Məhkəmə qərarları › İş №1(044)-42/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-42/2022

12.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-42/2022 12.01.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun, sədrliyi, məhkəmənin məsləhətçisi Quliyeva Gülnar Rəhman qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 28 avqust 1985-ci il tarixdə Ermənistanın Vardenis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 2021-ci ilin yanvar ayının əvvələrində istintaq zamanı dəqiq müəyyən edilməmiş tarixdə Gəncə şəhəri ərazisində tanışı X2 1 qramını 7 manatdan hesablamaqla 700 manat məbləğində pul ödəyərək satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda istifadə etdikdən sonra təmiz çəkisi 65 qram tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib daşıyaraq üzərində saxlamış, 20 yanvar 2021-ci il tarixdə saat 15 radələrində Gəncə şəhər BPİ-nin CAİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, Poçt qəsəbəsində yerləşən “Tural” şadlıq sarayının yaxınlığında saxlanılaraq, ünvan 2 ünvanında yerləşən Gəncə şəhər Baş polis idarəsinin inzibati binasına gətirilib üzərinə baxış keçirilərkən əynindəki qara rəngli gödəkçənin sol iç cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı iki ədəd iç-içə keçirilmiş polietilen torbada təmiz çəkisi 65 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, əvvəl Azərbaycan Respublikası CM-nin 263.1-1 və 128-ci maddələri ilə məhkum olunmuş, o, təxminən 10 il müddətdir ki, narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. 20.01.2021-ci il tarixdə Gəncə şəhəri Poçt qəsəbəsində “Tural” şadlıq sarayının yaxınlığında dayanan zaman polis əməkdaşları ona yaxınlaşmış, özlərini təqdim edərək, Gəncə şəhər BPİ-nin əməkdaşları olduqlarını və birlikdə Gəncə şəhər BPİ-nə getməli olduğunu bildirmişlər. O, polis əməkdaşlarının təklifi ilə razılaşıb Gəncə şəhər BPİ-nə getmiş, polis idarəsində onun narkotik vasitəni üzərində gəzdirməkdə şübhəli olduğunu demişlər. Sonra onun hüquqlarının müdafiəsi üçün o, dövlət hesabına vəkillə təmin edilmiş, vəkil Müdafiəçi ona təqdim edilmiş, heç bir etirazının olmadığını bildirmişdir. Sonra onun üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmiş və axtarış zamanı onun əynində olan qara rəngli qış gödəkcəsinin sol iç cibindən içərisində narkotik vasitə qurudulmuş marixuana olan polietlen selofana bükülmüş 1 ədəd bükülü aşkar edilərək götürülmüş, baxış zamanı müdafiəçinin iştirakı ilə polis əməkdaşları tərəfindən sellofan bükülü açılmış, içərisində yaşıl rəngli, kəskin iyili, narkotik vasitə olan qurudulmuş marixuana kütləsi aşkar edilmiş, baxış zamanı ondan aşkar edilmiş 1 ədəd bükülüdə olan narkotik vasitə qurudulmuş marixuana müdafiəçinin və digər iştirakçıların iştirakı ilə aptek tərəzisində çəkilmiş, bükümlə birlikdə ümumi çəkisi 76 qram olmuş, həmin narkotik vasitə qurudulmuş marixuana içərisində olduğu sellofan torbada qablaşdırılmış, möhürlənərək iştirakçılar və onun tərəfindən imzalanmışdır. O, hazırda törətdiyi əməldən peşmandır, bir daha belə hərəkətlər etməyəcəyini bildirdi. Məhkəmədən onun barəsində yüngül çəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, Gəncə şəhəri V.Xuluflu küçəsi, ev 15A-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə gəzdirməsi, saxlaması, narkotik vasitə qəbul etməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun, polis əməkdaşları Şahid2 oğlunun və Şahid1 iştirakı ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 20.01.2021ci il tarixdə saat 15:00 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri Poçt qəsəbəsi “Tural” şadlıq sarayının yaxınlığında saxlanılaraq, ünvan 4 ünvanda yerləşən Gəncə BPİnə gətirilmiş, Etibar Yauqbova üzərində narkotik vasitə gəzdirməsi və narkotik vasitələri qəbul etməsi ilə əlaqədar şübhəli şəxs qismində saxlanılması barədə məlumat verilmiş, bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən dövlət hesabına müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi ilə təmin olunmuş, Gəncə şəhər BPİ-nin inzibati binasında yerləşən xidməti otaqda onun üzərinə müdafiəçisinin iştirakı ilə baxış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkcəsinin sol cibindən polietilen sellofanın içərisində olan narkotik vasitə olan “marixuanaya” bənzər kütləni təqdim etmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş sellofan müdafiəçinin və onların iştirakı ilə açılmış və sellofan açıldıqda içərisindən yaşıl rəngli kəskin iyli, ilk görünüşdən narkotik vasitə olan marixuanaya oxşar kütlə aşkar edilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş yaşıl rəngli kəskin iyli ilk görünüşdən narkotik vasitə olan marixuanaya bənzər kütlə tərəzidə çəkilmiş, ümumi çəkisi 76 qram olmuşdur. Həmin kütlə iştirakçıların yanında əvvəlki vəziyyətinə qaytarılaraq zərfə möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirdi ki, Gəncə şəhəri V.Xuluflu küçəsi, ev 47-də qeydiyyatda olmaqla yaşayan X4 qanunsuz olaraq narkotik vasitə satması, üzərində və yaşadığı evdə saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun, Gəncə şəhər BPİ-nin CAİ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid5 və CAİ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid6 iştirakı ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 20.01.2021-ci il tarixdə saat 17 radələrində Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən maşın bazarının yanında X5 tərəflərindən saxlanılaraq, Baş Polis İdarəsinə dəvət etmişlər. Eldəniz İmanlı etiraz etmədən onlarla birlikdə Baş Polis idarəsinə gelmiş, bundan sonra müdafiəçi dəvət olunmuş və Eldəniz İmanlı ilə konfidensial söhbət etdikdən sonra üzərinə baxış keçirilmiş, üzərində 4900 manat pul aşkar edilmiş, puldan başqa hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Həmçininn üzərinə baxış zamanı şifahi sorğu əsasında yaşadığı Puşkin küçəsi, ev 6 ünvanında və bibisi oğlunun yaşadığı Ü.Hacıbəyov 142/21 ünvanında yerləşən evlərdə narkotik vasitə saxlamağını bildirdiyi üçün həmin ünvanlara baxış keçirtməyə getmiş, baxışda yuxarıda adları qeyd edilən əməkdaşlar iştirak etmiş, ilk öncə Puşkin küçəsi 6 ünvanında yerləşən evə baxış keçirilən zaman zirzəmidə 7 ədəd qutuda və bir ədəd sellofan torbada narkotik vasitə qutrudulmuş marixuanaya bənzər kütlələr, evin əl damından bir ədəd kardon qutuda narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilərək götürülmüş və qablaşdırılmışdır. Bundan sonra bibisi oğlunun yaşadığı evə baxış keçirilən zaman bibisi oğlu Kərəm Paşayevin yaşadığı Ü.Hacıbəyov küçəsi 142/21 saylı binanın zirzəmisində gizlətdiyi iki ədəd kardon qutuda narkotik vasitəni qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilərək götürülmüş və qablaşdırılmışdır. Bundan sonra E.İmanlı yuxarıda qeyd edilən evlərdən aşkar edilən narkotik vasitələr olan marixuananı Samux rayonu, İnstitut qəsəbəsində yerləşən atasına məxsus yarımtikili evdə əkib becərdiyini və həmin evin həyətində qurutduğunu bildirdiyi üçün həmin yarımtikili evə baxış keçirilmişdir. Baxış zamanı həmin evin həyətindən 1 ədəd marixuana kolu və əlavə olaraq 3 ədəd marixuana kolunun kökü aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin CAİ-nin əməliyyat müvəkkili Şahid5 və Şahid6 Şahid4 ilə eyni məzmunlu izahat verdilər. İstintaqda verilmiş və məhkəmə iclasında tədqiq edilmiş edilmiş Şahid7 ifadəsindən görünür ki, o, hazırda yuxarıda göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs eyni küçədə yaşadıqları üçün tanımış, 2020-ci ilin əvvəllərində Etibarla birlikdə evlərin təmirində işləmiş, Etibarla birlikdə bir neçə dəfə işdən olan zaman narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmişdir. Narkotik vasitə Etibarda olmuşdur. Etibar aradabir işdə olan zaman narkotik vasitədən istifadə etmişdir. O, Etibarın yanında fəhləlik etdiyi üçün o, da narkotik vasitə qurudulmuş marixuananı doldurduğu siqaretdən bir neçə tüstü almışdır. Ancaq Etibar ona narkotik vasitə qurudulmuş marixuananı pulsuz və ya pul müqabilində satmamışdır. O, sadəcə olaraq Etibar istifadə etdikcə bir neçə tüstü almışdır. O, digər vaxtlar narkotik vasitələrdən istifadə etməmiş, o, Etibarın digər narkotik vasitələrdən istifadə etməsini görməmiş və bilmir. Etibarın narkotik vasitə olan mürixuananı haradan və kimdən əldə etməsini və ya kimlərə satmasını bilməmişdir. İstintaqda verilmiş və məhkəmə iclasında tədqiq edilmiş edilmiş Şahid8 ifadəsindən görünür ki, o, yuxarıda göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. O, motor ustası işləyir. O, X5 ilə qonşuluqda yaşayır. O, Eldənizi tanıyır, lakin onlarınyaxın münasibəti olmamışdır. Qonşu kimi normal münasibəti olmuşdur. Təqsirləndirilən şəxs da tanıyır. Etibarla dostluq münasibəti vardır. O, 2013-cü ildən Rusiya Federasiyasından Gəncə şəhərinə gəlmiş, o, təxminən 7 il müddətdir ki, aradabir narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. Narkotik vasitəni müxtəlif şəxslərdən əldə etmişdir. Etibar da ona istifadə etməsi üçün narkotik vasitə qurudulmuş marixuana vermişdir. Ancaq Etibardan pul müqabilində narkotik vasitə əldə etməmişdir. Etibarla birlikdə narkotik vasitə qurudulmuş marixuana istifadə etmişdir. Eldənizin isə dövlət işçisi olmasını bilmiş, Eldənizin narkotik vasitə ilə əlaqəsi ola biləcəyindən belə məlumatı olmamışdır. O, narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. O, Təqsirləndirilən şəxsla birlikdə narkotik vasitə qurudulmuş marixuana istifadə etmişdir. Eldəniz İmanlının narkotik vasitələrdən istifadə etməsini görməmiş və bilməmişdir. İstintaqda verilmiş və məhkəmə iclasında tədqiq edilmiş edilmiş Şahid1 Hacalı oğlunun ifadəsindən görünür ki, Gəncə şəhəri V.Xuluflu küçəsi, ev 15A-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə gəzdirməsi, saxlaması, narkotik vasitə qəbul etməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun Gəncə şəhər BPİ-nin CAİ-nin kiçik inspektoru, polis serjantı Şahid3 Oqtay oğlunun və CAİ-nin kiçik inspektoru, polis serjantı Şahid2 iştirakı ilə onlar tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 20.01.2021-ci il tarixdə saat 15:00 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri Poçt qəsəbəsi, “Tural” şadlıq sarayının yaxınlığında saxlanılaraq ünvan 4 ünvanında yerləşən Gəncə BPİ-nə gətirilmiş, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi və narkotik vasitələri qəbul etməsi ilə əlaqədar şübhəli şəxs qismində saxlanılması barədə məlumat verilmiş, bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən dövlət hesabına müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmiş, Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi ilə təmin olunmuş, Gəncə şəhər BPİ-nin inzibati binasında yerləşən xidməti otaqda onun üzərinə müdafiəçisinin iştirakı ilə baxış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkcəsinin sol cibindən polietilen sellofanın içərisində olan narkotik avsitə olan “marixuanaya” bənzər kütləni təqdim etmiş, sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə narkotik vasitə olan marixuana olduğunu, həmin narkotik vasitə Təqsirləndirilən şəxs məxsus olduğunu, narkotik vasitədən istifadə etdiyini, üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuananı təxminən 7-8 gün bundan əvvəl qonşusu X2 100 qramını 700 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuanadan 7-8 gündür ki, çəkmə yolu ilə istifadə etdiyini bildirmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş sellofan müdafiəçinin və onların iştirakı ilə açılmış və sellofan açıldıqda içərisindən yaşıl rəngli kəskin iyli, ilk görünüşdən narkotika vasitə olan marixuanaya oxşar kütlə aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin kütlədən heç kimə satmadığını və heç kimə vermədiyini bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən üzərindən qanunla qadağan olunmuş hər hansı bir narkotik vasitə və hər hansı bir əşya aşkar edilməmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş yaşıl rəngli kəskin iyli ilk görünüşdən narkotik vasitə olan marixuanaya bənzər kütlə tərəzidə çəkilmiş, ümumi çəkisi 76 qram olmuşdur. Həmin kütlə iştirakçıların yanında əvvəlki vəziyyətinə qaytarılaraq zərfə qoyulub Azərbaycan Respublikası DİN-nin 91 saylı möhürü ilə möhürlənmişdir. İstintaqda verilmiş və məhkəmə iclasında tədqiq edilmiş edilmiş Şahid2 ifadəsindən görünür ki, Gəncə şəhəri V.Xuluflu küçəsi, ev 15A-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə gəzdirməsi, saxlaması, narkotik vasitə qəbul etməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun, polis əməkdaşlarından Şahid3 Oqtay oğlunun və Şahid1 iştirakı ilə onlar tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 20.01.2021-ci il tarixdə saat 15:00 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri Poçt qəsəbəsi, “Tural” şadlıq sarayının yaxınlığında saxlanılaraq ünvan 4 ünvanında yerləşən Gəncə BPİ-nə gətirilmiş, Etibar Yauqbova üzərində narkotik vasitə gəzdirməsi və narkotik vasitələri qəbul etməsi ilə əlaqədar şübhəli şəxs qismində saxlanılması barədə məlumat verilmiş, bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən dövlət hesabına müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmiş, Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi ilə təmin olunmuş, Gəncə şəhər BPİ-nin inzibati binasında yerləşən xidməti otaqda onun üzərinə müdafiəçisinin iştirakı ilə baxış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkcəsinin sol cibindən polietilen sellofanın içərisində olan narkotik avsitə olan “marixuanaya” bənzər kütləni təqdim etmiş, sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə narkotik vasitə olan marixuana olduğunu, həmin narkotik vasitə Təqsirləndirilən şəxs məxsus olduğunu, narkotik vasitədən istifadə etdiyini, üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuananı təxminən 7-8 gün bundan əvvəl qonşusu X2 100 qramını 700 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuanadan 7-8 gündür ki, çəkmə yolu ilə istifadə etdiyini bildirmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş sellofan müdafiəçinin və onların iştirakı ilə açılmış və sellofan açıldıqda içərisindən yaşıl rəngli kəskin iyli, ilk görünüşdən narkotika vasitə olan marixuanaya oxşar kütlə aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin kütlədən heç kimə satmadığını və heç kimə vermədiyini bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən üzərindən qanunla qadağan olunmuş hər hansı bir narkotik vasitə və hər hansı bir əşya aşkar edilməmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş yaşıl rəngli kəskin iyli ilk görünüşdən narkotik vasitə olan marixuanaya bənzər kütlə tərəzidə çəkilmiş, ümumi çəkisi 76 qram olmuşdur. Həmin kütlə iştirakçıların yanında əvvəlki vəziyyətinə qaytarılaraq zərfə qoyulub Azərbaycan Respublikası DİN-nin 91 saylı möhürü ilə möhürlənmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 20.01.2021-ci il tarixli “baxış və götürmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sol cibindən polietilen sellofanın içərisində yaşıl rəngli kəskin iyli olan narkotik vasitə olan marixuanadır və təmiz çəkisi 76 qram olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X9 bölməsinin 21.01.2021-ci il tarixli, 16/57 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəyə bənzər kütlə” yazıları və imzalar olan kağız paketdəki, 2 ədəd şəffaf rəngli polietilen torbada təmiz çəkisi 65 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır (marixuananın təmiz çəkisi – 65 qram, tədqiqata sərf edildi – 0.2 qram, qalıq 64.8 qram). Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış 23.01.2021-ci il tarixli tələbnamədən görünür ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 18.04.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1, 263.2-ci maddələri ilə təqsirli bilinmiş və cinayət təqibinə xitam verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 19.02.2021-ci il tarixli, 147 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələ olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstələyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş 01.03.2021-ci il tarixli 1119 saylı arayışdan görünür ki, 22.12.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 27.07.2010-cu il tarixdə Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs oğlu ilə Yaqubova (Kərimova) Firuzə Elbrus qızının nikahları 27 iyul 2010-cu il tarixdə bağlanmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 29.07.2011-ci il tarixdə Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs oğlu ilə X3 birgə nikahlarından 18.07.2011-ci il tarixdə X6 anadan olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 11.08.2020-ci il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs oğlu ilə X3 birgə nikahlarından 01.08.2020-ci il tarixdə X7 anadan olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə Ağır Cinayətlər Məhkəməsinin 23.09.2021-ci il tarixli 1(100)-290/2021 saylı hökmün surətindən görünür ki, X5 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddədində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 09 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.4 və 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək, əməlindən səmimi peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman Azərbaycan Respublikası CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Gəncə şəhəri, V.Xuluflu küçəsi, ev 15A ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 20.01.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20.01.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Gəncə şəhəri BPİ-nin müvəqqəti saxlanma yerinə təhvil verilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 22.01.2021-ci il tarixli 4(044)-14/2021 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilməsi və dərhal məhkəmə iclas zalından həbsdən azad edilməsi qərara alınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 22.01.2021-ci il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20.01.2021-ci il tarixdən 22.01.2021-ci il tarixədək, 3 (üç) gün müddətində şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı 20.01.2021-ci il tarixdən 22.01.2021-ci il tarixədək, şübhəli şəxs qismində tutulduğu 3 (üç) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə proflaktiki qeydiyyata götürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 64.8 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, iş üzrə sübut kimi tanınmış 2 ədəd videoçəkilişin DVD diski və 2 ədəd telefon danışıqlarına dair DVD diski cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə ekspertiza xərci 32.40 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20.01.2021-ci il tarixdən 22.01.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 3 (üç) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, 6 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Gəncə şəhəri, V.Xuluflu küçəsi, ev 15A ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 64.8 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, iş üzrə sübut kimi tanınmış 2 ədəd videoçəkilişin DVD diski və 2 ədəd telefon danışıqlarına dair DVD diski cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertiza xərci 32.40 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar