Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-36/2022 19.01.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmov Turan Aydın oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Ədalət oğlunun, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3 , Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1999-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Kəlbəcər şəhəri, S.Vurğun küçəsi, ev 85-də qeydiyyatda olmaqla, Gəncə şəhər AKTA 6 ətrafında olan fərdi yaşayış evində yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilir ondan ötrü ki, o, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq etmiş və qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham elan edilmişdir ondan ötrü ki, o, 06 iyul 2020-ci il tarixdə gecə saat 05 radələrində ictimai yer olan Gəncə şəhəri, AKTA-6 yataqxanası ətrafında yerləşən özünə məxsus fərdi yaşayış evinin qarşısında əsaslı səbəb olmadan ətrafda yaşayan şəxslərə məhəl qoymadan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafda yaşayan digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə atası Şahid1 qonşusu Zərərçəkmiş şəxs Ədalət oğlu tərəfindən döyülməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı uca səslə, nalayiq ifadələrlə təhqir etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək xuliqanlıq etmiş, bundan sonra xuliqanlıq hərəkətlərini davam etdirib həmin ünvanda, qeyd olunan tarix və saatda Zərərçəkmiş şəxs qəsdən vurub sol almacıq, bel, sol said, sol dirsək, hər iki diz nahiyələrinin sıyrıqları, sol gözün alt qapağının qançırı ilə müşayiət edilən dərəcəsi təyin edilməyən sağlamlığa zərər vurmayan, eləcə də sağ üz nahiyyəsinə yumruqla qəsdən vuraraq sonuncuya sağ əng sümüyünün qapalı qəlpəli sınığı, burun sümüklərinin yerdəyişmiş sınığı ilə müşaiyət olunan sağ göz qapaqlarının yumşaq toxumalarının əzilməsi, hemotoması ilə müşayiət olunan sağlmlığının uzun müddətə pozulmasına səbəb olan xuliqanlıq niyyətilə sağlamlığına qəsdən az ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-cü maddələri ilə irəli sürülmüş ittihamla bağlı məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs oğlu 06 iyul 2020-ci il tarixdə gecə saat 05 radələrində ictimai yer olan Gəncə şəhəri, AKTA-6 yataqxanası ətrafında yerləşən özünə məxsus fərdi yaşayış evinin qarşısında atası Şahid1 qonşusu Zərərçəkmiş şəxs Ədalət oğlu tərəfindən döyülməsi səbəbindən aralarında yaranmış mübahisə və dalaşma zamanı zərərçəkmiş şəxsi uca səslə, nalayiq ifadələrlə təhqir edərək yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı ətrafda yaşayan şəxslərə məhəl qoymadan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafda yaşayan digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək Zərərçəkmiş şəxs qəsdən vurub sol almacıq, bel, sol said, sol dirsək, hər iki diz nahiyələrinin sıyrıqları, sol gözün alt qapağının qançırı ilə müşayiət edilən dərəcəsi təyin edilməyən sağlamlığa zərər vurmayan, eləcə də sağ üz nahiyyəsinə yumruqla qəsdən vuraraq sonuncuya sağ əng sümüyünün qapalı qəlpəli sınığı, burun sümüklərinin yerdəyişmiş sınığı ilə müşaiyət olunan sağ göz qapaqlarının yumşaq toxumalarının əzilməsi, hemotoması ilə müşayiət olunan sağlmlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığına qəsdən az ağır zərərvurmaya aid edilən xəsarət yetirməklə zor tətbiq edib xuliqanlıq etmişdir. Cinayət işinin məhkəmə baxışı zamanı iş üzrə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. Şahid1 onun atasıdır. 06.07.2021-ci il tarixdə saat 05 radələrində evdə yatan zaman evlərinin həyətində səs-küy gəldiyini eşitmişdir. O, həyətə çıxan zaman atasının adını sonradan bildiyi Zərərçəkmiş şəxs Ədalət oğlu və X9 ilə evlərinin qarşısında küçədə mübahisə etdiyini görmüşdür. O da ora yaxınlaşan zaman Zərərçəkmiş şəxs atası ilə sonuncunun yüksək səslə musiqi dinləməsinə görə mübahisə etdiklərini görmüşdür. Həmin vaxt Ədalət adlı şəxsin əlində dəmir dabankeş olmasını görmüşdür. O, ora yaxınlaşan zaman həmin şəxslər atasını təhqir etmiş və ona görə də aralarında dava olmuşdur. Dava zamanı Ülfətin atası Ədalət əvvəlcə dabankeşlə atasının başına bir dəfə zərbə vurmuş, atası isə evdən nəsə götürüb gəlmək üçün geri çəkilmiş, həmin vaxt Ədalət yerdən daşı götürmüş və atasına tərəf atmış, həmin daş atasının başının arxasına dəymiş və atası yerə yıxılmışdır. Atası yerə yıxılan zaman isə Ülfət atasının üzərinə gedib əlində olan daşla üz nahiyyəsinə zərbə endirmişdir. Atası da uzanıqlı vəziyyətdə Ülfətin üzünə yumruq vurmuşdur. O, atasına qarşı Ülfətin bu hərəkətlərini görərkən dərhal yaxınlaşmış, Zərərçəkmiş şəxs ucadan nalayiq ifadələrlə söymüş, sonra isə kənara çəkib yumruqla Ülfətin üz nahiyyəsinə və sonra da bədəninin müxtəlif nahiyyələrinə bir neçə dəfə zərbə endirmişdir. Zərbə vuran zaman yumruqlarından birinin Ülfətin sağ göz nahiyyəsinə dəydiyini də görmüş, bundan sonra Ülfət arxaya çəkilmiş və hər ikisi qaçıb ordan uzaqlaşmışdır. O isə evə gəlmiş və atasının üzünü yumuş və soyuducudan buz gətirib üz nahiyyəsinə qoymuşdur. Bundan sonra anası Gülnarə yaxınlıqda olan fərdi yaşayış evində yaşayan 78 yaşlı babası Şahid3 məlumat vermiş, babası isə ora gəldiyini bildirmiş və o da babasının gəldiyini bilib qabağına çıxmışdır. Babası isə nənəsi Hümayə ilə birlikdə gələn zaman Ədalət, oğlu Ülfət və Ülfətin anası Mehriban küçədə babasının ünvanına nalayiq söyüşlər söymüş və daş atmağa başlamışdır. O da babasını və nənəsini qarşılayıb evlərinə gətirmişdir. Anası Gülnarə isə babasının telefonu ilə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermişdir. O, zərərçəkmiş şəxsin sağlamlığına qəsdən az ağır zərər vursa da, özünü elan edilmiş ittiham üzrə təqsirli bilmir, çünki onun zərərçəkmiş Zərərçəkmiş şəxs vurmasının səbəbi sonuncunun onun atasını döyməsi olmuşdur, zərərçəkmiş şəxsə qarşı ətrafda olan qonşuların və digər şəxslərin olduğu yerdə nalayiq ifadələr işlədərək söyməsinin səbəbi isə zərərçəkmiş şəxsin onun atasına qarşı etdiyi hərəkətlərlə əlaqədar əsəbləşib özündən çıxması olmuşdur. Qeyd etdiklərinə əsasən barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Ədalət oğlu ifadəsində göstərmişdir ki, 06.07.2020-ci il tarixdə saat 04 radələrində yüksək səs eşidib yuxudan oyanmışdır. O, binada 2-ci mərtəbədə yaşadığı üçün pəncərədən baxmış və yolun digər tərəfində yerləşən həyət evindən musiqi və söyüş səsi gəldiyini eşitmişdir. Bundan sonra o, buna etirazını bildirmək üçün evdən düşüb yolun digər tərəfində olan, adını sonradan bildiyi Şahid1 həyət evinə getmiş və qapısını döymüşdür. Bu zaman qapını Bəhruz açmış və qapının çölündə o, Bəhruza musiqinin səsini azaltmasını, yata bilmədiyini, söyüş söydüklərini və bunun ayıb olduğunu demişdir. Bəhruz isə “Bugün bizim şad günümüzdü” demiş, o isə Bəhruza “Allah mübarək eləsin, şad günün mənə aidiyyəti yoxdu, karantin vaxtıdı, yata bilmirik” demişdir. Bu zaman orada olan şəxslərdən biri ona “Qanun da mənəm, polis də mənəm, sənə nə dəxli var” demişdir. Həmin vaxt onunla Bəhruz arasında mübahisə yaranmış və onlar arasında əlbəyaxa dava olmuşdur. Həmin vaxt Bəhruzun oğlu sonradan adını bildiyi Pərvin onunla atası Bəhruzun dava etmələrini görüb yumruqla onun üz nahiyyəsinə vurmuş, həmin yumruq onun sol gözünə və burnunun yuxarı hissəsinə dəymişdir. Bu zaman Pərvin, Bəhruz və bir nəfər də əynində ağ rəngli qısaqol köynək olan tanımadığı şəxs üzərinə gəlmiş, o isə əllərini başına tutmuşdur. Həmin vaxt Pərvin onu nalayiq ifadələrlə söymüşdür. Həmin şəxslər isə yumruq və təpiklə onun belinə, qollarına vurmağa başlamış, o, qollarını yuxarı tutaraq arxaya çəkilib ordan qaçaraq uzaqlaşmışdır. Bundan sonra dərhal evə gəlmiş və atası Ədalətə polisə zəng etməsini demiş, lakin atasının zəng edib-etmədiyini bilməmişdir. O, vanna otağına keçib üzünə su vurmuş və qonaq otağına daxil olan zaman atası ona “qonşuyuq, elə şeymi olar, gedək görək nə məsələdi” demişdir. Bundan sonra atası Ədalət və o, ikinci dəfə Bəhruzun yolun digər tərəfində olan həyət evinə getmişlər. Həmin vaxt artıq təxminən saat 05 radələri olmuş, atası Ədalət Bəhruzun evinin qapınısını döymüş, həmin vaxt atası ondan qabaqda, o isə atasından 2 metr arxada dayanmışdır. Yenə də qapını Bəhruz açmış və atası qapının çölündən Bəhruza “bu nə işdi, adam təkliyirsiz, bura dərəbəyllikdimi?!” demiş, Bəhruz isə “yaxşı eləmişəm” demiş və atasını arxaya itələmişdir. O isə atasının arxaya tərəf itələndiyini görmüş və atasına yaxınlaşmış, həmin vaxt Pərvin əlində olan butulka ilə baş nahiyyəsinə vurmuş, lakin başından xəsarət almamış, bundan sonra Bəhruz da daxil olmaqla dörd nəfər yenə onun üzərinə gəlmiş və yumruq təpiklə onu döyməyə başlamışlar. O da onu daha çox döyməmələri üçün qollarını ətrafa yelləmiş, lakin onun əlinin dəyib dəymədiyini hiss etməmiş, atası isə onun qolundan arxaya dartmış və onlar ordan iti yerişlə uzaqlaşmışlar. Atası ona “gedək bunun başqa yolu yoxdu, qoy polis gəlsin” demiş, bundan sonra onlar evə getmiş və atası polisə zəng etmiş, polislər isə bir az sonra zəng etmiş və ərazinin böyük olduğunu, ünvanın konkret olmadığını, ona görə də yolu göstərmək üçün bir nəfərin yolun kənarına çıxmasını demişdir. 06.07.2020-ci il tarixdə saat 05:30-da atası polislərin qabağına çıxıb evin yerini göstərmək üçün evdən çölə çıxmış, o isə həmin şəxslərin atasına xəsarət yetirə biləcəyini düşündüyü üçün atasının arxasınca küçəyə çıxmışdır. Bu zaman Bəhruz, onun atası Dəmir, Pərvin, Bəhruzun adını bilmədiyi bacısı oğlu və Bəhruzun adını bilmədiyi digər iki oğlu olmaqla ümumilikdə altı nəfər şəxsin əlində daşla yolun digər tərəfindən atasının üzərinə qaçdığını görmüş, o da atasını müdafiə etmək məqsədilə dərhal atasına tərəf qaçmış və bu zaman onlar daşları atmağa başlamışlar. Bu zaman sarışın və kök oğlan ona yaxınlaşmış və əlinin içərisində olan daşla onun sağ göz nahiyyəsinə vurmuş, bundan sonra o, geri çəkilmiş, lakin bu dəfə də onu ilk dəfə yumruqla vuran oğlan əlindəki daşla onu sağ gözündən vurmuşdur. Bundan sonra o, dizi üstə yerə yıxılmış, onu qolundan tutub sürüyərək təxminən 1 metr aralıda olan setqaya söykəmiş, bu zaman həmin şəxslər onun atasına isə daşla xəsarət yetirmişlər. Bundan sonra altı nəfər yumruq və təpiklə onu vurmağa başlamışlar. Bir neçə dəqiqə onu yumruq və təpiklə döydükdən sonra çəkilib getmişlər. O isə huşunu itirmiş və anası Mehriban gəlib onun qolundan tutub evə aparmış, sonradan isə xəstəxanaya aparılmışdır. Təqsirləndirilən şəxs ilə aralarında baş vermiş münaqişə nəticəsində bədən xəsarəti almışdır. O, Təqsirləndirilən şəxs ilə barışmış, onu bağışlamışdır. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, yaşadığı ev həyət evi olduğu üçün evinin qarşısında həyət vardır. Özü isə həyat yoldaşı Gülnarə Həsənalıyeva ilə birlikdə yuxudan tez oyanır və həyətdə oturub söhbət edirlər. 06.07.2020-ci il tarixdə təxminən gecə saat 05 radələrində yenə də hər ikisi yuxudan oyanmış və həyətdə oturmuşdur. O da telefonunda musiqini qoşmuş və çay içərək musiqiyə qulaq asmışdır. Təxminən 20 dəqiqə sonra adını sonradan bildiyi Zərərçəkmiş şəxs Ədalət oğlu qapını döymüş və o, qapını açıb küçəyə çıxıb nə istədiyini soruşmuşdur. Ülfət isə ona yolun digər tərəfində olan binada qaldığını, musiqinin səsinin narahat etdiyini bildirmişdir. O isə mobil telefonun səsinin necə narahat edə biləcəyini soruşmuş, Ülfət isə “narahat edir ki, gəlmişəm” sözlərini demiş və nalayiq söz deyərək onu təhqir etmişdir. Bu zaman aralarında mübahisə olmuş və bir-birilərinin yaxasından tutmuş, həmin vaxt Ülfət qəfildən sol göz nahiyyəsinə yumruqla vurmuşdur. O da bundan sonra Ülfətin burun nahiyyəsinə bir dəfə yumruqla vurmuş, həmin vaxt hər ikisi yerə yıxılmış və onun dizi və qolları yerdə sıyrılmışdır. Ülfət isə ayağa qalxmış və oradan qaçıb getmişdir. O, isə evə girib əlini və üzünü yumuşdur. Təxminən 10 dəqiqə sonra qapıları yenidən döyülmüş, bu zaman o, xəsarət aldığı üçün qapını həyat yoldaşı Gülnarə açmış və qapını döyən şəxsin Ülfətin atası Ədalət olduğunu bilmişdir. Ədalət isə oğlu Ülfətlə nə səbəbə dava-dalaş etdiyini demişdir. Həmin vaxt Gülnarə onları tanımadıqlarını, çıxıb getdiklərini demişdir. Lakin Ədalətin geri çəkilmədiyini görmüş və həyətdəki stoldan durub qapıya yaxınlaşmışdır. Bu zaman Ədalət əlində olan dabankeşlə onun başına vurmuşdur. Həmin vaxt o, Ədalətə yaxınlaşıb sinəsindən itələmiş, Ülfət də yenidən atası ilə birlikdə üzərinə gəlmiş və yenə də aralarında dava dalaş olmuşdur. Dava zamanı Ədalət daşla başına vurmuş və o, müvazinətini itirib yerə yıxılmışdır. Yerdə olan zaman Ülfət qarnının üzərində oturmuş və əlinin içində olan daşla onun sağ göz nahiyyəsinə iki dəfə güclü zərbə vurmuşdur. O da yumruqla Ülfətin üz nahiyyəsinə bir neçə dəfə vurmuşdur. Bu zaman arvadı Gülnarə səs-küy saldığı üçün Ülfət və atası Ədalət oradan qaçıb getmiş, bundan sonra arvadı Gülnarə onun qolundan tutub onu evə aparmış və bir az sonra da polis əməkdaşları ora gəlmişlər. Sonradan onun evindən təxminən 300 metr aralıda yaşayan atası Şahid3 davanı eşidib onların evə gələn zaman yolda Ülfətlə və atası Ədalətlə mübahisə etdiyi ona məlum olmuşdur. Lakin həmin vaxt o, xəsarət aldığı üçün evdə olmuş və o, orada olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, 06.07.2020-ci il tarixdə təxminən saat 05 radələrində yuxudan oyanmış, bu zaman oğlu Ülfətin üzünün qan içində olduğunu görmüşdür. Ülfətdən bunun səbəbini soruşanda səsküyə görə qonşuluqda yaşayan şəxslə dava etdiyini bildirmişdir. Bundan sonra Ülfətə “qonşuyuq, elə şeymi olar, gedək görək nə məsələdi” demiş, sonra Ülfətlə birlikdə ikinci dəfə Bəhruzun yolun digər tərəfində olan həyət evinə getmiş, həmin vaxt artıq təxminən saat 05 radələri olmuşdur. Evin qapısını döyən zaman qapını Bəhruz adlı şəxs açmış və Bəhruza “bu nə işdi, adam təkliyirsiz, bura dərəbəylikdirmi?!” demiş, Bəhruz isə “yaxşı eləmişəm” demiş və onu arxaya itələmişdir. Bu zaman Ülfət yaxınlaşan zaman, bir nəfər tanımadığı şəxs əlində olan butulka ilə Ülfətin baş nahiyyəsinə vurmuş, bundan sonra Bəhruz da daxil olmaqla dörd nəfər yenə Ülfəti döyməyə başlamışdır. Ülfəti onların əlindən almış və oradan uzaqlaşaraq “gedək bunun başqa yolu yoxdu, qoy polis gəlsin” sözlərini demişdir. Bundan sonra evə getmiş və polisə zəng etmiş, polislər isə bir az sonra zəng edib ərazinin böyük olduğunu, ünvanın konkret olmadığını, ona görə də yolu göstərmək üçün bir nəfərin yolun kənarına çıxmasını demişdir. 06.07.2020-ci il tarixdə saat 05:30-da polislərə evi göstərmək üçün küçəyə çıxmışdır. Bu zaman Bəhruz, onun atası Dəmir, Bəhruzun adını bilmədiyi bacısı oğlu və Bəhruzun adını bilmədiyi üç oğlu olmaqla ümumilikdə altı nəfər şəxsin əlində daşla yolun digər tərəfindən üzərinə qaçıb dava etmiş, dava zamanı oğlu Ülfət döyülmüş, bu zaman onlar özünə də daşla xəsarət yetirmiş, yumruq və təpiklə döydükdən sonra çəkilib getmişdir. Ülfət isə huşunu itirmiş, həyat yoldaşı Mehribanla Ülfətin qolundan tutub evə aparmış, sonradan isə xəstəxanaya getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Şahid1 onun övladıdır. O, AKTA 6 ətrafında yerləşən fərdi yaşayış evində yaşayır. Şahid1la onun evi eyni küçədə olsa da aralıda yerləşir. 06.07.2020-ci il tarixdə təxminən saat 06 radələrində gəlini Gülnarə ona zəng etmiş və oğlu Bəhruzun qonşuluqda olan şəxslərlə dava-dalaş etdiyini, Bəhruzun sağ gözündən xəsarət aldığını bildirmişdir. O da dərhal arvadı Hümayəni oyatmış və vəziyyəti demişdir. Sonra hər ikisi durub əyinlərini geyinib Bəhruzun evinə getmək üçün küçəyə çıxmışlar. Onlar piyada küçə ilə ora gedən zaman adını sonradan bidliyi Ədalət və oğlu Ülfət onları hədələmiş və küçədə mübahisə etmişlər. Mübahisə zamanı onlara tərəfə daş da atmış, sonra nəvəsi Pərvin ora gəlmiş və onun qolundan tutub Bəhruzun evinə aparmışdır. O, evə girən zaman isə Bəhruzun üzünün qan olduğunu görmüşdür. Sonra ona ilkin köməklik etmiş və xəstəxanaya aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 06.07.2020-ci il tarixdə təxminən saat 06 radələrində yuxudan oyanmış, bu zaman əri Ədalətin polis çağırdığını və polisləri qarşılamaq üçün küçəyə çıxdığını görmüşdür. Sonra oğlu Ülfətdən bu barədə soruşan zaman qonşunun səs-küy etdiyi üçün onların evinə getdiyini və Bəhruz adlı qonşu və onun oğlanları tərəfindən döyüldüyünü bildirmişdir. Ədalət küçəyə çıxandan sonra Ülfət də küçəyə çıxmış, bu zaman qonşu Dəmir və oğlu Bəhruzun əllərindəki daşla əri Ədaləti döydüyünü görmüş, həmin vaxt oğlu da onu aralamaq üçün getmiş, onlar oğlunu da döyməyə başlamış, oğlu Ülfəti qorumaq istəyən zaman itələyib yerə yıxmış və başı asfalta dəymişdir. Ayağa qalxan zaman isə oğlu Ülfətin yerdə çökmüş vəziyyətdə olduğunu görmüş, onlar isə oradan uzaqlaşıb getmişdir. Sonra da evə getmiş və Ülfəti xəstəxanaya aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, yaşadığı ev həyət evi olduğu üçün evinin qarşısında həyət vardır. Özü isə həyat yoldaşı Şahid1la birlikdə yuxudan tez oyanır və həyətdə oturub söhbət edirlər. 06.07.2020-ci il tarixdə təxminən gecə saat 05 radələrində yenə də hər ikisi yuxudan oyanmış və həyətdə oturmuşlar. Bəhruz telefonunda musiqini qoşmuş və çay içərək musiqiyə qulaq asmışlar. Təxminən 20 dəqiqə sonra adını sonradan bildiyi Zərərçəkmiş şəxs Ədalət oğlu qapını döymüş və yoldaşı Bəhruz qapını açıb küçəyə çıxıb nə istədiyini soruşmuşdur. Ülfət isə yolun digər tərəfində olan binada qaldığını, musiqinin səsinin narahat etdiyini bildirmişdir. Bəhruz da Ülfətə mobil telefonun səsinin necə narahat edə biləcəyini soruşmuş, Ülfət isə “narahat edir ki gəlmişəm” demiş və nalayiq söz deyərək Bəhruzu təhqir etmişdir. Bu zaman bir-birinin yaxasından tutmuş, həmin vaxt Ülfət qəfildən Bəhruzun sol göz nahiyyəsinə yumruqla vurmuş, Bəhruz da Ülfəti vurmuş və hər ikisi yerə yıxılmışdır. Ülfət isə ayağa qalxmış və oradan qaçıb getmişdir. Onlar evə girmiş və Bəhruz əl-üzünü yumağa başlamışdır. Təxminən 10 dəqiqə sonra qapıları yenidən döyülmüş, bu zaman o, özü qapını açıb küçəyə çıxmışdır. Çıxan zaman qapını döyən şəxsin Ülfətin atası Ədalət olduğunu görmüşdür. X8 nə səbəbə dava-dalaş etdiyini demişdir. O, çıxıb getmələri üçün yalvarmağa başlamış, lakin Ədalət məhəl qoymamış və həmin vaxt Bəhruz həyətdəki stoldan durub qapıya yaxınlaşmış, yenə də aralarında mübahisə olmuş və mübahisə zamanı Ülfətin atası Ədalət dabankeşlə Bəhruzun başına bir dəfə zərbə vurmuşdur. Bəhruz da evdən nəsə götürmək üçün geri çəkilmiş, həmin vaxt Ədalət yerdən daşı götürmüş və Bəhruza tərəf atmışdır. Həmin daş Bəhruzun başının arxasına dəymiş və yerə yıxılmışdır. Bəhruz yerə yıxılan zaman isə Ülfət üzərinə gedib əlində olan daşla üz nahiyyəsinə zərbə endirmişdir. Bəhruz da uzanıqlı vəziyyətdə Ülfətin üzünə yurmuq vurmuşdur. Bu zaman evdə yatan oğlu Təqsirləndirilən şəxs səsə oyanmış və yuxudan durub onların yanına gələrkən həmin vaxt oğlu Pərvin də Ülfətin Bəhruzu vurduğunu görüb yumruqla Ülfətin üz nahiyyəsinə və sonra da bədəninin muxtəlif nahiyyələrinə bir neçə dəfə zərbə endirmişdir. Bundan sonra Ülfət arxaya çəkilmiş və hər ikisi qaçıb ordan uzaqlaşmış, sonra onlar evə girmiş və Bəhruzun üzünü yumuşlar. Bundan sonra o, Bəhruzun telefonu ilə yaxınlıqda olan fərdi yaşayış evində yaşayan 78 yaşlı qaynatası Şahid3 məlumat vermişdir. Bir az sonra Şahid3 gəldiyi üçün Pərvin onun qarşısına çıxmış, bu zaman da küçədə onların arasında mübahisə olmuşdur. Lakin Bəhruz xəsarət aldığı üçün evdə olmuş, qaynatası Dəmir evə gələn kimi Ülfətin və atasının sakitləşmədiyini və əl çəkmədiyini görüb qaynatasının telefonu ilə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Şahid1 o, yaşadığı küçədə yaşayır. 06.07.2020-ci il tarixdə təxminən saat 06 radələrində küçədə səs-küy gəldiyi üçün o, yuxudan oyanmış və nə olduğunu öyrənmək üçün küçəyə çıxan zaman küçədə adlarını sonradan bildiyi Ülfət və Ədalət adlı şəxslərin qonşu Bəhruzun oğlu Pərvin, arvadı Gülnarə, Bəhruzun atası Dəmir və anası Humayə ilə mübahisə etdiyini, bir-birinin ünvanına söyüşlər söydüklərini eşitmişdir. Lakin o, heç bir müdaxilə etməmişdir. Bir az sonra polis əməkdaşları ora gəlmiş və Bəhruzun evinə girmişlər. O da öz evinə getmişdir. Sonradan o, görəndən əvvəl də Ülfət və Ədalətin Bəhruzun evinə gəldiyi və aralarında dava-dalaş olduğu məlum olmuşdur. Lakin o, görən zaman yalnız sözlə mübahisə etmələrinin şahidi olmuş, həmin vaxt onlar arasında dava olmasının şahidi olmamışdır. Şahid6 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Şahid1 o, yaşadığı küçədə yaşayır. 06.07.2020-ci il tarixdə təxminən saat 06 radələrində küçədə səs-küy gəldiyi üçün o, yuxudan oyanmışdır. O, evin həyətinə, oradan da küçəyə çıxan zaman küçədə adlarını sonradan bidliyi Ülfət və Ədalət adlı şəxslərin qonşusu Bəhruzun oğlu Pərvin, arvadı Gülnarə, Bərhzun atası Dəmir və anası Humayə ilə mübahisə etdiyini, bir-birinin ünvanına söyüşlər söydüklərini eşitmişdir. Lakin o, heç bir müdaxilə etməmiş, bir az sonra polis əməkdaşları ora gəlmiş və Bəhruzun evinə girmişlər. O da öz evinə getmiş, sonradan o, görəndən əvvəl də Ülfət və Ədalətin Bəhruzun evinə gəldiyi və aralarında dava- dalaş olduğu ona məlum olmuşdur. Lakin o, görən zaman yalnız sözlə mübahisə etmələrinin şahidi olmuş, həmin vaxt onlar arasında dava olmasının şahidi olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 10.07.2020-ci il tarixli, 989 nömrəli rəyindən görünür ki, Şahid4 bədəni üzərində xəsarət müəyyən edilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 10.08.2020-ci il tarixli, 962 nömrəli rəyindən görünür ki, Şahid1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ göz almasının kontuziyası, hemoftalm, görmənin zəifləməsi ilə müşaiyət olunan sağ gözətrafı nahiyənin yumşaq toxumalarının əzilməsi, hematoması, sol gözün altqapağının qançırı, sağ bazu, sol dirsək, sol diz, sol körpücük, nahiyələrinin sıyrıqları- bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmiş və əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 06.07.2020-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcələrinə görə a) Sağ göz almasının kontuziyası, hemoftalm, görmənin zəifləməsi ilə müşaiyət olunan sağ gözətrafı nahiyənin yumşaq toxumalarının əzilməsi, hematoması- sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir b) sol gözün alt qapağının qançırı, sağ bazu, sol dirsək, sol diz, sol körpücük, nahiyələrinin sıyrıqları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 10.08.2020-ci il tarixli, 981 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs Ədalət oğlunun bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ əng sümüyünün qapalı qəlpəli sınığı, burun sümüklərinin yerdəyişmiş sınığı ilə müşaiyət olunan sağ göz qapaqlarının yumşaq toxumalarının əzilməsi, hematoması, sol almaçıq, bel, sol said, sol dirsək, hər iki diz nahiyələrinin sıyrıqları, sol gözün alt qapağının qançırı –bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir və əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 06.07.2020-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcələrinə görə a) sağ əng sümüyünün qapalı qəlpəli sınığı, burun sümüklərinin yerdəyişmiş sınığı ilə müşaiyət olunan sağ göz qapaqlarının yumşaq toxumalarının əzilməsi, hematoması sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir, b) sol almacıq, bel, sol said, sol dirsək, hər iki diz nahiyələrinin sıyrıqları, sol gözün alt qapağının qançırı sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 06.07.2020-ci il tarixli, 966 nömrəli rəyindən görünür ki, X5 bədəni üzərində müəyyən edilmiş xəsarətlər- ənsə, sağ təpə nahiyələrinin səthi yaraları, sağ said, sağ əl barmaqlarının və sağ əl pəncəsinin üst səthinin sıyrıqları- bər küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 06.07.2020-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə komisyon-tibb ekspertizasının 31 mart 2021-ci il tarixli, T 54/2021 nömrəli rəyindən görünür ki, X6 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ əng sümüyünün qapalı-qəlpəli sınığı, sağtərəfli hemosinus, burun sümüklərinin yerdəyişmiş sınığı ilə müşaiyət olunan sağ göz qapaqlarının yumşaq toxumalarının əzilməsi-hematoması, sol almacıq, bel, sol said, sol dirsək hər iki diz nahiyələrinin sıyrıqları, sol gözün alt qapağının qançırı-bərk əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir və əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 06.07.2020-ci il tarixə uyğun gəlir. Dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan samlığa az ağır zərərvurmaya adiddir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “şəxsin tanınmaya təqdim edilməsi haqqında” 17.05.2021-ci il tarixli protokoldan görünür ki, tanıyan Zərərçəkmiş şəxs Ədalət oğlu təqdim edilən şəxsləri nəzərdən keçirdərək, 3-cü sırada dayanan Təqsirləndirilən şəxs göstərmiş və 06.07.2020-ci il tarixdə saat 05 radələrində onun üz nahiyəsinə vurub xəsarət yetirən şəxsin həmin şəxs olduğunu bildirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 17.05.2021-ci il tarixli “üzləşdirmə protokolu”ndan görünür ki, Zərərçəkmiş şəxs Ədalət oğlu ilə X10 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı zərərçəkmiş X11 istintaq zamanı ifadəsində göstərdiklərini X7 yanında təsdiq etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Psixonevroloji Dispanseri tərəfindən verilmiş 17.05.2021-ci il tarixli, 1720 saylı arayışdan görünür ki, Dəmirli X2 Dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 17.05.2021-ci il tarixli, 2172 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 25.05.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 20.05.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs Ədalət oğlunun ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxsi bağışlamış, onunla barışmış və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Sübutların qiymətləndirilməsi barədə” 08.06.2021-ci il tarixli qərardan görünür ki, iş üzrə X12, X13 və Şahid3 Ədalət Heydərov və Zərərçəkmiş şəxs döyməsi faktı təsdiqini tapmadığından həmin fakt üzrə cinayət işi başlanması rədd edilmiş, 06.07.2020-ci il tarixdə təxminən saat 05 radələrində Gəncə şəhəri, AKTA 6 yataqxanası yaxınlığında Şahid4 döyülməsi faktı təsdiqini tapmadığından həmin fakt üzrə cinayət təqibi başlanması rədd edilmiş, Şahid1 əməlində Azərbaycan Respubliaksı İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan Şahid1 barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Nizami RPİ-nin İTB-nə göndərilməsi qərara alınmış, Şahid1 az ağır dərəcəli bədən xəsarət alması faktı ilə bağlı Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə ayrıca cinayət işi ayrılmışdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124–136-cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs elan edilmiş ittihamın Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə olan hissəsi düzgün ixtisaslaşdırılmamış, həmin hissədə onun əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə ittiham olunduğu cinayəti xuliqanlıq niyyəti ilə törətməsinə dair istintaq orqanının gəldiyi nəticə işin faktiki hallarına və ümumiyyətlə iş materiallarına uyğun deyil. Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi elan edir, insan və vətəndaş hüquqlarının və azadlıqlarının birbaşa qüvvədə olması, bu hüquq və azadlıqlarının gözlənilməsi və qorunması vəzifəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə qoyur (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 71-ci maddəsinin İ və Vİ hissələri). Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlarının olması, onlara qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququnun verilməsi bu hüquq və azadlıqların məhdudlaşdırılmasının yolverilməzliyini nəzərdə tutur (Konstitusiyanın 24-cü maddəsinin İ hissəsi, 26-cı maddəsinin İ hissəsi və 71-ci maddəsinin İİ hissəsi). Konstitusiyanın 28-ci maddəsinə İ və İİ hissələrinə əsasən hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrum etmə yolu ilə məhdudlaşdırıla bilər. Göründüyü kimi, Konstitusiyada azadlıq hüququnun qanuni əsaslarla məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Azadlıq hüququnun məhdudlaşdırılması ictimai və milli təhlükəsizliyin təmin edilməsi, habelə digər şəxslərin hüquq və azadlıqlarının qorunması məqsədilə yalnız Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla həyata keçirilə bilər. Bu zaman azadlıq hüququnun məhdudlaşdırılmasının məqsədə uyğunluğu, müəyyənliyi, mütənasibliyi tətbiqinin həddi və müddəti kimi vacib şərtlərin nəzərə alınması zəruridir. Məhkəmə hesab edir ki, azadlıq hüququnun məhdudlaşdırılmasını nəzərdə tutan qanunun normalarını tətbiq edərkən hüquqi dövlətin ali prinsiplərindən olan bərabərlik, mütənasiblik, hüquqi müəyyənlik və tarazılıq prinsiblərinə əməl olunmasına xüsusi diqqət yetirilməlidir. Hüquq normalarının dəqiq tətbiq olunmasının ümumi hüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir. Belə ki, hüquq normasının dəqiq tətbiq olunması bütün hüquqtətbiqedicilər tərəfindən qanunun normasının düzgün şərh olunması nəticəsində mümkündür. Hüquq normalarının məzmununun qeyri-müəyyən şəkildə şərh olunaraq tətbiq olunması vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatının zəifləməsinə gətirib çıxarar və qanunun aliliyi prinsipi pozulmuş olar. Konstitusiyaya əsasən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi və 71ci maddəsinin Vİİ hissəsi). Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir və o, heç bir halda məhdudlaşdırıla bilməz. Bu yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, pozulmuş hüquq və azadlıqları, həmçinin azadlıq hüququnu qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalətli məhkəmə araşdırılması hüququ “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasında da öz əksini tapmışdır. Konvensiyanın 6-cı maddəsinin tələblərinə görə hər kəs, onun hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthuquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Məhkəmə hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına səbəb ola bilər. Məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş ittihamla aşağıdakı səbəblərə görə razılaşmır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə ona görə ittiham verilmişdir ki, o, əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə qəsdən Zərərçəkmiş şəxs Ədalət oğlunun sağlamlığına az ağır zərər vurmuşdur. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma kimi qiymətləndirərkən yuxarıda qeyd edilən sübutlarla yanaşı işin faktiki hallarına əsaslanmamışdır. Məhkəmə istintaq zamanı dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə, eyni zamanda işin faktiki hallarına hüquqi qiymət verib hesab edir ki, hadisə mübahisə və dalaşma zamanı şəxsi münasibətlər zəminində baş vermişdir. Belə ki, istintaq zamanı tam sübut olunmuşdur ki, Təqsirləndirilən şəxs atası Şahid1 qonşusu Zərərçəkmiş şəxs Ədalət oğlu tərəfindən döyülməsi səbəbindən aralarında yaranmış mübahisə və dalaşma zamanı şəxsi münasibətlər zəminində Zərərçəkmiş şəxs vurub sağlamlığına qəsdən az ağır zərər vurmuşdur. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı qərarının 5-ci bəndində göstərilmişdir ki, “Məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adamöldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsüf edilməlidir. Həmin Qərarda təsdiq edilmiş hüquqi mövqedən də göründüyü kimi, törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə tövsif edilməsi üçün konkret cinayətin motivini xuliqanlıq niyyəti təşkil etməlidir. “Xuliqanlıq niyyəti”nin anlayışı «Qəsdən adam oldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarında şərh edilmişdir. Həmin Qərarın 6-cı bəndində göstərilmişdir ki, “Qəsdən adam öldürmə o vaxt Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Cinayət işinin yuxarıda şərh edilən faktiki hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs evlərinin həyətinə çıxan zaman Zərərçəkmiş şəxs Ədalət oğlunun atası ilə mübahisə etdiyini və aralarında dava olduğunu, dava zamanı Ülfətin onun atasının üzərinə gedib atasına zərbə endirməsini görərək mübahisə və dalaşma zamanı şəxsi münasibətlər zəminində Zərərçəkmiş şəxs vurub sağlamlığına qəsdən az ağır zərər vurmuşdur. Yuxarıda şərh edilənlər cinayət işi üzrə məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda göstərilən sübutlar əsasında araşdırılmış işin bütün faktiki halları ilə təsdiq olunsa da, yəni cinayət əməlinin təqsirləndirilənlə zərərçəkmişin arasında mübahisə və dalaşma zamanı şəxsi münasibətlər zəminində törədilməsinə baxmayaraq, ibtidai istintaq orqanı əsassız olaraq Təqsirləndirilən şəxs qəsdən sağlamlığa az ağır zərər vurma cinayətini heç bir səbəb olmadan xuliqanlıq niyyəti ilə törətdiyi qənaətinə gəlmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini xuliqanlıq niyyəti ilə törətməməsi qənaətinə gəlinərkən, həmçinin göstərilməlidir ki, məhkəmə istintaqı zamanı kifayət qədər araşdırılmış sübutların cinayət işinin materialları ilə birlikdə tədqiq olunması nəticəsində müəyyən olunmuşdur ki, hazırki cinayət hadisəsi zərərçəkmişin təşəbbüsü ilə başlanmışdır. Belə ki, həm təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri ilə, həm də cinayət işi üzrə araşdırılmış digər sübutlarla müəyyən olunur ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin və atasının yaşadığı evə gələrək əvvəlcə təqsirləndirilən şəxsin atası ilə sonuncunun yüksək səslə musiqi dinləməsinə görə mübahisə etmiş, daha sonra təqsirləndirilən şəxsin atasını təhqir etmiş və atasının üzərinə gedib əlində olan daşla üz nahiyyəsinə zərbə endirmiş, bundan sonra Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs Ədalət oğlunun qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş 08.06.2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan da görünür ki, Şahid1 az ağır dərəcəli bədən xəsarət alması faktı ilə bağlı Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə ayrıca cinayət işi ayrılmışdır. Bununla da törədilmiş cinayət əməlinin zərərçəkmişin təşəbbüsü ilə başlanmasının yuxarıda qeyd edilən sübut növləri ilə təsdiq olunması da Təqsirləndirilən şəxs qəsdən sağlamlığa az ağır zərər vurma cinayətini məhz xuliqanlıq niyyəti ilə törətməsini istisna edir. Məhkəmə qeyd edilən qənaətə gələrkən həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarlarında təsdiq olunmuş hüquqi mövqeyi, yəni “mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə şəxsiyyət əleyhinə cinayət törətməkdə təqsirli bilinə bilməz” mövqeyini də nəzərə almışdır. Yuxarıda şərh edilənlər cinayət işinin həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar əsasında araşdırılmış işin bütün faktiki halları ilə təsdiq olunsa da, yəni cinayət əməlinin mübahisə və dalaşma zəminində törədilməsinə baxmayaraq, ibtidai istintaq orqanı əsassız olaraq Təqsirləndirilən şəxs qəsdən sağlamlığa az ağır zərər vurma cinayətini əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə törətdiyi qənaətinə gəlmişdir. Beləliklə də, törədilmiş cinayət əməlinin Təqsirləndirilən şəxs atası Şahid1 zərərçəkmiş Zərərçəkmiş şəxs Ədalət oğlu tərəfindən döyülməsi səbəbindən aralarında yaranmış mübahisə və dalaşma zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs şəxsi münasibətlər zəminində vurub sağlamlığına qəsdən az ağır zərər vurması işin məhkəmə araşdırması zamanı tədqiq edilən yuxarıda şərh edilmiş sübutları, cinayət işinin materialları, işin faktiki halları ilə tam şəkildə sübuta yetirildiyindən və Təqsirləndirilən şəxs əməlində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma cinayətinin əlamətləri olmadığından onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3cü maddəsi ilə ittiham olunduğu əməli həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilməlidir. Bununla yanaşı, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və cinayət işi materiallarına əlavə edilmiş sübutlarla təsdiq olunur ku, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə zor tətbiq edib onun qəsdən sağlamlığına az ağır zərər vurması ilə müşayiət edilən hərəkətləri mübahisə və dalaşma zəminində törədilməklə konkret şəxsin sağlamlığına zərər vurmaqla yanaşı, həmçinin mübahisə və dalaşma zəminində başlanılmış həmin hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilmiş, onun hərəkətləri cəmiyyət və ictimai qayda əleyhinə, ictimai qaydanın kobud şəkildə pozulmasına, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunmasına yönəlmişdir. Belə ki, Təqsirləndirilən şəxs cinayətkar hərəkətlərini törədərkən onun qəsdi zərərçəkmiş şəxsin qəsdən sağlamlığına zərər vurmaqla yanaşı, həmçinin birbaşa ictimai qaydanın kobud surətdə pozulmasına, cəmiyyətə qarşı açıqca hörmətsizliyin ifadə olunmasına yönəlməsi- hadisənin baş verdiyi Gəncə şəhəri, AKTA-6 yataqxanası ətrafında yaşayış evinin qarşısında ətrafda insanların kütləvi şəkildə yaşadığı və insanların olduğu yerdə zərərçəkmişə nalayiq ifadələr işlətməsində və söyüşlər söyməsində, həmçinin həmin hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edərək, zərərçəkmişin sağlamlığına zərər vurduğunu qabaqcadan görərək və bunu arzu edərək, bilərəkdən özünü ictimai qaydaya qarşı qoyaraq törətdiyi xuliqanlıq hərəkətləri onun əməllərində hərəkətverici amil rolunu oynamışdır. Bununla əlaqədar məhkəmə onu da qeyd eyməyi zəruri hesab edir ki, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, “...Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiyməyləndirilə bilər”. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1 və 221.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və məhkəmə prosesi zamanı araşdırılmış işin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü müdafiə xarakterli ifadəsini, yəni özünü elan edilmiş ittiham üzrə təqsirli bilmədiyini göstərsə də, zərərçəkmiş Zərərçəkmiş şəxs sağlamlığına qəsdən az ağır zərər vurmasını, həmçinin mübahisə zamanı zərərçəkmiş şəxsi ətrafda olan şəxslərin olduğu yerdə nalayiq ifadələrlə söyməsini etiraf etməsi cinayət işinin məhkəmə araşdırması zamanı tədqiq olunmuş digər mötəbər və təkzibedilməz sübutlarla yanaşı onun təqsirliliyini sübut edir. Şərh edilənlərə əsasən və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların araşdırılması nəticəsində məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1 və 221.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və həmin maddələrlə ona cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1 və 221.1-ci maddələri cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmişin onu bağışlamasını və ona qarşı heç bir şikayət və tələbinin olmamasını təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur və cəzanı yüngülləşdirən hallar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsə cəza təyin edilən zaman nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq onun cəzasını yüngülləşdirən hallarla yanaşı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən cinayət törətməsini), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmamasını), cəzanın məqsədini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Cinayət Məcəlləsininn 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəzalar qismən toplanılaraq qəti müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Bununla belə, qeyd edilməlidir ki, Azərbaycan Respublikası Milli Məclisinin “8 noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır. (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla) Həmin Qərarın 14-cü hissəsinə əsasən bu Qərarın 8-ci və 9-cu hissələri amnistiya aktı qüvvəyə mindiyi günədək cinayət törətmiş şəxslər barəsində tətbiq edilir. Həmin Qərarın 23.5-ci bəndinə əsasən məhkəmələr tərəfindən amnistiya – bu Qərarın 2.5-ci, 2.12-ci, 2.13-cü və 3.2-ci bəndlərində, 4-cü, 5-ci, 6-cı və 9-cu hissələrində nəzərdə tutulan şəxslər barəsində tətbiq edilir. Həmin Qərarın 28-ci bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81-ci maddəsinə əsasən amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 (amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda) və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.12-ci maddəsində (amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda) nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə məhkəmə ittiham hökmü çıxarır. Odur ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1 və 221.1-ci maddələri ilə törətdiyi cinayət əməlləri böyük ictimai təhlükə törətməyən cinayətlər olduğundan onun barəsində Azərbaycan Respublikası Milli Məclisinin “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndi tətbiq edilməli və onun amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə razılığı olmadığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən o, təyin ediləcək cəzadan azad edilməklə barəsində ittiham hökmü çıxarılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia yoxdur, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1 və 221.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsininn 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndi tətbiq edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №1(044)-36/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-36/2022
19.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver