Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-44/2021 10.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Orucov Maarif Arif oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə rayon (şəhər) instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1982-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, orta təhsilli, ünvan 1 qeydiyyatda olan və həmin ünvanda yaşayan, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.2.2, 228.4 və 66.3-cü maddələrinə əsasən 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan cinayət işinə xitam verilmiş, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(043)-26/2019 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il 09 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM-in) 127.2.2., 127.2.3. və 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs (bundan sonra - Təqsirləndirilən şəxs) xx.xx.2020-ci il tarixdə, saat 01 radələrində ünvan 2 mənzil 7 ünvanında qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu Zərərçəkmiş şəxs ilə heç bir səbəb olmadan mübahisə edib dalaşmış, Zərərçəkmiş şəxs sifət, eləcə də bədəninin müxtəlif nahiyələrinə çoxsaylı əl və ayaq zərbələri ilə vurub Zərərçəkmiş şəxs sağ almacıq-sağ gözətrafı nahiyələrinin yumşaq toxumalarının əzilməsi, hematoması ilə nəticələnən xəsarətlər yetirməklə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə, saat 23 radələrində ünvan 3 mənzil 7 ünvanda qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu Zərərçəkmiş şəxs ilə heç bir səbəb olmadan mübahisə edib daşalmış, əli ilə Zərərçəkmiş şəxs sifət və burun nahiyələrinə çoxsaylı yumruq zərbələri ilə bundan sonra isə sonuncunun ağlayaraq yalvarmasına məhəl qoymayaraq, köməyinə heç kimin gəlmədiyini görüb, Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edib, xüsusi amansızlıqla stolun üzərindən götürdüyü istintaqa məlum olmayan mətbəx bıçağı ilə bud və baş nahiyələrinə iki dəfə vuraraq Zərərçəkmiş şəxs sol təpə və sol bud nahiyələrinin, ümumilikdə 2 ədəd kəsilmiş-deşilmiş yaraları ilə nəticələnən və sağlamlığın qısa müddətə pozulmasına səbəb olmaqla, ümumilikdə sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarətlər, həmçinin sol göz nahiyəsinin hematoması, sağ göz-yanaq nahiyəsinin hematoması, yumşaq toxumalarının əzilməsi, burun təffüsünün pozulması və burunun deformasiyası ilə müşayiət olunan burunun yumşaq toxumalarının əzilməsi, burun sümüklərinin sınığı, sol bazu nahiyəsinin qançırı ilə nəticələnən və ümumilikdə, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır xəsarətlər yetirmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilmiş, lakin öz müdafiəsi üçün zərərçəkmiş şəxsə bıçaqla xəsarət yetirməməsi, yalnız əli ilə vurması və digər halları dəlil kimi gətirmiş, onun törətdiyi cinayət əməli özünün iş üzrə verdiyi etirafedici ifadələri ilə yanaşı, toplanmış digər sənədlərlə – zərərçəkmişin ifadəsi, ekspertiza rəyləri, maddi sübutlar və digər sübutların məcmusu ilə aşağadakı qaydada tam olaraq təsdiq olunmuşdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Аzərbaycan Respublikası CMnin 127.2.2,127.2.3 və 128-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək bildirdi ki, Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi ər-arvad münasibətləri təxminən 4 il bundan əvvəl yaranmışdır. O, Mehribanla qeyri-rəsmi ər-arvad münasibətində yaşadıqdan bir müddət sonra Azərbaycan Respublikası CM-nin 234-cü maddəsi ilə 1 il 9 ay həbs edilmiş, həbsdən çıxdıqdan sonra xx xxxx 2020-ci il tarixdə Mehribanın yaşadığı evə getmiş, sonuncunun yanına getdikdən sonra onlar birlikdə spirtli içki olan pivə qəbul etmişlər. Pivə içdikdən sonra o, Mehribandan həbsdə olduğu müddətdə başqa hər hansı bir şəxslə arasında münasibət olub-olmadığını ondan soruşmuş, Mehriban isə ona heç kimlə heç bir münasibətinin olmadığını deyib onunla mübahisə etmişdir. O, təkrar xx xxxx 2020-ci il tarixdə gecə saatlarında sillə ilə Mehribanın sifət nahiyəsindən 1 dəfə vurmuş, vurduqdan sonra isə oradan çıxıb getmişdir. xx xxxx 2020-ci il tarixdə təkrar Mehribanın yaşadığı evə gedərək sonuncudan üzürxahlıq edib kefli olduğu üçün döydüyünü bildirib onunla barışmışdır. xx.xx.2020-ci il tarixdə Mehribanla birlikdə ona məxsus olan ünvan 4 ünvanında spirtli içki qəbul etmiş, sonra yenə də Mehribana hansı səbəbdən ona xəyanət etdiyini deyib onunla dalaşmış, yumruqla bir dəfə Mehribanın sifət nahiyəsindən vuraraq xəsarət yetirmişdir. Bundan təxminən 3-4 gün sonra yenə də öz etdiklərindən peşman olaraq Mehribanla yenidən barışıb birlikdə yaşamağa başlamışdır. Bu müddət ərzində özü Mehribanla normal davranmış, lakin xx xxxxxx 2020-ci il tarixdə onlar yenə də Mehribanla ikisi yaşadıqları ünvan 5 mənzil 7 ünvanda evdə spirtli içki qəbul etmişdir. O, Mehribana yenə də hər zaman mübahisə etdikləri məsələlər ilə bağlı suallar vermiş, tam olaraq məsələyə aydınlıq gətirməyə çalışmışdır. Mehriban onunla məsələləri aydınlaşdırmaqdan yayındığı üçün əsəbləşib Mehribanı bir dəfə sillə vurmuş, vurduqdan sonra oradan çıxıb getmişdir. O, Mehribanı öldürmək istəməmiş, Mehribanı bıçaqla vurmamış, ümumiyyətlə bıçağı əlinə almamış, sonuncunu boğmamışdır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs oğluna elan edilmiş CM-in 127.2.2 və 127.2.3-cü və 128-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs təxminən 10-15 ildir ki, tanıyır, onların arasında təxminən 3 il bundan əvvəldən sevgi münasibətləri yaranmış, qeyri-rəsmi ər-arvad münasibətlərində olmuş, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs həbsdən azad olunaraq onun yaşadığı Gəncə şəhər Vaqif küçəsində yerləşən evə gəlmiş, Nəsrəddin onun yaşadığı evə gəldikdən sonra onlar birlikdə Nəsrəddinin yaşadığı evə getmiş, Nəsrəddin qonşularla danışıb söhbət etdikdən sonra onlar birlikdə onun yaşadığı evə qayıdaraq birlikdə söhbət edərək, yeyibiçmişlər, onlar birlikdə spirtli içki qəbul etdikdən sonra Təqsirləndirilən şəxs heç bir səbəb olmadan onu öldürəcəyini, guya onun pozğunluqla məşğul olduğunu ona demiş, bu zaman Nəsrəddin onun sifət nahiyəsindən 2 dəfə yumruq vurub onun bədəninin müxtəlif nahiyələrindən təpikləyərək, kimlərlə sevgili olduğunu etiraf etməsini ona demişdir. Bundan sonra Nəsrəddin stolun üstündə olan bıçağı götürüb bıçağın arxası ilə onun bədəninin müxtəlif nahiyələrindən zərbələr endirmiş, həmçinin bıçağın iti tərəfi ilə onun bədənini cızmış, Nəsrəddin yenə də öz hərəkətlərini davam etdirib onun saçından tutub onu sürümüş və o, Nəsrəddinin bu hərəkətlərinə baxmayaraq xx xxxx 2020-ci il tarixdə onunla barışmış, barışdıqdan sonra xx.xx.2020-ci il tarixdə Nəsrəddinlə birlikdə sonuncuya məxsus olan ünvan 6 ünvanına getmiş, orada məhlədə birlikdə spirtli içki qəbul etdikdən sonra onu yenə də nalayiq ifadələrlə təhqir etmiş, onlar birlikdə yatağa uzandıqdan sonra Nəsrəddin ona ürəyində şübhə qaldığını onu öldürəcəyini demiş, əlinə bıçaq alıb arxası ilə onun başına vurmuş, üzündən xəsarət yetirəcəyini deyib bir qədər döyüb onu ölümlə hədələmiş, sonradan evdə maqnitofonu yüksək səslə qoyub elektrik naqilini boğazına sarıyıb boğazından sıxmış, o, hər iki əli ilə naqili tutub boynundan çıxarmağa çalışmış və həmin naqili də boğazından çıxarmış, o, həmin naqili boğazından çıxardıqdan sonra bu dəfə də sellofanı başına keçirərək sellofanla onu boğmağa başlamış, o, Nəsrəddinə ona yaxın gəlməməsini, heç bir yerə şikayət etməyəcəyini demiş, həmin gün Nəsrəddin yenə də onun yaşadığı evə gəlmiş, bu zaman onlar birlikdə spirtli içki olan pivə qəbul etmiş, lakin bu zaman Nəsrəddin onu döyməmiş, vurmamış, oradan çıxıb getmişdir. Bir müddətdən sonra Nəsrəddin yenə də dəfələrlə onun yaşadığı evə gedib gəlmiş, lakin buna baxmayaraq bu müddət ərzində Nəsrəddin onunla normal davranmış, onu döyməmiş, xx.xx.2020-ci il tarixdə axşam saat 21 radələrində özü Nəsrəddinlə birlikdə “Gəncə Mall” ticarət mərkəzində yerləşən “Bravo” marketə getmiş, Nəsrəddin gedib spirtli içkiləri, suları götürmü, o, isə digər ərzaq məhsullarını almaq üçün marketdə gəzən zaman qızı ona zəng etmiş, qızı ilə danışdıqdan sonra Nəsrəddin ona yaxınlaşıb zəng edənin kim olduğunu ondan soruşmuş, o, isə ona zəng edənin qızı olduğunu demiş, həmin gün onlar ünvan 5 mənzil 7 ünvanına getmiş, birlikdə spirli içki qəbul etdikdən sonra Nəsrəddin saat 23 radələrində həmin evdə olan zaman Nəsrəddin evin qapılarını bağlamış, musiqi qoşmuş, onun əynində olan xələti əynindən soyundurmuş, onu lüt bədənə çox pis şəkildə, ona ağrılar verib, onu ələ sala-sala döyməyə başlamış, bundan sonra stolun üstündə olan bıçağı götürmüş, həmin mətbəx bıçağı ilə onun sol budundan, başından xəsarətlər yetirməyə, ona həmin xəsarətləri yetirərkən ağrılar verməyə başlamış, o, bu zaman Nəsrəddinə yalvararaq öz hərəkətlərini dayandırmağını istəsə də Nəsrəddin yenə də onun sifətindən, başından, budundan gah bıçaqla gah da ki, əli ilə vuraraq öz hərəkətlərini davam etdirmişdir. O, həmin bıçağı sonra əyib kənara atmış, təxminən 25 dəqiqə Nəsrəddin dayanmış, sonradan o, sonuncuya nəfəsinin çatmadığını, özünü pis hiss etdiyini desə də bir xeyli müddət ona kömək etməyib ona evdən çıxamağa imkan verməmişdir. O, otaqda olan döşək üzünü götürüb həmin döşək üzünü iki hissəyə ayıraraq onun sol əlini sol ayağıma bağlamış, həmin yorğan üzünü ayağı ilə saxlamış, otaqda olan balıncla onu boğaraq ona yenə də iztirab verməyə, onun şəxsiyyətini ələ salaraq onu məsxərəyə qoymağa başlamış, bir neçə saat onu həmin vəziyyətdə saxlayıb onunla söhbət etmiş, səhərə yaxın azan verilən zaman Nəsrəddin ondan əl çəkmiş, özü evin həyətinə çıxmış, əl-üzünü yuyub bir qədər rahatlaşmış, həmin günün axşamına kimi Nəsrəddin qorxduğu üçün evdən çıxa bilməmiş, lakin həmin günü axşamı o, imkan edib evdən qaçıb getmişdir. Bundan sonra da bir neçə dəfə Nəsrəddin onunla telefon əlaqəsi saxlayıb onu öldürüb sonradan həbsə gedəcəyini ona demişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi və mənəvi ziyan ödənilmiş, o, təqsirləndirilən şəxslə barışmış və təqsirləndirilən şəxsin xəstə olduğuna görə ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2017-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkildən görünür ki, Zərərçəkmiş şəxs yaşadığı Gəncə şəhəri, Vaqif küçəsi, ev 7-də yerləşən otaqda Təqsirləndirilən şəxs oğlu tərəfindən mətbəx bıçağı ilə döyülmüş və həmin bıçaqla ona xəsarət yetirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli 976 saylı məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmişxəsarətlər-sağ almacıq – sağ gözətrafı nahiyəərinin yumşaq toxumalarının əzilməsi, hemotoması, sol kürək, sağ bazu nahiyələrinin səthi yaraları – küt və kəsici alətlərin təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2020-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə: a) sağ almacıq-sağ gözətrafı nahiyələrinin yumşaq toxumaların əzilməsi, hemotoması-sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya; b) sol kürək, sağ bazu nahiyələrinin səthi yaraları isə- sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 bölməsinin xx.xx.2020-ci il tarixli 16/466 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bıçaq kustar üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, Azərbaycan Respublikası CPM-nin 49.1-ci maddəsinə əsasən HK-1/1285 və HK-1/1300 saylı materiallar Təqsirləndirilən şəxs barəsində başlanmış Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirilməsi və həmin xüsusat üzrə əlavə istintaq hərəkətlərinin aparılması qərara alınmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyinin” xx.xx.2020-ci il tarixli 832 saylı rəyindən görünür ki, 1970-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sol bazu, sol kürək, hər iki aşağı, sol almacıq, sağ qulaq və döş qəfəsi nahiyələrinin qançırları-bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2020-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli materialın cinayət işinə əlavə edilməsi haqqında qərarın surətindən görünür ki, Azərbaycan Respublikası CPM-nin 49.1-ci maddəsinə əsasən HK-1/1286 saylı material Təqsirləndirilən şəxs barəsində bağlanmış Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işinə birləşdirilməsi və həmin xüsusat üzrə əlavə istintaq hərəkətləri aparılması qərara alınmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi”nin xx.xx.2020-ci il tarixli 1235 saylı məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, 1970-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sol göz nahiyəsinin hematoması; sağ göz-yanaq nahiyəsinin hematoması, yumşaq toxumalarının əzilməsi; burun tənəffüsünün pozulması və burunun deformasiyası ilə müşaiyət olunan burunun yumşaq toxumalarının əzilməsi, burun sümüklərinin sınığı; sol bazu nahiyəsinin qançırları – bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlməsi və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilmişdir. Qeyd edilən xəsarətlərdən başqa Zərərçəkmiş şəxs sol təpə və sil bud nahiyələrində iki ədəd kəsilmiş-deşilmiş yaralar da müəyyən edilmişdir. Bu xəsarətlər deşici-kəsici alətin təsiri nəticəsində əmələ gəlmişdir və ağırlıq dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilmiş və Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilən xəsarətlərin əmələ gəlməsi müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2020-ci il tarixə uyğun gəlməsi müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli cinayət əməlinin tövsif edilməsinə dair qərarın surətindən görünür ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə xx.xx.2020-ci il tarixdə başlanmış ********* saylı cinayət işi həmin məcəllənin 128 və 127.1-ci maddələri tövsif edilərək istintaqının davam etdirilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 4(044)-91/2020 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında qərarın surətindən görünür ki, xx.xx.1982-ci il tarixdə Gəncə şəhərində anadan olmuş Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri seçilmiş və saxlandığı Gəncə şəhər BPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2004-cü il tarixli A-1052/2004 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.2 və 228.4 maddələri ilə təqsirli bilinib və 66.3-cü maddələrinə əsasən 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(043)-26/2019 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli ********* saylı sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi barədə qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.2, 127.2.3 və 128-ci maddələri ilə yenidən dəqiqləşdirilmiş ittiham elan olunmuş, təqsirləndirilən şəxs qismində cəlb edilmiş, xx xxxxxx 2020-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və Azərbaycan Respublikası CM-nin 127.2.2, 127.2.3 və 128-ci maddələri ilə olan ********* saylı cinayət işi Azərbaycan Respublikası CM-nin 127.1 cə 128-ci maddələrindən həmin məcəllənin 127.2.2, 127.3 və 128-ci maddələrinə tövsif edilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli ********* saylı təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CMnin 127.2.2, 127.2.3 və 128-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi, həmin maddədə nəzərdə tutulmuş ittihamın yenidən ona elan edilməsi qərara alınmışdır. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 127.2.2, 127.2.3 və 128-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 127.2.2, 127.2.3-cü maddələrii cinayətlərin təsnifatına görə az ağır, həmin Məcəllənin 128-ci maddəsi isə cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-in 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə CM-nin 59.1.12 və 59.2-ci maddələrinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını, zərərçəkmiş çəxslə barışmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar onun cinayətinin residivi olmasıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən yazılmış və notarial qaydada təsdiq edilmiş ərizədə, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsini, onunla barışmasını və Təqsirləndirilən şəxs xəstə olduğuna görə ona qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirmiş, Təqsirləndirilən şəxs həbslə əlaqəli olmayan yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iş materiallarından müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.2.2, 228.4 və 66.3-cü maddələrinə əsasən 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının sonu ilə azad edilmiş, Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan cinayət işinə xitam verilmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinmiş və 01 (bir) il, 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, xx.xx.2020-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər qəsdən xüsusilə ağır və az ağır cinayət törətməyə görə məhkum olunmuş və qanunvericilikdə nəzərdə tutulan səkkiz il müddət keçmədən, yəni məhkumluğu ödənilmədən yenidən qəsdən az ağır cinayət törətmişdir. Belə ki, CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası CM-in 83.3.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarının nəticəvi hissəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcinin cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası CM-in 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin təhlükəli residivi sayılır. Məhkəmə Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ə cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı, Azərbaycan Respublikası CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.2.2, 228.4 və 66.3-cü maddələrinə əsasən 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Gəncə şəhəri Nizami rayon Polis İdarəsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan cinayət işinə xitam verilmiş, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(043)-26/2019 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2020ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş iş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən barəsində Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə olan cinayət işinə xitam verilmişdir. Azərbaycan Respublikası CM-in 72-ci maddəsinin qeyd hissəsinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilə bilər. Ona görə də Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan cinayət təqibinə tərəflərin barışması əsası ilə xitam verilməsi mümkün deyildir və o, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 127.2.2, 127.2.3 və 128-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilərkən cinayətlərin məcmusu üzrə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, təyin olunacaq azadlıqdan məhrumetmə cəzalarını qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Yuxarıda göstərilənlərə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli cinayət törətməkdə təqsirli bilinən şübhəli şəxsin tutulması haqqında qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, yəni 3 (üç) gün müddətində şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 3 (üç) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanıb ona təyin ediləcək cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçünciddi rejimli cəzaçəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-in 155.3 və 155.3.3-cü maddələrinə əsasən həbs qətimkan tədbiri yalnız əvvəllər seçilmiş digər qətimkan tədbirinin şərtlərini pozmuş şəxsə və ya hökmün icrasını təmin etmək məqsədilə, barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş şəxsə tətbiq oluna bilər. Azərbaycan Respublikası CPM-in 175.1-ci maddəsinə əsasən qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, bunun zəruriliyi sübutlarla təsdiq olunduqda daha ciddi qətimkan tədbiri ilə, cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda isə daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməklə həmin cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyindən, barəsində seçilmiş “polisin nəzrəti altına vermə haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx xxxx 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə ekspertiza xərci 53 (əlli üç) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Az.MEM-in VÖEN **********, AZ34 CTRE********************. Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ013601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ22 saylı hesaba keçirilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, ekspertiza xərci və maddi sübut yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.2., 127.2.3 və 128-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.2.,127.2.3-cü maddələri ilə 3 (üç) il 4 (dörd) ay, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq, 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 3 (üçi) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 3 (üç) il 5 (beş) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, onun barəsində “həbs” qətimkan tədbiri seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəkməklə, ona təyin edilmiş cəzanın əvvəli xx xxxx 2021-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə ekspertiza xərci 53 (əlli üç) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Az.MEM-in VÖEN **********, AZ34 CTRE********************. Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ013601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ22 saylı hesaba keçirilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №1(044)-44/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-44/2021
10.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver