Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-43/2022 11.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli,subay, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan,barəsində “ev dustaqlığı”qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra–CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs (bundan sonra-Təqsirləndirilən şəxs) istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan təmiz çəkisi 0.631 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və təmiz çəkisi 36.939 qram narkotik vasitə olan tiryək əldə edib daşıyaraq üzərində saxlamış, Gəncə şəhər BPİ-nin CAİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 14 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Gəncə şəhər Ş.İ.Xətai prospektində yerləşən “Meqa Store” marketinin yaxınlığında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Gəncə şəhər BPİ-nə gətirilmiş, onun üzərinə Gəncə şəhər BPİ-də şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən içərisində ağ rəngli siqaret selofanına bükülmüş ümumi təmiz çəkisi 0.631 qram narkotik vasitə heroini və dman gödəkçəsinin sol yan cibindən qara rəngli siqaret selofanına bükülmüş ümumi təmiz çəkisi 36.939 qram narkotik vasitə tiryəkin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs CM-in 234.1-cimaddəsiilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdirki,qeyd etdiyi ünvanda ailə üzvləri ilə birlikdə yaşayır və əvvəllər narkotik vasitə qəbul etmişdir. 14.04.2021-ci il tarixdə Gəncə şəhəri Ş.İ.Xətai prospekti yerləşən “Meqa Store” marketinin yaxınlığında olan zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib onu Gəncə şəhər BPİ-nə dəvət etmiş, həmin inzibati binada hüquqularının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmasından ötrü ona müdafiəçilərin siyahısı təqdim edilmiş, o, təqdim olunmuş vəkillərin siyahısından Müdafiəçi1 hüquqularının dövlət hesabına müdafiə olunması üçün seçmiş, Müdafiəçi1 dəvət olunaraq ona təqdim edilmiş, bundan sonra protokol və digər sənədlər tərtib olunmuş, o, həmin sənədləri imzalamış, müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilmiş, onun üzərində şəxsi axtarış keçirilməmişdən əvvəl ondan üzərində qanunla qadağan olunmuş hər hansı bir vasitə olub olmadığı soruşulmuş, o, isə polis əməkdaşlarına üzərində narkotik vasitəyə bənzər kütlə olduğunu bildirmiş, şalvarının sağ yan cibində və idman gödəkçəsinin sol yan cibində olan siqaret selofananını çıxarıb polis əməkdaşlarına təqdim etmiş, şalvarının sağ yan cibində olan siqaret selofanının içərisində olan heroin və idman gödəkçəsinin sol yan cibində olan tiryək götürülmüş, həmin kütlə müfaiəçisinin və digər iştirakçıların iştirakı ilə elektron tərəzidə çəkilmiş, heroinin ümumi təmiz çəkisi 0.85 qram, tiyəkin ümumi təmiz çəkisi 38.81 qram gəlmişdir. Həmin üzərindən aşkar edilərək götrülmüş narkotik vasitə qablaşdırılmış, üzəri onun,müdafiəçisinin və digər iştirakçılar tərəfindən imzalandıqdan sonra həmin qablaşdırılan kağız zərf möhürlənmişdir. Sonra üzərindən aşkar olunmuş kütlələr ekspertizaya göndərilmişdir. O, daha sonra ifadəsində göstərmişdir ki, üzərindən aşkr edilmiş heroin o, təxminən tutulmamışdan bir ay əvvəl Bakı şəhərində Seyran adlı şəxsdən almış, digər qara siqaret selofanında olan tiryəki isə Bakı şəhərində Neftçilər istiqamətində avtobus dayanacağından tapmışdır. O, həmin narkotik vasitələrdən heç kimə verməmiş, satmamış, həmin narkotik vasitəni özü istifadə etmək üçün üzərində daşımışdır. Məhkəmədən əməlindən peşman olduğunu nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi öz təsdiqini tapmışdır. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Gəncə şəhər BPİnin əməliyyat müvəkkili vəzifəsində işləyir. İdarəyə Gəncə şəhəri, Sevinc qəsəbəsi 25-ci küçə ünvansız evdə yaşayan Arzu adlı şəxsin üzərində narkotik vasitəni daşıması və istifadə etməsi barədə məlumat daxil olmuş, əməliyyat məlumatı əsasında onun və CAİnin əməliyyat müvəkkili Şahid2 iştirakı ilə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 14.04.2021-ci il tarixdə saat 15 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhərində Ş.İ.Xətai prospektində yerləşən “Meqa Store” marketinin yaxınığında saxlanılaraq Gəncə şəhəri Ə.Hüseynzadə küçəsində yerləşən BPİ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə daşıması və qəbul etməsi ilə əlaqədar şübhəli şəxs qismində saxlanılması barədə məlumat verilmişdir. İdarədə Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra müdafiəçi dəvət etmək hüququ da izah edilmiş, vəkil Müdafiəçi1 onun müdafiəçisi kimi iştirakı təmin edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı narkotik vasitə və ya psixotrop maddə olub-olmaması soruşulmuş, şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən ağ rəngli siqaret selofanına bükülmüş “heroinə” bənzər kütlə və idman gödəkçəsinin sol yan cibindən qara siqaret selofanına bükülmüş “tiryəkə” bənzər kütlə aşkar edilərək götürülmüş, sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan heroinə bənzər kütləni təxminən 1 ay əvvəl Bakı şəhərində olan zaman Seyran adlı şəxsdən aldığını, digər qara selofana bükülmüş bükülünü Bakı şəhərində Neftçilər istiqamətində avtobus dayanacağından tapıb üzərində saxladığını bildirmiş, “heroinə” bənzər kütlənin ümümi çəkisi 0.85 qram, “tiryəkə” bənzər kütlənin ümumi çəkisi isə 38.81 qram olmuşdur. Bundan sonra bükümlər zərfdə qablaşdırılaraq Azərbaycan Respublikası DİN-in möhürü ilə möhürlənərək imzalanmışdır. Məhkəmə iclasında dindirilmiş şahid Gəncə şəhəri BPİ-nin CAİ-nin kiçik inspekoru Şahid2, məhkəmə iclasında dindirilmiş Şahid1ifadəsinə oxşar məzmunda ifadə vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 14.04.2021-ci il tarixli “şübhəli şəxsi tutma” protokolu, 16.04.2021-ci il tarixli “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və MSY-dən azad olunması haqqında” qərardan məlum olur ki, Təqsirləndirilən şəxs 14.04.2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuş, 16.04.2021-ci il tarixdə isə onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək həbsdən azad edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 14.04.2021-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan və məhkəmədə baxış keçirilmiş DVD diskdən görünür ki, həmin tarixdə Gəncə şəhər BPİ-də müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı bir narkotik vasitə və ya psixotrop maddənin olub-olmaması soruşulmuş,şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən içərisində ağ rəngli siqaret selofanına bükülmüş 1 ədəd ilk görünüşdən “heroin”ə oxşar kütlə və əynində olan idman gödəkçəsnin sol yan cibbindən 1 ədəd qara rəngli selofana bükülmüş ilk görünüşdən “tiryək”ə oxşar kütlə aşkar edilmişdir. Sonra həmin aşkar edilmiş 1 ədədağ rəngli siqaret selofanına bükülmüş büküm və bir ədəd qara rəngl selofana bükülmüş büküm müdafiəçinin və iştirakçıların iştirakı ilə açılmış, ağ rəngli selofana bükülmüş bükümün içərisindən qəhvəyi rəngdə, kəskin iyli, ilk görünüşdən narkotik maddə olan heroinə oxşar kütlə və 1 ədəd qara rəngli selofana bükülmüş ilk görünüşdən tiryəkə oxşar kütlə vardır. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin siqaret selofanına olan bükümdə “Heroin”ə oxşar kütləni o, təxminən bir ay bundan əvvəl Bakı şəhərində olan zaman Seyran adlı şəxsdən 35 (otuz beş) manat verərək almışdır. Digər qara rəngli selofana bükülmüş bükülünü isə Bakı şəhərində olan zaman Neftçilər istiqamətində avtobus dayanacağından tapıb üzərində saxlamışdır. Daha sonra o, bildirmişdir ki, həmin narkotik vasitə olan “heroinə” və “tiryəkə” oxşar kütlədən heç kimə satmamış və heç kimə istifadə etmək üçün verməmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə əvvəlki vəziyyətinə qaytarılaraq aptek tərəzisində çəkilmiş, “heroinə” oxşar kütlənin ümumi çəkisi 0,85 qram oldu və “tiryəkə” oxşar kütlənin isə ümumi çəkisi 38,81 qram olmuşdur. Sonra həmin narkotik vasitəyə oxşar kütlələr müdafiəçinin və iştirakçıların yanında zərfə qoyularaq Azərbaycan Respublikası DİN-nin 91 saylı möhürü ilə möhürlənmişdir. Baxış zamanı video kamera vastəsi ilə çəkiilərək protokola əlavə edildi. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin15.04.2021-ci il tarixli, 16/344 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlələr...” yazı və imzalar olan kağız paketdəki, 1 ədəd səffaf sellofan torbacıqda olan polietilen kəsiyində təmiz çəkisi 0.631 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 1 ədəd qara rəngli polietilen torba kəsiyinə bükülmüş təmiz çəkisi – 36,939 qrammaddə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. (Heroinin təmiz çəkisi – 0.631 qr., tədqiqata sərf edildi – 0.05 qr., qalıq – 0.581 qr. Tiryəkin təmiz çəkisi – 36,939 qr, tədqiata sərf edildi – 0,1 qram, qalıq – 36,839 qr.). Ekspertiza tədqiqatının dəyəri 32,40 manat təşkil edir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 08.07.2021-ci il tarixli, 816 nömrəli rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsndə narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloii dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Psixonevroloji Dispanserinin 08.06.2021-ci il tarixli 1917 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserində qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 10.06.2021-ci il tarixli 2361 saylı Gəncə şəhər Narkoloji Dispanserin arayışından görünür ki, Quliyev X2 Dispanser qeydiyyatda durmur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 09.06.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 12.10.2021-ci il tarixli 1(044)-239/2021 nömrəli qərarından görünür ki, təqsirləndrilən şəxs X3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmiş və barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilmişdir. “Axtarışda olan şəxsin tutulması barədə” 10.11.2021-ci il tarixl protokolundan görünür ki, Təqsirləndirilən şəxs 10.11.2021-ci il tarixdə Bakı şəhəri ərazisində könüllü olaraq polisə təslim olmuş, o, Gəncə şəhərinə gətirilərək, Gəncə şəhər 2 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 1(044)-43/2022 nömrəli 19.01.2022-ci il tarixli qərarından görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs vəsatəti təmin edilmiş və Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmuş və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə mübarizə haqqında haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların şəxsi istehlak miqdarından artıq olan miqdarda hazırlanması, kultivasiyası, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəbdir. Azərbaycan Respublikasının 28.06.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”n İ Siyahısında qurudulmuş heroin şəxsi istehlak miqdarının yuxarı həddi 0.15 qram, tiryək (o cümlədən ekstrasiya edilən) 0.5 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Təqsirləndirilən şəxs 14.04.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 16.04.2021-ci il tarixdə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra–CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının əvvəli onun həbsə alındığı10.11.2021-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək “həbs” qətimkan tədbiri ilə əvəz edilməlidir. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odurki, CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 0.581 qram narkotik vasitə heroin və 36.839 qram tiryək hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, həmçinin iş üzrə sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, iş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 32.4 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 12 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, işlədiyi vəkil bürosunun hesabına 72 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 04 (dörd) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla, təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 01 (bir) il 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin və cəzasının əvvəli həbsə alındığı 10.11.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 0.581 qram narkotik vasitə heroin və 36.839 qram tiryək hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin və iş üzrə sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 32.40(otuz iki manat qırx qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 72 (yetmiş iki) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu andan, məhkum Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №1(044)-43/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-43/2022
11.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver