Məhkəmə qərarları › İş №1(044)-42/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-42/2021

26.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-42/2021 26.05.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, məhkəmə iclas katibi Əlizadə Kamran Mehman oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X4, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və X1, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1982-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmuş, Gəncə şəhəri, G.Şıxlinski küçəsi, ev 35-də qeydiyyatda olan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 05.04.2020-ci il tarixdə saat 13 radələrində Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, M.C.Paşayev küçəsində yerləşən “Əminə market” adlı ərzaq mağazasın alıcı qismində daxil olaraq mağazanın vitrinindəki, bir ədədinin qiyməti 17.50 manat olan 10 ədəd “Vestgold” firmasına məxsus yağı sellofan torbaya yığaraq ödəniş etmədən mağazanı gizlin tərk edərək, həmin yağları gizli yolla talayıb ələ keçirməklə zərərçəkmiş şəxsə ümumilikdə 175 (yüz yetmiş beş) manat dəyərində maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən 05.04.2020-ci il tarixdə saat 21:35-də ünvan 1 ünvanında yerləşən “xxxx” adlı ərzaq mağazasına alıcı qismində daxil olaraq vahid niyyətlə, 2 ədəd “Chempion” firması və 2 ədəd “beta” firmasına məxsus bir kiloqram çəkidə çayları, həmin gün saat 21:47-də vahid niyyətlə yenidən mağazaya alıcı qismində daxil olaraq 3 ədəd “Beta” firmasına məxsus, 1 ədəd “Chempion” firmasına məxsus çayları sellofan torbaya yığaraq ödəniş etmədən mağazanı gizlin tərk edərək həmin çayları gizli yolla talayıb ələ keçirməklə zərərçəkmiş şəxsə ümumilikdə vahid niyyətlə 155.50 (yüz əlli beş manat əlli qəpik) manat dəyərində maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən 12.04.2020-ci il tarixdə saat 12 radələrində Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi M.C.Paşayev küçəsində yerləşən “Əminə market” adlı ərzaq mağazasına alıcı qismində daxil olaraq mağazanın vitrinindəki, bir ədədinin qiyməti 17.50 manat olan 10 ədəd “Vestgold” firmasına məxsus yağı sellofan torbaya yığaraq ödəniş etmədən mağazanı gizlin tərk edərək, həmin yağları gizli yolla talayıb ələ keçirməklə zərərçəkmiş şəxsə ümumilikdə 175 (yüz yetmiş beş) manat dəyərində maddi ziyan vurmaqla oğurlamışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 05.04.2020-ci il tarixdə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, M.C.Paşayev küçəsində yerləşən “Əminə market” adlı ərzaq mağazasından oğurluq etmək qərarına gəlmiş, həmin gün təxminən saat 13 radələrində mağazaya daxil olmuş və orada olan 1 kiloqram çəkidə yağlar yığılmış soyuducuya yaxınlaşıb 10 ədəd yağı sellofana qoymuş, bundan sonra mağazada biraz gəzişmiş və orada olan kassir və mühafizəçilərin başının qarışdığını görüb dərhal mağazadan çıxmışdır. Mağazadan çıxandan sonra oğurladığı 10 ədəd “Vestgold” yağını Gəncə şəhəri Kəpəz rayon İcra Hakimiyyətinin yanında olan “Grand qafqaz” ticarət mərkəzində bir ədədini 10 manat olmaqla satmış və 100 manat pulu öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa o, 05.04.2020-ci il tarixdə saat 22 radələrində yenə də marketdən oğurluq etmək qərarına gəlmiş və bu dəfə ünvan 2 ünvanında yerləşən “xxxx” adlı ərzaq mağazasına getmişdir. Mağazaya daxil olandan sonra vitrinlərə baxmış və orada olan çayları oğurlamaq qərarına gəlmişdir. Buna görə də ilkin olaraq vitrindən 1 kiloqram çəkidə 2 ədəd “Beta” firmasına məxsus və 2 ədəd bir kiloqramlıq “Chempion” firmasına məxsus çayları götürmüş, bundan sonra o, kasanın kənarından pul ödənişi etmədən çıxmış və çayları mağazanın kənarında olan qaranlıq yerə qoymuşdur. Sonra da yenidən əlavə çayları oğurlamaq üçün mağazaya qayıtmış və bu dəfə 1 kiloqram çəkidə 3 ədəd “Beta” firmasına məxsus, bir ədəd 1 koloqramlıq “Chempion” firmasına məxsus çayları sellofan torbaya qoymuş və yenə də kassirin və mühavizəçinin başının qarışdığını görüb sakitcə mağazadan çıxmışdır. Sonra isə tanımadığı taksi avtomobilinə oturub evinə getmişdir. Sonra yaşadığı evin yaxınlığında küçədə divarın arasında gizlətmiş və səhəri gün yenə də aparıb “Grand qafqaz” ticarət mərkəzində çayların hamısını bir ədədini 10 manat olmaqla satmış və 80 manat pulu öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa o, 12 aprel 2020-ci il tarixdə saat 12 radələrində yenə də Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, M.C.Paşayev küçəsində yerləşən “Əminə market” adlı ərzaq mağazasından oğurluq etmək qərarına gəlmiş və həmin mağazaya daxil olmuş və yenə də orada olan 1 kiloqram çəkidə yağlar yığılmış soyuducuya yaxınlaşıb 10 ədəd yağı sellofana qoymuşdur. Bundan sonra mağazada gəzişmiş, sonra orada olan kassir və mühafizəçilərin başının qarışdığını görüb dərhal mağazadan çıxmışdır. Mağazadan çıxandan sonra oğurladığı 10 ədəd “Vestgold” yağını Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyətinin yanında olan “Grand qafqaz” ticarət mərkəzində bir ədədini 10 manat olmaqla satmış və 100 manat pulu öz ehtiyacları üçün xərcləmişdir. O, törətmiş olduğu əməldən peşmandır. Məhkəmədən barəsində yüngül cəza təyin olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs və şahid ifadələri, üzləşdirmədə dindirmə protokolu, hadisə yerinə baxış keçirilməsi haqqında protokol,tanınmaya təqdim etmə haqqında protokol və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş “Əminə” marketin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Gəncə şəhər Yeni Gəncə qəsəbəsi M.C.Paşayev küçəsidə yerləşən “Əminə” market adlı mağaza ona məxsusdur və o, həmin mağazanı fiziki şəxs kimi, yəni VÖEN əsasında işlədir. 12 aprel 2020-ci il tarixdə saat 12 radələrində bir nəfər şəxsin sellofanda yağla birlikdə çıxdığını görmüş, lakin həmin şəxsin ağzında maska olduğu üçün o, həmin şəxsin üzünü görə bilməmişdir və mağazadan çıxan kimi tez ordan uzaqlaşmışdır. Bu zaman hesabat aparmış və “Vestgold” yağının 10 ədədinin də əvvəllər əskik gəldiyini bilmişdir. Ona görə də o, kameranın yaddaşına geri tarixlərinə baxış keçirmiş və baxan zaman 05 aprel 2020-ci il tarixdə saat 13 radələrində bir nəfər şəxsin əlində çoxlu miqdarda yağla mağazadan çıxdığını görmüşdür. Bundan sonra həmin şəxsin əvvəl də mağazasından 10 ədəd “Vestgold” yağı oğurladığını bilmişdir. Görüntülərdə də hər iki oğurluğu eyni şəxsin etdiyini bilmişdir. Bundan sonra o, polis bölməsinə gedib bu barədə ərizə ilə müraciət etmiş, mağazasından bir ədədinin dəyəri 17,50 (on yeddi manat əlli qəpik) olmaqla ümumilikdə 20 ədəd “Vestgold” yağı oğurlandığını bildirmişdir. 05.04.2020-ci il tarixdə birinin digərinin isə 17.50 qəpik olmaqla 10 ədəd, yəni 175 manat dəyərində “Vestgold” yağı, 12.04.2020-ci il tarixdə isə birinin dəyəri 17.50 qəpik olmaqla 10 ədəd, yəni 175 manat maddi ziyan vurulduğunu bildirmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş “xxxx MMC”-nin nümayəndəsi qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, 2018-ci ilin may ayından etibarən ünvan 3 ünvanda yerləşən “xxxx MMC”-yə məxsus marketdə mağaza müdirinin müavini vəzifəsində işiəyir. 13.04.2020-ci il tarixdə mağazanın kameralrına ümumi baxış keçirən zaman 05 aprel 2020-ci il tarixdə axşam saat 21:35 radələrində adını sonradan bildiyi Səbuhi adlı şəxsin marketdə ərzaq məhsulları satılan bölmədəki vitrindən bir ədədi 19.40 manat olmaqla, 1 kiloqram çəkidə 2 “Beta” firmasına məxsus, bir ədədi 19,50 manat olan 2 ədəd bir kiloqramlıq “Chempion” firmasına məxsus çayları əlində olan sellofana qoyub kassanın arxasında gizlin çıxaraq oğurladığı məlum olmuşdur. Həmçinin görüntüyə baxan zaman Səbuhi adlı şəxsin təxminən 10 dəqiqə sonra, yəni 05 aprel 2020-ci il tarixdə 21:47 radələrində yenidən mağazaya daxil olaraq bu dəfə də bir ədədinin qiyməti 19.40 manat olmaqla, 1 kiloqram çəkidə 3 ədəd “Beta” firmasına məxsus, bir ədədi 19,50 manat olan bir ədəd “Chempion” firmasına məxsus çayları əlində olan sellofana qoyub kassanın arxasından ödəniş etmədən oğurlayıb getdiyi məlum olmuşdur. Ümumilikdə Səbuhi onların mağazasındandan 8 ədəd bir kiloqralıq çay oğurlayaraq mağazaya 156 dəyərində maddi ziyan vurmuşdur. Onun bu hərəkəti mağazanın təhlükəsizlik kamerasına düşmüşdür. Ona görə də o, bu barədə Gəncə şəhəri Nizami RPİ-nə ərizə ilə müraciət etmişdir. Ərizə ilə müraciət etdikdən sonra polis oğurluq edən şəxsin Təqsirləndirilən şəxs olmasını müəyyən etmişlər. Orada olan zaman da izahatında Səbuhi adlı şəxsin oğurlamasını qeyd etmişdir. Məhkəmədən “xxxx” MMC-nin mülki iddia tələbi təmin edilməsi və cavabdeh Təqsirləndirilən şəxs 155.50 (yüz əlli beş manat əlli qəpik) manat məbləğində pulun tutularaq, iddiaçı “xxxx” MMC-nə ödənilməsini xahiş etdi. Məhkəmədə tədqiq edilmiş və cinayət işində olan 13.04.2020-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, ünvan 4 ünvanda yerləşən “xxxx MMC”-yə məxsus marketdə keçirilmiş baxış zamanı Zərərçəkmiş şəxs2 bildirdi ki, 05.04.2020-ci il tarixdə saat 21:47 radələrində Səbuhi adlı şəxs onun müdir müavini olduğu həmin mağazadan 5 ədəd “Çempion” markalı və 3 ədəd “Beta” markalı, ümumi dəyəri 145.20 manat təşkil edən 1 kq çayları oğurlamışdır. Baxış zamanı Zərərçəkmiş şəxs2 iştirakı ilə hadisə yerində fotoşəkillər çəkilmiş və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmədə tədqiq edilmiş və cinayət işində olan 16.04.2020-ci il tarixdə tərtib olunmuş AKT-dan görünür ki, ünvan 4 ünvanda yerləşən “xxxx MMC”-yə məxsus olan mağazadan 05.04.2020-ci il tarixdə saat 21:47 radələrində tanımadığı Səbuhi adlı şəxs beş ədədi “Çempion”, üç ədədi “Beta” olmaqla 8 ədəd 1 kq-lıq çay oğurlamışdır. Həmin şəxs tərəfindən oğurlanmış “Beta” çayının bir ədəddinin qiyməti 19.50 manat, “Çempion” çayının qiyməti isə 19.40 manat, məhsulların ümumi dəyəri 155.50 manat təşkil edir. Məhkəmədə tədqiq edilmiş və cinayət işində olan 14.05.2020-ci il tarixdə tərtib olunmuş AKT-dan görünür ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi M.C.Paşayev küçəsində yerləşən “Əminə Market” adlı ərzaq mağazasından 05.04.2020-ci il tarixdə 12.04.2020-ci il tarixdə oğurlanmış “Vestqold” firmasına məxsus bir kiloqramlıq yağların 1 ədədinin satış qiyməti 17.50 manat təşkil edir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş 06.07.2020-ci il tarixli 2305 saylı arayışdan görünür ki, 1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər İcra Hakimiyyəti Səhiyyə İdarəsi Narkoloji Dispanser tərəfindən verilmiş 05.08.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 22.12.2015-ci il tarixdən Opioidlərdən aslılıq diaqnozu ilə dispanser qeydiyyatındadır. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan 22.08.2020-ci il tarixli qərarın surətindən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizan” qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən 07.07.2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin 24.01.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.1-ci maddəsinə əsasən 03 ay müddəyə intizam xarakterli cəza təyin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 28.08.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinə əsasən 03 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 29.11.2010-cu il tarixdə cəzasının sonu ilə azad olunmuş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 25.01.2016-cı il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən 01il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş – 05.07.2016-cı il tarixdə Milli Məclisin 20.05.2016-cı il tarixli amnistiya qərarının 2.5-ci bəndinə əsasən cəzanın qalan hissəsindən azad edilmişdir. Göygöl rayon Məhkəməsinin 28.01.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2-ci maddələrinə əsasən 02 il 04 ay 08 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan 10.09.2020-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə elan edilmiş ittiham öz qüvvəsində saxlanılması, cinayət işinə əlavə edilmiş ifadələr, hadisə yerinə baxış protokolları, hadisənin görüntüsünə bir ədədf “DVD” disk, zərərçəkmiş və şahidlərin ifadələri, diskə baxış protokolu və digər istintaq hərəkətləri protokolları iş üzrə sübut növü kimi qiymətləndirilmişdir. Beləliklə, məhkəmə iclasında sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 05.04.2020-ci il tarixdə saat 13 radələrində Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, M.C.Paşayev küçəsində yerləşən “Əminə market” adlı ərzaq mağazasına alıcı qismində daxil olaraq mağazanın vitrinindəki, bir ədədinin qiyməti 17.50 manat olan 10 ədəd “Vestgold” firmasına məxsus yağı sellofan torbaya yığaraq ödəniş etmədən mağazanı gizlin tərk edərək həmin yağları gizli yolla talayıb ələ keçirməklə zərərçəkmiş şəxsə ümumilikdə 175 manat dəyərində maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən 05.04.2020-ci il tarixdə saat 21:35-də ünvan 1 ünvanında yerləşən “xxxx” adlı ərzaq mağazasına alıcı qismində daxil olaraq vahid niyyətlə, 2 ədəd “Chempion” firması və 2 ədəd “beta” firmasına məxsus bir kiloqram çəkidə çayları, həmin gün saat 21:47-də vahid niyyətlə yenidən mağazaya alıcı qismində daxil olaraq 3 ədəd “Beta” firmasına məxsus, 1 ədəd “Chempion” firmasına məxsus çayları sellofan torbaya yığaraq ödəniş etmədən mağazanı gizlin tərk edərək həmin çayları gizli yolla talayıb ələ keçirməklə zərərçəkmiş şəxsə ümumilikdə vahid niyyətlə 155 manat 50 qəpik dəyərində maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən 12.04.2020-ci il tarixdə saat 12 radələrində Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi M.C.Paşayev küçəsində yerləşən “Əminə market” adlı ərzaq mağazasın alıcı qismində daxil olaraq mağazanın vitrinindəki, bir ədədinin qiyməti 17.50 manat olan 10 ədəd “Vestgold” firmasına məxsus yağı sellofan torbaya yığaraq ödəniş etmədən mağazanı gizlin tərk edərək həmin yağları gizli yolla talayıb ələ keçirməklə zərərçəkmiş şəxsə ümumilikdə 175 manat dəyərində maddi ziyan vurmaqla oğurlamışdır. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsiri tam sübuta yetirilmiş və onun həmin hərəkəti istintaq orqanı tərəfindən CM-in 177.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsinin sanksiyasında üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM–nin 15.3-cü maddələri nə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 41.2. maddələrinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1. maddələri nin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.1.12. maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu əməli səmimi etiraf etməsini, əməlindən səmimi peman olmasını, onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan Göygöl Rayon Məhkəməsinin 28.01.2020-ci il tarixli 1(066)-09/2020 saylı hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2.-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 02 il 10 ay müddətinə azadlığın məhdudlaşdırlması cəzasına məhkum edilmişdir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 26.10.2020-ci il tarixli 1(044)-136/2020 saylı qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilməsi və barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilməsi, tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasına təhvil verilməsi qərara alınmışdır. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 05.03.2021-ci il tarixli 7(043)-30/2021 saylı qərarının surətindən görünür ki, Orucov X7 Rayon Məhkəməsinin 28.01.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2-ci maddəsi ilə təyin edilmiş 02 (iki) il 04 (dörd) ay 08 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 10 (on) ay 17 (on yeddi) gününün iki günü bir gün azadlıqdan məhrumetmə cəzasına bərabər hesablanmış, barəsində olan 11 (on bir) ay 08 (səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzaını ümumi rejimli cəzaçəkmə müddətinin əvvəli 05.03.2021-ci il tarixdən hesablanması, barəsində həbs qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 05.03.2021-ci il tarixli 7(043)-30/2021 saylı qərarına əsasən Göygöl Rayon Məhkəməsinin 28.01.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2-ci maddəsi ilə təyin edilmiş 02 (iki) il 04 (dörd) ay 08 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 10 (on) ay 17 (on yeddi) gününün iki günü bir gün azadlıqdan məhrumetmə cəzasına bərabər hesablanmış, barəsində olan 11 (on bir) ay 08 (səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı, CM-in 58-ci maddələrinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət əməlini törətməsini) və təqsirkarın şəxsiyyətini nəzərə alır. Göstərilənləri nəzərə alıb məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxsə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 24.11.2020-ci il tarixdən 26.05.2021-ci il tarixədək Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri nəzərə alınmaqla, 06 ay 02 gün müddəti cəza müddətinin bir gününə bir gün hesablanaraq cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının başlanğıcı 26.05.2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Zərərçəkmiş şəxs1 tərəfindən yazılmış ərizədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanı bağışlayır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan zərərçəkmiş “xxxx” MMC-nin münayəndəsi X2 tərəfindən yazılmış ərizədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs tərəfindən “xxxx” MMC-nə dəymiş 156 (yüz əlli altı) manat məbləğində maddi ziyanın tutularaq, “xxxx” MMC- nə ödənilməsinin təmin edilməsi və Təqsirləndirilən şəxs barəsində ədalətli cəza təyin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinə əsasən cinayət, habelə hakimiyyətdən sui-istifadə etmə nəticəsində zərərçəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərərçəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. Zərərçəkmiş şəxs və mülki iddiaçı “xxxx” MMC-nin mülki iddia tələbindən görünür ki, cinayət nəticəsində Təqsirləndirilən şəxs tərəfindən “xxxx” MMC-nə156 (yüz əlli altı) manat məbləğində maddi zərər vurulmuşdur və həmin məbləğin Təqsirləndirilən şəxs “xxxx” MMC-nə ödənilməsi məhkəmədən xahiş edilmişdir. Azərbaycan Respublikası CM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs tərəfindən “xxxx” MMC-nə 155.50 (yüz əlli beş manat əlli qəpik) manat məbləğində maddi zərər vurulduğu öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, “xxxx” MMC-nin mülki iddiası qismən təmin edilməli və cavabdeh Təqsirləndirilən şəxs 155.50 (yüz əlli beş manat əlli qəpik) manat məbləğində vurulmuş zərərin əvəzi tutularaq, “xxxx” MMC-nə ödənilməlidir. İş üzrə məhkəmə xərci və maddi sübut yoxdur. CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə Azərbaycan Respublikasının Cinayət- Prossesual Məcəlləsinin 197-198, 344-349, 351-353 və 356-cı maddələrini rəhbər tutub, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərədə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 24.11.2020-ci il tarixdən 26.05.2021-ci il tarixədək Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri nəzərə alınmaqla, 06 ay 02 gün müddəti cəza müddətinin bir gününə bir gün hesablanaraq cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 05.03.2021-ci il tarixli 7(043)-30/2021 saylı qərarına əsasən Göygöl Rayon Məhkəməsinin 28.01.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2-ci maddəsi ilə təyin edilmiş 02 (iki) il 04 (dörd) ay 08 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 10 (on) ay 17 (on yeddi) gününün iki günü bir gün azadlıqdan məhrumetmə cəzasına bərabər hesablanmaqla, barəsində olan 11 (on bir) ay 08 (səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası, hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə qəti olaraq 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəza çəkmə müddətinin əvvəli 26.05.2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəsissəsində çəksin. Zərərçəkmiş şəxs “xxxx” MMC-nin mülki iddia tələbi qismən təmin edilsin və cavabdeh Təqsirləndirilən şəxs 155.50 (yüz əlli beş manat əlli qəpik) manat məbləğində pul tutularaq, iddiaçı “xxxx” MMC-nə ödənilsin. İş üzrə maddi sübut və məhkəmə xərci yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar