Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-39/2022 18.05.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Yediyarova Zeynəb Fərman qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Gəncə şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 326.2, 228.1 və 177.2.2, 177.2.3 və 177.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq talamaq niyyəti ilə 22.03.2018-ci il tarixdə saat 12 radələrində Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospekti 156 ünvanının bərabərliyində 25 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunda sərnişin qismində ayaq üstə dayanmış Zərərçəkmiş şəxs1 üzərində olan əl çantasının içərisindən sonuncuya məxsus 01 ədəd 390 manat dəyərində “Samsung Galaxy J3” markalı, 64 GB yaddaşlı mobil telefonu, 1 ədəd 5 manat dəyərində “*** *** ** **” saylı mobil nömrə ilə birlikdə gizli olaraq talayıb ümumilikdə zərər çəkmiş şəxə 395 (üç yüz doxsan beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrar tamah məqsədi ilə özgənin əmlakını gizli talamaq niyyəti ilə 22.04.2018-ci il tarixdə saat 08 radələrində Zərərçəkmiş şəxs2 məxsus Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 9 nömrəli binanın dəhlizində yerləşən əl damı kimi istifadə etdiyi saxlanc yerinin qapısının kilidini sındırıb qanunsuz olaraq içəri daxil olub oradan, bir ədəd 300 manat dəyərində kustar üsulla yığılmış, dolaqları alüminiumdan olan, istifadə olunmuş qanyaq aparatını, bir ədəd 200 manat dəyərində “Zenit” markalı, “GP- 1750 GK” modelli, 2016-cı il buraxılışlı, istifadə olunmuş prefaratoru, bir ədəd 60 manat dəyərində “CANDAN” markalı, “03” modelli, plastik boru qaynağı üçün işlənmiş ütünü, 01 ədəd 150 manat dəyərində “İNTERSKOL” markalı “DU-16/1000 GR” modelli istifadə olunmuş direli gizli olaraq talayıb ümumilikdə zərər çəkmiş şəxsə 710 (yeddi yüz on) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrar tamah məqsədi ilə özgənin əmlakını gizli talamaq niyyəti ilə 2018-ci ilin may ayının sonlarında saat 23 radələrində Zərərçəkmiş şəxs4 məxsus ünvan 3 ünvandan yerləşən fərdi yaşayış evinin hasarından qanunsuz olaraq həyətə daxil olmaqla sonuncuya məxsus 76 ədəd, hər birinin çəkisi 1,5 kq olmaqla ümumilikdə 114 kq çəkidə, 460 manat dəyərində su pərisi formalı latun cağbəndləri gizli olaraq talayıb ümumilikdə zərərçəkmiş şəxsə 460 (dörd yüz altmış) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrar tamah məqsədi ilə özgənin əmlakını gizli talamaq niyyəti ilə 15.06.2021-ci il tarixdə saat 15 radələrinə Gəncə şəhəri, Nizami rayonu, Nizami Gəncəvi prospektində yerləşən 41 saylı tam orta məktəb bərabərliyində 11 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunda sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs3 üzərində olan əl çantasının içərisindən 01 ədəd 15 manat dəyərində süni dəri üzlüklü, “FOREVER YOUNG Orginally from Korea” markalı pul qabını içərisində olan 490 manat məbləğindəpul, 01 ədəd Zərərçəkmiş şəxs3 məxsus AZE seriyalı 15760053 nömrəli şəxsiyyət vəsiqəsi ilə birlikdə gizli olaraq talayıb ümumilikdə zərər çəkmiş şəxsə 505 (beş yüz beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq 1 ədəd nömrəsi silinmiş, keçmiş SSRİ dövlətində, Tula silah zavodunda istehsal olunmuş, “Tokarev” TT konstruksiyalı, 7,62 mm kalibrli, saz və atəşə yararlı yivli odlu silah olan tapançanı, 08 ədəd 7,62x25 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançaların komplekt hisəsi olan, saz və istifadə üçün yararlı 01 ədəd darağı və keçmiş SSRİ dövlətində 1951-ci ildə istehsal olunmuş 7,62x25 mm kalibrli olmaqla həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançalardan, PPŞ-PPS konstruksiyalı tapança-pulemyotlardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı olan, döyüş sursatı hesab edilən 01 ədəd ştat patronunu əldə edərək üzərində gəzdirməklə daşıyıb saxlamış, Gəncə şəhər BPİ-nin CAİyə onun qanunsuz olaraq odlu silahı üzərində gəzdirməsi və saxlaması barədə daxil olmuş məlumat əsasında, həmin idarənin əməkdaşları tərəfindən o, 01 iyun 2021-ci il tarixdə saat 13:30 radələrində Gəncə şəhəri, Nizami rayonu, Zərrabi küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq ünvan 4 ünvanda yerləşən Gəncə BPİ-nə gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sol yan hissəsindən kəmərə keçirilmiş halda 1 ədəd nömrəsi silinmiş, keçmiş SSRİ dövlətində, Tula silah zavodunda istehsal olunmuş, “Tokarev” TT konstruksiyalı, 7,62 mm kalibrli, saz və atəşə yararlı yivli odlu silah olan tapançanı, 08 ədəd 7,62x25 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançaların komplekt hisəsi olan, saz və istifadə üçün yararlı 01 ədəd darağı və keçmiş SSRİ dövlətində 1951-ci ildə istehsal olunmuş 7,62x25 mm kalibrli olmaqla həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançalardan, PPŞ-PPS konstruksiyalı tapançapulemyotlardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı olan, döyüş sursatı hesab edilən 01 ədəd ştat patronunu aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.5, 228.1 və 326.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etiraf ifadəsi ilə yanaşı, iş üzrə şahidlərin ifadələri, ekspertiza rəyləri, işdə olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2018-ci ilin mart ayının 22-də pulu olmadığına görə oğurluq etmək qərarına gəlmiş, həmin gün yaşadığı evdən çıxıb piyada şəhərin mərkəzinə gəlmiş, şəhərin mərkəzində bir qədər gəzdikdən sonra oğurluq etməyə bir yer tapa bilməmiş şəhərarası marşrut xətti ilə hərəkətdə olan avtobuslara minib imkan tapan kimi sərnişinlərin əl çantalarından oğurluq etməyi qərarlaşdırmışdır. Bu məqsədlə də o, şəhərin «köhnə Yevlax Avtovağzalı» adlanan ərazidə 25 nömrəli şəhərdaxili avtobusa minmiş, avtobusun arxa tərəf oturacağına gedib əyləşmiş, avtobusun oturacağına əyləşdikdən sonra sərnişinlərin sıxlığına görə oğurluq etməyindən ötrü əlverişli şəraitin yarandığını görmüşdür. Sonra avtobusa əvvəllər tanımadığı, hazırda üzünü görsə xatırlaya bilməyəcəyi təxminən 30-35 yaşarası qadın minmişdir. Həmin qadın avtobusun ön oturacağında əyləşmiş, avtobus Gəncə şəhəri, Nəriman Nərimanov prospektində “Dədəmin” adlanan aptekin bərabərliyində olan zaman həmin qadın mobil telefonla danışa-danışa oturacaqdan durmuş və sonra mobil telefonu əl çantasının içərisinə qoymuş, lakin həmin qadın çantanın ağzını bağlamayıb avtobusda ayaq üstə durmuşdur. Həmin an o, sərnişinlərin sıxlığından istifadə edib həmin qadının yanına yaxınlaşmış, qadın aynadan küçəyə baxan zaman o, qadının və avtobusda olan digər sərnişinlərin onu görmədiyinə tam əmin olub sağ əli ilə qadının əl çantasından mobil telefonu götürmüşdür. O, həmin qadının avtobusdan düşəcəyini hiss etdiyi üçün qadından öncə avtobusdan yerə düşmüşdür. O, Gəncə şəhəri, Ərdəbil küçəsi ilə bir qədər piyada hərəkət etdikdən sonra avtobus istiqamətindən kimsənin gəlmədiyini gördükdən sonra mobil telefona baxış keçirtmişdir. Həmin mobil telefon ağ rəngli, “Samsung Galaksi J3” markalı telefon olmuş, o, mobil telefonun sim kart nömrəsini çıxardıb kənara atmışdır. O, həmin mobil telefonu polis tərəfindən tutulacağından ehtiyat etdiyi üçün sim nömrəsiz işlətmiş, belə ki vayfay olan yerdə o, mobil telfonunun vayfayını işə salıb internetdən istifadə etmişdir. O, həmin mobil telefonu bir müddət istifadə etdikdən sonra Gəncə şəhəri Mərkəzi Univermaqda telefon alqı-satqısı ilə məşğul olan adını bilmədiyi şəxsə 250 manata satmışdır. Həmin şəxsə telefonun özünə məxsus olduğunu və pula ehtiyacı olduğuna görə satdığını bildirmişdir. O, 2018-ci ilin aprel ayının 20-də, təxminən saat 19 radələrində səhhətində yaranmış ağrılarla əlaqədar Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində yerləşən Heydər Əliyev parkında piyada gəzməyə başlamışdır. O, pulu olmadığına görə Gəncə şəhəri Nizami rayon icra Hakimiyyətininin inzibati binasının yaxınlığındakı binaların bloklarına daxil olub orada yaşayış olmayan mənzillərdən qapının kilidini sındırma yolu ilə daxil olub oradan oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə də o, həmin əraziyə gedib binalarınn bir neçəsinin bloklarına çıxıb mənzillərin qapılarına baxış keçirmiş, o, dəqiq nömrəsini xatırlamadığı, lakin yerini bildiyi binanın dəhlizinə daxil olmuş və həmin dəhlizin baş hissəsində binanın arxa tərəfinə çıxışın olduğunu görmüşdür. Sonra o, həmin çıxışla binanın arxa tərəfinə getmiş, binanın arxa tərəfində olan məhlələrə baxış keçirmiş, lakin oğurlamağa hər hansı bir əşya tapa bilməyib yenidən gəldiyi yerlə binanın blokuna daxil olmuş və binanın blokunun divarında 02 ədəd hər birinin iki qapısı olan və qapıları qıfılla bağlanmış saxlanc yerləri görmüşdür. O, binanın arxa tərəfinə çıxış olan yerə yaxın qapıların qıfılını sındırmaq istəyəndə üst mərtəbədə olan mənzildən ayaq səsləri eşitmişdir. Buna görə də o, hər hansı bir şəxsin onu görməməsindən ötrü dərhal binanın blokunu tərk edib yaşadığı evə getmişdir. 21 aprel 2018-ci il tarixdə, təxminən saat 23 radələrində o, həmin binanın blokunda olan saxlanc yerinin qıfılını sındırmaqdan ötrü yaşadığ evdə saxladığı qaz açarını və oğurluq etdikdən sonra şübhə yaranmamasından ötrü saxlanc yerinin qapılarını bağlamaqdan ötrü təzə qıfılı açarı ilə birlikdə götürmüşdür. Sonra o, yaşadığı evi tərk edib tanımadığı taksi ilə Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində yerləşən həmin binanın qarşısına getmişdir. O, tanımadığı taksi sürücüsünə 4 manat gediş haqqı verdikdən sonra avtomobildən yerə düşmüş, binanın qarşısında bir qədər ətrafa baxış keçirmiş və hər hansı bir şəxsin onu görmədiyinə tam əmin olduqdan sonra binanın blokuna daxil olmuşdur. O, üzərində gəzdirdiyi qaz açarı ilə saxlanc yerinin qıfılını sındırıb saxlanc yerinə baxış keçirmiş, həmin yerdənbir ədəd qanyaq aparatı, bir ədəd divardeşən perefarator, bir ədəd plastik boru qaynağı üçün ütü, bir ədəd direl götürüb üzərində apardığı təzə qıfılla saxlanc yerinin qapılarını bağlamış, dahasonra sındırdığı qıfılı binanın arxa tərəfinə atmışdır. Təxminən 2-3 dəqiqə o, dincini aldıqdan sonra həmin əşyaları üç dəfəyə daşımaqla Nizami rayon İcra Hakimiyyətinə gedən yolda təzə inşa edilmiş tikilinin kənarına yığmışdır. Sonra o, tanımadığı taksi ilə oğurladığı əşyaları 4 manat gediş haqqı müqabilində yaşadığı evə gətirmişdir. Təxminən 2-3 gündən sonra təxminən saat 19 radələrində o, həmin əşyaları metal alan şəxslərə 200 manata satmışdır. O, əldə etdiyi pulu şəxsi tələbatlarını ödəməkdən ötrü xərcləmişdir. O, həmin əşyaları tanımamış şəxslərə satanda əşyaların özünə məxsus olduğunu bildirmişdir. O, 2018-ci ilin may ayının axırlarında saat 16 radələrində o, oğurluq etmək qərarına gəlmiş və Gəncə şəhərinin maddi cəhətdən imkanlı şəxslərin yaşayan küçələrinin birinə gedib sahibsiz ev axtarmaq qərarına gəldiyi üçün şəhərdaxili avtobusla Gəncə şəhəri Gülüstün qəsəbəsinə getmişdir. O, Gülüstan qəsəbəsində «Kəşfiyyat» restoranından aşağı istiqamətə piyada hərəkət etməyə başlamışdır. O, İbrahim Əliyev küçəsi ilə üzü aşağı hərəkət edən zaman paslı olan giriş darvazası görmüş, həmin darvazanı döymüş və evdə kimsənin olmadığına tam əmin olmuşdur. Sonra o, yaşadığı evə getmiş, həmin gün saat 23 radələrində taksi ilə 6 manat gediş haqqı müqabilində İbrahim Əliyev küçəsinin baş tərəfinə geri qayıtmışdır. O, piyada həmin küçə ilə üzü aşağı hərəkət edib günorta saatlarında baxış keçiridiyi evin qarşısına gəlmiş, paslı darvazanın üzərindən içəri daxil ola bilmədiyinə görə qonşu ilə aralıqda olan hasara dırmaşmış, dahasonra həmin yerdən də qonşu ilə ara hasarının üzəri ilə gedib evin yardımçı tikilisinin üzərinə düşmüş və oradan da evin həyətinə düşmüşdür. O, əlində olan fanarla evin aynalarından otaqlara baxış keçirmiş, lakin ev sahibinin uzun müddət evdə yaşamadığını və evin otaqlarında hər hansı bir əşyanın olmadığnı görmüşdür. Sonra o, evin ikinci mərtəbəsində olan eyvanın və otağa giriş pilləkənlərinin latundan olan su pərisi formalı bəzəkləri oğurlamaq qərarına gəlmişdir. Bu məqsədlə də o, üzərində götürdüyü dəmir doğrayan alət və kəlbətinlə evin ikinci mərtəbəsinə çıxmaqla həmin bəzəkləri sökmüşdür. O, evin giriş otağına olan giriş qapısının əl tutacaqlarının kənarlarındakı bəzəkləri də sökmüşdür. Sonra o, sökdüyü bəzəkləri yəni cağbəndləri giriş darvazasının yaxınlığına yığmış, bir qədər dincəldikdən sonra giriş darvazasını açıb sökdüyü cağbəndləri küçəyə yığmışvəgiriş darvazasını bağladıqldan sonra həyətə daxil olduğu yolla küçəyə çıxmışdır. Sonra o, küçənin baş tərəfinə getmiş, oradan da «Universal» adlanan mağazanın qarşısına gedib yol ilə hərəkətdə olan tanımadığı taksini əl işarəsi ilə saxlamış, adını bilmədiyi taksi sürücüsünə yaşadığı evdə təmir işləri getməsi ilə əlaqədar evdən sökülmüş cağbəndləri digər yaşadığ evə aparacağını bildirmiş, dahasonra o, həmin taksi ilə 20 manat gediş haqqı müqabilində razılaşaraq oğurluq etdiyi evin qarşısına gəlmiş, oğurladığ 76 ədəd cağbəndi avtomobilin yük yerinə və salonuna yığmışdır. Sonra oğurladığı cağbəndləri yaşadığı evə aparıb yığmış, bir neçə gündən sonra oğurladığı cağbəndləri o, həmin əşyaları metal alan şəxslərə 280 manata satmışdır. O, həmin cağbəndlərin özünə məxsus olduğunu, yaşadığı evdə təmir işləri ilə əlaqədar həmin cağbəndləri lazım olmadığına görə satdığını bildirmiş, əldə etdiyi pulu isə şəxsi tələbatlarını ödəməkdən ötrü xərcləmişdir. O, 2018-ci ilin iyun ayının 15-də saat 14 radələrində yaşadığı evdən çıxıb piyada şəhərin mərkəzinə gəlmiş, şəhərin mərkəzində bir qədər gəzdikdən sonra oğurluq etməyə bir yer tapa bilməmiş şəhərarası marşurut xətti ilə hərəkətdə olan avtobuslara minib imkan tapan kimi sərnişinlərin əl çantalarından oğurluq etməyi qərarlaşdırmışdır. Bu məqsədlə də saat 15 radələrində o, şəhərin mərkəz hissəsinə yaxın yerdə 11 nömrəli avtobusa minib arxa oturacaqda əyləşmiş, bir neçə dəqiqədən sonra Gəncə şəhəri İsrafil Məmmədov küçəsində yerləşən «Tantuni» adlanan dönərxananın yaxınlığında bir nəfər xanım yanında azyaşlı uşaqla birlikdə avtobusa minib sürücünün arxa tərəfində olan oturacaqda əyləşmişdir. O, sərnişinlərin sıxlığının artmasını, oğurluq etməkdən ötrü əlverişli şəraitin yaranmasını gözləməyə başlamışdır. Avtobus Gəncə şəhəri Nizami prospekti ilə üzü «Ramada Plaza» adlanan otelə tərəf hərəkətdə olan zaman həmin qadın 41 saylı orta məktəbin yaxınlığında sürücüyə düşəcəyini demiş, əlində olan qara rəngli, üzərində şəffaf qaşlardan ibarət sklet kəllə formalı bəzəyi olan əl çantasından qəhvəyi və qara rəngləri olan pul kisəsini əlinə götürüb içərisindən gediş haqqını çıxartmışdır. Sonra qadın pul kisəsini götürdüyü çantanın içərisinə qoyanda pul kisəsinin yarı hissəsinin əl çantasından çöldə qaldığını görmüş və həminpulkisəsini oğurlamaq qərarına gəlmişdir. Bundansonra o, qadına tərəf yaxınlaşmış, ətrafda kimsənin görmədiyinə tam əmin olduqdan sonra sol əli ilə pul kisəsini əl çantasının içərisindən çıxardıb şalvarının cibində gizlətmişdir. Həmin qadın avtobusdan düşmüş, sürücü avtobusu təxminən 300 metr irəliyə doğru hərəkət etdirdikdən sonra o, da gediş haqqını verib avtobusdan yerə düşmüşdür. Sonrao, Nizami prospektindən ara küçəyə daxil olmuş, pul kisəsinin içərisinə baxış keçirmişvə 490 manat nağd pul, həmin qadına məxsus şəxiyyət vəsiqəsi aşkar etmişdir. O, pulları götürüb cibinə qoymuş, şəxsiyyət vəsiqəsini isə əzib pul kisəsi ilə birlikdə kanalzasiya quyusuna atmuş, əldə etdiyi pulları isə şəxsi tələbatlarını ödəməkdən ötrü xərcləmişdir.O, 29.05.2021-ci ildə yaşadığı Gəncə şəhəri, Nizami rayonu, Zərrabi küçəsində gəzən zaman həmin küçədə yerləşən zibil qutularının yanında gözünə tapança sataşmış, o, həmin yerə yaxınlaşıb tapançanı əli ilə götürmüş və tapançaya baxanda üzərində bir ədəd daraq və darağın içərisində isəbir ədəd patron olduğunu görmüşdür. Həmin tapança onun “TT” kimi tanıdığı tapança olmuş, sonra o, həmin tapançanı kəmərinə yanına keçirdib evə aparmışdır. O, evdə bu barədə heç kəsə məlumat verməmiş, daha sonra həmin “TT” kimi tanıdığı silahı iki gün üzərində daşımışdır. Həmin tapançanı o, sadəcə maraq üçün üzərində daşımış, ilkin olaraq həmin silahı götürən zaman məsuliyyətə səbəb olduğunu bilmişdir. 01 iyun 2021-ci il tarixdə, saat 13 radələrində həmin silahı üzərində olan darağı və bir ədəd patronla birlikdə əynində olan qara rəngli şalvarının sağ yan hissəsində kəmərinə keçirdərək yaşadığı evdən çıxmış və yaşadığı Gəncə şəhəri, Nizami rayonu, Zərrabi küçəsində olan zaman 3 nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb, xidməti vəsiqələrini göstərərək özlərini təqdim edib polis əməkdaşları olduğunu bildirmişlər, onu Gəncə Şəhər Baş Polis İdarəsinə dəvət etmişlər. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə Gəncə şəhər Baş Polis İdarəsinə gəlmiş, Polis İdarəsində ona hüquqlarını müdafiə etməsi üçün vəkil seçməyə şərait yaratmışlar və o, ərizə ilə müraciət edərək hüquqlarını müdafiə etmək üçün dövlət hesabına vəkilin dəvət olunmasını xahiş etmiş və ona dövlət hesabına vəkil təyin olunaraq ona təqdim olunmuş vəkilinin iştirakı ilə ona hüquqları izah olunmuş, sonra isə üzərində şəxsi axtarış keçirilən zamanı əynində olan qara rəngli şalvarın sağ yan hissəsinə keçirmiş 1 ədəd “TT” kimi tanıdığı tapança, tapançanın 1 ədəd darağı və darağın içərindən 1 ədəd patron aşkar edilmişdir.Polis əməkdaşları tərəfindən həmin tapança, daraq və 1 ədəd patrona baxış keçirilmiş, qablaşdırılıb üzəri DİN-in 91 saylı möhürü ilə möhürlənmiş və sənədləşmə aparılmışdır. Sorğuzamanı həmin silahı, darağı və 1 ədəd patronu 2021-ci ilin aprel ayının 29-da yaşadığı Gəncə şəhəri, Nizami rayonu, Zərrabi küçəsinin yaxınlığında yerləşən zibil qutusunun yanından tapdığını, həmin silahı maraq üçün üzərində gəzdirdiyini, həmin silah ilə heç bir cinayət hadisəsi törətmədiyinibildirmişdir. Bubarədəheç kəsin, o cümlədən ailə üzvlərinin də xəbəri olmamışdır. O, həmin odlu silah və patronlarını yaşadığı evdə həyətdə gizlədib saxlamağı barədə ailə üzvlərinə hər hansı məlumat verməmiş, ailə üzvləri silah və patronları görməmişlər. O, həmin silahı tapan zaman yanında heç kəs olmamış, heç kəs onu görməmiş, o, başqa cinayət əməli törətməmişdir. Əməllərindən peşmandır və ona daha yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirdi ki, 22.03.2018-ci il tarixdə, saat 12:00 radələrində 25 nömrəli şəhərdaxili marşrut avtobusu ilə yas mərasiminə gedərkən 11 nömrəli orta məktəbin qarşısından keçəndə avtobusda mobil telefonu ilə dayısının yoldaşı Nina ilə əlaqə saxlamış, sonra telefonunu əl çantasına qoymuş, bir dəqiqədən sonra bir nəfər üzünü görə bilmədiyi kişi avtobusdan düşüb getmişdir. Təxminən 30-40 metrdən sonra isə o, marşrutu 1-2 dəqiqəlik saxlatmışdırki, Nina da gəlib marşruta minsin. Nina avtobusa minəndə mobil nömrəsinə zəng çatmadığını ona bildirmişdir. O, dərhal əl çantasına baxanda 4 ay əvvəl kreditlə 390 (üç yüz doxsan) manata aldığı, “Samsung Galaxy J3” markalı, “353751/09/090236/3” və “353752/09/090236/1” İMEİ kodlu, iki kartlı, üzərində 5 manat qiyməti olan ***-***-**-** nömrə olan ağ rəngli mobil telefonunun naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Həmin vaxt avtobusda mobil telefonunu axtarsalarda tapa bilməmişlər. Onun mobil telefonu 2017-ci il buraxılışlı, “Samsung J3” markalı, 64 GB yaddaşlı az istifadə olunmuş telefon olmuşdur. O, avtobusdan düşən şəxsin arxa hissəsini görsədə üzünü görə bilməmişdir. Həmin şəxsin təxminən 25-35 yaşarası olmuşdur. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsə yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, o, Gəncə şəhəri ərazisində evlərdə təmir-tikinti işləri ilə məşğul olub ailəsini dolandırır. O, yaşadığı binanın birinci mərtəbəsinin dəhlizinin divarında dəmirdən iki qapılı iri qutu düzəltdirib əl damı kimi istifadə edir. O, orada özünə məxsus qaynaq aparatı, direl, preforator, plastik boru montajı üçün ütü və digər əşyalar saxlayır. Həmin yerin qapısını da asma qıfılla bağlayır. 22 aprel 2018-ci il tarixdə, saat 09 radələrində o, yaşadığı evdən çıxıb işə gedəndə əl damının qıfılını açarı ilə açmaq istəmiş, lakin açar qıfılı açmamışdır. Sonra o, qıfılın təzə olduğunu bildiyi üçün sındırmış, əl damının içərisinə baxanda ona məlum olmuşdur ki, orada saxladığı ona məxsus 1 ədəd 300 manat dəyərində qaynaq aparatı, 1 ədəd 200 manat dəyərində preparator, 1 ədəd 60 manat dəyərində plastik boru montaj ütüsü və 1 ədəd 150 manat dəyərində direli oğurlanmışdır. Buna görə də o, oğurluq olması barədə polisə məlumat vermiş, göstərdiyi əşyalardan başqa hər hansı bir əşya oğurlanmamışdır. Onun oğurlanmış əşyaları – 01 ədəd kustar üsulla yığılmış, dolaqları alüminiumdan olan işlənmiş qaynaq aparatı, 01 ədəd Zenit markalı, GP -1750 GK modelli, 2016-cı il buraxılışlı, işlənmiş preparatoru, 01 ədəd CANDAN markalı 03 modelli, plastik boru montajı üçün işlənmiş ütü, 01 ədəd İNTERSKOL markalı, DU-16/1000 GR modelli, işlənmiş direldən ibarətdir. Ona dəyən ziyan tam şəkildə ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsə yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirdi ki, o, 15 iyun 2018-ci il tarixdə, saat 15 radələrində Gəncə şəhəri, Şərəfxanlı küçəsində yaşayan qaynatasının evinə qonaq getmək üçün yaşadığı evdən övladı ilə birlikdə çıxıb Heydər Əliyev prospektində “Tantuni” adlanan dönərxananın qarşısından 11 saylı sərnişin avtobusuna minmiş, övladı ilə birlikdə savtobus sürücüsünün arxasında olan oturacaqlarda əyləşmişdir. Avtobus Gəncə şəhəri Nizami prospekti ilə üzü «Ramada Plaza» adlanan otelə tərəf hərəkətdə olan zaman o, sürücüyə 41 saylı orta məktəbin yaxınlığında düşəcəyini bildirmiş, sağ çiynindən asdığı qara rəngli, əl çantasından qəhvəyi və qara rəngləri olan pul kisəsini əlinə götürüb içərisindən 20 qəpik gediş haqqı çıxartmış, sonra o, pul kisəsini çantanın içərisinə qoyub çantanı yenidən sağ çiynindən asmışdır. Lakin o, pul kisəsini əl çantasına qoyduqdan sonra çantanın alt hissəsinə tort qoyduğuna görə ağzını tam bağlaya bilməmiş və pul kisəsinin yarısı çantadan çölə çıxmışdır. Bir neçə saniyədən sonra avtobusda olan iki nəfər kişi sıxlıq yaratmış, həmin şəxslərdən biri onun qoluna dəymiş, o, da həmin kişiyə öz iradını bildirmişdir. Sonra avtobus sürücüsü, avtobusu Nizami prospekti ilə Eminbəyli küçəsinin kəsişməsində saxlamış, o, gediş haqqını ödəyib övladı ilə birlikdə avtobusdan düşmüşdür. Bir qədər onlar piyada getdikdən sonra övladı su içmək istəmiş, o, yaxınlıqda olan köşkdən su almaq üçün əl çantasından pul qabını çıxarmaq istəyəndə pul qabının çantanın içərisində olmadığını görmüşdür. Həmin vaxt yaxınlıqda olan azyaşlı uşaqlara avtobusdan düşdüyü ərazidə pul qabını axtarmağı tapşırsada pul qabını tapa bilməmişdir. Yas yerləri olduğuna görə o, həmin günü polisə müraciət etməmiş və 21 iyun 2018-ci il tarixdə Gəncə şəhər Nizami rayon Polis İdarəsinə gedib pul kisəsinin oğurlanmasına dair ərizə yazmışdır. Ona məxsus pul kisəsinin içərisində 490 manat pul, 01 ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi olmuşdur. O, Koreya Respublikasında istehsal olunmuş, dermantindən hazırlanmış, üzərində “FOREVER YOUNG Orginally from Korea” yazıları olan pul qabını 2018-ci ilin iyun ayının əvvəllərində küçədə səyyari satış ilə məşğul olan tanımadığı şəxsdən almışdır.Ona dəyən ziyan tam şəkildə ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsə yüngül cəza təyin olunmasını xahiş etdi. İstintaq zamanı vermiş olduğu və məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, təqaüdçüdür. ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evi qardaşı X9 məxsus olmuşdur. 1993-cü il tarixdən qardaşı Əli Ömərov xidməti işi ilə bağlı Bakı şəhərinə köçmüş, həmin tarixdən də evi ona hədiyyə etmişdir. Hazırda evə dair sahiblik sərəncam vermə ona aiddir. İşləri çox olduğuna görə o, həmin evə hər il təxminən 5-6 dəfə gedib nəzarət etmişdir. Dəqiq tarixi yadında qalmayan vaxtda, 2018-ci ilin iyun ayının birinci on günlüyündə evə baş çəkmək üçün getmiş, evin həyətinə daxil olan zaman evin ikinci mərtəbəsində olan eyvanın və fərdi yaşayış evinin giriş qapısının pilləkənlərinin kənarlarına düzülmüş latun materialından olan cağbəndlərin yerindən söküldüyünü görmüşdür. O, evin həyətinə baxış keçirmiş və cağbəndləri tapa bilmədiyindən oğurlandığına əmin olmuşdur. O, oğurluq barədə Gəncə şəhər Nizami rayon Polis İdarəsinin sabiq müavini, polis polkovnikleytenantı mərhum Səməd Abbasova mobil telefon vasitəsi ilə məlumat vermişdir. Sonuncu da bu barədə şikayət ərizəsi ilə Nizami rayon Polis İdarəsinə yaxınlaşıb müraciət etməyini bildirmişdir. O, da mərhum Səməd Abbasova bu barədə polisə müraciət etmək istəmədiyini bildirərək, sonuncudan oğurluq ilə tutulan şəxslərdən cağbəndlər barədə maraqlanmasını xahiş etmişdir. O, rəsmi olaraq polisə ilk dəfə 07 avqust 2018-ci il tarixdə müraciət etmişdir. Oğurlanmış 76 ədəd hər birinin çəkisi 1,5 kiloqram, hər biri su pərisi formalı, cəmi 114 kiloqram olan latun çağbəndlər olmuş, ümumi qiyməti 450-460 manat arası olmuşdur. O, həmin cağbəndin birinin fotoşəkilini istintaqa təqdim etmiş, çağbəndlərdən başqa evdən hər hansı bir əşya oğurlanmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, o, 2004cü ildən Gəncə şəhəri Mərkəzi Univermaq adlanan yerin 1-ci mərtəbəsində telefon alqısatqısı ilə məşğul olur. O, həmçinin həmin mağazada ikinci əl telefonlarını vətəndaşların şəxsiyyət vəsiqəsi ilə alıb-satır. 2018-ci ilin mart ayının axırlarında, saat 10-11 radələrində özünü Elvin kimi təqdim edən bir nəfər şəxs 2017-ci il istehsallı “Samsung Galaxy J 3” markalı mobil telefonu satmaq istədiyini bildirmişdir. O, Elvindən şəxsiyyət vəsiqəsini istəmiş, lakin sonuncu şəxsiyyət vəsiqəsinin üzərində olmadığını ona bildirmişdir. Sonra o, Elvinə şəxsiyyət vəsiqəni gətirəndən sonra, telefonun saz vəziyyətdə olmasını və kreditdə olub-olmamasını yoxlayandan sonra ala biləcəyini demişdir. Sonra Elvin onun yanından getmiş və təxminən 30-40 dəqiqə sonra şəxsiyyət vəsiqəsini özü ilə birlikdə getirərək onun yanına geri qayıtmışdır. O, şəxsiyyət vəsiqəsinə baxandan sonra həmin şəxsin Təqsirləndirilən şəxs olduğuna əmin olmuşdur. Sonra o, telefonun saz vəziyyətdə olduğunu yoxladıqdan sonra Təqsirləndirilən şəxs “Samsung Galaxy J 3” markalı mobil telefonu 250 manat pul müqabilində ala biləcəyimi bildirmiş və həmin şəxs razılıq verəndən sonra Təqsirləndirilən şəxs “Samsung Galaxy J 3” markalı mobil telefonu 250 manat pul müqabilində almışdır. Təqsirləndirilən şəxs aldığı “Samsung Galaxy J 3” markalı mobil telefon sonradan mağazada əlindən yerə düşmüş və ekranı sınmışdır. Həmin telefon satış üçün yararlı olmadığına görə o, telefonu ehtiyyat hissələri şəklində satmışdır. O, həmin “Samsung Galaxy J 3” markalı mobil telefonun oğurluq olmasını bilməmişdir. O, aldığı telefonların alqı-satqısı ilə bağlı alqı-satqı dəftəri vardır, lakin həmin dəftəri 2018-ci ildə tərtib etdiyi üçün üzərindən 3 il keçdiyinə görə dəftər dolmuş və o, dəftəri yandırmışdır və bu səbəbə görə dəftəri istintaqa təqdim edə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, o, Şəmkir rayonu Seyfəli kəndində ünvanda ailəsilə birlikdə yaşayır. 2003-cü ildən X5, 2021-ci ildən isə tutduğum vəzifədə xidmət edir. 01 iyun 2021-ci il tarixdə ünvan 8 ünvanında qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə etməsi, üzərində gəzdirməsi və saxlaması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılaraq Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması məqsədi ilə əməliyyataxtarış tədbirlərinin həyata keçirmək üçün ötəri qərar çıxarılmışdır. Bundan sonra idarənin əməliyyat müvəkkili Şahid3 və idarənin kiçik inspektoru Şahid4 ilə birlikdə Gəncə şəhəri ərazisində əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar. Həmin gün saat təxminən 13 radələrində Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri, Zərrabi küçəsində olması müəyyən edilmiş və tərəflərindən saxlanılmışdır. Onlar Təqsirləndirilən şəxs Gəncə şəhər BPİ-nin əməkdaşları olduğunu deyərək qanunsuz olaraq odlu silah əldə etməkdə, üzərində gəzdirməkdə şübhəli olduğunu bildirib onu saxlayaraq, Gəncə şəhər BPİ-yə aparmışlar. Təqsirləndirilən şəxs müdаfiəçitəqdim edilmişdir. Bundan sonra protokol və digər sənədlər tərtib olunmuşdur. Təqsirləndirilən şəxs həmin sənədləri düzgün tərtib edildiyinə görə imzalamışdır. Həmin sənədləşmədən sonra müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə baxış aparılmış, baxış zamanı onun əynində olan cins şalvarın bel nahiyəsinə taxdığı içərisində 1 ədəd daraq, 1 ədəd patron olan 1 ədəd “Tokarev” (TT) tipli tapança aşkar edilmişdir. Baxış zamanı o, həmin silahı tapdığını və hobbisi olduğu üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində 1 ədəd daraq, 1 ədəd patron olan 1 ədəd “Tokarev” (TT) tipli tapança qablaşdırılıb möhürələnmiş və onun doğruğunu imzaları ilə təsdiq etmişlər. Bundan sonra onun evində də, hər hansı bir qadağan olunmuş əşya olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs evində qadağan olunmuş heç bir əşya saxlamadığını deyib evinə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra yaşadığı ünvan 8 ünvanında baxış keçirilməsinə heç bir etirazının olmaması barədə ərizə yazmış və həmin ərizdən sonra onun yaşadığı evə də, baxış keçirilmiş, lakin evindən qadağan olunmuş heç bir əşya tapılmamışdır. Həmin baxış da, müvafiq qaydada protokollaşdırılmış və onlar həmin protokolun doğrulunu imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirdi ki, o, Gəncə BPİ-nin kiçik inspektoru vəzifəsində işləyir. 01 iyun 2021-ci il tarixdə ünvan 8 ünvanında qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə etməsi, üzərində gəzdirməsi və saxlaması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılaraq Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması məqsədi ilə əməliyyataxtarış tədbirlərinin həyata keçirməkdən ötəri qərar çıxarılmışdır. Bundan sonra idarənin əməliyyat müvəkkili Şahid3 və idarənin kiçik inspektoru X3 ilə birlikdə Gəncə şəhəri ərazisində əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar. Həmin gün saat təxminən 13 radələrində Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri, Zərrabi küçəsində olması müəyyən edilmiş və tərəflərindən saxlanılmışdır. Onlar Təqsirləndirilən şəxs Gəncə şəhər BPİ-nin əməkdaşları olduğunu deyərək qanunsuz olaraq odlu silah əldə etməkdə, üzərində gəzdirməkdə şübhəli olduğunu bildirib onu saxlayaraq Gəncə şəhər BPİ-yə gətirmişlər. İdarənin inzibati binasının xidməti iş otağında ona hüquqlаrının müdаfiə оlunmаsı üçün müdаfiəçi ilə təmin оlmunmаsındаn ötrü müdаfiəçilərin siyаhısını təqdim edilmişdir və ona bildirilmişdir ki, həmin müdаfiəçilərdən kimi istəyirsə sеçə bilər. O, təqdim оlunmuş vəkillərin siyаhısındаn hüquqlаrının dövlət hеsаbınа müdаfiə оlunmаsı üçün vəkil seçmiş və bu barədə ərizə ilə müraciət etmişdir. Onun müdаfiəçisi dəvət оlunаrаq ona təqdim edilmişdir. Bundan sonra protokol və digər sənədlər tərtib olunmuşdur. Təqsirləndirilən şəxs həmin sənədləri düzgün tərtib edildiyinə görə imzalamışdır. Həmin sənədləşmədən sonra müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə baxış aparılmış, baxış zamanı onun əynində olan cins şalvarın bel nahiyəsinə taxdığı içərisində 1 ədəd daraq, 1 ədəd patron olan 1 ədəd “Tokarev” (TT) tipli tapança aşkar edilmişdir. Baxış zamanı o, həmin silahı tapdığını və hobbisi olduğu üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində 1 ədəd daraq, 1 ədəd patron olan 1 ədəd “Tokarev” (TT) tipli tapança qablaşdırılıb möhürələnmiş və onun doğruğunu imzaları ilə təsdiq etmişlər. Bundan sonra onun evində də, hər hansı bir qadağan olunmuş əşya olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs evində qadağan olunmuş heç bir əşya saxlamadığını deyib evinə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra yaşadığı ünvan 8 ünvanında baxış keçirilməsinə heç bir etirazının olmaması barədə ərizə yazmış və həmin ərizdən sonra onun yaşadığı evə də, baxış keçirilmiş, lakin evindən qadağan olunmuş heç bir əşya tapılmamışdır. Həmin baxış da, müvafiq qaydada protokollaşdırılmış və onlar həmin protokolun doğrulunu imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 01.06.2021-ci il tarixli şəxsi axtarış və götürmə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman 1 ədəd “TT” tipli tapança, 1 ədəd sandıqç və 1 ədəd güllə aşkar edilməsi barədə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 02.06.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Baş Polis İdarəsində video çəkiliş ilə üzərinə baxış keçirilməsi zamanı qeydə alınmış video görüntüyə baxış zamanı, Gəncə şəhər BPİ-nin TŞ-nin təhqiqatçısı X10 şəhər BPİ-nin XMİÜ baş əməliyyat müvəkkili, Şahid2, Gəncə şəhər BPİ-nin əməliyyat müvəkkili Şahid3, Gəncə BPİ-nin kiçik inspektoru Şahid4 və Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzədən qabaq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir, bu barədə protokol imzalanır. Həmin sənədləşmədən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılır, baxış zamanı onun əynində olan cins şalvarın bel nahiyəsinə taxdığı 1 ədəd Tokarev (TT) tipli tapança aşkar edilir. Təqsirləndirilən şəxs həmin silahı haradan əldə etməsi soruşulduqda o, həmin silahı zibil atarkən tapdığını və hobbisi olduğu üçün üzərində gəzdirdiyini bildirir. Bundan sonra həmin silahın darağı çıxarıldıqda oradan da, 1 ədəd patron aşkar edilir. Həmin vaxt müdafiəçisi Təqsirləndirilən şəxs polis əməkdaşları saxlayarkən və ya sonrasında hər hansı bir fiziki zoraklığa və ya işgəncəyə məruz qalıb-qalmaması barədə sual verdikdə Təqsirləndirilən şəxs heç bir təzyiqə, fiziki zorakılığa məruz qalmadığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində 1 ədəd daraq, 1 ədəd patron olan 1 ədəd (Tokarev) TT tipli tapança qablaşdırılıb möhürlənir və doğruluğu imzalarla təsdiq edilir. Təqsirləndirilən şəxs yaşadığı ünvan 9 ünvanınabaxış keçirilməsi zamanı qeydə alınmış video görüntüyə baxış zamanı müəyyən edildi ki, Gəncə şəhər BPİnin TŞ-nin təhqiqatçısı X10 şəhər BPİ-nin XMİÜ baş əməliyyat müvəkkili, Şahid2, Gəncə şəhər BPİ-nin əməliyyat müvəkkili Şahid3, Gəncə BPİ-nin kiçik inspektoru Şahid4, müdafiəçinin və Təqsirləndirilən şəxs işitirakı ilə yaşadığı ünvan 9 ünvanının otaqlarına baxış keçirilsə də, hər hansı bir qeyri-qanuni əşya və predmet aşkar edilmir. Bununla da video çəkiliş yekunlaşmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 02.06.2021-ci il tarixli 21/362R mömrəli rəydən görünür ki, tədiqiqata təqdim edilmiş №-si silinmiş silah, keçmiş “SSRİ” dövlətində, Tula silah zavodunda istehsal olunmuş Tokarev (TT) konstruksiyalı 7,62 mm kalibrli tapançadır, yivli odlu silahdır, texniki vəhətdən saxdıq və atəş üçün yararlıdır. Həmçinin rəydən görünür ki, tədqiqata təqdim edilmiş daraq zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 7,62x25 mm kalibrlli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançaların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən saxdır və istifadə üçün yararlıdır. Bundan başqa ekspertiza rəyindən görünür ki, tədqiqata tədqim olunmuş 01 ədəd patron zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1951-ci ildə istehsal olunmuş 7,62x25 mm kalibrli olmaqla, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançalardan, PPŞ-PPS konstruksiyalı tapança-pulemyotlardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronudur, döyüş sursatı hesab edilir və atəş üçün yararlıdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Məhkəməəmtəəşünaslıq ekspertizasının 23.06.2021-ci il tarixli 9/4263 nömrəli rəyindən görünür ki, analoji malların markası, modelinə müvafiq olaraq ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə göstərilən malların istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2018-ci ilin mart-aprel-iyun aylarına orta bazar qiyməti nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilir. - X2 məxsus 1 ədəd 2017-ci il buraxılışlı, Samsung J3 markalı, 64 GB yaddaşlı, istifadə olunmuş mobil telefon 2018-ci ilin mart ayına -370,00 manat, Zərərçəkmiş şəxs2 məxsus mallar 2018-ci ilin aprel ayına- 340,00 manat, Zərərçəkmiş şəxs3 məxsus pul kisəsi 2018-ci ilin iyun ayına-15,00 manat, Zərərçəkmiş şəxs4 məxsus latun cağbəndlər 2018-ci ilin iyun ayına- 456,00 manat olmuşdur (ekspertiza xərci 50 manat). Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan22.03.2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, zərərçəkmiş şəxs X2 məxsus əmlakın oğurlandığı Gəncə şəhəri, Nizami rayonu, N.Nərimanov prospekti ilə Ərdəbil küçələrinin kəsişməsinə baxış keçirilmiş və bu barədə protokol tərtib edilərək hadisə yerinin fotoşəkilləri çəkilmiş və protokola əlavə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 08.05.2018-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus əmlakın oğurlandığı Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 9 nömrəli binanın 1-ci mərtəbəsinin dəhlizinə baxış keçirilmiş və bu barədə protokol tərtib edilərək hadisə yerinin fotoşəkilləri çəkilmiş və protokola əlavə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan21.06.2018-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 məxsus əmlakın oğurlandığı Gəncə şəhəri, Nizami rayonu, Nizami prospektində yerləşn 41 nömrəli Tam Orta Məktəbin yaxınlığına baxış keçirilmiş və bu barədə protokol tərtib edilərək hadisə yerinin fotoşəkilləri çəkilmiş və protokola əlavə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 07.08.2018-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 məxsus əmlakın oğurlandığı ünvan 10 ünvana baxış keçirilmiş və bu barədə protokol tərtib edilərək hadisə yerinin fotoşəkilləri çəkilmiş və protokola əlavə edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs1 ərizəsində göstərmişdir ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyanı tələb etmir, o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxs barəsində qəbul olunacaq qərarı məhkəmənin mülahizəsinə mülahizəsinə buraxdığını bildirmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs2 ərizəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona dəyən ziyan tam ödənilmişdir. Məhkəmədən işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs3 ərizəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəyən ziyan tam şəkildə ödənilmişdir. Məhkəmədən işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs4 tərəfində məhkəməyə ünvanlanmış teleqramda göstərmişdir ki, Təqsirləndirilən şəxs qarşı heç bir iddiasının və tələbinin olmadığını bildirilmişdir. İş materiallarında olan 01.06.2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan 03.06.2021-ci il tarixli 4 (044)-97/2021 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İİ-nin 09.06.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 01.09.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi təqsirli bilinərək 160 saat ictimai işlər cəzasına məhkum edilmişdir, bundan başqa Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 17.12.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 28.01.2010-cu ildə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 28.08.2006-cı il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin Qərarı ilə 17.12.2009-cu il tarixli hökm dəyişdirilərək, AR CM-nin 69.4-cu maddəsinə əsasən 1500 manat cərimə cəzası təyin edilmişdir. Bundan başqa Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 06.06.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.2, 177.2.3-cü maddəsilə təqsirli bilinərək 03 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Salyan Rayon Məhkəməsinin 16.01.2018-ci il tarixli qərarı ilə cəzası 03 il 10 aya endirilmişdir. 03.02.2018-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa Azərbaycan Respublikasının Göygöl Rayon Məhkəməsinin 29.11.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 185.1, 234.1, 237.1-ci maddələri ilə təqsirli bilinərək 03 il, 05 ay, 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, 24.06.2020-ci ildə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 01.05.2020-ci il tarixli Qanuna əsasən cəzası 02 il 08 ay 28 günə endirilmişdir. 30.04.2021-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Göygöl Rayon Məhkəməsinin 29.11.2018-ci il tarixli 1(066)-60/2018 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 185.1, 234.1, 237.1-ci maddələri ilə təqsirli bilinərək 03 il, 05 ay, 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 19.06.2021-ci il tarixli ifadənin yerində yoxlanılması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsinin yerində yoxlanılması aparılmış və ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerində göstərərək ifadəsini bir daha təsdiq etmiş və bu barədə fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onunetiraf ediciifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 326.2, 228.1 və 177.2.2, 177.2.3 və 177.2.5-ci maddələri ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikasının CM-in 326.2-ci maddəsinin sanksiyasında min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəza nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının CM-in 228.1-ci maddəsinin sanksiyasında beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəza nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının CM-in 177.2.2, 177.2.3 və 177.2.5-ci maddəsinin sanksiyasındabir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzanəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının CM-in 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi CM-in 326.2, 228.1 və 177.2.2, 177.2.3 və 177.2.5-ci maddələricinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Azərbaycan Respublikasının CM-in 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının CM-in 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Azərbaycan Respublikasının CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətmiş, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətmişdir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs subay olmasını və törətdiyi cinayət əməlini səmimi etiraf etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar CM-in 58, 59 və 61-ci maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəza təyin edilən zaman nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Göstərilənləri nəzərə alıb məhkəmə Təqsirləndirilən şəxs cinayətlərinin residivinin olması nəzərə alınmaqla təqsirli bilindiyi CM-in 326.2, 228.1 və 177.2.2, 177.2.3 və 177.2.5-ci maddələri sanksiyasında nəzərdə tutulmuş CM-nin 65.2-ci maddəsində göstərilən qaydada azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzanı yüngülləşdirən və ağrlaşdıran halları nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs hazırda baxılan cinayət əməlini, barəsində olan Göygöl Rayon Məhkəməsinin 29.11.2018-ci il tarixli 1(066)- 60/2018 saylı hökmü ilə ona təyin olunmuş cəzasını çəkib qurtarsa da məhkumluğu götürülməmiş törətmişdir Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 326.2, 228.1 və 177.2.2, 177.2.3 və 177.2.5-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, şəxs Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilərkən cinayətlərin məcmusu üzrə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, təyin olunacaq azadlıqdan məhrumetmə cəzalarını qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Yuxarıda göstərilənlərə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Cəza çəkmə müddətinin başlanğıcı 01.06.2021-ci il tarixdən hesablanmalı və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd Tokarev (TT) konstruksiya lı tapança, 01 ədəd daraq, güllə və giliz Dövlət nəfinə əvəzsiz olaraq müsadirə edilsin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah-sursat anbarına təhvil verilməli və iş üzrə sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilməlidir. İş üzrə mülki iddia yoxdur, CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353-cü və 356-cı maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 326.2, 228.1 və 177.2.2, 177.2.3 və 177.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 326.2-ci maddəsi ilə 06 (altı) ay müddətə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.5-ci maddələri ilə 03 (üç) il müddətə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına təyin edilsin. Cəza çəkmə müddətinin başlanğıcı 01.06.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd Tokarev (TT) konstruksiyalı tapança, 01 ədəd daraq, güllə və giliz Dövlət nəfinə əvəzsiz olaraq müsadirə edilsin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah-sursat anbarına təhvil verilsin. İş üzrə sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №1(044)-39/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-39/2022
18.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver