Məhkəmə qərarları › İş №1(044)-37/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(044)-37/2021

28.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(044)-37/2021 28.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin məsləhətçisi (məhkəmə iclas katibi) Orucov Maarif Arif oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru ədliyyə müşaviri X2, müdafiəçi Gəncə şəhər Hüquq Məsləhəxanasının vəkili X1, Təqsirləndirilən şəxs Zülüqar oğlunun iştirakları ilə, xx.xx.1976-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM-in) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icrat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, xx.xx.2020-ci il tarixdə saat 15 radələrində yaşadıqları ünvan 2 ünvanda tanışı Zərərçəkmiş şəxs ilə məişət zəminində aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs qaşıq və yumruqla alın, hər iki bud nahiyyələrinin və döş qəfəsinin ön səthinin kəsilmiş-deşilmiş yaraları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül dərəcəli xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında bildirdi ki, Zərərçəkmiş şəxs ilə hadisə günü tanış olmuş, o, spirtli işkiyə aludəçidir, hər gün spirtli içki olan araq və 95 dərəcəli spirti suya qatışdırıb içir. xx.xx.2020-ci il tarixdə şəhərdə olarkən saat 12 radələrində Zərərçəkmiş şəxs ilə tanış olmuş, söhbət zamanı onun da spirtli içki aludəçisi olduğunu bilmiş, yolda xatırlamadığı aptekdən 3 ədəd 100 qramlıq 95 dərəcəli spirt almış, sonra yaşadığı evə getmişlər, evdə yemək yemişlər və aldığı spirtləri içdikdən sonra Yaşarın beyni çönmüş və ona nalayiq söyüşlər söyməyə başlamış və o, Yaşara söyməyinə irad bildirmiş , lakin Yaşar ona məhəl qoymamışdır. Bundan sonra o, yemək yedikləri qaşığı əlinə alaraq əvvəlcə Yaşarın baş nahiyyəsindən vurmuş, sonra hər iki ayaq nahiyyələrinı qaşıqların arxa hissəsini tutaraq vurmuşdur. Bundan sonra Yaşar ayağa durmuş və o, sağ əlində tutduğu qaşığın arxa hissəsini möhkəm zərbə ilə Yaşarın döş qəfəsinin sağ tərəfindən soxmuş, Yaşardan qan axmağa başlamış, qaşığı döş qəfəsinə soxduqdan sonra maykasından tutub sürüyərək qapıdan bayıra çıxartmış, bir müddət sonra polislər onların evinə gələrək onu polis idarəsinə dəvət etmişlər. Hazırda hərəkətindən peşmandır. O, zərərçəkmişlə barışmışdır. Məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 1 fəftə olar ki, tanıyır, Bir ara onun evi olmadığından küçədə qalmışdır. Həmin vaxt Məhərrəmlə tanış olmuş, Məhərrəm spirtli içkiyə aludəçidir. xx.xx.2020-ci il tarixdə şəhərdə olarkən saat 12 radələrində X3 yaxınlığında Məhərrəmlə təsadüfən görüşmüş, bu zaman Məhərrəm onu öz üvlərinə qonaq çağırmış, yolda xatırlamadığı aptekdən 3 ədəd 100 qramlıq 95 dərəcəli spirt almışlar, sonra Məhərrəmin yaşadığı evə getmişlər, evdə yemək hazırlayıb yemişlər və aldıqları spirtləri içdikdən sonra öz-özünə əsəbləşərək Məhərrəmə nalayiq söyüşlər söymüşdür. Məhərrəm yemək yedikləri qaşığı əlinə alaraq əvvəlcə onun baş nahiyyəsindən vurmuş, sonra hər iki ayaq nahiyyələrinə qaşığın arxa hissəsini tutub vurmuşdur. Bundan sonra o, ayağa durub özünü müdafiə etmək istəyəndə Məhərrəm sağ əlində tutduğu qaşığın arxa hissəsini möhkəm zərbə ilə onun döş qəfəsinin sağ tərəfindən soxmuşdur, Ondan qan axmağa başlamış, Məhərrəm qaşığı onun döş qəfəsinə soxduqdan sonra onun maykasından tutub sürüyərək qapıdan bayıra çıxartmışdır. O, küçədə olarkən təcili tibbi yardım maşını onun yanında saxlayaraq onu xəstəxanaya aparmış və orada onu cərrahiyyə əməliyyatı etmişlər. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, Məhərəm Hüseynovun barəsində olan sadələşdirilmiş materialın icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan məhkəmə tibb ekspertizasının xx.xx.2020ci il tarixli 1180 saylı rəyindən görünür ki, 1973-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – alın, hər iki bud nahiyələrinin və döş qəfəsinin ön səthinin kəsilmiş – deşilmiş yaraları deşici-kəsici alətin təsiri nəticəsində əmələ gəmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə yəni, xx.xx.2020-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri-digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki, Z.Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 16:00 radələrində sərxoş vəziyyətdə özünə məxsus ünvan 2 ünvanda tanışı Zərərçəkmiş şəxs qaşıq və yumruq ilə döyüb ona alın, hər iki bud nahiyələrinin və döş qəfəsinin ön səthinin kəsilmiş – deşilmiş yaraları ilə müşayiət olunan sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-in128-cimaddəsiilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-in 128-ci maddəsinin sanksiyasında min manatdan min beş yüz manatadək miqdarda cərimə, iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və işə əlavə edilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs Hacı oğlunun ərizəsindən görünür ki, o, hazırda file:///\\\\\\\\\\\hüseynovTəqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur, ona görə də təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işə əlavə edilmiş Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, o, hazırda zərərçəkmiş Zərərçəkmiş şəxs Hacı oğlu ilə barışmışdır, barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxs Z.Təqsirləndirilən şəxs və zərəçəkmiş şəxsin ifadələrini dinləyib, cinayət işinin materiallarını araşdırıb hesab edir ki, təqsirləndirilən şəxs Z.Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə cinayət təqibinə xitam verilməlidir. Məhkəmə iclasında elan edilmiş və işdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası 128-ci maddəsi ilə təqsirləndirilərək Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli kökmü ilə Azərbaycan Respublikası 40.2.2 maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmiş, Azərbaycan Respublikası 128-ci maddəsi ilə təqsirləndirilərək Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəza müddəti başa çatdığından şöbənin qeydiyyatından çıxarılmışdır. Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası CM-nə dəyişiklik edilməsi haqqında xx.xx.2017-ci il tarixli 816-VQD saylı qanuna əsasən 72-ci maddəyə qeyd hissəsi əlavə edilmişdir. Azərbaycan Respublikası CM-nin 10.4-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. Odur ki, file:///C:\hüseynovTəqsirləndirilən şəxs CM-nin 73.2-ci maddəsi tətbiq olunmaqla barəsində olan sadələşdirilmiş icrrat materiallarına xitam verilməsini məhkəmə mümkün hesab edir. Beləliklə, məhkəmədə işə baxılarkən aydın olmuşdur ki, Zərərçəkmiş şəxs Hacı oğlu Təqsirləndirilən şəxs ilə barışmışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza xərci və müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 37.4, 43.1.2, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində cinayət təqibinə xitam verilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddətbaşa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar