Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-41/2021 15.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X10 oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxsin hüquqi varisi X6 və Zərərçəkmiş şəxs1 nümayəndəsi, Göygöl rayon Vəkil Bürosunun vəkili X7, Təqsirləndirilən şəxs, onun müdafiəçiləri, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Göygöl rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxxx 1986-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Kəpəz rayonu, S.Kəsəmənli küçəsi, ev 56-da qeydiyyatda olmaqla Gəncə şəhəri, E.Xanbudaqov küçəsi, ev 50-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, o, xx xxx 2020-ci il tarixdə, saat 22 radələrində BC dərəcəli sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etdiyi, özünə məxsus Mercedes Benz E 320 minik markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri Nizami küçəsi ilə Yeni Gəncə qəsəbəsi istiqamətində hərəkət edib H.Ə.Hüseynzadə küçəsinin kəsişməsində “X11” Azərbaycan Respublikası Qanunun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərini pozaraq, işıqforun qadağanedici siqnalı verildikdə, nəqliyyat vasitəsini stop-xətt, piyada keçidi qarşısında, digər yolayrıclarında isə işıqfor qarşısında dayanmaqla, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməyib hadisənin baş verməsinə etinasız yanaşaraq, işıqforun qırmızı işığında hərəkətini davam etdirib Nizami küçəsi ilə H.Ə.Hüseynzadə küçəsinin kəsişməsinə daxil olaraq, sağ tərəfdən, yəni H.Ə.Hüseynzadə küçəsi ilə işıqforun yaşıl işığında düz istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs2 idarə etdiyi VAZ 21074 markalı, **-BX-*** nömrə nişanlı avtomobili ilə toqquşmuşdur. Nəticədə sonuncu avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs1 sol oturaq sümüyünün və oma sümüyünün qapalı sınıqları ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs1 sağlamlığına az ağır dərəcəli bədən xəsarətləri, X4 baş beyinə qansızma, sol təpə sümüyünün xətti sınığı, sol çənə-gicgah oynağının çıxığı, təpə nahiyəsinin əzilmiş yarası ilə müşayiət olunan açıq kəllə beyin travması, sol kürək sümüyünün dimdiyəbənzər çıxıntısının yerdəyişməyən sınığı, sağ döş-körpücük oynağının qopması, sağ bazu oynağının çıxığı ilə müşayiət olunan birgə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarətləri almaqla ehtiyatsızlıqdan Saidə Nozruzovanın ölməsinə səbəb olan və Zərərçəkmiş şəxs2 idarə etdiyi VAZ 21074 markalı, **-BX-*** nömrə nişanlı avtomobilə 950 manat dəyərində zərər yetirilməsi ilə nəticələnən yolnəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxx 2020-ci il tarixdə, saat 22 radələrində o, özünə məxsus etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz E 320” minik markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri Nizami küçəsi ilə saatda təxminən 50 km sürətlə Yeni Gəncə qəsəbəsi istiqamətində hərəkət etmişdir. O, həmin vaxt avtomobili özü tam ayıq vəziyyətdə idarə etmiş və avtomobildə ondan başqa heç kim olmamışdır. O, Nizami küçəsi ilə hərəkətini davam etdirib Gəncə şəhəri 6 nömrəli orta məktəbi keçərkən fikirli olduğu üçün işıqforu görməyib işıqforun qırmızı işığında Nizami küçəsi ilə H.Ə.Hüseynzadə küçəsinin kəsişməsinə daxil olmuşdur. Bu zaman H.Ə.Hüseynzadə küçəsi ilə sağ tərəfdən hərəkətdə olan VAZ 2107 markalı avtomobil Nizami küçəsinə daxil olmuş, o, avtomobili tormoz etməyə macal tapmayıb idarə etdiyi avtomobillə VAZ 2107 markalı avtomobilin sol yan tərəfindən vurmuşdur. O, dərhal avtomobildən düşüb VAZ 2107 markalı avtomobilə yaxınlaşmış, VAZ 2107 markalı avtomobilin sürücüsü də yerə düşmüş, həmin avtomobildə sürücüdən başqa həmin avtomobilin ön sağ oturacağında bir nəfər yeniyetmə oğlan, arxa otaracaqlar isə bir nəfər orta yaşlı qadın, bir nəfər az yaşlı oğlan, bir nəfər yaşlı qadın olmuşlar. O, arxa sol qapını açıb orta yaşlı, adını sonradan bildiyi Leyla adlı qadını avtomobildən yerə düşürtmüş, oğlan uşaqları özləri avtomobildən yerə düşmüş, digər yaşlı qadın, adını sonradan bildiyi Saidə adlı qadın isə avtomobildən düşə bilməmişdir. O, dərhal “103 X16” xidmətinə zəng edib hadisə barədə məlumat verərək kömək çağırmışdır. Zərərçəkmiş şəxs1 və oğlanlarını orada olan avtomobillə xəstəxanaya yola salmışlar. Bir az keçdikdən sonra hadisə yerinə TTY avtomobili və polis əməkdaşları gəlmişlər. O, həmin vaxt hadisə yerinə toplaşmış şəxslərin kömək ilə Saidə Novruzovanı TTY avtomobilinə əyləşdirərək xəstəxanaya yola salmışdır. Digər sürücü ilə o, hadisə yerini polis əməkdaşlarına göstərmişlər, daha sonra isə sərxoşluq müayinəsindən keçdikdən sonra xəstəxanaya getmişlər. Sonda Təqsirləndirilən şəxs törətmiş olduğu hadisə ilə əlaqədar səmimi peşman olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxslərlə barışıq əldə edərək vurmuş olduğu maddi ziyanı ödədiyini, zərərçəkmiş şəxsin hüquqi varisinin və zərərçəkmiş şəxslərin ona qarışı heç bir şikayət və tələblərinin olmadığını, himayəsində 1 azyaşlı uşağı olduğunu, kirayədə yaşadığını, ailəyə qazanc gətirən yeganə şəxs olduğunu, ilk dəfə cinayət əməli törətdiyini bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirmişdir ki, o, özünə məxsus “VAZ 2107” markalı, **-BX-*** dövlət qediyyat nişanlı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. xx xxx 2020-ci il tarixdə, saat 22 radələrində daimi müştəriləri olan Leyla həkim ona zəng edib sonuncunu Gəncə şəhəri H.Ə.Hüseynzadə küçəsindən götürüb yaşadıqları Lermantov küçəsinə aparmağı ondan xahiş etmişdir. O, da həmin yerə gedib Leyla həkimi, sonuncunun iki övladını və qaynanasını götürmüş, Leyla həkim arxa sol oturacaqda, kiçik oğlu ortada, qaynanası Saidə xanım arxa sağ oturacaqda, böyük oğlu isə ön sağ oturacaqda əyləşmişdir. O, Gəncə şəhəri H.Ə.Hüseynzadə küçəsi ilə təxminən 20 km sürətlə hərəkət edib Nizami küçəsinə doğru irəliləməyə başlamış, H.Ə.Hüseynzadə küçəsi ilə Nizami küçəsinin kəsişməsinə çatanda işıqforun yaşıl işığının yandığını görüb yol ayrıcına daxil olmuşdur. Həmin vaxt Nizami küçəsi ilə Yeni Gəncə qəsəbəsi istiqamətində hərəkətdə olan qara “Mercedes Benz” markalı avtomobil işıqforun qırmızı işığında yol ayrıcına daxil olub onun avtomobilinin sol yan hissəsi ilə toqquşmuş, toqquşma nəticəsində onun avtomobili əks tərəfə fırlanıb gəldiyi istiqamətdə dayanmışdır. O, dərhal avtomobildən yerə düşmüş, həmin “Mercedes” markalı avtomobilin sürücüsü də avtomobilindən yerə düşüb ona yaxınlaşmışdır. Həmin şəxs onun avtomobilində xəsarət alan Leyla həkimə kömək edib sonuncunu avtomobildən yerə düşürtmüş və sonra “103 X16 stansiyasına” zəng etmişdir. Saidə xanım xəsarət aldığı üçün avtomobildən düşə bilməmiş, Leyla xanımı və oğlanlarını orada olan avtomobillə xəstəxanaya aparmışlar. Bir az keçdikdən sonra isə hadisə yerinə X16 avtomobili gəlmiş, Saidə xanımı adını sonradan bildiyi Təqsirləndirilən şəxsla birlikdə təcili yardım avtomobilinə əyləşdirib xəstəxanaya yola salmışlar. Bundan sonra hadisə yerinə polis əməkdaşları gəlmiş, hadisə yerini müayinə edib müvafiq sənədləşmə aparmışlar. Polis əməkdaşları sərxoşluğunu yoxlamaq məqsədilə onu və Təqsirləndirilən şəxs tibbi müayinəyə aparmışlar və məlum olmuşdur ki, onlar hadisə zamanı tam ayıq vəziyyətdədilər. Sonradan ona məlum olmuşdur ki, Saidə Novruzova həmin yol-nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlərlə əlaqədar olaraq xx xxx 2020-ci il tarixdə vəfat etmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı o, hər hansı bir xəsarət almasa da, ona məxsus olan VAZ 2107 markalı, **-BX-*** nömrə nişanlı avtomobilinin sol yan tərəfi toqquşma nəticəsində güclü əzilmiş və ona 950 manat maddi ziyan dəymişdir. Sonda zərərçəkmiş Zərərçəkmiş şəxs2 ona dəymiş ziyanın Nizami Əsədv tərəfindən tamamilə ödənildiyini, sonuncuya qarşı heç bir şikayəti və tələbi olmadığını bildirərək, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs2 ona dəymiş ziyanın tamamilə ödənildiyinə və Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi olmadığına dair ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsi elan edilməklə tədqiq edilmişdir. Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, o, Gəncə şəhəri Onkoloji xəstəxanasında həkim işləyir. X9 onun əri, Şahid2 və Şahid1 onun oğlanları, mərhum X8 isə onun qaynanasıdır. O və ailə üzvləri harasa getdikləri halda daim müştəri olduqları Zərərçəkmiş şəxs2 idarə etdiyi “VAZ 2107” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili sifariş edirlər. xx xxx 2020-ci il tarixdə o, mərhum qaynanası Saidə Novruzova, oğlanları Sabir və Məsimlə birlikdə Gəncə şəhəri H.Ə.Hüseynzadə küçəsində yaşayan qohumları evinə qonaq getmiş, əri isə şəxsi işləri olduğu üçün qonaqlığa gedə bilməmişdir. Həmin gün, saat 22 radələrində o, taksi sürücüsü Rafaelə zəng edib onları qonaqlıqdan götürüb Gəncə şəhəri Lermantov küçəsində yaşadıqları evə aparmasını xahiş etmişdir. Təxminən bir-iki dəqiqə keçdikdən sonra Rafael idarə etdiyi “VAZ-2107” markalı avtomobili ilə onun dediyi ünvana gəlmiş, böyük oğlu Şahid2 avtomobilin ön sağ oturacağında, özü avtomobilin arxa sol oturağacında, azyaşlı oğlu Şahid1 arxa orta oturacaqda və mərhum qaynanası Saidə Novruzova isə arxa sağ oturacaqda əyləşmişlər. Bundan sonra Zərərçəkmiş şəxs2, Gəncə şəhəri H.Ə.Hüseynzadə küçəsi ilə yol narahat olduğu üçün asta sürətlə Nizami küçəsinə doğru avtomobili idarə etməyə başlamışdır. Zərərçəkmiş şəxs2, Gəncə şəhəri H.Ə.Hüseynzadə küçəsi ilə hərəkət edib Nizami küçəsinin kəsişməsinə çatanda işıqforun yaşıl işığının yandığını görüb yol ayrıcına daxil olarkən Nizami küçəsi ilə Yeni Gəncə qəsəbəsi istiqamətində hərəkətdə olan qara rəngli “Mercedes Benz” markalı avtomobil sürətlə işıqforun qırmızı işığında yol ayrıcına daxil olaraq qəfildən onların olduqları avtomobilin sol yan hissəsinə, yəni özü, əyləşdiyi tərəfdən toqquşmuşdur. Toqquşma nəticəsində onların avtomobili əks tərəfə fırlanaraq gəldikləri istiqamətdə dayanmışdır. Bundan sonra həmin “Mercedes” markalı avtomobilin sürücüsü avtomobilindən yerə düşüb onların avtomobilinə yaxınlaşmış, ona, xəsarət aldığı üçün kömək edib avtomobildən yerə düşürtmüş, yoldan ötən avtomobillə onu oğlanları ilə birlikdə Gəncə şəhər X5 aparmışlar. Həkimlər ona bildirmişlər ki, hadisə zamanı o, çanaq sümüyünün sınığı ilə nəticələnən xəsarət almışdır. Sonradan bildiyinə görə hadisə yerinə təcili tibbi yardım avtomobili çağırılmış və qaynanası Saidə Novruzova da xəstəxanaya aparılmışdır. Hadisə zamanı oğlanları Sabir və Məsim isə hər hansı bir xəsarət almamışlar. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlərlə əlaqədar olaraq qaynanası X13 X2 xx xxx 2020-ci il tarixdə vəfat etmişdir. Zərərçəkmiş şəxs1 ona dəymiş ziyanın tamamilə ödənildiyinə, Təqsirləndirilən şəxs ilə barışdığına və sonuncuya qarşı heç bir şikayəti və tələbi olmadığına dair ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilən X6 ifadəsi elan edilməklə tədqiq edilmişdir. Rasim Novruzov ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs1 onun arvadı, Şahid2 və Şahid1 onun oğlanları, Saidə Novruzova isə anasıdır. xx xxx 2020-ci il tarixdə mərhum anası Saidə Novruzova, arvadı Zərərçəkmiş şəxs1, oğlanları Sabir və Məsim Gəncə şəhəri H.Ə.Hüseynzadə küçəsində yaşayan qohumları evinə qonaq getmiş, o, isə şəxsi işləri olduğu üçün gedə bilməmişdir. Həmin gün saat 23 radələrində yaşadığı evdə olan vaxt xəstəxanadan zəng edib ona bildirilmişdir ki, ailə üzvləri olduğu avtomobil qəzaya düşmüşdür. O, bu xəbəri eşidən kimi dərhal xəstəxanaya getmiş, xəstəxanada ona məlum olmuşdur ki, xx xxx 2020-ci il tarixdə, saat 22 radələrində Gəncə şəhəri Nizami küçəsi ilə H.Ə.Hüseynzadə küçəsinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı anası Saidə Novruzova beyin sümüyünün sınığı xəsarəti və arvadı Zərərçəkmiş şəxs1 isə çanaq sümüyünün sınığı xəsarəti almışlar, oğlanları Şahid2 və Şahid1 isə hər hansı bir xəsarət almamışlar. Bundan sonra o, Zərərçəkmiş şəxs2lə görüşmüş, söhbət zamanı sonuncu ona bildirmişdir ki, taksi kimi idarə etdiyi VAZ 2107 markalı, **-BX-*** nömrə nişanlı avtomobili ilə mərhum anası Saidə Novruzovanı, arvadı Zərərçəkmiş şəxs1, oğlanları Sabir və Məsimi Gəncə şəhəri H.Ə.Hüseynzadə küçəsində yaşayan qohumlarıgildən götürüb yaşadıqları Gəncə şəhəri Lermantov küçəsinə aparan vaxt H.Ə.Hüseynzadə küçəsi ilə hərəkət edib Nizami küçəsinin kəsişməsinə daxil olarkən Nizami küçəsi ilə Yeni Gəncə qəsəbəsi istiqamətində hərəkətdə olan qara rəngli “Mercedes Benz” markalı avtomobil işıqforun qırmızı işığında yol ayrıcına daxil olaraq Rafaelin avtomobilinin sol yan hissəsi ilə toqquşmuşdur. Zərərçəkmiş şəxs2 deməsinə görə arvadı Zərərçəkmiş şəxs1 avtomobilin arxa sol oturağacında, azyaşlı oğlu Şahid1 arxa orta oturacaqda, mərhum anası Saidə Novruzova arxa sağ oturacaqda, böyük oğlu Sabir isə ön sağ oturacaqda əyləşmişlər. Həmin yol-nəqliyyat hadisəsi nəticəsində Zərərçəkmiş şəxs2 hər hansı bir xəsarət almasa da toqquşma nəticəsində idarə etdiyi VAZ 2107 markalı avtomobilin sol yan hissəsinin güclü əzildiyini ona bildirmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlərlə əlaqədar olaraq onun anası X13 X2 müalicə olunmasına baxmayaraq xx xxx 2020-ci il tarixdə həmin xəstəxanada vəfat etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X9 ona dəymiş ziyanın tamamilə ödənildiyinə, Təqsirləndirilən şəxs ilə barışdığına və sonuncuya qarşı heç bir şikayəti və tələbi olmadığına dair ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx xxx 2020-ci il tarixdə, saat 22 radələrində o, Gəncə şəhəri Nizami prospektindən piyada keçən vaxt ani bir anda avtomobil toqquşması səsi eşitmişdir. O, həmin səs gələn tərəfə baxanda Nizami prospekti ilə H.Ə.Hüseynzadə küçəsinin kəsişməsində qara rəngli “Mercedes” markalı avtomobilin yolların kəsişməsində, “VAZ-2107” markalı avtomobilin isə 6 nömrəli məktəbin giriş qapısının əks istiqamətində əzilmiş vəziyyətdə dayandığını görmüşdür. Həmin vaxt ətrafdan ora insanlar toplaşmışlar. “VAZ-2107” markalı avtomobildə sərnişin olan şəxslərdən iki nəfər qadın xəsarət almış, qadınlardan yaşlı olanın başından qan axmışdır. Həmin vaxt o, istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Bir qədər sonra hadisə yerinə polis əməkdaşları və X16 avtomobili gəlmişdir. Xəsarət alanlar xəstəxanaya aparılmış, polis əməkdaşları hadisə yerini sənədləşdirdikdən sonra avtomobilləri aparmışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, X9 atası, Zərərçəkmiş şəxs1 anası, Şahid1 qardaşı, mərhum X8 isə onun nənəsidir. xx xxx 2020-ci ildə o, nənəsi Saidə Novruzova, anası Zərərçəkmiş şəxs1 və kiçik qadaşı Məsimlə birlikdə Gəncə şəhəri H.Ə.Hüseynzadə küçəsində yaşayan qohumları evinə qonaq getmişdir. Həmin gün, saat 22 radələrində anası taksi sürücüsü Rafaelə zəng edib onları qonaqlıqdan götürüb Gəncə şəhəri Lermantov küçəsində yaşadıqları evə aparmasını xahiş etmiş, təxminən bir-iki dəqiqə keçdikdən sonra Rafael də taksi kimi idarə etdiyi “VAZ- 2107” markalı avtomobili ilə onların olduqları ünvana gəlmişdir. O, avtomobilin ön sağ oturacağında, anası avtomobilin arxa sol oturağacında, kiçik qardaşı Şahid1 arxa orta oturacaqda və mərhum nənəsi Saidə Novruzova isə arxa sağ oturacaqda əyləşmişlər. Bundan sonra Zərərçəkmiş şəxs2 Gəncə şəhəri H.Ə.Hüseynzadə küçəsi ilə Nizami küçəsinə doğru avtomobili idarə etməyə başlamış, Zərərçəkmiş şəxs2 H.Ə.Hüseynzadə küçəsi ilə hərəkət edib Nizami küçəsinin kəsişməsinə çatanda işıqforun yaşıl işığında yol ayrıcına daxil olarkən Nizami küçəsi ilə Yeni Gəncə qəsəbəsi istiqamətində hərəkətdə olan qara rəngli “Mercedes Benz” markalı avtomobil sürətlə işıqforun qırmızı işığında yol ayrıcına daxil olaraq qəfildən onların avtomobilin sol yan hissəsindən vurmuşdur. Toqquşma nəticəsində onların avtomobili əks tərəfə fırlanaraq gəldikləri istiqamətdə dayanmış, hadisə nəticəsində o, bərk qorxmuşdur. Bundan sonra həmin Mercedes markalı avtomobilin sürücüsü onların avtomobilinə yaxınlaşmış, anası xəsarət aldığı üçün həmin sürücü kömək edib anasını avtomobildən yerə düşürdərək yoldan ötən avtomobillə o və qardaşı ilə birlikdə xəstəxanaya yola salmışdır. Hadisə zamanı o, Zərərçəkmiş şəxs2 və qardaşı Məsim heç bir xəsarət almamışlar, lakin Rafaelin avtomobili əzilmişdir. Eyni zamanda baş vermiş hadisə zamanı nənəsi Saidə də xəsarət aldığı üçün xəstəxanaya aparılmış, xx xxx 2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlərlə əlaqədar olaraq nənəsi X13 X2 vəfat etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 Şahid2la eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsi Gəncə şəhəri Nizami küçəsi ilə H.Ə.Hüseynzadə küçəsinin kəsişməsində işıqforda baş vermişdir. - “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında xx.xx.2020-ci il tarixli, 1014/2020 və 1015/2020 nömrəli aktlardan görünür ki, sürücülər Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşlar. - məhkəmə tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 851 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində olan xəsarətlər – sol oturaq sümüyünün və oma sümüyünün qapalı sınıqları bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmiş, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2020-ci il tarixə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. - məhkəmə tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 850 saylı rəyindən görünür ki, mərhum X4 bədəni üzərində olan xəsarətlər – baş beyinə qansızma, sol təpə sümüyünün xətti sınığı, sol çənə-gicgah oynağının çıxığı, təpə nahiyəsinin əzilmiş yarası ilə müşayiət olunan açıq kəllə beyin travması, sol kürək sümüyünün dimdiyəbənzər çıxıntısının yerdəyişməyən sınığı, sağ döş-körpücük oynağının qopması, sağ bazu oynağının çıxığı bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmiş, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx xxx 2020-ci il tarixə uyğun gəlməklə, həmin xəsarətlər yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. Saidə Novruzovanın ölümünə səbəb baş beyinə qansızma, sol təpə sümüyünün xətti sınığı, sol çənə-gicgah oynağının çıxığı, təpə nahiyəsinin əzilmiş yarası ilə müşaiyət olunan açıq küt kəllə beyin travması olmuşdur. - Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Gəncə RQİ və TBŞ-dən alınmış xx xxxx 2020-cu il tarixli, 313-2252-1220 nömrəli məktubdan məlum olur ki, AC613939 saylı BC kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2015-ci il tarixdə vətəndaş Təqsirləndirilən şəxs verilmiş, o, sürücülük hüququndan məhrum edilməmişdir. - məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2020-ci il tarixli, 8/953 saylı rəyindən məlum olur ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara görə Mercedes Benz E 320 markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X11» Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə uygunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə; - hərəkət üçün təhlükə yaranan anda “VAZ 21074” markalı, **-BX-*** nömrə nişanlı avtomobilin toqquşma yerindən 10,6 metrdən kiçik məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində sürücü Zərərçəkmiş şəxs2 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində «X11» Azərbaycan Respublikası Qanununun tələblərinə uygunsuzluq olmamışdır. - hərəkət üçün təhlükə yaranan anda VAZ 21074 markalı, **-BX-*** nömrə nişanlı avtomobilin toqquşma yerindən 10,6 metrdən böyük məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində sürücü Zərərçəkmiş şəxs2 hərəkətlərində «X11» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələbləbinə uygunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. - İstintaq eksperimentinin aparılması haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 xx.xx.2020-ci il tarixdə, saat 22 radələrində baş vermiş yolnəqliyat hadisəsi zamanı idarə etdiyi VAZ 21074 markalı, 22BX224 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən onun üçün təhlükə yarandığı andan gördüyü məsafəni müəyyən etmək məqsədi ilə istintaq eskperimenti aparılmış və müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 idarə etdiyi VAZ 21074 markalı, 22BX224 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən onun üçün təhlükə yarandığı andan gördüyü yerə qədər məsafə 6.90 metr olmuşdur. İstintaq eksperimenti aparılan zaman “Redmi Note 9 PRO” markalı mobil telefonun fotoaparatından istifadə edilərək fotoşəkillər çəkilmişdir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X1 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - Gəncə avtomotoservis və ticarət müəssisəsi tərəfindən verilən xx.xx.2020-ci il tarixli rəydən görünür ki, Zərərçəkmiş şəxs2 məxsus “VAZ 2107” markalı, **-BX-*** nömrə nişanlı avtomobilə ümumilikdə 950 manat məbləğində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Onun təqsirləndirilən şəxsə qarşı həç bir şikayəti və tələbi yoxdur. O, təqsirləndirilən şəxslə barışmışdır və təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. O, hazırda təqsirləndirilən şəxslə barışmışdır. Onun təqsirləndirilən şəxsə qarşı həç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxsin hüquqi varisi X9 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. O, hazırda təqsirləndirilən şəxslə barışmışdır. Onun təqsirləndirilən şəxsə qarşı həç bir şikayəti və tələbi yoxdur. Məhkəməyə təqdim edilmiş doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs hmayəsində xx.xx.2020-ci il təvəllüdlü əsədova Məryəm Nizami qızı adlı 1 azyaşlı uşağı vardır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün tam etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin verdiyi ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 263.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən həmin cinayətin az ağır cinayətlər təsnifatına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, yəni yaşayış yeri üzrə onun müsbət xarakterizə olunduğunu, təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, yəni onun ailəsində yeganə qazanc gətirən şəxs olduğunu nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsin hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət əməli törətdiyini, törətdiyi əməlini səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, himayəsində 1 azyaşlı uşağı olmasını, zərərçəkmiş şəxslər və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslərin və zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayət və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmış, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq aradan qaldırmış, zərərçəkmiş şəxslərin və zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbi yoxdur. Həmçinin təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar da aşkar edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla cəza təyin edilməlidir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1 və 56.1.1-ci maddələrinə görə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddələrinin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Gəncə şəhəri probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 100 (bir yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs məhkəmədə 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 60 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 01 (bir) il 06 (altı) aymüddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə növündə cəzatəyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri, hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 100 (bir yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Gəncə şəhəri probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi1 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 60 (altmış) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №1(044)-41/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-41/2021
15.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver