Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(044)-44/2020 13.02.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) İbrahimova Nuranə Lazım qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1991-ci ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 mənzil 7-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs (bundan sonra – Təqsirləndirilən şəxs) xx xxxxxx 2020-ci il tarixdə saat 13 radələrində Gəncə şəhərində “Mərkəzi Univermağ”ın yaxınlığında idarə etdiyi “Vaz 21011” markalı, **-BB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin içərisində qeyri-rəsmi yaşadığı Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs qəsdən əli ilə sağ bud nahiyyəsinin yumşaq toxumalarının hematoma halında əzilməsi, təpə, sol almacıq nahiyyələrinin, sağ əlin V barmağının qançırları kimi sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül dərəcəli xəsarət yetirmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi, eləcə də işdə olan və tədqiq olunan digər iş materialları ilə aşağıdakı qaydada tamamilə sübuta yetirilmişdir. Məhkəmə iclasında cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanımaqla onunla əvvəllər bir neçə il qeyri-rəsmi ər-arvad münasibətində yaşamış, lakin sonradan xasiyyətləri tutmadığı üçün ayrılmışlar. Bu hadisədən bir müddət sonra xx.xx.2019-cu il tarixdə İlahə bayram münasibətilə zəng edib onu təbrik etmiş, o da telefonda İlahəni təbrik etmişdir. Sonra həmin gün özünə məxsus “Vaz 21011” markalı avtomobillə gedib İlahəni götürərək, birlikdə bir az Gəncə şəhərində gəzmişlər. Bundan sonra isə xx.xx.2020-ci il tarixdə o, İlahənin hərəkətlərindən şübhələndiyi üçün ona zəng edən zaman telefonda aralarında mübahisə yaranmışdır. xx.xx.2020-ci il tarixdə saat 13 radələrində o, İlahəni öz avtomobilinə mindirib şəhərdə gəzdirən zaman yenə yolda qısqanclıq zəminində aralarında mübahisə yaranmış və mübahisə zamanı əsəbləşib avtomobili idarə edə-edə İlahənin sol sifət, çənə, baş və sağ bud nahiyyəsinə əli ilə bir neçə dəfə vurub, sonra isə Gəncə şəhərində “Mərkəzi Univermağ”ın yaxınlığında “Para bank”ın qarşısında avtomobili saxlayıb onu yerə düşürərək çıxıb getmişdir. Həmin vaxt avtomobildə başqa heç kim olmamış və hadisə qısa müddət ərzində baş vermişdir. Lakin hadisədən sonra hərəkətlərindən peşman olmuş və İlahədən üzr istəyərək, onunla barışmış və ona dəymiş ziyanı ödəmişdir. Odur ki, qeyd etdiklərini nəzərə alıb məhkəmədən cinayət məsuliyyətindən azad edilməklə barəsində cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, cinayət əməli törətmiş Təqsirləndirilən şəxs ilə əvvəllər bir neçə il qeyri-rəsmi ər-arvad münasibətində yaşamış, lakin sonradan xasiyyətləri tutmadığı üçün ayrılmışlar. Bu hadisədən bir müddət sonra xx.xx.2019-cu il tarixdə o, bayram münasibətilə Ümidə zəng edib onu təbrik etmiş, Ümid də telefonda onu təbrik etmişdir. Sonra həmin gün Ümid özünə məxsus “Vaz 21011” markalı avtomobillə gəlib onu götürərək, birlikdə bir az Gəncə şəhərində gəzmişlər. Bundan sonra isə xx.xx.2020-ci il tarixdə Ümid ona zəng edib hərəkətlərindən şübhələndiyini bildirdiyi üçün telefonda mübahisə etmişlər. xx.xx.2020-ci il tarixdə saat 13 radələrində Ümid onu öz avtomobilinə mindirib şəhərdə gəzdirən zaman yenə yolda qısqanclıq zəminində aralarında mübahisə yaranmış və mübahisə zamanı Ümid avtomobili idarə edə-edə onun sol sifət, çənə, baş və sağ bud nahiyyəsinə əli ilə bir neçə dəfə vurub, sonra Gəncə şəhərində “Mərkəzi Univermağ”ın yaxınlığında “Para bank”ın qarşısında avtomobili saxlayıb onu yerə düşürərək, çıxıb getmişdir. Həmin vaxt avtomobildə başqa heç kim olmamış və hadisə qısa müddət ərzində baş vermişdir. Lakin hadisədən sonra Ümid hərəkətlərindən peşman olmuş və ondan üzr istəyərək, onunla barışmış və ona dəymiş ziyanı ödəmişdir. Ona görə də cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə barəsində cinayət təqibinə xitam verilməsini xahiş edir (Zərərçəkmiş şəxs cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxslə barışması, ondan heç bir şikayət və tələbinin olmaması, onun cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət təqibinə xitam verilməsi barədə ərizəsini məhkəməyə təqdim etmişdir). Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respubikasının Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 Gəncə şəhər şöbəsinin məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 46 saylı «canlı şəxsin ekspertizası» rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ bud nahiyyəsinin yumşaq toxumalarının hematoma halında əzilməsi, təpə, sol almacıq nahiyyələrinin, sağ əlin V barmağının qançırları - bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2020-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri-digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki,Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 13 radələrində Gəncə şəhərində “Mərkəzi Univermağ”ın yaxınlığında idarə etdiyi “Vaz 21011” markalı, **-BB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin içərisində qeyri-rəsmi yaşadığı Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs qəsdən əli ilə sağ bud nahiyyəsinin yumşaq toxumalarının hematoma halında əzilməsi, təpə, sol almacıq nahiyyələrinin, sağ əlin V barmağının qançırları kimi sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül dərəcəli xəsarət yetirmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, təhqiqat orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin ifadəsini dinləyib, məhkəməyədək sadələşdirilmiş icraat materiallarını araşdırıb hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə, onun barəsində cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Məhkəmə iclasında elan edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 alınmışxx.xx.2020-ciil tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxsərizəsindən görünür ki, hazırda cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan tamamilə ödənilmiş, ona görə də Təqsirləndirilən şəxs barəsində məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarına əlavə edilmiş cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı tamamilə ödəmişdir. Ona görə də məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir. Beləliklə, məhkəmədə işə baxılarkən aydın olmuşdur ki, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. Məhkəmə araşdırması zamanı cinayət əməlini törətmiş şəxsTəqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkiliMüdafiəçi2 tərəfindən 3 iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabındanMüdafiəçi2vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına18 manat məbləğində pul köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza xərci və müsadirə tətbiq ediləcək əmlak müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 37.4, 43.3, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində müəyyən edilmiş cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində cinayət təqibinə xitam verilsin. Cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxsgöstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına18 manat məbləğində pul köçürülsün.Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı - “Xalqbank” Gəncə ictimai filialı; Kod: 504023; VÖEN; **********; Müxbir hesab: AZ24NABZ********************; S.Ü.İ.F.T. BİK: HAJCAZ22; Hesab №-si AZ75HAJC HCRAZN**********1001; VÖEN: **********. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(044)-44/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(044)-44/2020
13.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver