Məhkəmə qərarları › İş №1(044)-281/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-281/2021

09.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-281/2021 09.12.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi Rüstəmov Turan Aydın oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxx 1969-cu il ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 41-də qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs epidemiya əleyhinə, eləcə də karantin rejimini pozaraq xəstəliklərin yayılması üçün real təhlükə yaratmışdir. Belə ki, o, 27.07.2021-ci il tarixdə “Covid-19” virusu ilə bağlı test analizi verməklə 28.07.2021-ci il tarixdən testin nəticəsinin pozitiv, yəni yeni növ virusu yaymaq təhlükəsi olmasını bilə-bilə xüsusi karantin reiiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda 30.07.2021-ci il tarixdə, saat 12 şadələrində Gəncə şəhəri, Nizami rayonu, Gəncəvi küçəsində yerləşən 62 nömrəli fərdi yaşayış evini qanunsuz tərk edib Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən X3 gedərək oradakı insanlarla təxminən 20 dəqiqə təmasda olmaqla, həmçinin 28.07.2021-ci il tarixdən 10.08.2021-ci il tarixədək olan müddət ərzində, ayrı-ayrı vaxtlarda ünvan 1 ünvanında yerləşən Kəpəz Mehmanxanasının yaxınlığında, ünvan 2 ünvanında, ünvan 3 15 nömrəli yaşayış binasının yaxınlığında, Gəncə şəhəri, 4-cü mikrorayon, 4 saylı yeməkxananın yaxınlığında, Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, 2-ci mikrorayon, 28 May küçəsində, ünvan 5 ünvanında, Samux rayonu, İnstitut qəsəbəsində, Samux rayonu, Hacalı kəndində, Göygöl rayonu Balçılı kəndində, Göygöl rayonu, Firuzabad qəsəbəsində, Göygöl rayonu, Qızılca kəndində, Göygöl rayonu, Çaykənd kəndində, Göygöl rayonu, A.Kazımov küçəsində, Göygöl rayonu, Toğanalı kəndində, Göygöl rayonu, Quşçu kəndində, Göygöl şəhəri, H.Əliyev prospekti 7 ünvanında yerləşən Mexaniki Zavodun ərazisində, ünvan 8 Gəncə şəhəri, F.Həsənov küçəsində yerləşən “Qızılgül” şadlıq sarayının yaxınlığında, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, H.Məmmədquluzadə küçəsində yerləşən “Ulduz” adlanan kafenin yaxınlığında, Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, 2-ci mikrorayon, 14/4 ünvanında, ünvan 11da, Gəncə şəhəri, Ş.İ.Xətai prospekti 53 ünvanında, ünvan 15ında, Gəncə şəhəri, H.Əliyev prospekti ilə Ş.İ.Xətai prospektinin kəsişməsində, ünvan 30i ilə Ş.İ.Xətai prospektinin kəsişməsində, ünvan 18 ünvanında, Gəncə şəhəri, A.Səhhət küçəsində, ünvan 20 ünvanında, ünvan 21 kəsişməsində, Gəncə şəhəri, Məhrəsə bağı ərazisində restoran binasının yaxınlığında, Gəncə şəhəri, Keçid küçəsi, 56 saylı qaraj binasında, Gəncə şəhəri, YGGG-nin yardımçı kombinatın ərazisində olmaqla epidemiya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə dəfələrlə pozmuş və yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaratmışdır. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadəsi və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Gəncə şəhəri, Nizami rayonu, ünvan 22 ünvanda avtomobil ehtiyat hissələrinin alqı-satqısı ilə məşğul olur. 27.07.2021-ci il tarixdə “Covid-19 virusu ilə bağlı test nümunəsi vermiş, ertəsi gün, yəni 28.07.2021-ci il tarixdə istifadəsində olan mobil nömrəsinə “TTS.GOV.AZ”-dan 27.07.2021-ci il tarixdə verdiyi analiz nəticəsinin pozitiv çıxması, yəni “COVİD-19” virusuna yoluxmağı ilə bağlı mesaj gəlmişdir. Həmin mesajın mətnində yaşayış yerini tərk etməməsi, əgər karantin rejimini pozsa inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə biləcəyi barədə xəbərdarlıq əks olunmuşdur. Həmin gün eyni zamanda ona Gəncə şəhər 2 nömrəli poliklinikadan Gülnarə adlı həkim zəng edərək “Covid-19” virusuna yoluxduğunu, 14 gün ərzində yaşayış yerini tərk etməməyini, müalicə olunması üçün dərman göndərəcəklərini bildirmişdir. O isə özündə hər hansı narahatlıq hiss etmədiyinə görə həqiqətən də koronavirusa yoluxduğunu bilmək üçün 30.07.2021-ci il tarixdə, saat 11 radələrində tanışının markasını bilmədiyi **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Gəncə şəhərində yerləşən vərəm dispanserinə getmiş və müayinə olunmuşdur. Həmin xəstəxanadan çıxarkən tanımadığı polis əməkdaşları videoçəkilişlə ona yaxınlaşmışlar və yaşayış yerini tərk etməyinə görə onunla profilaktiki söhbət aparmış, bir daha evi tərk etməməsini tapşırmışlar. Polis əməkdaşları həmçinin onu evinə qədər müşayiət etmişlər. Bundan sonra o, evdə qalmış və bir daha evi tərk etməmişdir. O, ifadəsində daha sonra bildirmişdir ki, özündə hər hansı narahatlıq hiss etmədiyinə görə və ağciyərlərini müayinə etdirmək üçün karantin dövründə sadəcə vərəm dispanserinə getmişdir. 14 gün ərzində başqa heç yerə getməmişdir. ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr ona məxsusdur. Daim istifadəsindədir və karantin dövründə də istifadəsində olmuşdur. 30.07.2021-ci il tarixdə yaşayış yerini tərk edib xəstəxanaya tək getmişdir. Həmin xəstəxanada təxminən 20 dəqiqə olmuşdur. Həmin vaxt maska taxmış, lakin burnunu örtməyibmiş. Belə ki, həmin vaxt hava isti imiş. O, törətdiyi əməli səmimi etiraf edərək əməlindən peşman olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, X10 2011-ci ildən xidmət edir. Hazırda ölkəmizdə də yayılmış “Covid-19” virusu ilə aparılan mübarizə tədbirləri çərçivəsində həmin virusa yoluxmuş və ambulator müalicəyə buraxılmış xəstələrin təlimata uyğun olaraq evdən çölə çıxmamalarına, insanların ictimai yerlərdə sosial məsafə saxlamalarına, tibbi maskalardan istifadə etmələrinə polis əməkdaşları tərəfindən nəzarət həyata keçirilir. Bununla bağlı daxili işlər orqanlarının əməkdaşları tərəfindən ictimai reydlər, qəfil yoxlamalar, inanılmış şəxslərin məlumatlarından istifadə etmə və sair üsullardan istifadə edilir. 30.07.2021-ci il tarixdə “Covid-19” virusunun daşıyıcısı Təqsirləndirilən şəxs yaşadığı evi tərk edib Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsinə getməklə digər şəxsləri virusa yoluxdurma təhlükəsi yaratması ilə bağlı Gəncə şəhər BPİ-nin CAİ-yə daxil olmuş məlumatla əlaqədar həmin idarənin kiçik əməliyyat müvəkkilləri Şahid3 və X8 ilə birlikdə Gəncə şəhər, Yeni Gəncə qəsəbəsində yerləşən X1rşısına getmişlər. Orada “Covid-19” virus daşıyıcısı Təqsirləndirilən şəxs tərəflərindən aşkar olunmuş və onlar Təqsirləndirilən şəxs ilə sosial məsafə gözləməklə profilaktiki söhbət edərək sonuncunun yaşadığı evə getməsini təmin etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2003-cü ildən Gəncə şəhər 2 saylı Poliklinikada ailə həkimi vəzifəsində çalışır. Koronovirus xəstəliyinin inkubasiya dövrü 14 gündür. Əldə edilən tibbi məlumatlar əsasında və praktiki olaraq müəyyən edilmişdir ki, həmin 14 gün müddətində müalicə əsasında xəstə sağalmalıdır. Ev şəraitində müalicə olunmalı xəstələrin siyahısı Gəncə şəhər Səhiyyə İdarəsi tərəfindən ərazi adiyyəti üzrə poliklinikalara göndərilir və poliklinikanın ərazisində yaşayan həmin sakinlərlə 14 gün ərzində telefon vasitəsi ilə əlaqə saxlanılır, vəziyyətlərinə nəzərət edilir. Bu qaydaya uyğun olaraq Gəncə şəhər Səhiyyə İdarəsindən 28.07.2021-ci il tarixdə Gəncə şəhər 2 saylı poliklinikaya daxil olmuş məlumuta əsasən poliklinikanın sakini, Gəncə şəhəri, Gəncəvi küçəsi, ev 62-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs koronavirus test nəticəsinin pozitiv çıxdığını və ev şəraitində müalicə almalı olmasını müəyyən etmişdir. Bundan sonra həmin şəxsin adına ambulator xəstənin tibbi kartası açılmışdır. Sonra özü şəxsən 28.07.2021-ci il tarixdə, saat 10:32-də istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək COVİD-19 infeksiyası ilə bağlı testinin nəticəsinin pozitiv çıxdığını, yəni koronavirus infeksiyasına yoluxduğunu Səyyara demişdir. O, Səyyara 14 gün ərzində yaşadığı evi tərk etməməsini bərk-bərk tapşırmış, eyni qaydada 14 gün ərzində bir neçə dəfə Səyyar ilə telefon əlaqəsi saxlanılaraq səhhətinə nəzarət edilmişdir. 14-cü gün, yəni 10.07.2021-ci il tarixdə Səyyarın səhhətində hər hansı bir nasazlıq müəyyən etmədiyi üçün 14 günlük karantin qeydiyyatından çıxartmışdır. O, ifadəsində daha sonra bildirmişdir ki, Təqsirləndirilən şəxs 28.07.2021-cı il tarixdə “Covid- 19” virusu aşkar edilmişdır. 14 günlük müalicə müddətini də nəzərə almaqla 10.08.2021-ci il tarixdən Təqsirləndirilən şəxs sağalmış hesab edilir. İlk 14 gün xəstəliyin inkubasiya dövrüdür. Ona görə də həmin müddət ərzində xəstə yaşayış yerini tərk etməməli, özünü təcrid etməli, digər şəxslərlə təmasda olmamalıdır. Ona görə ki, həmin müddət ərzində xəstəliyin yayılması labüddür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “baxış keçirilməsi haqqında” 11 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Şahid2 tərəfindən qeydə alınmış videogörüntü olan 1 ədəd DVD diskə baxış keçirilərkən videogörüntüdən müəyyən edilmişdir ki, xəstəxananın qarşısında qara rəngli tibbi maskadan düzgün istifadə etməyən arıq bədən quruluşlu şəxs koronavirus xəstəsidir və yaşadığı evi tərk edib həmin yerə gəlmiş, ilk öncə özünü polis kapitanı Hacıyev kimi təqdim edən şəxs koronavirus xəstəsi olduğu başa düşülən şəxsdən “siz koronavirus xəstəsisiz?” deyə soruşur, həmin şəxs isə “elə deyirlər” deyə cavab verir. Görüntüdən məlum olur ki, koronavuris xəstəsi olduğunu deyən həmin şəxsin olduğu yer küçədir və ictimai yer hesab edilir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “sənədə baxış keçirilməsi haqqında” 25 avqust 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şahid1 təqdim etdiyi “ambulator xəstənin tibbi kartası” Təqsirləndirilən şəxs adına tərtib edilmiş, həmin karta 28.07.2021-ci il tarixdə açılmış və kartanın 2-ci vərəqində Təqsirləndirilən şəxs COVİD-19 diaqnozunun qoyulması, onun şikayətləri, şəxsi məlumatları və sair bu kimi əhəmiyyət kəsb edən qeydlər əks olunmuş, “ambulator xəstələrin İ qeydiyyat jurnalı”nda isə 5-ci sırada Təqsirləndirilən şəxs adı, təvəllüdlü, ünvanı, mobil nömrəsi və qeydiyyata götürüldüyü tarix, yəni 28. 07.2021-ci il tarix qeyd olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji dispanserindən alınmış 13.09.2021-ci il tarixli, 5739 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda deyil. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji Dispanserindən alınmış 20.09.2021-ci il tarixli, 5280 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs 21.02.2004cü il tarixdən alkoqoldan asılılıq diaqnozu ilə həmin dispanserdə qeydiyyatdadır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xasiyyətləndirilir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “baxış keçirilməsi haqqında” 05 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, “9-659m- Zəng statistika (qarşı abunə ilə) -**********20” adlı 1-ci faylın içərisində 27.07.2021-ci il tarixdə, saat 08:38:46 dəqiqədən 11.08.2021-ci il tarixdə, saat 22:33:11 dəqiqəyədək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə girişçıxış zəngləri, onların tarixləri, danışıq müddətləri, zəngləri edən və zəng olunan mobil nömrələr, onların sahibləri, giriş-çıxış zəngləri zamanı Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrənin anten dairəsi barədə qeydlər əks olunmuş, həmin faylın məzmunundan görünür ki, 28.07.2021-ci il tarixdə, saat 08:38 dəqiqədən 10.08.2021-ci il, saat 22:39-dək olan müddət ərzində ***-***-**-** saylı mobil nömrənin anteni ünvan 1 ünvanında yerləşən Kəpəz Mehmanxanasının yaxınlığında, ünvan 2 ünvanında, ünvan 23 15 nömrəli yaşayış binasının yaxınlığında, Gəncə şəhəri, 4-cü mikrorayon, 4 saylı yeməkxananın yaxınlığında, Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, 2-ci mikrorayon, 28 May küçəsində, ünvan 5 ünvanında, Samux rayonu, İnstitut qəsəbəsində, Göygöl rayonu, Balçılı kəndində, ünvan 25 ünvanında, Gəncə şəhəri, T.Həsənov küçəsində yerləşən “Qızılgül” şadlıq sarayının yaxınlığında, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, H.Məmmədquluzadə küçəsində yerləşən Ulduz adlanan kafenin yaxınlığında, Gəncə şəhəri, Yeni ünvan 12 ünvanında, Gəncə şəhəri, H.Əliyev prospekti 95 ünvanında, Gəncə şəhəri, Ş.İ.Xətai prospekti 53 ünvanında, ünvan 15ında, Göygöl rayonu, Qızılca kəndində, Gəncə şəhəri, H.Əliyev prospekti ilə Ş.İ.Xətai prospektinin kəsişməsində, ünvan 8 ünvan 30i ilə Ş.İ.Xətai prospektinin kəsişməsində, ünvan 18 ünvanında, Gəncə şəhəri, A.Səhhət küçəsində, Samux rayonu, Hacalı kəndində, Gəncə TQK-nin ATS 54-dən, Göygöl rayonu, Çaykənd kəndində, Göygöl rayonu, A.Kazımov küçəsində, Göygöl şəhəri, H.Əliyev prospekti 7 ünvanında yerləşən Mexaniki Zavodun ərazisində, ünvan 33 şəhəri, Ozan küçəsində siqnal vermişdir. “9-659m.-Zəng statistika (qarşı abunə ilə) **********85” adlı 2-ci faylın içərisində 27.07.2021ci il tarixdə, saat 00:00:08-dən 11.08.2021-ci il tarixdə, saat 21:27:55-dək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə giriş-çıxış zəngləri, onların tarixləri, danışıq müddətləri, zəngləri edən və zəng olunan mobil nömrələr, onların sahibləri, giriş-çıxış zəngləri zamanı Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrənin anten dairəsi barədə qeydlər əks olunmuşdur. Həmin faylın məzmunundan görünür ki, 28.07.2021-ci il tarixdə, saat 00:00:08-dən 10.08.2021-ci il, saat 22:35:53-dək olan müddət ərzində ***-***-**-** saylı mobil nömrənin anteni Göygöl rayonu, Üçtəpə kəndində, Gəncə şəhəri, Gəncə küçəsi ünvanında yerləşən Kəpəz Mehmanxanasının yaxınlığında, ünvan 35 ünvanında, ünvan 36 15 nömrəli yaşayış binasının yaxınlığında, Gəncə şəhəri, 4-cü mikrorayon, 4 saylı yeməkxananın yaxınlığında, Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, 2-ci mikrorayon, 28 May küçəsində, ünvan 37 ünvanında, Samux rayonu, İnstitut qəsəbəsində, Göygöl rayonu, Balçılı kəndində, ünvan 38 ünvanında, Gəncə şəhəri, F.Həsənov küçəsində yerləşən “Qızılgül” şadlıq sarayının yaxınlığında, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, H.Məmmədquluzadə küçəsində yerləşən “Ulduz” adlanan kafenin yaxınlığında, Gəncə şəhəri, Yeni ünvan 12 ünvanında, Gəncə şəhəri, H.Əliyev prospekti 95 ünvanında, Gəncə şəhəri, Ş.İ.Xətai prospekti 53 ünvanında, ünvan 15ında, Göygöl rayonu, Qızılca kəndində, Gəncə şəhəri, H.Əliyev prospekti ilə Ş.İ.Xətai prospektinin kəsişməsində, ünvan 8 ünvan 30i ilə Ş.İ.Xətai prospektinin kəsişməsində, ünvan 18 ünvanında, Gəncə şəhəri, A.Səhhət küçəsində, Samux rayonu, Hacalı kəndində, Gəncə TQK-nin ATS 54-dən, Göygöl rayonu, Çaykənd kəndində, Göygöl rayonu, A.Kazımov küçəsində, Göygöl rayonu, Toğanalı kəndində, Göygöl rayonu, Quşçu kəndində, Göygöl şəhəri, H.Əliyev prospekti 7 ünvanında yerləşən Mexaniki Zavodun ərazisində, ünvan 39ə şəhəri, Ozan küçəsində, Gəncə şəhəri, A.Mehmandarov küçəsi ilə Bayan küçəsinin kəsişməsində, Gəncə şəhəri Məhrəsə bağı ərazisində restoran binasının damında, Gəncə şəhəri, Keçid küçəsi, 56 saylı qaraj binasında, Gəncə şəhəri, YGGG-nin yardımçı kombinatın ərazisində siqnal vermişdir. Diskdəki məlumatlara baxış keçirilərkən həmçinin müəyyən edilmişdir ki, Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən 28.07.2021-ci il tarixdə, saat 10:32-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng olunmuş və 200 saniyə danışıq aparılmışdır. Diskin içərisində olan 2-ci, 3-cü, 4-cü və 5-ci fayllarda da eyni xarakterli məlumatlar əks olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzindən alınmış 09.08.2021-ci il tarixli müvafiq sənədə əsasən müəyyən edilmişdir kı, Gəncə şəhəri, Gəncəvi küçəsi, ev 62-də qeydiyyatda olan Təqsirləndirilən şəxs 28.07.2021-ci il tarixdə “COVİD-19” virusuna yoluxmasına görə Gigiyena və Epidemiologiya Mərkəzində qeydiyyata götürülmüş və onun karantin rejiminin müddəti 27.07.2021-ci il tarixdən 10.08.2021-ci il tarixədək müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “koronavirusinfo.az” saytından “Covid-19” virusu haqqında məlumatların və həmin virusa qarşı profilaktiki tədbirlərin X7 və Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən sistemləşdirilmiş elektron təlimatından çıxarış edilərək cinayət işinə əlavə edilmiş təlimatdan müəyyən edilir ki, həmin xəstəlik hava-damcı yolu ilə yoluxur. İnkubasiya dövrü 14 günə qədər ola bilər. 14 gün ərzində evdən çıxılmamalı və ictimai yerlərdən uzaq durulmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 04.05.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.4.1-ci maddəsi ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və 22.01.2010-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 22 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, içərisində telefon danışıqları, hərəkət istiqamətlərinin anten dairəsi barədə məlumatlar olan 01 ədəd CD disk, hadisənin videogörüntüsü olan 01 ədəd DVD disk sübut növü kimi tanınmışdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri və iş materiallarında olan sənədlər ilə Təqsirləndirilən şəxs epidemiya əleyhinə, eləcə də karantin rejimini pozaraq xəstəliklərin yayılması üçün real təhlükə yaratma cinayətini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda - iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublukasının Qanunun 2.3-cü maddəsinə əsasən insanların sağlamlığını ətraf mühit amillərinin mənfi təsirindən qorumaq və möhkəmləndirmək məqsədilə onların sanitariya-epidemioloji salamatlığının təmin edilməsi; sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməsinə, eləcə də sanitariya-gigiyena və epidemiya əleyhinə tədbirlərin görülməsinə nəzarət sisteminin yaradılması; sanitariya normalarını və qaydalarını, gigiyena normativlərini pozmağa görə məsuliyyət dərəcələrinin müəyyən edilməsi; vətəndaşların salamatlığının qorunması hüququnu təmin etməyə yönəldilən qanunvericilik, hüquqi və təşkilati tədbirlər kompleksinin yaradılması Aərbaycan Respublikası sanitariya qanunvericiliyinin əsas vəzifələrini təşkil edir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən təsdiq edilmiş sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl etmək, dövlət sanitariya nəzarətini həyata keçirən vəzifəli şəxslərin tələblərinə əməl etmək sanitariya-epidemioloji salamatlığın təmin edilməsi ilə bağlı dövlət orqanlarının, ictimai birliklərin, müəssisələrin, təşkilatların, idarələrin, vəzifəli şəxslərin və vətəndaşların vəzifələrinə aiddir. Həmin Qanunun 38-ci maddəsinə əsasən Azərbaycan Respublikasının sanitariya qanunvericiliyinə, o cümlədən qüvvədə olan sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməməsi, epidemiya əleyhinə tədbirlərin görülməməsi, Azərbaycan Respublikası dövlət sanitariyaepidemioloji; xidməti orqanları və idarələri vəzifəli şəxslərinin rəylərinin, qərarlarının və göstərişlərinin yerinə yetirilməməsi ilə əlaqər vətəndaşların hüquqlarına və cəmiyyətin mənafeyinə toxunan qeyri-hüquqi, təqsirli hərəkət sanitariya sahəsində hüquq pozuntusu sayılır.Sanitariya sahəsində hüquq pozuntularına yol vermiş vəzifəli şəxslər və vətəndaşlar inzibati, cinayət və mülki-hüquq məsuliyyətinə cəlb edilə bilərlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəlki məhkumluğu ilə ələqdar qeyd edir ki, onun həmin məhkumluğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ödənilmişdir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Əsgərov Səyyar Nadir oğlunu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, ona təqsirli bilindiyi həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Gəncə şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Gəncə şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinin tələbinə əsasən şəxsin cinayət törədərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinin tələbinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarında saxlanma müddəti ərzində işdə saxlanmalı və ya maraqlı təşkilat və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara təhvil verilməlidir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 132.1.7-ci maddəsinin tələbinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə sübut növü kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd CD disk və 01 ədəd DVD disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X5 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X6 məhkəmədə iştirak etdiyi 09 saata görə 54 (əlli dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139- 1.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Gəncə Şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan ünvan 41 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. İş üzrə sübut növü kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd CD disk və 01 ədəd DVD disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 09 saata görə 54 (əlli dörd) manat Azərbaycan Respublikası dövlət büdcəsi hesabından Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar