Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-49/2020 23.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məhkəmə iclasının katibləri X2 və Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X9, Zərərçəkmiş şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxx 1955-ci ildə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, dul, işləməyən, əvvəllər məhkum olunmuş, Kəlbəcər rayonunun Məmmədsəfi kəndində qeydiyyatda olmaqla, Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi, Azərbaycan Dövlət Aqrar Universitetinin 6 saylı yataqxanasında yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.2 və 127.2.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinəaçıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.2 və 127.2.3-cü maddələri ilə təqsirləndirilir ondan ötrü ki, o, xx.xx.2019-cu il tarixdə saat 12 radələrində Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetinin 6 saylı yataqxanasının yaxınlığında tanışı Şahid3 qızı X3 cehizlik əmlakı həmin yataqxanada olan evinə aparılarkən o, Zərərçəkmiş şəxs oğlu Şahid1 ona nalayiq söyüşlər söyməsinin səbəbini soruşarkən Şahid1 ona nalayiq söyüşlər söymədiyini deyib oradan uzaqlaşmış, həmin vaxt Zərərçəkmiş şəxs ona yaxınlaşaraq nə üçün oğlu Şahid1 ilə mübahisə etməsinin səbəbini soruşarkən, heç bir səbəb olmadan, xuliqanlıq niyyəti ilə, yaxın qohumu hesab olunan oğlu Şahid1 gözü qarşısında xüsusi amansızlıqla, yəni ona əzab verdiyini dərk etməklə təpik ilə Zərərçəkmiş şəxs sol ayağına bir neçə dəfə zərbə ilə vuraraq sol qamış sümüyünün bayır kandilusunun qapalı sınığı, sol diz qapağının ön səthinin qançır və sıyrıqları xəsarətləri ilə müşayiət olunan həyatı üçün təhlükəli olmayan, sağlamlığının uzun müddətə pozulmasına səbəb olan xüsusi amansızlıqla və xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.2 və 127.2.3-cü maddələri ilə irəli sürülmüş ittihamla bağlı məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə saat 12 radələrində Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetinin 6 saylı yataqxanasının yaxınlığında tanışı Şahid3 qızı X3 cehizlik əmlakı həmin yataqxanada olan evinə aparılarkən o, Zərərçəkmiş şəxs oğlu Şahid1 ona nalayiq söyüşlər söyməsinin səbəbini soruşarkən Şahid1 ona nalayiq söyüşlər söymədiyini deyib oradan uzaqlaşmış, həmin vaxt Zərərçəkmiş şəxs ona yaxınlaşaraq nə üçün oğlu Şahid1 ilə mübahisə etməsinin səbəbini soruşarkən, yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı Zərərçəkmiş şəxs sol ayağına vuraraq sol qamış sümüyünün bayır kandilusunun qapalı sınığı, sol diz qapağının ön səthinin qançır və sıyrıqları xəsarətləri ilə müşayiət olunan həyatı üçün təhlükəli olmayan, sağlamlığının uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurmuşdur, yəni Təqsirləndirilən şəxsAzərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.2 və 127.2.3-cü maddələri ilə deyil, həmin Məcəllənin127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Cinayət işinin məhkəmə baxışı zamanı iş üzrə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.2 və 127.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və onun oğlu Şahid1 adlarını Kəlbəcər rayon sakini kimi eşitmiş, lakin üzdən Naziləni tanısa da, onun oğlu Fədaili tanımamışdır. Şahid3 qonşuluqda yaşayan bir şəxs kimi tanıyır. Belə ki, Dünya onun yaşadığı yataqxananın yaxınlığında olan kafelərdən birində kətə bişirərək satdığı üçün o, mütəmadi olaraq Dünyanın yanına nahar etmək məqsədi ilə gedib gəlmişdir. Nazilənin oğlu Fədail təxminən 8 il əvvəl Dünyanın qızı Rəvanə ilə ailə həyatı qurmuş və bir il olar ki, aralarında olan şəxsi münasibətlər zəmnində mübahisələri ilə bağlı məhkəmə qaydasında boşanmışlar. 2019-cu ilin yay aylarında Dünya ona bildirmişdir ki, keçmiş kürəkəni Fədail onun adına söz çıxarmışdır ki, güya onun Dünya ilə hər hansısa münasibəti olmuş və bu barədə Dünya Fədail ilə onun haqqında danışdıqları zaman Fədail onun ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətmişdir. Həmçinin Zərərçəkmiş şəxs və oğlu Şahid1 onun özünün və həyat yoldaşının ünvanına nalayiq söyüşlər söymüşlər. Zərərçəkmiş şəxs və oğlu Şahid1 onun özünün və həyat yoldaşının ünvanına nalayiq söyüşlər söyərkən onların səsini də yazmış və hazırki cinayət işinin ibtidai istintaqı zamanı rəsmi qaydada müstəntiqə təqdim etmişdir. xx xxxx 2019-cu il tarixdə o, hər gün olduğu kimi yaşadığı Gülüstan qəsəbəsində Azərbaycan Dövlət Aqrar Universitetinin 6 saylı yataqxanasının yaxınlığında olmuşdur. Saat 11 radələrində orada olan çayxanaya getdiyi zaman tanışları Hüseyin, Rəhbər və Novruz ilə rastlaşaraq oturub çay içib müxtəlif mövzularda söhbət etmişlər. Saat 12 radələrində çayxanada olan adını xatırlamadığı şəxslərdən birinin Dünyanın qızının cehizlərinin gətirildiyini və keçmiş kürəkəni Fədailin anası Nazilə ilə birlikdə Mərkəzdə olan Minarənin köşkünün qarşısında dayandıqlarını dediyini eşitmişdir. O, mərkəzə tərəf baxanda görmüşdür ki, orada Nazilə və ondan təxminən 5-6 metr aralıda bir nəfər uzun boylu oğlan, yəni Fədail dayanmışdır. Bu vaxt o, oturduğu çayxanadan duraraq Fədail ilə Nazilənin yanına getmişdir ki, orada Fədaildən hansı məqsədlə onun və ailə üzvlərinin ünvanına söyüşlər söydüyünü soruşsun. O, Fədailin yanına çataraq ondan həmin şəxsin Fədail olub-olmadığını soruşmuşdur. Bu vaxt sonuncu Fədail olduğunu təsdiq edərək onun kim olduğunu soruşduğu zaman o, Fədailə ona adının Haqverdi olduğunu demişdir. Bu vaxt Fədail onun yanından uzaqlaşıb çıxıb getmişdir. O, Fədailin arxasınca çağıraraq Fədaili söhbət etməyə dəvət etdiyi zaman Zərərçəkmiş şəxs gəlib əlində saxladığı su qabını onun baş nahiyyəsinə vurmuş, nəyə görə oğlu ilə mübahisə etdiyini soruşaraq onunla mübahisə etməyə başlamışdır. Bundan sonra Fədail ondan daha da uzaqlaşmışdır. Nazilə isə qışqır-bağır salaraq özünü qaldırıb bir neçə dəfə yerə vuraraq özünə xəsarət yetirmişdir. Bundan sonra səs-küyə bir qədər əvvəl onunla birlikdə oturub çay içən yoldaşları və oğlu Nadir gələrək onu aralayaraq evinə aparmışlar, Fədail isə anası Nazilə ilə birlikdə gəldikləri avtomobilə minərək çıxıb getmişlər. O, Zərərçəkmiş şəxs vurmamışdır. Ona görə də barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şahid1 onun övladıdır. Fədail 2012-ci ildə X5 ilə rəsmi olaraq ailə həyatı qurmuşdur. Bu nikahdan onların iki övladı dünyaya gəlmişdir. Təxminən 7 il birlikdə yaşadıqdan sonra ailə problemləri ilə bağlı Fədail ilə Rəvanə ayrılmağa qərar vermişlər və onlar Kəlbəcər rayon Məhkəməsinin qərarı ilə 2018-ci ildə rəsmi olaraq boşanmışlar. Rəvanə ilə Fədail boşandıqdan sonra Rəvanənin onların yaşadığı Abbas Səhhət küçəsində olan evində bəzi cehizlik əşyaları qalmışdır. Rəvanənin cehizləri onların yaşadığı evdə narahatçılıq yaratdığından o, Kəlbəcər rayon İcra Hakimiyyətində müraciət edərək bildirmişdir ki, keçmiş gəlini onun evində qalan cehizlik əşyalarını aparmır və bununla bağlı köməklik istəmişdir. Bu məqsədlə Kəlbəcər rayon İstisu kənd nümayəndəsi olan Şahid5 təhkim edilmişdir ki, onun iştirakı ilə Rəvanənin cehizlərini yaşadıqları Azərbaycan Dövlət Aqrar Universitetinin 6 saylı yataqxanasında olan evlərinə aparsınlar. Odur ki, xx xxxx 2019-cu il tarixdə səhər saatlarında Şahid5 onun Abbas Səhhət küçəsində olan evinə gəlmişdir. Orada Şahid5 iştirakı ilə siyahı üzrə Rəvanənin onlarda qalan cehizlərini yük avtomobilinə yığmışlar. Daha sonra oğlu Fədail və Şahid5lə birlikdə Gülüstan qəsəbəsində yerləşən Rəvanənin yaşadığı yataqxananın qarşısına getmişlər. Oraya çatarkən Rəvanənin anası Dünya onları qarşılamışdır. Bu vaxt onlar kənarda dayanmış, Şahid5 isə siyahı üzrə gətirmiş olduğu cehizlik əşyalarını Rəvanənin anası Dünyaya təhvil vermişdir. Onlar gözləmişlər ki, Dünya evində əşyalara baxış keçirdikdən sonra gəlib akta imza etsin. Bu vaxt saat 12 radələrində adını sonradan bildiyi Haqverdi adlı şəxs oraya gələrək Fədailə yaxınlaşıb adının nə olduğunu soruşmuşdur. Fədail ona adını təsdiq etdikdən sonra Haqverdi Fədaildən onu tanıyıb-tanımadığını və hansı səbəbə Dünyanın vasitəsi ilə ona söyüşlər söydüyünü soruşmuşdur. Fədail Haqverdiyə onu tanımadığını və heç kimin vasitəsi ilə ona söyüşlər söymədiyini deyib oradan kənarlaşıb getmiş və avtomobilinin arxasına keçmişdir. Daha sonra o, Haqverdidən nə istədiyini, nəyə görə oğlu ilə mübahisə etdiyini soruşaraq Haqverdi ilə mübahisə etməyə başlamışdır. Həmin vaxt Haqverdi ayağı ilə onun sol ayağının diz nahiyyəsinə bir neçə dəfə vuraraq xəsarət yetirmişdir. O, aldığı xəsarətlərdən yerə yıxılmışdır. Bu vaxt oradakı səs-küydən onların mübahisə etmələrini eşidən oğlu Fədail də oraya gəlmiş və onu idarə etdiyi avtomobilin yanına gətirərək avtomobilə mindirib aparmışdır. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir və ona azadlıqdan məhrum etmə cəzası təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki,2012-ci ildə X5 ilə rəsmi olaraq ailə həyatı qurmuşdur. Bu nikahdan iki övladı dünyaya gəlmişdir. Təxminən 10 il birlikdə yaşadıqdan sonra ailə problemləri ilə bağlı Rəvanə ilə ayrılmağa qərar vermişlər və Kəlbəcər rayon Məhkəməsinin qərarı ilə 2018-ci ildə rəsmi olaraq boşanmışlar. Rəvanə ilə boşandıqdan sonra onların yaşadıqları Abbas Səhhət küçəsində olan evlərində bəzi cehizlik əşyaları qalmışdır. Rəvanənin cehizləri onların yaşadıqları evdə onlara narahatçılıq yaratdığından o, Kəlbəcər rayon İcra Hakimiyyətinə müraciət etmişdir ki, keçmiş arvadı Rəvanə evində qalan cehizlik əşyalarını aparmır, bununla bağlı İstisu kənd nümayəndəsi olan Şahid5 təhkim edilmişdir ki, sonuncunun iştirakı ilə Rəvanənin cehizlərini yaşadığı Azərbaycan Dövlət Aqrar Universitetinin 6 saylı yataqxanasında olan evlərinə aparsınlar. Bu məqsədlə xx xxxx 2019-cu il tarixdə səhər saatlarında o, İlqar adlı kənd nümayəndəsi ilə görüşüb onunla birlikdə Abbas Səhhət küçəsində olan evlərinə gəlmişdir. Orada Şahid5 iştirakı ilə siyahı üzrə Rəvanənin onlarda qalan cehizlərini yük avtomobilinə yığmışlar. Daha sonra anası Nazilə və Şahid5lə birlikdə onun idarə etdiyi “Mercedes Benz” markalı avtomobillə Gülüstan qəsəbəsində Azərbaycan Dövlət Aqrar Universitetinin 6 saylı yataqxanasında yerləşən Rəvanənin yaşadığı evin qarşısına gəlmişlər. Oraya çatarkən Rəvanənin anası Dünya onları qarşılamışdır. Bu vaxt onlar kənarda dayanmış, Şahid5 isə siyahı üzrə gətirmiş olduqları cehizlik əşyalarını Rəvanənin anası Dünyaya təhvil vermişdir. Bir qədər sonra Şahid5 onların yanına gələrək dayanmışdır ki, Dünya əşyalara baxış keçirdikdən sonra gəlib akta imza etsin. Həmin vaxt saat 12 radələrində Təqsirləndirilən şəxs ona yaxınlaşaraq adının nə olduğunu soruşmuşdur. O, Haqverdiyə adının Fədail olduğunu demişdir. Sonra Haqverdi ona nəyə görə Dünyanın vasitəsi ilə ona söyüşlər söydüyünü soruşmuş, o isə Haqverdiyə söyüşlər söymədiyini demiş, Haqverdi ilə onun arasında mübahisənin şiddətləndiyini görüb oradan qaçıb kənarlaşıb getmiş və avtomobilinin yanına keçmişdir. O, gedib avtomobilinin yanında gözləyərkən səs-küy eşitdiyindən anası Nazilənin yanına gəlmiş, bu zaman anasının yerə yıxıldığını görmüş və bilmişdir ki, Haqverdi anası Nazilə ilə də mübahisə etmiş və ona xəsarət yetirmişdir. O, anasını idarə etdiyi avtomobilin yanına gətirib, anasını avtomobilinə mindirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, onun qızı X5 2008-ci il tarixdə Şahid1la ailə həyatı qurmuş və bu nikahdan onların iki övladı dünyaya gəlmişdir. Təxminən 10 ilə yaxın Rəvanə Fədail ilə ailə həyatı yaşadıqdan sonra 2018-ci il tarixdə Kəlbəcər rayon Məhkəməsinin qərarı ilə boşanmışlar. Rəvanə boşandıqdan sonra köçərək gəlib onun yanında, yəni Gülüstan qəsəbəsində olan yataqxanadakı evlərində qalmağa başlamışdır. Rəvanə boşanıb gəldikdən sonra o, bir neçə dəfə Fədailin evinə gedərək orada qalan cehizlərini gətirmək istəsə də, Fədail və anası Nazilə onların qalan cehizlərini qaytarmamışlar. Təqsirləndirilən şəxs uzun müddətdir ki, qonşuluqda yaşayan bir şəxs kimi tanımışdır. O, evinin yaxınlığında olan restoranlardan birində kətə bişirərək satıb ailəsini dolandırır. Haqverdi adlı şəxs isə arabir müştəri kimi onun yanına gələrək ondan kətə alıb aparmışdır. Fədail son zamanlarda onun yanına gələrək güya onun Haqverdi ilə aralarında hər hansısa bir münasibətlərinin olmasını deyib, ona təhqiramiz sözlər işlətmişdir, həmçinin Haqverdinin barəsində də ona təhqiramiz sözlər demişdir. O isə Fədailə hər dəfə demişdir ki, Haqverdi ilə onun heç bir əlaqəsi yoxdur. xx xxxx 2019-cu il tarixdə səhər saatlarında yaşadığı evində olan zaman Kəlbəcər rayon İcra Hakimiyyətinin nümayəndəsi kimi tanıdığı Şahid5 ona zəng edərək siyahı üzrə qızı Rəvanənin ər evində qalmış cehizlərini gətirdiklərini bildirərək ondan yataqxananın qarşısına düşməyini istəmişdir. O, bir qədər sonra Şahid5 yanına gəlmiş, həmin vaxt Fədail də anası Nazilə ilə birlikdə orada olmuşlar. O, İlqarla siyahı üzrə cehizləri götürüb evinin qarşısına aparmışdır. Şahid5lə əşyalara baxış keçirdikləri zaman kənardan Nazilənin qışqıraraq onun ünvanına nalayiq söyüşlər söydüyünü eşitmiş, lakin ona hay verməmişdir. Bundan bir qədər sonra o, Şahid5lə təhvil-təslim etmiş və akta qol çəkdikdən sonra çıxıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun atasıdır. O, atası ilə eyni qəsəbədə yaşayır. Zərərçəkmiş şəxs və onun oğlu Şahid1 əvvəllər Kəlbəcər rayon sakini kimi tanımışdır. xx xxxx 2019-cu il tarixdə hər gün olduğu kimi yaşadığı Gülüstan qəsəbəsində Azərbaycan Dövlət Aqrar Universitetinin 6 saylı yataqxanasının ərazisində olmuşdur. Saat 12 radələrində bacanağı Süleyman adlı şəxsin yataqxananın mərkəzində işlətdiyi çayxanaya getdiyi zaman səs-küy eşidərək atası Haqverdinin Zərərçəkmiş şəxs oğlu Şahid1 ilə mübahisə etdiklərini görüb onlara tərəf getmişdir. O, atasının yanına çatdığı zaman Nazilənin oğlu Fədail oradan kənarlaşıb getmiş və özünə məxsus “Mercedes Benz” markalı avtomobilinin arxasına keçmişdir. Nazilə isə atasının ünvanına söyüşlər söymüşdür. Bu vaxt o, atasını kənara çəkərək oradan uzaqlaşdırmışdır. Nazilə isə oğlu Fədailin yanına gedərək avtomobillərinə minib çıxıb getmişlər. Yolda gedərkən atasından nə baş verdiyini soruşduqda atası bildirmişdir ki, o, Şahid1la, sonra isə Nazilə Şirinovla mübahisə etmiş və mübahisə zamanı Nazilə əlində olan su qabı ilə atasının baş nahiyyəsindən vuraraq xəsarət yetirmişdir. Daha sonra isə o, şəxsi işləri ilə bağlı qəsəbədən çıxıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2012-ci ildən Kəlbəcər rayon İcra Hakimiyyətinin İstisu qəsəbə nümayəndəsi vəzifəsində işləyir. Zərərçəkmiş şəxs, Şahid1, Təqsirləndirilən şəxs və Şahid3 uzun müddətdir ki, Kəlbəcər rayon sakinləri kimi tanıyır. Şahid3 qızı X13 Şirinovanın oğlu Şahid1 ilə rəsmi olaraq ailə həyatı qurduqdan bir müddət sonra aralarında baş vermiş ailə münasibətləri zəminində anlaşılmamazlıqla bağlı Kəlbəcər rayon Məhkəməsinin qərarı ilə rəsmi olaraq boşanmışlar. Təxminən 2019-cu ilin iyul ayının ortalarında Nazilə oğlu Fədail ilə birlikdə nümayəndəliyə müraciət edərək Şahid3 qızı Rəvanənin cehizlərinin onların evlərində qaldığını və dəfələrlə Dünyadan cehizlik əşyalarını geri aparmasını istəmələrinə baxmayaraq, Dünyanın əşyalarını aparmadığını bildirərək bu barədə köməklik edilməsini istəmişlər. Bu məqsədlə o, xx xxxx 2019-cu il tarixdə səhər saatlarında Nazilə və Fədailin yaşadıqları evlərinə getmiş, orada onların iştirakı ilə evdə qalan cehizlik əşyalarını akt tərtib edərək yük avtomobilinə qoyaraq Rəvanənin hazırda yaşadığı anası Dünyanın Gülüstan qəsəbəsində Azərbaycan Dövlət Aqrar Universitetinin 6 saylı yataqxanasına gətirmişlər. Oraya çatdıqları zaman Dünya onları qarşılamışdır. Fədail anası Nazilə ilə kənarda dayandıqları vaxt o, akt üzrə əşyaları Dünyaya təhvil vermişdir. Yükü gətirmiş avtomobili yola saldıqdan sonra Dünya əşyalarına baxış keçirməyə başlamış, o isə Fədail və anası Nazilə ilə birlikdə orada olan Minarənin köşkünün yanında dayanmışdır ki, Dünya gəlib aktı imzalasın. Bu vaxt saat 12 radələri olardı, Haqverdi onların yanına gələrək Fədailə yaxınlaşıb ondan adının nə olduğunu soruşmuş, Fədail öz adını təsdiq etmiş, sonra Haqverdi Fədaildən hansı məqsədlə Dünyanın vasitəsi ilə ona söyüşlər söyməsini soruşub Fədail ilə sözlə mübahisə etməyə başlamışdır. Bu vaxt onların aralarında olan mübahisələrinin şiddətləndiyini görən Fədail oradan kənarlaşıb getmiş və avtomobilinin arxasına keçmişdir. Fədail oradan getdikdən sonra Nazilə əlində olan su qabı ilə Haqverdinin baş nahiyyəsinə vuraraq ondan oğlu ilə niyə mübahisə etdiyini soruşarkən Haqverdi Naziləni itələyərək yerə yıxıb kənara ataraq Fədailin arxasınca getməyə başlamışdır. Bu vaxt artıq Haqverdinin oğlu Nadir və oraya toplaşmış adlarını xatırlamadığı digər şəxslər oraya gələrək Haqverdini aralayıb aparmışlar. Bundan sonra isə Fədail anasının yanına qayıdaraq onu avtomobilinə qoyaraq həmin yerdən aparmışdır. Daha sonra Dünya onun yanına gələrək akta imza etdikdən sonra çıxıb getmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, Kəlbəcər rayon sakini kimi, eyni zamanda onunla eyni qəsəbədə yaşayan bir şəxs kimi tanıyır. xx xxxx 2019-cu il tarixdə hər gün olduğu kimi yaşadığı Azərbaycan Dövlət Aqrar Universitetinin 6 saylı yataqxanasının ərazisində olmuşdur. Saat 11 radələrində mərkəzdə olan çayxanaya getmişdir ki, orada vaxt keçirsin. Bu vaxt çayxanada tanışları Haqverdi, Rəhbər və Novruz ilə rastlaşmışdır. Onlar orada çay içib söhbət etmişlər. Saat 12 radələrində dövlət qeydiyyat nişanını xalırlamadığı yük maşını Dünya adlı qadının evinin qarşısında dayanmış və həmin maşından Dünyanın boşanmış qızının əşyalarını gətirmişdilər. Sonra həmin maşından yükü boşaltdılar. Həmin vaxt sonradan adlarını bildiyi Fədail və anası Nazilə də orada dayanmışdı. Bu zaman Haqverdi çayxanadan çıxaraq Fədailin yanına tərəf getdi. Haqverdi Fədailin yanına çatdığı zaman onunla bir qədər söhbət etdilər. Sonra Fədail oradan aralanaraq avtomobilinin yanına keçib telefonla danışırdı. Bu vaxt Nazilə əlində olan su qabını Haqverdinin başına çırpdı. Ona görə də Haqverdi Naziləni kənara itələdi. Həmin vaxt yaranmış səs-küyü eşidən Fədail Nazilənin yanına gələrək onu gətirib avtomobilinə mindirib aparmışdır. Haqverdi isə qayıdıb onların yanına gəlmişdir. O, Haqverdidən nə baş verdiyini, həmin şəxslərin kim olduğunu soruşduqda, Haqverdi Fədailin onun barəsində söyüşlər söydüyünü, buna görə də Fədaillə mübahisələrinin yarandığını, anası Nazilə isə oğlunu tənbeh etmək əvəzinə gəlib onunla mübahisə etdiyini bildirmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, qızı Zərərçəkmiş şəxs və nəvəsi Şahid1la birlikdə yaşayır. Fədail təxminən 7-8 il bundan öncə Rəvanə Xəlilova adlı şəxslə ailə həyatı qurmuşdur. Bir neçə il birlikdə yaşadıqdan sonra onlar 2018-ci il tarixdə Kəlbəcər rayon Məhkəməsinin qərarı ilə boşanmışlar. Rəvanə getdikdən sonra onun bəzi cehizlik əşyaları onların yaşadıqları evdə qalmış və onlara narahatçılıq yaratmışdır. Bu məqsədlə xx xxxx 2019-cu il tarixdə Nazilə və Fədail icra nümayəndəsi olan Şahid5 iştirakı ilə evdə olan Rəvanənin əşyalarını yük avtomobili çağıraraq aparmışlar ki, özlərinə qaytarsınlar. Bir neçə saat sonra ona məlum olmuşdur ki, Naziləgil əşyaları qaytarmağa getdikləri zaman orada mübahisə yaranmış və mübahisə zamanı Haqverdi adlı şəxs Naziləni döyərək ayağını sındırmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2019-cu il tarixli “Üzləşdirmə protokolu”ndan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs göstərmişdir ki, hadisə zamanı Xıdırov X6 Fədail İlqar oğlu ilə mübahisə edərkən onların mübahisəsinə müdaxilə etdiyi zaman oğlu Şahid1 onlardan aralaşıb getmiş, Haqverdi ilə mübahisə etdiyi zaman sonuncu ayağı ilə onun diz nahiyyəsinə vurmuş, bu vaxt o, almış olduğu xəsarətlərdən yerə yıxılmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2019-cu il tarixli “Baxış keçirilməsi haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş CD diskə baxış keçirilmişdir. CD diskə baxış zamanı müəyyən olunmuşdur ki, Şahid1 və onun anası Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs özünün və sonuncunun həyat yoldaşının ünvanına nalayiq söyüşlər söyürlər. Məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq olunan məhkəmə-tibbi ekspertizasının xx xxxx 2019-cu il tarixli, 1106 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər- sol qamış sümüyünün bayır kondilusunun qapalı sınığı, sol diz qapağının ön səthinin qançır və sıyrıqları- bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmiş, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2019-cu il tarixə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq olunan komisyon məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 407 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər-sol qamış sümüyünün bayır kondilisunun qapalı sınığı, sol diz qapağının ön səthinin qançır və sıyrıqları – bərk küt əşyanın təsirindən, qərarın təsviri hissəsində göstərilən tarixdə, yəni xx.xx.2019-cu ildə əmələ gələ bilərdi və dərəcəsinə görə həmin xəsarətlər bir mexanizmdən əmələ gəldiyindən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs xəsarətinin xüsusiyyətlərinə və yerləşmə nahiyyəsinə görə xəsarətin onun özünü yerə vurması nəticəsində deyil, həmin nahiyyəyə vurulmuş təpik zərbəsi nəticəsində əmələ gəlməsinə daha çox uyğun gəlir. Məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq olunan kompleks məhkəməpsixiatrik-psixoloji ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli, 569 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs qapalı kəllə-beyin travmasının qalıq əlamətləri, davranış pozuntuları ilə XBT 10, F07.2 keçirməsinə baxmayaraq, həmin xəstəlik nevrotik səviyyədə və az ifadəli olduğundan Zərərçəkmiş şəxs ona qarşı törədilmiş qanunazidd əməl zamanı öz hərəkətlərini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur. O, halhazırda hərəkətlərini ölçüb biçmək, hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Zərərçəkmiş şəxs ona qarşı törədilmiş qanuna zidd əməli düzgün qavrayaraq həmin əməl barəsində düzgün ifadə verə bilər. Məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq olunan məhkəmə-tibbi ekspertizasının xx xxxx 2019-cu il tarixli, 1096 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər- ənsə, döş qəfəsi və sağ baldır nahiyyələrinin qançırları- bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2019-cu il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq olunanxx.xx.2019-cu il tarixli arayışdan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2019-cu il tarixdə başın yumşaq toxumalarının əzniyi, sol diz oynağının əznik və sıyrıqları, qamış sümüyünün 1/3 hissəsinin sınığı diaqnozu ilə Gəncə şəhər təcili tibbi yardım xəstəxanasının travma şöbəsinə müraciət etmişdir. Məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər rayonlararası ruhi-əsəb dispanserinin arayışından görünür ki, Təqsirləndirilən şəxs ruhi-əsəb dispanserində qeydiyyatda deyil. Məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər rayonlararası narkoloji dispanserinin arayışından görünür ki, Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyatda deyil. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2020-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs əlində olan su qabı ilə Təqsirləndirilən şəxs baş nahiyyəsinə bir dəfə vuraraq ona dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən Zərərçəkmiş şəxs barəsində inzibati tədbir görülməsi üçün qərarın surəti Gəncə şəhər Nizami rayon Polis İdarəsinə göndərilmişdir, Təqsirləndirilən şəxs söyüş və təhqirlə bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir, içərisində səs yazıları olan 1 ədəd CD disk sübut növü kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124–136-cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti xuliqanlıq niyyəti ilə, həmçinin xüsusi amansızlıqla törətməsinə dair istintaqorqanının gəldiyi nəticə işin faktiki hallarına və ümumiyyətlə iş materiallarına uyğun deyil, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.2 və 127.2.3-cü maddələri ilə düzgün ixtisaslaşdırılmamış, onun əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi elan edir, insan və vətəndaş hüquqlarının və azadlıqlarının birbaşa qüvvədə olması, bu hüquq və azadlıqlarının gözlənilməsi və qorunması vəzifəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə qoyur (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 71-ci maddəsinin İ və Vİ hissələri). Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlarının olması, onlara qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququnun verilməsi bu hüquq və azadlıqların məhdudlaşdırılmasının yolverilməzliyini nəzərdə tutur (Konstitusiyanın 24-cü maddəsinin İ hissəsi, 26-cı maddəsinin İ hissəsi və 71-ci maddəsinin İİ hissəsi). Konstitusiyanın 28-ci maddəsinə İ və İİ hissələrinə əsasən hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrum etmə yolu ilə məhdudlaşdırıla bilər. Göründüyü kimi, Konstitusiyada azadlıq hüququnun qanuni əsaslarla məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Azadlıq hüququnun məhdudlaşdırılması ictimai və milli təhlükəsizliyin təmin edilməsi, habelə digər şəxslərin hüquq və azadlıqlarının qorunması məqsədilə yalnız Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla həyata keçirilə bilər. Bu zaman azadlıq hüququnun məhdudlaşdırılmasının məqsədə uyğunluğu, müəyyənliyi, mütənasibliyi tətbiqinin həddi və müddəti kimi vacib şərtlərin nəzərə alınması zəruridir. Məhkəmə hesab edir ki, azadlıq hüququnun məhdudlaşdırılmasını nəzərdə tutan qanunun normalarını tətbiq edərkən hüquqi dövlətin ali prinsiplərindən olan bərabərlik, mütənasiblik, hüquqi müəyyənlik və tarazılıq prinsiblərinə əməl olunmasına xüsusi diqqət yetirilməlidir. Hüquq normalarının dəqiq tətbiq olunmasının ümumi hüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir. Belə ki, hüquq normasının dəqiq tətbiq olunması bütün hüquqtətbiqedicilər tərəfindən qanunun normasının düzgün şərh olunması nəticəsində mümkündür. Hüquq normalarının məzmununun qeyri-müəyyən şəkildə şərh olunaraq tətbiq olunması vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatının zəifləməsinə gətirib çıxarar və qanunun aliliyi prinsipi pozulmuş olar. Konstitusiyaya əsasən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi və 71ci maddəsinin Vİİ hissəsi). Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir və o, heç bir halda məhdudlaşdırıla bilməz. Bu yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, pozulmuş hüquq və azadlıqları, həmçinin azadlıq hüququnu qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalətli məhkəmə araşdırılması hüququ “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasında da öz əksini tapmışdır. Konvensiyanın 6-cı maddəsinin tələblərinə görə hər kəs, onun hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthuquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Məhkəmə hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına səbəb ola bilər. Məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.2 və 127.2.3-cü maddələrində nəzərdə tutulmuş ittihamla aşağıdakı səbəblərə görə razılaşmır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə ona görə ittiham verilmişdir ki, o, heç bir səbəb olmadan, xuliqanlıq niyyəti ilə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurmuşdur. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma kimi qiymətləndirərkən yuxarıda qeyd edilən sübutlarla yanaşı işin faktiki hallarına əsaslanmamışdır. Məhkəmə istintaq zamanı dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə, eyni zamanda işin faktiki hallarına hüquqi qiymət verib hesab edir ki, hadisə şəxsi münasibətlər zəminində baş vermişdir. Belə ki, istintaq zamanı tam sübut olunmuşdur ki, Zərərçəkmiş şəxs oğlu Şahid1 keçmiş qayınanası Şahid3 adına söz çıxarmışdır ki, güya Şahid3 ilə Təqsirləndirilən şəxs arasında hər hansısa münasibətləri var və bu barədə Şahid3 Şahid1la danışarkən sonuncu Təqsirləndirilən şəxs və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətmişdir. Buna görə də Təqsirləndirilən şəxs Şahid1 və anası Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranmışdır. Göstərilənlər işin faktiki halları ilə, həmçinin proses iştirakçılarının ifadələri, maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş CD diskdə olan Zərərçəkmiş şəxs və oğlu Şahid1 təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində nalayiq ifadələr işlətməsinə dair səs yazısı ilə də təsdiq olunur. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli 1 saylı qərarının 5-ci bəndində göstərilmişdir ki, “Məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adamöldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir. Həmin Qərarda təsdiq edilmiş hüquqi mövqedən də göründüyü kimi, törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə tövsif edilməsi üçün konkret cinayətin motivini xuliqanlıq niyyəti təşkil etməlidir. “Xuliqanlıq niyyəti”nin anlayışı «Qəsdən adam oldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2002-ci il tarixli 3 saylı qərarında şərh edilmişdir. Həmin Qərarın 6-cı bəndində göstərilmişdir ki, “Qəsdən adam öldürmə o vaxt Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsüf olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Cinayət işinin yuxarıda şərh edilən faktiki hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs hadisə yerinə gələrkən onun niyyəti Zərərçəkmiş şəxs oğlu Şahid1 nəyə görə onun barəsində nalayiq söyüşlər söyməsinin səbəbini soruşmaq olmuş, həmin vaxt onların arasında yaranmış mübahisəyə müdaxilə edən Şirinova X4 Xıdırovdan nəyə görə oğlu Fədaillə mübahisə etməsini soruşaraq, özü Təqsirləndirilən şəxsla mübahisə etmiş, əlindəki su qabını onun baş nahiyyəsinə vurmuş və onların arasında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Yuxarıda şərh edilənlər cinayət işinin həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar əsasında araşdırılmış işin bütün faktiki halları ilə təsdiq olunsa da, yəni cinayət əməlinin şəxsi münasibətlər zəminində mübahisə zamanı törədilməsinə baxmayaraq, ibtidai istintaq orqanı əsassız olaraq Təqsirləndirilən şəxs qəsdən sağlamlığa az ağır zərər vurma cinayətini heç bir səbəb olmadan xuliqanlıq niyyəti ilə törətdiyi qənaətinə gəlmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini xuliqanlıq niyyəti ilə törətməməsi qənaətinə gəlinərkən, həmçinin göstərilməlidir ki, məhkəmə istintaqı zamanı kifayət qədər araşdırılmış sübutların cinayət işinin materialları ilə birlikdə tədqiq olunması nəticəsində müəyyən olunmuşdur ki, hazırki cinayət hadisəsi zərərçəkmişin təşəbbüsü ilə başlanmışdır. Belə ki, cinayət işinin həm məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla, həm də ibtidai istintaq zamanı cinayət işinin materiallarına əlavə edilmiş sənədlərlə də müəyyən olunur ki, Şirinova X4 Xıdırovdan nəyə görə oğlu Fədaillə mübahisə etməsini soruşaraq, özü Təqsirləndirilən şəxsla mübahisə etmiş, əlindəki su qabını onun baş nahiyyəsinə vurmuş, bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan da görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs əlində olan su qabı ilə Təqsirləndirilən şəxs baş nahiyyəsinə bir dəfə vuraraq ona dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən Zərərçəkmiş şəxs barəsində inzibati tədbir görülməsi üçün qərarın surəti Gəncə şəhər Nizami rayon Polis İdarəsinə göndərilmişdir, Təqsirləndirilən şəxs söyüş və təhqirlə bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Eyni zamanda cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının xx xxxx 2019-cu il tarixli, 1096 nömrəli rəyindən də görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində sağlamlığına zərər vurmayan xəsarətlər müəyyən edilmişdir. Bununla da törədilmiş cinayət əməlinin zərərçəkmişin təşəbbüsü ilə başlanmasının yuxarıda qeyd edilən sübut növləri ilə təsdiq olunması da Təqsirləndirilən şəxs qəsdən sağlamlığa az ağır zərər vurma cinayətini məhz xuliqanlıq niyyəti ilə törətməsini istisna edir. Məhkəmə qeyd edilən qənaətə gələrkən həmçininAzərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarlarında təsdiq olunmuş hüquqi mövqeyi, yəni “mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə şəxsiyyət əleyhinə cinayət törətməkdə təqsirli bilinə bilməz” mövqeyini də nəzərə almışdır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinin tərkib əlamətləri yoxdur. Bundan başqa, Təqsirləndirilən şəxs həm də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir ki, o, zərərçəkmişin yaxın qohumu hesab olunan Şahid1 gözü qarşısında xüsusi amansızlıqla, yəni ona əzab verdiyini dərk etməklə Zərərçəkmiş şəxs qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti xüsusi amansızlıqla törətməsinə dair istintaq orqanının gəldiyi nəticə işin faktiki hallarına və ümumiyyətlə iş materiallarına uyğun deyil, onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respubilikasının Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə də düzgün ixtisaslaşdırılmamışdır. Belə ki, əvvəla məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrindən görünür ki, Zərərçəkmiş şəxs oğlu Şahid1la Təqsirləndirilən şəxs mübahisəsinə müdaxilə edib Təqsirləndirilən şəxsla mübahisə etməyə başlayarkən artıq həmin vaxt Şahid1 oradan kənarlaşıb getmişdir. Qeyd edilən bu hal yuxarıda göstərilən şəxslərin ifadələri ilə yanaşı, məhz Şahid1 verdiyi ifadəsi ilə də təsdiq olunur. Belə ki, Şahid1 məhkəmə istintaqı zamanı göstərmişdir ki, Təqsirləndirilən şəxs nəyə görə ona söyüşlər söydüyünü soruşarkən Haqverdi ilə onun arasında mübahisənin şiddətləndiyini görüb oradan qaçıb kənarlaşıb getmiş və avtomobilinin yanına keçmişdir. Əməlin xüsusi amansızlıqla törədilmiş cinayət kimi tövsif edilməsi zamanı nəzərə alınmalı olan hallar «Qəsdən adam oldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2002-ci il tarixli 3 №-li qərarında şərh edilmişdir. Həmin Qərarın 8-ci bəndində göstərimişdir ki, “Təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Məhkəmə istintaqı zamanı kifayət qədər araşdırılmış sübutların cinayət işinin materialları ilə birlikdə tədqiq olunması nəticəsində Təqsirləndirilən şəxs cinayət törədərkən onun əməlində xüsusi amansızlıq göstərdiyini təsdiq edən hər hansı hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı cinayət törədərkən təqsirləndirilənin qəsdinin məhz xüsusi amansızlıqla törətməyə yönəldilməsi müəyyən edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı cinayət törədərkən yuxarıda göstərildiyi kimi zərərçəkmişə xüsusi ağrılar yetirilməsi halları da müəyyən olunmamışdır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əsassız olaraq ittiham elan edilmişdir ki, o, cinayəti əzab verdiyini dərk etməklə təpik ilə Zərərçəkmiş şəxs ayağına bir neçə dəfə zərbə ilə vuraraq xüsusi amansızlıqla qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Lakin nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı dindirilmiş hər hansı şahid ifadələri ilə və ya cinayət işinin digər hər hansı materialları ilə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurma cinayətini törədərkən zərərçəkmişə zərbəni bir neçə dəfə vurması və ya hər hansı şəkildə xüsusi amansızlıqla törətməsi sübuta yetirilməmişdir. Bununla da, yuxarıda şərh olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, cinayət işinin məhkəmə araşdırması zamanı Zərərçəkmiş şəxs oğlu Şahid1la Təqsirləndirilən şəxs mübahisəsinə müdaxilə edib Təqsirləndirilən şəxsla mübahisə etməyə başlayarkən artıq həmin vaxt Şahid1 oradan kənarlaşıb getdiyindən, həmin vaxt Şahid1 hadisə yerindən kənarlaşmasını digər şəxslərin ifadələri ilə yanaşı, məhz Şahid1 verdiyi ifadəsi ilə də təsdiq olunması, Şahid1 özünün də Təqsirləndirilən şəxsla mübahisənin şiddətləndiyini görüb oradan qaçıb kənarlaşıb getdiyini göstərməsi və Təqsirləndirilən şəxs əzab verməsinin hər hansı sübut növü ilə təsdiq olunmaması, Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı cinayət törədərkən təqsirləndirilənin qəsdinin məhz xüsusi amansızlıqla törətməyə yönəldilməsinin müəyyən edilməməsi, həmçinin Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı cinayət törədərkən zərərçəkmişə xüsusi ağrılar yetirilməsi halları da müəyyən olunmadığından Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsinin tərkib əlamətləri yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Yəni, törədilmiş əməlin bütün əlamətləri Cinayət Məcəlləsinin istinad edilən maddəsinin dispozisiya şərtlərinə tam uyğun olduqda əməl həmin maddə ilə tövsif olunmalıdır. Belə olan halda, yuxarıda şərh edilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli heç bir halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2 və 127.2.3-cü maddələrinin dispozisiyasında göstərilən şərtlərə uyğun gəlmir və ona görə də Təqsirləndirilən şəxs əməli xüsusi amansızlıqla və xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində xüsusi amansızlıqla və xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma cinayətinin əlamətləri olmadığından onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin127.2.2 və 127.2.3-cü maddələrindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxsAzərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və məhkəmə prosesi zamanı araşdırılmış işin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü müdafiə xarakterli ifadəsini, yəni zərərçəkmiş Zərərçəkmiş şəxs hər hansı xəsarət yetirmədiyini göstərməsini onun cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə üsulu (taktikası) kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxs cinayət işinin məhkəmə araşdırması zamanı tədqiq olunmuş və onun təqsirliliyini təsdiq edən mötəbər və təkzibedilməz sübutlarla bağlı hər hansı mülahizə irəli sürə və dəlillər təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddəilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan RespublikasıDaxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 xx.xx.2019-cu il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum edilmiş və əvvəlki bir sıra məhkumluqları ödənilmişdir. Məhkəmə həmin tələbnaməyə əsasən Təqsirləndirilən şəxs sonuncu məhkumluqları ilə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs Şəki rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həmin məhkumluğu ödənilmişdir. Təqsirləndirilən şəxs daha sonra X15 İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.4, 29,177.2.1-cü maddələri ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həmin məhkumluğu ödənilmişdir. Həmin tələbnamədən və Samux rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin177.2.1-ci maddəsi ilə təqsirli bilinrək 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Samux rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs təyin olunmuş 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası 01 ilə endirilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş Gəncə şəhər Probasiya Şöbəsindən alınmış xx.xx.2020-ci il tarixli, 18/2020 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə təyin edilmiş 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının icrası ilə bağlı Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Probasiya şöbəsində qeydiyyata alınmış və həmin tarixdə cəzanın müddəti başlanmışdır, xx xxxxxxxx 2020-ci il tarixində Təqsirləndirilən şəxs cəzasının 06 ay 24 gününü çəkmiş, 05 ay 06 gün çəkilməmiş cəza müddəti qalmışdır. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-cimaddəsi ilə 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunduğu Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı qanuni qüvvəyə minməmişdən əvvəl törətmişdir. Hazırki tarixə Təqsirləndirilən şəxs 04 ay 23 gün çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası qalmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza cinayətlərin məcmusu üzrə təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.7-ci maddəsinə əsasən cinayətin qoca şəxsə qarşı törədilməsi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, törədilmiş cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları (onun əvvəllər dəfələrlə məhkum olunmasını), onun cəzasını ağırlaşdıran halı (cinayət əməlini qoca şəxsə qarşı törətməsini), barəsində qəsdən cinayət törətməyə görə məhkəmənin hökmü ilə cəza təyin edildikdən sonra da qəsdən sağlamlığa az ağır zərər vurma cinayətini törətməsini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, eyni zamanda həm sosial ədalətin bərpası, həm də onun islah olunması, təqsirləndirilən şəxsin özü və ya başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Gəncə Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə təyin edilmiş 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 04 ay 23 gün hissəsi Cinayət Məcəlləsinin 68.1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününəbərabərhesablanmaqla hazırki hökm üzrə təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə sübut növü kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş səs yazılarının əks olunduğu 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən ona Gəncə Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə təyin edilmiş 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 04 ay 23 gün hissəsi Cinayət Məcəlləsinin 68.1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününəbərabərhesablanmaqla hazırki hökm üzrə təyin edilmiş 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxscəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin, «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş səs yazılarının əks olunduğu 1 ədəd CD disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №1(044)-49/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-49/2020
23.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver