Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-3/2022 10.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Kazımov Rasim Sarı oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Əliyev Nicat Şirzad oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1959-cu ildə Samux rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, əvvəllər məhkum olunmamış, evli, "xxxx" ASC-in İdarə Heyətinin sədri vəzifəsində işləmiş, Samux rayonu Nəbiağalı qəsəbəsində qeydiyyatda olan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 308.2-ci və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə, hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vuraraq əməli ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş və sair şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsi ilə vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, 24 avqust 2015-ci il tarixdən 25 aprel 2016-cı il tarixədək 13 aprel 1995ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" Səhmdar-Kommersiya Bankının hüquqi varisi olan, Gəncə şəhəri, Atatürk prospekti, 260 ünvanında yerləşən, "xxxx" ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə Azərbaycan Respublikasının “Banklar haqqında” 16 yanvar 2004-cü il tarixli Qanunu, Azərbaycan Respublikası Prezidentinin 07 oktyabr 2009-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”, Azərbaycan Respublikası Mərkəzi Bankının 18 noyabr 2008-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 10 dekabr 2008-ci il tarixdə qeydiyyata alınmış “Banklarda kreditlərin verilməsi Qaydaları”, 06 noyabr 2012-ci il tarixdə qeydiyyata alınmış "xxxx" ASC-nin Nizamnaməsi, “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondu ilə "xxxx" SKB arasında fondun vəsaitlərindən istifadə edilməsinin şərtləri haqqında” 26 noyabr 2009-cu il tarixli müqavilə, "xxxx" ASC-nin Müşahidə Şurasının 04 fevral 2013cü il tarixli qərarı ilə təsdiq edilmiş "xxxx" ASC-nin Kredit siyasəti”, həmin X22 28 fevral 2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş "xxxx" ASC-nin “Biznes kreditlərinin verilməsi və Kredit xətlərinin açılmasına dair Bankdaxili Qaydalar”, 28 fevral 2013-cü il tarixdə təsdiq edilmiş “Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına verilən kreditlərə dair bankdaxili Qaydalar” və digər sahəvi aktların tələblərinə əsasən öz səlahiyyətləri daxilində vəkalətnamə olmadan Bankı təmsil etmək, Bankın adından bütün növ müqavilələr bağlamaq, Bankı təmsil etmək üçün vəkalətnamələr vermək, maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı bank əməliyyatlarını aparmaq, Bankın idarə olunması və fəaliyyətinə görə məsuliyyət daşımaq, iri kreditlər üzrə öz səlahiyyətləri daxilində qərarlar qəbul etmək, bankın idarəetmə orqanları, kənar auditorlar, nəzarət orqanları ilə əlaqələr yaratmaq, bank qanunvericiliyinə əməl etmək, bankın icra orqanlarına işçilər seçmək, azad etmək və onlarla müqavilələr bağlamaq, oların vəzifə təlimatlarını müəyyənləşdirib təsdiq etmək, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ayrılmış vəsaiti müvafiq prosedurlara əməl etməklə, sahibkarlıq subyektlərinə kredit kimi verilməsini təmin etmək, Fondla əməliyyatların aparılmasına rəhbərlik etmək, Fond qarşısında öhdəliklərin yerinə yetirilməsinə cavabdehlik daşımaq, Azərbaycan Respublikası qanunvericiliyi, o cümlədən Mərkəzi Bankın normativ xarakterli aktlarında nəzərdə tutulan digər vəzifələri həyata keçirmək səlahiyyətlərinə malik məsul şəxs olmasına baxmayaraq, həmin tələblərə əməl etməməklə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib işlədiyi "xxxx" ASC-nin əsas təsisçisi olmaqla Müşahidə Şurasının sədri vəzifəsində işləyən və faktiki olaraq Bankın bütün fəaliyyətinə rəhbərliyi həyata keçirən məsul şəxs Şahid7 və özü üçün üstünlük, yəni Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına güzəştli şərtlərlə kredit vəsaiti ayrılmasına nail olmaqla, ayrılacaq kredit vəsaitinə Şahid7 qanunsuz sərəncam vermək, gəlir əldə etməsi üçün onun qarşısında nüfuz qazanmaq, özünü işgüzar, göstərişləri vaxtında və dürüst icra edən işçi kimi göstərməklə, həmin şərtlərlə kredit almaq üçün 2015-ci il ərzində Bankın Baş ofisinə müraciət etmiş ayrı-ayrı şəxslərin sifarişlərinə müvəkkil kredit təşkilatı kimi əvvəlcə həmin Bank tərəfindən baxılmaqla müsbət rəy verildikdən sonra qeyd edilən Fonda göndərilməsini təşkil edərək, vəsaitin ayrılmasında iştirak etmiş, Fond tərəfindən ayrıayrı şəxslərə kredit verilməsi üçün müxtəlif tarixlərdə Banka köçürülmüş pul vəsaitini, o cümlədən Şahid1 verilməsi üçün 14.09.2015-ci il tarixdə 12.000 manat, Şahid2 verilməsi üçün 30.09.2015-ci il tarixdə 14.800 manat, Şahid3 verilməsi üçün 30.09.2015-ci il tarixdə 14.500 manat, Şahid4 verilməsi üçün 30.09.2015-ci il tarixdə 14.900 manat, Şahid5 verilməsi üçün 30.09.2015-ci il tarixdə 15.000 manat, X7 verilməsi üçün 14.09.2015-ci il tarixdə 15.000 manat olmaqla Banka köçürülmüş cəmi 86.200 manat pul vəsaitini adlarına sifariş verilmiş şəxslərə kredit kimi təqdim edilməsindən müxtəlif əsaslarla imtina olunması barədə göstərişi icra etməklə, “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”, bu barədə Fondla Bank arasında bağlanmış müqavilə və digər sahəvi aktların tələblərinə əsasən ayrılmış vəsaitin iki gün ərzində müvafiq rəsmiləşdirmə aparmaqla sahibkarlıq subyektlərinə verilməli və bu barədə Fonda məlumat təqdim edilməli olduğu halda, həmin tələbə əməl olunmadan, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə guya ayrılmış pul vəsaitinin sahibkarların bank hesabına köçürüldüyünü təsdiq edən saxta memorial orderlər, bununla bağlı onlara məlumat verilməsini təsdiq edən və üzərində müştəri tərəfindən qəbul edilməsinə dair qeyd olan saxta bildirişlər, onlarla kredit müqaviləsi bağlanması və kredit vəsaitinin müvafiq qaydada ödəniləcəyini özündə ehtiva edən saxta ödəniş cədvəllərini, o cümlədən müvafiq olaraq Şahid1 adına 14.09.2015-ci il tarixli 08 nömrəli memorial order, 1230 nömrəli bildiriş, 0984 nömrəli ödəniş cədvəli, Şahid2 adına 30.09.2015-ci il tarixli 03 nömrəli memorial order, 1310/3 nömrəli bildiriş, 0582 nömrəli ödəniş cədvəli, Şahid3 adına 30.09.2015-ci il tarixli 08 nömrəli memorial order, 1310 saylı bildiriş, 0986 nömrəli ödəniş cədvəli, Şahid4 adına 30.09.2015-ci il tarixli 01 nömrəli memorial order, 1310/7 nömrəli bildiriş, 0987 nömrəli ödəniş cədvəli, Şahid5 adına 30.09.2015-ci il tarixli 02 nömrəli memorial order, 1310/8 nömrəli bildiriş, 1006 nömrəli ödəniş cədvəli, X5 adına 14.09.2015-ci il tarixli 05 nömrəli memorial order, 1230/4 nömrəli bildiriş, 0988 nömrəli ödəniş cədvəlini bankın digər vəzifəli şəxsləri ilə birlikdə hazırlayıb imzaları ilə təsdiq etməklə, Fonda göndərilməsini təmin etmiş, ayrılmış külli miqdar təşkil edən ümumilikdə 86.200 manat pul vəsaitini adlarına sifariş olunmuş qeyd edilən şəxslərə verilməsindən imtina edilməsinə baxmayaraq, vəsaitin Fonda qaytarmasını təmin etməmiş və Şahid7 öz məqsədlərinə xərclənməsini təşkil edib dövlətin sahibkarlıq sahəsinin inkişafı ilə bağlı fəaliyyəti və həmin sahədə qarşıya qoyulmuş məqsədlərə nail olunması istiqamətində aparılan işlərə xələl gətirən həmin əməlləri ilə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş və sair şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsi ilə vəzifə saxtakarlığı törətmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli zərərçəkmiş hüquqi şəxsin nümayəndəsnin ifadəsi, şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, iş materiallarında olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 1976-1983-cü illərdə Xanlar rayonu “Səfərəliyev” adına üzümçülük sovxozunda fəhlə və mühasib, 1983-1988 illərdə Xanlar rayonu X18 baş mühasib, 1988-1997-ci illərdə Samux və Xanlar rayon Statistika idarəsinin müdiri, 1997-2014-cü illərdə "xxxx" ASC-nin “Samux” rayon filialının müdiri vəzifəsində işləmiş, 2015-ci ilin aprel ayında "xxxx" ASC-nin İdarə Heyəti sədrinin müavini vəzifəsinə, 24.08.2015-ci il tarixdə İdarə heyətinin sədri vəzifəsinə təyin edilmiş, "xxxx" ASC-nin lisenziyası dayandırıldıqdan sonra 2016-cı ilin aprel ayında işdən azad olunmuşdur. "xxxx" ASC-də İdarə heyətinin sədri olaraq vəzifə təlimatına əsasən səlahiyyətlərinə Bankın adından bütün növ müqavilələr bağlamaq, Bankı təmsil etmək üçün vəkalətnamələr vermək, maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı bank əməliyyatlarını aparmaq, Bankın idarə olunması və fəaliyyətinə görə məsuliyyət daşımaq, iri kreditlər üzrə öz səlahiyyətləri daxilində qərarlar qəbul etmək, bankın idarəetmə orqanları, kənar auditorlar, nəzarət orqanları ilə əlaqələr yaratmaq, bank qanunvericiliyinə əməl etmək və sair aid olmuşdur. İşlədiyi müddətdə həmin xidməti vəzifələrini layiqincə yerinə yetirməyə çalışmış, lakin həmin səlahiyyətləri icra edilməsi üçün Müşahidə Şurasının sədri Şahid7 tərəfindən şərait yaradılmamışdır. Bundan başqa bildirmişdir ki, Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına "xxxx" ASC-yə kredit almaq üçün müraciət etmiş Şahid1 12.000 manat, Şahid2 14.800 manat, Şahid3 14.500 manat, Şahid4 14.900 manat, Şahid5 15.000 manat, X7 15.000 manat olmaqla cəmi 86.200 manatın kredit verilməməsindən xəbəri olmamış, bu barədə istintaq zamanı xəbər tutmuşdur. Belə ki, "xxxx" ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işlədiyi müddətdə bir çox sənədlərə, həmçinin “Bildiriş” adlı sənədə, kredit müqaviləsi, ödəniş cədvəlinə imza etmiş, lakin, vəzifəni formal olaraq icra etmiş, idarə heyətinin sədri kimi təqdim edilən sənədləri imzalamışdır. Çünki, "xxxx" ASC-ni Müşahidə Şurasının sədri Şahid7 idarə etmiş, bankın möhürü, bank üzrə bütün ödənişlərin həyata keçirilməsi üçün “SWİFT” sisteminin “login” və “parolu” Pərvanədə olmaqla, köçürmələri həyata keçirmişdir. Müştərinin hesabında pulun olub-olmamasını görə bilməmiş, bunu bilmək üçün müvafiq bankdaxili proqramın maliyyə hissəsinə giriş hüququ da olmamışdır. Ona görə də 6 nəfərə kredit verilməsini əks etdirən sənədlərə imza etsə də, həmin şəxslərə kredit verilib-verilmədiyindən məlumatı olmamışdır. Bu işlərə nəzarət birbaşa Şahid7 etmiş və göstərişinə uyğun olaraq Bankın kredit departamentindən kreditlər verilmişdir. İdarə heyətinin sədr olaraq isə heç bir səlahiyyəti, hətta, "xxxx" ASC üzrə xırda kommunal ödənişləri belə həyata keçirtməyə ixtiyarı olmamışdır. Bundan əlavə bildirmişdir ki, 6 nəfərin kredit alıb-almamaları, sənədlərdə əlyazma və imzaların onlara məxsus olub-olmaması barədə məlumatının olmaması, həmin şəxslərin hesabında pul vəsaitinin olmasını əks etdirən “Bildiriş” adlı sənəddə “İdarə heyətnin sədri” kimi və kredit müqaviləsi üzrə “ödəniş cədvəli”ndə “Borcverən” qrafasında Bankı təmsil edən şəxs olaraq imzalar ona məxsusdur. Lakin qeyd etmişdir ki, İdarə Heyətinin sədri kimi vəzifəni formal olaraq icra etmiş, təqdim edilən sənədləri hər hansı bir araşdırma aparmadan imza etmişdir. Çünki araşdırma aparmağa Şahid7 ona imkan verməmişdir. Bankın digər əməkdaşları o, cümlədən Şahid7 barəsində də ayrıca icrratda başqa bir cinayət işi vardır.Həmin cinayət işi üzrə Şahid7 Azərbaycan Respublikası CM-in 179.3.2, 308.2, 195.2, 314.2, 313-cü maddələri, X8 308.2 və 195.2-ci maddələri, X16 və Şahid8 CM-in 308.2 və 313-cü maddələri ilə təqsirləndirilmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən həmin işə baxılaraq 31 mart 2021-ci il tarixdə hökm çıxarılmışdır. Lakin tərəflər hökmündən apellyasiya şikayəti və apellyasiya protesti vermişdir. Həmin cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən baxılmış və Kollegiyanın 1(104)-15/2022 saylı cinayət işi üzrə 18 fevral 2022-ci il tarixdə qərar qəbul edilmişdir. Həmin qərara əsasən təqsirləndirilən şəxslər Şahid7, X16, Şahid8, X20 və müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 31 mart 2021-ci il tarixli 1(100)-3/2021 saylı hökmü təqsirləndirilən şəxslər Şahid7 və X11 aid hissələrdə ləğv edilmiş və həmin hissələrdə yeni ittiham hökmü çıxarılaraq Şahid7 Azərbaycan Respublikası CM-in 313-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməsi, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə ona həmin maddə ilə cəza təyin edilməməsi, Azərbaycan Respublikası CM-in 179.3.2-ci maddəsi ilə təqsirli bilinib barəsində CM-in 46-cı maddəsi tətbiq edilməklə üç il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 7 il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 308.2-ci maddəsi ilə təqsirli bilinib üç il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən məhkum ona təyin edilmiş əsas və əlavə cəzalar qismən toplanılmaqla onun üzərində qəti olaraq dörd il müddətinə dövlət orqanlarında və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, Şahid7 təyin edilmiş əsas cəzanın CM-in 70-ci maddəsi tədbiq edilməklə 4 il sınaq müddəti ilə şərti hesab edilməsi qərara alınmışdır. Sonda əməlindən peşman olmaqla, ağır şəkər xəstəliyindən əziyyət çəkməsini və ailədə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alıb məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Sahibkarlığa İnkifşafı Fondunun nümayəndəsi X21 ifadəsində göstərmişdir ki, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis Təhlilləri şöbəsinin 17.08.2017-ci il tarixli aktına əlavə edilmiş cədvəldə adları qeyd olunan 50 sahibkarlıq subyektinə kreditlər verilməsi üçün 1.196.200 manat pul vəsaiti "xxxx" ASC-nin filiallar və baş ofisinə daxil olsa da, kredit almaq üçün müraciət etmiş və "xxxx" ASC-nin Sahibkarlığa Kömək Milli Fonduna göndərdiyi sifarişdə və rəydə cədvəldə adları göstərilən şəxslərə verilməmiş, Sahibkarlığa Kömək Milli Fondu ilə "xxxx" X13 arasında Fondun vəsaitlərindən istifadə edilməsinin şərtləri haqqında 26 noyabr 2009-cu il tarixli müqavilənin 5.5-ci bəndinin tələbləri pozulmaqla bankın hesabında saxlanılmış, sahibkarlıq subyektlərinə verilmədiyi halda Sahibkarlığa Kömək Milli Fonduna geri qaytarılmamış, bankın məqsədlərinə sərf edilmişdir. Həmin 50 subyektdən 6 nəfəri şəxsə isə Təqsirləndirilən şəxs "xxxx" ASCnin İdarə Heyətinin sədri vəzifəsində işlədiyi dövrü əhatə edir ki, məbləğ 86.200 manat təşkil edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 2013-cü ildə əkinçilik və heyvandarlıq təsərrüfatını genişləndirmək istəmiş, lakin bunun üçün lazımı qədər pul vəsaiti olmamışdır. Həmin ildə Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına güzəştli şərtlərlə 15000 manat kredit almaq üçün "xxxx" ASC-yə müraciət etmiş və 15000 manat pulu kredit olaraq almışdır. Həmin pul vəsaiti hesabına Samux rayonu İnstitut qəsəbəsində özünə məxsus 0,24 ha torpaq sahəsində növbəli şəkildə günəbəxan və tərəvəz bitkilərinin əkinini, həmin sahənin şumlanması, dərmanlaması və suvarma işlərinə, həmçinin mal-qara alınmasına istifadə etmişdir. Həmçinin, kredit ödənişlərini vaxtında "xxxx" ASC-yə ödəmişdir. 2015-ci ildə yenidən "xxxx" ASC-nin Sadiq adlı işçisinə müvafiq sənədlərlə müraciət edib heyvandarlıq təsərrüfatını genişləndirmək üçün 15000 manat kredit almaq istədiyini bildirmişdir. Bank tərəfindən istənilən bütün sənədləşmə prosedur qaydalarını həyata keçirsə də, müxtəlif bəhanələr gətirilərək ona kredit verilməmişdir. 2015-ci ilin dekabr ayında Sahibkarlığa Kömək Milli Fondunun əməkdaşı yaşayış ünvanına gəlib Fondun vəsaiti hesabına "xxxx" ASC-dən 2013-cü ildə və 2015-ci ildə aldığı 15.000 manat kreditlərlə bağlı gördüyü işlərlə maraqlanmış, "xxxx" ASC-dən 2013-cü ildə 15000 manat kredit aldığını, lakin 2015-ci ildə ala bilmədiyini demiş, Fondun işçisi əkinçiliklə məşğul olduğu sahəyə, son dövrlərdə heyvandarlıq təsərrüfatını davam etdirdiyi Çobanabdallı kəndindəki fermaya da baxış keçirmiş və faktiki olaraq yonca sahəsinin olduğunu görmüşdür. Bundan başqa Samux rayonu Çobanabdallı kəndində də heyvandarlıq və əkinçilik fəaliyyəti vardır. Bütün bunlara dair akt tərtib edilmiş və həmin aktı imzalamışdır. Bundan başqa bu qanunsuzluğa görə SKMF-na ərizə ilə müraciət etmişdir. Bundan başqa qeyd etmişdir ki, 2015-ci ildə kredit almasının göstəricisi olan ona ünvanlanmış “Bildiriş” vərəqində, kredit müqaviləsi üzrə “ödəniş cədvəli”ndə imza və əlyazmalar ona məxsus deyil, həmin sənədlərdəki imzaların kim tərəfindən icra edildiyini bilmir, bu barədə heç bir məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, heyvandarlığın inkişafı məqsədi ilə Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına güzəştli şərtlərlə 14500 manat kredit almaq üçün 2015-ci ilin iyul ayının ortalarında tələb olunan sənədlərlə birlikdə "xxxx" ASC-yə müraciət etmişdir. Onun müraciəti əsasında "xxxx" ASC-nin işçiləri tərəfindən təsərrüfat fəaliyyəti və ödəmə qabiliyyəti yoxlanıldıqdan sonra bankın Cavid adlı işçisi kredit veriləcəyini bildirmiş, bunun üçün "xxxx" ASC-də hesab açmasını məsləhət etmişdir. Bütün qanuni prosedurları həyata keçirdikdən sonra 14.500 manat pulun alınması ilə əlaqədar 02.09.2015-ci il tarixli, 89 saylı kredit müqaviləsinə imza etmişdir. Lakin 2015-ci ilin noyabr ayında "xxxx" ASC-nin inzibati binasında İdarə Heyətinin sədri Təqsirləndirilən şəxs xidməti otağında sonuncu sənədə imza etməsini deyib Cavid adlı işçisinə “Get Fidayilə 5000 manat ver” demiş, o otaqdan çıxan kimi Caviddən 5000 manat pulun götürülməsi barədə hansısa sənəd təqdim edib-etməyəcəyini soruşduqda, o, 14500 manat pulun kredit olaraq götürülməsi barədə sənədə imza etdirəcəyini, bankda pul olmadığını, qalan pulu hissə-hissə verəcəklərini demişdir. Buna görə də Təqsirləndirilən şəxs otağına qayıdıb öz narazılığını bildirib kredit almaq istəmədiyini demiş və sənədlərini götürüb bankı tərk etmiş, bir daha kredit almaq üçün banka müraciət etməmişdir. 01.12.2015-ci il tarixdə isə Sahibakarlığa Kömək Milli Fondunun əməkdaşları onunla görüşüb 14500 manat güzəştli kredit vəsaiti hesabına gördüyü işlər soruşarkən krediti almadığını bildirmiş, buna dair tərtib edilmiş aktı imzalamış, həmçinin ərizə ilə SKMF-ə müraciət etmişdir. Eyni zamanda qeyd etmişdir ki, kredit almasının göstəricisi kimi ona ünvanlanmış “Bildiriş” vərəqində, kredit müqaviləsi üzrə “ödəniş cədvəli”ndə imza və əlyazmalar ona məxsus deyil, həmin sənədlərdəki imzaların kim tərəfindən icra edildiyini bilmir, bu barədə heç bir məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, ailələrinə məxsus heyvandarlıq təsərrüfatını genişləndirmək üçün əlavə maliyyə vəsaiti lazım olduğundan 2015-ci ilin sentyabr ayında Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına güzəştli şərtlərlə 15.000 manat krediti almaq barədə maraqlanmış və buna görə "xxxx" ASC-yə müraciət etmişdir. "xxxx" ASC-də araşdırma aparıldıqdan sonra kredit veriləcəyi bildirilmiş, bütün qanuni prosedurları həyata keçirmiş, eyni zamanda "xxxx" ASC-də müvafiq hesab da açmışdır. Bankla onun arasında olan razılaşmaya əsasən ünvan 4 ünvanında yerləşən mənzil, alacağı kreditin girovu qismində nəzərə alınmalı olmuşdur. Lakin 2015-ci ilin noyabr ayına kimi gözləsə də krediti ala bilməmiş, gecikmənin səbəblərini "xxxx" ASC-nin əməkdaşlarından soruşsa da, Sahibkarlığa Kömək Milli Fondundan pulun ayrılmadığını bildirmişlər. 2015-ci ilin noyabr ayında isə SKMF-in əməkdaşları "xxxx" ASC-dən götürdüyü kreditlə maraqlandıqda krediti ala bilmədiyini demiş və adına 14900 manat kreditin rəsmiləşdirildiyini bilmişdir. Bundan başqa o, ifadəsində qeyd etmişdir ki, kredit almasının göstəricisi kimi ona ünvanlanmış “Bildiriş” vərəqində, kredit müqaviləsi üzrə “ödəniş cədvəli”ndə imza və əlyazmalar ona məxsus deyil, həmin sənədlərdəki imzaların kim tərəfindən icra edildiyini bilmir, bu barədə heç bir məlumatı yoxdur. Kredit almaq ilə əlaqədar müraciəti zamanı ondan hər hansı məbləğdə pul, qiymətli əşya və sair nemətlər istənilməmiş, tərəfindən də verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, heyvandarlıq təsərrüfatı yaratmaq üçün şəxsi pul vəsaiti olmadığından "xxxx" ASC-yə müraciət edərək Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına güzəştli şərtlərlə 15.000 manat kredit almaq istədiyini bildirmişdir. Bunu üçün ödəmə qabiliyyəti və digər zəruri məlumatlar yoxlanılmış, kredit verilə biləcəyini ona bildirilmişdir. Lakin kreditin təminatı olaraq girov predmeti təqdim edə bilmədiyindən, kredit almaqdan imtina etdiyini Bankın işçisi Şahid8 bildirmişdir. Bundan sonra isə heç bir banka bununla bağlı müraciət etməmişdir. 26.11.2015-ci il tarixdə Sahibkarlığa Kömək Milli Fondunun əməkdaşları yaşayış ünvanına gəlib Fondun vəsaiti hesabına "xxxx" ASC-dən aldığı 15.000 manat kreditlə bağlı gördüyü işlərlə maraqlandıqda "xxxx" ASC-dən kredit ala bilmədiyini həmin şəxslərə demiş, buna dair tərtib edilmiş aktı imzalamışdır. Bundan başqa o, ifadəsində göstərmişdir ki, kredit almasının göstəricisi kimi ona ünvanlanmış “Bildiriş” vərəqində, kredit müqaviləsi üzrə “ödəniş cədvəli”ndə imza və əlyazmalar ona məxsus deyil, həmin sənədlərdəki imzaların kim tərəfindən icra edildiyini bilmir, bu barədə heç bir məlumatı yoxdur. Kredit almaq ilə əlaqədar müraciəti zamanı ondan hər hansı məbləğdə pul, qiymətli əşya və sair nemətlər istənilməmiş, tərəfindən də verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, heyvandarlıq təsərrüfatı üçün əlavə mal-qara və yem almaq üçün pula ehtiyacı yarandığından 2015-ci ilin iyun ayında Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına güzəştli şərtlərlə 15000 manat kredit almaq üçün "xxxx" ASC-nin Elməddin adlı işçisinə müraciət etmiş, sonuncu tərəfindən tələb edilən sənədləri "xxxx" ASC-yə təqdim etmiş, dəfələrlə banka müraciət etməsinə baxmayaraq ona kredit verilməmişdir. 2015-ci ilin noyabr ayında Sahibkarlığa Kömək Milli Fondunun əməkdaşları yaşayış ünvanına gəlib Fondun vəsaiti hesabına "xxxx" ASC-dən aldığı 15.000 manat kreditlə bağlı gördüyü işləri soruşarkən, kredit almadığını həmin şəxslərə bildirmiş, bununla bağlı SKMF-ə ərizə ilə müraciət etmişdir. Bundan başqa o, ifadəsində bildirmişdir ki, kredit almasının göstəricisi kimi ona ünvanlanmış “Bildiriş” vərəqində, kredit müqaviləsi üzrə “ödəniş cədvəli”ndə imza və əlyazmalar ona məxsus deyil, həmin sənədlərdəki imzaların kim tərəfindən icra edildiyini bilmir, bu barədə heç bir məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 2006-cı ildən 2016-cı ilin yanvar ayının 22-dək "xxxx" ASC-nin Müşahidə Şurasının sədri vəzifəsində işləmiş, Bank əvvəllər X13 kimi fəaliyyət göstərmiş, sonradan ASC statusuna keçmişdir. Bankın statusu dəyişdikdən sonra da eyni adla fəaliyyət göstərmiş və ASC X4 hüquqi varisi olmuşdur. Hüquqi varisi olmaqla ASC X13nın bütün gəlirləri və öhdəliklərini öz üzərinə götürmüşdür. 22 yanvar 2016-cı il tarixdə isə Bankın lisensiyası ləğv edilmişdir. Bildirmişdir ki, "xxxx" ASC-nin Müşahidə Şurasının sədri vəzifəsində işləyərkən səlahiyyətləri “Banklar haqqında” Qanun, Mərkəzi Bank tərəfindən təsdiq edilmiş qaydalar, "xxxx" ASC-nin təsdiq etdiyi təlimat və digər qaydalarla tənizmlənmiş, səlahiyyətlərinə Bankın fəaliyyətinə nəzarət etmək, səhmdarların mənafelərinin qorunması, İdarə Heyətinin sədri və üzvlərinin işə qəbulu, onların fəaliyyətinə nəzarət edilməsi, bankdaxili qərarların qəbul olunması və qərarların icrasına nəzarət olunması, bankla bağlı digər vəzifələrin yerinə yetirilməsindən ibarət olmuşdur. "xxxx" ASC bank kimi Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondu ilə müqavilə bağlamış və uzun müddət ərzində həmin Fondun güzəştli şərtlərlə verdiyi kreditləri sahibkarlara çatdırmış, Fondun ödənişlərində gecikmələrə yol verməmişdir. Çünki, müqavilənin tələbinə görə Fond ayrılmış vəsaiti Bank vasitəsilə sahibkarlıq subyektlərinə verdiyinə görə borclu kimi bank göstərilmiş və sahibkarlar tərəfindən ödənişlər gecikdirilsə də, Bank öz vəsaiti hesabına Fondun ödənişlərini yerinə yetirmişdir. Fondla münasibətlərin qurulması, müqavilələrin bağlanması, sifarişlərin verilməsi səlahiyyətinə aid olmamış, İdarə Heyəti tərəfindən həyata keçirilmişdir. Fondun sonradan Bank vasitəsilə kredit almış sahibkarlıq subyektlərinə monitorinqlər aparmış, nəticələrin mənfi, yəni təyinatdan kənarlaşma hallarının qeyd edilməsi də qərəzli xarakter daşımışdır. 2015-ci ilin may ayından başlayaraq "xxxx" ASC-də kreditlərlə bağlı problemlər yarandıqdan sonra Fond tərəfindən digər banklarda da yoxlamalar aparılmağa başlanmışdır. Fond bir layihənin yerinə yetirilməsi üçün az məbləğdə pul vəsaiti ayırmış, həmin vəsait layihənin başa çatdırılmasına kifayət etməmişdir. Ona görə də sahibkarlar razılaşıb başqa layihəni də təsdiq etməklə, onlara pul vəsaiti ayrılmışdır. İkinci layihəyə ayrılmış vəsait isə birinci layihəyə xərclənmişdir. Belə olanda ikinci layihəni yoxladıqda işlərin tam icra olunmadığı müəyyən olunmuşdur. Bu qaydada problemlər olmasına baxmayaraq, Fond yoxlama aparmaqla materialları Baş Prokurorluğa göndərmişdir. Bəzən layihələr üçün pul vəsaiti tranşlarla ayrılmış və hər tranş nəzarətdə saxlanılmaqla, ilkin ayrılmış vəsait üzrə görülmüş işlər yerində yoxlanıldıqdan sonra ikinci tranşla pul vəsaiti banka köçürülmüşdür. Yəni, vəsaitin təyinatdan kənarlaşdırılması məsələsinə Fond nəzarət etmişdir. Demək olar ki, bu nəzarət hər ay həyata keçirilmiş, nəzarəti Fond həyata keçirdiyinə görə tam məsuliyyət də həmin Fondun əməkdaşlarına aid olmuşdur. Bundan başqa o, ifadəsində qeyd etmişdir ki, "xxxx" ASC-nin idarə edilməsi ilə bağlı bankın möhürü onda olmamışdır. ASC tərəfindən Sahibkarklığa Kömək Milli Fondunun vəsaiti hesabına fiziki və ya hüquqi şəxslərə güzəştli kreditlərin verilməsi prosedurunda Müşahidə Şurasının sədri olaraq yalnız 50.000 manatdan artıq məbləğdə olan kreditlərin verilməsi zamanı qərarın qəbul edilməsində iştirak etmiş, bundan başqa həmin kreditlərlə bağlı hər hansı səlahiyyəti olmamışdır. Bundan əlavə o, "xxxx" ASC-nin baş ofisi vasitəsi ilə 33 sahibkarlıq subyektinə 951.100 manat, ASC-nin “Bərdə” filialı vasitəsi ilə 2 sahibkarlıq subyektinə 30.000 manat, “Kəpəz” filialı vasitəsi ilə 8 sahibkarlıq subyektinə 112.600 manat, “Şəmkir” filialı vasitəsi ilə 7 sahibkarlıq subyektinə 102.500 manat olmaqla, ümumilikdə 50 sahibkarlıq subyektinə kreditlər verilməsi üçün 1.196.200 manat pul vəsaiti Fond tərəfindən "xxxx" ASC-nin müxbir hesabına köçürülsə də, kredit almaq üçün müraciət etmiş həmin şəxslərə verilməməsi və vəsaitin Fonda qaytarılmadan Bankın məqsədləri üçün xərclənməsi xüsusatı üzrə ifadəsində bildirmişdir ki, həmin kreditlər heç kimin adına rəsmiləşdirilməmiş və kənarlaşdırılmamışdır. Sadəcə olaraq müştərilər tərəfindən sənədlər təqdim edilmədiyindən və ya gec təqdim edildiyindən kreditlər verilmədən bankda saxlanılmış və sənəd təqdim edəcəyi gözlənilmişdir. Bu əsasən müştərilən xahişlərinin nəzərə alınması ilə bağlı olmuşdur. Sonradan müştərilər sənədləri gec təqdim etdiyindən və Fond tərəfindən yoxlama aparıldığından kreditləri vermək mümkün olmamışdır. Buna görə də vəsait Bankın Fondla hesablaşma hesabında qalmışdır.Bununla yanaşı X19 vəsaiti hesabına "xxxx" ASC-dən kredit almaq üçün müraciət etmiş 50 nəfər şəxsin kreditin onların hesablaşma hesabına köçürülməsinə dair “memorial orderi”, “bildiriş”, həmçinin kreditin verilmə prosedurunu özündə əks etdirən kredit müqaviləsinə əlavə kimi “ödəniş cədvəli” tərtib edilərək Fonda göndərilməsi, həmin şəxslər kredit almaq üçün müraciət etsələr də, müxtəlif səbəblərdən kredit almadıqları, “bildiriş” və “ödəniş cədvəli”ndə olan əlyazma və imzaların onlara məxsus olmadıqları barədə ifadələrində göstərmələri xüsusatı üzrə qeyd etmişdir ki, heç kim müştərinin adından saxta sənəd tərtib etməmiş, müştərilər öz imzasını danmışdır. Təqsirləndirilən şəxs qeyd olunan ittiham olunduğu maddələr üzrə həqiqətən yalnız onun göstərişlərini icra edib sənədləri imzalamış və sonuncunun hər hansı bir işdə marağı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, əvvəllər “Qaymaq” Kooperativində mühasib, “Qartal” KM-də direktor müavini, 25.12.2008-ci il tarixdən 29.04.2010-cu il tarixdək “GredAqro” bank olmayan kredit təşkilatında kredit mütəxəssi vəzifəsində işləmiş, 30.04.2010-cu ildən "xxxx" ASC-yə kredit mütəxəssisi olaraq işə qəbul olunmuş, 13.11.2012-ci il tarixdən Kredit Departamentinin müdiri vəzifəsində işləmiş, 16.11.2015-ci tarixdən ərizəsi ilə işdən azad olunmuşdur. Kredit departamentinin müdiri vəzifəsində işləyərkən əmək funksiyalarına müştərinin müraciəti ilə əlaqədar kredit komitəsində səs hüququndan istifadə etməklə münasibət bildirmək, bankın kredit portfelinin diversifikasiyasına nəzarət etmək, bankın bütün kredit işçilərinin ümumi aylıq plan bölgüsünə nəzarət, ehtiyac olduqda müştərinin qəbul edilməsi, onunla kreditlə bağlı söhbət aparmaq, onun krediti hansı məqsədlə götürməsi, ödəmə qabiliyyətinin olub-olmaması, girov qoyması, müştərinin təhlil və analiz edilməsi, müsbət nəticələr olduqda kredit işçilərinə sənədləşmə işlərini həyata keçirtmək üçün göstəriş vermək, kredit öhdəliklərinin vaxtında icra edilməsinə nəzarət etmək və sair işləri həyata keçirməkdən ibarət olmuşdur. SKMF-nin vəsaiti hesabına kreditlərin verilməsi prosesində əsasən bankın və filialların kredit mütəxəssisləri iştirak etmiş, kredit mütəxəssislərinin vəzifəsi kredit almaq üçün müraciət etmiş şəxsin qəbulu, maliyyə vəziyyətinin təhlili, layihənin kredit komitəsinə çıxarılması, şəxsə kredit verilməsi zamanı sənədləri tərtib edərək imzalanması, kredit üzrə aylıq ödənişlərə nəzarət, verilmiş kreditlərin monitorinqindən ibarət olmuşdur. Kredit departamentinin müdirinin vəzifəsi bu işlərə ümumi nəzarətdən, kredit və ipoteka müqavilələrinin bağlanması zamanı bankın nümayəndəsi kimi iştirakdan və sairdən ibarət olmuşdur. X22 sədri vəzifəsi kreditlərin verilməsi proseduru zamanı ümumi nəzarəti həyata keçirtməkdən ibarət olmuşdur. Digər işçilər isə vəzifə təlimatı üzrə öhdəliklərini icra etmişlər. SKMF-in vəsaiti hesabına "xxxx" ASC tərəfindən müştəriyə kreditin verilməsini təsdiqi üçün Fond tərəfindən tələb olunan sənədlər müştərinin hesablaşma hesabına pulun köçürülməsinin məlumat verilməsinə dair adına ünvanlanmış “Bildiriş”, kredit müqaviləsi üzrə “ödəniş cədvəli” və pulun müştərinin hesablaşma hesabında olmasına dair “memorial order”i olmuşdur. Belə ki, "xxxx" ASC-nin sifarişinə uyğun olaraq SKMF tərəfindən bankın müxbir hesabına köçürülən pul vəsaitləri Fondun vəsaitlərinin istifadəsi qaydalarına və bank arasında bağlanmış müqaviləyə əsasən 2 bank günü ərzində müştərinin hesablaşma hesabına köçürülməli olmuşdur. Lakin, faktiki olaraq kredit almaq üçün müraciət edən müştərilərin əksəriyyəti girov predmetlərini vaxtında təqdim edə bilmədiklərindən, eləcə də, bankdan asılı olmayan sənədləşmə prosesinin yubanmasına görə "xxxx" ASC-nin baş ofisində və filiallarında tərtib edilmiş “Bildiriş”, “ödəniş cədvəli”, “memorial orderi” formal olaraq tərtib edilmişdir. Belə ki, “memorial orderlər” hesabda pul olmasını əks etdirsə də, həmin tarixlərdə müştərinin hesabına pul vəsaiti köçürülməmiş, “memorial order”lər bankın baş ofisi və filiallarında hər bir kredit mütəxəssisi tərəfindən komputerin “Word” proqramından istifadə etməklə hazırlanmışdır. Həmin “memorial order”lərin hazırlanması üçün bankın baş ofisi və filiallarının bu kimi işlərə məsul olan mütəxəssisləri proqram sisteminə hər hansı əməliyyat etməmişlər. Bundan başqa SKMF-nin vəsaiti "xxxx" ASC-nin müxbir hesabına köçürüldükdən sonra onun və baş ofisin kredit mütəxəssisləri tərəfindən bankın “Şəmkir”, “Bərdə” və “Kəpəz” filialının işçilərinə kredit verilməsi nəzərdə tutulan müştərinin “Bildiriş”, “ödəniş cədvəli” və “memorial orderi”ni hazırlayıb baş ofisə göndərmələri tələb olunmuşdur. Həmçinin, o, Fond tərəfindən vəsaitin ayrıldığı, kredit verilmədiyi halda rəsmiləşdirilməsi həyata keçirilmiş müştərilərlə bağlı ifadəsində göstərmişdir ki, həmin şəxslər dair sənədləşmə də digər kredit alan şəxslər kimi hazırlanmış, həmin şəxslərə kredit verilməməsi əvvəlcədən planlaşdırılmamışdır. Onun birbaşa olaraq nəzarətində olan baş ofis vasitəsi ilə kredit almaq üçün müraciət edən müştərilərə müxtəlif səbəblərdən, yəni, girov predmeti təqdim edə bilməməklə, müştərinin özü tərəfindən imtina etməklə, sonradan müştərinin fəaliyyətinin likvid olmaması səbəbindən kredit verilməmiş, bu hal filiallarda da eyni ilə olmuşdur. Baş ofis və filialların kredit mütəxəssisləri təhlilini apardığı müştərilərin kredit vəsaitinin hesabında olması və kredit verilməsini əks etdirən “memorial orderi”, “Bildiriş”, “ödəniş cədvəli”ni tərtib etmişlər. Bankın müxbir hesabına pul vəsaiti daxil olduqdan sonra adəti üzrə həmin sənədlərin hazırlanmasına özü baş ofis və filiallara, baş ofisin kredit mütəxəssisləri isə filiallara məlumat vermişdir. Müraciət edən şəxslərə kredit verilməməsi ilə əlaqədar məlumatı olmuş, bununla bağlı dəfələrlə "xxxx" ASC-nin faktiki olaraq idarə edən və rəhbəri olan Müşahidə şurasının sədri Şahid7 demiş, lakin, sonuncu tərəfindən heç bir tədbir görülməmiş, bütün bunlara məhəl qoymamışdır. Kredit departamentinin müdiri olaraq həmin şəxslərin adlarına “Bildiriş”, “Memorial orderi” və “Bildiriş”lərin tərtib edilməsinə göstəriş verməkdə başqa məqsədi olmamışdır. Çünki, həmin şəxslərdən bəzilərinin problemi olduğundan krediti almaqdan imtina etmiş, bəziləri girov təqdim edə bilməmişlər. Qanuni və hüquqi cəhətdən bununla əlaqədar "xxxx" ASC-nin İdarə heyətinin sədri qərar qəbul etmək səlahiyyətinə malik olsa da, faktiki olaraq idarəetmə Şahid7 olmuşdur. Həmin istifadə edilməyən vəsait isə SKMF-ə qaytarılmalı olsa da, bu edilməmiş və ora məlumat verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, 2013-cu ildə "xxxx" ASC-nin baş ofisində biznes kreditləri şöbəsində mütəxəssis vəzifəsinə qəbul olunmuş,. kredit mütəxəssisi kimi vəzifəsi müştəriləri qəbul edərək sifarişi götürməkdən, müştərinin tələbləri bankın şərtlərinə uyğun gəldiyi təqdirdə müştərinin sahibkarlıq fəaliyyətinə baxmaq üçün səfər təşkil etməkdən, kreditin verilməsi məqsədə müvafiq olduğu halda məsələnin kredit komitəsinə çıxarılmasından, kredit komitəsinin razılığı olduğu halda kreditin müştəriyə verilməsindən ibarət olmuşdur. SKMF-nin vəsaiti hesabına da kreditlərin verilməsi prosesində kredit mütəxəssisləri analoji proesdura əməl etmişlər. Bundan başqa o, "xxxx" ASC tərəfindən maliyyəşdirilmiş sahibkarklıq subyektlərinin monitorinqi zamanı kredit almış şəxslər üzrə sahibkarlıq subyektinə pul vəsaitinin verilməməsi xüsusatı ilə bağlı bildirmişdir ki, ona müraciət edən Cəfərova (Hüseynzadə) İlhamə Nəriman qızı olmuşdur ki, hesabına pul köçsə də girov təqdim edə bilmədiyindən krediti ala bilməmiş, digər şəxslərə də hansı əsasla kredit verilmədiyini bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, 2012-ci ildən 2014-cü ilədək "xxxx" ASC-nin Gəncə filialında kredit mütəxəssisi vəzifəsində işləmiş, 2014-cü ildə "xxxx" ASC-yə kredit mütəxəssisi kimi işə qəbul olunmuş, 21.09.2015-ci il tarixdən isə biznes kreditləri üzrə şöbə müdiri, 16.11.2015-ci il tarixdən Bankın kredit departamentinin müdiri vəzifəsini icra etmişdir. Kredit mütəxəssisi və aparıcı kredit mütəxəssisi kimi vəzifəsi müştəriləri qəbul edərək sifarişi götürməkdən, müştərinin tələbləri bankın şərtlərinə uyğun gəldiyi təqdirdə müştərinin sahibkarlıq fəaliyyətinə baxmaq üçün səfər təşkil etməkdən, kreditin verilməsi uyğun olduğu halda məsələnin kredit komitəsinə çıxarılmasından, kredit komitəsinin razılığı olardısa kreditin müştəriyə verilməsindən ibarət olmuşdur. Kredit Departamentinin müdiri vəzifəsində işləyərkən vəzifəsi gecikmədə olan kreditlərin analizindən, kreditlərin yığımına nəzarətdən, gecikməyə düşmüş bəzi müştərilərlə bağlı sənədlərin hüquq şöbəsinə verilməsini təmin etməkdən, o cümlədən müştərinin müraciəti ilə əlaqədar kredit komitəsində səs hüququndan istifadə etməklə münasibət bildirməkdən, bankın kredit portfelinin diversifikasiyasına nəzarət etməkdən, bankın bütün kredit işçilərinin ümumi aylıq plan bölgüsünə nəzarət etməkdən, ehtiyac olduqda müştərinin qəbul edilməsindən, onunla kreditlə bağlı söhbət aparmaqdan, onun krediti hansı məqsədlə götürməsi, ödəmə qabiliyyətinin olub-olmaması, girov qoyması, müştərinin təhlil və analiz edilməsi, müsbət nəticələr olduqda kredit işçilərinə sənədləşmə işlərini həyata keçirtmək üçün göstəriş vermək, kredit öhdəliklərinin vaxtında icra edilməsinə nəzarət etməkdən ibarət olmuşdur. Bundan başqa o, ifadəsində qeyd etmişdir ki, bank tərəfindən sahibkarlıq subyektlərinə kreditlər verilərkən və sonrasında onların fəaliyyətində təyinatdan kənarlaşma və ya qismən kənarlaşma, layihə üzrə fəliyyətinin olmaması kimi halları aşkar etməmişdir. SKMF-in vəsaiti hesabına kredit almaq üçün müraciət etmiş və kredit verilməmiş, əksinə kreditin verilməsi rəsmiləşdirilmiş şəxslərdən heç birinin müraciətini qəbul etməmiş, hər hansı təhlil aparmamışdır. Bildiyinə görə həmin şəxslər "xxxx" ASC-yə müraciət etsələr də, əsasən girov predmetini təqdim etməkdə problemləri olduğundan kredit verilməmiş, kredit verilmədiyi halda nə kimi tədbirlərin görülməsi və SKMF-ə məlumat verilməsi ilə əlaqədar məlumatı olmamışdır. Ümümiyyətlə isə sifariş olunmuş kredit vəsaiti "xxxx" ASC-nin müxbir hesabına köçürüldükdən sonra Kredit departamentinin müdiri Şahid8 sənədləri hazırlamağı bildirmiş, kredit mütəxəssisləri də müştərini dəvət edib “Bildiriş” adlı sənəddə əlyazma və imzaları, həmçinin ödəniş cədvəlində imzanı icra etdirmiş, xidməti istifadədə olan kompüterin “word” proqramından istifadə edərək pulun müştərinin hesabında olması barədə “memorial orderi” tərtib edib, Müştəri xidmətləri şöbəsində işləyən mütəxəssislərin öhdəsində olan ştampla və mütəxəssisin imzası ilə təsdiqlədib Şahid8 təqdim etmişdir. Lakin, həmin tarixdə müştərinin hesabında pul köçürülməmiş, çünki, müştərilərin böyük əksəriyyəti girov predmetini vaxtında təqdim edə bilməmiş, zəruri sənədlər natamam qalmış və ya müştərinin tapmaq mümkünsüz olmuşdur. Bununla belə SKMF-in vəsaitlərinin istifadə qaydalarına uyğun olaraq sifariş olunmuş kredit vəsaiti bankın müxbir hesabına köçdükdən sonra 2 bank iş günü ərzində müştərinin hesabına köçürülməklə bu barədə Fonda və müştəriyə məlumat verilməli olunduğundan kredit departamenti tərəfindən sadalanan sənədlər tez hazırlanıb Fonda göndərilmişdir. Həmin müştərilərdən hər hansı birinin də “Bildiriş”, “ödəniş cədvəli” və “memorial orderi”ni hazırlamamış, “Bildiriş” və “ödəniş cədvəli”ndə əlyazma və imzaları icra etməmiş, kredit verilməyən vəsaitlə bağlı tərəfindən hər hansı tədbir görülməmiş, bunu etmək səlahiyyəti çərçivəsində olmamış, SKMF-ə məlumat verilibverilməməsini bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, 2013-cü ildə "xxxx" ASC-yə Biznes kreditləri şöbəsində kiçik mütəxəssis vəzifəsinə işə qəbul olunmuş, kiçik kredit mütəxəssisi kimi vəzifəsi müştəriləri qəbul edərək sifarişi götürməkdən, müştərinin tələbləri bankın şərtlərinə uyğun gəldiyi təqdirdə müştərinin sahibkarlıq fəaliyyətinə baxış keçirtməkdən, kreditin verilməsi məqsədə müvafiq olduğu halda məsələnin kredit komitəsinə çıxarılmasından, kredit komitəsinin razılığı olduğu halda kreditin müştəriyə verilməsindən ibarət olmuşdur. SKMF-in vəsaiti hesabına "xxxx" ASC-dən kredit alan müştərilərlə yanaşı, kredit almaq üçün müraciət etmiş və kredit almayan şəxslərdən baş ofis vasitəsi ilə Şahid1, X3, Şahid3 və Məmmədov Sabir Əziz oğlunun kredit almaq üçün müraciəti üzrə təhlil aparmışdır. Həmin şəxslərdən Şahid1, Cəmaləddin Quliyev girov predmeti təqdim edə bilməmiş, Şahid3 hansısa səbəbə görə kredit alınması prosesində özü imtina etmiş, Sabir Məmmədovun isə kredit verilməsi yubandığından kredit alınması üçün daha sonra müraciət etməmişdir. Müştərilərə çatdırılması üçün sifariş olunmuş kredit vəsaiti "xxxx" ASC-nin müxbir hesabına köçürüldükdən sonra Kredit departamentinin müdiri Şahid8 “Bildiriş”, “ödəniş cədvəli” və müştərinin hesabında pul olmadığı halda kompüterin “word” proqramından istifadə edərək pulun müştərinin hesabında olması barədə “memorial orderi” tərtib etməyi göstəriş verdiyi üçün icra etmiş, bütün hallarda möhür və imza ilə təsdiq edilməsi üçün Kredit departamentinin müdiri Şahid8 təqdim etmişdir. Şahid8 müştərini dəvət edib “Bildiriş” və “ödəniş cədvəli” ni imzalatdırıb qeydlərini aparmış, hazır olan sənədləri də SKMF-ə göndərmişdir. Kredit verilməməsi ilə bağlı tərəfindən heç bir tədbir görülməmiş, bu bardə birbaşa Kredit departamentinin müdiri Şahid8 məlumatı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində "xxxx" ASC-də kredit mütəxəssisi işlədiyini, Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına "xxxx" ASC tərəfindən verilən kreditlər zamanı qanunvericiliyin tələblərinin pozulmasından xəbərinin olmadığını və işlədiyi dövrdə öhdəsinə düşən vəzifələri düzgün həyata keçirdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 ifadəsində "xxxx" ASC-də kredit mütəxəssisi işlədiyini, Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına "xxxx" ASC tərəfindən verilən kreditlər zamanı qanunvericiliyin tələblərinin pozulmasından xəbərinin olmadığını və işlədiyi dövrdə öhdəsinə düşən vəzifələri düzgün həyata keçirdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərmişdir ki, 2010-cu ildə "xxxx" ASC-də işə qəbul olunmuş, 2011-ci ildən biznes kreditləri şöbəsində mütəxəssis, 2015-ci ilin yanvar ayından aparıcı mütəxəssis vəzifəsində işləmiş, kredit mütəxəssisi və aparıcı kredit mütəxəssisi kimi vəzifəsi müştəriləri qəbul edərək sifarişi götürməkdən, müştərinin tələbləri bankın şərtlərinə uyğun gəldiyi təqdirdə müştərinin sahibkarlıq fəaliyyətinə baxış keçirtməkdən, müraciətin kredit komitəsinə çıxarılmasından, kredit komitəsinin razılığı olduğu halda kreditin müştəriyə verilməsindən ibarət olmuşdur. SKMF-in vəsaiti hesabına "xxxx" ASC-dən kredit alan müştərilərlə yanaşı, kredit almaq üçün müraciət etmiş və kredit almayan şəxslərdən X12, X17, Şahid4 və X1 müraciəti üzrə təhlil aparmışdır. Həmin şəxslərdən Maarif Əliyev girov predmeti təqdim edə bilmədiyindən, Aydın Həsənov imtina etdiyinə görə, Valodya İmanov isə krediti xəzinədən alma prosesində kredit almaqdan imtina etmiş, Şahid4 isə xatırlamadığı səbəblərdən kredit verilməmişdir. Həmin şəxslərin adlarına kredit verilməsindən ötrü pul vəsaiti "xxxx" ASC-nin müxbir hesabına köçürüldükdən sonra Kredit departamentinin müdiri Şahid8 “Bildiriş”, “memorial orderi” və kredit müqaviləsi üzrə “ödəniş cədvəli”ni hazırlmağa dair göstəriş vermişdir. Ümumiyyətlə isə o və digər kredit mütəxəssisləri də müştərini dəvət edib, bu mümkün olmadıqda isə müştərinin adından özləri “Bildiriş” adlı sənəddə əlyazma və imzalar, həmçinin ödəniş cədvəlində imza edib, xidməti istifadədə olan kompüterin “word” proqramından istifadə edərək pulun müştərinin hesabında olması barədə “memorial orderi” tərtib etmiş, Bankın maliyyə şöbəsinin ştampı ilə təsdiq edilməsi üçün Şahid8 təqdim etmişlər, sənədlər Eşqin tərəfindən bankın möhürü və digər vəzifəli şəxlsərin imzaları ilə təsdiqlənmişdir. Lakin “Bildiriş”lərdə qeyd edilmiş tarixlərdə müştərinin hesabına pul köçürülməmiş, çünki müştərilərin böyük əksəriyyəti girov predmetini vaxtında təqdim edə bilməmiş və ya zəruri sənədləri natamam olmuş, müştərini tapmaq mümkünsüz olmuşdur. Bununla belə SKMF-in vəsaitlərinin istifadə qaydalarına uyğun olaraq sifariş olunmuş kredit vəsaiti bankın müxbir hesabına köçdükdən sonra 2 bank iş günü ərzində müştərinin hesabına köçürülməklə bu barədə Fonda və müştəriyə məlumat verilməli olmuşdur. Ona görə də kredit departamenti tərəfindən sadalanan sənədlər tez hazırlanıb Fonda göndərilmişdir. X12, X17, Şahid4 və X1 “Bildiriş”, “ödəniş cədvəli” və “memorial orderi”ni hazırlayıb, “Bildiriş” və “ödəniş cədvəli”ndə əlyazma və imzaları özü icra etmişdir. Ona müraciət edən müştərilərə verilməyən vəsaitlə bağlı tərəfindən hər hansı tədbir görülməmiş, SKMF-ə məlumat verilib-verilməməsini bilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-xətşünaslıq ekspertizasının 10 oktyabr 2017-ci il tarixli 21512 saylı rəyində göstərilmişdir ki, Şahid1 hesabında 12000 manat olmasını əks etdirən 14.09.2015-ci il tarixli 08 saylı “memorial order”in məsul icraçı qrafasında olan imza - Şahid9 tərəfindən icra olunmuşdur. Şahid1 hesabında 15000 manat olmasını əks etdirən 14.09.2015-ci il tarixli 1230 saylı “Bildiriş”in “Təqsirləndirilən şəxs” yazısının qarşısındakı imza, 14.09.2015-ci il tarixli kredit müqaviləsi üzrə “ödəniş cədvəli”nin “Borcverən” qrafasındaki imza - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Şahid1 hesabında 12000 manat olmasını əks etdirən 14.09.2015-ci il tarixli 1230 saylı “Bildiriş”in aşağı hissəsində “Bildirişi qəbul etdim” yazılarının qarşısındakı mza, 14.09.2015-ci il tarixli kredit müqaviləsi üzrə “ödəniş cədvəli”nin “borcalan” qrafasındakı imza - Şahid1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-sənədlərin texniki ekspertizasının 10 oktyabr 2017-ci il tarixli 21681 saylı rəyinə əsasən həmin sənədlərdə olan imzaların birbaşa icra edildiyi müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-xətşünaslıq ekspertizasının 10 oktyabr 2017-ci il tarixli 21512 saylı rəyindən görünür ki, Şahid2 hesabında 14800 manat olmasını əks etdirən 30.09.2015-ci il tarixli 03 saylı “memorial order”in məsul icraçı qrafasında olan imza Şahid9 tərəfindən icra olunmuşdur. Şahid2 hesabında 14800 manat olmasını əks etdirən 30.09.2015-ci il tarixli 1310/3 saylı “Bildiriş”in “Təqsirləndirilən şəxs” yazısının qarşısındakı, 30.09.2015-ci il tarixli kredit müqaviləsi üzrə “ödəniş cədvəli”nin “Borcverən” qrafasındaki imza Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Şahid2 hesabında 14800 manat olmasını əks etdirən 30.09.2015-ci il tarixli 1310/3 saylı “Bildiriş”in aşağı hissəsində “Bildirişi qəbul etdim” yazılarının qarşısındakı imza, 30.09.2015-ci il tarixli kredit müqaviləsi üzrə “ödəniş cədvəli”nin “borcalan” qrafasındakı imza Şahid2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-sənədlərin texniki ekspertizasının 10 oktyabr 2017-ci il tarixli 21681 saylı rəyinə əsasən həmin sənədlərdə olan imzaların birbaşa icra edildiyi müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-xətşünaslıq ekspertizasının 10 oktyabr 2017-ci il tarixli 21512 saylı rəyindən görünür ki, Şahid3 hesabında 14500 manat olmasını əks etdirən 30.09.2015-ci il tarixli 08 saylı “memorial order”in məsul icraçı qrafasında olan imza Şahid9 tərəfindən icra olunmuşdur. Şahid3 hesabında 14500 manat olmasını əks etdirən 30.09.2015-ci il tarixli 1310 saylı “Bildiriş”in “Təqsirləndirilən şəxs” yazısının qarşısındakı imza, 30.09.2015-ci il tarixli kredit müqaviləsi üzrə “ödəniş cədvəli”nin “Borcverən” qrafasındaki imza Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Şahid3 hesabında 14500 manat olmasını əks etdirən 30.09.2015-ci il tarixli 1310 saylı “Bildiriş”in aşağı hissəsində “Bildirişi qəbul etdim” yazılarının qarşısındakı imza, 30.09.2015-ci il tarixli kredit müqaviləsi üzrə “ödəniş cədvəli”nin “borcalan” qrafasındakı imza Şahid3 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-sənədlərin texniki ekspertizasının 10 oktyabr 2017-ci il tarixli 21681 saylı rəyinə əsasən həmin sənədlərdə olan imzaların birbaşa icra edildiyi müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-xətşünaslıq ekspertizasının 10 oktyabr 2017-ci il tarixli 21512 saylı rəyindən görünür ki, Şahid4 hesabında 14900 manat olmasını əks etdirən 30.09.2015-ci il tarixli 01 saylı “memorial order”in məsul icraçı qrafasında olan imza Şahid9 tərəfindən icra olunmuşdur. Şahid4 hesabında 14900 manat olmasını əks etdirən 30.09.2015-ci il tarixli 1310/7 saylı “Bildiriş”in “Təqsirləndirilən şəxs” yazısının qarşısındakı imza, 30.09.2015-ci il tarixli kredit müqaviləsi üzrə “ödəniş cədvəli”nin “Borcverən” qrafasındaki imza Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Şahid4 hesabında 14900 manat olmasını əks etdirən 30.09.2015-ci il tarixli 1310/7 saylı “Bildiriş”in aşağı hissəsində “Bildirişi qəbul etdim” yazılarının qarşısındakı imza, 30.09.2015-ci il tarixli kredit müqaviləsi üzrə “ödəniş cədvəli”nin “borcalan” qrafasındakı imza Şahid4 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-sənədlərin texniki ekspertizasının 10 oktyabr 2017-ci il tarixli 21681 saylı rəyinə əsasən həmin sənədlərdə olan imzaların birbaşa icra edildiyi müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-xətşünaslıq ekspertizasının 10 oktyabr 2017-ci il tarixli 21512 saylı rəyindən görünür ki, Şahid5 hesabında 15.000 manat olmasını əks etdirən 30.09.2015-ci il tarixli 02 saylı “memorial order”in məsul icraçı qrafasında olan imza Şahid9 tərəfindən icra olunmuşdur. Şahid5 hesabında 15000 manat olmasını əks etdirən 30.09.2015-ci il tarixli 1310/8 saylı “Bildiriş”in “Təqsirləndirilən şəxs” yazısının qarşısındakı imza, 30.09.2015-ci il tarixli kredit müqaviləsi üzrə “ödəniş cədvəli”nin “Borcverən” qrafasındaki imza Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Şahid5 hesabında 15000 manat olmasını əks etdirən 30.09.2015-ci il tarixli 1310/8 saylı “Bildiriş”in aşağı hissəsində “Bildirişi qəbul etdim” yazılarının qarşısındakı imza, 30.09.2015-ci il tarixli kredit müqaviləsi üzrə “ödəniş cədvəli”nin “borcalan” qrafasındakı imza Şahid5 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-sənədlərin texniki ekspertizasının 10 oktyabr 2017-ci il tarixli 21681 saylı rəyinə əsasən həmin sənədlərdə olan imzaların birbaşa icra edildiyi müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-xətşünaslıq ekspertizasının 10 oktyabr 2017-ci il tarixli 21512 saylı rəyində göstərilmişdir ki, X5 hesabında 15000 manat olmasını əks etdirən 14.09.2015-ci il tarixli 05 saylı “memorial order”in məsul icraçı qrafasında olan imza Şahid9 tərəfindən icra olunmuşdur. X5 hesabında 15000 manat olmasını əks etdirən 14.09.2015-ci il tarixli 1230/4 saylı “Bildiriş”in “Təqsirləndirilən şəxs” yazısının qarşısındakı imza, 14.09.2015-ci il tarixli kredit müqaviləsi üzrə “ödəniş cədvəli”nin “Borcverən” qrafasındaki imza Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. X5 hesabında 15000 manat olmasını əks etdirən 14.09.2015-ci il tarixli 1230/4 saylı “Bildiriş”in aşağı hissəsində “Bildirişi qəbul etdim” yazılarının qarşısındakı imza, 14.09.2015-ci il tarixli kredit müqaviləsi üzrə “ödəniş cədvəli”nin “borcalan” qrafasındakı imza X17 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-sənədlərin texniki ekspertizasının 10 oktyabr 2017-ci il tarixli 21681 saylı rəyinə əsasən həmin sənədlərdə olan imzaların birbaşa icra edildiyi müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan SKMF-nin əməkdaşları tərəfindən keçirilmiş 03.12.2015-ci il tarixli monitorinq aktından görünür ki, Şahid1 verilməsi üçün ayrılmış 12.000 manat kredit vəsaiti sonuncuya təqdim edilməmişdir Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan SKMF-nin əməkdaşları tərəfindən keçirilmiş 03.12.2015-ci il tarixli monitorinq aktından görünür ki, Şahid2 verilməsi üçün ayrılmış 14.800 manat kredit vəsaiti sonuncuya təqdim edilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan SKMF-nin əməkdaşları tərəfindən keçirilmiş 03.12.2015-ci il tarixli monitorinq aktından görünür ki, Şahid3 verilməsi üçün ayrılmış 14.500 manat kredit vəsaiti sonuncuya təqdim edilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan SKMF-nin əməkdaşları tərəfindən keçirilmiş 03.12.2015-ci il tarixli monitorinq aktından görünür ki, Şahid4 verilməsi üçün ayrılmış 14.900 manat kredit vəsaiti sonuncuya təqdim edilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan SKMF-nin əməkdaşları tərəfindən keçirilmiş 03.12.2015-ci il tarixli monitorinq aktından görünür ki, Şahid5 verilməsi üçün ayrılmış 15.000 manat kredit vəsaiti sonuncuya təqdim edilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan SKMF-nin əməkdaşları tərəfindən keçirilmiş 03.12.2015-ci il tarixli monitorinq aktından görünür ki, X7 verilməsi üçün ayrılmış 15.000 manat kredit vəsaiti sonuncuya təqdim edilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Ləğvetmə prosesində olan "xxxx" ASC-nin 06 oktyabr 2017-ci il tarixli məktubundan görünür ki, "xxxx" ASC ilə Sahibkarlığa Kömək Milli Fondu arasında bağlanmış müqaviləyə əsasən köçürülən vəsaitlər X9 müxbir hesabına köçürülmüş, "xxxx" ASC-nin Fondun vəsaitlərinin idarə edilməsi ilə əlaqədar xüsusi hesablaşma hesabı olmamış, Bankın lisenziyası ləğv edilən 22 yanvar 2016-cı il tarixdə kassa qalığı 41.303 manat, müxbir hesab üzrə qalıq 42.387 manat təşkil etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-mühasibat ekspertizasının 15 iyul 2020-ci il tarixli 5557 saylı rəyindən görünür ki, ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun məlumatına əsasən “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondu” tərəfindən Şahid1 verilməsi üçün 14.09.2015-ci il tarixdə 12.000 manat, Şahid2 verilməsi üçün 30.09.2015-ci il tarixdə 14.800 manat, Şahid3 verilməsi üçün 30.09.2015-ci il tarixdə 14.500 manat, Şahid4 verilməsi üçün 30.09.2015-ci il tarixdə 14.900 manat, Şahid5 verilməsi üçün 30.09.2015-ci il tarixdə 15.000 manat, X10 verilməsi üçün 14.09.2015-ci il tarixdə 15.000 manat olmaqla cəmi 86.200 manat pul vəsaiti ayrılmışdır. Həmçinin iş materiallarında olan memorial orderlərə və bildirişlərə əsasən Şahid1 verilməsi üçün 14.09.2015-ci il tarixdə 12.000 manat, Şahid2 verilməsi üçün 30.09.2015-ci il tarixdə 14.800 manat, Şahid3 verilməsi üçün 30.09.2015-ci il tarixdə 14.500 manat, Şahid4 verilməsi üçün 30.09.2015-ci il tarixdə 14.900 manat, Şahid5 verilməsi üçün 30.09.2015-ci il tarixdə 15.000 manat, X10 verilməsi üçün 14.09.2015-ci il tarixdə 15.000 manat məbləğində pul vəsaitləri köçürülmüşdür. Həmin memorial orderlərdən göründüyü kimi kredit hissədə “41040” saylı hesab və debet hissədə isə “35590” saylı hesablar əks olunmuşdur. Azərbaycan Respublikasının Bank sistemi üçün hesablar planına əsasən “35590” saylı hesab-Rezident bank olmayan kredit təşkilatlarından alınmış uzunmüddətli kreditlər (milli valyutada) hesabı, “41040” saylı hesab isə- Rezident fərdi sahibkarların cari hesabıdır. Belə olan halda iş materiallarında olan Memorial orderlərə əsasən Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondu” tərəfindən kredit təşkilatının hesabından fərdi sahibkarların hesabına ümumilikdə 86.200 manat məbləğində pul vəsaitlərinin köçürülməsi müəyyən olunur. Lakin iş materiallarında adları göstərilmiş vətəndaşlara ayrılmış pul vəsaitlərinin həmin sahibkarlar tərəfindən alınmasını və hansı öhdəliklərə yönəldilməsini müəyyən etmək üçün kredit dosyesinin (kredit müqaviləsi, hesabdan çıxarış, kassa məxaric orderi və sair sənədlər) mövcudluğu mütləqdir. Qeyd olunur ki, kredit dosyesində borcalanın özünün, yaxud onun vəkalətli şəxsinin (şəxslərinin) imzası ilə təsdiq edilmiş tələb edilən kreditin məbləği, valyutası və müddəti göstərilməklə kredit sifarişi, borcalanın fəaliyyət sahəsi (məşğuliyyət sahəsi və ya sosial statusu) barədə məlumat, vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) göstərməklə vergi orqanı tərəfindən verilmiş qeydiyyat şəhadətnaməsinin surəti, kreditin ödənilməsi mənbəyi, bank tərəfindən hazırlanmış borcalanın krediti ödəmə qabiliyyətinin qiymətləndirilməsinə dair hesabat, biznes-plan, daxili prosedurlarla nəzərdə tutulmuş qaydada kreditin verilməsinə dair bankın müvafiq bölmələrinin və ya səlahiyyətli şəxslərinin rəyi, bankın səlahiyyətli bölmələrinin kreditlərin verilməsinə dair iclas protokolunun surəti və ya müvafiq səlahiyyətli şəxslərin imzası ilə kreditin verilməsi haqqı, tutduğu vəzifə və iş müddəti göstərilməklə onun iş yerindən arayış və ya digər mənbələrdən aldığı gəlir. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 24 avqust 2015-ci il tarixdən 25 aprel 2016-cı il tarixədək 13 aprel 1995-ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" Səhmdar-Kommersiya Bankının hüquqi varisi olan, Gəncə şəhəri, Atatürk prospekti, 260 ünvanında yerləşən, "xxxx" ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləyərkən kredit almaq üçün 2015-ci il ərzində Bankın Baş ofisinə müraciət etmiş ayrı-ayrı şəxslərin sifarişlərinə müvəkkil kredit təşkilatı kimi əvvəlcə həmin Bank tərəfindən baxılmaqla müsbət rəy verildikdən sonra qeyd edilən Fonda göndərilməsini təşkil edərək vəsaitin ayrılmasında iştirak etmiş, Fond tərəfindən ayrı-ayrı şəxslərə kredit verilməsi üçün müxtəlif tarixlərdə Banka köçürülmüş pul vəsaitini, o cümlədən Şahid1 verilməsi üçün 14.09.2015-ci il tarixdə 12.000 manat, Şahid2 verilməsi üçün 30.09.2015-ci il tarixdə 14.800 manat, Şahid3 verilməsi üçün 30.09.2015-ci il tarixdə 14.500 manat, Şahid4 verilməsi üçün 30.09.2015-ci il tarixdə 14.900 manat, Şahid5 verilməsi üçün 30.09.2015-ci il tarixdə 15.000 manat, X7 verilməsi üçün 14.09.2015-ci il tarixdə 15.000 manat olmaqla Banka köçürülmüş cəmi 86.200 manat pul vəsaitini adlarına sifariş verilmiş şəxslərə kredit kimi təqdim edilməsindən müxtəlif əsaslarla imtina olunması barədə göstərişi icra etməklə, “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”, bu barədə Fondla Bank arasında bağlanmış müqavilə və digər sahəvi aktların tələblərinə əsasən ayrılmış vəsaitin iki gün ərzində müvafiq rəsmiləşdirmə aparmaqla sahibkarlıq subyektlərinə verilməli və bu barədə Fonda məlumat təqdim edilməli olduğu halda, həmin tələbə əməl olunmadan, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə guya ayrılmış pul vəsaitinin sahibkarların bank hesabına köçürüldüyünü təsdiq edən saxta memorial orderlər, bununla bağlı onlara məlumat verilməsini təsdiq edən və üzərində müştəri tərəfindən qəbul edilməsinə dair qeyd olan saxta bildirişlər, onlarla kredit müqaviləsi bağlanması və kredit vəsaitinin müvafiq qaydada ödəniləcəyini özündə ehtiva edən saxta ödəniş cədvəllərini, o cümlədən müvafiq olaraq Şahid1 adına 14.09.2015-ci il tarixli 08 nömrəli memorial order, 1230 nömrəli bildiriş, 0984 nömrəli ödəniş cədvəli, Şahid2 adına 30.09.2015-ci il tarixli 03 nömrəli memorial order, 1310/3 nömrəli bildiriş, 0582 nömrəli ödəniş cədvəli, Şahid3 adına 30.09.2015-ci il tarixli 08 nömrəli memorial order, 1310 saylı bildiriş, 0986 nömrəli ödəniş cədvəli, Şahid4 adına 30.09.2015-ci il tarixli 01 nömrəli memorial order, 1310/7 nömrəli bildiriş, 0987 nömrəli ödəniş cədvəli, Şahid5 adına 30.09.2015-ci il tarixli 02 nömrəli memorial order, 1310/8 nömrəli bildiriş, 1006 nömrəli ödəniş cədvəli, X5 adına 14.09.2015-ci il tarixli 05 nömrəli memorial order, 1230/4 nömrəli bildiriş, 0988 nömrəli ödəniş cədvəlini bankın digər vəzifəli şəxsləri ilə birlikdə hazırlayıb imzaları ilə təsdiq etməklə, Fonda göndərilməsini təmin etmiş, ümumilikdə 86.200 manat pul vəsaitini adlarına sifariş olunmuş qeyd edilən şəxslərə verilməsindən imtina edilməsinə baxmayaraq vəsaitin Fonda qaytarmasını təmin etməmiş və Şahid7 öz məqsədlərinə xərclənməsini təşkil etmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən tədqiq edilmiş sübutlar Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun əldə edilmiş, müqayisəli şəkildə yoxlanılmış və qiymətləndirilmişdir. Tədqiq edilən sübutlar mötəbələrlilik tələblərinə cavab vermiş, təqsirlilik məsələsinin həlli üçün kifayət etmiş, Təqsirləndirilən şəxs əməli CM-in 308.2 və 313-cü maddələri ilə düzgün tövsif edilmişdir. Belə ki, sübut dedikdə məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) başa düşülür (CPM-in 124.1-ci madd.). Cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları yalnız sübutlara əsasən müəyyən edilir (CPM-in 139.0 və 139.0.1-ci maddələri). Sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər (CPM-in 125-ci madd.). CPM-in 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-in 145.1 və 145.2-ci maddələri). Azərbaycan Respublikası CPM-in 349.5-ci maddəsinə görə məhkəmənin hökmü o halda əsaslı hesab edilir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslansın, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etsin və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlsin (CPM-in 349.5-ci madd.). Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham ondan ibarətdir ki, o, "xxxx" ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləyərkən öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib işlədiyi "xxxx" ASC-nin əsas təsisçisi olmaqla Müşahidə Şurasının sədri vəzifəsində işləyən və faktiki olaraq Bankın bütün fəaliyyətinə rəhbərliyi həyata keçirən məsul şəxs Şahid7 və özü üçün üstünlük, yəni Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına güzəştli şərtlərlə kredit vəsaiti ayrılmasına nail olmaqla, ayrılacaq kredit vəsaitinə Şahid7 qanunsuz sərəncam vermək, gəlir əldə etməsi üçün onun qarşısında nüfuz qazanmaq, özünü işgüzar, göstərişləri vaxtında və dürüst icra edən işçi kimi göstərməklə, həmin şərtlərlə kredit almaq üçün 2015-ci il ərzində Bankın Baş ofisinə müraciət etmiş ayrı-ayrı şəxslərin sifarişlərinə müvəkkil kredit təşkilatı kimi əvvəlcə həmin Bank tərəfindən baxılmaqla müsbət rəy verildikdən sonra qeyd edilən Fonda göndərilməsini təşkil edərək, vəsaitin ayrılmasında iştirak etmiş, Fond tərəfindən ayrıayrı şəxslərə kredit verilməsi üçün müxtəlif tarixlərdə Banka köçürülmüş pul vəsaitini, o cümlədən Şahid1 verilməsi üçün 14.09.2015-ci il tarixdə 12.000 manat, Şahid2 verilməsi üçün 30.09.2015-ci il tarixdə 14.800 manat, Şahid3 verilməsi üçün 30.09.2015-ci il tarixdə 14.500 manat, Şahid4 verilməsi üçün 30.09.2015-ci il tarixdə 14.900 manat, Şahid5 verilməsi üçün 30.09.2015-ci il tarixdə 15.000 manat, X7 verilməsi üçün 14.09.2015-ci il tarixdə 15.000 manat olmaqla Banka köçürülmüş cəmi 86.200 manat pul vəsaitini adlarına sifariş verilmiş şəxslərə kredit kimi təqdim edilməsindən müxtəlif əsaslarla imtina olunması barədə göstərişi icra etməklə, “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”, bu barədə Fondla Bank arasında bağlanmış müqavilə və digər sahəvi aktların tələblərinə əsasən ayrılmış vəsaitin iki gün ərzində müvafiq rəsmiləşdirmə aparmaqla sahibkarlıq subyektlərinə verilməli və bu barədə Fonda məlumat təqdim edilməli olduğu halda, həmin tələbə əməl olunmadan, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə guya ayrılmış pul vəsaitinin sahibkarların bank hesabına köçürüldüyünü təsdiq edən saxta memorial orderlər, bununla bağlı onlara məlumat verilməsini təsdiq edən və üzərində müştəri tərəfindən qəbul edilməsinə dair qeyd olan saxta bildirişlər, onlarla kredit müqaviləsi bağlanması və kredit vəsaitinin müvafiq qaydada ödəniləcəyini özündə ehtiva edən saxta ödəniş cədvəllərini, o cümlədən müvafiq olaraq Şahid1 adına 14.09.2015-ci il tarixli 08 nömrəli memorial order, 1230 nömrəli bildiriş, 0984 nömrəli ödəniş cədvəli, Şahid2 adına 30.09.2015-ci il tarixli 03 nömrəli memorial order, 1310/3 nömrəli bildiriş, 0582 nömrəli ödəniş cədvəli, Şahid3 adına 30.09.2015-ci il tarixli 08 nömrəli memorial order, 1310 saylı bildiriş, 0986 nömrəli ödəniş cədvəli, Şahid4 adına 30.09.2015-ci il tarixli 01 nömrəli memorial order, 1310/7 nömrəli bildiriş, 0987 nömrəli ödəniş cədvəli, Şahid5 adına 30.09.2015-ci il tarixli 02 nömrəli memorial order, 1310/8 nömrəli bildiriş, 1006 nömrəli ödəniş cədvəli, X5 adına 14.09.2015-ci il tarixli 05 nömrəli memorial order, 1230/4 nömrəli bildiriş, 0988 nömrəli ödəniş cədvəlini bankın digər vəzifəli şəxsləri ilə birlikdə hazırlayıb imzaları ilə təsdiq etməklə, Fonda göndərilməsini təmin etmiş, ayrılmış külli miqdar təşkil edən ümumilikdə 86.200 manat pul vəsaitini adlarına sifariş olunmuş qeyd edilən şəxslərə verilməsindən imtina edilməsinə baxmayaraq, vəsaitin Fonda qaytarmasını təmin etməmiş və Şahid7 öz məqsədlərinə xərclənməsini təşkil edib dövlətin sahibkarlıq sahəsinin inkişafı ilə bağlı fəaliyyəti və həmin sahədə qarşıya qoyulmuş məqsədlərə nail olunması istiqamətində aparılan işlərə xələl gətirən həmin əməlləri ilə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş və sair şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsi ilə vəzifə saxtakarlığı törətmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü qismən təqsirli hesab etsə də, onun həmin cinayəti törətməsi şahidlərin ifadələri, ekspert rəyləri, mühasibat sənədləri və digər iş materialları ilə tamamilə təsdiq edildiyindən, o, Azərbaycan Respublikası CM-in 308.2 və 313-cü maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməlidir. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-in 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-in 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Azərbaycan Respublikası CM-in 8.1 və 58.3-cü maddələrində ədalətli cəzanın meyarları göstərilmiş, qeyd edilmişdir ki, ədalətli cəza dedikdə cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olan, onun islah olunmasına xidmət edən cəza və cinayət-hüquqi xarakterli tədbirlər başa düşülür. Həmçinin CM-in 41.1-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. 41.2-ci maddəsində isə qeyd edilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini məhkəmələr sözsüz təmin etməlidir. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası DİN-dən BƏSİİ-dən alınmış 29.06.2017-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası SəhiyyəNazirliyi Samux Rayon Mərkəzi Xəstəxanasının 08.01.2020-ci il tarixli 21 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həqiqətən 2014-cü il tarixdən halhazıradək Samux MRX-in endokrinoloji kabinetində dispnaser qeydiyyatındadır (diaqnoz şəkərli diabet İİ tip.). Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Samux rayon İHB-nin Samux şəhər İƏD-si üzrə namayəndəsinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayıəş yeri üzrə müsbət xarekterizə edilir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Gəncə Apelyasiya Məhkəməsinin 18.02.2002-ci il tarixli 1(104)-15/2022 saylı hökmündən görünür ki, həmin hökm ilə, Şahid7 Azərbaycan Respublikası CM-in 313-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinmiş, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə ona həmin maddə ilə cəza təyin edilməmiş, CM-in 179.3.2-ci maddəsi ilə təqsirli bilinib barəsində CM-in 46-cı maddəsi tətbiq edilməklə üç il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 7 il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 308.2-ci maddəsi ilə təqsirli bilinib üç il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü və 66.4-cü maddələrinə əsasən Şahid7 təyin edilmiş əsas və əlavə cəzalar qismən toplanılmaqla onun üzərində qəti olaraq 4 il müddətinə dövlət orqanlarında və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış və Şahid7 təyin edilmiş əsas cəza CM-in 70-ci maddəsi tədbiq edilməklə 4 il sınaq müddəti ilə şərti hesab edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X6 ifadəsindən görünür ki, cinayət işi üzrə zərərçəkmiş şəxs olaraq Təqsirləndirilən şəxs heç bir tələbləri yoxdur və cəza məsələsini məhkəmənin mülahizəsinə buraxırlar. Beləliklə, məhkəmə CM-in 58.3-cü maddəsində göstərilən meyarlar üzrə cəza təyini məsələlərini müzakirə edərək, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə cəzanın təqsirkarın islah olunmasına və onun həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi CM-in 308.2-ci maddəsi ilə əsas cəza qismində azadlıqdan məhrum etmə cəzası, eyni zaman da onun qeyd olunan cinayəti qulluq mövqeyindən istifadə etməklə törətdiyi nəzərə alınmaqla CM-in 46-cı maddəsi tətbiq edilməklə əlavə cəza olaraq müəyyən müddətə bank sektorunda rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, qeyd olunanlar nəzərə alınmaqla Təqsirləndirilən şəxs CM-in 308.2-ci maddəsi ilə təqsirli bilinib müəyyən müddətə bank sektorunda rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Eyni zamanda cinayət işinin materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş CM-in 313-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlləri üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən o, CM-in 313-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, lakin CPM-in 44-cü maddəsinə əsasən ona həmin maddə ilə cəza təyin edilməməlidir. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, yaşını (63 yaşında olmasını), şəkər xəstəliyindən əziyyət çəkməsini, uzun illər məsul vəzifələrdə işləməsini, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, o, yuxarıda qeyd edilən əsas cəzanı real olaraq çəkmədən islah oluna bilər. Məhkəmə bu qənaətə gələrkən təqsirləndirilən şəxsin islah olunma yönündə olan hərəkətlərini CM-in 70-ci maddəsinin tələbləri baxımından qiymətləndirmişdir. Belə ki, Azərbaycan Respublikası CM-in 70.1 və 70.2-ci maddələrində göstərilmişdir ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. CM-in 70-ci maddəsinin mənasından aydın olur ki, qanunverici cəzanın şərti hesab edilməsini bir haldan asılı etmişdir ki, bu da təqsirkarın cəzanı real olaraq çəkmədən islah olunmasının mümkünlüyüdür. İslah olunmanın konkret meyarları qanunvericiliklə müəyyən edilməsə də vahid məhkəmə təcrübəsindən çıxış edərək belə nəticəyə gəlmək olar ki, islah olunma təqsirkarın öz əməlinin ictimai təhlükəlilyini dərk etməsindən, öz əməlinə olan cinayətkar münasibətinin dəyişməsindən, yəni əməlindən səmimi peşman olmasından, cinayəti törətdikdən sonra zərərçəkmiş şəxslərlə barışmasından və ya buna səmimi cəhdlər etməsindən, bir sözlə törətdiyi cinayətin ictimai təhlükəli nəticələrini aradan qaldırmağa cəhd etməsindən ibarətdir. İslah olunma elə bir prosesi nəzərdə tutur ki, təqsirkarın cəza təyininədək olan davranışı ona cəzanın real təyin edilməsinə imkan vermir, yəni onun cəzanı real çəkməsinə lüzum qalmır. Belə ki, cəza təyin edən məhkəmədə inam formalaşır ki, təqsirkar artıq islah olunmağa başlamışdır və onu real cəzaya məhkum etmədən də cəzanın məqsədlərinə nail olmaq olar. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 25-ci bəndində göstərilmişdir ki, şərti məhkum etmə yalnız CM-in 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. CM-in 8.1-ci maddəsində göstərilmişdir ki, cəza və digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Beləliklə məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş əsas cəza CM-in 70-ci maddəsi tədbiq edilməklə şərti hesab edilməli, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, sınaq müddəti ərzində üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına gəlmək, həmçinin davranışı ilə islah olunduğunu sübut etmək məqsədilə əlavə cəza müstəqil icra edilməli, cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya xidmətinə həvalə edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CPM-in 197.1.4-cü maddəsinə əsasən iş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 200 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq ekspertiza mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 10 (on) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası CPM-in 193.2-ci və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 10 (on) saat hüquqi yardıma görə Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 60 (altmış) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur, CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353-cü, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 313-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə ona həmin maddə ilə cəza təyin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 308.2-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə bank sektorunda rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş əsas cəza CM-in 70-ci maddəsi tədbiq edilməklə 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına gəlmək, həmçinin davranışı ilə islah olunduğunu sübut etmək vəzifələri qoyulsun. Bank sektorunda rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə növündə əlavə cəza müstəqil icra edilsin. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya xidmətinə həvalə edilsin. Hökm qanuni qüvvəyyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının cəmi dəyəri 200 (iki yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE********************saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından, Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 60 (altmış) manat məbləğində pul keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Rasim Kazımov
Məhkəmə qərarları › İş №1(044)-3/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-3/2022
10.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver