Məhkəmə qərarları › İş №1(044)-32/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-32/2022

22.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-32/2022 22.02.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1984-cü ildə Gəncə şəhərində şəhərində anadan olmuş, evli, himayəsində iki azyaşlı uşağı olan, işsiz, Gəncə şəhər Yeni Gəncə qəsəbəsi bina 17 mənzil 9-da qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək, hazırda Ədliyyə Nazirliyi Penitensiat Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs (bundan sonra – Təqsirləndirilən şəxs) istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, təmiz çəkisi 0.761 qram olan, kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin əldə edib daşıyaraq üzərində saxlamış, Gəncə şəhər BPİ-nin CAİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 05.03.2021-ci il tarixdə, saat 21:45 radələrində o, Gəncə şəhər Nizami prospektində yerləşən “Ulduzlu Gecə” şadlıq sarayının qarşısında saxlanılaraq ünvan 1 ünvanında yerləşən Gəncə şəhər BPİ-nə gətirilmiş, onun üzərinə orada şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd “Rothmans” siqaret qutusunun içərisindən şəffaf sellofan bükülüdə, ümumi təmiz çəkisi 0.761 qram olan psixotrop maddə metafetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər də bir neçə dəfə psixotrop maddə olan metafetamin qəbul etmişdir. 05.03.2021-ci il tarixdə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi 4A avtobusunun axrıncı dayanacağında olan zaman yerdə siqaret qutusunun olduğunu görmüş, həmin siqaret qutusunu götürüb baxanda qutunun içərisində şüşə adlandırdığı psixotrop maddə metafetamin olduğunu, həmin metafetamini siqaret qutusunun içərisinə qoyub gələcəkdə istifadə etmək üçün həmin qutunu da öz cibinə qoymuşdur. O, həmin gün saat təxminən 21 radələrində Gəncə şəhəri N.Gəncəvi prospektində olan zaman “Ulduzlu Gecə” şadlıq sarayının yaxınlığında 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmiş, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona heç bir zor tətbiq edilməmiş, onu Gəncə şəhər BPİ-nə dəvət etmişlər. Həmin inzibati binada hüquqları müdafiə olunması üçün o, müdafiəçi ilə təmin olunmuş, bundan sonra protokol və digər sənədlər tərtib olunmuş, o, həmin sənədləri düzgün tərtib edildiyinə görə imzalamışdır. Müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilmiş, onun üzərində şəxsi axtarış keçirilməmişdən əvvəl ondan üzərində qanunla qadağan olunmuş hər hansı bir vasitə olub olmadığı soruşulmuş, o, isə polis əməkdaşlarına üzərində psixotrop maddəyə bənzər kütlə olduğunu bildirmiş, şalvarının sol yan cibində olan siqaret qutusunu çıxarıb polis əməıkdaşlarına təqdim etmişdir. O, həmin psixotrop maddə metafetamini heç kimə verməmiş, satmamış, həmin pxisotrop maddəni özü istifadə etmək üçün üzərində daşımışdır. Siqaret qutusunun içərisindəki metafetamin götürülmüş, həmin kütlə müfaiəçisinin və digər iştirakçıların iştirakı ilə elektron tərəzidə çəkilmiş, ümumi təmiz çəkisi 0.8 qram gəlmişdir. Həmin üzərindən aşkar edilərək götrülmüş psixotrop maddə qablaşdırılmış, üzəri o, müdafiəçisi və digər iştirakçılar tərəfindən imzalandıqdan sonra həmin qablaşdırılan kağız zərf möhürlənmişdir. Sonda məhkəmədən əməlindən peşman olduğunu, himayəsində 2 azyaşlı uşağı olduğunu və səhhətində problemlər olduğunu nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, idarəyə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yaşayan Cəbrayıl adlı şəxsin üzərində mütəmadi olaraq psixotrop maddələr gəzdirməsi və istifadə etməsi ilə barədə əməliyyat məlumatı daxil olmuşdur. Keçirilmiş əməliyyat nəticəsində həmin şəxsin Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi bina 17 mənzil 9da yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. 05.03.2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olması və Gəncə şəhər Nizami prospektində yerləşən “Ulduzlu Gecə” şadlıq sarayının qarşısında olması barədə məlumat daxil olduqdan sonra həmin məlumat əsasında o, Gəncə şəhər BPİ-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Gəncə şəhəri, Nizami prospektində yerləşən “Ulduzlu Gecə” şadlıq sarayının qarşısına getmişdir. Bu zaman onlar Təqsirləndirilən şəxs həmin gün saat 21:45 radələrində qeyd olunan ünvanda yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyib, həmin şəxsi Gəncə şəhər BPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etməyərək onlarla birlikdə Gəncə BPİ-nə gəlmiş, idarədə Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra vəkil Müdafiəçi1 müdafiəçi kimi iştirakı təmin edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı alət və ya maddə olub-olmaması soruşulmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sol yan cibindən siqaret qutusu çıxarmış, həmin siqaret qutusunun içərisindən isə polietilen kəsiyinə bükülmüş vəziyyətdə psixotrop maddə - metafetaminə bənzər kütləni onlara təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin psixotrop maddə metafetaminə bənzər kütləni 05.03.2021-ci il tarixdə 4A saylı avtobusun son dayanacağından tapdığını, əvvəllər də istifadə etdiyi üçün psixotrop maddəni tanıdığını, şəxsi istifadəsi üçün götürüb üzərində daşıdığını heç kimə satmadığını və vermədiyini bildirmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 0.8 qram olmuşdur. Bundan sonra həmin büküm zərfdə qablaşdırılaraq möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında dindirilmiş şahid Gəncə şəhər BPİ-nin əməliyyat müvəkkili Şahid2, məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsindəki xüsusatları təsdiq edərək onunla eyni məzmunda ifadə vermişdir. Cinayət işinin materiallarına əlavə edilmiş: - 05.03.2021-ci il tarixli “şübhəli şəxsi tutma” protokolundan, 07.05.2021-ci il tarixli “təqsirləndirilən şəxsin MSY-dən azad olunması və barəsində qətimkan tədbiri seçilməsi haqqında” qərardan məlum olur ki, Təqsirləndirilən şəxs 05.03.2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuş, 07.05.2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. - 05.03.2021-ci il tarixli “şəxsi axtarış haqqında” protokoldan və DVD diskdəki görüntülərdən məlum olur ki, Gəncə şəhər Nizami rayon Polis İdarəsinin TB-nin təhqiqatçısı polis polkovnik leytenantı X2, Gəncə şəhər BPİ-nin CAİ-nin əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid1 və polis leytenantı Şahid2,Gəncə şəhər BPİ-nin KTB-nin inspektor kriminalisti polis kapitanı X3, Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs üzərinə video çəkiliş aparılmaqla baxış keçirilmiş, üzərinə şəxsi axtarış keçirən zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sol yan cibinin içərisində üzərinə Rothmans yazılmış siqaret qutusunun içərisində rəngli kağıza bükülmüş bir ədəd ilk görünüşdə psixotrop maddə Metanfetaminə oxşar kütlə aşkar edilmiş, həmin aşkar edilmiş siqaret qutusunun içərisində olan rəngli kağız müdafiəçinin və iştirakçıların iştirakı ilə açılmış, siqaret qutusunun içərisində ağ rəngdə, ilk görünüşdən psixotrop maddə olan metanfetaminə oxşar kütlə olmuşdur. Təqsirləndirilən şəxs siqaret qutusunda olan metanfetaminə oxşar kütləni 05.03.2021-ci il tarixdə əvvəllərdə psixotrop maddə qəbul etdiyi üçün 4A nömrəli avtobusun axrıncı dayanacağından tapıb özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin psixotrop maddə olan metanfetaminə oxşar kütlədən heç kimə satmamış və heç kimə istifadə etmək üçün verməmişir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə əvvəlki vəziyyətinə qaytarılaraq aptek tərəzəsində çəkilmiş, ümumi çəkisi 0,8 qram olmuş və psixotrop maddə metanfetaminə oxşar kütlə müdafiəçinin və iştirakçılarının yanında zərfə qoyularaq Azərbaycan Respublikası DİN 91 saylı möhürü ilə möhürlənmiş və baxış zamanı video kamera ilə çəkilərək protokola əlavə edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsindən verilmiş 06.03.2021-ci il tarixli, 16/212 nömrəli rəydən məlum olur ki, tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş kütlə yazılar və imzalar olan kağız paketdəki, 1 ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,761 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddəmetafetamindir. Metamfetaminin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, transit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına əsaslanaraq yoxlanılmış və müəyyən olunmuşdur ki, metamfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin 1-ci siyahısının İİ bəndinə daxildir. (Metamfetaminin ümumi təmiz çəkisi – 0,761 qr. tədqiqata sərf edildi – 0,05, qalıq – 0,711 qr.) Ekspertiza tədqiqatının dəyəri 32,40 manat təşkil edir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 18.03.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - Gəncə şəhər Nevroloji Dispanserin 15.03.2021-ci il il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. - Gəncə şəhər Narkoloji Dispanserin 29.03.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. - Gəncə şəhər Narkoloji Dispanserinin 04.06.2021-ci il tarixli 668 № li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə mübarizə haqqında haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların şəxsi istehlak miqdarından artıq olan miqdarda hazırlanması, kultivasiyası, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəbdir. Azərbaycan Respublikasının 28.06.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”n İİ Siyahısında metamfetaminin şəxsi istehlak miqdarının yuxarı həddi 0.15 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını və himayəsində iki azyaşlı uşağının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Təqsirləndirilən şəxs 05.03.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 07.03. 2021-ci il tarixdə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 3 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işində olan sənədlərin surətindən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan 1(101)-356/2022 saylı başqa bir cinayət işi üzrə həbs qətimkan tədbiri seçilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli hazırki iş üzrə hökm çıxarıldığı gündən yəni, 22.02.2022-ci il tarixdən hesablanmalı, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, təqsirləndirilən şəxsin barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli və onun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan 1(101)-356/2022 saylı başqa bir cinayət işi üzrə həbs qətimkan tədbiri seçilməsi nəzərə alınmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Gəncə Şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 0,711 qram çəkidə olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, həmçinin iş üzrə sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 32.40 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, işlədiyi vəkil bürosunun hesabına 90 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 03 gün müddət təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 08 (səkkiz) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 22.02.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin və təqsirləndirilən şəxsin Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan 1(101)-356/2022 saylı başqa bir cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar: Gəncə Şəhər Baş Polis İdarəsində saxlanılan narkotik vasitənin ekspertizadan sonrakı qalığı – 0,711 qram çəkidə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, axtarış zamanı aparılmış videoçəkilişin qeyd edildiyi 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci, ekspertiza tədqiqatının dəyəri olan 32,40 (otuz manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 90 (doxsan) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu andan, məhkum Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar