərərçəkmiş şəxs ərizəsini götürməyə söz versə də bunu etməmişdir. O, müxtəlif işlərdə fəhlə kimi günəmuzd işləyir və gündəlik qazancı 15-20 manat təşkil edir. İcra məmuru tərəfindən ona qətnaməni icra etmədiyi təqdirdə cinayət məsuliyyətinə cəlb olunacağı barədə dəfələrlə xəbərdarlıq edilmişdir. Qeyd edilənlərə əsasən bildirir ki, alimenti ödəməyəcək. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Hilol qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun keçmiş əridir, sonuncu ilə heç bir düşmənçilik və ədavəti olmamışdır. İlham uzun müddət Rusiya Federasiyasında işləməyə getmiş və təxminən 5-6 il Rusiyada qaldıqdan sonra 2020-ci ilin yanvar aynın 16da qayıdaraq Azərbaycana gəlmiş və gəldiyi gündən bir evdə yaşasalar da uşaqları saxlamaq üçün heç bir maddi köməklik göstərməmişdir. Uşaqları saxlamaq üçün maddi yardım göstərməsini İlhama təklif etmiş, lakin İlham uşaqların saxlanması üçün heç bir yardım etməyəcəyini bildirmiş, bu səbəbdən 23.06.2004-ci il təvəllüdlü X9 və 18.03.2011ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Təqsirləndirilən şəxs alimentin tutularaq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuş və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 18.03.2020-ci il tarixli 2(044)836/2020 №-li qətnaməsi ilə 13.02.2020-ci il tarixdən başlayaraq uşaqların yetkinlik yaşına çatana kimi hər ay hər uşaq üçün 150,00 manat, cəmi 300,00 manat məbləğində alimentin Təqsirləndirilən şəxs alınaraq ona verilməsi barədə qətnamə çıxarılmış və dərhal icraya yönəldilsə də icra dövründə əri Təqsirləndirilən şəxs ona heç bir aliment ödənişi etməmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 08.10.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 08 gün müddətinə inzibati qaydada həbs edilmiş, lakin bundan nəticə çıxarmamışdır. Ona məlumdur ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin başlanması üçün təqdimat verilən 09.02.2021-ci il tarixə kimi ödənilməmiş aliment borcu 3600,00 manat təşkil edir. İlham gündəlik 15,00 manata müxtəlif şəxsi tikintilərdə işləyir, eləcə də atası X7 da onun himayəsində olduğundan sonuncunun pensiya kartı da İlhamdadır və hər ay 700,00 manat məbləğində pensiyanı da İlham alır və istədiyi kimi xərcləyir, lakin ona verməli olduğu alimenti ödəmir. Təqsirləndirilən şəxs məhkəmə tərəfindən çıxarılan qətnamənin icrasını təmin etməkdən qərəzli olaraq boyun qaçırdığından və dövlətin adından çıxarılan qərara hörmətsizlik etdiyindən ondan şikayətçidir və ona ağır cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadə verərək bildirmişdir ki, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 18.03.2020-ci il tarixli qətnaməsi üzrə verilmiş 2(044)- 836/2020 saylı 18.03.2020-ci il tarixli icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs 23.06.2004-cü il tarixdə anadan olmuş X4 və 18.03.2020-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 13.02.2020-ci il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 150 manat, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs Hilol qızına verilməlidir. İcra sənədi üzrə Gəncə şəhəri üzrə İcra İdarəsində 15.05.2020-ci il tarixdə başlanılmış icraat zamanı Təqsirləndirilən şəxs tələbin ödənilməsini yerinə yetirməmişdir. 08.10.2020-ci il tarixdə borclu Təqsirləndirilən şəxs İdarəyə dəvət edilmiş, icra sənədi üzrə borcunun ödənilməsi ilə bağlı icra məmurunun qanuni tələbini yerinə yetirmədiyi və tələbi üzrsüz səbəbdən icra etmədiyi üçün Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 3(044)-529/2020 saylı, 08.10.2020-ci il tarixli qərarı ilə təqsirli bilinərək 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra borclu Təqsirləndirilən şəxs borcunun ödənilməsi üçün yeni müddət verilmiş, həmçinin 27.11.2020-ci il tarixdə Azərbaycan Respublkası ƏƏSMN yanında 6 saylı Ərazi Məşğulluq Mərkəzində işaxtaran kimi qeydiyyata durması barədə təklif verilmişdir. X8 təklif etdiyi işi qəbul etmiş, lakin təklif edilən işin fiziki cəhətdən ağır olduğunu bəhanə gətirərək təklif edilən işdən imtina etmişdir. Borcluya cinayət məsuliyyətinə cəlb olunacağı barədə 02.11.2020-ci il, 16.11.2020-ci il və 10.12.2020-ci il tarixlərdə xəbərdarlıqlar verilmişdir, lakin buna baxmayaraq o, öz hərəkətlərini davam etdirmiş və icra sənədi üzrə müəyyən olunmuş tələbləri təmin etməmişdir. Borclu Zərərçəkmiş şəxs Hilol qızına bugünkü günədək heç bir ödəniş etməmişdir və barəsində cinayət təqibi üçün təqdimat verilən 09.02.2021-ci il tarixədək ödənilməmiş aliment borcu 3600 manat təşkil edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 oğlu eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 18.03.2020-ci il tarixli, 2(044)-836/2020 saylı qətnaməsindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs 23.06.2004-ci il təvəllüdlü X4 və 18.03.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 13.02.2020-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 150,00 manat olmaqla, cəmi 300,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs Hilol qızının xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 15.05.2020-ci il tarixli “icraata başlamaq haqqında” qərardan və “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 18.03.2020-ci il tarixli 2(044)- 836/2020 saylı icra sənədinə əsasən icraata başlanılmış və cavabdeh Təqsirləndirilən şəxs borcunu könüllü ödəməsi barədə bildiriş göndərilmiş və o, rəsmi bildirişi şəxsən öz imzası ilə imzalayaraq qəbul etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli, 8(044)-290/2020 saylı qərardadından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti, yəni icra sənədi üzrə müəyyən edilmiş borcunu tam icra edənədək məhdudlaşdırılmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli, 3(044)-529/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 08 gün müddətinə həbs edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 02.11.2020-ci il, 16.11.2020-ci il və 10.12.2020-ci il tarixli “Cinayət məsuliyyətinə cəlb olunması barədə xəbərdarlıq” məktublarından görünür ki, Təqsirləndirilən şəxs borcunu vaxtında ödəməsi və əks halda ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunacağı barədə rəsmi xəbərdarlıqlar edilmiş və o, rəsmi xəbərdarlıqları şəxsən imzalayaraq qəbul etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X5 6 saylı ərazi Məşgulluq Mərkəzi filialının 14.01.2021-ci il tarixli məktubundan və Təqsirləndirilən şəxs 20.01.2021-ci il tarixli izahatından görünür ki, Təqsirləndirilən şəxs 21.04.2020-ci il tarixdən iş axtaran kimi qeydiyyata alınmış, sonuncuya "xxxx" MMC-də fəhlə işi təklif olunmuş, Təqsirləndirilən şəxs buna razı olsa da, sonradan əmək haqqının az olduğuna görə bu işdən imtina etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Təqsirləndirilən şəxs Gəncə şəhəri üzrə İcra İdarəsində verdiyi 08.10.2020-ci il, 16.11.2020-ci il və 10.12.2020ci il tarixli izahatlarından görünür ki, o, alimenti ödəməyəcəyini bildirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri üzrə İcra şöbəsi tərəfindən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin başlanması haqqında təqdimatdan görünür ki, təqdimat verilən günə, yəni 09.02.2021-ci il tarixə kimi ödənilməmiş alimentin miqdarı 3600,00 manat təşkil edir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “axtarışda olan şəxsin tutulması haqqında” 14.09.2021-ci il tarixli protokoldan görünür ki, həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs 14 sentyabr 2021-ci il tarixdə Gəncə şəhəri ərazisində tutulmuş, Nizami RPİ-nə gətirilmiş və Bakı şəhər Yasamal RPİ-nin X12 təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “müvəqqəti saxlama təcridxanasından azad edilməsi haqqında” və “qətimkan tədbirinin seçilməsi haqqında” 15 sentyabr 2021-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Bakı şəhəri Yasamal RPİ-nin MSY-dən dərhal azad olunmuş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş 15.05.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, məhkəmə baxışında tədqiq edilmiş sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmə cinayətini törətməkdə təqsirliliyi tam sübuta yetirildiyindən onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair 02 oktyabr 2012-ci il tarixli qərarına əsasən Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci (yeni redaksiyada İnzibati Xətalar Məcəlləsinin 528.1) maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra yaranır. Lakin şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci (yeni redaksiyada İnzibati Xətalar Məcəlləsinin 528.1) maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş olması qeyd-şərtsiz olaraq onun Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb ola bilməz. Məhkəmə qərarını icra etməyən şəxsin bunu qərəzli olaraq edib-etməməsi və ya məhkəmə aktlarının icrasına maneçilik törətməsi həmin şəxs inzibati məsuliyyətə cəlb edildikdən sonra aydınlaşdırılmalıdır və yalnız bu əlamət mövcud olduqda cinayət təqibi başlana bilər. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Həmin qərarda qeyd edilmişdir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Eyni zamanda, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi ilə məhkəmə qərarının icrasından yayınma məhkəmə aktlarının qərəzli icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirliliyinin tam sübuta yetirildiyi qənaətinə gələrkən qeyd etməyi zəruri hesab edir ki, yuxarıda göstərilən məhkəmə iclasında tədqiq edilmiş sübutlarla yanaşı, həmçinin məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs icra sənədi üzrə aliment borcunu ödəməyəcəyini bildirməsi, yəni təqsirləndirilən şəxsin zərəri ödəməyə təşəbbüs göstərməməsi, zərəri ümumiyyətlə ödəməməsi, zərərçəkmiş şəxslə barışıq əldə etməyə hər hansı cəhd etməməsi, bununla da barəsində olan qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməməklə yanaşı, məhkəmə aktına qərəzli və etinasız münasibət göstərməsi və məhkəmə qərarının icrasından yayınması onun məhkəmə aktını məhz qərəzli olaraq icra etməməsini təsdiq edir. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri-digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 13.02.2020-ci il tarixdən başlayaraq 23.06.2004-cü il təvəllüdlü X9 və 18.03.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 150,00 manat olmaqla, cəmi 300,00 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs Hilol qızına ödənilməsinə dair Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 18.03.2020-ci il tarixli 2(044)-836/2020 №-li qətnaməsi üzrə verilmiş icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 08.10.2020-ci il tarixli 3(044)-529/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 08 gün müddətinə inzibati həbs olunmasına və icra sənədindəki tələbi icra etməsi üçün ona 10.12.2020-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 09.02.2021-ci il tarixədək şəxsi maraqları niyyətilə, cəmi 3600,00 manat aliment borcunu tələbkar Zərərçəkmiş şəxs Hilol qızına ödəməməklə məhkəmənin məlum qətnaməsini qərəzli olaraq icra etməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi təsnifatına görə az ağır cinayətdir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən yuxarıda göstərilənləri, cəzanın məqsədini, onun prinsiplərini, sosial ədalətin bərpasına nail olunmasının zəruriliyini əsas götürərək, təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs zərəri ümumiyyətlə ödəməməsini və zərəri ödəməyə təşəbbüs göstərməməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməyə hər hansı cəhd etməməsini, barəsində olan qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməməklə yanaşı, məhkəmə aktına qərəzli və etinasız münasibətini nəzərə alır və hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. Təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 14 sentyabr 2021-ci il tarixdən 15 sentyabr 2021-ci il tarixədək, yəni 02 gün müddətində Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerində saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 (üç) gün müddətində tutulmasını nəzərə alaraq həmin müddətin ona təyin olunacaq azadlıqdan məhrumetmə cəzasından çıxılmasını məqsədə müvafiq hesab edir. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən 08 (qırx səkkiz) iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 48 (qırx səkkiz) manat məbləğində pul köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 sentyabr 2021-ci il tarixdən 15 sentyabr 2021-ci il tarixədək, yəni 02 (iki) gün tutulduğu müddətin bir günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanmaqla 02 gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbs edilsin, «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı 09 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 48 (qırx səkkiz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №1(044)-257/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-257/2021
09.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver