Məhkəmə qərarları › İş №1(044)-269/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-269/2021

17.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-269/2021 17.11.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1983-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 1 azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2nında yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törətməsi ilə əlaqədar istintaq orqanı tərəfindən cinayət işi üzrə ittiham aktı tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Göstərilən ittiham aktı üzrə irəli sürülən ittihama əsasən Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, onun komplekt hissəsini və döyüş sursatı əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 9mm kalibirli, PM modelli Makarov konstruksiyalı, yivli, odlu, texniki cəhətdən saz, atəş üçün yararlı olan 1 ədəd tapançanı, həmin tapançanın komplekt hissəsi olan, içərisinə 8 ədəd 9x18 mm kalibirli patron yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı olan bir ədəd darağı və zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1988-ci ildə istehsal olunmuş 9x18 mm kalibirli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab edilən istifadə üçün yararlı olan 4 ədəd ştat patronunu qanunsuz olaraq əldə etmiş, üzərində daşıyaraq saxlamışdır. Onun barəsində qanunsuz olaraq odlu silah əldə etməsi, saxlaması və üzərində gəzdirməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinə daxil olmuş məlumat əsasında 06 avqust 2021-ci il tarixdə Gəncə şəhər BPİ-nin CAİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində o, Gəncə şəhəri, X17 prospektində yerləşən “Portafino” çay evinin qarşısında saxlanılaraq Gəncə Şəhər Baş Polis İdarəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ arxa bel nahiyyəsindən nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 9mm kalibirli, PM modelli Makarov konstruksiyalı, yivli, odlu, texniki cəhətdən saz, atəş üçün yararlı olan 1 ədəd tapança, həmin tapançanın komplekt hissəsi olan, içərisinə 8 ədəd 9x18 mm kalibirli patron yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı olan bir ədəd daraq və zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1988-ci ildə istehsal olunmuş 9x18 mm kalibirli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab edilən istifadə üçün yararlı olan 4 ədəd ştat patron aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 2021-ci ilin aprel ayında axşam saatlarında o, Gəncə şəhəri X15 yaxınlığında yerdə silaha oxşar əşya görmüş, yaxınlaşanda həmin əşyanın makarov tipli tapança olmasını və üzərində bir ədəd sandıqça və həmin sandıqçanın içərisində 4 ədəd patron olduğunu görmüşdür. Həmin silah maraqlı olduğu üçün o, tapançanı özü ilə götürmüş və həmin yerin yaxınlığında gizlətmişdir. 06.08.2021-ct il tarixdə səhər saatlarında həmin tapançanın yerini dəyişmək üçün o, gizlətdiyi yerdən götürüb saat təxminən 15 radələrində tapançanı əynində olan şalvarın sağ bel hissəsinə qoymuş və Gəncə şəhəri X18 prospektində yerləşən “Portafino” çay evinə getmişdir. O, çay evinin həyətində oturub çay sifariş vermək istədiyi zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim etmişlər və onu Gəncə şəhər BPİnə dəvət etmişlər, o, da etiraz etməyərək Gəncə şəhər Baş Polis İdarəsinə gəlmişdir. Gəncə şəhər Baş Polis İdarəsində hüquqları ona izah edilmiş və müdafiəçisi təyin edilmiş, sonra onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predment olub-olmaması soruşulmuş və o, üzərində olan “Makarov” tipli tapançanı çıxarıb təqdim etmişdir. Onun təqdim etdiyi tapança içərisində dörd ədəd patron olan 1 ədəd sandıqça ilə birlikdə zərfdə qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Həmin tapançanı o, tapan zaman yanında heç kim olmamış, həmin “Makarov” tipli tapançadan istifadə etməmiş, tapançanı tapıb gizlətməyi və üzərinizdə olması barədə heç kəsə heç bir söz deməmişdir. Sonda o, əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirərək himayəsində 1 azyaşlı uşağının olması nəzərə almaqla ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməsinə dair etirafedici ifadəsi məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə Şəhəri Baş Polis İdarəsinin CAİ-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində göstərdi ki, ünvan 3 ünvanında yaşayan, xx.xx.1983-cü il təvəllüdlü X4 qanunsuz olaraq üzərində odlu silahı əldə etməsi və üzərində daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun və Cinayət Axtarış İdarəsinin əməliyyat müvəkkili Şahid2 iştirakı ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 06.08.2021-ci il tarixdə saat 15 radələrində Məcnuni X9 şəhəri, Ş.İ.Xətai propektində yerləşən “Portafino” çay evinin qarşısında müəyyən edilərək Gəncə Şəhər Baş Polis İdarəsinin inzibati binasına dəvət edilmişdir. Gəncə Şəhər Baş Polis İdarəsində Təqsirləndirilən şəxs üzərində odlu silah daşıması ilə əlaqədar şübhəli şəxs qismində saxlanılması barədə məlumat verilmiş, bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və dövlət hesabına müdafiəçi ilə təmin edilmişdir. Gəncə Şəhər Baş Polis İdarəsinin inzibati binasında yerləşən xidməti otaqda onun üzərinə müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl X6 üzərində odlu silah olub-olmaması soruşulmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində “Makarov” tipli tapança olmasını bildirmiş, əynində olan açıq göy rəngli cins şalvarın sağ arxa hissəsindən bir ədəd “Makarov” tipli tapançanı və həmin tapançanın içərisində 4 ədəd patron olan sandıqçanı təqdim etmişdir. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs həmin tapançanı təxminən 2021-ci ilin aprel ayında Gəncə şəhər X15 yaxınlığında yerdən tapdığını bildirmişdir. Sonra həmin aşkar edilmiş tapança və içərisində 4 ədəd patron olan sandıqça müdafiəçinin və iştirakçıların iştirakı ilə əvvəlki vəziyyətə qaytarılıb zərfə qoyularaq möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş və protokolun doğruluğunu iştirakçılar imzalarla təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə Şəhəri Baş Polis İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş 06.08.2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs 06.08.2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Gəncə şəhəri BPİ-nin İTİ-nin TŞ-nin təhqiqatçısı X1 tərtib etdiyi 06.08.2021-ci il tarixli “şəxsi axtarış və götürmə barədə” protokoldan və 1 ədəd DVD diskdən görünür ki, polis əməkdaşları Şahid1, Şahid2 və X7, Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş odlu silah olub-olmaması, əgər vardırsa təqdim etməsi bildirilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində odlu silah “Makarov” tipli tapança olmasını bildirmiş, əynində olan açıq göy rəngli cins şalvarın sağ arxa hissəsində 1 ədəd olan “Makarov” tipli tapança və həmin tapançanın içərisində 4 ədəd patron olan bir ədəd sandıqçanı təqdim etmişdir. Sorğu zamanı verilən suallara cavab olaraq şübhəli şəxs Təqsirləndirilən şəxs həmin əşyanın tapança olmasını və həmin tapançanı 2021-ci ilin təxminən aprel ayında Gəncə şəhəri X19 yaxınlığında yerləşən dəmir yol xəttinin üzərindən taparaq saxladığını, həmin tapançanı heç kimə satmadığını, heç bir yerdə istifadə etmədiyini, heç kimə vermədiyini bildirmişdir. Daha sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilərkən üzərindən döviyyəsi qanunla qadağan edilmiş hər hansı əşya və predmet aşkar edilməmişdir. Həmin tapança və içərisində 4 ədəd patron olan sandıqça əvvəlki vəziyyətə qaytarılıb bir ədəd zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 07.08.2021-ci tarixli, 21/490R saylı ekspert rəyindən aşağıda qeyd edilənlər müəyyən edilir: - Tədqiqata təqdim edilmiş 01 ədəd nömrəsi silinmiş silah zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9mm kalibirli PM modelli, Makarov konstruksiyalı tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır. - Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibirli Makarov konstruksiyalı tapançaların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. - Tədqiqata təqdim edilmiş 04 ədəd patronlar zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1988-ci ildə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlarıdır, döyüş sursatı hesab olunur və atəş üçün yararlıdırlar. - Eksperimental atəşlər zamanı güllə-gilizlər DİN-nin KTİ-də yerləşən “güllə-giliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında məlumat veriləcəkdir. Qeyd: Təqdim edilmiş 04 ədəd 9x18mm kalibirli patronlardan 02 ədədi eksperimental atəş zamanı istifadə olundu. Cinayət işinin materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 08.08.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 06.08.2021-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan DİN Kriminalistik Tədqiqatlar İdarəsinin rəisi Gündüz Sadıxovun 12.08.2021-ci il tarixli məktubundan görünür ki, 01 ədəd 9mm kalibirlik nömrəsi silinmiş Makarov konstruksiyalı PM modelli tapançadan eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin “güllə-giliz” kartotekasında “Arsenal” avtomatlaşdırılmış ballistik sistemi vasitəsi ilə yoxlanıldı. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün tam etirafı, şahidlərin məhkəmədə verdiyi ifadələri, eləcə də cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 13.08.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmişdir. Cinayət işinin materiallarında olan Gəncə şəhər Psixonevroloji Dispanserin 10.08.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan Gəncə şəhər Narkoloji Dispanserin 16.08.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə 25.02.2020-ci il tarixdən “opioidlərdən asılılıq” diaqnozu ilə qeydiyyatdadır. Cinayət işinin materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Məcnuni X5 Gülənaz Səməd qızı ilə 18.06.2016-cı il tarixdə rəsmi nikaha daxil olmuşdur. Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 12.08.2017-ci il təvəllüdlü Zəhra adlı 1 azyaşlı uşağı vardır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətlərin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib əməlindən səmimi peşmançılıq çəkməsini və himayəsində 01 yetkinlik yaşına çatmayan uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hallara diqqət yetirərək nəzərə alır ki, o, əvvəllər dəfələrlə cinayət məsuliyyətinə cəlb edilmiş və azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Onun dəfələrlə cinayət əməllərini törətməsi, törətdiyi əməllərə tənqidi yanaşmadığını və ona verilən cəzalardan nəticə çıxarmadığını, islah olunmağa meylli olmadığını göstərir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun tutulduğu 06.08.2021-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut olan, 9mm kalibirli, PM modelli, Makarov konstruksiyalı 01 ədəd tapança, həmin tapançanın komplekt hissəsi olan, içərisinə 8 ədəd 9x18 mm kalibirli patron yerləşdirmək üçün nəzərdə tutulmuş 01 ədəd daraq və zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1988-ci ildə istehsal olunmuş, 9x18 mm kalibirli, döyüş sursatı hesab edilən istifadə üçün yararlı olan 02 ədəd ştat patron xüsusi müsadirə edilməli və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sərəncamına verilməlidir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən iş üzrə maddi sübut olan təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış zamanı aparılmış videoçəkilişin qeyd edildiyi 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən müdafiəçi X3 Təqsirləndirilən şəxs məhkəmədə 5 saat dövlət hesabına göstərdiyi hüquqi yardıma görə işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosuna, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərilmiş hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 30 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli tutulduğu 06.08.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan, 9mm kalibirli, PM modelli, Makarov konstruksiyalı 01 (bir) ədəd tapança, həmin tapançanın komplekt hissəsi olan, içərisinə 8 ədəd 9x18 mm kalibirli patron yerləşdirmək üçün nəzərdə tutulmuş 01 (bir) ədəd daraq və zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1988-ci ildə istehsal olunmuş, 9x18 mm kalibirli, döyüş sursatı hesab edilən istifadə üçün yararlı olan 02 (iki) ədəd ştat patron məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sərəncamına verilsin. İş üzrə maddi sübut olan təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış zamanı aparılmış videoçəkilişin qeyd edildiyi 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 30 (otuz) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar