Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-45/2020 02.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibləri X7 və Novruzov Maarif Vidadi oğlunun katibliyi, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X14, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, müdafiəçilər Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi5 və Müdafiəçi4, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakı ilə xx.xx.1997-ci ildə Neftçala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 mənzil 3-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx.xx.2001-ci ildə Neftçala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Neftçala şəhəri, 6-cı məhəllədə qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx.xx.2001-ci ildə Qobustan rayonu, Nabur kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Qobustan rayonu, Nabur kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olub bir qrup şəxs halında, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq ələ keçirtmək məqsədi və tamah niyyəti ilə xx xxxxxxx 2019-cu il tarixdə saat 02 radələrində Gəncə şəhəri, Atatürk prospekti 450 ünvanında yerləşən Azərbaycan Dövlət X12 X11 kompyuter otağına pəncərədən qanunsuz daxil olub oradan Tədris Mərkəzinə məxsus hər birinin qiyməti 300 manat olmaqla 3000 manat dəyərində 10 ədəd üzərində “China Aid” sözləri yazılmış Çin istehsalı İntel Core İ5, NVİDİA Geforce xüsusiyyətli notbuku, hər birinin qiyməti 300 manat olmaqla 1500 manat dəyərində 5 ədəd üzərində “Windows 10” sözləri yazılmış Çin istehsalı İntel Core İ5, NVİDİA Geforce xüsusiyyətli notbuku, 15 manat dəyərində 1 ədəd 2 antenalı TP-link markalı modemi, hər biri 5 manat olmaqla 10 manat dəyərində 2 ədəd kompyuter mausunu, ümumilikdə 4.525 manat dəyərində əmlakı gizli yolla talayaraq oğurlamışdır. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub bir qrup şəxs halında, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq ələ keçirtmək məqsədi və tamah niyyəti ilə xx xxxxxxx 2019-cu il tarixdə saat 02 radələrində Gəncə şəhəri, Atatürk prospekti 450 ünvanında yerləşən Azərbaycan Dövlət X12 X11 kompyuter otağına pəncərədən qanunsuz daxil olub oradan Tədris Mərkəzinə məxsus hər birinin qiyməti 300 manat olmaqla 3000 manat dəyərində 10 ədəd üzərində “China Aid” sözləri yazılmış Çin istehsalı İntel Core İ5, NVİDİA Geforce xüsusiyyətli notbuku, hər birinin qiyməti 300 manat olmaqla 1500 manat dəyərində 5 ədəd üzərində “Windows 10” sözləri yazılmış Çin istehsalı İntel Core İ5, NVİDİA Geforce xüsusiyyətli notbuku, 15 manat dəyərində 1 ədəd 2 antenalı TP-link markalı modemi, hər biri 5 manat olmaqla 10 manat dəyərində 2 ədəd kompyuter mausunu, ümumilikdə 4.525 manat dəyərində əmlakı gizli yolla talayaraq oğurlamışdır. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olub bir qrup şəxs halında, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq ələ keçirtmək məqsədi və tamah niyyəti ilə xx xxxxxxx 2019-cu il tarixdə saat 02 radələrində Gəncə şəhəri, Atatürk prospekti 450 ünvanında yerləşən Azərbaycan Dövlət X12 X11 kompyuter otağına pəncərədən qanunsuz daxil olub oradan Tədris Mərkəzinə məxsus hər birinin qiyməti 300 manat olmaqla 3000 manat dəyərində 10 ədəd üzərində “China Aid” sözləri yazılmış Çin istehsalı İntel Core İ5, NVİDİA Geforce xüsusiyyətli notbuku, hər birinin qiyməti 300 manat olmaqla 1500 manat dəyərində 5 ədəd üzərində “Windows 10” sözləri yazılmış Çin istehsalı İntel Core İ5, NVİDİA Geforce xüsusiyyətli notbuku, 15 manat dəyərində 1 ədəd 2 antenalı TP-link markalı modemi, hər biri 5 manat olmaqla 10 manat dəyərində 2 ədəd kompyuter mausunu, ümumilikdə 4.525 manat dəyərində əmlakı gizli yolla talayaraq oğurlamışdır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətmiş olduqları cinayət əməli onların özlərinin etirafedici ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, maddi sübutlar, həmçinin işdə olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Azərbaycan Dövlət X6 Təbabəti və Zoomühəndislik fakültəsinin bakalavr pilləsini 2019-cu ildə bitirmişdir. Təhsil aldığı Universitet Gəncə şəhərində yerləşdiyi üçün ünvan 5-də X8 fərdi yaşayış evinin 1-ci mərtəbəsində kirayədə yaşayır. Həmin fakültənin Baytarlıq ixtisası üzrə magistr təhsili aldığından onunla birlikdə universitetdə təhsil alan Təqsirləndirilən şəxs2 ilə birlikdə yaşayır. Yadullanın İlqar adında tanışı vardır. İlqar da onlarla eyni universitetdə təhsil alır. Dərsdən sonra onlar üçü birlikdə vaxt keçirirlər. xx xxxxxxx 2019-cu il tarixindən təxminən 3 gün əvvəl o, İlqar və Yadulla “Xan bağı”nda oturub söhbət etmişlər. Yadulla bildirmişdir ki, sonuncuya təcili pul lazımdır. Yadulla İlqara təklif etmişdir ki, Yadullanın qaldığı universitet yataqxanasında olan internet paylayıcı modemi və televizoru oğurlayıb satsınlar. O, bu vaxt Yadullaya bildirmişdir ki, yataqxanadan oğurluq etmək təhlükəlidir, çünki yataqxanadan həmin əşyaları oğurlasalar da, dəhlizə çıxdıqda həmin əşyalarla birlikdə müşahidə kamerası onları çəkə bilər. Buna görə də bu fikirlərindən daşınmışlar. O, X9 tədris mərkəzinin binasında notbuklar olduğunu demişdir. Razılaşmışlar ki, xx xxxxxxx 2019-cu il tarixdən xx xxxxxxx 2019-cu il tarixə keçən gecə hamı yatdıqdan sonra həmin yerə gedib pəncərədən içəri daxil olsunlar və notbukları oğurlasınlar. Planları belə olmuşdur ki, İlqar, Yadulla və o, hərəsi 1 ədəd notbuk oğurlasınlar. Lakin həmin notbukları satmayacaqdılar. xx xxxxxxx 2019-cu il tarixdə saat 02 radələrində o, İlqar və Yadulla kirayə yaşadıqları evdən çıxıb X9 tədris mərkəzinə getmişlər. Həmin gün İlqar yataqxanada qalmamışdır. Onun təklifinə əsasən İlqar da onlarla birlikdə onların kirayədə yaşadıqları evdə qalmışdır. Onlar piyada evdən çıxıb X9 tədris mərkəzinin olduğu binaya çatdıqda daş hasarın üzərindən aşıb tədris mərkəzinin həyətinə daxil olmuşlar. Binanın pəncərəsinə yaxınlaşıb ətrafa baxmışlar və ətrafda heç kimin olmadığına əmin olmuşlar. İlqar evdən çıxarkən pəncərəni açmaq üçün özü ilə 1 ədəd mətbəx bıçağı götürmüşdür. İlqar həmin mətbəx bıçağını çıxarıb Yadullaya vermişdir və hər ikisi pəncərəyə yaxınlaşmışlar. O, isə təxminən 2-3 metr aralıda dayanıb ətrafı gözləmiş ki, gələn olarsa xəbər etsin. Yadulla mətbəx bıçağını pəncərənin iki çərçivəsinin arasına salıb yuxarıya doğru hərəkət etdirmişdir. Bıçaq pəncərənin cəftəsinə çatdıqda İlqar əli ilə itələyib pəncərəni açmışdır. İlqar pəncərədən içəri daxil olmuşdur. İlqarın arxası ilə Yadulla, daha sonra isə o, içəri daxil olmuşdur. İçəridə kompyuter stolları, üzərlərində isə notbuklar olmuşdur. Onlar içəri daxil olduqdan sonra Yadulla təklif etmişdir ki, bütün notbukları oğurlasınlar. O və İlqar Yadulla ilə razılaşmışlar və içərisində olan 16 ədəd notbukdan 15 ədədini, 1 ədəd modemi və iki ədəd mausu oğurlamışlar. Oğurluğa getməzdən əvvəl 1 ədəd böyük əl çantasını və 1 ədəd bel çantasını özləri ilə götürmüşlər. O, İlqar və Yadulla 3 ədəd notbuku, 1 ədəd modemi və 2 ədəd mausu götürüb bel çantasına qoymuşlar. Qalan 15 ədəd notbuku isə əl çantalarına qoymuşlar. Binaya daxil olduqları pəncərədən köməkli şəkildə həmin oğurladıqları notbukları həyətə çıxarmışlar. İlqar və o, həmin vaxt hasarın üzərinə çıxıb Yadulladan notbukları almışlar və hasarın digər tərəfinə keçirmişlər. Yadulla da hasardan aşıb onlara yaxınlaşmış və köməkli şəkildə həmin notbukları yaşadıqları evə aparmışlar. Belə danışmışlar ki, 3 ədəd notbuku götürüb, hərəsi birini istifadə edəcəkdir. Digər 12 ədəd notbuku isə satacaqdılar. Buna görə notbukları yaşadıqları evdə yataq otağına qoymuşlar. Səhəri gün o və İlqar dərsə getmişlər. Yadulla isə evdə qalmışdır. O, dərsdə olarkən eşitmişdir ki, universitetin rəhbərliyi Süni mayalanma tədris mərkəzində baş vermiş oğurluqla bağlı polisə müraciət edib. Bunu öyrəndikdən sonra o, İlqar və Yadullaya təklif etmişdir ki, notbukları Bakı şəhərinə aparıb satsınlar. xx xxxxxxx 2019-cu il tarixdə Yadulla və o, oğurladıqları 15 ədəd notbukdan 6 ədədini Bakı şəhərinə aparmışlar. Lakin notbukları satmaq üçün maraqlandıqda sənəd istəmişlər. Onlarda sənəd olmadığı üçün həmin notbukları sata bilməmişlər və xx xxxxxxx 2019-cu il tarixdə özləri ilə Gəncə şəhərinə kirayə yaşadıqları evə gətirmişlər. Həmin günün səhəri notbukları sata bilməyəcəklərini başa düşüb qərara gəlmişlər ki, notbukları aparıb “Xan bağı”nda atsınlar. Fikirləşmişlər ki, belə etsələr oğurluğu onların etdiklərini heç kim bilməyəcək. Buna görə də xx xxxxxxx 2019-cu il tarixdə saat 01 radələrində o, və Yadulla 15 ədəd notbukdan 12 ədədini özləri ilə götürüb Xan bağına aparmışlar və İsrafil Məmmədovun heykəlinin yaxınlığında olan pilləkənin yanına, ağacların altına qoymuşlar və həmin yerdən kənarlaşmışlar. 3 ədəd notbuku isə özlərində saxlamışlar. xx xxxxxxx 2019-cu il tarixdə Yadulla notbuklardan birini götürüb İlqarın qaldığı yataqxanaya aparmışdır. Yadulla evdə internet olmadığı üçün həmin notbukla internetə qoşulacaqdı. Yadulla həmin notbuku istifadə etdikdən sonra İlqarın qaldığı 504 nömrəli otaqda olan paltar dolabının altına qoymuşdur. xx xxxxxxx 2019-cu il tarixdə səhər saatlarında polis əməkdaşları yaşadıqları evə gələrək onların oğurluqda şübhəli olduqlarını bildirmişlər. Ondan bu barədə soruşduqda o, törətmiş olduqları oğurluq hadisəsini etiraf etmişdir. Daha sonra izahatlarının alınması üçün onları Gəncə şəhər Nizami rayon polis idarəsinə dəvət etmişlər. O, polis əməkdaşlarına bildirmişdir ki, Azərbaycan Dövlət Aqrar Universitetindən oğurladıqları notbuklardan 3 ədədini, 1 ədəd modemi və 2 ədəd mausu təqdim edə bilərlər. Qalan 12 ədəd notbukları isə “Xan bağı”na aparıb qoymuşlar. Onlar Azərbaycan Dövlət X12 X5rluq edərkən həmin 12 ədəd notbuku gecə saatlarında aparıb “Xan bağı”na qoyduqları üçün onları ətrafdan görən olmamışdır. O, bundan başqa əvvəllər hər hansı oğurluq və digər cinayət hadisəsi törətməmişdir. Ondan, İlqardan və Yadulladan başqa qeyd etdiyi oğurluq hadisəsində iştirak edən olmamışdır. O, oğurluqdan sonra bu barədə heç kimə məlumat verməmişdir. Həmin notbukların sonradan parkda 7 ədəd tapılması ola bilsin ki, parkda sahibsiz olduğu üçün kimlərinsə götürməsi ilə əlaqədar ola bilər. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 ifadəsinin yekununda hazırda əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ondan hər hansı şikayət və tələbinin olmadığını, eyni zamanda universitetdə təhsilini davam etdirmək istədiyini nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Azərbaycan Dövlət X1 fakültəsinin, Aqromühəndislik ixtisası üzrə təhsil alır. Təhsil aldığı Universitet Gəncə şəhərində yerləşdiyi üçün ünvan 5-də X8 fərdi yaşayış evinin 1-ci mərtəbəsində kirayədə yaşayır. Həmin evdə onunla birlikdə universitetdə təhsil alan Təqsirləndirilən şəxs1 da yaşayır. Təqsirləndirilən şəxs3 onun universitetdən tanışıdır. Dərsdən sonra onlar üçü birlikdə vaxt keçirirlər. xx xxxxxxx 2019-cu il tarixindən təxminən 3 gün əvvəl o, İlqar və Yadulla “Xan bağı”nda oturub söhbət etmişlər. O, Xəqani və İlqara ona təcili pul lazım olduğunu demişdir. O, İlqara təklif etmişdir ki, İlqarın qaldığı universitet yataqxanasında olan internet paylayıcı modemi və televizoru oğurlayıb satsınlar. Xəqani bu vaxt ona yataqxanadan oğurluq etməyin təhlükəli olduğunu demişdir. Buna görə də bu fikirlərindən daşınmışlar. Xəqani X9 tədris mərkəzinin binasında notbuklar olduğunu demişdir. Razılaşmışlar ki, xx xxxxxxx 2019-cu il tarixdən xx xxxxxxx 2019-cu il tarixə keçən gecə hamı yatdıqdan sonra həmin yerə gedib pəncərədən içəri daxil olsunlar və notbukları oğurlasınlar. Planları belə olmuşdur ki, İlqar, Xəqani və o, hərəsi 1 ədəd notbuk oğurlasınlar. Lakin həmin notbukları satmayacaqdılar. xx xxxxxxx 2019-cu il tarixdə saat 02 radələrində o, İlqar və Xəqani kirayə yaşadıqları evdən çıxıb X9 tədris mərkəzinə getmişlər. Həmin gün İlqar yataqxanada qalmamışdır. Xəqaninin təklifinə əsasən İlqar da onlarla birlikdə onların kirayədə yaşadıqları evdə qalmışdır. Onlar piyada evdən çıxıb X9 tədris mərkəzinin olduğu binaya çatdıqda daş hasarın üzərindən aşıb tədris mərkəzinin həyətinə daxil olmuşlar. Binanın pəncərəsinə yaxınlaşıb ətrafa baxmışlar və ətrafda heç kimin olmadığına əmin olmuşlar. İlqar evdən çıxarkən pəncərəni açmaq üçün özü ilə 1 ədəd mətbəx bıçağı götürmüşdür. İlqar həmin mətbəx bıçağını çıxarıb ona vermiş və hər ikisi pəncərəyə yaxınlaşmışlar. Xəqani isə təxminən 2-3 metr aralıda dayanıb ətrafı gözləmiş ki, gələn olarsa xəbər etsin. O, mətbəx bıçağını pəncərənin iki çərçivəsinin arasına salıb yuxarıya doğru hərəkət etdirmişdir. Bıçaq pəncərənin cəftəsinə çatdıqda İlqar əli ilə itələyib pəncərəni açmışdır. İlqar pəncərədən içəri daxil olmuşdur. İlqarın arxası ilə o, daha sonra isə Xəqani içəri daxil olmuşdur. İçəridə kompyuter stolları, üzərlərində isə notbuklar olmuşdur. Onlar içəri daxil olduqdan sonra o, təklif etmişdir ki, bütün notbukları oğurlasınlar. Xəqani və İlqar onunla razılaşmışlar və içəridə olan 16 ədəd notbukdan 15 ədədini, 1 ədəd modemi və iki ədəd mausu oğurlamışlar. Oğurluğa getməzdən əvvəl 1 ədəd böyük əl çantasını və 1 ədəd bel çantasını özləri ilə götürmüşlər. O, İlqar və Xəqani 3 ədəd notbuku, 1 ədəd modemi və 2 ədəd mausu götürüb bel çantasına qoymuşlar. Qalan 15 ədəd notbuku isə əl çantalarına qoymuşlar. Binaya daxil olduqları pəncərədən köməkli şəkildə həmin oğurladıqları notbukları həyətə çıxarmışlar. İlqar və Xəqani həmin vaxt hasarın üzərinə çıxıb ondan notbukları almışlar və hasarın digər tərəfinə keçirmişlər. O da hasardan aşıb köməkli şəkildə həmin notbukları yaşadıqları evə aparmışlar. Danışıqlarına əsasən 3 ədəd notbuku götürüb, hərəsi birini istifadə edəcəkdi. Digər 12 ədəd notbuku isə satacaqdılar. Buna görə notbukları yaşadıqları evdə yataq otağına qoymuşlar. Səhəri gün Xəqani və İlqar dərsə getmişlər. O isə evdə qalmışdır. Daha sonra o, eşitmişdir ki, universitetin rəhbərliyi Süni mayalanma tədris mərkəzində baş vermiş oğurluqla bağlı polisə müraciət edib. Bunu öyrəndikdən sonra Xəqani İlqar və ona təklif etmişdir ki, notbukları Bakı şəhərinə aparıb satsınlar. xx xxxxxxx 2019-cu il tarixdə Xəqani və o, oğurladıqları 15 ədəd notbukdan 6 ədədini Bakı şəhərinə aparmışlar. Lakin notbukları satmaq üçün maraqlandıqda sənəd istəmişlər. Onlar da sənəd olmadığı üçün həmin notbukları sata bilməmişlər və xx xxxxxxx 2019-cu il tarixdə özləri ilə Gəncə şəhərinə kirayə yaşadıqları evə gətirmişlər. Həmin günün səhəri notbukları sata bilməyəcəklərini başa düşüb qərara gəlmişlər ki, notbukları aparıb “Xan bağı”nda atsınlar. Fikirləşmişlər ki, belə etsələr oğurluğu onların etmələrini heç kim bilməyəcək. Buna görə də xx xxxxxxx 2019-cu il tarixdə saat 01 radələrində o və Xəqani 15 ədəd notbukdan 12 ədədini özləri ilə götürüb “Xan bağı”na aparmışlar və İsrafil Məmmədovun heykəlinin yaxınlığında olan pilləkənin yanına, ağacların altına qoymuşlar və həmin yerdən kənarlaşmışlar. 3 ədəd notbuku isə özlərində saxlamışlar. xx xxxxxxx 2019-cu il tarixdə o, notbuklardan birini götürüb İlqarın qaldığı yataqxanaya aparmışdır. O, evdə internet olmadığı üçün həmin notbukla internetə qoşulacaqdı. O, həmin notbuku istifadə etdikdən sonra İlqarın qaldığı 504 nömrəli otaqda olan paltar dolabının altına qoymuşdur. xx xxxxxxx 2019-cu il tarixdə səhər saatlarında polis əməkdaşları yaşadıqları evə gələrək onların oğurluqda şübhəli olduqlarını bildirmişlər. Ondan bu barədə soruşduqda o, törətmiş olduqları oğurluq hadisəsini etiraf etmişdir. Daha sonra izahatlarının alınması üçün onları Gəncə şəhər Nizami rayon Polis idarəsinə dəvət etmişlər. O, polis əməkdaşlarına bildirmişdir ki, Azərbaycan Dövlət Aqrar Universitetindən oğurladıqları notbuklardan 3 ədədini, 1 ədəd modemi və 2 ədəd mausu təqdim edə bilərlər. Qalan 12 ədəd notbukları isə “Xan bağı”na aparıb qoymuşlar. Onlar Azərbaycan Dövlət X12 X5rluq edərkən həmin 12 ədəd notbuku gecə saatlarında aparıb Xan Bağına qoyduqları üçün onları ətrafdan görən olmamışdır. O, bundan başqa əvvəllər hər hansı oğurluq və digər cinayət hadisəsi törətməmişdir. Ondan, Xəqanidən və Yadulladan başqa qeyd etdiyi oğurluq hadisəsində iştirak edən olmamışdır. O, oğurluqdan sonra bu barədə heç kimə məlumat verməmişdir. Həmin notbukların sonradan parkda 7 ədəd tapılması ola bilsin ki, parkda sahibsiz olduğu üçün kimlərinsə götürməsi ilə əlaqədar ola bilər. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ondan hər hansı şikayət və tələbinin olmadığını, eyni zamanda universitetdə təhsilini davam etdirmək istəməsini nəzərə alıb məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Azərbaycan Dövlət X3 fakültəsinin aqronom ixtisası üzrə təhsil alır. Təhsil aldığı universitet Gəncə şəhərində yerləşdiyi üçün universitetin yataqxanasında yaşayır. Onun universitetdən Yadulla və Xəqani adlı tanışları vardır. Dərsdən sonra onlar üçü birlikdə vaxt keçirirlər. xx xxxxxxx 2019-cu il tarixindən təxminən 3 gün əvvəl o, Xəqani və Yadulla “Xan bağı”nda oturub söhbət etmişlər. Yadulla bildirmişdir ki, sonuncuya təcili pul lazımdır. Yadulla təklif etmişdir ki, onun qaldığı universitet yataqxanasında olan internet paylayıcı modemi və televizoru oğurlayıb satsınlar. Xəqani bu vaxt Yadullaya bildirmişdir ki, yataqxanadan oğurluq etmək təhlükəlidir, çünki yataqxanadan həmin əşyaları oğurlasalar da, dəhlizə çıxdıqda həmin əşyalarla birlikdə müşahidə kamerası onları çəkə bilər. Buna görə də bu fikirlərindən daşınmışlar. Xəqani X9 tədris mərkəzinin binasında notbuklar olduğunu demişdir. Razılaşmışlar ki, xx xxxxxxx 2019-cu il tarixdən xx xxxxxxx 2019-cu il tarixə keçən gecə hamı yatdıqdan sonra həmin yerə gedib pəncərədən içəri daxil olsunlar və notbukları oğurlasınlar. Planları belə olmuşdur ki, Xəqani, Yadulla və o, hərəsi 1 ədəd notbuk oğurlasınlar. Lakin həmin notbukları satmayacaqdılar. xx xxxxxxx 2019-cu il tarixdə saat 02 radələrində o, Xəqani və Yadulla kirayə yaşadıqları evdən çıxıb X9 tədris mərkəzinə getmişlər. Onlar piyada evdən çıxıb X9 tədris mərkəzinin olduğu binaya çatdıqda daş hasarın üzərindən aşıb tədris mərkəzinin həyətinə daxil olmuşlar. Binanın pəncərəsinə yaxınlaşıb ətrafa baxmışlar və ətrafda heç kimin olmadığına əmin olmuşlar. O, evdən çıxarkən pəncərəni açmaq üçün özü ilə 1 ədəd mətbəx bıçağı götürmüşdür. O, həmin mətbəx bıçağını çıxarıb Yadullaya vermiş və hər ikisi pəncərəyə yaxınlaşmışlar. Xəqani isə təxminən 2-3 metr aralıda dayanıb ətrafı gözləmiş ki, gələn olarsa xəbər etsin. Yadulla mətbəx bıçağını pəncərənin iki çərçivəsinin arasına salıb yuxarıya doğru hərəkət etdirmişdir. Bıçaq pəncərənin cəftəsinə çatdıqda o, əli ilə itələyib pəncərəni açmışdır. O, pəncərədən içəri daxil olmuşdur. Daha sonra isə Yadulla və Xəqani içəri daxil olmuşlar. İçəridə kompyuter stolları, üzərlərində isə notbuklar olmuşdur. Onlar içəri daxil olduqdan sonra Yadulla təklif etmişdir ki, bütün notbukları oğurlasınlar. O və Xəqani Yadulla ilə razılaşmışlar və içərində olan 16 ədəd notbukdan 15 ədədini, 1 ədəd modemi və iki ədəd mausu oğurlamışlar. Oğurluğa getməzdən əvvəl 1 ədəd böyük əl çantasını və 1 ədəd bel çantasını özləri ilə götürmüşlər. O, Xəqani və Yadulla 3 ədəd notbuku, 1 ədəd modemi və 2 ədəd mausu götürüb bel çantasına qoymuşlar. Qalan 15 ədəd notbuku isə əl çantalarına qoymuşlar. Binaya daxil olduqları pəncərədən köməkli şəkildə həmin oğurladıqları notbukları həyətə çıxarmışlar. Xəqani və o, həmin vaxt hasarın üzərinə çıxıb Yadulladan notbukları almışlar və hasarın digər tərəfinə keçirmişlər. Yadulla da hasardan aşıb onlara yaxınlaşmış və köməkli şəkildə həmin notbukları yaşadıqları evə aparmışlar. Danışıqlarına əsasən 3 ədəd notbuku götürüb, hərəsi birini istifadə edəcəkdilər. Digər 12 ədəd notbuku isə satacaqdılar. Buna görə notbukları yaşadıqları evdə yataq otağına qoymuşlar. Səhəri gün o və Xəqani dərsə getmişlər. Yadulla isə evdə qalmışdır. O, dərsdə olarkən eşitmişdir ki, universitetin rəhbərliyi Süni mayalanma tədris mərkəzində baş vermiş oğurluqla bağlı polisə müraciət edibdir. Bunu öyrəndikdən sonra Xəqani ona və Yadullaya təklif etmişdir ki, notbukları Bakı şəhərinə aparıb satsınlar. xx xxxxxxx 2019-cu il tarixdə Yadulla və Xəqani oğurladıqları 15 ədəd notbukdan 6 ədədini Bakı şəhərinə aparmışlar. Lakin notbukları satmaq üçün maraqlandıqda sənəd istəmişlər. Sənəd olmadığı üçün həmin notbukları sata bilməmiş və xx xxxxxxx 2019-cu il tarixdə özləri ilə Gəncə şəhərinə kirayə yaşadıqları evə gətirmişlər. Həmin günün səhəri notbukları sata bilməyəcəklərini başa düşüb qərara gəlmişlər ki, notbukları aparıb “Xan bağı”nda atsınlar. Fikirləşmişlər ki, belə etsələr oğurluğu onların etdiyini heç kim bilməyəcək. Buna görə də xx xxxxxxx 2019-cu il tarixdə saat 01 radələrində Xəqani və Yadulla 15 ədəd notbukdan 12 ədədini özləri götürüb “Xan bağı”na aparmış və İsrafil Məmmədovun heykəlinin yaxınlığında olan pilləkənin yanına, ağacların altına qoymuşlar. 3 ədəd notbuku isə özlərində saxlamışlar. xx xxxxxxx 2019-cu il tarixdə Yadulla notbuklardan birini götürüb onun qaldığı yataqxanaya aparmışdır. Yadulla evdə internet olmadığı üçün həmin notbukla internetə qoşulacaqdı. Yadulla həmin notbuku istifadə etdikdən sonra onun qaldığı 504 nömrəli otaqda olan paltar dolabının altına qoymuşdur. xx xxxxxxx 2019-cu il tarixdə səhər saatlarında polis əməkdaşları yaşadıqları evə gələrək onların oğurluqda şübhəli olduqlarını bildirmişlər. Ondan bu barədə soruşduqda o, törətmiş olduqları oğurluq hadisəsini etiraf etmişdir. Daha sonra izahatlarının alınması üçün onları Gəncə şəhər Nizami rayon Polis idarəsinə dəvət etmişlər. O, polis əməkdaşlarına bildirmişdir ki, Azərbaycan Dövlət Aqrar Universitetindən oğurladıqları notbuklardan 3 ədədini, 1 ədəd modemi və 2 ədəd mausu təqdim edə bilərlər. Qalan 12 ədəd notbukları isə “Xan bağı”na aparıb qoymuşlar. Onlar Azərbaycan Dövlət X12 X5rluq edərkən onları ətrafdan görən olmamışdır. O, bundan başqa əvvəllər hər hansı oğurluq və digər cinayət hadisəsi törətməmişdir. Ondan, Xəqani və Yadulladan başqa qeyd etdiyi oğurluq hadisəsində iştirak edən olmamışdır. O, oğurluqdan sonra bu barədə heç kimə məlumat verməmişdir. Həmin notbukların sonradan parkda 7 ədəd tapılması ola bilsin ki, parkda sahibsiz olduğu üçün kimlərinsə götürməsi ilə əlaqədar ola bilər. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ondan hər hansı şikayət və tələbinin olmadığını, həmçinin universitetdə təhsilini davam etdirmək istəməsini nəzərə alıb məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasındazərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə göstərmişdir ki, hal-hazırda Azərbaycan Dövlət X6 Təbabəti və Zoomühəndislik fakültəsinin dekan əvəzi vəzifəsində işləyir. Həmin fakültənin Süni Mayalanma tədris mərkəzi vardır. Tədris mərkəzində tələbələrin dərsləri daha yaxşı qavraması üçün kompyuter otağı, otaqda isə 16 ədəd kompyuter vardır. Həmin kompyuterlər Çin Xalq Respublikasında istehsal edilmişdir. xx xxxxxxx 2019-cu il tarixdə səhər saatlarında işə gəldikdə onu rektor İbrahim Cəfərov öz otağına çağırıb Süni X10 15 ədəd notbuk və 1 ədəd Vifi internet ötürücü qurğunun oğurlandığını bildirmişdir. Daha sonra İbrahim müəllim bu barədə Gəncə şəhər Nizami rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Həmin notbukların 5 ədədinin üzərində “Windows 10”, 10 ədədinin üzərində isə “China Aid” sözləri yazılmışdırr. Vifi internet ötürücü qurğusu isə ağ rəngli və iki antenli olmuşdur. Baş vermiş oğurluq nəticəsində universitetə hər notbuka görə 730 manat, Vifi qurğusuna görə 50 manat, mausların hər birinə görə isə 10 manat olmaqla, ümumilikdə 11.020 manat maddi ziyan dəymişdir. İbtidai istintaq zamanı Azərbaycan Dövlət Aqrar Universitetinə dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən tam ödənildiyi üçün hər üç təqsirləndirilən şəxslərə qarşı hər hansı şikayət və tələbləri yoxdur. Məhkəmə iclasındaşahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri Dost Cəmiyyətində fəhlə işləyir. xx xxxxxxx 2019-cu il tarixdə səhər saatlarında “Xan bağı” adlanan istirahət parkına işə gəlmişdir. Parkda lazım olan yerlərdə bel vasitəsilə təmizləmə işləri aparıb İsrafil Məmmədovun heykəlinin yaxınlığına çatdıqda təxminən hündürlüyü 1 metr olan hasarın üzərinə notbuklar qoyulduğunu görmüşdür. Notbuklar açıq şəkildə hasarın üzərində idi. Həmin notbukların 7 ədəd olduğunu gördükdə və onların yanında sahiblərinin olmadığını gördükdə bu barədə Nizami rayon Polis İdarəsinə məlumat vermişdir. Daha sonra polis əməkdaşları gələrək həmin notbukları götürmüşlər. Bundan bir neçə saat sonra polis əməkdaşları adlarının sonradan Xəqani, İlqar və Yadulla olduğunu bildiyi şəxslərlə birlikdə notbukların qoyulduğu yerə gəlmiş, daha sonra isə notbuklara baxış keçirib götürmüşlər. Baxışla bağlı protokol tərtib edilmiş, o, digər iştirakçılarla birlikdə həmin protokolu imzalamışdır. O, xx xxxxxxx 2019-cu il tarixdə həmin yerdən 7 ədəd notbuk tapmış, tapdıqdan sonra da bu barədə dərhal Gəncə şəhər Nizami rayon Polis İdarəsinə məlumat vermişdir. Onun digər notbuklardan xəbəri olmamışdır. Məhkəmə iclasındaşahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, halhazırda Gəncə şəhər Nizami rayon Polis İdarəsinin, Cinayət Axtarışı Şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2019-cu il tarixdə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov ərizə ilə müraciət edərək xx xxxxxxx 2019-cu il tarixdən xx xxxxxxx 2019-cu il tarixə keçən gecə rəhbərlik etdiyi X4 və Zoomühəndislik fakültəsinin Süni X10 15 ədəd notbukun və 1 ədəd Vifi qurğusunun oğurlandığını bildirmişdir. Baş vermiş hadisə ilə bağlı əməliyyat-axtarış tədbirləri keçirilmiş, xx xxxxxxx 2019-cu il tarixdə Gəncə şəhərində yerləşən “Xan bağı” adlanan istirahət parkında təsərrüfat işləri ilə məşğul olan Dost cəmiyyətində fəhlə işləyən Şahid1 idarəyə məlumat verərək parkda 7 ədəd sahibsiz notbuk aşkar etdiyini və həmin notbukları götürüb təsərrüfat otağına qoyduğunu bildirmişdir. Bundan sonra o və digər əməliyyat müvəkkilləri həmin yerə getmişlər. Notbukları Qədir adlı şəxsdən təhvil aldıqdan sonra, həmin oğurluqda şübhəli olan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Gəncə şəhəri, P.Səmədov küçəsində müəyyən edib saxlamışlar. Həmin şəxsləri Nizami rayon Polis İdarəsinin inzibati binasına aparıb sorğu-sual etdikdə onlar törətmiş olduqları oğurluq hadisəsini etiraf etmişlər. Həmçinin bildirmişlər ki, notbuklardan 2 ədədi, 1 ədəd Vifi qurğusunu və 2 ədəd mausu kirayə yaşadıqları ünvan 5 ünvanındakı fərdi yaşayış evinin yataq otağındakı paltar dolabında, 1 ədəd notbuk Azərbaycan Dövlət Aqrar Universitetinin yataqxanasının 504 nömrəli otağında, qalan 12 ədəd notbuk isə “Xan bağı” adlanan parkdadır. Bundan sonra notbukların götürülməsi üçün onlar əvvəlcə kirayə yaşadıqları evə aparılmış, evdə yataq otağındakı paltar dolabına baxış zamanı 2 ədəd notbuk, 1 ədəd Vifi qurğusu və 2 ədəd maus Xəqani, İlqar və Yadulla tərəfindən könüllü təqdim edilmiş və müstəntiq tərəfindən götürülmüşdür. Bununla bağlı protokol tərtib edilərək imzalanmışdır. Daha sonra “Xan bağı” adlanan istirahət parkına getmiş, orada Xəqani, İlqar və Yadulla notbukları qoyduqları yeri təqdim etmişlər. Təqsirləndirilən şəxs3 bildirmişdir ki, notbukları birlikdə oğurlamışlar. Lakin həmin yerə 12 ədəd notbuku Yadulla və Xəqani gətirib qoymuşlar. Yadulla və Xəqani İlqarın dediklərini təsdiq etmişlər. Bundan sonra Şahid1 da iştirakı ilə 7 ədəd notbuka baxış keçirilib götürülmüşdür. Bununla bağlı protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Azərbaycan Dövlət Aqrar Universitetinin yataqxanasına getmiş, orada Təqsirləndirilən şəxs2 504 nömrəli otaqdakı paltar dolabının altından 1 ədəd notbuku çıxarıb təqdim etmişdir. Həmin notbuk da protokollaşdırılaraq götürülmüşdür. Daha sonra Xəqani, Yadulla və İlqar dindirilmələri üçün Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat idarəsinə təhvil verilmişlər. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəməəmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 1044 nömrəli rəyindən görünür ki, 1 ədəd üzərində “Windows 10” sözləri yazılmış Çin istehsalı İntel Core İ5, NVİDİA Geforce xüsusiyyətli notbukun 2019-cu ilin oktyabr ayına orta bazar qiyməti 300 manat, 1 ədəd üzərində “China Aid” sözləri yazılmış Çin istehsalı İntel Core İ5, NVİDİA Geforce xüsusiyyətli notbukun 2019-cu ilin oktyabr ayına orta bazar qiyməti 300 manat, 1 ədəd 2 antenalı TP-link markalı modemin 2019-cu ilin oktyabr ayına orta bazar qiyməti 15 manat, 2 ədəd kompyuter mausunun 2019-cu ilin oktyabr ayına orta bazar qiyməti 10 manat olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx xxxxxxx 2019-cu il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, oğurluq hadisəsi Gəncə şəhərində yerləşən Azərbaycan Dövlət X12 mayalanma tədris mərkəzində baş vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx xxxxxxx 2019-cu il tarixli “Baxış keçirilməsi və götürmə haqqında” protokollardan görünür ki, Gəncə şəhərində yerləşən Azərbaycan Dövlət X12 X10 Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən oğurlanmış notbuklardan 2 ədədi, 1 ədəd Vifi qurğusu və 2 ədəd maus kirayə yaşadıqları ünvan 5 ünvanındakı fərdi yaşayış evinin yataq otağındakı paltar dolabında, 1 ədəd notbuk Azərbaycan Dövlət Aqrar Universitetinin yataqxanasının 504 nömrəli otağında, qalan 7 ədəd notbuk isə “Xan bağı” adlanan parkdan özlərinin iştirakı ilə aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, 10 ədəd notbuk, 1 ədəd modem və 2 ədəd maus maddi sübut kimi tanınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 alınmış xx.xx.2020-ci il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəllər məhkum edilməmişlər. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olub bir qrup şəxs halında, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 göstərilən cinayət əməlini törətməkdə təqsirləri tam sübuta yetirilmiş və onların həmin əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Buna görə də, onlar həmin maddələrlə təqsirli bilinərək onlara cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədəkmüddətə azadlıqdan məhrum etmə cəzasınəzərdə tutulmuşdur. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri cinayətlərin təsnifatına görə az ağırcinayət hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarı). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına görə deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlüləlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailə şəraitlərinə təsirini nəzərə alır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan yaşayış yeri üzrə xasiyyətnamələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xasiyyətləndirilirlər. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan zərərçəkmiş şəxs Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 01-585 saylı ərizədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən universitetə dəymiş ziyan ödənildiyindən onlara qarşı heç bir iddiaları yoxdur. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 zərərçəkmiş şəxsə cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəmələrini, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin onlara qarşı heç bir şikayət və tələbinin olmamasını, onların ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmalarını, cinayət əməlini törədərkən onların universitetdə tələbə olmalarını, onların yaşayış yeri üzrə müsbət xarekterizə edilmələrini, törətdikləri cinayət əməlini səmimi etiraf edərək peşmançılıq çəkmələrini hər üç təqsirləndirilən şəxsin cəzalarını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur və cəzanı yüngülləşdirən hallar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərə cəza təyin edilən zaman nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onların cəzasını yüngülləşdirən hallarla yanaşı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağırcinayət törətmələrini), təqsirkarların şəxsiyyətini, onların tələbə olmalarını və hazırda da təhsillərini davam etdirmək istəklərini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmalarını, habelə təyin olunmuş cəzanın onların islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənləri nəzərə alıb məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təqsirli bilindikləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini, habelə onların cəzasını yüngülləşdirən hallarla yanaşı, cinayət əməlini səmimi etiraf edərək peşman olmalarını, cinayət əməlini törədərkən onların tələbə olmalarını və və hazırda da təhsillərini davam etdirmək istəklərini nəzərə alaraq, onların barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən sınaq müddəti təyin edilməklə onlara təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Belə ki, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza çəkmədən islah olunmalarını mümkün sayır, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərara gəlir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə müvafiq olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-cı maddəsinin tələblərinə görə həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2n və Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəmələri onların cəzasını yüngülləşdirən hal olduğundan onlara təyin olunacaq azadlıqdan məhrum etmə cəzası, onların təqsirləndirildiyi Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmənin son həddinin dörddə üçündən artıq ola bilməz. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə isə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokollardan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 xx xxxxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşlar. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx xxxxxxx 2019-cu il tarixli qərarlardan görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində “polisin nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş və onlar həmin tarixdə Gəncə şəhər Baş Polis İdarəsinin X13 azad edilmişlər. Göründüyü kimi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 03 (üç) gün müddətində şübhəli şəxs qismində Gəncə şəhər Baş Polis İdarəsinin X15 saxlanılmışlar. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərTəqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 03 (üç) gün müddətində şübhəli şəxs qismində tutulmasını nəzərə alaraq həmin müddətin onlara təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə müvafiq olaraq, təqsirləndirilən şəxslərin barəsində şərti məhkum etmə təyin edərkən, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini (yaşayış yeri üzrə müsbət xarakterizə edilmələrini və cinayəti törədərkən universitet tələbəsi olmalarını), onların təhsillərini davam etdirmək istəklərini, həmçinin cinayət əməlini səmimi etiraf edərək peşman olmalarını, cinayət əməli nəticəsində universitetə dəymiş zərəri könüllü şəkildə tamamilə ödəmələrini və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin onlara qarşı heç bir şikayət və tələblərinin olmamasını, habelə onların cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alıb, onlara törətdikləri cinayətə görə ittiham olunduqları maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilərək barələrində Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək onların islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunmasını mümkün hesab edir. Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Cinayət Məcəlləsinin 70.5 maddəsinə əsasən təqsirləndirilən şəxslərin üzərinə sınaq müddəti ərzində davranışları üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Həmçinin məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilməsini və həmin qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.5-ci maddəsinin tələbinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Həmçinin Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinin tələbinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarında saxlanma müddəti ərzində işdə saxlanmalı və ya maraqlı təşkilat və ya şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara təhvil verilməlidir. Qanunun həmin tələbi baxımından məhkəmə hesab edir ki, Gəncə şəhər Baş polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan iş üzrə maddi sübut kimi tanınmış 10 ədəd notbuk, 1 ədəd modem və 2 ədəd maus hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş hüquqi şəxs Azərbaycan Dövlət Aqrar Universitetinə qaytarılmalıdır. Eyni zamanda iş üzrə məhkəmə xərci olan 50 manat pul Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxslərTəqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadıqları üçün onlara dövlət büdcəsi hesabına müdafiəçilər təyin edilmişdir. Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi5 tərəfindən 20 (iyirmi) iş saatı, Təqsirləndirilən şəxs3 hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən 20 (iyirmi) iş saatı, Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 tərəfindən 20 (iyirmi) iş saat ıməsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi5, Müdafiəçi3 və Müdafiəçi4 vəkil işlədikləri Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına hər biri üçün 120 (yüz iyirmi) manat, cəmi 360 məbləğində pulköçürülməlidir. İş üzrə mülki iddia yoxdur, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353-cü və 356-cı maddələrini rəhbər tutub, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduğu 03 (üç) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələri tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 davranışı üzərində nəzarət onun qeydiyyatda olduğu və yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduğu 03 (üç) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələri tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarət onun qeydiyyatda olduğu və yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində tutulduğu 03 (üç) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələri tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 davranışı üzərində nəzarət onun qeydiyyatda olduğu və yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut olan Gəncə şəhər Baş polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan - 10 ədəd notbuk, 1 ədəd modem və 2 ədəd maus hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş hüquqi şəxs Azərbaycan Dövlət Aqrar Universitetinə qaytarılsın. İş üzrə məhkəmə xərci olan 50 manat pul Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləriMüdafiəçi5, Müdafiəçi3 və Müdafiəçi4 vəkil işlədikləri Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına qeyd olunanhərvəkilin adına120 (yüz iyirmi) manat məbləğində pul keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Roman Ələkbərli
Məhkəmə qərarları › İş №1(044)-45/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-45/2020
02.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver