Məhkəmə qərarları › İş №1(044)-39/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-39/2021

11.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-39/2021 11.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlunun sədrliyi, məhkəmə iclas katibi Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon-şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx.xx.1983-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Gəncə şəhəri, Bağbanlar küçəsi,ev 131-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırki iş üzrə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş,Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 4(044)- 42/2021 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Gəncə şəhər 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda,1, 147 qram psixatrop maddə hesab edilən metafetamini qanunsuz olaraq əldə edərək saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxt və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda yəni, ümumi təmiz çəkisi 1,147 qram olan psixotrop maddə olan metafetamini, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, xx xxxx 2020-ci il tarixdə saat 05 radələrində Gəncə şəhər, Ş.İ.Xətai prospektində idarə etdiyi Kia Optima markalı, **-PB-*** nömrə nişanlı avtomobillə hərəkətdə olarkən Ş.İ.Xətai prospektində xüsusi karantin rejimi ilə əlaqədar yaradılmış postda karantin qaydalarını pozduğu üçün saxlanılmış, polis əməkdaşlarının göstərişi ilə avtomobildən düşərkən onun üstündən soyuq silah hesab edilməyən suvenir tipli bıçaq yerə düşmüş və bu səbəbdən onun avtomobilinə və üzərinə baxış keçirilməsi üçün həmin tarixdə Gəncə şəhər Nizami rayon Polis İdarəsinə gətirilmiş, Polis idarəsində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman satış məqdsədi olmadan istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib əl çantasında saxslamış olduğu 1,025 qram çəkidə psixatrop maddə olan metafetamin və əynində olan idman şalvarının sağ yan cibində saxlamış olduğu 0,122 qram psixatrop maddə olan metafetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyi, iş materiallarında olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək, ifadəsində göstərmişdir ki,o hərdənbir nakotik vasitədən istifadə edir. xx xxxx 2020-ci il tarixdə, saat 05 radələrində dostu Səxavətə məxsus etibarnamə ilə idarə idarə etdiyi “Kia Optima” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri Ş.İ.Xətai prospekti ilə “Dəyirmanın dairəsi” istiqamətində hərəkətdə olan zamanı H.Əliyev prospektinin kəsişməsində “Kristal” şadlıq sarayının qarşısında karantin postunda onun avtomobili saxlanılmış, postda olan polis əməkdaşı onun avtomobilini yoxlayan zaman məlum olmuşdur ki, etibarnamənin vaxtı bitmişdir.Polis əməkdaşı onunla söhbət edən zamanı özü avtomobilindəki əl çantasını çiyninə asmışdır. O, avtomobilindən yerə düşəndə qapının içərisində saxladığı bıçaq da yerə düşmüşdür. Həmin vaxt polis əməkdaşları ondan şübhələnmiş və onu Gəncə şəhər Nizami RPİ-yə dəvət etmişlər. Özü də etiraz etməyib polis əməkdaşları ilə birlikdə rayon polis idarəsinə getmişdir. Polis İdarəsinin inzibati binasında onun üzərinə və avtomobilinə müdafiəçinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı onun əl çantasının içərisindən 2500 manat pul və kağız parçasına bükülmüş sellofonda şüşə kimi tanınan metafetamin və əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd sellofona bülülmüş metafetamin aşkar olunub götürülmüşdür. Həmin kütlələr müdafiəçinin iştirakı ilə elektron tərəzidə çəkilmiş, əl çantasından aşkar olunmuş metafetamin sellofonla birlikdə çəkisi 1,21 (bir tam yüzdə iyirmi bir) qram, cibindən aşkar olunmuş metafetamin isə 0,12 (sıfır tam yüzdə on iki) qram olmuşdur. Həmin kütlələr ayrı-ayrı zərflərdə qablaşdırılaraq möhürlənmiş, 2500 manat pul da qablaşdırılıb götürülmüşdür. Həmçinin onun avtomobilindən düşən bir ədəd bıçaq da qablaşdırılaraq götürülmüşdür. Bundan sonra müdafiəçinin və polis məkdaşlarının iştirakı ilə onun idarə etdiyi avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobilindən 10 ədəd müxtəlif markalı mobil telefonlar, 1 ədəd “Samsung” markalı notbuk kompyuteri, telefon aksesuarları aşkar olunaraq götürülmüşdür. Onun üzərindən, eləcə də əl çantasından aşkar olunmuş narkotik vasitə olan metafetamin onun özünə məxsus olmuş, həmin narkotik vasitəni öz istifadəsi üçün saxlamış, metafetaminin satışı ilə heç vaxt məşğul mamış və fikri də olmamışdır. Bundan başqa onun üzərində və avtomaşınında, eləcə də yaşadığı ünvanda hər hansı bir narkotik vasitə olmamışdır. Qeyd olunan narkotik vasitə olan metafetamini bir neçə ay bundan əvvəl Bakı şəhəri, Bakı metropolitenin “20 yanvar” metro stansiyası yaxınlığında xatırlamadığı şəxsdən qramını 60 manata almışdır. Onun gənc olmasını, ailənin yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərdi ki, 2013-cü ildən Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında, 2017-ci ildən isə Gəncə şəhər BPİ-nin PPXT-nın polis nəfəri vəzifəsində xidmət edir. xx xxxx 2020-ci il, saat 05 radələrində 1016 saylı marşrut üzrə polis serjantı Şahid2 ilə birlikdə xidmət aparan zaman Gəncə şəhər BPİ-nin Növbətçi Hisəssindən efir vasitəsilə məlumat verilmişdir. Məlumatda Gəncə şəhəri Ş.İ.Xətai prospektində “Kristal” şadlıq sarayının yaxınlığında DYPŞ-nin əməkdaşlarına kömək olunması bildirilmişdir. Həmin ərazidə onlar yaxın olduğu üçün efir vasiəsilə icazə alıb həmin ünvana yaxınlaşmışdılar. Onlar həmin yerə yaxınlaşanda karantin reyimi ilə əlaqədar olaraq post qurulduğunu görmüşdür. Həmin vaxt ona məlum olmuşdur ki, adını sonradan bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Optima” markalı, 99PB-144 nömrə nişanlı avtomobillə karantin rejimini pozduğuna görə saxlanılıbdır. Onlar Təqsirləndirilən şəxs ərazi aidiyyatı üzrə təhvil vermək məqsədilə avtomobilindən düşməsini təklif etdikləri üçün Məhərrəm idarə etdiyi avtomobildən yerə düşəndə üzərindən bir ədəd bıçaq yerə düşmüşdür. Həmin vaxt bıçaq yerdən götürülmüş və Təqsirləndirilən şəxs çiynindəki əl çantasını bərk qucaqlayıb saxladığı üçün sonuncunun hərəkətləri onları şübhələndirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs avtomobilində başqa qanunsuz saxlanılan əşya və ya predmetin olması onlarda şübhə doğurduğu üçün bu səbəbdən də həmkarı polis seryantı Şahid2 və YPŞ-nin inspektoru, polis baş seryantı X9 ilə birlikdə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə birlikdə Gəncə şəhəri Nizami ayon Polis İdarəsinə aparıb təhvil vermişlər. Təqsirləndirilən şəxs üzərinə və avtomobilinə baxış keçirilməsi məqsədilə müvafiq sənədləşmə aparılması Nizami Rayon Pois İdarəsinin Təhqiqat Bölməsinin baş təhqiqatçısı, polis mayoru Ruslan Novruzova tapşırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməzdən əvvəl hüquqlarını müdafiə etmək məqsədilə müdafiəçi qismində Müdafiəçi adlı müdafiəçi Polis İdarəsinə dəvət olunaraq Təqsirləndirilən şəxs təqdim edilmişdir. Bundan sonra müdafiəçinin iştirakı ilə video çəkilişdən istifadə olunmaqla Təqsirləndirilən şəxs əl çantasına baxış keçirilən zamanı oradan 2500 manat pul və kağız parçasına bükülmüş sellofan torbada şüşə kimi tanınan metafetamin aşkar olunaraq götürülmüşdür. Sonra isə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zamanı əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd sellofona bükülmüş metafetamin aşkar olunaraq götürülmüşdür. Həmin kütlələr müdafiəçinin iştirakı ilə ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş, Təqsirləndirilən şəxs əl çantasından aşkar olunub götürülmüş metafetamin sellofonla birlikdə çəkisi 1,21 (bir tam yüzdə iyirmi bir) qram, üzərindən aşkar olunub götürülmüş metafetamin isə 0,12 (sıfır tam yüzdə on iki) qram gəlmişdir. Həmin kütlələr ayrı-ayrı zərflərdə qablaşdırılaraq möhürlənmiş, 2500 manat pul da qablaşdırılıb götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs üzərindən yerə düşən bir ədəd bıçaq da təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür.Bundan sonar müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Optima” markalı, **-PB-*** nömrə nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobildən 10 ədəd müxtəlif markalı mobil telefonlar, 1 ədəd “Samsung” markalı notbuk kompyuteri, telefon aksessuarları aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən və əl çantasından aşkar olunub götürülmüş narkotik vasitə olan metafetamini özünün deməsinə görə bir neçə ay bundan əvvəl Bakı şəhər Metropolitenin 20 Yanvar stansiyası yaxınlığında əvvəllər tanımadığı, təsadüfən orada tanış olduğu və adını xatırlamadığı şəxsdən hər bir qramını 60 manat ödəməklə almışdır. Təqsirləndirilən şəxs həmin narkotik vasitələrin özünə məxsus olduğunu, öz istifadəsi üçün üstündə saxladığını, narkotik vasitə olan metafetaminin satışı ilə heç vaxt məşğul olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərdi ki, xx xxxx 2020-ci il, saat 05 radələrində 1016 saylı marşrut üzrə polis əməkdaşı Şahid1 ilə birlikdə xidmət aparan zaman Gəncə şəhər BPİ-nin Növbətçi Hisəssindən efir vasitəsilə məlumat verilmişdir. Məlumatda Gəncə şəhəri Ş.İ.Xətai prospektində “Kristal” şadlıq sarayının yaxınlığında DYPŞ-nin əməkdaşlarına kömək olunması bildirilmişdir. Həmin ərazidə onlar yaxın olduğu üçün efir vasiəsilə icazə alıb həmin ünvana yaxınlaşmışdılar. Onlar həmin yerə yaxınlaşanda karantin reyimi ilə əlaqədar olaraq post qurulduğunu görmüşdür. Həmin vaxt ona məlum olmuşdur ki, adını sonradan bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Optima” markalı, 99PB-144 nömrə nişanlı avtomobillə karantin rejimini pozduğuna görə saxlanılıbdır. Onlar Təqsirləndirilən şəxs ərazi aidiyyatı üzrə təhvil vermək məqsədilə avtomobilindən düşməsini təklif etdikləri üçün Məhərrəm idarə etdiyi avtomobildən yerə düşəndə üzərindən bir ədəd bıçaq yerə düşmüşdür. Həmin vaxt bıçaq yerdən götürülmüş və Təqsirləndirilən şəxs çiynindəki əl çantasını bərk qucaqlayıb saxladığı üçün sonuncunun hərəkətləri onları şübhələndirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs avtomobilində başqa qanunsuz saxlanılan əşya və ya predmetin olması onlarda şübhə doğurduğu üçün bu səbəbdən də həmkarı polis seryantı Şahid1 və YPŞ-nin inspektoru, polis baş seryantı X9 ilə birlikdə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə birlikdə Gəncə şəhəri Nizami ayon Polis İdarəsinə aparıb təhvil vermişlər. Təqsirləndirilən şəxs üzərinə və avtomobilinə baxış keçirilməsi məqsədilə müvafiq sənədləşmə aparılması Nizami Rayon Pois İdarəsinin Təhqiqat Bölməsinin baş təhqiqatçısı, polis mayoru Ruslan Novruzova tapşırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməzdən əvvəl hüquqlarını müdafiə etmək məqsədilə müdafiəçi qismində Müdafiəçi adlı müdafiəçi Polis İdarəsinə dəvət olunaraq Təqsirləndirilən şəxs təqdim edilmişdir. Bundan sonra müdafiəçinin iştirakı ilə video çəkilişdən istifadə olunmaqla Təqsirləndirilən şəxs əl çantasına baxış keçirilən zamanı oradan 2500 manat pul və kağız parçasına bükülmüş sellofan torbada şüşə kimi tanınan metafetamin aşkar olunaraq götürülmüşdür. Sonra isə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zamanı əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd sellofona bükülmüş metafetamin aşkar olunaraq götürülmüşdür. Həmin kütlələr müdafiəçinin iştirakı ilə ayrıayrılıqda elektron tərəzidə çəkilmiş, Təqsirləndirilən şəxs əl çantasından aşkar olunub götürülmüş metafetamin sellofonla birlikdə çəkisi 1,21 (bir tam yüzdə iyirmi bir) qram, üzərindən aşkar olunub götürülmüş metafetamin isə 0,12 (sıfır tam yüzdə on iki) qram gəlmişdir. Həmin kütlələr ayrı-ayrı zərflərdə qablaşdırılaraq möhürlənmiş, 2500 manat pul da qablaşdırılıb götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs üzərindən yerə düşən bir ədəd bıçaq da təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür.Bundan sonar müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Optima” markalı, **-PB-*** nömrə nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobildən 10 ədəd müxtəlif markalı mobil telefonlar, 1 ədəd “Samsung” markalı notbuk kompyuteri, telefon aksessuarları aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən və əl çantasından aşkar olunub götürülmüş narkotik vasitə olan metafetamini özünün deməsinə görə bir neçə ay bundan əvvəl Bakı şəhər Metropolitenin 20 Yanvar stansiyası yaxınlığında əvvəllər tanımadığı, təsadüfən orada tanış olduğu və adını xatırlamadığı şəxsdən hər bir qramını 60 manat ödəməklə almışdır. Təqsirləndirilən şəxs həmin narkotik vasitələrin özünə məxsus olduğunu, öz istifadəsi üçün üstündə saxladığını, narkotik vasitə olan metafetaminin satışı ilə heç vaxt məşğul olmadığını bildirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Pois İdarəsinin Təhqiqat Bölməsinin baş təhqiqatçısı, polis mayoru Ruslan Novruzov tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, video çəkiliş vasitəsilə vətəndaş Təqsirləndirilən şəxs məxsus əl çantasına baxış keçirilən zamanı şəffaf rəngli sellofana bükülmüş bir ədəd bükümdə ümumi çəkisi 1,21 qram narkotik vasitə olan metafetamin, bundan sonra video çəkiliş vasitəsilə sonuncunun üzərinə baxış keçirilən zamanı əynindəki idman şalvarının sağ yan cibindən ağ rəngli kağıza bükülmüş bir ədəd bükümdə ümumi çəkisi 0,12 qram narkotik vasitə olan metafetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş narkotik vasitələr ayrı-ayrılıqda qanunla nəzərdə tutulmuş qaydada qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx xxxx 2020-ci il tarixli, 16/414 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 0,12 qram çəkidə narkotik vasitə metamfetaminə oxşar kütlə..”yazılar və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd kağıza bükülmüş şəffaf rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi- 0,122 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində “xx.xx.2020-ci il tarixdə vət.Təqsirləndirilən şəxs əl çantasından aşkar olunaraq götürülmüş narkotik vasitə metamfetaminə oxşar 1,21 qram çəkidə olan kütlə..” yazılar və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd sellofan torbacıqda təmiz çəkisi - 1,025 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir. Metamfetamin xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq Təqdim edilmiş, iki ədəd kağız paketdəki, metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 685 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan metafetamindən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə proflaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və saxlanması üçün Gəncə şəhər Baş Polis İdarəsinin X6 təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci ildə Gəncə şəhər Baş Polis İdarəsinin X4 azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə”qətimlan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 4(044)-42/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir və həbs etmənin əvvəli xx.xx.2021-ci ildən hesablanmışdır. Məhkəmə iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, məhkəmə baxışında tədqiq edilmiş sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlamaqla daşıması cinayətini törətməkdə təqsirliliyi tam sübuta yetirildiyindən onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən metafetamin narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş tələbnamədən və hökmün surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair işlər üzrə Azəbaycan Respublikasının Məhkəməsinin xx xxxx 2009cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.1 və 126.2.4-cü maddələri ilə təqsirli bilinərək 07 (yeddiı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Qaradağ rayon Məhkəməsinin xx xxxxxx 2012ci il tarixli hökmü ilə AR CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək AR CM-nin 67.1-ci maddəsinə əsasən 04 il 10 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx xxxxxx 2016-cı ildə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Əliyev X3 rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanı çəkib qurtardığı gündən altı il keçmədiyindən onun həmin məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarı). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına görə deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlüləlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirləndirilən şəxsin əməlindən peşman olmasını, atasının və üç qardaşının ölməsini, ailənin yeganə qazanc gətirən şəxs olmasını (Ağır Cinayətlərə dair işlər üzrə Azəbaycan Respublikasının Məhkəməsinin xx xxxx 2009-cu il tarixli hökmü ilə müəyyən edilmişdir) cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, eyni zamanda həm sosial ədalətin bərpası, həm də onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunduğundan və məhkumluğu ödənilmədiyindən və yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğundan onun əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivi mövcuddur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardandır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olması onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalı və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələblərinə uyğun cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6 maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci ildən xx xxxx 2020-ci ilədək tutulduğu biri gün nəzərə alınaraq ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun barəsində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 4(044)- 42/2021 saylı qərarı ilə həbs qətimkan tədbiri seçilməsi nəzərə alınaraq cəzaçəkmənin əvvəli hökmün elan edildiyi vaxtdan, yəni xx xxxx 2021-ci ildən hesablanmalı, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 4(044)-42/2021 saylı qərarı ilə həbs qətimkan tədbiri seçildiyindən polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi Narkoloji Dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi ayrı-ayrılıqda 0,102 qram və 1,005 qram narkotik vasitə olan metafetamin məhv edilməli, eləcə də Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 1 ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Bundan başqa, Azərbaycan Respubikasının Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən iş üzrə məhkəmə-kimyəvi ekspertizasının keçirilməsinə xərclənmiş 84.40 (səksən dörd manat 40 qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından göstərilmiş 20 saat hüquqi yardıma görə 120(yüz iyirmi) manat pul X2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (biri) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx xxxx 2020-ci ildən xx xxxx 2020-ci ilədək həbsdə saxlanıldığı 01 gün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il, 05(beş)ay, 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli hökmün elan edildiyi vaxtdan, xx xxxx 2021-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 4(044)-42/2021 saylı qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınaraq polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi Narkoloji Dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan, təqsirləndirilən şəxs X1 üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi ayrı-ayrılıqda 0,102 qram və 1,005 qram narkotik vasitə olan metafetamin məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi zamanı çəkilmiş video görüntüləri özündə əks etdirən 1 ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 84.40 (səksən dörd manat 40 qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar