Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-28/2022 07.02.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayev Əli Nazim oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon-şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx.xx.1984-cü ildə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olan, Gəncə şəhəri, Ə.Ü.Gəncəvi küçəsi, ev 133-də qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,182 qram çəkidə psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış və 25 yanvar 2021-ci il tarixdə, saat 13 radələrində Gəncə şəhəri, Ə.Ü.Gəncəvi küçəsində Gəncə şəhər, Baş Polis İdarəsinin CAİ-nin əməkdaşları tərəfindən saxlanılıb Baş Polis İdarəsinə gətirilərək üzərinə baxış keçirilərkən əynində olan boz rəngli gödəkçənin sol yan döş cibinin içərisindən qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxladığı, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,182 qram çəkidə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyi, iş materiallarında olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o rəsmi olaraq heç bir yerdə işləmir, əvvəllərdə psixotrop maddə qəbul etmişdir. Təxminən 2020-ci ilin dekabr ayının əvvəllərində Bakı şəhərində olan zaman 20 Yanvar dairəsinin ərazisində yerləşən “Respublika xəstəxanası”nın yaxınlığında olarkən narkotik vasitə hesab edilən şüşə “Metamfetamin” yerdən tapmış, həmin narkotik vasitənin bir qismini özü istifadə etmiş, bir qismini isə üzərində saxlamışdır. 25.01.2021-ci il tarixdə saat təxminən 13 radələrində Gəncə şəhəri Ə.Ü.Gəncəvi küçəsində yaşadığı evin yaxınlığında bir neçə nəfər mülki geyimdə olan şəxslər yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirmiş və psixotrop maddə gəzdirməkdə şübhəli olduğunu deyib Gəncə şəhər BPİ-nə dəvət etmiş, polislərə etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Gəncə şəhər BPİ-nə getmiş və orada inzibati otaqların birində hüquqularını müdafiə etmək üçün müdafiəçi ilə təmin olunmuş, bundan sonra üzərinə şəxsi axtarış keçirlimiş, şəxsi axtarış zamanı üzərində qanunla qadağan olunmuş hər-hansı bir əşya varsa təqdim etməsi təklif edilmiş, ona görə də əynində olan boz rəngli gödəkçənin sol yan döş cibində ağ rəngli sellofana bükülmüş psixotrop maddə olan Metamfetamini təqdim etmiş, həmin bükülüdəki psixotrop maddə olan metamfetaminə oxşar kütlə müdafiəçinin və iştirakçıların iştiraki ilə aptek tərəzisində çəkilmiş, ümumi çəkisi 0,29 qram olmuşdur. Sorğu zamanı həmin psixotrop maddəni bir ay, bir ay yarım olar ki, Bakı şəhərində küçədən tapdığını, özü istifadə etdiyi üçün gəzdirdiyini bildrmişdir. Sonra həmin narkotik vastə hesab edilən metamfetaminin olması barədə heç kimin məlumatı olmamışdır. Bundan sonra üzərindən aşkar edilmiş psixotrop maddə hesab edilən kütlə qablaşdırılmış və tərəzidə çəkilmişdir. Həmin kütlənin ümumi çəkisi 0,29 qram olmuş, bundan sonra kütlə zərfə qoyulmuş və 91 saylı möhürlə möhürlənərək bu barədə protokol tərtib edilmiş, protokolun doğruluğu imzalarla təstiq edilmişdir. Əməlindən peşman olmasını nəzərə alaraq azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərdi ki, o, Gəncə şəhər BPİ-nin CAİ-də işləyir. Əməliyyat yolu ilə, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs psixotrop maddəni üzərində daşımaq gəzdirməklə istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş, bununla bağlı Gəncə şəhəri BPİ-nin CAİ-nin baş əmliyyat müvəkkili Şahid1 və kiçik əməliyyat müvəkkili Şahid2 ilə birliklə təxirə salınmaz əməliyyat tədbirləri həyata keçirmiş, keçirilmiş əməliyyat tədbiri nəticəsində 25.01.2021-ci il tarixdə saat 13 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri, Ə.Ü.Gəncəvi küçəsinda yaşadığı evin yaxınlığında saxlanılaraq Gəncə şəhər BPİ-nin inzibati binasına gətirilmiş və Gəncə şəhər BPİ-nin inzibati binasının otaqlarının birində videoçəkilişlə və Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, baxış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkçənin sol yan döş cibinin içərisindən ağ rəngli sellofana bükülmüş ilk görünüşdən psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar edilmiş, həmin psixotrop maddə olan metamfetaminə oxşar kütlə elektron tərəzidə çəkilmiş və ümümi çəkisi 0,29 qram olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin psixotrop maddə olan metamfetamini 2020-ci ilin dekabr ayının əvvəllərində Bakı şəhəri “20 Yanvar” deyilən ərzaidə yerləşən “Respublikanski xəstəxana” adlanan xəstəxanaın yaxınlığında yerdən tapdığını bildirmiş, daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edileərək götürülmüş psixotrop maddəyə oxşar kütlə qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nin 91 nömrəli möhürü ilə möhürlənmiş və bu barədə protokol tərtib edilərək müdafiəçi, Təqsirləndirilən şəxs və polis əməkdaşları tərəfindən imzalanmış, həmin vaxt öz imazası ilə protokolun doğruluğunu təsdiq etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və ifadəsi məhkəmə iclasında elan edilmiş Şahid1 və Şahid2 Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan DİN-nin BƏSİİ-nin 07.05.2021ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 02.09.2020-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 25 yanvar 2021-ci il tarixli, 16/76 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxsin üzərindən aşkar edilmiş narkotik vasitəyə oxşar kütlə” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,182 qram maddə, kustar üsulla hazırlanmışpsixotrop maddəmetamfetamindir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Psixonevroloji Dispanserin 18.02.2021-ci il tarixli, 965 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserin 22.02.2021-ci il tarixli, 856 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 26.04.2021-ci il tarixli, 518 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 25.01.2021-ci il tarixli qərardan görünür ki, həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs 25 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və saxlanması üçün Gəncə şəhər Baş Polis İdarəsinin X4 təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 27 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 27 yanvar 2021-ci ildə Gəncə şəhər Baş Polis İdarəsinin X3 azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarxili qərarı tətbiq edilmiş, və ona Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 02.09.2020-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 05 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 11 ay 18 gün hissəsi 01 il azaldılmış, üzərində 11 ay 18 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Məhkəmə iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, məhkəmə baxışında tədqiq edilmiş sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlamaqla daşıması cinayətini törətməkdə təqsirliliyi tam sübuta yetirildiyindən onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarı). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına görə deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlüləlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirləndirilən şəxsin cinayəti etiraf edərək əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, eyni zamanda həm sosial ədalətin bərpası, həm də onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6 maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, Təqsirləndirilən şəxs 25 yanvar 2021-ci ildən 27 yanvar 2021-ci ilədək tutulduğu iki gün nəzərə alınaraq ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması cəzasının müddətinə hesablanır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs oğlunun üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 0,182 qram narkotik vasitə olan metamfetamin məhv edilməli, eləcə də Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 1 ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Bundan başqa, Azərbaycan Respubikasının Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən iş üzrə məhkəmə-kimyəvi ekspertizasının keçirilməsinə xərclənmiş 32,40(otuz iki manat qırx qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından göstərilmiş 7 saat hüquqi yardıma görə 42(qırx iki) manat pul X1 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 02 il 06 ay azadlığın məhdudlaşdırılması cəzası Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 02.09.2020-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 05 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 10 ay 02 gün hissəsinə qismən birləşdirilməklə üzərində qəti olaraq 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təsirləndirilən şəxs Təqsirləndirilən şəxs tutulduğu 03 (üç) günün bir günün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla üzərində qəti olaraq 02 (iki) il, 11(on bir)ay, 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 0,162 qram olan narkotik vasitə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi zamanı çəkilmiş video görüntüləri özündə əks etdirən 1 ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 42 (qırx iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №1(044)-28/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-28/2022
07.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver