Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-30/2022 11.01.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Rüstəmov Turan Aydın qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1997-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Gəncə şəhəri, Nizami rayonu, M.A.Abbaszadə küçəsi ev 82də qeydiyyatda olan, ünvan 2-da yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq ələ keçirtmək məqsədi və tamah niyyəti ilə 10 iyul 2020-ci il tarixdə, saat 03 radələrində Gəncə şəhəri, Qəmərli küçəsində yaşayan Zərərçəkmiş şəxs yaşadığı evə qanunsuz daxil olub oradan 80 manat dəyərində bir ədəd LG markalı DVD, 120 manat dəyərində peyk antenasının ötürücü aparatını, 300 manat dəyərində işlənməmiş vəziyyətdə bir ədəd 5 metrin 6 metrə nisbətində «Kaşmir» markalı xalçanı, 300 manat dəyərində işlənməmiş vəziyyətdə bir ədəd 4 metrin 5 metrə nisbətində «Kaşmir» markalı xalçanı,100 manat dəyərində işlənməmiş vəziyyətdə bir ədəd markasını xatırlamadığı mobil telefonu, bir ədəd üç kiloqramlıq bankaya yığılmış 50 qəpikliklərdən ibarət 1000 manat nəğd pulu, 50 manat dəyərində işlənmiş vəziyyətdə bir ədəd diabet xəstələri üçün olan “Counter Plus” markalı aparatı, 80 manat dəyərində işlənməmiş vəziyyətdə bir ədəd yataq dəstini, 180 manat dəyərində işlənməmiş vəziyyətdə dörd ədəd qazanlardan ibarət bir qazan dəstini, 5 manat dəyərində bir ədəd şüşə kəsən aləti, 40 manat dəyərində işlənməmiş vəziyyətdə bir ədəd “Nikai” markalı mikseri, 70 manat dəyərində işlənməmiş vəziyyətdə bir ədəd “Evrolux” markalı ətçəkəni, hər bir cütünün qiyməti 3 manat olmaqla 150 manat dəyərində işlənməmiş vəziyyətdə 50 cüt qadın corabını, hər bir cütünün qiyməti 3 manat olmaqla 60 manat dəyərində işlənməmiş vəziyyətdə 20 cüt kişi corabını, hər birinin qiyməti 55 manat olmaqla 110 manat dəyərində 2 ədəd yataq dəstini, hər birinin qiyməti 20 manat olmaqla 200 manat dəyərində işlənməmiş vəziyyətdə 10 ədəd hamam dəsmalını, hər birinin qiyməti 30 manat olmaqla 180 manat dəyərində işlənməmiş vəziyyətdə altı ədəd kişi köynəyini, eyni zamanda dəyəri istintaqa məlum olmayan işlənmiş vəziyyətdə bir ədəd qadın qol saatını, bir ədəd 5 metrlik pərdəni və 3 metrin 3 metrə nisbətində istifadə edilməmiş 2 ədəd donluq parçanı, ümumilikdə 2905 (iki min doqquz yüz beş) manat dəyərində əmlakı gizli yolla talayaraq oğurlamışdır. Təqsirləndirilən şəxs (bundan sonra Təqsirləndirilən şəxs) törətmiş olduğu cinayət əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, iş üzrə dindirilmiş şahidlərin ifadələri, maddi sübut, ekspertiza rəyi, işdə olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, ünvan 2da anası X2 və qardaşı X5 ilə birlikdə yaşayır. X10 hal-hazırda Rusiya Federasiyasında yaşayır. Onun ailəsində heç kim işləmir, atası Ramiz hər ay, bəzən isə 2 aydan bir onlara pul göndərir və həmin pulla ailəsi dolanır. O, işləmədiyi üçün çox vaxt cibində pulu olmadığı üçün 09 iyul 2020-ci il tarixdə qərara gəlmişdir ki, yaşadığı küçənin yaxınlığında yerləşən Qəmərli küçəsində olan yaşayış olmayan evə girib oradan əşya oğurlayıb satsın. O, evin sahiblərini tanımasa da evdə yaşayış olmadığını bilmişdir. 10 iyul 2020-ci il tarixdə, saat 03 radələrində o, tək Qəmərli küçəsinə getmiş və orada oğurluq etmək istədiyi evin hasarına bitişik olan digər evin darvazasına yaxınlaşmış və o, həmin əyilmiş vəziyyətdə olan darvazanın yan tərəfindən boş həyətə daxil olub evin həyətinə daxil olmuşdur. Evin həyətində olan aşağısı beton, üzəri isə barmaqlıqlarla əhatələnmiş hasarın qapısından içəri daxil olmuş və üzərində gətirdiyi cib bıçağı ilə evin giriş qapısını açıb evin zalına daxil olmuşdur. O, evin zalından 1 ədəd DVD playeri, 1 ədəd peyk anteninin ötürücü aparatı və 1 ədəd şüşə kəsmək üçün istifadə edilən aləti götürüb kənara qoymuşdur. Bundan sonra evin yataq otağına daxil olmuş, oradan 1 ədəd içərisinə qəpiklər yığılmış 3 kiloqramlıq şüşə banka, 1 ədəd mikser aparatı və 1 ədəd sellofan torbada olan SSRİ dövlətinə aid köhnə qəpikləri götürüb evin zalına qayıtmış, bundan sonra isə oğurladığı əşyaları götürüb evi tərk etmişdir. O, oğurladığı əşyaları da aparıb yaşadığı evin zirzəmisinə qoymuşdur. O, bankanın içərisində yerdən üzü yuxarı təxminən 5 sm hündürlükdə yalnız 50 qəpikliklər yığılmış bankanın qapağını açıb qəpilkəri yerə töküb saymış, bankanın içərisində 62 manat pul olduğunu müəyyən etmiş və həmin pulları öz ehtiyaclarına xərcləmişdir. 25 iyul 2020-ci tarixdə günorta saatlarında polis əməkdaşları onu saxlayaraq oğurluqda şübhəli olduğunu bildirmişlər. O, Zərərçəkmiş şəxs məxsus yaşayış evinə tək daxil olmuş və onu ətrafdan görən olmamışdır. Törətdiyi əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, onun yaşadığı evdən 80 manat dəyərində bir ədəd LG markalı DVD, 120 manat dəyərində peyk antenasının ötürücü aparatı, 300 manat dəyərində işlənməmiş vəziyyətdə bir ədəd 5 metrin 6 metrə nisbətində «Kaşmir» markalı xalça, 300 manat dəyərində işlənməmiş vəziyyətdə bir ədəd 4 metrin 5 metrə nisbətində «Kaşmir» markalı xalça, 100 manat dəyərində işlənməmiş vəziyyətdə bir ədəd markasını xatırlamadığı mobil telefon, bir ədəd 3 kiloqramlıq bankaya yığdığı 50 qəpikliklərdən ibarət 1000 manat nəğd pulu, 50 manat dəyərində işlənmiş vəziyyətdə bir ədəd diabet xəstələri üçün olan “Counter Plus” markalı aparat, 80 manat dəyərində işlənməmiş vəziyyətdə bir ədəd yataq dəsti, 180 manat dəyərində işlənməmiş vəziyyətdə dörd ədəd qazanlardan ibarət bir qazan dəsti, 5 manat dəyərində bir ədəd şüşə kəsən alət, 40 manat dəyərində işlənməmiş vəziyyətdə bir ədəd “Nikai” markalı mikser, işlənmiş vəziyyətdə bir ədəd qadın saatı, 70 manat dəyərində işlənməmiş vəziyyətdə bir ədəd “Evrolux” markalı ətçəkən, hər bir cütünün qiyməti 3 manat olmaqla 150 manat dəyərində işlənməmiş vəziyyətdə 50 cüt qadın corabı, hər bir cütünün qiyməti 3 manat olmaqla 60 manat dəyərində işlənməmiş vəziyyətdə 20 cüt kişi corabı, işlənmiş vəziyyətdə bir ədəd 5 metrlik pərdə, hər birinin qiyməti 55 manat olmaqla 110 manat dəyərində 2 ədəd yataq dəsti, 3 metrin 3 metrə nisbətində istifadə edilməmiş iki ədəd donluq parça, hər birinin qiyməti 20 manat olmaqla 200 manat dəyərində işlənməmiş vəziyyətdə 10 ədəd hamam dəsmalı, hər birinin qiyməti 30 manat olmaqla 180 manat dəyərində işlənməmiş vəziyyətdə altı ədəd kişi köynəyi oğurlanmışdır. Məhkəmə iclasında dindirilmiş Şahid2 göstərmişdir ki, ailəlidir və öz ailəsi ilə birlikdə Qəmərli küçəsində yaşayırlar. 05 iyul 2020-ci il tarixdə atası xəstə olduğu üçün anasıgil ailəlikcə istirahət etmək üçün Daşkəsən rayonu, Xoşbulaq kəndinə getmişlər. 05 iyul 2020ci il tarixdən 10 iyul 2020-ci il tarixədək olan müddət ərzində Gəncə şəhəri Qəmərli küçəsində anasıgilə məxsus fərdi yaşayış evində yaşayış olmamış və ev sahibsiz qalsa da o, aradabir gedib evə baş çəkmişdir. 10 iyul 2020-ci il tarixdə məhləyə ağ su verilməsi ilə əlaqədar olaraq evlərə sayğac qoyulmuş, anasıgilə məxsus fərdi yaşayış evinə də sayğac qoyulduğuna görə həmin vaxt anasıgil Daşkəsən rayonu Xoşbulaq kəndində olduqları üçün o, məcbur qalıb anasıgilin yaşadıqları evə getmişdir. O, evin çöl darvazasını açıb içəriyə girdikdə evin məhləsinin qıfılının sındırılmış vəziyyətdə, eyni zamanda evin qapılarının açıq vəziyyətdə və otaqların isə dağınıq vəziyyətdə olduğunu görüb dərhal anasına zəng edib məlumat vermişdir. Həmin gün təxminən saat 14 radələrində anası Daşkəsən rayonundan Gəncə şəhərinə qayıdıb yaşadığı evə gəlmiş, evə nəzər salıb naməlum şəxs və ya şəxslər tərəfindən oğurluq hadisəsi törədildiyi üçün anası Zərərçəkmiş şəxs istifadəsində olan mobil telefonla DİN-nin 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Bir az keçdikdən sonra anasıgilin yaşadığı evə polis əməkdaşları gəlmişlər, evi müayinə edib müvafiq sənədləşmə aparmışlar. Sonradan onlara məlum olmuşdur ki, Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayş evindən oğurluq cinayəti törətmişdir. Təqsirləndirilən şəxs, anası Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evindən 80 manat dəyərində bir ədəd LG markalı DVD, 120 manat dəyərində peyk antenasının ötürücü aparatı, 300 manat dəyərində işlənməmiş vəziyyətdə bir ədəd 5 metrin 6 metrə nisbətində «Kaşmir» markalı xalça, 300 manat dəyərində işlənməmiş vəziyyətdə bir ədəd 4 metrin 5 metrə nisbətində «Kaşmir» markalı xalça, 100 manat dəyərində işlənməmiş vəziyyətdə bir ədəd markasını xatırlamadığı mobil telefon, 50 manat dəyərində işlənmiş vəziyyətdə bir ədəd diabet xəstələri üçün olan “Counter Plus” markalı aparat, 80 manat dəyərində işlənməmiş vəziyyətdə bir ədəd yataq dəsti, 180 manat dəyərində işlənməmiş vəziyyətdə dörd ədəd qazanlardan ibarət bir qazan dəsti, 5 manat dəyərində bir ədəd şüşə kəsən alət, 40 manat dəyərində işlənməmiş vəziyyətdə bir ədəd “Nikai” markalı mikser, işlənmiş vəziyyətdə bir ədəd qadın saatı, 70 manat dəyərində işlənməmiş vəziyyətdə bir ədəd “Evrolux” markalı ətçəkən, hər bir cütünün qiyməti 3 manat olmaqla 150 manat dəyərində işlənməmiş vəziyyətdə 50 cüt qadın corabı, hər bir cütünün qiyməti 3 manat olmaqla 60 manat dəyərində işlənməmiş vəziyyətdə 20 cüt kişi corabı, işlənmiş vəziyyətdə bir ədəd 5 metrlik pərdə, hər birinin qiyməti 55 manat olmaqla 110 manat dəyərində 2 ədəd yataq dəsti, 3 metrin 3 metrə nisbətində istifadə edilməmiş iki ədəd donluq parça, hər birinin qiyməti 20 manat olmaqla 200 manat dəyərində işlənməmiş vəziyyətdə 10 ədəd hamam dəsmalı, hər birinin qiyməti 30 manat olmaqla 180 manat dəyərində işlənməmiş vəziyyətdə altı ədəd kişi köynəyi oğurlamışdır. O, sonuncu dəfə anası Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinə 09 iyul 2020-ci il tarixdə saat 21 radələrində gedib baş çəkmiş, hər şeyin qaydasında olduğunu görüb evin giriş qapısını açarla bağlamış, daha sonra isə evin çöl darvazasını açarla bağlayıb öz yaşadığı evinə getmişdir. Anası Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin açarları tək onun özündə olmuş, o, açarları heç kimə verməmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid3 eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid1 göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qonşusudur. Ona məxsus fərdi yaşayış evinin həyətyanı sahəsi ilə Zərərçəkmiş şəxs evinin həyətyanı sahəsi bir-birinə bitişikdir, həyətlər arasında hər hansı çəpər olmadığı üçün İlahənin yaşadığı küçədən onun yaşadığı küçəyə keçmək istəyən şəxslər, o cümlədən onun ailə üzvləri və İlahənin ailə üzvləri evlərin həyətindən keçmək üçün istifadə edirlər. İlahə ona və ailə üzvlərinə öz həyətindən keçməyə qadağa qoyduğu üçün onların arasında mübahisə yaranmışdır. İlahə ondan tələb etmişdir ki, o, öz həyətinə hasar çəksin, lakin onun maddi imkanı olmadığı üçün hasar çəkə bilməmiş və həyat yoldaşı Ləmanla İlahə arasında sözlə mübahisə yaranmışdır. Buna görə Zərərçəkmiş şəxs Şahid4 barəsində şikayət etdiyi üçün Nizami rayon Məhkəməsində araşdırma aparılır. Bundan başqa o, işi ilə əlaqədar evdə olmadığı müddətdə bir neçə dəfə İləhə və sonuncunun əri Eldar onun evinə narkotik atdırıb onu tutdurmaqla hədələmişlər. Zərərçəkmiş şəxs evindən əmlakının oğurlanması barədə hər hansı bir məlumatı yoxdur. Zərərçəkmiş şəxs məxsus evdən oğurluq edilməsi bağlı məlumatı ona arvadı Ləman vermişdir. Polis əməkdaşları Zərərçəkmiş şəxs şikayətindən sonra sonuncunun yaşadığı evin həyətinə gəlmişlər, polis əməkdaşları Ləmanla bu barədə sorğu-sual etmişlər və Ləman da həmin vaxt İlahənin yaşadığı evdən oğurluq edildiyini bilmişdir. Zərərçəkmiş şəxs məxsus evdən oğurluq etmiş Gəncə şəhər sakini Təqsirləndirilən şəxs o, tanımamış, sonuncu ilə heç bir münasibəti olmamışdır. Məhkəmə iclasında dindirilmiş Şahid4 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 10 iyul 2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Gəncə şəhəri, Qəmərli küçəsində yerləşən ünvansız fərdi yaşayış evinə baxış keçirilərkən ev dağınıq halda olmuş və 17 ədəd əl-barmaq izi aşkar edilmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 25 iyul 2020-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 iyul 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 26 iyul 2020-ci il tarixli Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması barədə protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılan zamanı o, ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək Zərərçəkmiş şəxs yaşadığı Gəncə şəhəri, Qəmərli küçəsində yerləşən ünvansız fərdi yaşayış evinə daxil olduğu yeri göstərmiş, bu barədə protokol tərtib olunmuş və Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zaman istintaq hərəkətinin fotoşəkilləri çəkilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 27 iyul 2020-ci il tarixli, 4(044)-70/2020 nömrəli təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsindən imtina barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimat (vəsatət) təmin edilməmiş və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 27 iyul 2020-ci il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 28 iyul 2021-ci il tarixli əşyanın götürülməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs iştirakı ilə bir ədəd DVD player, bir ədəd peyk antenasının ötürücü aparatı, bir ədəd şüşə kəsmək üçün istifadə edilən alət, bir ədəd mikser aparatı və bir ədəd sellofan torbada hazırda dövriyyədən qaldırılmış SSRİ dövrünə aid qəpiklər Təqsirləndirilən şəxs götürülməsinə dair qərar qəbul edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 28 iyul 2020-ci il tarixli təqdim edilmiş əşyanın maddi sübut kimi götürülməsi və zərərçəkmiş şəxsə tanınmaya təqdim olunması barədə protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs iştirakı ilə Təqsirləndirilən şəxs 10 iyul 2020-ci il tarixdə Gəncə şəhəri, Qəmərli küçəsində yerləşən ünvansız fərdi yaşayış evindən oğurladığı Zərərçəkmiş şəxs məxsus bir ədəd DVD player, bir ədəd peyk antenasının ötürücü aparatı, bir ədəd şüşə kəsmək üçün istifadə edilən alət, bir ədəd mikser aparatı və hazırda dövriyyədən qaldırılmış SSRİ dövrünə aid üzərində qəpiklərlə dolu bir ədəd sellofan torba Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş, həmin əşyalar tanınmaya təqdim olunmuş və Zərərçəkmiş şəxs ona təqdim olunan əşyaların özünə məxsus olduğunu, 10 iyul 2020-ci il tarixdə Gəncə şəhəri, Qəmərli küçəsində yerləşən ünvansız fərdi yaşayış evindən oğurlandığını bildirmiş, bu barədə protokol tərtib olunaraq fotoşəkillər çəkilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 28 iyul 2020-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd DVD player, bir ədəd peyk antenasının ötürücü aparatı, bir ədəd şüşə kəsmək üçün istifadə edilən alət, bir ədəd mikser aparatı və hazırda dövriyyədən qaldırılmış SSRİ dövrünə aid qəpiklərlə dolu bir ədəd sellofan torba cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 15 avqust 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, üzləşmə zamanı cinayət işi üzrə Zərərçəkmiş şəxs 10 iyul 2020ci il tarixdə Gəncə şəhəri, Qəmərli küçəsində yerləşən ünvansız fərdi yaşayış evindən bir ədəd LG markalı DVD, Supermax markalı peyk antenasının ötürücü aparatı, bir ədəd xalça, bir ədəd markasını xatırlamadığı mobil telefon, bir ədəd diabet xəstələri üçün olan “Counter Plus” markalı aparat, bir ədəd yataq dəsti, bir ədəd 4 ədəd qazandan ibarət dəsti, bir ədəd şüşə kəsən alət, bir ədəd Evrolux markalı ətçəkən, bir ədəd mikser, bir ədəd qadın saatı, Sellofan torbada olan qəpiklər, 50 cüt qadın corabı, 20 cüt kişi corabı, bir ədəd 5 metrlik pərdə, iki ədəd yataq dəsti, iki ədəd donluq parça, on ədəd hamam dəsmalı, altı ədəd kişi köynəyi oğurlandığını təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs üzünə qarşı demiş, üzləşdirmə aparılması barədə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikasi Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 08 oktyabr 2020-ci il tarixli 20/514R nömrəli ekspert rəyindən görünür ki, 10.07.2020-ci il tarixdə Gəncə şəhəri, Qəmərli küçəsində yaşayan vətəndaş Zərərçəkmiş şəxs məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş yapışdırılmış 17 ədəd lent kəsikləri üzərində olan 12 ədəd əl-barmaq və 10 ədəd ovuc izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 02 ədəd əl-barmaq izinin xx.xx.1997-ci ildə Gəncə şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin şəhadət və orta barmaqları ilə eynilik müəyyən edilmişdir. Qalan digər şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 10 ədəd əl-barmaq və 10 ədəd ovuc izlərinin DİN-nin KTİ-nin ADİS-in məlumat bazasında olan şəxslərin əl barmaq əksləri ilə eynilik müəyyən edilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası Ədliyyəy Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 dekabr 2020-ci il tarixli 9/5465 nömrəli ekspert rəyindən görünür ki, “LG” markalı bir ədəd işlənmiş DVD – 25 manat, “Supermax” markalı bir ədəd işlənmiş peyk antenasının ötürücü aparatı – 15 manat, “Kaşmir” markalı 5 metrin 6 metr nisbətində bir ədəd işlənmiş xalça – 400 manat, “Kaşmir” markalı 5 metrin 6 metr nisbətində bir ədəd işlənməmiş xalça – 400 manat, “Kaşmir” markalı 4 metrin 5 metr nisbətində bir ədəd işlənməmiş xalça – 250 manat, “Counter Plus” markalı bir ədəd işlənmiş vəziyyətdə diabet xəstələri üçün olan aparat – 15 manat, bir ədəd şüşə kəsən alət – 10 manat, “Niaki” markalı bir ədəd işlənmiş vəziyyətdə mikser – 25 manat, “Eurolux” markalı bir ədəd işlənməmiş vəziyyətdə ətçəkən – 35 manat, hər bir cütünün qiyməti 2 manat olmaqla 100 manat dəyərində istifadə edilməmiş 50 cüt qadın corabı, hər bir cütünün qiyməti 2 manat olmaqla 40 manat dəyərində istifadə edilməmiş 20 cüt kişi corabı, hər birinin qiyməti 10 manat olmaqla 100 manat dəyərində istifadə edilməmiş 10 ədəd hamam dəsmalı, bundan başqa qiymətləri aydın olmayan işlənmiş vəziyyətdə bir ədəd markası bilinməyən mobil telefon, istifadə edilməmiş bir ədəd yataq dəsti, işlənmiş vəziyyətdə bir ədəd qadın saatı, bir ədəd 5 metrlik pərdə, iki ədəd yataq dəsti, 3 metrin 3 metrə nisbətində istifadə edilməmiş 2 ədəd donluq parça, 6 ədəd kişi köynəyi analoji malların markasına, modelinə və orta texniki göstəricilərinə əsasən, ekspertiza təyini haqqında qərarda göstərilən 11 adda müxtəlif malların 2020-ci ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1015,00 manat müəyyən edilir. 8 adda mallar haqqında ətraflı məlumat (marka, model, material və s.) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanı bağışlamış, ondan şikayətçi deyil. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq ələ keçirtmək məqsədi və tamah niyyəti ilə 10 iyul 2020-ci il tarixdə, saat 03 radələrində Gəncə şəhəri, Qəmərli küçəsində yaşayan Zərərçəkmiş şəxs yaşadığı evə qanunsuz daxil olub oradan 80 manat dəyərində bir ədəd LG markalı DVD, 120 manat dəyərində peyk antenasının ötürücü aparatını, 300 manat dəyərində işlənməmiş vəziyyətdə bir ədəd 5 metrin 6 metrə nisbətində «Kaşmir» markalı xalçanı, 300 manat dəyərində işlənməmiş vəziyyətdə bir ədəd 4 metrin 5 metrə nisbətində «Kaşmir» markalı xalçanı,100 manat dəyərində işlənməmiş vəziyyətdə bir ədəd markasını xatırlamadığı mobil telefonu, bir ədəd üç kiloqramlıq bankaya yığılmış 50 qəpikliklərdən ibarət 1000 manat nəğd pulu, 50 manat dəyərində işlənmiş vəziyyətdə bir ədəd diabet xəstələri üçün olan “Counter Plus” markalı aparatı, 80 manat dəyərində işlənməmiş vəziyyətdə bir ədəd yataq dəstini, 180 manat dəyərində işlənməmiş vəziyyətdə dörd ədəd qazanlardan ibarət bir qazan dəstini, 5 manat dəyərində bir ədəd şüşə kəsən aləti, 40 manat dəyərində işlənməmiş vəziyyətdə bir ədəd “Nikai” markalı mikseri, 70 manat dəyərində işlənməmiş vəziyyətdə bir ədəd “Evrolux” markalı ətçəkəni, hər bir cütünün qiyməti 3 manat olmaqla 150 manat dəyərində işlənməmiş vəziyyətdə 50 cüt qadın corabını, hər bir cütünün qiyməti 3 manat olmaqla 60 manat dəyərində işlənməmiş vəziyyətdə 20 cüt kişi corabını, hər birinin qiyməti 55 manat olmaqla 110 manat dəyərində 2 ədəd yataq dəstini, hər birinin qiyməti 20 manat olmaqla 200 manat dəyərində işlənməmiş vəziyyətdə 10 ədəd hamam dəsmalını, hər birinin qiyməti 30 manat olmaqla 180 manat dəyərində işlənməmiş vəziyyətdə altı ədəd kişi köynəyini, eyni zamanda dəyəri istintaqa məlum olmayan işlənmiş vəziyyətdə bir ədəd qadın qol saatını, bir ədəd 5 metrlik pərdəni və 3 metrin 3 metrə nisbətində istifadə edilməmiş 2 ədəd donluq parçanı, ümumilikdə 2905 (iki min doqquz yüz beş) manat dəyərində əmlakı gizli yolla talayaraq oğurlamışdır. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də təqsirləndirilən şəxs MR.Namazov həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in -in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 07.08.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin 13.11.2017-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 180.2.1, 180.2.2, 182.2.1, 182.2.2, 182.2.3, 332.2.1, 332.2.3 maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 62 və 66.3-cü maddələrinə əsasən 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 01.02.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Bakı Hərbi Məhkəməsinin 10.12.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin 13.11.2017-ci tarixli hökmündən Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2, 182.2.3, 332.2.1, 332.2.3 maddələri xaric edilmiş, Cinayət Məcəlləsinin 332.2.1, 332.2.3cü maddələri ilə nəzərdə tutulmuş əməli yeni qanuna uyğunlaşdırılaraq Cinayət Məcəlləsinin 332.1-ci maddəsinə tövsif edilmişdir, qalan hissədə hökm dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən ödənilmişdir. Məhkəmə, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, törətdiyi cinayət əməlini səmimi etiraf etməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur və cəzasını yüngülləşdirən hallar Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəza təyin edilən zaman nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs qarçı heç bir şikayət və tələbinin olmamasını və təqsirləndirilən şəxsin zərərçəkmişlə barışıq əldə etməsini, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət törətməsini), təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 03 (üç) gün müddətində çübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə isə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Gəncə Şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 (üç) gün müddətində şübhəli şəxs qismində tutulmasını nəzərə alaraq həmin müddətin ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmasını məqsədə müvafiq hesab edir. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.5-ci maddəsinin tələbinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Odur ki, İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD player, bir ədəd peyk antenasının ötürücü aparatı, bir ədəd şüşə kəsmək üçün istifadə edilən alət, bir ədəd mikser aparatı, hazırda dövriyyədən qaldırılmış SSRİ dövrünə aid qəpiklərlə dolu bir ədəd sellofan torba sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən iş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən 20 iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur, CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353-cü və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 iyul 2020-ci il tarixdən 27 iyul 2020-ci il tarixədək, yəni 03 (üç) gün həbsdə olduğu müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla 06 gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan ünvan 2 ünvanını axşam saat 22:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD player, bir ədəd peyk antenasının ötürücü aparatı, bir ədəd şüşə kəsmək üçün istifadə edilən alət, bir ədəd mikser aparatı, hazırda dövriyyədən qaldırılmış SSR dövrünə aid qəpiklərlə dolu bir ədəd sellofan torba sahibi, zərərçəkmiş şəxs X4 təhvil verilməsi nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından, X1 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №1(044)-30/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-30/2022
11.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver