Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-29/2021 05.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi Novruzov Maarif Vidadi oğlunun katibliyi, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X2 və Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1986-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, məhkumkuğu olmayan, Gəncə şəhəri, R.Qasımov küçəsi, ev 13-də qeydiyyatda olan, Gəncə şəhəri, Cavadxan qəsəbəsində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təsir maddəsinin ümumi miqdarı 0,72 qram təşkil edən narkotik vasitə metadon dərman preparatlarını əldə edib üzərində saxlayaraq daşımış, xx xxxxx 2020-ci il tarixdə saat 18 radələrində Gəncə şəhər Baş Polis İdarəsinin X5 daxil olmuş məlumat əsasında həmin idarənin əməkdaşları tərəfindən Gəncə şəhəri, S.Rəhimov küçəsi ilə Ə.Əliyev prospektinin kəsişməsində saxlanılaraq Gəncə şəhər Baş Polis İdarəsinə gətirilərək üzərinə baxış keçirilən zaman əynində olan qara rəngli gödəkcənin sağ iç cibindən bir ədəd sellofan torbacıqda üzərində “Methadone 40 ...11/2020 göstəriciləri olan kanvalyut kəsiklərində təsir maddəsinin ümumi miqdarı 0,72 qram təşkil edən ümumi sayı 18 (on səkkiz) ədəd boz rəngli dərman həbləri-narkotik vasitə metadon dərman preparatları aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyi, iş materiallarında olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə istifadəçisidir və buna görə Bakı şəhəri, Maştağa qəsəbəsində yerləşən Respublika Narkoloji mərkəzində müalicə almışdır. Barəsində hazırki cinayət işi başlanmamışdan təxminən 2 ay əvvəl şəxsi işi ilə əlaqədar olaraq Bakı şəhərinə getmişdir. Bakı şəhərində “Şamaxinka” adlanan əraziyə çatdıqda orada bir qədər piyada gəzərkən əvvəllər tanımadığı bir nəfər şəxs ona yaxınlaşaraq siqaretinin olubolmamasını soruşmuşdur. O, həmin şəxsə bir ədəd siqaret vermişdir. Bundan sonra həmin şəxslə söhbət etməyə başlamışlar. Söhbət əsnasında o, həmin şəxsə narkoloji mərkəzdə müalicə olunduğunu, lakin ağrılarının sakitləşmədiyini, buna görə də narkotik vasitə istifadə etmək istədiyini deyərək narkotik vasitəni necə əldə edə biləcəyini soruşmuşdur. Həmin şəxs də ona problem olmadığını, üzərində metadon və tramadol həbləri olduğunu və ona verə biləcəyini demişdir. O da həmin şəxslə razılaşmış və həmin şəxs cibindən ona 2 ədəd kanvalyutda ümumilikdə 20 ədəd metadon həblərini və 2 ədəd kanvalyutda ümumilikdə 20 ədəd tramadol həblərini çıxartmış və 20 ədəd metadon həblərini 70 manata, 20 ədəd tramadol həblərini isə ümumilikdə 12 manat qarşılığında satdığını bildirmişdir. O, həmin şəxslə razılaşaraq metadonun 1 ədəd konvalyutu 35 manat olmaqla, 2 ədəd konvalyutda ümumilikdə 70 manat qarşılığında 20 ədəd metadon həblərini və 1 ədəd konvalyutu 6 manat olmaqla, 2 ədəd konvalyutda ümumilikdə 12 manat qarşılığında 20 ədəd tramadol həblərini almışdır. Həmin həbləri aldıqdan sonra onu kiminsə görəcəyindən narahat qalaraq Gəncə şəhərinə geri qayıtmışdır. Bu barədə heç kəsə bir söz demədən və heç kəsin məlumatı olmadan onları üzərində gəzdirmişdir. Bu müddət ərzində metadonun 2 ədəd həbini həbin bir ədədini 4 yerə bölməkə həmin dörddə bir hissəni su ilə udmaq yolu ilə istifadə etmiş, qalan həbləri isə üzərində saxlamışdır. xx.xx.2020-ci il tarixdə saat 18 radələrində o, Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən fərdi yaşayış evindən qalan 18 ədəd metadon həblərini və 20 ədəd tramadol həblərini əynində olan qara rəngli gödəkcənin sağ iç cibinə qoyaraq idarə etdiyi “Mercedes Benz” markalı, **-TB-*** dövlət nömrə nişanlı avtomobilə əyləşib işi ilə əlaqədar S.Rəhimov küçəsi ilə üzü Ə.Əİiyev prospekti istiqamətində hərəkət etmişdir. O, Gəncə şəhəri, S.Rəhimov küçəsinin Ə.Əİiyev prospekti ilə kəsişməsində svetofora çatarkən mülki geyimdə olan bir neçə nəfər şəxs tərəfindən ona saxla işarəsi verdildiyi üçün avtomobilin hərəkətini dayandırmışdır. Həmin şəxslər ona yaxınlaşıb Gəncə şəhər Baş Polis İdarəsinin X3 əməkdaşları olduğunu bildirərək narkotik vasitələrin daşınmasında şübhəli olduğu üçün Gəncə şəhər Baş Polis İdarəsinə dəvət etmişlər. O, polis əməkdaşlarının təklifini qəbul edərək onlarla birlikdə Gəncə şəhər Baş Polis İdarəsinə getmişdir. İdarədə onun hüquq və vəzifələri izah edilmiş və müdafıəçi qismində Müdafiəçi1 iştirakı təmin edilmişdir. Bundan sonra ona bir daha hüquq və vəzifələrim izah edilərək üzərinə videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı ona üzərində hər hansı bir qadağan olunmuş əşya olduğu təqdirdə könüllü olaraq təqdim etməyi təklif olunmuşdur. Bundan sonra o, əynində olan qara rəngli idman gödəkcəsinin sağ iç cibinə qoyduğu bir ədəd sellofan torbacıqda üzərində “Methadone 40 ...11/2020” yazısı olan ümumi sayı 18 (on səkkiz) ədəd boz rəngli metadon həblərini və bir ədəd sellofan torbacıqda üzərində “Tramadol-hydrochloride 225 mq...” yazısı olan ümumi sayı 20 (iyirmi) ədəd qırmızı rəngli tramadol həblərini təqdim etmişdir. Daha sonra üzərində əlavə olaraq hər hansı bir qadağan olunmuş əşyanın olubolmamasının müəyyən edilməsi üçün üzərinə baxış keçirilmiş və başqa qeyri-qanuni hər hansı bir əşya aşkar edilməmişdir. Üzərinə baxış keçirildikdən sonra təqdim etdiyi 20 (iyirmi) ədəd qırmızı rəngli tramadol həbləri elektron tərəzidə çəkilmiş və həmin həblərin kanvalyutla birlikdə ümumi çəkisi 8 qram, həmçinin 18 (on səkkiz) ədəd boz rəngli metadon həbləri elektron tərəzidə çəkilmiş və həmin həblərin kanvalyutla birlikdə ümumi çəkisi 11 qram təşkil etmişdir. Bundan sonra həmin kütlələr müvafiq qaydada qablaşdırılıb möhürlənərək protokol tərtib edilmiş və doğruluğu onun üzərinə baxış keçirilməsində iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Baxış zamanı həmçinin ondan idarə etdiyi “Mercedes Benz C240 minik” markalı, **-TB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə hər hansı bir narkotik vasitənin və ya digər qeyri-qanuni əşyanın olubolmaması soruşulmuş və o, avtomobilidə hər hansı qeyri-qanuni əşya olmadığını bildirərək könüllü ərizə verib avtomobilinə baxış keçirilməsinə heç bir etiraz etməmişdir. Bundan sonra Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasının həyətində onların iştirakı ilə idarə etdiyi “Mercedes Benz C240 minik’’ markalı, **-TB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirilmiş və avtomobilində hər hansı qeyri-qanuni əşya aşkar edilməmişdir. Bu barədə də protokol tərtib edilmiş və doğruluğunu imzaları ilə təsdiq etmişlər. O, bundan başqa ifadəsində göstərmişdir ki, təxminən 2019-cu ilin payız aylarında Samux rayonunda olarkən yerdən 3 ədəd konvalyutda tramadol həblərini tapmışdır. Həmin həbləri az-az istifadə etmiş, buna görə də onda aludəçilik yaratmış və müalicə olunmuşdur. Lakin daha sonra bədənindəki ağrılar keçmədiyinə görə qərar vermişdir ki, yenə də narkotik vasitə istifadə etsin. Əldə edib saxladığı narkotik vasitə olan metadondan və ya güclü təsir edən maddə tramadol hidroxloriddən heç kəsə satmamış, əvəzli, yaxud əvəzsiz olaraq verməmiş, belə bir məqsədi də olmamışdır. O, həmin həbləri özü istifadə etmək üçün əldə edib üzərində daşıyaraq saxlamışdır. Onun narkotik vasitə olan metadon və ya güclü təsir edən maddə tramadol hidroxlorid əldə etməyindən, saxlamağından və istifadə etməyindən heç kəsin, o cümlədən ailə üzvlərinin də xəbərləri olmamışdır. Törətdiyi əməlindən peşmançılıq keçirməsini və himayəsində iki azyaşlı uşaqlarının olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxxx 2020-ci il tarixdə idarəyə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq saxlaması və istifadəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs həmin cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat tədbirləri keçirilməsi qərara alınmış və əməliyyat qrupu yaradılmışdır. Bundan sonra idarənin kiçik inspektoru, polis baş serjantı Şahid3, XTB-nin polis nəfəri, polis serjantı Şahid4 və PPXT-nın polis nəfəri, polis serjantı Şahid2 ilə birlikdə Gəncə şəhəri ərazisində əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar. Həmin gün saat 18:00 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz C240 minik” markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, S.Rəhimov küçəsi ilə üzü Ə.Əliyev prospekti istiqamətində hərəkət etməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs qeyd olunan küçələrin kəsişməsində svetoforun qırmızı işığında dayanarkən saxlanılmışdır. Saxlanılarkən Təqsirləndirilən şəxs Gəncə şəhər Baş Polis İdarəsinin X3 əməkdaşları olduqlarını bildirib narkotik vasitələri daşımasında şübhəli olduğu üçün Gəncə şəhər Baş Polis İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla razılaşaraq idarəyə gəlmişdir. Gəncə şəhər Baş Polis İdarəsində ona şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilərək Müdafiəçi1 müdafiəçisi kimi iştirakı təmin edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə baxış keçirilmişdir. Baxış keçirilməzdən qabaq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, sonra ona üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman gödəkcəsinin sağ iç cibindən bir ədəd sellofan torbacıqda üzərində “Methadone 40 ...11/2020” yazısı olan ümumi sayı 18 (on səkkiz) ədəd təşkil edən həbləri və bir ədəd sellofan torbacıqda üzərində “Tramadolhydrochloride 225 mq...” yazısı olan ümumi sayı 20 (iyirmi) ədəd təşkil edən həbləri təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində hər hansı başqa qanunsuz əşya saxlayıbsaxlamamasını dəqiqləşdirmək üçün üzərinə baxış keçirilmiş, lakin əlavə qanunsuz hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra əvvəlcə Təqsirləndirilən şəxs təqdim etdiyi üzərində “Tramadol-hydrochloride 225 mq...” yazısı olan ümumi sayı 20 (iyirmi) ədəd təşkil edən həblər elektron tərəzidə çəkilmiş və həmin həblərin kanvalyutla birlikdə ümumi çəkisi 8 qram olmuş, sonra isə onun təqdim etdiyi üzərində “Methadone 40 ...11/2020” yazısı olan ümumi sayı 18 (on səkkiz) ədəd təşkil edən həblər elektron tərəzidə çəkilmiş və həmin həblərin kanvalyutla birlikdə ümumi çəkisi 11 qram təşkil etmişdir. Bundan sonra həmin kütlələr müvafiq qaydada qablaşdırılıb möhürlənərək protokol tərtib edilmiş və doğruluğunu imzaları ilə təsdiq etmişlər. Baxış zamanı həmçinin Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz C240 minik” markalı, **-TB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə hər hansı bir narkotik vasitənin və ya digər qeyri-qanuni əşyanın olubolmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs avtomobilində hər hansı qeyri-qanuni əşya olmadığını bildirərək könüllü ərizə verib avtomobilinə baxış keçirilməsinə heç bir etiraz etməmişdir. Bundan sonra onlar Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasının həyətində Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz C240 minik’’ markalı, **-TB- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirmişlər. Lakin avtomobildə hər hansı qeyri-qanuni əşya aşkar edilməmişdir. Bu barədə də protokol tərtib edilmiş və doğruluğunu imzaları ilə təsdiq etmişlər. Məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş Şahid2, Şahid4, məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş və ifadəsi məhkəmə baxışı zamanı tədqiq edilmiş vermiş Şahid3 eyni məzmunlu ifadələr verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx xxxxx 2020-ci il tarixli, 16/255 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş M 40 həbləri...” yazılar və imzalar olan kağız paketdəki, bir ədəd sellofan torbacıqda üzərində “Methadone 40 ...11/2020” göstəriciləri olan kanvalyut kəsiklərində ümumi sayı 18 (on səkkiz) ədəd olan boz rəngli dərman həbləri narkotik vasitə metadon dərman preparatlarıdır. Təqdim olunmuş ümumi sayı 18 (on səkkiz) ədəd olan metadon həblərinin təsir maddəsinin ümumi miqdarı 0,72 qram təşkil edir. Metadon “Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in İİ siyahısının İ bəndinə (sıra №6) daxildir. Tədqiqata təqdim olunmuş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə oxşar kütlə (həblər)...” yazılar və imzalar olan kağız paketdəki, bir ədəd sellofan torbacıqda üzərində “Tramadol-hydrochloride 225 mq...” göstəricisi olan kanvalyut kəsiklərində ümumi sayı 20 (iyirmi) ədəd qırmızı rəngli həblər tramadol (tramadol-hidroxlorid) dərman preparatıdır. Təqdim olunmuş ümumi sayı 20 (iyirmi) ədəd olan tramadol kapsulalarının təsir maddəsinin ümumi miqdarı 4,5 qram təşkil edir. Tramadol-hydrochloride Azərbaycan Respublikasının 2016-cı il tarixli 18 mart tarixli Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının” siyahısına (əlavə1) daxildir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx xxx 2020-ci il tarixli, 402 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitə olan metadondan epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-tibb ekspertizasının xx xxxxx 2020-ci il tarixli, 500 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində xəsarət müəyyən edilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Video görüntüyə baxış keçirilməsi haqqında” xx xxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Gəncə şəhər Baş Polis İdarəsində Təqsirləndirilən şəxs üzərinə və daha sonra idarə etdiyi “Mercedes Benz C240 minik’’ markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı istifadə edilmiş video çəkiliş materiala əlavə edilmişdir. Təqsirləndirilən şəxs Gəncə şəhər Baş Polis İdarəsində video çəkiliş ilə üzərinə baxış keçirilməsi zamanı qeydə alınmış video görüntüyə baxış zamanı müəyyən edilmişdir ki, Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin TŞ-nin baş təhqiqatçısı X9 şəhər Baş Polis İdarəsinin X3 baş əməliyyat müvəkkili, polis mayoru Şahid1, idarənin kiçik inspektoru, polis baş serjantı Şahid3, XTBnin polis nəfəri, polis serjantı Şahid4 və PPXT-nın polis nəfəri, polis serjantı Şahid2, Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış keçirilməzədən qabaq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, daha sonra ona üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman gödəkcəsinin sağ iç cibindən bir ədəd sellofan torbacıqda üzərində “Methadone 40 ...11/2020” yazısı olan ümumi sayı 18 (on səkkiz) ədəd təşkil edən həbləri və bir ədəd sellofan torbacıqda üzərində “Tramadol-hydrochloride 225 mq...” yazısı olan ümumi sayı 20 (iyirmi) ədəd təşkil edən həbləri təqdim edir. Sonra Təqsirləndirilən şəxs üzərində hər hansı başqa qanunsuz əşya saxlayıb-saxlamamasını müəyyən etmək üçün üzərinə baxış keçirilir, lakin əlavə qanunsuz hər hansı bir əşya aşkar edilmir. Sonra əvvəlcə Təqsirləndirilən şəxs təqdim etdiyi üzərində “Tramadol-hydrochloride 225 mq...” yazısı olan ümumi sayı 20 (iyirmi) ədəd təşkil edən həblər elektron tərəzidə çəkilir və həmin həblərin kanvalyutla birlikdə ümumi çəkisi 8 qram, daha sonra isə onun təqdim etdiyi üzərində “Methadone 40 ...11/2020” yazısı olan ümumi sayı 18 (on səkkiz) ədəd təşkil edən həblər elektron tərəzidə çəkilir və həmin həblərin kanvalyutla birlikdə ümumi çəkisi 11 qram təşkil edir. Bundan sonra həmin kütlələr müvafiq qaydada zərfdə qablaşdırılıb möhürlənir və doğruluğu imzalarla təsdiq edilir. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz C240 minik” markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobildə hər hansı narkotik vasitənin və ya digər qeyri-qanuni əşyanın olub-olmaması soruşulur, Təqsirləndirilən şəxs isə cavabında avtomobilində hər hansı qeyri-qanuni əşya olmadığını deyərək avtomobilinə baxış keçirilməsinə heç bir etiraz etmədiyini bildirir. Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz C240 minik’’ markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobilə video çəkiliş ilə baxış keçirilərkən qeydə alınmış video görüntüyə baxış zamanı müəyyən edilmişdir ki, Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin TŞ-nin baş təhqiqatçısı Etibar Məmmədov, Gəncə şəhər Baş Polis İdarəsinin X3 baş əməliyyat müvəkkili, polis mayoru Şahid1, idarənin kiçik inspektoru, polis baş serjantı Şahid3, XTB-nin polis nəfəri, polis serjantı Şahid4 və PPXT-nın polis nəfəri, polis serjantı Şahid2, Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz C240 minik’’ markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilir, lakin avtomobildə hər hansı qeyri-qanuni əşya aşkar edilmir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Baxış keçirilməsi və götürülməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman gödəkcəsinin sağ iç cibindən bir ədəd sellofan torbacıqda üzərində “Methadone 40 ...11/2020” yazısı olan ümumi sayı 18 (on səkkiz) ədəd təşkil edən həbləri və bir ədəd sellofan torbacıqda üzərində “Tramadolhydrochloride 225 mq...” yazısı olan ümumi sayı 20 (iyirmi) ədəd təşkil edən həbləri təqdim etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Baxış keçirilməsi və götürülməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz C240 minik’’ markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, lakin avtomobildə hər hansı qeyri-qanuni əşya aşkar edilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Psixovnevroloji Dispanseri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 1981 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş «Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında» xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra ümumi sayı 17 ədəd təşkil edən metadon həbləri iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və cinayət təqibi üzrə icraat başa çatanadək Gəncə şəhər Baş Polis İdarəsinə məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra ümumi sayı 19 ədəd təşkil edən tramadol kapsulaları iş üzrə sübut əhəmiyyəti kəsb etmədiyinə görə cinayət təqibi üzrə icraat başa çatanadək Gəncə şəhər Baş Polis İdarəsinə məsul saxlanca verilmiş, xx xxxxx 2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs üzərinə və idarə etdiyi avtomobilə baxış zamanı istifadə edilmiş video çəkilişin əks olunduğu bir ədəd “DVD” disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, məhkəmə baxışında tədqiq edilmiş sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq saxlama cinayətini törətməkdə təqsirliliyi tam sübuta yetirildiyindən onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli qərarının və “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, xx xxxx 2005-ci il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıya əsasən metadon dərman preparatının şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,02 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 1,6 qram müəyyən edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarı). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına görə deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlüləlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 xx.xx.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakteriza olunur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqları var. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Milli Onkologiya Mərkəzinin Uşaq cərrahiyyə Şöbəsinin “Xəstəlik tarixindən çıxarış”dan görünür ki, Təqsirləndirilən şəxs qızı X8 osteoxondroma, sümüklərin xoşxassəli yenitörəməsi xəstəliyindən əziyyət çəkir. Məhkəmə, Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakteriza olunması, himayəsində iki nəfər azyaşlı uşaqlarının olmasını və onlardan birinin onkoloji xəstəlikdən əziyyət çəkməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzasını yüngülləşdirən hallar Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəza təyin edilən zaman nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq onun cəzasını yüngülləşdirən hallarla yanaşı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət törətməsini), təqsirkarın şəxsiyyətini, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə isə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və saxlanması üçün Gəncə şəhər Baş Polis İdarəsinin X7 təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx xxxxx 2020-ci il tarixli “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında qərar”dan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və həmin tarixdə saxlanıldığı Gəncə şəhər Baş Polis İdarəsinin X4 azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 03 gün müddətində şübhəli şəxs qismində Gəncə şəhər Baş Polis İdarəsinin X6 saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 (üç) gün müddətində şübhəli şəxs qismində tutulmasını nəzərə alaraq həmin müddətin ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmasını məqsədə müvafiq hesab edir. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən evini axşam saat 23-dən səhər saat 07-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalıdır. Həmçinin məhkəmə iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx xxx 2020-ci il tarixli 402 nömrəli rəyini nəzərə alıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinin tələbinə əsasən şəxsin cinayət törədərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinin tələbinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarında saxlanma müddəti ərzində işdə saxlanmalı və ya maraqlı təşkilat və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara təhvil verilməlidir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 132.1.7-ci maddəsinin tələbinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra ümumi sayı 17 ədəd təşkil edən metadon həbləri, eləcə də Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra ümumi sayı 19 ədəd təşkil edən tramadol kapsulaları məhv edilməli, bundan başqa Təqsirləndirilən şəxs üzərinə və idarə etdiyi avtomobilə baxış keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 1 ədəd “DVD” diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan məbləğ məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən 20 (iyirmi) iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixədək, yəni 03 (üç) gün şübhəli şəxs qismində tutulduğu müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla 06 gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra ümumi sayı 17 ədəd təşkil edən metadon həbləri, eləcə də Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra ümumi sayı 19 ədəd təşkil edən tramadol kapsulaları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Bundan başqa, Təqsirləndirilən şəxs üzərinə və idarə etdiyi avtomobilə baxış keçirilərkən istifadə edilmiş video çəkilişin əks olunduğu 1 ədəd “DVD” diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. İş üzrə 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №1(044)-29/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-29/2021
05.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver