Məhkəmə qərarları › İş №1(044)-5/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-5/2020

28.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-5/2020 28.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, onun nümayəndəsi X2, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1970-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, dul,ali təhsilli, X4 fizika müəlliməsi işləyən,əvvəllər məhkum olunmuş, ünvan 1 mənzil 50 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2018-ci il tarixdə saat 22 radələrində Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 57 saylı binanın dəhlizində qızı Şahid3 barəsində Şahid2 böhtan xarakterli sözlər deməsi səbəbindən Şahid2 anası Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı sonuncunun saçından tutub dartaraq qəsdən dəhlizin pilləkənlərinə yıxmaqla Zərərçəkmiş şəxs sağ sarğı nahiyəsinin əzniyi, hematoması ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid edilən bədən xəsarəti yetirmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək, ifadəsində göstərdi ki, qızı Şahid3 2018-ci ilin sentyabr ayında Gəncə şəhər sakini X3 ilə nişanlansada zərəçəkmiş şəxsin qızı Şahid2 və Tural Ağayev adlı şəxsin şər-böhtanlarına görə həmin nişan pozulmuşdur. Belə ki, qızının nişanlısı Zaur xx.xx.2018-ci il tarixdə səhər saatlarında qızı Elmiraya votsap sosial şəbəkəsi vasitəsilə Şahid2 ilə səs yazılarını göndərmiş, həmin danışıqları dinləyən zaman Şahid2 səs yazısında qızı Elmiranın pozğun qız olduğunu, eləcə də işlədiyi mağazanın yaxınlığındakı ticarət mərkəzində olan oğlanlarla əlaqəsi olduğunu Zaura dediyi məlum olmuşdur. O da Vüsalənin səs yazısında “oğlanlar” kimi dediyi şəxsləri təqdim etməsi üçün xx.xx.2018-ci il tarixdə saat 22 radələrində Şahid2 ünvan 2 mənzil 25 ünvanında yerləşən evinə getmişdir.O, qapını döyən zaman qapını Vüsalə açmış və o, Vüsaləyə “sən məni tanıyırsanmı, mənim və qızımın haqqında belə sözləri Zaura demisən?”deyə sual etmiş, bu zaman Vüsalənin anası Zərərçəkmiş şəxs və Vüsalənin bacısı Zümrüd Rüstəmova və atası Sabir isə səs küy salaraq binanın dəhlizinə çıxmış və həmin vaxt aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı o, Vüsaləgilə “qızınızın səs yazısı var, mənim qızıma və mənə şər-böhtan atır, polisə şikayət edəcəm” demiş, Vüsalə isə ona “gör Turalla Ceyhuna deyib sizin başınıza nə oyun açdıracam” deyə cavab verib, əlində olan plastik döşəmə silənlə bir neçə dəfə onun baş nahiyyəsinə vurmuş, anası Şəfayət isə əl atıb onun yaxasından tutmuşdur. O, da həmin vaxt Şəfayətgilin onu döyəcəyindən ehtiyat edib Şəfayətin əlini yaxasından qoparıb oranı tərk edərək, çıxıb evlərinə getmiş və xx.xx.2018-ci il tarixdə Vüsalənin qızına şər-böhtan xarakterli sözlər deməsi ilə bağlı Nizami Rayon Məhkəməsinə şikayət etmişdir. Bundan sonra Şəfayət onun məhkəməyə şikayət etdiyini görüb hadisə xx.xx.2018-ci il tarixdə baş versə də, xx.xx.2019-cu il tarixdə, yəni 23 gün sonra onun barəsində ərizə ilə polisə müraciət etmiş və müraciətində döyülməsini bildirmişdir. Halbuki, şikayət edənə qədər ola bilsin zərərçəkmiş şəxs başqa şəraitdə xəsarət almışdır. Bununla belə əməlindən peşman olmaqla məhkəmədən tək ailə başçısı olmaqla ailənin yeganə qazanc gətirən şəxsi olmasını nəzərə alıb ona yüngül cəza verilməsini, mülki iddianın isə rədd edilməsini, xahiş etdi. Məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs göstərmişdir ki, xx.xx.2018-ci il tarixdə, saat 18 radələrində qızı Şahid2 çörək alıb evə gələrkən ona təqsirləndirilən şəxsin qızı Elmiranın nişanlısı ilə qarşılaşdığını və Elmiranın onu təhqir etdiyini və onların arasında mübahisə olduğunu demiş, o, da cavabında “Elmiraya bənd olma, mən xəstəyəm həmin şəxslərlə qarşılaşmağa halım yoxdur” demişdir. xx.xx.2019-cu il tarixdə,saat 22 radələrində evdə olan zaman qapı döyülmüş, özü qapını açan kimi adı ona sonradan məlum olan Təqsirləndirilən şəxs əsassız yerə ona heçnə demədən saçından tutub yolaraq onu mənzillərinin qapısının qarşısına çıxardıb yerə yıxaraq onu pilləkənin beton hissəsinə çırpmışdır. Həmin an onun ürəyi getmiş və səs-küyə çıxan qonşular Mehriban, Şəlalə və qızı Vüsalə onu Təqsirləndirilən şəxs əlindən almışdır. Hadisə vaxtı Təqsirləndirilən şəxs onu döyən zaman onunla birlikdə evlərinə gəlmiş tanımadığı üç qadın isə evinə daxil olub qızı Vüsalənin paltarını cırmışlar. O, da özünə gəldikdən sonra qızı Vüsalə ona Təqsirləndirilən şəxs birlikdə gəldiyi şəxslərlə əxlaqsız ifadələr işlədə-işlədə çıxıb getdiyini bildirmişdir. Hadisə zamanı ona qonşuları Mehriban və Şəlalə adlı qadınlar ilkin tibbi yardım göstərmişlər. O, bir müddət xəstəxanalarda müalicə aldığı üçün həmin vaxt polisə şikayət etməmiş, yalnız xx.xx.2019-cu il tarixdə imkan tapıb Vüsalənin hərəkətlərindən polisə şikayət etmişdir. Hadisə nəticəsində ona həm maddi, həm də mənəvi ziyan dəymişdir. Təqsirləndirilən şəxslə barışmadığını, onun qanunvericilikdə nəzərdə tutulmuş qaydada cəzalandırılmasını və mülki iddiasının təmin olunmasını xahiş etdi. Məhkəmə istintaqında şahid qismində ifadə vermiş Şahid2 bildirmişdir ki, xx.xx.2018-ci il tarixdə yaşadıqları binanın yaxınlığında yerləşən mağazadan çörək alıb qayıdan zaman əvvəllər tanıdığı Şahid3 qonşusu Zaurla birlikdə orada keçdiyini görmüş və Elmira onu görən kimi kinayəli şəkildə gülmüşdür. Zaur isə Elmiradan nə səbəbə güldüyünü soruşan zaman sonuncu onun pozğun olduğunu və evli kişilərlə əlaqəsi olduğunu demişdir.O, həmin sözləri eşidib “Mənə deyirsən?, mən evli kişilərlə gəzsəydim mənim də nişanım qayıdardı” demiş və orada aralarında sözlə mübahisə olmuş, mübahisə zamanı Zaur və Elmira birlikdə onu təhqir edib getmiş, o, isə evə gəlib bu barədə anası Şəfayətə demiş, sonuncu isə “Elmiraya bənd olma, mən xəstəyəm həmin şəxslərlə qarşılaşmağa halım yoxdur” demişdir. xx.xx.2019-cu il tarixdə,saat 22 radələrində evdə olan zaman qapı döyülmüş, bu zaman anası Şəfayət qapını açmaq üçün qapıya yaxınlaşmış, təxminən bir dəqiqə sonra səs-küy gəlmiş və o, qapıya yaxınlaşan zaman anası ilə Təqsirləndirilən şəxs binanın dəhlizdə mübahisə etdiyini görmüşdür. O, yaxınlaşan vaxt Təqsirləndirilən şəxs onun anası Şəfayətin saçından tutub dartaraq yıxmış, bu zaman anasının kürəyi binanın dəhlizində olan beton pilləkənə dəymiş, sonra Təqsirləndirilən şəxs və yanındakı 3 nəfər qadın onun üzərinə gelib paltarını cırmışlar. Həmin vaxt qonşuları Mehriban və Şəlalə gəlib onları aralamış, Təqsirləndirilən şəxs və yanındakı 3 nəfər qadın isə “ay camaat bu salon qəhbəsi ərlərinizi əlinizdən alacaq, bu fahişədir” deyərək onları təhqir edib çıxıb getmişdir. Məhkəmə istintaqında şahid qismində ifadə vermişŞahid4 Səftar qızı bildirmişdir ki, Zərərçəkmiş şəxs onun qapı qonşusudur. xx.xx.2018-ci il tarixdə saat 22 radələrində o, evdə olan zaman binanın dəhlizində səs-küy gəldiyini eşitmiş, dərhal dəhlizə çıxmış və qapı qonşusu Zərərçəkmiş şəxs 4 nəfər qadınla mübahisə etdiyini görmüşdür.Həmin vaxt qadınlardan biri, adını sonradan bildiyi Təqsirləndirilən şəxs Şəfayətin saçından tutub dartan zaman Şəfayət kürəyi üstə pilləkənə yıxılmışdır. Sonra onlar Vüsalənin üzərinə getmiş və bu zaman digər qonşu Mehriban da oraya gəlmiş və onlar həmin qadınları Şahid2 aralamış, həmin qadınlar Şahid2 da paltarını dartıb cırmış, sonra həmin qadınlar dəhlizdə Şahid2 ünvanına nalayiq sözlər deyərək çıxıb getmişlər. Onlar da Şəfayəti yerdən qaldırıb öz evinə aparıb ona ilk tibbi yardım göstərərək Şəfayətin dərmanlarını vermişlər. Məhkəmə istintaqında şahid qismində ifadə vermiş Şahid3 bildirmişdir ki, Gəncə şəhəri Yemi Gəncə qəsəbəsində yerləşən “Faberlic kosmetik” mağazasında menecer işləyir. Vüsalə adlı qadın əvvəllər işlədiyi “Yeganə” gözəllik salonundan tanımış və Vüsalə onun müştərisi olmuşdur. Lakin Vüsalə, onun yanına gəlib gedən zaman əxlaqsız söhbətlər etdiyinə görə ondan aralanmaq qərarına gəlmiş və o, Vüsalə ilə münasibətini tamamilə kəsmişdir. xx.xx.2018-ci il tarixdə o, Zaur Məmmədovla nişanlanmış, xx.xx.2018ci il tarixdə Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində Zaurla gedən zaman təsadüfən Şahid2 ilə qarşılaşmış və o, üzünü digər tərəfə çevirmiş, bu zaman Zaur onun hərəkətindən şübhələnmiş və nə səbəbə onu görüb üzünü çevirdiyi soruşmuş, o da Vüsaləni əvvəllər tanıdığını, lakin yanında nalayiq sözlər danışdığı üçün əlaqəsini kəsdiyini demiş, sonra da Zaurla oradan kənarlaşıb getmişdir xx.xx.2018-ci il tarixdə təxminən saat 11 radələrində Zaur ona votsap sosial şəbəkəsi vasitəsilə Şahid2 səs yazılarını göndərmiş, o, dinləyən zaman Vüsalənin Zaura onun əxlaqsız olduğunu, bir neçə oğlanlarla əlaqəsi olduğunu, həmçinin anası Vüsalə və onun pozğun həyat tərzi sürdüyünü deməsini eşitmiş, o isə bunların yalan olmasını Zaura demiş, lakin Zaur ona inanmamış və onun nişanını qaytarmışdır. Buna görə həmin gün axşam anası Vüsalənin səs yazısında dediyi “oğlanların” kim olduğunu öyrənmək üçün Şahid2 evinə getmiş, təxminən 1 saat sonra isə evə qayıdıb gəlmiş və ona orada mübahisə etdiklərini, Şahid2 onun başına vurduğunu demiş, səhəri gün isə anası Nizami Rayon Məhkəməsinə Vüsaləgilin onu və anasını şərləməsi barədə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə istintaqında ifadəsi tədqiq edilərək elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 Şahid4 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6-Təcrübi və Tədris Birliyinin xx.xx.2019-cu il tarixli, 76 saylı rəyindən görünür ki, 1954-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət-sağ sağrı nahiyəsinin əzniyi, hematoması-bərk Küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2018-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6-Təcrübi və Tədris Birliyinin xx.xx.2019-cu il tarixli , T 301/2019 saylı rəyindən görünür ki, 1954-cü il təvəllüdlü Zərərçəkmiş şəxs almış olduğu xəsarət sağ sağrı nahiyyəsinin əziyi və hematoması bərk küt əşyanın təsirindən törənmiş, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2018-ci ilə uyğun gəlir, özünün göstərdiyi şəraitdə əmələ gəlməsi inkar olunmur və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs Gəncə Beynəlxalq xəstəxanasında xx.xx.2018-ci il tarixdə uroloji KT müayinəsində müəyyən edilmiş “ikitərəfli pielonefrit?” infeksion xəstəlik olub, ayrıca nozoloji vahiddir və travma ilə heç bir əlaqəsi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 1(044)-95/2019 saylı hökmündən görünür ki, həmin hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1000 manat cərimə cəzasına məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Gəncə Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(104)-19/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs apellyasiya şikayəti təmin edilməmiş və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 1(044)-95/2019 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Gəncə şəhər Probasiya Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli 68175/20 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 1(044)-95/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmü ilə AR CM-nin 147.1-ci maddəsi ilə təqsirli bilinərək, 1000 manat cərimə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 1(044)-95/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmü ilə təyin olunmuş 1000 manat məbləğində cəriməni xx.xx.2020-ci il tarixdə tam şəkildə dövlət büdcəsinə ödəmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin portalından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-nin 147.1-ci maddəsi ilə 1000 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəriməni tam ödəmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xx.xx.2018-ci il tarixdə saçından tutub dartaraq qəsdən dəhlizin pilləkənlərindən yıxmaqla onun sağlamlığına yüngül xəsarət yetirməsi tam sübuta yetirilmişdir. Belə ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı təqsirini qismən etiraf edərək, xx.xx.2018-ci il tarixdə zərərçəkmiş şəxsə xəsarət yetirmədiyini, əksinə zərərçəkmiş şəxsin qızının ona xəsarət yetirdiyini yalnız hadisə vaxtı onun yaxasından tutumuş zərərçəkmiş şəxsin əlini yaxasından qopararaq kənara itələyib hadisə yerini tərk edib getdiyini göstərsə də, ifadələri alınmış zərərçəkmiş şəxs, şahidlər Şahid2, Şahid1 və Şahid4 ifadələri ilə, həmçinin məhkəmə tibbi ekspertizalarının rəyləri, istintaq hərəkətinin protokolları ilə tam sübuta yetirilir ki, həqiqətən xx.xx.2018-ci il tarixdə təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsin sağlamlığına yüngül dərəcəli xəsarət yetirilmişdir. Məhkəmə-tibbi ekspertizasının rəyi ilə Zərərçəkmiş şəxs bədəni üzərindəki xəsarətin məhz xx.xx.2018-ci il tarixə uyğun gəldiyi və bərk küt əşyanın təsiri nəticəsində törədilməsi bir daha təsdiq olunur. Buna görə də məhkəmə zərərçəkmiş şəxsin bədəni üzərində aşkar edilmiş xəsarəti sonradan alması ilə bağlı təqsirləndirilən şəxsin dəlillərini əsassız hesab edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi əsaslı şübhədən kənar sübutlarla öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə təqsirləndirilən şəxsin ifadəsini özünümüdafiə kimi qiymətləndirir və həmin ifadəyə tənqidi yanaşaraq cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş ifadə kimi qəbul edir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Buna görə də Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinməklə ona cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən peşman olmasını və tək ailə başçısı olmaqla ailəni dolandıran yeganə şəxs olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirib nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar muəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Ona görə də, məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirən halların olduğunu cəzasını ağırlaşdıran halların olmadığını, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini,habelə cəzanın fərdiləşdirməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyası həddində cərimə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iddiası üzrə əlavə araşdırma aparılması zəruri olduğundan və iddia tələbi üzrə kifayət qədər sübutlar təqdim olunmadığından mülki iddia ərizəsi baxılmamış saxlanılmalı, Zərərçəkmiş şəxs mülki iddia ilə bağlı ümumi qaydada mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Belə ki, Zərərçəkmiş şəxs mülki iddia ərizəsində hadisə nəticəsində sağ böyrəyinə də xəsarət yetirildiyini, döş sümüyünün birləşməsi üçün qoyulmuş sinə lövhəsinin tərpəndiyini, edilən müalicələrin sağlamlığını tam bərpa etmədiyini bildirmiş və müalicə xərcləri üçün 1499.20 manat, itirilmiş və bərpa olunmayan sağlamlığı üçün 10000 manat, dəymiş mənəvi zərər üçün 10000 manat və 30 manat dövlət rüsumu tələb etmişdir. Lakin məhkəmə tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli,T 301/2019 saylı rəyi ilə Ş.Ə.X1 Xəstəxanasında xx.xx.2018-ci il tarixdə uroloji KT müayinəsində müəyyən edilmiş “ikitərəfli pielonefrit”in infeksion xəstəlik olub, ayrıca nozoloji vahid olduğu və travma ilə heç bir əlaqəsi olmadığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, məhkəmə xərcləri və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 3108-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və o, 1500 (min beş yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Hökmün icrası Gəncə şəhəri Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iddiası baxılmamış saxlanılsın. Zərərçəkmiş şəxs mülki iddia ilə bağlı ümumi qaydada mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar