Məhkəmə qərarları › İş №1(044)-3/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-3/2021

17.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-3/2021 17.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Kazımov Rasim Sarı oğlunun sədrliyi, məhkəmə iclas katibi Əliyev Nicat Şirzad oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər)məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X5, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, natamam ali təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, himayəsində iki azyaşlı uşağı olan, ünvan 1 mənzil 43 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM-in) 315.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, xx xxxx 2019-cu il tarixdə saat 11 radələrində etibarnamə əsasında idarə etdiyi “NAZLİFAN” markalı **-EA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.7-ci maddəsinə əsasən həm ön, həm də arxa nömrə nişanları olmadan idarə edib Gəncə şəhəri, Nizami prospektində yerləşən Mərkəzi Univermağın yanında saxlayan zaman xidməti vəzifələrini yerinə yetirən Gəncə şəhəri Baş Polis İdarəsinin X15 X9 Patrul Xidməti Bölüyünün Yol Patrul Xidməti inspektorları vəzifəsində işləyən, polis baş serjantları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 avtomobilə aid sənədləri təqdim etməsinə dair qanuni tələblərinə əməl etməyərək, həmin sənədləri verməkdən imtina etdiyi üçün avtomobilin Gəncə şəhər DYPŞ-in müvəqqəti duracağına aparılmasına etiraz edib tabesizlik göstərməklə hakimiyyət nümayəndələri olan polis işçilərinə qarşı zor tətbiq edib əli ilə Zərərçəkmiş şəxs1 dodaq, boğaz nahiyələrindən, dizi ilə xaya nahiyəsindən zərbələr endirib zor tətbiq etməklə müqavimət göstərərək ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən üst dodağın sağ yanaq və alt dodağın selikli qişalarını əhatə edən qansızma, boyun nahiyəsinin sıyrıqları, üst çənədə sağda İİ-İİİ dişlərin diş ətinə qansızma xəsarətləri yetirmiş, həmçinin bununla kifayətlənməyərək özünün qanuna zidd hərəkətlərini davam etdirib onu saxlamaq istəyən hakimiyyət nümayəndəsi, polis baş serjantı Zərərçəkmiş şəxs2 itələyib ona da fiziki ağrı yetirməklə xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndəsi olan polis işçilərinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 315.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Gəncə şəhərində yerləşən univermaqda telefon və telefon aksesuarları satıb ailəsini dolandırır. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 şəhərdə işləyən yol patrul xidmətinin əməkdaşları kimi tanımış, hər hansı bir münasibəti, ədavəti və ya düşmənçiliyi olmamışdır. xx xxxx 2019-cu il tarixdə saat 10 radələrində dayısı Bahadura məxsus, etibarnamə əsasında idarə etdiyi “Nazlifan” markalı, ** EA *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə işlədiyi yerə getmişdir. Həmin vaxt o, avtomobili univermağın arxasındakı küçədə saxlamış və iş yerinə daxil olmuşdur. Təxminən 30 dəqiqədən sonra Gəncə şəhəri DYPŞ-in əməkdaşlarının onun avtomobilinin yanında dayandıqlarını görmüş, bundan sonra o, iş yerindən çıxıb nə baş verdiyini öyrənmək üçün avtomobilinə doğru getmişdir. Həmin vaxt avtomobilinin yanında şəhərdə DYPŞ-in əməkdaşı kimi tanıdığı Mürşüd və Xəyyam adlı polis işçilərinin olduğunu görmüşdür. Onlar ondan avtomobilin arxa dövlət qeydiyyat nömrə nişanının harada olmasını soruşmuşlar. O isə onlara avtomobilin dövlət qeydiyyat nömrə nişanını itirdiyini bildirmişdir. Onlar avtomobilinin duracağa getməli olduğunu demişlər. O, da onlara avtomobili duracağa aparmayacağını, evakuator çağırmalarını və ya özlərinin aparmalarını demişdir. Bu vaxt Xəyyam adlı polis işçisi anidən onun toqqasından yapışmış və zorla onu öz avtomobillərinə mindirməyə çalışmışdır. Həmin vaxt Mürşüd ona yaxınlaşaraq qolu ilə boğazından tutub boğmağa başlamış və onu öz xidməti avtomobillərinə tərəf sürütdəməyə başlamışlar. O, isə boğulduğuna görə onların əlindən çıxmaq istəmiş və bu vaxt dartışan zaman onlar onun əynində olan köynəyi cırmışlar. Həmin vaxt toqqası da Xəyyam tərəfindən cırılmış və hazırda həmin toqqanın harada olmasını bilmir. Bundan sonra ətrafda olan şəxslərin köməkliyi ilə onların əlindən çıxmış və hadisə yerindən uzaqlaşmışdır. Bundan sonra baş vermiş hadisə barədə ərizə yazaraq prokurorluğa müraciət etmişdir. Hadisə xx.xx.2019-cu il tarixdə saat 11 radələrində Gəncə şəhərində yerləşən Univermağın arxa küçəsində baş vermişdir. Hadisə vaxtı Mürşüd onu boğaz nahiyəsindən boğmuş, daha sonra Mürşüd sol qolundan dayanmadan yumruqla, qarın nahiyəsindən isə təpiklə zərbələr endirmiş, həmçinin hadisə vaxtı köynəyini də cırmışdır. Hadisə vaxtı o, yalnız özünü müdafiə etmək üçün onların əlindən çıxmağa çalışmış və onlara hər hansı bir xəsarət yetirməmişdir. O, Mürşüd və Xəyyam adlı polis əməkdaşlarını şəhər DYPŞ-in əməkdaşları kimi tanımış, hər hansı bir münasibəti olmamışdır. Hadisə vaxtı əynində ağ rəngli, üzərində qara naxışları olan köynək, göy rəngli cins şalvarı və toqqası olmuşdur. Yol polis inspektoru Zərərçəkmiş şəxs1 hadisə vaxtı onu boğmuş, qolundan və qarın nahiyəsindən zərbələr endirmişdir. O, polis əməkdaşlarının heç birinə zərbə endirməmiş və onlara xəsarət yetirməmişdir. Əksinə olaraq onlar ona xəsarət yetirmişlər. Belə ki, həmin vaxt Xəyyam onu saxlayırmış, Mürşüd isə onu boğurmuş. Ola bilər ki, o, onların əlindən çıxmaq üçün özünü müdafiə edib hadisə yerindən uzaqlaşmaq istəyərkən onlar xəsarət almışlar. Lakin, o, konkret olaraq onların heç birinə xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxslərlə barışmışdır. Məhkəmədən bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki,o, 2012-ci ildən DİO-da, 2014-cü ildən isə hazırki vəzifəsində işləyir. xx xxxx 2019-cu il tarixdə xidmətdə olduğu zaman efir vasitəsilə Gəncə şəhər Baş polis İdarəsinin təhlükəsizlik şəhər kamerasından məlumat daxil olmuşdur ki, ağ rəngli “Nazlifan” markalı avtomobilin dövlət qeydiyyat nömrə nişanları yoxdur və təcili olaraq avtoduracağa salınsın. Bundan sonra o, **-YP-*** dövlət qeydiyyat nömrə nişanlı patrul avtomaşını ilə inspektor Zərərçəkmiş şəxs2 ilə birlikdə mərkəzi univermağın arxasına keçən yolda həmin avtomobili görmüşlər. Bundan sonra onlar həmin avtomobilə baxmışlar və hər iki nömrə nişanlarının olmamasını görmüşlər. Bundan sonra ekipaj yoldaşı Xəyyam özünü təqdim edərək avtomobilin dövlət qeydiyyat nömrə nişanlarının olmamasını bildirib avtomobilin sənədlərini tələb etmiş və avtomobilin duracağa getməli olduğunu demişdir. Ondan sonra onu qanuni göstərişə tabe olmağa dəvət etmişlər və avtomobilinə əyləşib avtoduracağa sürməsini xahiş etmişlər. Bu vaxt Toğrul onların qanuni göstərişlərinə məhəl qoymayaraq sənədlərini verməyəcəyini və pulunun olmadığını, avtomobili avtoduracağa salacağı təqdirdə çıxara bilməyəcəyini demişdir. Bundan sonra onlar Toğrulun tabe olmadığını görüb yenidən efir vasitəsilə Gəncə şəhər Baş Polis İdarəsinə məruzə etmişlər və kömək istəmişlər. Onlara kömək gələnə kimi Toğrul artıq avtomobilinə əyləşib oradan uzaqlaşmaq istəmişdir. Toğrulun uzaqlaşmaq istədiyini görmüş və dərhal tədbir görmək üçün əli ilə şalvarından tutmuşdur. Bu vaxt adını sonradan bildiyi Toğrul adlı şəxs əlinin arxası ilə onun dodaq nahiyəsindən güclü zərbə endirmiş və “səni deşik, deşik edəcəm” sözlərini demişdir. Toğrulun bu hərəkətlərindən sonra o, yenə Toğrulu tutub saxlayırmış, lakin, Cəmil adlı şəxs onu arxadan tutub özünə tərəf çəkmiş və bu vaxt Toğrul dizi ilə onun xaya nahiyəsindən zərbə endirmişdir. Bundan sonra Toğrul onun əlindən qaçmaq üçün boğaz nahiyəsindən cırmaq atmışdır. Bundan sonra Toğrul hadisə yerindən qaçmışdır. Toğrul hadisə yerindən qaçdıqdan sonra o, dodağının partladığını və qan gəldiyini görmüşdür. Ona görə də onlar dərhal hadisə yerindən uzaqlaşaraq baş polis idarəsinə gedib baş vermiş hadisə barədə raport yazmışlar. Hadisə vaxtı orada ekipaj yoldaşı Xəyyam, post patrul əməkdaşı Sabir, Elmir və adını xatırlamadığı polis işçisi olmuşdur. Bunlardan başqa orada çox sayda vətəndaşlar da hadisənin şahidi olmuşlar. Hadisə vaxtı o, dodağından, boğaz nahiyəsindən və xayasından xəsarət almış, həmçinin, xidməti geyim formasında olan rütbə yeri sökülmüş vəziyyətdir. Toğrul qaçmaq istəyərkən onun rütbə yerlərini cırmış, Xəyyam isə heç bir xəsarət almamışdır. Lakin, Toğrul Xəyyama qarşı da müqavimət göstərmiş və patlarlarını dartışdırmışdır. O və ekipaj yoldaşı Toğrula qarşı hər hansı bir zor tətbiq etməmişlər və o Toğrulu boğmamışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini xahiş edir (ərizə iş materiallarına əlavə edilmişdir). Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, 2014-cü ildən DİO-da, 2016-cı ildən isə hazırki vəzifəsində işləyir. xx xxxx 2019-cu il tarixdə xidmətdə olduğu zaman efir vasitəsilə Gəncə şəhər Baş polis İdarəsinin təhlükəsizlik şəhər kamerasından məlumat daxil olmuşdur ki, ağ rəngli “Nazlifan” markalı avtomobilin dövlət qeydiyyat nömrə nişanları yoxdur və təcili olaraq avtoduracağa salınsın. Bundan sonra o, **-YP-*** dövlət qeydiyyat nömrə nişanlı patrul avtomaşını ilə inspektor Zərərçəkmiş şəxs1 ilə birlikdə mərkəzi univermağın arxasına keçən yolda həmin avtomobili görmüşlər. Bundan sonra o, özünü təqdim edərək avtomobilin qeydiyyat nömrə nişanlarının olmamasını bildirib avtomobilin duracağa getməli olduğunu demişdir. Bundan sonra onlar həmin avtomobilə baxmışlar və hər iki nömrə nişanlarının olmamasını görmüşlər. Ona görə də avtomobilin sənədlərini təqdim etməsini xahiş etmişlər. Lakin Toğrul sənədləri onlara verməkdən imtina etmişdir. Ondan sonra onlar Toğrulu qanuni göstərişlərinə tabe olmağa dəvət etmişlər və avtomobilini avtoduracağa sürməsini xahiş etmişlər. Bu vaxt Toğrul onların qanuni göstərişlərinə məhəl qoymamış, həmçinin, pulunun olmadığını və avtomobili avtoduracağa salacağı təqdirdə çıxara bilməyəcəyini demişdir. Bundan sonra onlar Toğrulun tabe olmadığını görüb yenidən efir vasitəsilə Gəncə şəhər Baş Polis İdarəsinə məruzə edərək kömək istəmişlər. Onlara kömək gələnə kimi Toğrul artıq avtomobilinə əyləşib oradan uzaqlaşmaq istəmişdir. Onlar Toğrulun uzaqlaşmaq istədiyini görmüşlər və dərhal tədbir görmək üçün Mürşüd əli ilə şalvarından tutmuşdur. Bu vaxt adını sonradan bildiyi Toğrul əlinin arxası ilə Mürşüdün dodaq nahiyəsindən güclü zərbə endirmiş və “səni deşik, deşik edəcəm” sözlərini demişdir. Toğrulun bu hərəkətlərindən sonra Mürşüd yenə onu tutub saxlamış, lakin, Cəmil adlı şəxs onu arxadan tutub özünə tərəf çəkmiş və bu vaxt Toğrul dizi ilə onun xaya nahiyəsindən zərbə endirmişdir. Bundan sonra Toğrul onların əlindən qaçmaq üçün Mürşüdün boğaz nahiyəsindən cırmaq atmışdır. Bundan sonra Toğrul hadisə yerindən qaçmışdır. Toğrul hadisə yerindən qaçdıqdan sonra onlar Mürşüdün dodağının partladığını və qan gəldiyini görmüşlər. Ona görə də onlar da dərhal hadisə yerindən uzaqlaşaraq Gəncə şəhər Baş Polis İdarəsinə gedib baş vermiş hadisə barədə raport yazmışlar. Hadisə vaxtı orada ekipaj yoldaşı Mürşüd, post patrul əməkdaşı Sabir, Elmir və adını xatırlamadığı polis işçisi olmuşdur. Bunlardan başqa orada çox sayda vətəndaşlar da hadisənin şahidi olmuşlar. Hadisə vaxtı Mürşüd dodağından, boğaz nahiyəsindən və xayasından xəsarət almışdır. Həmçinin, xidməti geyim formasında olan rütbə yeri sökülmüş vəziyyətdədir. Toğrul qaçmaq istəyərkən Mürşüdün rütbə yerlərini cırmışdır. O isə heç bir xəsarət almamış, lakin Toğrul ona qarşı da müqavimət göstərmiş və paltarlarını dartışdırıraraq itələmişdir. O və ekipaj yoldaşı Toğrula qarşı hər hansı bir zor tətbiq etməmişlər. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini xahiş edir (ərizə iş materiallarına əlavə edilmişdir). Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, xx xxxx 2019-cu il tarixdə saat 10 radələrində evdən çıxıb “Xan Bağı” adlanan əraziyə gəlmiş və orada təxminən 20 dəqiqəyə yaxın gəzmişdir. Ondan sonra özünə yeni telefon almaq üçün və onların qiymətlərini öyrənmək üçün şəhərin mərkəzində yerləşən univermağın qarşısına tərəf getmişdir. O ora çatanda univermağın sol tərəfində DYPŞ-in əməkdaşlarının ağ rəngli avtomobilin arxasında dayanıb bir nəfər orta boylu, üzü tüklü şəxslə söhbət etdiklərini görmüşdür. Həmin vaxt həmin şəxs polis əməkdaşları ilə aqressiv formada danışırmış. Bundan sonra o, nə baş verdiyini öyrənmək üçün onlara tərəf yaxınlaşmışdır. Bu vaxt adını sonradan bildiyi Toğrul adlı şəxs polis əməkdaşının avtomobilin sənədlərini tələb etməsinə məhəl qoymayıb, özünə məxsus avtomobilinin dövlət qeydiyyat nömrə nişanlarını yerinə taxacağını bildirib duracağa aparılmasına etiraz etmiş və sənədlərini təqdim etməyəcəyini bildirmişdir. Torğul aqressiv formada sözünü dedikdən sonra polis əməkdaşı efir vasitəsilə kömək çağırmış, bu vaxt avtomobildə əyləşən, adını sonradan bildiyi Mürşüd adlı polis işçisi Toğrulu qanuni əmrə tabe olmamasını bildirib əli ilə Toğrulun toqqasından tutmuşdur. Toğrul bundan sonra Mürşüddən buraxmasını tələb etsə də Mürşüd tabesizlik göstərdiyini əsas gətirib Toğrulu saxlmağa başlamışdır. Toğrul isə anidən əli ilə Mürşüdün dodaq nahiyəsindən zərbə endirmiş və Mürşüdün dodağı qanamışdır. Bu vaxt ətrafda olan şəxslər onları aralamağa çalışırmışlar. Həmin zaman Toğrul bir dəfə də dizi ilə Mürşüdün xaya nahiyəsindən zərbə endirmiş və boğaz, çiyin nahiyəsindən əli ilə vuraraq Mürşüdün əlindən çıxıb hadisə yerindən uzaqlaşmışdır. Şahid1 həmçinin ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, heç bir münasibəti olmamışdır. Hadisənin baş verməsinə səbəb polis əməkdaşlarının Toğrulun avtomobilində dövlət qeydiyyat nömrə nişanlarının olmamasını görüb onu saxlatdırdıqdan sonra sənədlərini tələb etmələri və həmin vaxt Toğrulun sənədləri təqdim etməyərək tabesizlik göstərməsi olmuşdur. Hadisə zamanı orada polis əməkdaşları, Toğrul adlı şəxs və çoxlu sayda ətrafda olan şəxslər olmuşdur. Hadisə zamanı o, Mürşüdün Toğrul tərəfindən xaya nahiyəsindən dizi ilə zərbə endirməsinin, əli ilə dodaqından vurmasının, nəticədə dodaqının qanamasının və boyun nahiyyəsindən tutub dartmasının şahidi olmuşdur. Hadisə zamanı polis əməkdaşları hamısı xidməti geyim formasında olmuş, Toğrul isə ağ rəngli üzərində naxışları olan köynəkdə, göy cins şalvarda və göy rəngli qolsuz gödəkçədə olmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, xx xxxx 2019-cu il tarixdə 10-11 radələrində iş yerinə gəlmək üçün yaşadığı evin qarşısında 7 nömrəli avtobusa minmişdir. Həmin marşrut Gəncə şəhər icra hakimiyyətinin yaxınlığında yerləşən Mərkəzi Univermağın qarşısında saxlamışdır. O, avtobusdan düşəndə univermağın sol tərəfindəki ara küçədə çoxlu sayda insanların toplaşdığını görmüş, ora yığılmış insanların hansı səbəbdən yığılmasını öyrənmək üçün həmin insanların yanına doğru yaxınlaşmışdır. Bu vaxt polis işçilərinin bir nəfər orta boylu, saçının ortası seyrək, üzü tüklü oğlanla mübahisə etdiklərini görmüşdür. Həmin şəxsin əynində ağ rəngli, üzərində qara naxışları olan köynəyi var imiş və polis işçiləri ilə aqressiv formada danışırmışdır. Orada polis işçiləri həmin şəxdən nə səbəbə avtomobilini nömrələri olmadan sürdüyünü soruşmuşlar və ondan avtomobilinin sənədlərini verməsini tələb edirmişlər. Həmin şəxs isə polis işçilərinə sənədlərini verməyəcəyini bildirirmişdir. Bu vaxt polis işçilərindən biri əlində olan rasiya ilə kömək çağırmışdır. Polis işçisinin bu hərəkətindən sonra həmin şəxs daha da aqressivləşmiş və oradan çıxıb getmək istəmişdir. Bu vaxt polis əməkdaşlarından biri həmin şəxsi arxadan tutmuş, üzü tüklü olan oğlan isə ondan buraxmasını tələb etmiş və anidən dirsəyi ilə polis işçisinin üz nahiyəsindən zərbə endirmişdir. Bu vaxt ətrafda olan şəxslər də üzü tüklü oğlanıı aralamağa çalışırmışlar. Bu vaxt polis işçiləri üzü tüklü oğlanı buraxmışlar və üzü tüklü oğlan hadisə yerində uzaqlaşmışdır. Daha sonra polis işçiləri avtomobillərinə minib oradan uzaqlaşmışlar. Şahid2 həmçinin ifadəsində göstərmişdir ki, o, “NAZLİFAN” markalı avtombilinin sürücüsü Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. O orada olan polis işçilərindən heç birini tanımırmış və onlarla heç bir münasibəti olmamışdır. İbtidai istintaq zamanı ifadəsi alınmış və məhkəmə iclas zalında ifadəsi elan olunmuş şahid X3 ifadəsindən görünür ki, xx xxxx 2019-cu il tarixdə saat 10-11 radələrində işdən iş yerimə telefon almaq üçün avtobusa minərək Mərkəzi Univermağın qarşısında gəlmişdir. Orada Univermağın yanında yerləşən telefon alqı-satqısı mağazasının qabağında kütlə görmüşdür. Həmin vaxt orada səhv etmirsə 3 nəfər polis əməkdaşı olmuşdur. Həmçinin orada bir nəfər üzü tüklü, saçı seyrək olan, ağ üzərində naxışları olan köynəkdə və göy cins şalvarda olan adını sonradan Toğrul olduğunu bildiyi şəxs polis əməkdaşları ilə aqressiv formada danışırmış. Bundan sonra o, nə baş verdiyini öyrənmək üçün hamı kimi onlara tərəf yaxınlaşmış, bu vaxt polis əməkdaşları həmin şəxsə avtomobilinin dövlət qeydiyyat nömrəsinin olmadığını bildirərək ondan avtomobilinin sənədlərini tələb etmişlər və sonradan isə avtomobilini avtodayanacağa sürməsini bildirmişlər. Toğrul aqressiv formada avtomobilə nömrə taxacağını, sənədləri təqdim etməyəcəyini və duracağa isə getməyəcəyini bildirərək tabe olmaqdan imtina etmişdir. Bu vaxtda polis əməkdaşı efir vasitəsilə kömək çağırmışdır. Bu vaxt adını sonradan bildiyi Mürşüd adlı polis işçisi Toğrulu qanuni əmrə tabe olmamasını bildirib əli ilə Toğrulun toqqasından tutmuşdur. Toğrul bundan sonra ondan buraxmasını tələb etsə də Mürşüd tabesizlik göstərdiyini əsas gətirib Toğrulu saxlmağa başlamışdır. Toğrul isə anidən dizi ilə Mürşüdün xaya nahiyəsinə zərbə vurmuş, daha sonra isə əli ilə Mürşüdün dodaq nahiyəsindən zərbə endirmiş və Mürşüdün dodağı qanamağa başlamışdır. Bu vaxt ətrafda olan şəxslər onları aralamağa çalışırmışlar. Bundan sonra Toğrul Mürşüdün əlindən çıxaraq hadisə yerindən uzaqlaşmışdır. Şahid3 həmçinin ifadəsində göstərmişdir ki, mən həmin şəxsi tanımamış, heç bir münasibəti olmamışdır. Hadisənin baş verməsinə səbəb polis əməkdaşlarının Toğrulun avtomobilində dövlət qeydiyyat nömrə nişanlarının olmamasını görüb onu saxlatdırdıqdan sonra sənədlərini tələb etmələri və həmin vaxt Toğrulun sənədləri təqdim etməyərək tabesizlik göstərməsi olmuşdur. Hadisə zamanı orada polis əməkdaşları, Toğrul adlı şəxs və çoxlu sayda ətrafda olan şəxslər olmuşdur. Hadisə zamanı o, Mürşüdün Toğrul tərəfindən xaya nahiyəsindən dizi ilə zərbə endirməsinin, əli ilə dodaqından vurmasının, nəticədə dodaqının qanamasının şahidi olmuşdur. Hadisə zamanı polis əməkdaşları hamısı xidməti geyim formasında olmuş, Toğrul isə ağ rəngli üzərində naxışları olan köynəkdə, göy cins şalvarda və göy rəngli qolsuz gödəkçədə olmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, 2008-ci ildən DİO-da, 2016-cı ildən isə hazırki vəzifəsində işləyir. xx xxxx 2019-cu il tarixdə xidmətdə olduğu zaman efir vasitəsilə Gəncə şəhər Baş polis İdarəsinin təhlükəsizlik şəhər kamerasından məlumat daxil olmuşdur ki, ağ rəngli “Nazlifan” markalı avtomobilin dövlət qeydiyyat nömrə nişanları yoxdur və təcili olaraq avtoduracağa salınsın. Bundan sonra o, qeyd edilən ərazi üzrə xidmət aparan 99YP216 dövlət qeydiyyat nişanlı patrul avtomaşınına göstəriş vermişdir ki, mərkəzi univermağın arxasına keçən yolda həmin avtomobili avtodayanacağa salsınlar. Həmin vaxt inspektor Mürşüd efir vasitəsilə bildirmişdir ki, həmin avtomobilin sahibi sənədləri təqdim etməyərək avtomobili avtoduracağa aparmaqdan imtina edir. Bundan sonra o, Mürşüdə PPX-dən kömək çağırmasını tələb etmişdir. Daha sonra isə eşitmişdir ki, həmin nömrəsiz avtomobilin sahibi Mürşüd və Xəyyama zor tətbiq edərək müqavimət göstərmiş, həmçinin, əli ilə Mürşüdün dodağına zərbə vuararaq qanatmışdır. Şahid4 həmçinin ifadəsində göstərmişdir ki, “NAZLİFAN” markalı avtombilinin sürücüsü Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. Hadisə vaxtı orada kimlərin olması barədə məlumatı olmamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhəri Mərkəzi Univermaqda yerləşən telefon mağazasında satıcı işləyib ailəsini dolandırır. xx xxxx 2019-cu il tarixdə saat 10 radələrində evdən çıxıb işə getmiş, işdə olduğu vaxt univermağın yan tərəfində çoxsaylı adamların yığışdığını görmüşdür. Bundan sonra o nə baş verdiyini öyrənmək üçün həmin adamların yanına yaxınlaşmışdır. Orada Gəncə şəhər BPİ-in DYPŞ-in əməkdaşı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs arxa boğaz hissəsindən tutduğunu görmüş, Təqsirləndirilən şəxs ondan buraxmasını tələb etmiş və anidən dirsəyi ilə polis işçisinin üz nahiyəsindən zərbə endirmişdir. Bu vaxt ətrafda olan şəxslər Təqsirləndirilən şəxs aralamağa çalışırmışlar. Həmin vaxt Zərərçəkmiş şəxs1 dodaq nahiyəsində qızartının olduğunun görmüşdür. O, həmçinin Mürşüdü və digər polis əməkdaşını sakitləşdirmək üçün onlara yaxınlaşmış və hadisənin nə səbəbdən baş verdiyini soruşmuş, onlar isə heç bir söz demədən avtomobilə əyləşərək oradan çıxıb getmişlər. O, Toğrulu işlədiyi yerdən telefon satıcısı kimi tanımışdır. O, Gəncə şəhər BPİ-in DYPŞ-in inspektorları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 əvvəllər tanımamış, onlarla hər hansı bir münasibəti olmamışdır. Hadisənin hansı səbəbdən baş verməsini bilməmiş, lakin sonradan öyrənmişdir ki, Toğrul avtomobilini dövlət qeydiyyat nömrə nişanları olmadan idarə etmişdir və ona görə də DYPŞ-in əməkdaşları ilə arasında mübahisə baş vermişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, 2016-cı ildən DİO-da, 2017-ci ildən isə hazırki vəzifəsində çalışır. Təxminən bir həftədir ki, Gəncə şəhər Baş Polis İdarəsinin X16 Şöbəsinə piyadalara nəzarətə ezam edilmiş, xidməti postu Gəncə şəhərində yerləşən Mərkəzi Univermağın qarşısı olmuşdur. xx xxxx 2019-cu il tarixində o, hər zamankı kimi xidmət yerində olmuş, təxminən günün ilk yarısında o, Nazlifan markalı avrtomobilin Mərkəzi Univermağın sol tərəfindən arxaya döndüyünü və arxası ilə X16 Patrul avtomobilinin hərəkət etdiyini müşahidə etmişdir. Təxminən 2-3 dəqiqə sonra Univermağın arxa tərəfindən səs-küy gəldiyini eşitmişdir. Bundan sonra o, həmin istiqamətə getmiş və X16in əməkdaşı olan Zərərçəkmiş şəxs2 “Nazlifan” markalı avtomobilin sürücüsü orta boylu, üzü tüklü, saçı seyrək, əynində ağ rəngli üzərində naxışları olan köynəkli və göy cins şalvarlı şəxslə avtomobilinin yanında mübahisə etdiklərini görmüşdür. Həmin şəxsin adının sonradan Toğrul olduğunu bilmişdir. Mübahisə zamanı Zərərçəkmiş şəxs2 Toğrulun avtomobilinin dövlət qeydiyyat nömrə nişanlarının olmadığını, yan pərdələrinin olduğunu bildirmiş və avtomobilə aid sənədləri tələb edərək avtomobilin durağaca getməli olduğunu bildirmiş, lakin Toğrul adlı şəxs əsəbi olaraq nömrələri bağlayacağını və yol polis əməkdaşının getməsini istəyərək sənədləri təqdim etməmişdir. Bundan sonra Toğrul avtomobilin sahibinin olmadığını və evakuatorla duracağa aparılmasını istəmişdir. Xəyyam isə bir daha hamısının birlikdə duracağa getməli olduğunu bildirmişdir. Lakin bu zaman Toğrul Xəyyamı əli ilə itələmiş, bu zaman X16 avtomobilində olan Mürşüd avtomobildən düşərək Toğrula yaxınlaşmış və bir daha avtomobilin duracağa getməsini bildirmiş, Toğrul ona məhəl qoymayaraq dönüb getmək istəyərkən Mürşüd onun kəmərindən tutmuşdur ki, o tabesizlik göstərməsin. Bu vaxt Toğrul da Mürşüdün yaxasından tutub əli ilə itələyərək onu buraxmasını istəmişdir. O da bu vaxt onları aralamaq və vətəndaşı sakitləşdirmək istəmişdir. O, onları aralamağa çalışarkən Toğrul ilk öncəlikdə dizi ilə Mürşüdün xaya nahiyəsindən, daha sonra isə əli ilə Mürşüdün dodaq nahiyyəsinə bir zərbə endirmişdir. Zərbə nəticəsində Mürşüdün dodaqı qanamağa başlamış, bundan sonra Toğrul Mürşüdün boyun nahiyəsindən tutaraq itələmiş və hadisə yerində uzaqlaşmışdır. Hadisəyə gələn insanların çoxluğundan o və orada olan xidmət üzrə digər əməkdaş Şahid7 Toğrulu tuta bilməmişlər və kütlənin arasına qarışaraq hadisə yerindən uzaqlaşmışdır. Şahid6 həmçinin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımamış, heç bir münasibəti olmamışdır. Hadisə Nazlifan markalı avtomobilin dövlət qeydiyyat nömrə nişanlarının olmaması və bu səbəbdəndə Toğrulun avtomobili duracağa aparılmasına etiraz edib qanuni əmrə tabe olmaması səbəbindən baş vermişdir. Nazlifan avtomobilinin sürücüsüdə qanunun tələbinə məhəl qoymamış və hadisə yerindən uzaqlaşmaq istəyərkən polis əməkdaşlarına müqavimət göstərmişdir. Hadisə zamanı orada X16 əməkdaşları Xəyyam, Mürşüd və Şahid7 olmuşdur. Hadisə zamanı o, Mürşüdün Toğrul tərəfindən xaya nahiyəsindən dizi ilə zərbə endirməsinin, dodaqından əli ilə vurmasının nəticədə dodaqının qanamasının və boyun nahiyyəsindən tutub dartmasının şahidi olmuşdur. Həmçinin o, Toğrulun Xəyyamı itələməsinin şahidi olmuşdur. O hadisənin birbaşa şahidi olmuş və orada Mürşüdün Toğrulu boğmasını görməmişdir. Əksinə olaraq, Toğrul Mürşüdün dodaq nahiyəsinə, xaya nahiyəsinə zərbələr endirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7, Şahid6 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o, 2016-cı ildən DİO-da, 2018-ci ildən isə hazırki vəzifəmdə çalışır. Hadisənin mahiyyəti üzrə bildirmişdir ki, xx xxxx 2019-cu il tarixdə saat 11 radələrində ərazisində xidmətdə olduğu zaman efir vasitəsilə univermağın yan tərəfinə DYPŞ-in əməkdaşlarına kömək lazım olduğunu bildirmişlər. Bundan sonra o, birlikdə xidmət apardığı Şahid10lə və Şahid9la birlikdə qeyd edilən əraziyə getmişdir. Onlar ora çatanda çoxsaylı insan kütləsinin oraya yığışdığını görmüşlər. Həmin vaxt artıq mübahisə sona çatmış və orada hər hansı bir dava-dalaş baş verməmişdir. Bundan sonra onlar DYPŞ-in əməkdaşlarına əməliyyat qrupunu çağırmalı olduqlarını bildirmişlər. Bundan sonra isə onlar oradan çıxıb öz xidmətlərinə davam etmişlər. Şahid8 həmçinin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımamış, heç bir münasibəti olmamışdır. O, hadisənin hansı səbəbdən baş verməsini bilməmişdir. O və digər xidmət aparan iş yoldaşları efir vasitəsilə kömək çağırıldığına görə ora getmişlər və orada isə hər hansı bir hadisənin şahidi olmamışlar. Hadisə zamanı kiminsə xəsarət almasının şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9, Şahid10, Şahid8 ifadəsinə uyğun ifadələr vermişlər. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, o Gəncə şəhəri Mərkəzi Univermaqda yerləşən telefon mağazasında telefon ustası işləyib ailəsini dolandırır. Onun adı Ağayar olmasına baxmayaraq hamı onu Ağa kimi çağırır. xx xxxx 2019-cu il tarixdə saat 09 radələrində evdən çıxıb işə getmiş, işdə olduğu zaman iş yerinin qarşısında səs-küy olduğunu eşitmişdir. Ondan sonra iş yerindən çıxıb dükanın qabağa keçmiş və həmin vaxt DYPŞ-in əməkdaşlarının, avtomobillərinin orada olmasını görmüşdür. Bu vaxt onlar öz avtomobillərinə əyləşib oradan uzaqlaşmışlar. Həmin vaxt eşitmişdir ki, tanışı Təqsirləndirilən şəxsla polis əməkdaşı Mürşüdün arasında mübahisə baş vermişdir. Şahid11 həmçinin ifadəsində göstərmişdir ki, o, Toğrulu işlədiyi yerdən telefon satıcısı kimi tanıyır. O, Gəncə şəhər BPİ-in DYPŞ-in inspektorları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 əvvəllər şəhərdə polis işçiləri kimi tanımışdır. Hadisənin hansı səbəbdən baş verməsini bilməmiş və orada kimlərinsə xəsarət almasının şahidi olmamışdır. O, hadisə vaxtı iş yerində telefon təmir edir və hadisənin şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12, Şahid13, Şahid14, Şahid15 və Şahid17 Şahid11 ifadəsinə uyğun ifadələr vermişlər. İbtidai istintaq zamanı ifadəsi alınmış və məhkəmə iclas zalında ifadəsi elan olunmuş Şahid16 ifadəsindən görünür ki, Gəncə şəhəri Mərkəzi Univermaqda yerləşən telefon mağazasında telefon ustası işləyib ailəsini dolandırır. xx xxxx 2019-cu il tarixdə saat 09 radələrində evdən çıxıb işə getmiş, işdə olduğu zaman iş yerinin qarşısında səsküy qopduğunu eşitmişdir. Ondan sonra iş yerindən çıxıb dükanın qabağına keçmiş və həmin vaxt DYPŞ-in əməkdaşlarının avtomobillərinin orada olmasını görmüşdür. Bu vaxt onlar öz avtomobillərinə əyləşib oradan uzaqlaşmışlar. Həmin vaxt eşitmişdir ki, tanışı Təqsirləndirilən şəxsla polis əməkdaşı Mürşüdün arasında mübahisə baş vermişdir. O, Toğrulu işlədiyi yerdən telefon satıcısı kimi tanımış, Gəncə şəhər DYPŞ-in inspektorları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 isə əvvəllər şəhərdə polis işçiləri kimi tanımışdır. Hadisənin hansı səbəbdən baş verməsini bilməmiş və orada kimlərinsə xəsarət almasının şahidi olmamışdır. O, hadisə vaxtı iş yerində telefon təmir edirmiş və hadisənin şahidi olmamışdır. Toğrulun hansı səbəbdən elə deməsini başa düşə bilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx xxxx 2019-cu il tarixli protokoldan görünür ki, hadisə yeri Gəncə şəhəri, N.Şeyx Zamanov küçəsi, Mərkəzi univermağın yan tərəfidir. Baxış iştirakçısı Təqsirləndirilən şəxs hadisə yerinə gələrək hadisənin məhz burda baş verdiyini bildirmişdir. Baxış iştirakçıları ilə birlikdə hadisə yerinin qarşısına gedilmiş, hadisə yerində çoxsaylı avtomobillərin olması görünmüşdür. Sağ tərəfdə Mərkəzi Univermaq yerləşir. Baxış iştirakçısı qeyd edilən küçənin giriş hissəsində dayanaraq hadisənin məhz orada baş verdiyini bildirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan təqdim edilmiş “Əşyanın götürülməsi və baxış keçirilməsi haqqında” xx xxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi uzunqol köynək ağ rəngli olmaqla üzərində qara rənlgi naxışları vardır. Köynəyin boğaz nahiyəsində yaşıl hərflərlə “BİEMSİ” sözləri ilə yazılmış etiket vardır. Köynəyin ön tərəfdən 6 ədəd düyməsi vardır. Kofta geyilmiş, istifadə olunmuş vəziyyətdədir. Kofta üzərində qanabənzər ləkələrin olması müşahidə edilir. Həmçinin, köynəyin sol qol nahiyəsində yuxarı hissədə, qoltuqaltı nahiyədən cırıldığı görünür. Köynəyin üzərində qana bənzər ləkələrin olması müşahidə edilir.Baxışı aparılan göy rəngli cins şalvarın arxa tərəfində hər hansı bir yazının olmadığı görünür. Şalvar ön yuxarı tərəfdən zamokludur. Şalvarın qabaq və arxa tərəfində iki ədəd cib vardır. şalvar geyilmiş və köhnəlmiş vəziyyətdədir. Şalvarın arxa tərəfində toqqa bağlanıldığı yerdə bağlantının sökülmüş vəziyyətdə olması görünür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan təqdim edilmiş “Əşyanın götürülməsi və baxış keçirilməsi haqqında” xx xxxx 2019-cu il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 təqdim etdiyi polis kurtkası göy rəngli olmaqla üzərində ağ remenləri vardır. Kurtkanın çiyin hissələrində rütbələr olduğu görünür. Kurtkanın sol qol nahiyəsində yuxarı hissədə üzərində “Polis, YPX” sözləri yazılmış və Azərbaycan Respublikasının bayrağı əks olunmuş şevron olduğu görsənir. Kurtkanın sağ qol nahiyəsində isə “DİN” sözü yazılmış və üzərində Azərbaycan Respublikasının gerbi həkk olunmuş şevron vardır. Kurtkanın sağ qol hissəsində yuxarıdakı rütbənin sökülmüş vəziyyətdə olması görünür. Həmçinin, sol rütbənin iki dəmirinin olmaması da müşahidə edilir. Kurtka üzərində qanabənzər ləkələrin olması müşahidə edilmir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan təqdim edilmiş “Əşyanın götürülməsi və baxış keçirilməsi haqqında” xx xxxx 2019-cu il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 təqdim etdiyi polis kurtkası göy rəngli olmaqla üzərində ağ remenləri vardır. Kurtkanın çiyin hissələrində rütbələr olduğu görünür. Kurtkanın sol qol nahiyəsində yuxarı hissədə üzərində “Polis, YPX” sözləri yazılmış və Azərbaycan Respublikasının bayrağı əks olunmuş şevron olduğu görsənir. Kurtkanın sağ qol nahiyəsində isə “DİN” sözü yazılmış və üzərində Azərbaycan Respublikasının gerbi həkk olunmuş şevron vardır. Kurtkanın üzərində hər hansı bir zədənin olması müşahidə edilmir. Kurtka üzərində qanabənzər ləkələrin olması müşahidə edilmir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan təqdim edilmiş avtomobilə baxış keçirilməsi haqqında xx xxxx 2019-cu il tarixli protokoldan görünür ki, “NAZLİFAN” markalı avtomobil ağ rəngli olmaqla üzərində qara rənlgi naxışları, zolaqları vardır. Avtomobilin ön tərəfində nömrələr olan hissəsində **-EA-*** dövlət qeydiyyat nömrə nişannının olması görünür. Arxa tərəfində isə dövlət qeydiyyat nömrə nişannının olmaması müşahidə edilir. Avtomobildə hər hansı bir zədə müşahidə edilmədi. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan təqdim edilmiş sənədə baxış keçirilməsi haqqında xx xxxx 2019-cu il tarixli protokoldan görünür ki, ağ rəngli “NAZLİFAN” markalı avtomobil saat 10 radələrindən 11 radələrinə kimi şəhərin müxtəlif küçələrində hər iki dövlət qeydiyyat nömrə nişanları olmadan hərəkət edir. Bir müddət sonra avtomobilin nömrələrindən birini Gəncə şəhəri, Şah İsmayıl pospektindən yerləşən avtomobillərin təmiri sexinə daxil olduqdan sonra ön tərəfdə görmək mümkün olur. Həmçinin, hadisə baş verən ərəfədə qeyd edilən avtomobilin hər iki dövlət qeydiyyat nömrə nişanları olmadan Gəncə şəhəri, Mərkəzi univermağın arxa istiqamətinə keçməsi müşahidə olunur. Məhkəmə iclasında elan edilmiş və işdə olan məhkəmə-tibbi eskpertizasının xx.xx.2019-cu il tarixli 315 saylı rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər- üst və alt dodağın selikli qişasının əzilmiş yaraları, üst dodağın sağ yanaq və alt dodağın selikli qişalarını əhatə edən qansızma, boyun nahiyəsinin sıyrıqları, üst çənədə sağda İİ-İİİ dişlərin diş ətinə qansızma- bərk küt əşyanın(əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2019-cu il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Məhkəmə iclasında elan edilmiş və işdə olan məhkəmə-tibbi eskpertizasının xx.xx.2019-cu il tarixli 317 saylı rəyindən görünür ki, vət. Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər-boyun nahiyəsinin sıyrıqları, alt dodağın selikli qişasının və sol bazu, sol baldır nahiyələrinin qançırları-bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2019-cu il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə iclasında elan edilmiş və işdə olan məhkəmə-tibbi eskpertizasının xx.xx.2019-cu il tarixli 316 saylı rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs2 bədənində xəsarətlərin obyektiv əlamətləri müəyyən edilmədi. Məhkəmə iclasında elan edilmiş və işdə olan məhkəmə trasoloji eskpertizasının xx.xx.2019-cu il tarixli 177 saylı rəyindən görünür ki, təqdim olunan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 hadisə zamanı əynində olmuş gödəkçələrin və Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş şalvarın üzərində olan zədələr fiziki qüvvənin təsiri ilə, dartılma nəticəsində yaranmağa xarakterik dartılıb-sökülmə zədələridir. Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş köynəyin üzərində olan a, b zədələri fiziki qüvvənin təsiri ilə, dartılma nəticəsində yaranmağa xarakterik dartılıb-cırılma zədələridir. Məhkəmə iclasında elan edilmiş və işdə olan məhkəmə-lifli eskpertizasının xx.xx.2019-cu il tarixli 176 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 N-li cədvəlində göstərilmişdir. Tədqiqata tqədim edilmiş, Təqsirləndirilən şəxs məxsus 01 ədəd köynəyin üzərində tapılmış tünd-göy rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd gödəkçənin tərkib liflərinə uyğun gəlirlər. Məhkəmə iclasında elan edilmiş və işdə olan məhkəmə-tibbi bioloji eskpertizasının xx.xx.2019-cu il tarixli 18 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə B(İİİ) alfa-dır. Zərərçəkmiş şəxs1 maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə AB(İV)-dür. Zərərçəkmiş şəxs2 maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə O(İ) alfa-betadır. Təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus bir ədəd köynək üzərindəki ləkələr qandır, insan qanıdır, ABO sistemi üzrə qrup göstəricisi AB(İV) olduğundan Zərərçəkmiş şəxs1 məxsus ola bilər. Təqsirləndirilən şəxs məxsus bir ədəd cins şalvar üzərində qana şübhəli ləkə aşkar olunmadığından müayinə edilməmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus polis kurtkaları üzərində qana şübhəli ləkə aşkar olunmadığından müayinə edilməmişdir. Məhkəmə iclasında elan edilmiş və işdə olan məhkəmə-psixiatrik eskpertizasının xx.xx.2019-cu il tarixli 238 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə baxmayaraq o, hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək, ölçüb-biçmək, hərəkətlərinə hesabat vermək və görmüş olduğu hadisələri qavramaq, yadda saxlamaq, təsvir etmək, eləcə də ona qarşı edilən hərəkətləri dərk etmək və təsvir etmək iqtidarına malikdir. Komissiyanın bu nəticəyə gəlməsinə Təqsirləndirilən şəxs oğlunun əvvəllər psixiatriya müəssisələrində qeydiyyatda durmaması, tibbi yardım üçün həkim psixiatra müraciət etməməsi, istintaq və ekspertiza zamanı dolğun və ardıcıl ifadələr verərək hər hansı cinayət əməlini törətmədiyini bildirməsi, aktiv surətdə müdafiə olunması, ona şamil olunan cinayət əməlini törədərkən, istintaq və ekspertiza zamanı düşünülmüş və məqsədyönlü hərəkətlər etməsi, ekspertiza zamanı onda qavrama, yaddaş, təfəkkür və intellekt pozğunluqlarının aşkar edilməməsi, onda psixoproduktiv simptomatika müəyyən olunmaması, tənqidi funksiyaların saxlanılması, onda müşahidə edilən emosiya pozğunluğunun az ifadəli olması əsas verir. Məhkəmə iclasında elan edilmiş və işdə olan məhkəmə-psixoloji eskpertizasının xx.xx.2019-cu il tarixli 103 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərinin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi fərdi psixoloji xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs ona şamil olunan cinayət əməlini törədərkən əsəbi emosional vəziyyətdə olmuşdur və bunun yaranma səbəbi zərərçəkmişlə aralarında olan mübahisə ola bilər. Təqsirləndirilən şəxs X6 ona şamil olunan cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). Məhkəmə iclasında elan edilmiş və işdə olan Gəncə şəhər Baş Polis İdarəsinin xidməti yoxlamanın nəticələrinə dair arayışından görünür ki, xx xxxx 2019-cu il tarixdə saat 11 radələrində vətəndaş Təqsirləndirilən şəxs, hər iki dövlət qeydiyyat nişanlarının olmadan idarə etdiyi Nazlifan markalı avtomobilin DYPŞ-in ƏYPXB-in YPX inspektoru Zərərçəkmiş şəxs1 tərəfindən saxlatdıraraq qanuni olaraq sənədləri tələb etməsinə məhəl qoymayıb YPX əməkdaşı Zərərçəkmiş şəxs1 zor tətbiq edib müqavimət göstərək xəsarət yetirəmsi faktı ilə bağlı xidməti yoxlama aparılmış və YPX əməkdaşlarının hərəkətlərində hər hansı bir qanun pozuntusu aşkar edilməmişdir. Belə ki, araşdırma zamanı izahatı alınmış Gəncə şəhər BPİ-in X12 Xidməti Bölüyünün Yol Patrul Xidməti İnspektoru polis baş serjantı Zərərçəkmiş şəxs1 bildirmişdir ki, xx.xx.2019-cu il tarxdə idarə etdiyim **-YP- *** dövlət qeydiyyat nişanlı patrul avtomobilində 1-ci növbədə ekipaj yoldaşı Zərərçəkmiş şəxs2la xidmətdə olmuşlar. Saat 11.00 radələrində BPİ-in növbətçi hissəsindən efir vasitəsi ilə xidmətdə olan patrul avtomobillərinə göstəriş verilmişdir ki, dövlət qeydiyyat nişanı omladan şəhər ərazisində hərəkət edən «Nazlifan» markalı avtomobilin saxlanılıb müvəqqəti duracağa yerləşdirilsin. Həmin göstərişə əsasən qeyd olunan avtomobilin Şeyxzamanov küçəsində olmasını aşkar edib yanında dayanıb sürücünü çağırmışlar. Biraz keçmiş adı və soyadı sonradan ona məlum olan Təqsirləndirilən şəxs onlara yaxınlaşmış və avtomobilin ona məxsus olduğunu demişdir. Vətəndaşa avtomobilin dövlət qeydiyyat nişanları olmadan idarə olunduğu üçün müvəqqəti duracağa aparılacağını izah edib sənədlərin təqdim olunmasını xahiş etmişdir. Lakin Təqsirləndirilən şəxs onların qanuni tələblərinə məhəl qoymayıb avtomobilin heç bir yana aparılmayacağını deyib səs küy salmışdır. Onu nizam intizama dəvət etsələrdə sözlərinə məhəl qoymaıb və aktiv müqavimət göstərərək əli ilə onun sifətindən, boğazından dizi ilə xaya nahiyəsindən zərbələr endirib xəsarət yetirmişdir. Ekipaj yoldaşı Zərərçəkmiş şəxs2 onu saxlamaq istədikdə onu da itələyib müqavimət göstərmişdir. Buna görə efir vasiətsi ilə əlavə kömək çağırmışlar. Vətəndaş isə qaçıb getmişdir. Buna görə də Nizami RPİ-yə gedərək hadisə ilə bağlı raportla məruzə etmişdir, avtomaşını isə evakuator vasitəsi ilə aparıb müvəqqəti duracağa yerləşdiriərək bu barədə akt tərtib olunmuşdur. Araşdırma zamanı izahatları alınmış Gəncə şəhər BPİ-nin X13 Xidməti Bölməsinn YPX inspektoru polis baş serjantı Zərərçəkmiş şəxs2 oxşar izahat verərək ekipaj yoldaşı Zərərçəkmiş şəxs1 izahatında göstərilən xüsusatları tam təsdiq etmişdir. Aparılmış araşdırma zamanı məlum omluşdur ki, YPX inspektorları polis baş serjantı Zərərçəkmiş şəxs1 və polis baş serjantı Zərərçəkmiş şəxs2, xx.xx.2019-cu il tarixdə təhkim olunmuş BMV markalı **-YP-*** dövlət qeydiyyat nişanlı patrul avtomobilində 2-ci marşrutda xidmətdə olmuşlar. Araşdırma zamanı Gəncə şəhər BPİ Təhlükəsizlik Şəhər Xidmətinin videokameralarında qeydə alınmış video görüntülərdən aydın olur ki, Təqsirləndirilən şəxs idarə etdjiyi «Nazlifan» markalı avtomobil dövlət qeydiyyat nişanları olmadan idarə olunurdu. Araşdırma zamanı müvafiq sənədlərin sürətləri çıxarılaraq materiala əlavə edilmişdir. Aparılmış araşdırma zamanı vətəndaş Təqsirləndirilən şəxs göstərdiyi xüsusatlar öz təsdiqini tapmamış və YPX inspektorlarının öz xidmətlərini Azərbaycan Respublikası DİN-nin xx.xx.2017-ci il tarixli Q25-001-12 saylı «Yol patrul xidməti haqqında» təlimatın tələblərinə uyğun apardığı müəyyən edilmişdir. Məhkəmə iclasında elan edilmiş və işdə olan xx xxxxx 2019-cu il tarixli 121-8309- 1219 saylı məktubdan görünür ki, Gəncə şəhər BPİ-nin DYPŞ-in ƏYPYX-nin YPX inspektoru Zərərçəkmiş şəxs1 xx.xx.2019-cu il tarixdə saat 11 radələrində ximdətdə olan zaman “Nazlifan” markalı avtomobilin dövlət qeydiyyat nişanlarının hər ikisinin olmaması səbəbindən saxlatdıraraq qanuni olaraq avtomobilə məxsus sənədlərini tələb edərkən həmin avtomobili idarə edən Təqsirləndirilən şəxs polisin qanuni tələbinə məhəl qoymayıb, YPX əməkdaşı Zərərçəkmiş şəxs1 zor tətbiq edib müqavimət göstərərək doda, boğaz nahiyəsindən zərbə vurub Zərərçəkmiş şəxs1 xəsarətlər yetirmişdir. Baş vermiş hadisənin şahidi olmuş və əməliyyat tapşırığında qeyd olunan şəxslərin şəxsiyyətləri müəyyən edilərək dindirilməsi üçün şəhər prokurorluğuna təqdim edilmişlər. Məhkəmə iclasında elan edilmiş və işdə olan Gəncə şəhər Nizami RPİ-nin xx xxxxx 2019-cu il tarixli 121-7357-1219 saylı məktubundan görünür ki, xx.xx.1991-ci il təvəllüdlü Gəncə şəhər M.Hacıyev küçəsi ev 9, mənzil 43-də yaşayan Təqsirləndirilən şəxs barəsində Nizami RPİ-də təqsirləndirici material olmamışdır. Nizami RPİ-də quraşdırılmış elektron sənəd dövriyyəsində Təqsirləndirilən şəxs müraciət qeydə alınmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs ailəsi Nizami RPİ-də münaqişəli ailə kimi qeydiyyatda olmamışdır. Məhkəmədə tədqiq edilmiş və işdə olan Gəncə şəhəri X8 xx.xx.2019-cu il tarixli 1596 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2019-cu il tarixli “Şübhəli şəxsi tutma haqqında” protokoldan görünür ki, həmin gün saat 15:00-da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx xxxx 2019-cu il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 315.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətləri olduğundan Azərbaycan Respublikası CM-in 315.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə əməlin həmin məcəllənin 315.2-ci maddəsinə tövsif edilməsi, həmin maddə ilə cəlb edilməsi və ittiham elan olunması qərara alınmışdır. Məhkəmədə tədqiq edilmiş və işdə olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 4(044)-24/2019 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Gəncə şəhər prokuroru, baş ədliyyə müşaviri Fazil Həsənəliyevin təqdimatı təmin edilməmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx xxxx 2019-cu il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs xx.xx.1991-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, natamam ali təhsilli, işsiz, əvvəllər məhkum edilməmiş, ünvan 1 mənzil 43 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Məhkəmədə tədqiq edilmiş və işdə olan Gəncə Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 4(104)-20/2019 saylı qərarından görünür ki, Gəncə şəhər prokuroru baş ədliyyə müşaviri Fazil Həsənəliyev tərəfindən verilmiş protest təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 4(044)-24/2019 saylı qərarının ləğv edilməsi, Gəncə şəhər prokuroru, baş ədliyyə müşaviri Fazil Həsənəliyevin xx xxxx 2019cu il tarixli təqdimatının təmin edilməsi, xx.xx.1991-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, natamam ali təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 mənzil 43 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs barəsində 3(üç) ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs 2(iki) gün həbsdə olması nəzərə alınaraq həbsdə saxlama müddətinin 2 ay 28 gün müəyyən edilməsi, həbsdə saxlamanın başlanğıcının xx xxxx 2019-cu il, sonunun xx xxxx 2019-cu il müəyyən edilməsi, Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsə alınması qərara alınmışdır. Məhkəmədə tədqiq edilmiş və işdə olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 4(044)-50/2019 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi vəsatəti təmin edilmiş, Təqsirləndirilən şəxs barəsində Gəncə Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 4(104)-20/2019 saylı qərarı ilə seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi və onun dərhal həbsdən azad edilməsi, ev dustaqlığı qətimkan tədbirinin əvvəlinin xx xxxx 2019-cu il tarixdən hesablanması və xx xxxx 2019-cu il tarixdə qurtarmasının nəzərə alınması, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilənədək yaşadığı ünvan 1 mənzil 43 ünvanından axşam saat 22:00-dan səhər saat 07:00-dək kənara çıxmasına, ümumiyyətlə, Gəncə şəhərinin ərazisini tərk etməsinə, habelə cinayət işi üzrə digər şəxslərlə və onların qohumları ilə əlaqə saxlamasına, yaşadığı ünvanda həmin cinayət işi ilə bağlı olan şəxsləri qəbul etməsinə qadağa qoyulması, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək,davranışına nəzarət edən orqana müəyyən edilmiş vaxtda zəng etmək, həmin orqanın, müstəntiqin, prokurorun və ya məhkəmənin çağırışlarına şəxsən və təxirə salınmadan gəlmək vəzifələrinin qoyulması qərara alınmışdır. Məhkəmədə tədqiq edilmiş və işdə olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 1(043)-42/2019 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 (iki) il müddətinə аzаdlıqdаn məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai stintaq və məhkəmə dövründə həbsdə olduğu (tutulduğu) 2 ay 21 gün müddət bir günə bir gün hesabı ilə Təqsirləndirilən şəxs təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01(bir) il 09 (doqquz) ay 09 (doqquz) gün аzаdlıqdаn məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin xx xxxxxxx 2019-cu il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi və dərhal məhkəmə iclas zalından həbs edilməsi hökm olunmuşdur. Məhkəmədə tədqiq edilmiş və işdə olan Gəncə Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(104)-38/2020 saylı qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmünün məhkum Təqsirləndirilən şəxs münasibətdə, ona aid hissədə dəyişdirilməsi, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hökm qanuni qüvvəyə minənədək həbsdə saxlanıldığı 6 ay 15 gün müddətin ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılması, Təqsirləndirilən şəxs üzərində 11 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanması, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəlinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməsi və məhkəmə iclas zalında dərhal həbsdən azad edilməsi, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin təyin edilmiş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməsi, qərarın icrasının Gəncə şəhər Probasiya Şöbəsinə həvalə edilməsi, hökmün Təqsirləndirilən şəxs aid qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmədə tədqiq edilmiş və işdə olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 7(044)-99/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Gəncə Apelyasiya Məhkəməsinin 1(104)-38/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının başqa cəza növü ilə əvəz edilməsi barədə Gəncə şəhər Probasiya şöbəsinin böyük icra məmuru X1 tərəfindən verilmiş təqdimat təmin ediməmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan Gəncə şəhər Probasiya şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli 29/2020 saylı xx xxxxxxx 2020-ci il tarixdə məhkəmə daxil olmuş məktubundan görünür ki, Gəncə Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(104)-38/2020 saylı qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş və həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla məhkum edilmiş Təqsirləndirilən şəxs üzərində 11 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanmış, xx xxxxxxxx 2020-ci il tarixə məhkum Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın 5 ay 6 gün çəkilməmiş hissəsi qalmışdır. Cəzası xx xxxx 2021-ci il tarixdə başa çatır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2019cu il tarixli 2080A nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayır və onun barəsində heç bir yazılı və ya şifahi şikayət olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı var. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx xxx 2019-cu il tarixli maddi sübut kimi tanınmaq haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş bir ədəd ağ rəngli köynək, bir ədəd göy rəngli cins şalvar, Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olmuş bir ədəd polis kurtkası, eləcə də təhlükəsiz şəhər kamerasının görüntülərini əks etdirən bir ədəd diskin maddi sübut kimi tanınması qərara alınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışlar. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışlar. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs hazırda qüvvədə olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə cəza təyin edilməlidir. Belə ki, xx xxxx 2020-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxx 2020-ci il tarixli Qanununun 1.68-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ləğv edilmiş və 315-ci maddə əlavə edilmişdir. xx xxxx 2020-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxx 2020-ci il tarixli Qanununun 1.68-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 315-ci maddəsi “Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmə və ya xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı zor tətbiq etmə iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” mətni ilə redaksiyaya verilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 315.2-ci maddəsinin sanksiyasına əsasən(keçmiş redaksiyada) bu Məcəllənin 315.1-ci maddəsində göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Hazırda qüvvədə olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 315-ci maddəsinə əsasən hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmə və ya xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı zor tətbiq etməyə görə iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi hazırda qüvvədə olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 315-ci maddəsinin sanksiyasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 315.2-ci maddəsinin (keçmiş redaksiyada) sanksiyasına nisbətdə azadlıqdan məhrum etmə cəzasının daha yüngül həddi müəyyən olunmuş və azadlıqdan məhrum etmədən daha yüngül olan azadlığın məhdudlaşdırılması cəzası əlavə olunmuşdur. Ona görə də, məhkəmə təqsirləndirilən şəxsin vəziyyətini yüngülləşdirən bu halı nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs hazırda qüvvədə olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 10.2-ci maddəsinə görə ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır. Həmin maddənin 10.3-cü bəndində əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Həmçinin həmin maddənin 10.4-cü maddəsinə əsasən isə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsində özünü təqsirli bilməməsi, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təkzib edilir. Qanunvericiliyin tələblərinə əsasən CM-in 315-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, himayəsində iki azyaşlı uşağının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (müsbət xarakterizə olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə CM-in 315-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət işinin materiallarından və işin hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini onun barəsində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi tərəfindən xx xxxxxxx 2019-cu il tarixdə çıxarılmış hökmdən əvvəl törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək cəza Gəncə Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(104)-38/2020 saylı qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs təyin edilmiş 11 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanmaqla ona cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət, Gəncə Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 4(104)-20/2019 saylı qərarına əsasən xx xxxx 2019-cu il tarixdən xx xxx 2019-cu il tarixədək həbsdə və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 4(044)-50/2019 saylı qərarına əsasən ev dustaqlığında saxlandığı müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilərək barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş bir ədəd ağ rəngli köynək, bir ədəd göy rəngli cins şalvar, Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olmuş bir ədəd polis kurtkası sahiblərinə qaytarılmalı, həmçinin təhlükəsiz şəhər kamerasının görüntülərini əks etdirən bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 127.80 (bir yüz iyirmi yeddi manat səksən qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxsdan tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilməlidir. Müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 60 (altmış) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 60 (altmış) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 60 (altmış) saat hüquqi yardıma görə Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 360 (üç yüz altmış) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 315-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Gəncə Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(104)-38/2020 saylı qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs təyin olunmuş 11 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası hazırki hökm üzrə ona təyin edilmiş 5 (beş) il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs üzərində 5 (beş) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Gəncə Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(104)-38/2020 saylı qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs təyin olunmuş 11 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının başa çatmasını nəzərə alaraq Təqsirləndirilən şəxs təyin edilmiş 5 (beş) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından 11 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası çıxılmaqla üzərində 4 (dörd) il 7 (yeddi)ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində və ev dustaqlığında saxlandığı 2(iki) il 1(bir) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş 4 (dörd) il 7 (yeddi) ay müddətə azadlığın mədudlaşdırılması cəzasından 4 (dörd) il 2 (iki) gün çıxılmaqla üzərində qəti olaraq 6 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın mədudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş bir ədəd ağ rəngli köynək, bir ədəd göy rəngli cins şalvar, Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olmuş bir ədəd polis kurtkası sahiblərinə qaytarılsın, həmçinin təhlükəsiz şəhər kamerasının görüntülərini əks etdirən bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 127.80 (bir yüz iyirmi yeddi manat səksən qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxsdan tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 60 (altmış) saat hüquqi yardıma görə Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 360 (üç yüz altmış) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə Apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rasim Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar