Məhkəmə qərarları › İş №1(044)-28/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-28/2021

16.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-28/2021 16.08.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Yediyarova Zeynəb Fərman qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi X2 iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, “barəsində başqa yerə getməmək haqqında iltizam” seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra-CM) 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə, xx.xx.1990-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra-CM) 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 (bundan sonra - Təqsirləndirilən şəxs1) 01.08.2019-cu il tarixdə saat 21 radələrində Gəncə şəhəri, Avtozavod qəsəbəsində “Yeni Marketin” qarşısında Zərərçəkmiş şəxs yaxını X6 qarşı nalayiq ifadə işlətdiyini eşidib yaxınlaşaraq iradını bildirərkən, heç bir əsaslı səbəb olmadan hamı tərəfindən qəbul olunmuş davranış və əxlaq normalarını pozmaqla ətrafda olan şəxslərin narahatlığına səbəb olan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək əvvəlcə özü ilə gətirdiyi 1 ədəd zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici ucu deşici xassəyə malik olan ümumi təyinatlı, soyuq silah hesab edilməyən silah qismində istifadə etdiyi turist bıçağı ilə Zərərçəkmiş şəxs vurmağa cəhd etmiş, həmin vaxt Zərərçəkmiş şəxs dəmir linglə bıçağı vurub yerə saldığı və ətrafda olan şəxslərin ona bıçağı yenidən götürməsinə mane olaraq onu tutub saxladıqları üçün öz iradəsindən asılı olmayan səbəblərdən bıçaqla hər hansı xəsarət yetirə bilməmiş, bundan sonra yumruq və təpiklə bir neçə dəfə vuraraq ona burun sümüyünün orta 1/3 hissənin çatı, burun nahiyəsinin qançırı, şişkinliyi, alın və sol göz ətrafı nahiyələrinin yumşaq toxumalarının əzniyi hematoması ilə nəticələnən, sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirdikdən sonra xuliqanlıq hərəkətlərini davam etdirmək məqəsdilə qardaşı Təqsirləndirilən şəxs2 zəng edib hadisə yerinə çağırmış, bundan sonra bir qrup şəxs halında daha da azğınlaşaraq qardaşı, Təqsirləndirilən şəxs2 əvvəlcə yumruq və təpiklə, daha sonra isə istintaq tərəfindən əldə edilməsi mümkün olmayan yerdən götürdüyü və silah qismində istifadə etdiyi daşla Zərərçəkmiş şəxs başının təpə nahiyəsindən və bədəninin müxtəlif nahiyələrindən bir neçə dəfə vuraraq təpə nahiyəsinin səthi yaraları və hər iki əlin ovuc səthinin sıyrıqları ilə nəticələnən, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə zor tətbiq edib qərəzli xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs2 (bundan sonra - Təqsirləndirilən şəxs2) 01.08.2019-cu il tarixdə saat 21 radələrində Gəncə şəhəri, Avtozavod qəsəbəsində “Yeni Marketin” qarşısında qardaşı Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs yaxını X6 qarşı nalayiq ifadə işlətdiyini eşidib yaxınlaşaraq iradını bildirərkən, heç bir əsaslı səbəb olmadan hamı tərəfindən qəbul olunmuş davranış və əxlaq normalarını pozmaqla ətrafda olan şəxslərin narahatlığına səbəb olan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək əvvəlcə aralarında sözlə yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sifətindən və bədəninin müxtəlif nahiyələrindən yumruq və təpiklə bir neçə dəfə vuraraq ona burun sümüyünün orta 1/3 hissənin çatı, burun nahiyəsinin qançırı, şişkinliyi, alın və sol göz ətrafı nahiyələrinin yumşaq toxumalarının əzniyi, hematoması ilə nəticələnən, sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirdikdən sonra ona zəng edib xuliqanlıq hərəkətlərini davam etdirmək məqəsdilə hadisə yerinə çağırmış, bundan sonra o, həmin yerə gedərək bir qrup şəxs halında daha da azğınlaşaraq əvvəlcə yumruq və təpiklə, daha sonra isə istintaq tərəfindən əldə edilməsi mümkün olmayan yerdən götürdüyü və silah qismində istifadə etdiyi daşla Zərərçəkmiş şəxs başının təpə nahiyəsindən və bədəninin müxtəlif nahiyələrindən bir neçə dəfə vuraraq təpə nahiyəsinin səthi yaraları və hər iki əlin ovuc səthinin sıyrıqları ilə nəticələnən, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə zor tətbiq edib qərəzli xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməli onun özünün etiraf ifadəsi ilə yanaşı, iş üzrə şahidlərin ifadələri, ekspertiza rəyi, işdə olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməli onun özünün etiraf ifadəsi ilə yanaşı, iş üzrə şahidlərin ifadələri, ekspertiza rəyi, işdə olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hal-hazırda heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs2 onun qardaşıdır. Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. 01 avqust 2019-cu il tarixdə saat 21 radələrində o, Gəncə şəhəri Nizami küçəsində “Ekskluziv” adlanan bərbərxanada saçını kəsdirərkən Məhəmməd adlı qohumu ona zəng edib bir nəfər kişinin onun söyüb stadiondan qovduğunu demiş, o, Məhəmməddən harada olduğunu soruşmuş, Məhəmməd ona Avtozavod qəsəbəsində olduğunu demiş, o, bundan sonra qardaşı Təqsirləndirilən şəxs2 məxsus “BMW” markalı, ** CP *** dövlət nömrə nişanlı avtomaşınla Avtozavod qəsəbəsinə Məhəmmədin yanına getmiş, Məhəmməd ona mini futbol stadionunun yanında dayanmış şəxsi göstərmiş və ona həmin şəxsin söyüb stadiondan qovduğunu demiş, o da avtomaşınını həmin stadionun yanına sürmüş və avtomaşından düşüb adının sonradan Şahin olduğunu bildiyi şəxsə yaxınlaşmış, həmin vaxt Şahinin yanında tanımadığı bir kişi olmuş, o, Şahinə yaxınlaşıb salamlaşmış və ondan Şahinin kim olduğunu soruşmuş, Məhəmməd o, Şahinə yaxınlaşarkən stadiondan qovan şəxsin adının Şahin olduğunu demiş, o da Şahinə yaxınlaşıb salamlaşmış və ondan Şahin adlı şəxsin kim olduğunu soruşmuş, Şahin özünü təqdim etdikdə ondan Məhəmmədə söyüş söyübsöymədiyini soruşmuş, Şahin ona söymədiyini demiş, o, bu vaxt Məhəmmədi stadiondan qovub ona söyüş söyən şəxsin ünvanına nalayiq ifadələr işlətmiş, Şahin o, söyüş söydükdə onun sifətindən yumruqla vurmuş, o da Şahini vurmuş, bu vaxt aralarında dava olmuş və Şahinin yanında olan tanımadığı kişi araya girib onları aralaşdırmış, Şahin onun əlindən çıxıb mağazaya daxil olmuş, o, Şahinin mağazadan bıçaq götürəcəyini fikirləşmiş və avtomaşına yaxınlşıb avtomaşının salonundan 1 ədəd açılıb qatlanan cib bıçağını götürüb Şahinin arxası ilə mağazanın giriş qapısına tərəf getmiş, bu vaxt onları aralayan həmin tanımadığı kişi onun əlindən bıçağı almış, Şahin həmin vaxt mağazadan əlində dəmir linglə bayıra çıxıb onun üzərinə gəlmiş, linglə bir neçə dəfə başından vurmuş, həmin vaxt Şahinin adını bilmədiyi və əvvəllər tanımadığı arvadı və həmin onları aralayan kişi araya girib Şahini sakitləşdirməyə çalışmış, o, isə Şahinin əlindən qaçıb avtomaşınına tərəf getmiş, Şahin onun arxası ilə gəlib onu qovalamış, əlindəki linglə avtomaşının gövdəsindən və şüşələrindən vuraraq xəsarət yetirmiş, o, həmin vaxt qaçıb aralıda dayanmış, Şahinin avtomaşını linglə əzdiyini gördükdə o, qardaşı Elvinə zəng edib məlumat vermiş, Şahin isə DİN-in 102 xidmətinə zəng edib polis çağırmış, təxminən 3-4 dəqiqə sonra dostu Vaqif gəlib çıxmış, Vaqif Şahinə yaxınlaşıb onunla söhbət etməyə başlamış, həmin vaxt Şahin əlində dəmir linglə Vaqiflə söhbət edirmiş, Vaqiflə Şahin söhbət edərkən qardaşı Elvin gəlib çıxmış, Elvin onun başının qan içərisində olduğunu, avtomaşının isə zədələndiyini gördükdə əsəbi halda Şahinin üzərinə gedib əlindəki dəmir lingdən tutub Şahinlə əlbəyaxa olmuş, həmin vaxt hər ikisi yerə yıxılmış, Şahin yerdə olarkən Elvin yerdən daş götürüb Şahinin başının ortasından bir neçə dəfə vurmuş, həmin vaxt ətrafda olan şəxslər onları aralaşdırmış, o, həmin vaxt mağazanın içərisinə daxil olub mağazanı dağıtmaq istəmiş, Vaqif onun arxası ilə mağazaya daxil olub ona mane olmuş, daha sonra onu bayıra çıxarmış, onlar bayıra çıxdıqda polis əməkdaşları hadisə yerinə gəlib çıxmışlar. Polis əməkdaşları orada olarkən o, aralıdan qaçaraq Şahinə tərəf gəlmiş və təpiklə Şahinin sinəsindən vurmuş, Şahin zərbənin təsirindən yerə yıxılmış, bu vaxt polis əməkdaşları və ətrafda olan şəxslər onları aralaşdırmış, daha sonra polis əməkdaşları onları Təcili Tibbi yardım stansiyasına aparmışlar. O, əməlindən peşmandır. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 onun qardaşıdır. Onun özünə məxsus “BMW” markalı ** CP *** dövlət nömrə nişanlı avtomaşını vardır. 01 avqust 2019-cu il tarixdə saat 21 radələrində qardaşı Ülvün ona zəng edib Avtozavod qəsəbəsində Şahin adlı şəxslə dalaşdığını, Şahinin onun başından dəmir linglə vurub xəsarət yetirdiyini və daha sonra avtomaşını əzdiyini demiş, o da bundan sonra yoldan keçən tanımadığı taksilərdən birinə əyləşmiş və Ülvünün dediyi yerə getmiş, orada Ülvünün başından qan gəldiyini, avtomaşınının isə əzildiyini gördükdə Şahin adlı şəxsin üzərinə gedib onun əlində olan dəmir lingi əlindən alıb yerə atmış, bu vaxt ətrafda olan şəxslər araya girib onları aralamış, o, həmin vaxt yenidən Şahinin üzərinə gedib onunla əlbəyaxa olmuş, əlbəyaxa olarkən onlar yerə yıxılmış, o, yerdə olarkən daş parçası götürüb Şahinin başının orta hissəsindən, yəni yuxarısından bir neçə dəfə vurmuş, həmin vaxt ətrafda olan şəxslər onları aralaşdırmağa çalışmış, o, Şahinlə yerdə dalaşarkən Şahinin adını bilmədiyi arvadı arxadan ona yaxınlaşıb bıçaqla kürəyindən vurmuş, həmin qadın onu vurduqda onlar aralaşmış, daha sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər. Polis əməkdaşları hadisə yerində olarkən Ülvün qaçaraq Şahinin üzərinə getmiş, təpiklə vuraraq Şahini yerə yıxmış, o və ətrafda olan digər şəxslər araya girib Şahinlə Ülvünü aralamış, daha sonra polis əməkdaşları xəsarət aldıqları üçün onları Təcili Tibbi yardım stansiyasına aparmışlar. O, hadisə zamanı Şahini vurduqdan sonra həmin daşı hadisə yerində atmış, daha sonra həmin daşın orada qalıb qalmadığını, yada kiminsə həmin daşı götürüb-götürmədiyini dəqiq bilməmişdir. Hadisə zamanı o, Şahinlə yaxalaşıb onunla yerdə dartışıb bir-birilərini vurmuş, lakin o, Şahinlə yerdə bir-birilərini vurarkən sağ əlindən və sağ kürək nahiyəsindən xəsarət almış, kürək nahiyəsindəndə olan digər xəsarəti isə Şahinin arvadı onu bıçaqla vurarkən almışdır. O, əməlindən peşmandır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o,halhazırda yaşadığı evin həyətində təxminən 4 metrin 7 metrə nisbətində ərzaq mağazası inşa etmiş, həmin mağazada ərzaq məhsulları sataraq ailəsini dolandırmış, mağazanın qarşısında ətrafı hasarlanmış futbol stadionu olmuş, 01.08.2019-cu il tarixdə saat təxminən 21 radələrində o, stadionun kənarında dayanmış, həmin vaxt övladları stadionda gəzişirmiş, stadionda kənar bir neçə nəfər təxminən 14-15 yaşalarında oğlan uşaqları olmuş, Onlar iki iti bir biri ilə boğuşdururmuş, itləri boğuşdurub qurtardıqdan sonra həmin uşaqlardan biri iti onun övladlarının olduğu tərəfə gətirmiş, bu vaxt uşaqları qorxmuş, o da stadiona daxil olmadan həmin itlə birlikdə olan uşağı çağırıb ona öz iradımı bildirmiş və iti kənarlaşdırmasını demiş, o, it onun uşaqlarını dişləyər deyə qorxmuş, onun iradından sonra həmin adını bilmədiyi uşaq stadionu tərk etmiş, həmin uşaq stadionu tərk edərkən onun ünvanına nalayiq ifadə işlətmiş, o, uşaq olduğu üçün fikir verməmiş, o, olduğu yerdə dayanmış, qonşusu Şaməddin ilə söhbət etməyə başlamış, o, Şaməddinlə söhbət edərkən yaşadığı küçəyə “BMW” markalı, ** CP *** dövlət nömrə nişanlı avtomaşın daxil olmuş, avtomaşından adının sonradan Ülvün olduğunu bildiyi şəxs və onun itlə bağlı irad tutduğu həmin tanımadığı uşaq düşmüş, Ülvün ona yaxınlaşıb Məhəmməd adlı uşağa kimsə söz desə “onun varyoxunu bel-belə edərəm” deyib söyüş söymüş, o da özünü saxlaya bilməyib bir dəfə yumruqla Ülvünü sifətindən vurmuş, bu vaxt Ülvün də onu yumruqla sifətindən vurmuş, daha sonra isə onlar yaxalaşmış, həmin vaxt Şaməddin onları aralaşdırmış, o, Ülvünün bıçaq çıxardığını gördükdə işlədiyi mağazaya daxil olmuş və içəridə olan dəmir borunu götürüb bayıra çıxmış, Ülvünün onun üzərinə bıçaqla gəldiyini gördükdə sağ əlində olan dəmir boru ilə bir dəfə Ülvünün başından vurmuş, bu vaxt Şaməddin Ülvünün əlindən bıçağı almış, o da Şaməddindən bıçağı götürüb mağazanın içrisinə atmış, Ülvün bir neçə metr aralaşıb kiməsə zəng etmiş, bu vaxt o, dəmir boru ilə onun avtomaşınının ön və arxa şüşələrini vurub sındırmış, təxminən 10 dəqiqə sonra adının sonradan Vaqif olduğunu bildiyi şəxs gəlib çıxmış, Vaqif ona yaxınlaşıb nə üçün Ülvün ilə dalaşdığını və onun avtomaşınını əzdiyini soruşmuş, o da Vaqifə Ülvünün ünvanıma nalayiq ifadə işlətdiyini və onun üzərinə bıçaqla gəldiyini demiş, özünü müdafiə etmək üçün Ülvünü vurduğunu bildirmiş, o, Vaqiflə söhbət edərkən adının sonradan Elvin olduğunu bildiyi şəxs və adını bilmədiyi və əvvəllər tanımadığı qara köynəkli bir nəfər gəlib çıxmış, həmin vaxt Vaqif əl atıb onun əlindən dəmir borunu almış, Elvin ona çatdıqda həmin onunla birlikdə gələn kişi ilə onun üzərinə atılıb onu yerə yıxmış, Ülvün də onun üzərinə gəlmiş, o, yerdə olarkən Elvin onun başının təpə hissəsindən daşla vurmuş, onlar onu yerə sürüdükdən sonra Şaməddin və ona köməyə gələn qonşular və arvadı Günay onları aralaşdırmış, bu vaxt polis əməkdaşları gəlib çıxmış və onları əvvəlcə təcili tibbi yardıma daha sonra isə polis idarəsinə aparmışlar. Təqsirləndirilən şəxslər Ülvün və Təqsirləndirilən şəxs2lar tərəfindən ona dəymiş maddi və mənəvi ziyan tam şəkildə ödənilmişdir, o, təqsirləndirilən şəxslərlə barışmışdır və onun onlara qarşı şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, Zərərçəkmiş şəxs onun qonşusudur. Şahini təxminən 10 ildir tanıyır Şahinlə aralarında yaxşı münasibət olmuş, 01.08.2019-cu il tarixdə saat 21 radələrində o, Şahinin işlətdiyi mağazaya siqaret və çörək almağa getmiş, çörək və siqaret alıb Şahinlə birlikdə bayıra çıxmış, mağazanın qarşısında küçənin kənarında dayanıb Şahinlə söhbət etməyə başlamış, onlar söhbət edərkən “BMW” markalı nömrəsini xatırlamadığı avtomaşın onların olduqları küçəyə yaxınlaşıb yanlarında saxlamış, avtomaşının sükanı arxasından bir nəfər adının sonradan Ülvün olduğunu bildiyi şəxs düşüb onlara yaxınlaşmış, həmin Ülvün adlı şəxs onlara yaxınlaşdıqda avtomaşına bir nəfər 12-13 yaşlarında uşaq da yaxınlaşmış, Ülvün onlara yaxınlaşıb söyüş söymüş və Məhəmmədə kimin söz dediyini bildirmiş, daha sonra yenədə söyüş söymüş, bu vaxt Şahin yumruqla Ülvünü sifətindən vurmuş, Ülvün də Şahini sifətindən yumruqla vurmuş, Şahin və Ülvün əlbəyaxa olmuşlar. O, həmin vaxt araya girib onları aralaşdırmış, Şahin aralaşan zaman Ülvün avtomaşının qapısını açıb bıçaq götürmüş, Şahin bu vaxt qaçıb mağazaya daxil olmuş və dəmir ling götürüb bayıra çıxmış, Ülvün də əlində bıçaqla Şahinin üstünə getmiş, bu vaxt Şahinin arvadı Günay da onunla birlikdə araya girib Ülvünlə Şahini aralaşdırmaq istəmiş, onları aralaşdırmaq istəyərkən Şahin əlində olan dəmir linglə bir neçə dəfə Ülvünün başından vurmuş, Şahin Ülvünü vurarkən bıçaq onun əlindən yerə düşmüş, Şahin həmin vaxt əlindəki linglə bir neçə dəfə avtomaşının şüşələrinə və digər yerlərinə vuraraq avtomaşına xəsarət yetirmiş, Ülvün aralaşıb kənara çəkilmiş, mobil telefon vasitəsilə zəng edib kimisə çağırmış, bir neçə dəqiqə sonra adının sonradan Vaqif olduğunu bildiyi şəxs gəlib çıxmış, Vaqif gəldikdən sonra Şahinlə söhbət etməyə başalmış, Şahin Vaqiflə söhbət edərkən Ülvünün qardaşı Elvin gəlib çıxmış, Elvin şahinə çatdıqda yumruqla vurmağa başlamış və onlar yaxalaşıb bir birini yerə sürümüyə başlamışlar. Elvin yerdən daş götürüb Şahinin başının ortasından bir neçə dəfə vurmuş, həmin vaxt Ülvün yerdən bıçağı götürüb Şahinin üzərinə getmiş, bu vaxt Vaqif ona mane olmuş, Vaqif Ülvünün əlindən bıçağı almış, həmin vaxt Günay bıçağı götürüb aparmış, onlar araya girib Şahini Ülvün və Elvinin əlindən almış, Şahin aralaşıb polisə zəng etmiş, bundan sonra Ülvün və Elvin bir neçə dəfə Şahinin üzərinə gedib onu vurmuşdur. Polis əməkdaşları gəldikdən sonra Ülvünü, Şahini və Elvini götürüb aparmışlar. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, Zərərçəkmiş şəxs onun yaxın qonşusudur. O Zərərçəkmiş şəxs 3 ilə yaxın müddətdir tanıyır və onunla mehriban qonşuluq münasibətləri vardır. 01.08.2019-cu il tarixdə saat 21 radələrində o, bayırdan səs gəldiyini eşidib evdən küçəyə çıxmış və qapının qarşısında bir nəfər təxminən 25-30 yaşlarında olan oğlanın başından qan axdığını, söyüş söyərək qışqırdığını görmüşdür. O, həmin adamın sonradan Ülvin olduğunu bildiyi şəxsə yaxınlaşmışdır. Həmin vaxt küçədə onun evinin həyətinin giriş qapısının qarşısında “BMW” markalı avtomaşın dayanmışdır. Avtomaşının patpresi və digər hissələri zədələnmiş halda idi. O, Şahinə yaxınlaşıb ondan nə baş verdiyini soruşmuş, Şahin ona Ülvünün onun evinə basqın etdiyini, buna görə də onu dəmir parçası ilə vurduğunu demişdir. Həmin vaxt Şahinın əlində dəmir parçası olmuşdur. O, Ülvünün başından qan axdığını gördükdə evdən ona yod və pambıq gətirib ona ilkin tibbi yardım göstərmişdir. Təxminən 5-6 dəqiqə keçmiş 25-30 yaşlarında ağ köynək geyinmiş oğlan gəlmiş və həmin oğlanın sonradan adının Vaqif olduğunu bilmişdir. Vaqif Şahini və Ülvünü sakitləşdirməyə çalışmış, Vaqif və Şahin söhbət edərkən sonradan adının Elvin olduğunu bildiyi şəxs gəlmişdir. O, birbaşa Şahinin üzərinə gedib onu yumruqla vurmağa başlamış, o, araya girmiş və Şahini onların əlindən almağa çalışmış, həmin vaxt Şahinin arvadı Günay da gəlmişdir. O, Şahini Elvinin əlindən alıb evin həyətinə salmış və qapını bağlamışdır. Özü də Şahinlə birlikdə həyətdə qalmış, Şahinin üzünün qanını su ilə yumuşdur. Bundan təxminən 5-10 dəqiqə sonra polis əməkdaşları gəldiyi üçün o, və Şahin küçəyə çıxmış, həmin şəxslər Polis əməkdaşlarının yanında Şahinin üzərinə bir neçə dəfə Şahinin üzərinə gedib onu vurmuşlar. Polis əməkdaşları gəldikdən sonra Ülvünü, Şahini və Elvini götürüb aparmışlar. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 bildirdi ki, 01.08.2019-cıı il tarixdə saat təxminən 20:30 radələrində Ülvün ona telefonla zəng edərək demişdir ki, onu Avtozavod qəsəbəsində futbol meydançasının yaxınlığında vurumuş və avtomaşınını əzmişdilər. Bundan sonra o, dərhal Ülvünün dediyi yerə getmiş, gedəndə görmüşdür ki, Ülvünün başı və sifət nahiyəsi qan içərisindədir. Ülvünün dalaşdığı şəxsin Şahin olduğunu bilmişdir. O, Şahinə yaxınlaşmış və avtomaşını nə üçün əzdiyini soruşmuşdur. Şahin Ülvünün “BMW” markalı avtomaşınının demək olar ki, hər tərəfini əzib şüşələrini sındırmışdır. Şahin ona demişdir ki, Ülvi onun üstünə gəlmiş, onu döymüş və avtomaşının sındırmışdır. Bu zaman onun Şahinlə arasında sözlə mübahisə yaranmışdır. Şahinin əlində dəmir boru olmuş və o, həmin borunu tutmuş Şahinin əlindən almaq istəmişdir. Ancaq Şahin dəmir borunu ona verməmiş, bu zaman Ülvinin qardaşı Elvin oraya gəlmişdir. Elvin Ülvünün başını yaralı olmasını və avtomaşınının əzilmiş vəziyyətdə olmasını görmüş və əsəbləşərək, Şahinin üzərinə getmiş, Şahinlə bir birin yaxasından tutmuşlar. Şahin əlindəki dəmir boru ilə Elvini vurmaq istəyəndə, o, Şahini tutmuşdur. Bu zaman Elvinlə Şahin yaxalaşmış və yerə yıxılmışdılar. Elvin yerdən daş parçasını götürmüş, Şahinin baş nahiyəsinə vurmuşdur. Bundan sonra oraya polis əməkdaşları gəlmişlər. Sonra onlar Ülvünü xəstəxanaya aparmışlar. İstintaqda verilmiş və məhkəmə iclasında tədqiq edilmiş şahid – Şahid3 ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. 01.08.2019-cu il tarixdə saat 21 radələrində o, evinin arxasında olan zaman ərzaq mağazasında oturub müştərilərlə maraqlanmış, barıya çıxan vaxt əri Şahinin təxminən 25-30 yaşlarında bir oğlanla dalaşmalarını görmüşdür. Şahin həmin oğlandan aralaşıb mağazaya daxil olmuş və dəmir borunu götürüb çıxmış. Həmin vaxt adını sonradan bildiyi Ülvün adlı şəxsin əlində bıçaq olmuşdur. Şahin əlində olan bıçaq ilə Ülvünün üzərinə gedib onu bir dəfə başından, bir dəfə isə sol qolundan vurmuşdur. Həmin vaxt Şəmiddin, Ülvin ilə Şahini aralamaq istəmişdir. Şahin Ülvünü vurduqda Ülvü aralanıb getmiş və avtomaşından telefonu götürüb kiməsə zəng etmişdir. Şahin Ülvünün arxası ilə getdikdə o, Şahinə mane olmuşdur. Şahin həmin vaxt əlində olan dəmir boru ilə Ülvünün avtomaşınını bir neçə dəfə vurub zədələmişdir. Təxminən 5-6 dəqiqədən sonra sonradan adının Vaqif olduğunu bildiyi oğlan gəlmiş, Vaqif Şahinə yaxınlaşıb onunla söhbət etməyə başlamış və Şahinlə Ülvünü sakitləşdirməyə çalışmışdır. Şahinlə Vaqif söhbət edərkən adını sonradan bildiyi Elvin gəlmiş, çatan kimi Şahinin üzərinə gedib yumruqla onu vurmağa başlamışdır. Həmin vaxt Ülvün də Şahini vurmuş, Ülvün və Elvin Şahini yerdə sürümüşlər. Elvin yerdən daş götürüb Şahinin başının ortasından bir neçə dəfə vurmuşdur. O, və Faiq adlı qonşusu Şahini evlərinin həyətinə salmışlar. Polis əməkdaşları gəldikdən sonra Ülvünü, Şahini və Elvini götürüb aparmışlar. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə tibbi ekspertizasının 07.08.2019-cu il tarixli 1122 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər a) burun sümüyünün 1/3 hissəsinin çatı, burun nahiyəsinin qançırı, şişkinliyi, alın və sol göz ətrafı nahiyələrinin yumşaq toxumalarının əzniyi və hematoması – bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlib və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, b) təpə nahiyəsinin səthi yaraları və hər iki əlin ovuc səthinin sıyrıqları müəyyən - bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, və saölamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Qeyd edilən xəsarətlər qərarın təsviri hissəsində göstərilən tarixə yəni 01.08.2019-cu il tarixə uyğun gəlir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə ballistik ekspertizasının 18.10.2019-cu il tarixli, 556 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici ucu deşici xassəyə malik olan ümumi təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir. Üzərində təyinatını dəyişdirəm hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Beləliklə məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri-digərini tamamlayan sübutlar əsasında müəyyən oldu ki, Təqsirləndirilən şəxs1 01.08.2019-cu il tarixdə saat 21 radələrində Gəncə şəhəri, Avtozavod qəsəbəsində “Yeni Marketin” qarşısında Zərərçəkmiş şəxs yaxını X6 qarşı nalayiq ifadə işlətdiyini eşidib yaxınlaşaraq iradını bildirərkən, heç bir əsaslı səbəb olmadan hamı tərəfindən qəbul olunmuş davranış və əxlaq normalarını pozmaqla ətrafda olan şəxslərin narahatlığına səbəb olan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək əvvəlcə özü ilə gətirdiyi 1 ədəd zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici ucu deşici xassəyə malik olan ümumi təyinatlı, soyuq silah hesab edilməyən silah qismində istifadə etdiyi turist bıçağı ilə Zərərçəkmiş şəxs vurmağa cəhd etmiş, həmin vaxt Zərərçəkmiş şəxs dəmir linglə bıçağı vurub yerə saldığı və ətrafda olan şəxslərin ona bıçağı yenidən götürməsinə mane olaraq onu tutub saxladıqları üçün öz iradəsindən asılı olmayan səbəblərdən bıçaqla hər hansı xəsarət yetirə bilməmiş, bundan sonra yumruq və təpiklə bir neçə dəfə vuraraq ona burun sümüyünün orta 1/3 hissənin çatı, burun nahiyəsinin qançırı, şişkinliyi, alın və sol göz ətrafı nahiyələrinin yumşaq toxumalarının əzniyi hematoması ilə nəticələnən, sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirdikdən sonra xuliqanlıq hərəkətlərini davam etdirmək məqəsdilə qardaşı Təqsirləndirilən şəxs2 zəng edib hadisə yerinə çağırmış, bundan sonra bir qrup şəxs halında daha da azğınlaşaraq qardaşı, Təqsirləndirilən şəxs2 əvvəlcə yumruq və təpiklə, daha sonra isə istintaq tərəfindən əldə edilməsi mümkün olmayan yerdən götürdüyü və silah qismində istifadə etdiyi daşla Zərərçəkmiş şəxs başının təpə nahiyəsindən və bədəninin müxtəlif nahiyələrindən bir neçə dəfə vuraraq təpə nahiyəsinin səthi yaraları və hər iki əlin ovuc səthinin sıyrıqları ilə nəticələnən, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə zor tətbiq edib qərəzli xuliqanlıq etmişdir. Beləliklə məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri-digərini tamamlayan sübutlar əsasında müəyyən oldu ki, Təqsirləndirilən şəxs2 01.08.2019-cu il tarixdə saat 21 radələrində Gəncə şəhəri, Avtozavod qəsəbəsində “Yeni Marketin” qarşısında qardaşı Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs yaxını X6 qarşı nalayiq ifadə işlətdiyini eşidib yaxınlaşaraq iradını bildirərkən, heç bir əsaslı səbəb olmadan hamı tərəfindən qəbul olunmuş davranış və əxlaq normalarını pozmaqla ətrafda olan şəxslərin narahatlığına səbəb olan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək əvvəlcə aralarında sözlə yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sifətindən və bədəninin müxtəlif nahiyələrindən yumruq və təpiklə bir neçə dəfə vuraraq ona burun sümüyünün orta 1/3 hissənin çatı, burun nahiyəsinin qançırı, şişkinliyi, alın və sol göz ətrafı nahiyələrinin yumşaq toxumalarının əzniyi, hematoması ilə nəticələnən, sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirdikdən sonra ona zəng edib xuliqanlıq hərəkətlərini davam etdirmək məqəsdilə hadisə yerinə çağırmış, bundan sonra o, həmin yerə gedərək bir qrup şəxs halında daha da azğınlaşaraq əvvəlcə yumruq və təpiklə, daha sonra isə istintaq tərəfindən əldə edilməsi mümkün olmayan yerdən götürdüyü və silah qismində istifadə etdiyi daşla Zərərçəkmiş şəxs başının təpə nahiyəsindən və bədəninin müxtəlif nahiyələrindən bir neçə dəfə vuraraq təpə nahiyəsinin səthi yaraları və hər iki əlin ovuc səthinin sıyrıqları ilə nəticələnən, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə zor tətbiq edib qərəzli xuliqanlıq etmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 həmin cinayət əməlini törətməkdə təqsiri tam sübuta yetirilmiş və onun həmin hərəkəti istintaq orqanı tərəfindən CM-in 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Buna görə də Təqsirləndirilən şəxs1 həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 həmin cinayət əməlini törətməkdə təqsiri tam sübuta yetirilmiş və onun həmin hərəkəti istintaq orqanı tərəfindən CM-in 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Buna görə də Təqsirləndirilən şəxs2 həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin sanksiyasında iki ildən altı ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 15.3-ci maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs1 cinayətlərin təsnifatına görə az ağır cinayət hesab edilən, CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Göründüyü kimi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 cinayətlərin təsnifatına görə az ağır cinayət hesab edilən, CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlüləlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20.05.2011-ci il tarixli qərarında göstərilmişdir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud sürətdə pozan hərəkətlər, ictimai və şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli sürətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Xuliqanlıq cinayətinin motivi, təqsirkarın qeyri müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı sürətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini bir başa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək, ictimai qaydanı kobud sürətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vura biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı–ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun B.Yusifovanının şikayəti üzrə 17 fevral 2006-cı il tarixli qərarında məhkəmə göstərmişdir ki, xuliqanlıq birgə yaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup və ya cəmiyyətin har hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətlərdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Azərbaycan Respubikasının DİN-nin BƏSİİ-nin 24.08.2019-cu il tarixli tələbnaməsindən görünür ki, təqsirləndirilən şəxs X8 Bakı Ağır Cinayətlər Məhkəməsinin 17.08.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinə əsasən 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 70-ci maddəyə əsasən 03 il şərti sınaq müddəti təyin edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Azərbaycan Respubikasının DİN-nin BƏSİİ-nin 09.10.2019-cu il tarixli tələbnaməsindən görünür ki, X9 məhkum olunmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan zərərçəkmiş Zərərçəkmiş şəxs 16.09.2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, X16 tərəfindən ona dəymiş maddi və mənəvi ziyan tam şəkildə ödənilmiş, onun Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur. Gələcəkdə bununla bağlı hər hansı bir mübahisə yaranarsa məsuliyyəti öz üzərinə götürür. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan zərərçəkmiş Zərərçəkmiş şəxs 16.09.2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş maddi və mənəvi ziyan tam şəkildə ödənilmiş, onun Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur. Gələcəkdə bununla bağlı hər hansı bir mübahisə yaranarsa məsuliyyəti öz üzərinə götürür. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 29 avqust 1992-ci il tarixdə Ağdərə rayonunda vəfat etmişdir. İşdə olan 03.04.2008-ci il tarixdə Gəncə şəhəri Nizami rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş şəhid ailəsinin üzvü olması barədə vəsiqənin surətindən görünür ki, X3 adına şəhid ailəsinin üzvü olması barədə 013833 saylı vəsiqə verilmişdir. Məhkəmə, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, əməlindən səmimi peşman olmasını, atasının birinçi Qarabağ müharibəsində şəhid olmasını Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İşdə olan 04.08.2017-ci il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Vüqar oğlu ilə X5 birgə nikahlarından 01 mart 2017-ci il tarixdə X10 anadan olmuşdur. İşdə olan 04.12.2018-ci il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Vüqar oğlu ilə X5 birgə nikahlarından 17 noyabr 2018-ci il tarixdə X11 anadan olmuşdur. Məhkəmə, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, əməlindən səmimi peşman olmasını, 59.1.4cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşaqlarının olmasını və atasının birinçi Qarabağ müharibəsində şəhid olmasını Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs1 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur və cəzasını yüngülləşdirən hallar CM-in 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs1 cəza təyin edilən zaman nəzərə alınmalıdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs2 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur və cəzasını yüngülləşdirən hallar CM-in 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs2 cəza təyin edilən zaman nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 26.05.2020-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, X7 barəsində başqa yerə getməmək haqqında iltizam seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 26.05.2020-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam seçilmişdir. Göstərilənləri nəzərə alıb məhkəmə Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-in 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə onun cəzasını yüngülləşdirən hallarla yanaşı, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışaraq dəymiş ziyanı tamamilə ödəməsini nəzərə alaraq, barəsində CM-in 70-ci maddəsinə əsasən sınaq müddəti təyin edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-in 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə onun cəzasını yüngülləşdirən hallarla yanaşı, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışaraq dəymiş ziyanı tamamilə ödəməsini nəzərə alaraq, barəsində CM-in 70-ci maddəsinə əsasən sınaq müddəti təyin edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Belə ki, məhkəmə təqsirləndirilən şəxslərin cəza çəkmədən islah olunmasını mümkün sayır, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərara gəlir. Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsinə müvafiq olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə CM-in 70-ci maddəsinə müvafiq olaraq, təqsirləndirilən şəxs X12 barəsində şərti məhkum etmə təyin edərkən, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (törədilmiş cinayətin az ağır cinayət olmasını), məhkumun şəxsiyyətini, habelə onun cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə müvafiq olaraq, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 barəsində şərti məhkum etmə təyin edərkən, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (törədilmiş cinayətin az ağır cinayət olmasını), məhkumun şəxsiyyətini, habelə onun cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, nəzərə alır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxs X12 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alıb, ona törətdiyi cinayətə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilərək barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsini tətbiq edərək onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunmasını mümkün hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs2 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alıb, ona törətdiyi cinayətə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilərək barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsini tətbiq edərək onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunmasını mümkün hesab edir. Azərbaycan Respublikası CM-in 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmə Azərbaycan Respublikası CM-in 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulmasını məqsədə müvafiq hesab edir. Məhkəmə Azərbaycan Respublikası CM-in 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulmasını məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan cinayətin aləti olan 01 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, hadisənin görüntülərini özündə əks etdirən 1(bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin Azərbaycan Respubikasının Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-ci maddəsinə əsasən iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 53 (əlli üç) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 tutularaq X4 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ **********0000003944 S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respubikasının Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələri tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 davranışı üzərində nəzarət onun qeydiyyatda olduğu və yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3- ü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələri tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 davranışları üzərində nəzarət onun qeydiyyatda olduğu və yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət iş üzrə maddi sübut olan 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci 53 manat təqsirləndirilən şəxs və Təqsirləndirilən şəxs1 tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ **********0000003944 S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesabına keçirilsin. Hökmdən elan olunduğu andan, 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar