Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(044)-37/2020 29.01.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) İbrahimova Nuranə Lazım qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1976-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində dörd azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Gəncə şəhəri, H.Cavid küçəsi, ev 6, mənzil 5-də qeydiyyatda olmaqla, ünvan 1-də yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM-in) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs (bundan sonra – Təqsirləndirilən şəxs) xx.xx.2020-ci il tarixdə saat 19 radələrində sərxoş vəziyyətdə ünvan 1 saylı ünvanda aralarında ailə-məişət münasibətləri zəminində yaranmış mübahisə zamanı qəsdən boşqabla arvadı Zərərçəkmiş şəxs baş nahiyyəsinə bir dəfə vuraraq ona alın-təpə nahiyyəsinin yarası xəsarəti yetirməklə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığınayüngül zərər vurmaya aid edilən bədən xəsarəti yetirmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi, eləcə də işdə olan və tədqiq olunan digər iş materialları ilə aşağıdakı qaydada tamamilə sübuta yetirilmişdir. Məhkəmə iclasında cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun arvadıdır. Səbinə ilə o, 1996-cı il tarixdə rəsmi qaydada ailə həyatı qurmuş və onların birgə nikahlarından beş övladları vardır. Onlar birlikdə Gəncə şəhəri, N.Nərimanov prospektində yerləşən 361 saylı evdə kirayədə yaşayırlar. xx.xx.2020-ci il tarixdə saat 19 radələrində yaşadığı evdə qonaq otağında divanda uzanmışdı. Həmin vaxt bir qədər spirtli içki qəbul etdiyi üçün sərxoş olmuşdur. Bu zaman arvadı Səbinə yanına gəlib onları ata evinə qonaq aparmasını istəmişdir. O, həm sərxoş, həm də yuxulu olduğu üçün Səbinə ilə mübahisə etmiş və Səbinə onu əsəbləşdirdiyi üçün yerindən qalxıb evdə masanın üzərində olan boşqabı götürüb boşqabla Səbinənin başından bir dəfə vurmuşdur. Zərbənin təsirindən Səbinə yerə yıxılmış və Səbinənin başı yaralanaraq qan gəlmişdir. Həmin vaxtı səs-küyə oğlu Şahid öz otağından çıxıb qonaq otağına onların yanlarına gəlmiş, onu sakitləşdirib evdən həyətə çıxartmışdır. Bundan sonra o, yaşadığı evdən çıxıb şəhərə getmiş və qayıdıb gələn zaman arvadı Zərərçəkmiş şəxs onun barəsində polisə şikayət etdiyini öyrənmişdir. Bundan sonra zərərçəkmiş şəxsdən üzr istəmiş və onlar barışmışlar. Ona görə də zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alıb məhkəmədən cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. Anarla o, 1996-cı il tarixdə rəsmi qaydada ailə qurmuş və birgə nikahdan beş övladları vardır. xx.xx.2020-ci il tarixdə axşam saat 19 radələrində yaşadığı evdə ailə üzvləri ilə birlikdə yeni il bayramını qeyd etmişlər. Həmin vaxtı əri Anar spirtli içki qəbul etmiş və divana uzanmışdır. Söhbət zamanı o, Anardan xahiş etmişdir ki, onları qardaşıgilə qonaq aparsın. Lakin Anar onunla mübahisə etməyə başlamış və onu nalayiq ifadələrlə söyüb təhqir etmiş, daha sonra evdə qonaq otağında masanın üzərində olan boşqabı götürüb boşqabla onun başından vurub ona xəsarət yetirmişdir. Bu zaman səs-küyə oğlu Zöhrab onların yanlarına gəlmiş, atasını sakitləşdirib evdən çölə çıxartmışdır. Sonra oğlu Zöhrab ona ilkin tibbi yardım göstərib başını parça ilə sarımış, o isə oğlunun mobil telefonu ilə Daxili İşlər Nazirliyinin “102” zəng xidmətinə zəng edib ərinin onu döyməsi barədə məlumat vermişdir. Bundan sonra Gəncə şəhər Təcili tibbi yardım xidmətinə müraciət etmiş və həkim ona ilkin tibbi yardım göstərib başındakı yaraya tikiş vurmuşdur. Hazırda cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxsla barışmış, ona dəymiş ziyan tamamilə ödənilmişdir. Ona görə də cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə barəsində cinayət təqibinə xitam verilməsini xahiş edir (cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxsla barışması, ondan heç bir şikayət və tələbinin olmaması, onun cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət təqibinə xitam verilməsi barədə ərizəsini məhkəməyə təqdim etmişdir). Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respubikasının Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 xx.xx.2020-ci il tarixli, 15 nömrəli məhkəmə-tibbi ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – alın-təpə nahiyyəsinin yarası- bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2020-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Rayonlararası Ruhi Əsəb dispanserinin xx.xx.2020-ci il tarixli, 81 nömərli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər psixonevroloji dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan X3 alınmış xx.xx.2020-ci il tarixli, 15/2020 saylı sərxoşluğun müayinə aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2003-cü il təvəllüdlü Ələsgərova Zöhrə Anar qızı, xx.xx.2004-cü il təvəllüdlü X6, xx.xx.2007-ci il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X5 adlı az yaşlı övladları var. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri-digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki,Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 19 radələrində sərxoş vəziyyətdə ünvan 1 saylı ünvanda aralarında ailə-məişət münasibətləri zəminində yaranmış mübahisə zamanı qəsdən boşqabla arvadı Zərərçəkmiş şəxs baş nahiyyəsinə bir dəfə vuraraq ona alın-təpə nahiyyəsinin yarası xəsarəti yetirməklə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığınayüngül zərər vurmaya aid edilən bədən xəsarəti yetirmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, təhqiqat orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin ifadəsini dinləyib, məhkəməyədək sadələşdirilmiş icraat materiallarını araşdırıb hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə, onun barəsində cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət Məcəlləsinin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Məhkəmə iclasında elan edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 alınmışxx.xx.2020-ciil tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxsərizəsindən görünür ki, hazırda cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxsla barışmış, ona dəymiş ziyan tamamilə ödənilmiş, ona görə də Təqsirləndirilən şəxs barəsində məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarına əlavə edilmiş cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı tamamilə ödəmişdir. Ona görə də məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir. Beləliklə, məhkəmədə işə baxılarkən aydın olmuşdur ki, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxsmüdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxshüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 5 iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxsgöstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına30 manat məbləğində pul köçürülməlidir.Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı - “Xalqbank” Gəncə ictimai filialı; Kod: 504023; VÖEN; **********; Müxbir hesab: AZ24NABZ********************; S.Ü.İ.F.T. BİK: HAJCAZ22; Hesab №-si AZ75HAJC HCRAZN**********1001; VÖEN: **********. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza xərci və müsadirə tətbiq ediləcək əmlak müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 37.4, 43.3, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində müəyyən edilmiş cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına30 manat məbləğində pul köçürülsün.Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı - “Xalqbank” Gəncə ictimai filialı; Kod: 504023; VÖEN; **********; Müxbir hesab: AZ24NABZ********************; S.Ü.İ.F.T. BİK: HAJCAZ22; Hesab №-si AZ75HAJC HCRAZN**********1001; VÖEN: **********. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(044)-37/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(044)-37/2020
29.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver