Məhkəmə qərarları › İş №1(044)-35/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-35/2021

05.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-35/2021 05.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon(şəhər) məhkəmələrində Dövlət İttihamının müdafiəsi üzrə şöbəsinin prokuroru,ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1970-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, Gəncə şəhəri,Kəpəz rayonu, H.Əliyev prospekti, 265 ünvanında qeydiyyatda olan və yaşayan,barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən xx xxxx 2020-ci il tarixdə saat 14 radələrində tanışı Gəncə şəhəri, Nizami rayonu, Məhəmməd Füzuli küçəsi, 26 saylı evdə yaşayan Şahid4 sonuncunun yaşadığı evin yaxınlığında ümumilikdə şəxsi istehlak miqdarından artıq miqdarda hesab edilən 0,286 qram narkotik vasitə olan heroini 15 manat müqabilində qanunsuz olaraq əldə edib, ayrı-ayrılıqda gümüşü rəngli siqaret falqasına bükülü vəziyyətdə 0,252 qram çəkidə və 5 (beş) qramlıq şprisin içərisindəki mayeyə qatılmış vəziyyətdə 0,034 qram çəkidə narkotik vasitə hesab edilən heroini satış məqsədi olmadan qanunsuz olaraq üzərində daşıyaraq gəzdirmiş və Gəncə şəhəri Nizami rayon Pİ-nin əməkdaşlarının keçirmiş olduqları əməliyyat-axtarış tədbirləri nəticəsində xx xxxx 2020-ci il tarixdə saat 15 radələrində Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən «Maxi» marketin yaxınlığında müəyyən edilərək, Gəncə şəhər Nizami rayon Pİ-nə gətirilib üzərində şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli, dəri materialdan olan qış gödəkçəsinin sol iç cibindən gümüşü rəngli siqaret falqasına bükülü vəziyyətdə 0,252 qram çəkidə və 5(beş) qramlıq şprisin içərisindəki mayeyə qatılmış vəziyyətdə 0,034 qram çəkidə olmaqla ümumilikdə 0,286 qram çəkidə narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilib məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, o, 2017-ci il tarixdən keçirtdiyi vərəm xəstəliyi ilə əlaqədar olaraq Gəncə şəhərində yerləşən Vərəm əleyhinə xəstəxanada müalicə alır və həmin xəstəxanada da müvəqqəti yaşayır. O, əvvəllər narkotik vasitənin marixuana və heroin növündən istifadə etsə də, son vaxtlar istifadə etməmişdir. Onun ağrıları başladığından xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri Maxi marketin arxa tərəfində yaşayan, əvvəllər Vərəm dispanserindən tanıdığı Tahir adlı şəxsdən 15 manata bir neçə istifadəlik heroin almışdır. O, həmin gündən qabaq Vərəm dispanserində Tahirlə danışmış, sonuncunun yaşadığı evin yaxınlığına getmişdir, gedib Tahirdən bir neçə çəkimlik gümüşü rəngli kağızda heroin almışdır. O, Tahirdən narkotik alanda saat 14 radələri olardı, o, bir az orada hərlənmiş, həmin heroinin bir qismini 5 qramlıq özündə olan şprisdə su məhluluna qatıb istifadə etmək üçün hazırlamışdır. Maxi marketin arxa tərəfinə keçmişdir ki, 5 qramlıq şprisdəki heroini inyeksiya yolu ilə qəbul etsin. O, oraya çatanda üç nəfər mülki geyimli şəxslər ona yaxınlaşmış, o, həmin şəxsləri görüb əlindəki 5 qramlıq şprisdəki heroin məhlulunu qış gödəkçəsinin sol iç cibinə qoymuşdur. Həmin üç nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini Gəncə şəhəri Nizami rayon Pİ-nin əməkdaşları kimi təqdim edib onu Gəncə şəhəri Nizami rayon Polis idarəsinə gətirmişlər. Üzərindəki 5 qramlıq şprisdə suya qatılmış vəziyyətdə olan heroin, Tahirdən aldığı gümüşü rəngli siqaret falqasının içərisindəki heroini o özü təqdim etmiş, həmin kağız bükülüdəki heroin aptek tərəzisində çəkilmiş, kağız bükümlə birlikdə 0,3 qram gəlmişdir, sonra onun üzərində şəxsi axtarış aprılmış, hər hansı bir narkotik vasitə və dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs əməlindən peşmançılıq çəkməsini, xəstə olmasını nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin olunmasını xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o Şəhər Nizami rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində çalışır. Gəncə şəhəri Vərəm xəstəxanasında yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qəbul etməklə,üzərində gəzdirməklə saxlaması barədə xx.xx.2020-ci ildə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs əməliyyat müşahidəsinə götürülərək Gəncə şəhəri H.Əliyev prospektində yerləşən “Maxi, marketin yaxınlığında saat saat 15 radələrində özünə 5 qramlıq şprisdə tiryək məhlulu vurmaq istəyərkən müəyyən edilmişdir. Zöhrab onları görüb şprisi əynindəki gödəkçəsinin sol iç cibinə qoymuşdur. Onlar tez Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etməklə Zöhrabı üzərində şəxsi axtarış aparılması üçün Gəncə şəhər Nizami rayon Polis İdarəsinin inzibati binasına gətirmişdilər. Orada Zöhrabın üzərində şəxsi axtarış aparılması zərurəti yarandığı üçün raportla rəhbərliyə məruzə edilmiş, Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitəni təqdim etmişdir. Təqsirləndirilən şəxs əynindəki tünd qara rəngli dəri materialdan olan qış gödəkçənin sol iç cibindən bir ədəd 5 qramlıq şprisdə suya qatılmış vəziyyətdə narkotik vasitə olan heroin məhlulu və bir ədəd gümüşü rəngli siqaret falqasına bükülmüş vəziyyətdə kristal və toz halda, qəhvəyi rəngli narkotik maddə olan heroin aşkar edilmişdir. Həmin şpris və siqaret falqasında olan heroin hər ikisi zərfə qoyularaq iştirakçılar tərəfindən, eyni zamanda şübhəli şəxs Təqsirləndirilən şəxs və. vəkili tərəfindən imzalanaraq DİN-nin 110 saylı möhürü ilə möhürlənmişdir, siqaret falqasında olan heroin aptek tərəzisində çəkilmiş, həmin kütlə kağızla birlikdə 0,3 qram gəlmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən başqa bir dövriyyəsi qanunla qadağan olunmuş əşya və ya kütlə aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində aşkar edilmiş 5 qramlıq şprisdəki məhlul narkotik vasitə olan heroin məhluludur, həmçinin üzərindən aşkar edilmiş siqaret falqasında bükülü vəziyyətdə olan kütlə də heroindir, hər ikisi ona məxsusdur, özünün istifadəsi üçün üzərində gəzdirir. Onlar Zöhrabı gətirəndən sonra onlara məlum olmuşdur ki, Zöhrab üzərində aşkar edilmiş narkotik vasitəni həmin gün tanışı Şahid4 15 manata Gəncə şəhəri H.Əliyev prospektində yerləşən Maxi marketin yaxınlığında görüşüb almışdır, tədbirin davamı olaraq Şahid4 da onlar tərəfdən müəyyən edilərək Gəncə şəhər Nizami rayon Polis idarəsinə gətirilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o Şəhər Nizami rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin kiçik əməliyyat müvəkkili vəzifəsində çalışır. Gəncə şəhəri Vərəm xəstəxanasında yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qəbul etməklə,üzərində gəzdirməklə saxlaması barədə xx.xx.2020-ci ildə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs əməliyyat müşahidəsinə götürülərək Gəncə şəhəri H.Əliyev prospektində yerləşən “Maxi, marketin yaxınlığında saat saat 15 radələrində özünə 5 qramlıq şprisdə tiryək məhlulu vurmaq istəyərkən müəyyən edilmişdir. Zöhrab onları görüb şprisi əynindəki gödəkçəsinin sol iç cibinə qoymuşdur. Onlar tez Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etməklə Zöhrabı üzərində şəxsi axtarış aparılması üçün Gəncə şəhər Nizami rayon Polis İdarəsinin inzibati binasına gətirmişdilər. Orada Zöhrabın üzərində şəxsi axtarış aparılması zərurəti yarandığı üçün raportla rəhbərliyə məruzə edilmiş, Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitəni təqdim etmişdir. Təqsirləndirilən şəxs əynindəki tünd qara rəngli dəri materialdan olan qış gödəkçənin sol iç cibindən bir ədəd 5 qramlıq şprisdə suya qatılmış vəziyyətdə narkotik vasitə olan heroin məhlulu və bir ədəd gümüşü rəngli siqaret falqasına bükülmüş vəziyyətdə kristal və toz halda, qəhvəyi rəngli narkotik maddə olan heroin aşkar edilmişdir. Həmin şpris və siqaret falqasında olan heroin hər ikisi zərfə qoyularaq iştirakçılar tərəfindən, eyni zamanda şübhəli şəxs Təqsirləndirilən şəxs və. vəkili tərəfindən imzalanaraq DİN-nin 110 saylı möhürü ilə möhürlənmişdir, siqaret falqasında olan heroin aptek tərəzisində çəkilmiş, həmin kütlə kağızla birlikdə 0,3 qram gəlmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən başqa bir dövriyyəsi qanunla qadağan olunmuş əşya və ya kütlə aşkar edilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o yalnız 5 qramlıq şprisdə Söhraba tiryək satmışdır. Heroin isə Söhraba onun tərəfindən satılmamışdır. İstintaq zamanı isə ifadə verilərkən ona hər hansı təsirlər olmasa da belə, Tahirə 0,252 qram çəkidə heroinin verilməsi ilə bağlı verilmiş ifadəsi müstəntiq tərəfindən ona oxunmamış, o özü də həmin ifadəni oxumadan imzalamışdır. Təqsirləndirilən şəxsin özünü təqsirli bilməsi ilə bağlı etiraf edici ifadəsi ilə yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq şahidlərin ifadələrini, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş və cinayət işinin materiallarında olan məhkəmə–narkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli, 458 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən verilmiş tələbnamədən və Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli hökmündən müəyyən edilir ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respulikası CMnin 228.1 və 234.1 maddələri ilə 01 il 07 ay 02 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxx 2020-ci il tarixli rəyindən görünür ki, üzərində “xx.xx.2020-ci il vət. Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış və götürmə zamanı aşkar olunub götürülmüş...” yazılar və imzalar olan heroin ilə üzərində “Şübhəli şəxs Şahid4 üzərindən aşkar edilmiş...” yazılar olan kağız paketdəki heroin xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Məhkəmə iclasında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci ildə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində”polisin nəzarəti altına vermə”qətimkan tədbiri seçilmiş və həmin qərar ona elan edilməklə o MSY-dən azad edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, şubhəli şəxs Təqsirləndirilən şəxs üzərində olan tünd qara rəngli dəri qış gödəkçəsinin sol iç cibində bir ədəd 5 qramlıq şprisdə narkotik vasitə olan heroin məhluluna oxşar kütlə və bir ədəd gümüşü rəngli siqaret falqasına bükülmüş, kristal və toz halda, qəhvəyi rəngli narkotik maddə olan heroinə oxşar kütlə aşkar edilərək götürülmüş, həmin kütlə aptek tərəzsində çəkilmiş, kütlə bükülü ilə birlikdə 0,3 qram çəkidə olmuşdur, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs onda aşkar edilmiş narkotik vasitəni özünün istifadə üçün üzərində gəzdirməsini bildirmişdir. Baxış və götürmənin aparılması “Samsung” markalı video aparat vasitəsi ilə çəkilərək videolentə alınmışdır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş «Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında» xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, o, narkotik vasitə olan heroini satışməqsədi ilə əldə edib üzərində daşıyaraq saxlamadığından ona AR CM-nin 234.2-ci maddəsi ilə ittiham edilməmiş, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 18–ci maddəsinə əsasən cinayətlərin residivi hesab edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş 0,252 qram çəkidə və 5(beş) qramlıq şprisin içərisindəki mayeyə qatılmış vəziyyətdə 0,034 qram çəkidə olmaqla ümumilikdə 0,286 qram narkotik vasitə olan heroin saxlanılması üçün Gəncə şəhər Baş Polis İdarəsində məsul saxlanca verilməsi, təqsirləndirilən şəxsin üzərinə baxış keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 1 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,252 qram çəkidə və 5(beş) qramlıq şprisin içərisindəki mayeyə qatılmış vəziyyətdə 0,034 qram çəkidə olmaqla ümumilikdə 0,286 qram olan narkotik vasitə olan “heroin”i əldə etməklə və üzərində daşıyaraq saxlamaqla ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Məhkəmə Şahid4 ifadəsinə də tənqidi yanaşaraq onun bu ifadəsini özünün cinayət məsuliyyətindən azad edilməsi niyyəti ilə vermiş olduğu ifadə kimi qiymətlənidir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən xx xxxx 2020-ci il tarixdə saat 14 radələrində tanışı- Gəncə şəhəri, Nizami rayonu, Məhəmməd Füzuli küçəsi, 26 saylı evdə yaşayan Şahid4 sonuncunun yaşadığı evin yaxınlığında ümumilikdə şəxsi istehlak miqdarından artıq miqdarda hesab edilən 0,286 qram narkotik vasitə olan heroini 15 manat müqabilində qanunsuz olaraq əldə edib ayrı-ayrılıqda gümüşü rəngli siqaret falqasına bükülü vəziyyətdə 0,252 qram çəkidə və 5 (beş) qramlıq şprisin içərisindəki mayeyə qatılmış vəziyyətdə 0,034 qram çəkidə narkotik vasitə hesab edilən heroini satış məqsədi olmadan qanunsuz olaraq üzərində daşıyaraq gəzdirmiş və Gəncə şəhəri Nizami rayon Pİ-nin əməkdaşlarının keçirmiş olduqları əməliyyat-axtarış tədbirləri nəticəsində xx xxxx 2020-ci il tarixdə saat 15 radələrində Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən «Maxi» marketin yaxınlığında müəyyən edilib Gəncə şəhər Nizami rayon Pİ-nə gətirilib üzərində şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli, dəri materialdan olan qış gödəkçəsinin sol iç cibindən gümüşü rəngli siqaret falqasına bükülü vəziyyətdə 0,252 qram çəkidə və 5(beş) qramlıq şprisin içərisindəki mayeyə qatılmış vəziyyətdə 0,034 qram çəkidə olmaqla ümumilikdə 0,286 qram çəkidə narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1–ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında xx.xx.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini,vərəm xəstəliyindən əziyyət çəkməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu vardır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halın mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, iş materiallarında olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və saxlanması üçün Gəncə şəhər Baş Polis İdarəsinin X6 təhvil verilmişdir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında qərar”dan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və həmin tarixdə saxlanıldığı Gəncə şəhər Baş Polis İdarəsinin X4 azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 19 martdan 20 martadək, 02 gün müddətində şübhəli şəxs qismində Gəncə şəhər Baş Polis İdarəsinin X5 saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilən gün o şübhəli şəxs statusundan çıxsa da istintaq altında olaraq həmin günün birinci yarısına qədər azadlığı məhdudlaşdırıldığından həmin müddətin də bir gün hesablanmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmasını zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 (iki) gün müddətində şübhəli şəxs qismində tutulmasını nəzərə alaraq həmin müddətin ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmasını qanuna uyğun hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə qaldığı 02 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər tutularaq, cəmi 04 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli, 2 nömrəli qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. X3 1961-ci il X1 Baxılmasi üçün Birləşmiş Millətlər Təşkilatı Konfransının qəbul etdiyi İİİ Qətnaməsində xatırladılaraq tərəflərə tövsiyyə edilmişdir ki, bir çox hallarda narkomanlığın, narkotik vasitələrdən sui-istifadə təhlükəsinə daha meyilli olan şəxslərin yaşadıqları qeyri-sağlam sosial atmosferin nəticəsi olması faktı nəzərə alınsın;narkotik vasitələrdən qanunsuz istifadənin yayılmasına qarşı mübarizə üçün mümkün tədbirlər görülsün;gənclərin normal fıziki və mənəvi sağlamlığınm təmin olunması məqsədilə onların asudə vaxtı və digər fəaliyyət növləri təşkil olunsun. Məhkəmə iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alıb, həmin rəydə göstərilənləri Azərbaycan Respublikası CM–nin 41.2–ci maddəsində göstərilən məqsədlərə nail olunması istiqamətində görülməli olan zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hazırda narkomaniyadan məcburi müalicəyə ehtiyaci olduğundan o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınaraq, narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb edilməlidir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1–ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülüb qablaşdırılmış və təmiz çəkisi 0,252 qram çəkidə və 5(beş) qramlıq şprisin içərisindəki mayeyə qatılmış vəziyyətdə 0,034 qram çəkidə olmaqla ümumilikdə 0,286 qram narkotik vasitə olan heroin məhv edilməli, bundan başqa Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 1 ədəd “DVD” diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17 və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Cinayət işi üzrə məhkəmə ekspertizasının xərci 64 manat 80qəpik (altmış dörd manat səksən qəpik) təşkil etmişdir ki, həmin məbləğdə pulun ödənilməsi təqsirləndirilən şəxsin üzərinə qoyulmalı və ondan tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəfi hesab edilir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6—197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Gəncə şəhəri Vərəm Əleyhinə xəstəxananı axşam saat 23-dən səhər saat 07-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri ərazisinin hüdudlarını tərk etməmək, yaşayış yerini dəyişdirdikdə cəzanın icrasına nəzarət orqana məlumat vermək vəzifələri qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o 02 (iki) il, müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx xxxx 2020-ci ildən xx xxxx 2020-ci ilədək həbsdə saxlanıldığı 02 gün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Gəncə şəhəri Vərəm Əleyhinə xəstəxananı axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin ərazisinin hüdudlarını tərk etməmək, yaşayış yerini dəyişdirdikdə cəzanın icrasına nəzarət orqana məlumat vermək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınaraq, narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülüb qablaşdırılmış 0,252 qram çəkidə və 5(beş) qramlıq şprisin içərisindəki mayeyə qatılmış vəziyyətdə 0,034 qram çəkidə olmaqla ümumilikdə 0,286 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 1 ədəd “DVD” diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. İş üzrə 64 manat 80 qəpik (altmış dörd manat səksən qəpik) manat məbləğində ekspertiza xərci olan məhkəmə məsrəfinin ödənilməsi vəzifəsi Təqsirləndirilən şəxs üzərinə qoyulsun və həmin məhkəmə məsrəfi ondan tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar