Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(044)-264/2021 26.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X2 xüsusi ittiham qaydasında şikayətinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X4 23-26 iyul 2021-ci il tarixlərdə özünün Facebook sosial şəbəkəsindəki hesabı vasitəsilə onun barəsində aşağıdakı şərhləri və ifadələri yazmışdır: “Ülviyya Alovlu qovulmusan, ona görə yanırsan, alovlanırsan. Dil ustası sənə tərbiyə verməyən atandır. Gorda indi fırlanır, nə qədər istəyirsən hür bundan sonra, tərbiyəsizliyini bilməyənlər gördü, görməyənlər də görəcəklər zamanla” “Ülviyyə Alovlu binamus sənə tərbiyə verməyən ata və anandır. Sevda sənin yanına gələndə biryerdə idik. Səbrli ol, sabah cavabını alacaqsan.” “Anar Məmmədov pulunu ver, sənə işləyim, verməsən Raminlərə (hacılı və DTX-dan biri) işləyəcəm, kirayə vermək olmur deyən adamın ard-arda 20 post yazması siyasi olmaya bilər?” “Anar Məmmədov pula işləyən alovlu budur.” “Vilayət Eyvazov, fahişələrini uzaq tut məndən!” “30 manata bədənini satan sahibsiz küçə adamına başqasını qaralamaq üçün bir post üçün 50 manat verəndə susmaz. Allah Azərbaycanımızı həyasız Ermənistan şərindən, dəyərli adamları da ləyaqətsiz, tərbiyəsiz, əxlaqsız, şərçi, şantajçı tör-töküntülərdən xilas eləsin.” “Zərrə qədər hörmətim varsa, şərhdə qoyacağını profili şikayət (report) edin. Küçə fahişəsini üstümə hürdürürlər, o da Polisə pul vermişəm, susdurmuşam, ...ı da yeyə bilməz polis deyir yaxınlarına. Yiyəsi yoxdur, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi də kənardan gözləyir ki, özümdən çıxıb, ona bir çırtma vurum.” Yuxarıda qeyd edilən yazıda o, nalayiq formada təhqir olunmuşdur. Bəxtiyar Hacıyev onu ləyaqətsiz, tərbiyəsiz, əxlaqsız, şərçi, şantajçı şəxs kimi ictimaiyyətə təqdim etmişdir. Bu təhqir və böhtanlardan o, mənəvi sarsıntı keçirmişdir. Bu təhqiredici yazılar və şərhlər “Facebook” sosial şəbəkəsində kütləvi formada yayımlanmışdır. Məhkəmə tərəfindən iclasın vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış xüsusi ittihamçı X3 bunun səbəbləri barədə məhkəməni əvvəlcədən məlumatlandırmadan hazırlıq iclasına təkrarən gəlməmişdir. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Bəxtiyar Hacıyev xüsusi ittihamçı Ülviyyə Muradovanın təkrarən gəlməməsi səbəbindən və xüsusi ittiham qaydasında şikayətin forma və məzmununa riayət etmədiyindən, şikayətin icraata qəbul edilməsindən imtina edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul olunmasından imtina edilməlidir. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 299.8-ci maddəsinə görə xüsusi ittihamçının üzrlü səbəblər olmasını əvvəlcədən bildirmədən məhkəmənin hazırlıq iclasına təkrar gəlməməsi ittihamdan imtinaya bərabər tutulur və xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina barədə qərar çıxarır. Həmin Məcəllənin 302.1.8-ci maddəsinə görə şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. İş materialları ilə təsdiq olunur ki, xüsusi ittihamçı X3 məhkəmənin hazırlıq iclasına üzrlü səbəblər olmadan təkrarən gəlməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.2.3-cü maddələrinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 300.1.3, 302.2.3 və 384.1.8-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittihamçı X2 şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №1(044)-264/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(044)-264/2021
26.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver