Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-36/2021 21.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon(şəhər) məhkəmələrində Dövlət İttihamının müdafiəsi üzrə şöbəsinin prokuroru,ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X2 iştirakı ilə, xx xxx 1994-cü ildə Gəncə şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, orta təhsilli,əvvəllər məhkum olunmuş, Gəncə şəhəri, DOS-6,ev 15 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə, saat 19 radələrində istifadəsində olan ***-***-**-** saylı mobil nömrə vasitəsi ilə narkotik vasitələrin qanunsuz alqısatqısı ilə məşğul olduğunu əvvəlcədən bildiyi tanışı X3 ilə sonuncunun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edib telefon əlaqəsi yaradaraq Elşad Məmmədəliyevdə satış üçün narkotik vasitə olan heroin olduğunu dəqiqləşdirib 35 manat pul müqabilində almağa razılaşmaqla sonuncunun yaşadığı Gəncə şəhəri, A.Ziyadxanov küçəsində yerləşən 4 saylı yaşayış binasının yaxınlığındakı 18 saylı tam orta məktəbin kənarına gedib qeyd edilən tarixdə və vaxtda həmin yerdə Elşad Məmmədəliyevlə görüşmüş və sonuncudan 1 ədəd sellofan bükümdə, ümumi təmiz çəkisi 0.226 qram, yəni şəxsi istehlak miqdarından artıq çəkidə narkotik vasitə olan heroini 35 manat pul müqabilində qanunsuz olaraq şəxsi istifadəsi məqsədilə əldə edib əynindəki boz rəngli cins şalvarın sağ yan cibində gizlətməklə eyni məqsədlə saxlayaraq daşımış, Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində xx.xx.2020-ci il tarixdə, saat 19:45-də Gəncə şəhəri, Atatürk prospektində yerləşən “Şəfa” aptekin qarşısında saxlanılıb Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılarkən əynində olan boz rəngl cins şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükümdə, ümumi təmiz çəkisi 0.226 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsi ilə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilib məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, o, Gəncə şəhəri, DOS-6 , ev 15 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Uzun müddətdir ki, narkotik vasitə olan heroindən istifadə edir. Əvvəllər narkotik vasitədən qanunsuz istifadə etdiyi üçün məhkəmənin hökmü ilə məhkum olunmuşdur. Hazırda da narkotik vasitə olan heroindən istifadə edir. Belə ki, o, heroini şpristə doldurub damarına vurmaqla istifadə edir. Onunla birlikdə tanışı İbrahim Xudaverdiyev də narkotik vasitə olan heroindən istifadə edir. O, İbrahimlə birlikdə pul müqabilində narkotik vasitə olan heroini Ruslan kimi tanıdığı Göygöz ləqəbli şəxsdən alır. Belə ki, Göygöz ləqəbli həmin şəxs narkotik vasitə olan heroin satışını həyata keçirir. O, Göygözdən narkotik vasitə olan heroini 35 manat pul müqabilində alır. Ümumiyyətlə, Göygöz ləqəbli həmin şəxsdən, təxminən 10 dəfə narkotik vasitə olan heroin almışdır. Həmin şəxs narkotik vasitəni yaşadığı evin yaxınlığında, yəni Gəncə şəhəri, A.Ziyadxanov küçəsində yerləşən 18 saylı məktəbin yaxınlığında satır. Yadında dəqiq qalan belədir ki, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə o, İbrahimlə birlikdə gedib Göygöz ləqəbli Ruslan kimi tanıdığı şəxsdən narkotik vasitə olan heroin almışdır. Belə ki, xx.xx.2020-ci il tarixdə, günorta saatlarında dostu İbrahimlə birlikdə Göygöz ləqəbli şəxsdən narkotik vasitə olan heroin almaq üçün sonuncunun yaşadığı binanın yaxınlığına getmişlər. Dostu İbrahim ondan bir qədər kənarda dayanıb gözləmiş, o isə özünün mobil nömrəsinin balansında pul olmadığı üçün İbrahimin mobil telefonu ilə Göygöz ləqəbli şəxsin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək həmişəki kimi narkotik vasitə olan heroin lazım olduğunu bildirmişdir. Göygöz ləqəbli şəxs də ona narkotik vasitə satacağını bildirib məktəbin yaxınlığında gözləməsini istəmişdir. O, deyilən yerdə dayanıb Göygöz ləqəbli həmin şəxsi gözləyərkən sonuncu, yaşadığı binanın orta dəhlizindən çıxıb gəlmiş və ona İbrahimdən aldığı 35 manat pul müqabilində 1 ədəd sellofana bükülü vəziyyətdə narkotik vasitə sayılan heroin satmışdır. O, həmin yerdən uzaqlaşmış və İbrahimlə birlikdə gedib gizlincə həmin narkotik vasitəni istifadə etmişlər. Ertəsi gün, yəni xx.xx.2020-ci il tarixdə, saat 19 radələrində o, yenə narkotik vasitə almaq üçün İbrahimlə birlikdə Göygöz ləqəbli şəxsin yaşadığı binanın yaxınlığına getmiş və orada öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Göygöz ləqəbli şəxsin mobil nömrəsinə zəng etmişdir. O yenə Göygöz ləqəbli şəxslə danışıb pul müqabilində narkotik vasitə olan heroin almaq barədə razılaşmış və bir qədər sonra Göygöz ləqəbli həmin şəxs gəlib 35 manat pul müqabilində ona 1 ədəd sellofan bükülüdə narkotik vasitə sayılan heroin satmışdır. O, həmin pulu da İbrahimdən alıbmış. Həmin vaxt İbrahim “Şəfa” adlanan aptekin yaxınlığında onu gözləyirmiş. O, Göygöz ləqəbli şəxsdən aldığı narkotik vasitəni İbrahimlə birlikdə istifadə etmək üçün yolu keçib “Şəfa” adlanan aptekə tərəf gedərkən mülki geyimdə olan tanımadığı polis əməkdaşları onu saxlamışlar. İbrahim bunu görüb qaçmışdır. Onu Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına gətirib müdafiəçi ilə təmin edildikdən sonra üzərində videoçəkilişlə şəxsi axtarış aparmışlar. Axtarış zamanı üzərindən Göygöz ləqəbli şəxsdən 35 manata aldığı, lakin tutulduğu üçün istifadə edə bilmədiyi narkotik vasitə sayılan heroin aşkar edilərək götürülmüşdür. Bundan sonra isə həmin narkotik vasitə elektron tərəzidə çəkilərək qablaşdırılmışdır. Təqsirləndirilən şəxs ifadəsində, həminçinin bildirmişdir ki, Ruslan kimi bildiyi Göygöz ləqəbli həmin şəxsi 15-20 gündür ki, tanıyır, və həmin şəxslə aralarında heç bir ədavət, düşmənçilik münasibətləri olmamış, hazırda da yoxdur. O, həmin şəxsi Ruslan kimi tanıyır. Belə ki, həmin şəxs narkotik vasitə satışı ilə məşğul olur. Həmin şəxsin əsl adının Elşad olmasını istintaq zamanı öyrənmiş, lakin buna baxmayaraq o, həmin şəxsi Ruslan kimi tanımışdır. Belə ki, o, həmin şəxsi Moskva şəhərində yaşayan Ruslan adlı dostunun vasitəsilə tanımışdır. Bundan başqa, dostu Şahid1, Göygöz ləqəbli şəxsi tanımır. Belə ki, o və İbrahim narkotik vasitə almağa gedərkən sonuncu ondan bir qədər kənarda dayanırmış. O isə Göygöz ləqəbli şəxlə görüşüb narkotik vasitə alırmış. Bununla belə, dostu İbrahim hansı istiqamətə getdiyini görürmüş. Bundan başqa, o, narkotik vasitə satışı ilə məşğul olmur, həmin narkotik vasitəni də şəxsi istifadələri üçün almışdır. Bundan başqa, Göygöz ləqəbli Elşad Məmmədəliyev hər dəfəsində onun yanına tək gəlirmiş və o, Elşad Məmmədəliyevin ona satdığı narkotik vasitəni haradan almasını bilmir. O, Elşad Məmmədəliyevdən narkotik vasitə alarkən həmin narkotik vasitənin pulunu dostu İbrahim ona görə verirmiş ki, onun öz pulu yox imiş və onlar həmin narkotik vasitəni birlikdə istifadə edirlərmiş. Təqsirləndirilən şəxs ifadəsində həmçinin əməlindən peşmançılıq çəkməsini, gənc olmasını nəzərə alaraq, barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin olunmasını xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, ünvan 3 ünvanında anası Sona ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Uzun müddətdir ki, narkotik vasitə olan heroindən istifadə edir və narkomaniya xəstəliyindən əziyyət çəkir. O, narkotik vasitə olan heroini şpristə doldurub damarına vurma yolu ilə istifadə edir. Narkotik vasitə olan heroini Gəncə şəhəri, A.Ziyadxanov küçəsi, bina 4, mənzil 58-də yaşayan “Göygöz” ləqəbli şəxsdən pul müqabilində alır. Belə ki, Göygöz ləqəbli həmin şəxs 25-30 yaşlarında, orta boylu, arıq bədən quruluşlu, sarıbəniz, gözləri göy rəngli, səsi nisbətən xırıltılı olan şəxsdir. Həmin şəxs anası və qardaşı ilə birlikdə yaşayır. O, bir neçə dəfə də Göygöz ləqəbli həmin şəxsin yaşadığı evdə olmuşdur. Göygöz ləqəbli həmin şəxs yaşadığı evdən narkotik vasitə olan heroini götürüb ona satmışdır. Göygöz ləqəbli şəxs narkotik vasitə olan heroini 20 manat pul müqabilində satır. Ümumilikdə, o, Göygöz ləqəbli şəxsdən 2-3 aydır ki, narkotik vasitə olan heroin alır. O, Göygöz ləqəbli şəxsdən indiyədək, ümumilikdə 15-20 dəfə narkotik vasitə olan heroin almışdır. Bununla belə, dəqiq xatırladıqları belədir ki, o, xx.xx.2020-ci il tarixdə, saat 11-12 radələrində narkotik vasitə olan heroin almaq məqsədilə Göygöz ləqəbli şəxsin yaşadığı Gəncə şəhəri, A.Ziyadxanov küçəsinə, daha dəqiq orada yerləşən 18 saylı tam orta məktəbin qarşısına getmiş və orada istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə Göygöz ləqəbli həmin şəxsin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng etmiş və 20 manat dəyərində narkotik vasitə olan heroin lazım olduğunu bildirmişdir. Göygöz ləqəbli şəxs də ona problem olmadığını və 5 dəqiqəyə gətirib gələcəyini bildirmişdir. Bundan, təxminən 5 dəqiqə sonra Göygöz ləqəbli şəxs yaşadığı evdən çıxıb onun olduğu yerə, yəni 18 nömrəli orta məktəbin qarşısına gəlmiş və ondan 20 manatı götürüb 1 ədəd siqaret kağızına bükülü halda narkotik vasitə olan heroini ona vermişdir. O da həmin yerdən uzaqlaşıb getmişdir. Həmin gün o, Göygöz ləqəbli şəxsdən aldığı narkotik vasitə olan heroini yaşadığı evdə heç kim olmadığı müddətdə istifadə etmişdir. xx.xx.2020-ci il tarixdə, saat 10- 11 radələrində o, yenə eyni qaydada Göygöz ləqəbli şəxsin yaşadığı binanın yaxınlığına, yəni 18 saylı orta məktəbin qarşısına getmiş və oradan yenə Göygöz ləqəbli şəxsin istifadəsində olan həmin mobil nömrəyə istifadəsində olan ***-***-**- ** saylı mobil nömrədən zəng edib narkotik vasitə olan heroin istəmişdir. Göygöz ləqəbli şəxs yenə 5-10 dəqiqə sonra onun yanına gəlib 20 manat pul müqabilində ona 1 ədəd siqaret kağızı bükümündə narkotik vasitə olan heroin satmış və o, həmin yerdən yaşadığı evə gedib həmin narkotik vasitəni istifadə etmişdir. Göygöz ləqəbli şəxs narkotik vasitə olan heroin satışı ilə məşğul olur və bildiyi qədərilə həmin şəxs Vüsal adlı şəxsin narkotik vasitəsini satır. O, Vüsal adlı şəxsi bir neçə dəfə Göygöz ləqəbli həmin şəxsin yanında görmüşdür. Göygöz ləqəbli şəxs özü də ona Vüsal adlı şəxsdən narkotik vasitə alıb satdığını bildirmişdir. Vüsalın özü bildiyim qədərilə Gəncə şəhəri, Atatürk prospektində yerləşən “Şəfa” adlanan aptekin binasında yaşayır. Göygöz ləqəbli şəxsin özü də narkotik vasitədən istifadə edir və narkotik vasitə olan heroin satmaqla pul qazanır. Şahid2 ifadəsində, həmçinin bildirmişdir ki, narkotik vasitə aldığı həmin şəxsi Göygöz ləqəbi ilə tanıyır, əsl adını bilmir. Göygöz ləqəbli şəxslə arasında heç bir ədavət və düşmənçilik münasibətləri olmayıb, hazırda da yoxdur. O, Göygöz ləqəbli həmin şəxsi görsə tanıya bilər. Göygöz ləqəbli həmin şəxs ona narkotik vasitə gətirərkən özü həmişə tək gəlirmiş. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, DİO-da 2012-ci ildən, tutduğu vəzifədə isə 2018-ci ildən etibarən xidmət edir, polis baş leytenantı xüsusi rütbəsini daşıyır. Gəncə şəhər Baş Polis İdarəsinin və onun tabeli orqanlarının cinayətkarlığa, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyat-axtarış tədbirləri çərçivəsində görülən işlərin nümunəsi kimi Gəncə şəhəri, DOS 6 ünvanında yaşayan “çivin” ləqəbli, Mehman adlı şəxsin mütəmadi olaraq narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, üzərində daşıması və istifadə etməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin CAİ-yə daxil olmuş əməliyyat məlumatı ilə bağlı xx.xx.2020-ci il tarixdə tərəfindən “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərar qəbul edilmişdir. Həmin qərarın icrası üzrə Gəncə şəhər Baş Polis İdarəsinin CAİ-nin kiçik əməliyyat müvəkkilləri: Şahid4 və Şahid5 da iştirakları ilə xx.xx.2020-ci il tarixdə Mehman adlı həmin şəxs Gəncə şəhəri, Atatürk prospektində yerləşən “Şəfa” aptekin qarşısında saxlanılaraq təxirəsalınmadan Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına gətirilmişdir. Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsində təhqiqatçı Yaqub Cəlilov tərəfindən Mehman adlı həmin şəxs şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilmiş, bundan sonra isə onların da iştirakları ilə Mehmanın üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə zamanı Mehman adlı həmin şəxs edilən təklifə əsasən, əynində olan cins şalvarın sağ yan cibindən polietilen kəsiyi bükümündə ilk baxışdan narkotik vasitə olan heroinə bənzər kütlə çıxarıb təqdim etmişdir. Şəxsi axtarış və götürmə zamanı Mehman həmin bükülünün narkotik vasitə olan heroin olmasını, həmin narkotik vasitəni 35 manat pul müqabilində şəxsi istifadəsi üçün “Göygöz” ləqəbli şəxsdən almasını etiraf etmişdir. Daha sonra həmin kütlə elektron tərəzidə çəkilərək qablaşdırılmış və onların da iştirakları ilə təsdiq edilmişdir. Bundan başqa, o, Təqsirləndirilən şəxs daxil olmuş əməliyyat məlumatı üzrə ətrafında əməliyyat-axtarış tədbirləri keçirməyə başladıqda tanımış, həmin şəxslə arasında heç bir ədavət və düşmənçiliyi olmamışdır. Bundan başqa, qeyd edilən əməliyyat tədbiri ilə bağlı onun xx.xx.2020-ci il tarixli raportunda Təqsirləndirilən şəxs saxlanıldığı yer kimi Gəncə şəhəri, Atatürk prospektində yerləşən “Şəfa” aptekin arxası göstərilməsi texniki yanlışlıq olmuş, həmin şəxs əslində “Şəfa” aptekin qarşı tərəfində, Atatürk prospektinin kənarında saxlanılmışdır. Məhkəmə iclasında iştirak edən Şahid5 Şahid3 ifadəsinə uyğun ifadə vermişdir.. Məhkəmə istintaqında ifadəsi elan edilərək tədqiq edilmiş Şahid4 ibtidai istintaq zamanı Şahid3 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin özünü təqsirli bilməsi ilə bağlı etiraf edici ifadəsi ilə yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq şahidlərin ifadələrini, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş və cinayət işinin materiallarında olan məhkəmə–narkoloji ekspertizasının xx xxx 2020-ci il tarixli, 327 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən verilmiş tələbnamədən və Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli hökmündən müəyyən edilir ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respulikası CM-nin 234.1-ci maddəsi ilə 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci ildə Salyan rayon Məhkəməsinin qərarı ilə cəzasının qalan 03 ay 29 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur Məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2020-ci il tarixli rəyindən görünür ki, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütlə” sözləri olan kağız paketdəki bir ədəd sellofan bükümdə, təmiz çəkisi 0,226 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Məhkəmə iclasında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci ildə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində”polisin nəzarəti altına vermə”qətimkan tədbiri seçilmiş və həmin qərar ona elan edilməklə o MSY-dən azad edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, şubhəli şəxs Təqsirləndirilən şəxs əlində olan Samsung markalı telefonun arxasında olan qara rəngli qabdan 1 ədəd kağıza bükülmüş təmiz çəkisi 0.226 qram olan narkotik vasitə olan “heroin”ə oxşar kütlə aşkar edilərək götürülmüşdür. Həmin kütlə elektron tərəzidə çəkilmiş, çəkisi 0,226 qram gəlmişdir. Baxış zamanı iştirak etmiş şübhəli Təqsirləndirilən şəxs bildirmişdir ki, onun üzərndən aşkar edilərək götürülmüş kütlə narkotik vasitə olan “heroin”di, ona məxsusdur və özü istifadə etmək məqsədilə üzərində saxlayır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş «Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında» xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, o, narkotik vasitə olan heroini satışməqsədi ilə əldə edib üzərində daşıyaraq saxlamadığından ona AR CM-nin 234.2-ci maddəsi ilə ittiham edilməmiş, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 18–ci maddəsinə əsasən cinayətlərin residivi hesab edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş 0,226 qram çəkidə narkotik vasitə olan heroin maddi sübut kimi tanınaraq, həmin 0,226 qram çəkidə narkotik vasitə olan heroin saxlanılması üçün Gəncə şəhər Baş Polis İdarəsində məsul saxlanca verilməsi, təqsirləndirilən şəxsin üzərinə baxış keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 4 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,226 (sıfır tam mində iki yüz iyirmi altı) qram olan narkotik vasitə olan “heroin”i əldə etməklə və üzərində daşıyaraq saxlamaqla ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə, saat 19 radələrində istifadəsində olan ***-***-**-** saylı mobil nömrə vasitəsi ilə narkotik vasitələrin qanunsuz alqı-satqısı ilə məşğul olduğunu əvvəlcədən bildiyi tanışı X3 ilə sonuncunun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edib telefon əlaqəsi yaradaraq Elşad Məmmədəliyevdə satış üçün narkotik vasitə olan heroin olduğunu dəqiqləşdirib 35 manat pul müqabilində almağa razılaşmaqla sonuncunun yaşadığı Gəncə şəhəri, A.Ziyadxanov küçəsində yerləşən 4 saylı yaşayış binasının yaxınlığındakı 18 saylı tam orta məktəbin kənarına gedib qeyd edilən tarixdə və vaxtda həmin yerdə Elşad Məmmədəliyevlə görüşmüş və sonuncudan 1 ədəd sellofan bükümdə, ümumi təmiz çəkisi 0.226 qram, yəni şəxsi istehlak miqdarından artıq çəkidə narkotik vasitə olan heroini 35 manat pul müqabilində qanunsuz olaraq şəxsi istifadəsi məqsədilə əldə edib əynindəki boz rəngli cins şalvarın sağ yan cibində gizlətməklə eyni məqsədlə saxlayaraq daşımış, Эянъя шящяр Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində xx.xx.2020-ci il tarixdə, saat 19:45-də Gəncə şəhəri, Atatürk prospektində yerləşən “Şəfa” aptekin qarşısında saxlanılıb Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılarkən əynində olan boz rəngl cins şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükümdə, ümumi təmiz çəkisi 0.226 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1–ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında xx.xx.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1– ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Azərbaycan Respublikası CM-nin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində-sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halın mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, iş materiallarında olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və saxlanması üçün Gəncə şəhər Baş Polis İdarəsinin X10 təhvil verilmişdir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında qərar”dan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və həmin tarixdə saxlanıldığı Gəncə şəhər Baş Polis İdarəsinin X7 azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 14 martdan 16 martadək, 03 gün müddətində şübhəli şəxs qismində Gəncə şəhər Baş Polis İdarəsinin X9 saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilən gün o şübhəli şəxs statusundan çıxsa da istintaq altında olaraq həmin günün birinci yarısına qədər azadlığı məhdudlaşdırıldığından həmin müddətin də bir gün hesablanmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmasını zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 (iki) gün müddətində şübhəli şəxs qismində tutulmasını nəzərə alaraq həmin müddətin ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmasını qanuna uyğun hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə qaldığı 02 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər tutularaq, cəmi 04 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli, 2 nömrəli qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. X5 1961-ci il X1 Baxılmasi üçün Birləşmiş Millətlər Təşkilatı Konfransının qəbul etdiyi İİİ Qətnaməsində xatırladılaraq tərəflərə tövsiyyə edilmişdir ki, bir çox hallarda narkomanlığın, narkotik vasitələrdən sui-istifadə təhlükəsinə daha meyilli olan şəxslərin yaşadıqları qeyri-sağlam sosial atmosferin nəticəsi olması faktı nəzərə alınsın;narkotik vasitələrdən qanunsuz istifadənin yayılmasına qarşı mübarizə üçün mümkün tədbirlər görülsün;gənclərin normal fıziki və mənəvi sağlamlığınm təmin olunması məqsədilə onların asudə vaxtı və digər fəaliyyət növləri təşkil olunsun. Məhkəmə iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alıb, həmin rəydə göstərilənləri Azərbaycan Respublikası CM–nin 41.2–ci maddəsində göstərilən məqsədlərə nail olunması istiqamətində görülməli olan zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hazırda narkomaniyadan məcburi müalicəyə ehtiyaci olduğundan o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınaraq, narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb edilməlidir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1–ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülüb qablaşdırılmış və təmiz çəkisi 0,226 qram olan narkotik vasitə olan heroin məhv edilməli, bundan başqa Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 4 ədəd “DVD” diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17 və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub– olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Cinayət işi üzrə məhkəmə ekspertizasının xərci 30 manat 40 qəpik (otuz manat qırx qəpik) təşkil etmişdir ki, həmin məbləğdə pul təqsirləndirilən şəxsin üzərinə qoyulmalı və ondan tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəfi hesab edilir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6—197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Gəncə şəhəri, DOS-6,ev 15 ünvanını axşam saat 23-dən səhər saat 07-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o 02 (iki) il, müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx xxxx 2020-ci ildən xx xxxx 2020-ci ilədək həbsdə saxlanıldığı 02 gün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Gəncə şəhəri, DOS-6,ev 15 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza dövründə narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb edilsin. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülüb qablaşdırılmış 0.188 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 4 ədəd “DVD” diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. İş üzrə 30 manat 40 qəpik (otuz manat qırx qəpik) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfinin ödənilməsi vəzifəsi Təqsirləndirilən şəxs üzərinə qoyulsun və həmin məhkəmə məsrəfi ondan tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №1(044)-36/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-36/2021
21.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver