Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-48/2022 08.06.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Musayev Musa Tofiq oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və ünvan 2ayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, tamah noyyəti ilə əmisi oğlu Şahid1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə xx.xx.2021-ci il tarixdə saat 10 radələrində ünvan 3 ünvanda yerləşən Tibb Kollecinin yataqxanasının həyətinin bir ədəd dəmir giriş qapısını və yataqxananın birinci mərtəbəsində yerləşən eyvanlarının 40 metr uzunluğunda dəmir məhəccərlərini gizli talamaqla zərəçəkmişə ümumilikdə 800 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, hal-hazırda heç yerdə işləmir və işləmədiyi üçün maddi gəliri yoxdur. xx.xx.2021-ci il tarixdə saat 10 radələrində o və əmisi oğlu Şahid1 Gəncə şəhərində yerləşən Tibb Kollecinin yararsız hala düşmüş yataqxanasının yanından keçərkən, pulları olmadığı üçün yataqxananın həyətinin giriş qapısını və eyvanının dəmir məhəccərlərinin sökülmüş vəziyyətdə olduğundan binanın yerləşdiyi küçəyə yerə yığmışlar. Bundan sonra Şahmarın tanışı taksi fəaliyyəti ilə məşğul olan İsfəndiyarın “VAZ 2107” markalı ** EF *** dövlət nömrə nişanlı avtomaşını ilə aparıb Musayevin qarajı adlanan metal qəbulu məntəqəsinə gedib cəmi 83 manata satmış və dəmirlərin ümumi çəkisini öyrənməmişlər, pulu Şahmar almış və onlar İsfəndiyarın avtomobili ilə geriyə yaşadıqları evə qayıtmışlar. Şahmar taksi taksi sürücüsü İsfəndiyara 5 manat pul vermişdir. xx.xx.2021-ci il tarixdə səhətsaat 10 radələrində polis əməkdaşları Şahmarı yaşadıqları küçədə saxlayaraq oğurluq etməkdə şübhəli olduğu üçün onu Nizami rayon Polis İdarəsinə apardıqlarını və onu cinayət məsuliyyətinə cəlb etdiklərini eşitdiyi üçün həmin vaxtdan bakı şəhərinə getmişdir. Bakı şəhərində Meyvəli adlanan yerdə Meyvə-tərəvəz alqı-satqısı ilə məşğul olmağa və fəhləlik etməyə başlamışdır. xx.xx.2021ci il tarixdə isə bakı şəhərində Nizami rayon Polis İdarəsinin əməkdaşları tərəfindən cinayət törətməkdə şübhəli olduğu üçün axtarışa verildiyini öyrənmişdir və həmin polis əməkdaşları ilə birlikdə Gəncə şəhərinə gəlmişlər. O, və əmisi oğlu Şahmar xx.xx.2021-ci il tarixdə saat 10 radələrində ünvan 4 ünvanda yerləşən Tibb Kollecinin yataqxanasının 1 ədəd dəir qapısını və eyvan məhəccərlərini oğurlamışlar. O, və Şahmar məhəccərlərin uzunluğunu dəqiq bilməmişlər və həmin məhəccərlərin uzunluğunu ölçməmişlər, təxminən 40 metr olardı. O, və Şahmar məhəccərləri oğurlayarkən orada kənar heç kim olmamış və hadisə zamanı onları görən olmamışdır. Həmin vaxt onlardan bu barədə soruşan olmamış, onlar da heç kimə heç nə deməmişdir. İsfəndiyar qapı və məhəccərlərin oğurluq olmasını bilməmişdir. O, və Şahmar nə Gəncə şəhəri, nə də ətraf rayonlarlın ərazilərində başqa hər hansı oğurluq və digər cinayət hadisəsi törətməmişlər. Onun və Şahmarın oğurluq etməyindən heç kimin məlumatı olmamışdır. Zərərçəkmişə dəymiş ziyan tam ödənilmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, X10 yataqxanasında mühafizəçi işləyən X4 23.01. 2021-ci il tarixdə, saat 10 radələrində Tibb Kollecinin yataqxanasına baş çəkən vaxt binanın birinci mərtəbəsində olan eyvanın məhəccərlərinin və binanın həyətinə daxil olmaq üçün qoyulmuş dəmir qapının yerində olmadığını görmüş, binanın həyətinə daxil olub arxa tərəfə keçəndə isə arxa birinci mərtəbədə olan məhəccərlərin də yerində olmadığını görmüş və dəmir qapının və məhəccərlərin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını başa düşmüş, bundan sonra Yaşar Yusifov bu barədə ona zəng edib məlumat vermişdir. X12 məxsus bir ədəd dəmirdən düzəldilmiş məhəccərlər oğurlanmaqla baş vermiş oğurluq hadisəsi nəticəsində X12 ümumilikdə 800 manat məbləğində maddi ziyan dəymişdir. Hazırda X12 dəymiş ziyan tam ödənilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş (zərərçəkmiş şəxsin nümayəndəsi) şahid X4 ifadəsində bildirdi ki, o, X10 yataqxanasında mühafizəçi işləyir. O, 23.01. 2021-ci il tarixdə, saat 10 radələrində Tibb Kollecinin yataqxanasına baş çəkən vaxt binanın birinci mərtəbəsində olan eyvanın məhəccərlərinin və binanın həyətinə daxil olmaq üçün qoyulmuş dəmir qapının yerində olmadığını görmüş, binanın həyətinə daxil olub arxa tərəfə keçəndə isə arxa birinci mərtəbədə olan məhəccərlərin də yerində olmadığını görmüş. Dəmir qapının və məhəccərlərin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını başa düşmüş və bundan sonra o, Tibb Kollecinin təsərrüfat işləri üzrə rəhbəri Tariyel müəllimə bu barədə zəng edib məlumat vermiş, Tariyel müəllim ona bu barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək məlumat verməsini bildirmişdir. O, da baş vermiş oğurluq hadisəsi barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Bundan sonra naməlum şəxs və ya şəxslərin Kollecə Məxsus dəmir qapını və məhəccərləri oğurlayıb metal qəbulu məntəqələrinə sata biləcəklərini güman etdiyi üçün onun özü dəmir yığılan məntəqələri gəzib oğurlanmış qapı və məhəccərləri axtarmağa başlamışdır. O, Gəncə şəhərinin çıxışında, daha dəqiq “Əlillərin” dairəsi adlanan ərazidə “Musayevin qarajı” kimi tanınan yerdə yerləşən metal qəbulu məntəqəsinə getmiş, həmin ərazidə toplanan müxtəlif çeşiddə metallara baxanda orada Kollecin yataqxanasından oğurlanmış eyvanların dəmir məhəccərlərini və binanın həyətinə açılan dəmirdən düzəldilmiş giriş qapısını tapmış, daha sonra polis əməkdaşlarının iştirakı ilə həmin yerə baxış keçirilmiş, kolecin yataqxanasından oğlurlanmış eyvanların dəmir məhəccərləri və binanın həyətinə açılan dəmirdən düzəldilmiş giriş qapısı ona təhvil verilmiş, o, da həmin metal məmulatlarını aparıb X10 həyətinə yığçışdır. X12 məxsus bir ədəd dəmirdən düzəldilmiş məhəccərlər oğurlanmaqla baş vermiş oğurluq hadisəsi nəticəsində X12 ümumilikdə 800 manat məbləğində maddi ziyan dəymişdir. Hazırda X12 dəymiş ziyan tam ödənilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid X6 ifadəsində bildirdi ki, xx.xx.2021-ci il tarixdə, saat 10 radələrində o, əmisi oğlu Təqsirləndirilən şəxs ilə birlikdə Gəncə şəhərində yerləşən X10 yarasız hala düşmüş yataqxanasının yanından keçib gedərkən pulları olmadığı üçün yataqxananın həyətinin giriş qapısını və eyvanının dəmir məhəccərlərini oğurlayıb metal qəbulu məntəqəsində satmaq qərarına gəlmişlər. Onlar yataqxananın həyətinin giriş qapısını və eyvanının uzunluğunu bilmədiyi dəmir məhəccərlərini oğurlayıb binanın yerləşdiyi küçəyə tərəf yığmışlar. Bundan sonra o, taksi fəaliyyəti ilə məşğul olan İsfəndiyar adlı tanışına zəng edərək həmin yerə çağırmış, sonuncu idarə etdiyi “VAZ-2107” markalı, 20 EF-873 dövlət nömrə nişanlı avtomobili ilə Kollecin Binasının yerləşdiyi küçəyə gəlmişdir. O, əmisi oğlu Orxanla birlikdə oğurladıqları yataqxananın həyətinin giriş qapısını və eyvanın dəmir məhəccərlərini avtomobilin yük yerinə yığmışlar, daha sonra aparıb “Musayevin qarajı” adlanan yerə aparıb orada metal dəbulu mətəqəsində sataraq ümumilikdə 27 manat məbləğində pul əldə etmişlər. Onlar daha sonra İsfəndiyarın idarə etdiyi “VAZ-2107” markalı, 20 EF-873 dövlət nömrə nişanlı avtomobili ilə yaşadıqları evə qayıtmışlar. O, İsfəndiyara 5 manat pul vermişdir. xx.xx.2021-ci il tarixdə saat 10 radələrində polis əməkdaşları onu yaşadıqları küçədə saxlayaraq oğurluq etməkdə şübhəli olduğunu bildirmilər və onu Nizami rayon Polis İdarəsinə aparmışlar. O, əmisi oğlu Təqsirləndirilən şəxs ilə birlikdə oğurluq cinayəti törətdiyini etiraf etmişdir. Onlar oğurluq cinayətini törədən vaxt küçədə heç kim olmamış və kənardan heç kim onları görməmişdir. Onlar qapını və eyvanın dəmir məhəccərlərini metal qəbulu məntəqəsinə satrakən oğurluq olduğunu bildirməmişlər. Eyni zamanda İsfəndiyar adlı şəxsdə bir ədəd qapı və eyvanın dəmir məhəccərlərinin oğurluq olduğunu bilməmişdir. Onların oğurluq etmələri barədə heç kimin məlumatı olmamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, o, özünə məxsus “VAZ-2107” markalı, 20 EF-873 dövlət nömrə nişanlı avtomobili ilə taksi fəaliyyəti ilə m əşğul olaraq ailəsini dolandırır. O, adətən “Milli” marketin yaxınlığında dayanaraq müştəri gözləyir. Şahid1 bir neçə ildir tanıyır, sonuncu onun avtomobilinə müştəri kimi minmiş, hətta hər hansı yerə getmək üçün taksi avtomobili lazım olanda onun istifadəsində olan mobil telefona zəng edib olduğu yerə çağırmış və o, da həmin yerə gedib Şahid1 müştəri qismində sifariş etdiyi ünvana aparmışdır. xx.xx.2021-ci il tarixdə saat 11 radələrində “Milli” marketin yaxınlığında dayanıb müştəri gözləyən vaxt Şahid1 yanında tanımadığı bir kişi ilə ona yaxınlaşmış, Şahid1 özünə məxsus dəmir məmulatlarını metal qəbulu məntəqəsinə aparmalı olduğunu bildirmiş və yanındakı şəxslə birlikdə onun avtomobilinə əyləşmiş, X10 yataqxanasının yerləşdiyi küçəyə avtomobili sürməyi bildirmişdir. Onlar Şahid1 dediyi ünvana satmışlar, sonuncu yanındakı bir nəfər şəxslə birlikdə yerə yığılmış dəmir eyvan məhəccərlərini və bir ədəd dəmir qapını onun avtomobilinin yuxarı yük yerinə yığmışlar. Bundan sonra Şahid1 “Musayevin qarajı” adlanan yerə gedib həmin dəmir məmulatları oradakı metal qəbulu məntəqəsinə satacaqlarını ona bildirdiyi üçün o, avtomobili həmin ünvana sürmüşdür. Onlar həmin metal qəbulu məntəqəsinə çatmışlar, Şahid1 avtomobilə qüklədikləri dəmir məmulatları oradakı tanımadığı şəxsə satıb onun bilmədiyi məbləğdə pul almış və yol haqqı olaraq Şahid1 ona 5 manat pul vermişdir. Şahid1 yanında olan onun tanımadığı bir kişi cinsindən olan şəxslə onun avtomobilinə dəmirdən düzəldilmiş bir ədəd qapı və təxminən 35-40 metr uzunluğunda eyvan məhəccərləri yükləmişlər. Şahid1 həmin dəmir məmulatlarının özünə məxsus olduğunu bildirmişdir. O, həmin dəmir məmulatlarının oğurluq olduğunu bilməmiş, bu barədə məlumatı olmamışdır. Onun həmin dəmir məmulatlarının oğurluq olmasından məlumatı olsaydı, həmin dəmir məmulatlarını avtomobilinə yükləyib metal qəbulu məntəqəsinə aparmazdı və dərhal bu barədə polisə məlumat verərdi. İstintaqda verilmiş və məhkəmə iclasında tədqiq edilmiş edilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o, “Rasimoğlu MMC”-də anbardar işləyir və onun işi metal tullantılarının alqısatqısından ibarətdir. xx.xx.2021-ci il tarixdə saat 11 radələrində “VAZ 2107” markalı, 20 EF-873 dövlət nömrə nişanlı avtomaşınla 2 nəfər tanımadığı təxminən 25-30 yaşlarında olan kişi və bir nəfər taksi sürücüsü onun işlədiyi anbara gəlmiş və həmin şəxslər avtomobilin yuxarı yük yerində olan bir ədəd dəmir qapı və bir neçə ədəd əzilmiş vəziyyətdə olan eyvan məhəccərlərini göstərib satmaq istədiklərini demişlər, o, b ir kq-nı 27 dəpikdən qəbul etdiklərini bildirmişdir. Həmin şəxslər razılaşmış, üstündə dəmir qapı və məhəccərlər olan avtomaşın yüklə birlikdə tərəziyə çıxarılmış, əvvəlcə avtomaşınla birlikdə yük, daha sonra isə yalnız avtomaşın tərəzidə çəkilmişdir. Dəmir qapı və məhəccərlərin ümumilikdə 305 kq.m olduğu müəyyən olunmuşdur. O, dəmirlərin çəkisinə uyğun olaraq həmin tanımadığı iki şəxslərdən daha uzun boylu olanına 83 manat pul vermişdir. Həmin şəxslər pulu aldıqdan sonra oradan çıxıb getmişlər. Həmin şəxslər anbardan çıxıb getdikdən təxminən bir saat sonra adını Yusif qızı təqdim edən bir nəfər kişi anbara gələrək özünü təqdim etmiş, anbara göz gəzdirərək həmin iki nəfər tanımadığı şəxslərin anbara gətirib satdıqları bir ədəd dəmir qapı və eyvan məhəccərlərinin Tibb Kollecinin yataqxanasına məxsus olduğunu demiş, kollecdən oğurluq olması barədə polisə məlumat verdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları oraya gələrək həmin dəmir qapı və məhəccərlərə baxış keçirtmişlər. O, adlarını bilmədiyi şəxslərdənb aldığı dəmir qapı və eyvan məhəccərlərinin oğurluq olmasını bilməmiş və həmin şəxslər satdıqları metalların özlərinə məxsus olduğunu bildirmişlər. O, aldığı dəmir qapı və eyvan məhəccərlərinin oğlurluq olduğunu bilmiş olsaydı polisə dərhal məlumat verdi. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, ünvan 3 ünvanda yerləşən Tibb Kollecinin yataqxanasının məhəccərləri oğurlanmış eyvanları və baxış zamanı iştirak edən X4 yataqxananın həyətinə açılan giriş qapısının oğurlandığı yeri göstərir, bu barədə fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2021-ci il tarixli baxış keçirilməsi, götürmə aparılması və tanınmaya təqdim olunması barədə protokoldan görünür ki, X4 ”Rasimoğlu” MMC-yə məxsus metal qəbulu məntəqəsinin həyətində toplanmış müxtəlif çeşiddə işlənmiş vəziyyətdə olan metallar topasının arasından X10 yataqxanasının eyvanlarına məxsus məhəccərləri tanıyıb göstərərkən fotoşəkillər çəkilmiş və protokola əlavə edilmişdir. Məhkəmə iclasında iş materiallarında olan DVD diskə videogörüntüyə baxılarkən müəyyən edilmişdir ki, şəxsiyyətləri istintaqa məlum olmayan bir iki nəfər şəxslər satılması üçün ora gətirilən ilk görünüşdən dəmirdən hazırlanmış məhəccərlərə bənzəyən dəmir məmulatlarını kənara daşıması üçün tərəzidə çəkib kisələrdə “Muravey” tipli motoskletə yüklənir, müşahidə kamerası önünə orada olan hündürboy, başında “adidas” sözləri yazılmış qara rəngli papaq olan şəxs görünür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə ekspertizası mərkəzinin xx.xx.2021-ci il tarixli 9/614 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən 2 adda malların istifadə olunması nəzərə alınmaqla 2021-ci ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 135.00 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir (ekspertiza xərci 50 manat). Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan təqsirləndirilən şəxsin barəsində axtarış elan etmə haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan təqsirləndirilən şəxsin barəsində axtarış elan etmə haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan təqsirləndirilən şəxsin barəsində axtarış elan etmə haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə tutularaq Gəncə şəhər Baş Polis İdarəsinin MSY-nə təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə dair xx.xx.2021-ci il tarixli qəradan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(044)-48/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlli bilinən Təqsirləndirilən şəxs barəsində olan “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmiş və barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan axtarışda olan şəxsin tutulması barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhərində tutularaq, xx.xx.2022-ci il tarixdə Gəncə şəhər 1-ci Polis Şöbəsinə gətirilmiş və Gəncə şəhər Baş Polis İdarəsinin MSY-nə təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X10 direktoru T.Əliyevin xx.xx.2021-ci il tarixli 1-3/115 saylı məktubundan görünür ki, X12 dəymiş ziyan metal şəklində kompensasiya olunmaqla ödənilmişdir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək, əməlindən səmimi peşman olmasını, zərərçəkmişə dəymiş ziyanın tam ödənilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman Azərbaycan Respublikası CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, ailədə yeganə qazang gətirən şəxs olmasını, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Qaradağ rayonu, Əziz Əliyev küçəsi, ev 55A ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan 02 (iki) gün, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan 07 (yeddi) gün, cəmi 09 (doqquz) gün müddətində tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan 02 (iki) gün, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan 07 (yeddi) gün, cəmi 09 (doqquz) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalında həbsdən azad edilməli, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməlidir. X10 yataqxanasının həyətinə açılan bir ədəd dəmirdən düzəldilmiş qapı və Kollecin yataqxanasının həyətindən oğurlanmış dəmir giriş qapı və kollecin yataqxanasının eyvanlarının məhəccərlərinin saxlanması üçün X3 təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 344- 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) aymüddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan 02 (iki) gün, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan 07 (yeddi) gün, cəmi 09 (doqquz) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, 18 (on səkkiz) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 05 (beş) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Qaradağ rayonu, Əziz Əliyev küçəsi, ev 55A ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. X10 yataqxanasının həyətinə açılan bir ədəd dəmirdən düzəldilmiş qapı və Kollecin yataqxanasının həyətindən oğurlanmış dəmir giriş qapı və kollecin yataqxanasının eyvanlarının məhəccərlərinin saxlanması üçün X3 təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №1(044)-48/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-48/2022
08.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver